Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-210/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 07 avqust 2024-cü il tarixli 1(103)-1013/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fərid Namazov (sədrlik edən), Əhməd Quliyev və Telman Hüseynov) 04 mart 2024-cü il tarixli, 1(101)-549/2024 nömrəli hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Ağdam rayonunun Kolqışlaq kəndində doğulmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirl i bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmışdır. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin olunmuş, maddi zərərə görə 25300 manat, ödənilmiş 195 manat dövlət rüsumu və mənəvi zərərə görə 2000 manat olmaqla, ümumilikdə 27495,0 (iyirmi yeddi min dörd yüz doxsan beş) manat pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin olunmuş, maddi zərərə görə 91000 manat, ödənilmiş 401 manat dövlət rüsumu və mənəvi zərərə görə 2000 manat olmaqla, ümumilikdə 93401,0 (doxsan üç min dörd yüz bir) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi hökmü edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edib, baxıcılar vasitəsi ilə sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış ailə münaqişəsini həll edəcəyinə və Zərərçəkmiş şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə münasibətlərini düzəldəcəyinə dair yalandan vəd verib inandıraraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayının sonlarında ünvan 1 ünvanında yerləşən “Elit” Ticarət Mərkəzində yerləşən ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 2000 manat pulu Məhkum istifadəsində olmuş kart hesabına köçürmə yolu ilə, 2022-ci ilin mart ayının əvvəllərində Şirvan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 800 manat pulu kart hesabına köçürmə yolu ilə, 2022-ci ilin iyun ayının sonunda ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi özünə məxsus 10000 manat pulu, xx.xx.2022ci il tarixdə eyni ünvanda Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi özünə məxsus 12500 manat pulu, 2022-ci ilin noyabr ayının əvvəlində eyni ünvanda Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi və həyat yoldaşı Zərərçə kmiş şəxs1 məxsus Azərbaycan manatı ilə 22950 manat təşkil edən 13500 ABŞ dolları pulu, 2022-ci ilin dekabr ayının əvvəlində eyni ünvanda Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus Azərbaycan manatı ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları pulu, 2022-ci ilin dekabr ayının ortalarında eyni ünvanda Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus Azərbaycan manatı ilə 28050 manat təşkil edən 16500 ABŞ dolları pulu, sonuncu dəfə 2023-cü ilin mart ayında ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus 15000 manat pulu alıb ələ keçirərək cinayəti başa çatdırıb, verdiyi vədlərə əməl etməyib aldatmaqla Zə rərçəkmiş şəxs1 məxsus 100000 manat, Zərərçəkmiş şəxs2 isə məxsus 25300 manat olmaqla, ümumilikdə 125300 manat məbləğində pulu, yəni külli miqdarda özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədov) 07 avqust 2024-cü il tarixli 1(105)-189/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2024-cü il tarixli 1(101)-549/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 07 avqust 2024-cü il tarixli 1(105)-189/2023 nömrəli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 1(103)1013/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, Məhkum əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan icraat zamanı, təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə yalnız 10.000 manata münasibətdə təqsirli bildiyini, digər hissələrdə ittihamı qəbul etmədiyini bildirmişdir. Məhkum ona qarşı rüsvayedici məlumatların yayılması ilə bağlı ibtidai isti ntaq dövründə polis əməkdaşları tərəfindən mənəvi zorakılığa qaldığını, bundan qorxaraq polisin dedikləri ilə razılaşmaq məcburiyyətində qaldığını, bildirmişdir. Kassator bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və onun anası Şahid1 tərəfindən verilmiş ifadələr dəfələrlə dəyişdirilmiş, həmin ifadələr ziddiyyətli olsalar da, həmin ifadələr eyniliklə kopiyalanmaqla təqsirləndirilən şəxsə imzalatdırılmışdır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən aparılan icraat zamanı hökmdə göstərilən qaydada ifadə verməyib, protokolda və məhkəmənin hökmündə Məhkum aid ifadələr onun videoçəkilişlə aparılmış məhkəmə prosesi zamanı verdiyi ifadələrlə eynilik təşkil etmir, lakin bu faktı araşdırmaq vəzifəsi olan apellyasiya instansiyası məhkəməsi təəssü flər olsun ki, bununla bağlı heç bir araşdırma aparmamışdır. Digər tərəfdən Məhkum özünü ittiham olunduğu maddə üzrə təqsirli bilməsi, onun barəsində ittiham hökmü çıxarılması üçün əsas ola bilməz, çünki cinayət işində onun təqsirliliyini təsdiq edə biləcək mötəbər sübutlar mövcud deyil, əksinə bir-birinə ziddiyyət təşkil edən zərərçəkən şəxslərin və şahidlərin tam ziddiyyətli ifadələri ilə əhatə olunur. Bundan başqa müdafiəçi qeyd edir ki, məhkəmə prosesi zamanı işin obyektiv araşdırılması və həqiqətin müəyyən edilməsi üçün verdiyi bütün vəsatətlər məