Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2073/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, habelə Məhkum və onun müdafiəçisi – XXX15 Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2024-cü il tarixli hökmündən Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Ba kı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Sadıxov) Məhkum (xx xx xx 1988-ci il tarixdə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2024-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü ləğv edilmiş və yeni ittiham hökmü çıxarılmışdır. Bu hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 4 noyabr 2022-ci il tarixdən 5 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin edilmiş cəzadan çıxılmış, Məhkum qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəz ası təyin edilmiş, Məhkum yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2024-cü il tarixli hökmündən Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,320 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və Bakı şəhəri XXX25nin XXX20nün əməkdaşları tərəfindən özünü şübhəli aparmasına görə 4 noyabr 2022-ci il tarixdə saat 18:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4əşən XXX25nin X15nə gətirilərək orada müd afiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı onun üzərində olan göy rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 0,320 qram olan ağ rəngli kristillardan ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəməyədək icraatda Məhkum tutulması və cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ciddi pozuntuları ilə həyata keçirilmiş, onun geniş anlamda müdafiə, o cümlədən müdafiəçiyə malik olmaq və irəli sürülmüş ittihamdan müdafiə olunmaq hüquqları pozulmuş, nəticədə o, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci in stansiya məhkəməsinin bəraət hökmü ləğv edilməklə əsassız və qanunsuz olaraq, cinayət-prosessual qanunun tələbləri pozulmaqla əldə olunmuş yolverilməz sübutlara istinad olunmaqla və sübutetməyə dair cinayətprosessual qanunun digər pozuntularına yol verilməklə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qeyd edilən hüquqların pozulduğunu və digər qanun pozuntularının baş verdiyini göstərən hallar kimi isə kassasiya şikayətinin müəllifləri xüsusilə ona istinad etmişlər ki, saxlanıldıqda Məhkum etirafedici izahat və ifadə verməsi üçün ona polis tərəfindən fiziki zor tətbiq edilmiş və bunun təsiri altında o, törətmədiyi cinayəti etiraf etməyə məcbur olmuş, həmin ifadədən apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünün əsaslandırılmasında istifadə olunmuşdur. Həmçinin, Polis orqanı onun tutulması barədə ailəsinə məlumat vermək əvəzinə buna dair bildirişi ona heç bir aidiyyəti olmayan ünvan üzrə Məhkum ümumiyyətlə tanımadığı şəxsə - X1 göndərmiş, nəticədə o, qohumları vasitəsi ilə seçdiyi vəkillə müqavilə bağlamaq və keyfiyyətli hüquqi yardım almaq imkanından məhrum edilmişdir. Bundan başqa, Məhkum barəsində əməliyyat-axtarış tədbiri qanunsuz aparılmış, öncədən məhkəmə qərarı alınmaqla və yaxud keçirilmiş əməliyyat axtarış tədbiri barədə sonradan məhkəməyə məlumat verilməklə əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi təmin edilməmişdir. Belə pozuntularla əldə edilmiş sübutlardan, o cümlədən şəxsi axtarış protokolu ilə guya Məhkum götürülmüş narkotik vasitədən (maddi sübut kimi) və onunla bağlı olan digər materiallarda n istifadə olunduğu üçün CPM-in 125 və 137-ci maddələrinin tələbləri pozulmuşdur. Müəlliflər kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Məhkum bəraət verilməsini, yəni bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair Az ərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinin pozulduğunu, nəticədə Məhkum əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu mad dəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsini n Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu n ormada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, ya ranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-prosessual qanunun 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötə bərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir” (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiə tərəfi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinin qanunsuz və əsassız olması haqqında iddiasını apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayətpro sessual qaydaların pozulması haqqında dəlil üzərində qurmuş və bu zaman əməliyyataxtarış tədbiri məhkəmə nəzarətindən kənar həyata keçirildiyi üçün bu tədbir nəticəsində əldə olunmuş maddi sübutun və onunla bağlı olan başqa sübutların yolverilməzliyinə, Məhkum müdafiə hüququnun pozulmasına, polis əməkdaşlarının zorakılığına məruz qalmasına və zorakılığın təsiri altında törətmədiyi əməli etiraf etməyə məcbur edilməsinə xüsusilə istinad etmişdir. Lakin cinayət işinin materiallarından, o cümlədən Məhkum xx xx xx 2022-ci ildə ünvan7nin ünvan5 ərazisində saxlayaraq XXX25nin X15nə gətirmiş XXX28-nin XXX20nün əməkdaşları Şahid2 və Şahid1 xx xx xx 2022-ci il tarixli raportundan və birinci instansiya məhkəməsində verdikləri ifadələrindən, hətta Məhkum özünün belə birinci və apellyasiya instansiyası məhkəməsində verdiyi məlumatlardan görünür ki, Məhkum barəsində nəinki məhkəmə nəzarətinin həyata keçirilməsini ehtiva edən (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İİİ hissəsində və CPM-in 445.1-ci maddəsində nəzərdə tutulmuş), ümumiyyətlə heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmişdir. Məhkum XXX20nün əməkdaşları tərəfindən hadisələrin təsadüfi axarında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (Şahid2 və Şahid1 ifadələrinə görə ərazidə xidməti vəzifələrini yerinə yetirərkən Məhkum öz avtomobilinin arxa oturacağında narkotik vasitədən istifadə etməsinə şübhə yaradan hərəkətlər etməsini bilavasitə müşahidə etmələri ilə əlaqədar onu və avtomobilini polis şöbəsinə aparmışlar). Şöbəyə gətirildikdən sonra Məhkum XXX28nin XX22-ci təhqiqatçısı tərəfindən cinayət törətməsinə bilavasitə şübhənin yaranması əsası ilə CPM-in 147 və 148.2-ci maddələrinə müvafiq olaraq rəsmi protokol tərtib edilməklə tutulmuş və artıq şəxsi axtarış və onun gedişində maddi sübut qismində tanınan predmetin (məhkəmə kimyəvi ekspertizasının 5 noyabr 2022-ci il tarixli 6/6414 nömrəli rəyinə əsasən 0,320 qram çəkidə metamfetamin olduğu müəyyən edilmiş psixotrop maddənin) götürülməsi CPM-in 90.11.2-ci maddəsində təsbit edilmiş, tutularkən şübhəli şəxsin şəxsi axtarışa məruz qalmaq vəzifəsindən irəli gəlməklə məhkəmə nəzarətinin həyata keçirilməsini tələb etməyən istintaq hərəkəti olaraq həmin təhqiqatçı tərəfindən CPM-in 246-cı maddəsinə müvafiq qaydada həyata keçirilmişdir. Şübhəli şəxs qismində tutma haqqında xx xx xx 2022-ci il tarixli protokola, habelə şəxsi axtarış və götürmə aparılması haqqında xx xx xx 2022-ci il tarixli protokola və diskə (videoyazıya) baxış keçirilməsi haqqında xx xx xx 2022-ci il tarixli protokola əsasən şəxsi axtarış videçəkiliş aparılmaqla həyata keçirilmiş və şəxsi axtarışda, videoyazıya baxışın keçirilməsində, eləcə də şübhəli şəxs qismində tutulma protokolunun tərtib olunmasında müdafiəçi qismində dəvət olunmuş XXX55nun vəkili X43 iştirak etmiş, istər müdafiəçi, istərsə də Məhkum özü tərəfindən protokollara dair heç bir qeyd verilməmişdir. Əksinə, şəxsi axtarışın gedişində, eləcə də şübhəli şəxs qismində (müdafiəçinin iştirakı ilə) ilk dindirmə zamanı X43 əvvəlcə təhqiqatçıya, daha sonra isə müstəntiqə üzərində saxladığı, şəxsi axtarışın gedişində ondan götürülmüş maddənin metamfetamin olduğunu, bu psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını, tutularkən və daha sonra ona polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirmişdir. Eyni məzmunlu ifadəni Məhkum xx xx xx 2022-ci ildə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən də vermişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin əməliyyat-axtarış tədbiri üzərində məhkəmə nəzarəti həyata keçirilmədiyi üçün CPM-in 137-ci maddəsinin tələbinin pozulmasına, müvafiq sübutların, o cümlədən maddi sübutun və onun götürülməsini, məhkəmə-kimyəvi tədqiqatını əks etdirən şəxsi axtarış protokolunun və ekspert rəyinin yolverilməzliyinə (yəni, apellyasiya məhkəməsinin ittiham hökmünün həmin yolverilməz sübutlar vasitəsi ilə əsaslandırılması na) dair iddiasını maddi sübut əməliyyat-axtarış tədbiri nəticəsində deyil, CPM-in tələblərinə əməl olunmaqla həyata keçirilmiş istintaq hərəkəti vasitəsi ilə əldə olunduğuna, onunla bağlı sonrakı araşdırmaların nəticələrini əks etdirən sübutların əldə olunarkən də sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulmasına yol verilmədiyinə görə, əsassız hesab edir. Yuxarıda təsvir edilənlər müdafiə tərəfinin tutulmanın əsassız və qanunsuz olması barədə dəlilinin də əsasız olduğunu göstərir. Eynilə, müdafiə tərəfinin Məhkum ittihamdan səmərəli şəkildə, o cümlədən təyinat üzrə vəkil vasitəsi ilə deyil, özünün seçdiyi (müqavilə üzrə fəaliyyət göstərən) vəkil vasitəsi ilə müdafiə olunmaq hüququnun pozulmasına, polis tərəfindən zorakılığa məruz qalmasına və bunun təsiri altında ibt idai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində “etirafedici” ifadələr verməsinə, bu cür pozuntularla əldə olunmasına baxmayaraq həmin yolverilməz sübutlar vasitəsi ilə ittiham hökmünün əsaslandırılmasına dair iddiaları da əsaslı sayıla bilməz. Kassasiya şikayətində bu iddialar xüsusilə onunla əsaslandırılmışdır ki, Məhkum münasibətdə CPM-in 153.2.4-cü maddəsinin tələbi pozulmuş, şübhəli şəxs qismində tutulma barədə onun ailə üzvlərinə məlumat vermək əvəzinə təhqiqatçı tərəfindən 4 noyabr 2022-ci il tarixli bildirişlə onunla heç bir əlaqəsi olmayan ünvan üzrə tanımadığı şəxsə - X1 məlumat verilmişdir. Nəticədə o, ailə üzvlərinin köməkliyi ilə seçdiyi vəkillə müqavilə bağlamaq və onun vasitəsi ilə ittihamdan səmərəli şəkildə müdafiə olunmaq imkanından məhrum olunmuşdur. Həqiqətən də tutulma barədə bildiriş düzgün olmayaraq tamamilə başqa ünvana Məhkumlə qohumluğu olmayan şəxsə göndərilsə də, cinayət işinin digər materiallarından görünür ki, məhz təyinat üzrə vəkil X43 vasitəsi ilə müdafiə olunmaq, başqa vəkillə müqavilə bağlamamaq - bu Məhkum həqiqi iradəsini əks etdirməklə onun özünün seçimi olmuşdur. Belə ki, XXX17nun “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 5 noyabr 2022-ci il tarixli qərarından görünür ki, rayon prokuroru CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətini Məhkum öz əməlini səmimi etiraf etməsini, şəxsiyyəti ilə bağlı məlumatları nəzərə alaraq müdafiə etməkdən (təqdimatla vəsatəti məhkəmə qarşısına çıxarmaqdan) imtina etmişdir. Bununla əlaqədar müs təntiq tərəfindən 5 noyabr 2022-ci ildə Məhkum barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, evə buraxılmış və ibtidai istintaqın bundan sonrakı dövründə təqsirləndirilən şəxsin azadlığı məhdudlaşdırılmamışdır. Buna baxmayaraq ibtidai istintaqın gedişində hər hansı bir prosessual hərəkətin yerinə yetirilməsi zamanı, o cümlədən Məhkum psixostimulyatorlardan sui-istifadə etməsi səbəbindən narkomaniya xəstəliyinin aşkar olunmasına dair 8 dekabr 2022-ci il tarixli ambulator məcburi narkoloji tibbi yoxlamının rəyi Məhkum elan edilərkən, ona və müdafiəçisinə ibtidai istintaqın qurtarması barədə 19 yanvar 2022-ci il tarixli protokol tərtib olunmaqla məlumat verilərkən, Məhkum müdafiəçisi Müdafiəçi4lə birlikdə 21 yanvar 2022-ci il tarixdə cinayət işinin materialları ilə ta nış olarkən təqsirləndirilən şəxs nə ibtidai istintaqın gedişindən və nəticələrindən narazı olduğunu bildirib özünün müdafiəsi üçün dəlillər irəli sürmüş, nə də ki, başqa müdafiəçi ilə müqavilə bağlamış və yaxud belə istəyinin olduğunu icraatı aparan müstəntiqə bildirmişdir. O cümlədən, bütöv ibtidai istintaq boyunca, hətta sərbəst buraxıldıqdan sonra davam edən 2 aydan artıq müddət ərzində Məhkum ona polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi, bunun təsiri altında özünün əleyhinə həqiqəti əks etdirməyən etirafedici ifadələr verməsi barədə müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin şərh edilən dəlilləri ilə də (onlar cinayət işinin materi alları ilə uzlaşmadığı üçün) razılaşmır. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsinin sözügedən və digər hüquqi məsələlər üzrə gəldiyi nəticələr işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual hüquqi normalarının düzgün təfsir və tətbiqinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar apel lyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən və çıxarılan nəticələr həmin sübutların bir-biri ilə, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərlə müqayisəli şəkildə təhlil edilməsinə əsaslandığından, məhkəmə kollegiyası hazırki qərarda sübutların yuxarıda təsvir edildiyindən daha geniş şəkildə təsvir və şərh edilməsinə zərurət görmür. Məhkəmə kollegiyasının fikrincə Məhkum cəza təyin edilərkən də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, məhkəmə Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətə azdlığın məhdudlaşdırılması cəzasını təyin etməklə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halı – Məhkum himayəsində azyaşlı uşaqlarının olm asını (CM, maddə 59.1.4), cəzanı ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum CMin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin ittiham hökmü qanuni və əsaslıdır, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1416.1.3, 416.1.6 və 416.1.11-ci m addələrində təsbit olunmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının Məhkum barəsində olan 10 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2073/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2073/2024
18.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver