Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2097/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Tərcüməçi Rzayeva Zeynəb Azad qızının, Zərərçəkmiş şəxsin və nümayəndəsinin, Məhkumun müdafiəçisi Sultanov Siyasət Dünyamalı oğlunun iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali tə hsilli, məhkum olunmamış, x işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli, 1(103)-1078/2024 nömrəli qərarından Məhkum müdafiəçiləri Məmmədli Yaqub Həbib oğlu və Sultanov Siyasət Dünyamalı oğlu tərəfindən ayrı-ayrılıqda və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(004)-86/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: R.B.Cavadzadə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə nəzərdə t utulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən), Q.X.Babayev və S.X.Bəhrəmzadə) məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti isə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü Məhkum cəz a təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum təyin edilmiş 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası artırılaraq 03 (üç) il 06 (altı) ay həddində müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Məmmədli Yaqub Həbib oğlu və Sultanov Siyasət Dünyamalı oğlu tərəfindən ayrı-ayrılıqda və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 2022-ci ilin oktyabr və noyabr ayları ərzində istintaqla dəqiq müəyyən olunmayan ayı-ayrı vaxtlarda mütəmadi olaraq, yəni 4-5 dəfə olmaqla, yaşadığı ünvan 2 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət mövzularında mübahisə edərək (evdə hazırlana n yemək, sonuncunun geyindiyi paltarlar və s.) bu zəmində aralarında yaranmış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan hər dəfə azyaşlı övladlarının gözü qarşısında sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmiş, mütəmadi olaraq şərəf və ləyaqətini alçaldaraq qeyri-insani davranışlara məruz qoymaqla Zərərçəkmiş şəxsnm sol körpücüküstü nahiyə, sol arxa kürək, sol bazu nahiyəsinin arxa hissəsi, qarının sağ aşağı hissəsi və bədəninin digər nahiyələrinə yumruq və təpiklə çoxsaylı zərbələr vurub xəsarətlər yetirməklə sonuncuya fiziki ağrı və psixi iztirablar vermiş, Zərərçəkmiş şəxsnm ondan qanunsuz hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq eyni qəbildən olan qərəzli hərəkətlərini davam etdirib daha da qəddarlaşaraq sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadıqları evdə Zərərçəkmiş şəxs və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib təhqir edərək sonuncunun şərəf və ləyaqətini alçaltmış, azyaşlı oğlu x onun qanunazidd davranışlarını müşahidə etməsinə məhəl qoymayaraq Zərərçəkmiş şəxs cəzalandırmaq və işgəncə vermək üçün sonuncuya qarşı xüsusi amansızlıq nümayiş etdirməklə qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub Zərərçəkmiş şəxs sol gözün konyuktiva qişası altında qansızma və skleranın cırılması ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin İV barmağının qançırları kimi yüngül dərəcəli bədən xəsarətləri yetirməklə mütəmadi olaraq onunla pis rəftar edib barəsində nalayiq ifadələr işlətməklə mütəmadi olaraq şərəf və ləyaqətini alçaltmış, qeyri-insani davranışları il ə fiziki cəhətdən özündən zəif olan arvadı Zərərçəkmiş şəxs mütəmadi olaraq qəsdən döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verib Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs işgəncə verməklə əzab vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum daha ağır cinayət – qəsdən sağlamlığa ağır zərər vurma (CM 126.1) cinayəti törətdiyi halda, onun əməlləri ibtidai istintaq orqanı və məhkəmələr tərəfindən düzgün olmayaraq Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə tövsif olunmuş və məhkuma əməllərinə müvafiq olmayan həddindən artıq yüngül cəza tətbiq edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi iddia edir ki, istintaq düzgün aparılmamış, iş üzrə sənədlər, sübutlar, o cümlədən ekspertiza rəyləri saxtalaşdırılmış, Zərərçəkmiş şəxs gözünün amputasiyanın səbəbi məhz Məhkum tərəfindən yetirilmiş xəsarətlər olduğu halda məhkəmələr tərəfindən həmin xüsatatlara qiymət verilməmiş, hökmdən verilən apellyasiya şikayətinə münasibətdə isə apellyasiya məhkəməsi yalnız Məhkum cəzasını artırmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum daha ağır ittiham ların irəli sürülməsi üçün cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçiləri Məmmədli Yaqub Həbib oğlu və Sultanov Siyasət Dünyamalı oğlu ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən ibtidai istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntularına, müxtəlif materiallar arasında olan ziddiyyətlərə əhəmiyyət verilməmiş, nəticədə Məhkum əsassız olaraq əzab vermə cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Müdafiəçilər iddia edirlər ki, birinci və apellyasiya instansiya məhkəmələri zərər çəkmiş şəxsin, şahidlərin və məhkum edilmiş şəxsin ifadələrini müdafiə tərəfinin təqdim edilən digər sübutlara qarşılıqlı təhlil edilib qiymətləndirilməmişlər. Cinayət işi üzrə toplanmış və məhkəmədə araşdırılmış sübutlar isə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirliliyini təsdiq etmir. Müdafiəçilər kassasiya şikayətlərində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətdə təqsirliliyi sübuta yetirilmədiyi üçün cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətində Məhkum əməllərində daha ağır, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurma (CM 126.1) cinayətinin tərkibləri olduğu halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilindiyini və ona həddindən artıq yüngül cəzanın tətbiq edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və daha ağır ittihamların irəli sürülməsi üçün cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçiləri Məm mədli Yaqub Həbib oğlu və Sultanov Siyasət Dünyamalı oğlu kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin CM-nin 133.2.6-cı maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya zər ərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçilərinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, müdafiəçi Məmmədli Yaqub Həbib oğlu və Sultanov Siyasət Dünyamalı oğlunun hazırki qərarın “Kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, müdafiəçilərin kassasiya şikayətlərindən görünür ki, onlar hüquqlarını müdafiə etdikləri Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, törədilmiş cinayətə aid iyyətinin olmadığı halda əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizələrini və həmin mülahizələrdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçilər kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlar ını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçilərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində irəli sürdükləri, konkret dəlillərlə əsaslandırılmayan iddialarını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum h ərəkətlərində Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qə rarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilənin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sənədlər ətraflı təsvir edilib, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qe yd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum müdafiəçilərinin kassasiya şikayə tlərinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayətprosessual qanunun 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum əməllərində Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinin deyil, daha ağır cinayətlərin tərkiblərinin olması barədə dəlillərinin əsassız olması həm də ondan görsənir ki, sözügedən iddia cinayət-prosessual qanunun məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələbləri ilə də uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayə tə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən isə Məhkum qarşı Cinayət Məcəlləsinin 126.1-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə ittiham irəli sürülməmiş, o yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətini törətməkdə təqsirləndirilmişdir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, birinci və apellyasiya instansiyası məhkəmələri kimi, kassasiya instansiyası məhkəməsi də Məhkum qarşı irəli sürülməyən ittihama baxa, bu məsələ üzrə kassasiya şikayətində gətirilən dəlillərdən çıxış etməklə həmin müraciətə münasibətini müəyyənləşdirə (onları məhkəmə qərarının ləğvinə əsas yaradan dəlillər kimi nəzərdən keçirə) bilməz. Odur ki, Məhkum A zərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan, kollegiya bu məsələ ilə əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsinin irəli sürdüyü iddia ilə və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum barəsində apellyasiya məhkəməsi tərəfindən artırılmış 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasının yüngül olmasına həsr olunmuş kassasiya şikayətində (şikayətin məzmunundan) istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Məhkumn cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsaslarla, yəni cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədləri, o cümlədən cəzanın təqsirkarın islah olunmasına, digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzasının onun islah edilməsi və cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi üçün kifayət etməməsi, sonuncuya təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın artırılaraq 03 (üç) il 06 (altı) ay həddində müəyyən edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha yaxşı, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə - nüm ayəndə tərəfindən verilmiş kassasiya şikayətinin təmin, məhkumun müdafiəçiləri Məmmədli Yaqub Həbib oğlu və Sultanov Siyasət Dünyamalı oğlunun kassasiya şikayətinin rədd edilməsinə, məhkumun müdafiəçisi S.Sultanovun özü tərəfindən və digər müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin, qarşı tərəfinin vermiş olduğu kassasiya şikayətinin rədd edilməsinə və hər iki kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X3 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 23 may 2024-cü il tarixli, 1(103)-1078/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəs ini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, habelə Məhkum müdafiəçiləri Məmmədli Yaqub Həbib oğlu və Sultanov Siyasət Dünyamalı oğlunun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 23 may 2024-cü il tarixli, 1(103)-1078/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2097/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2097/2024
22.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver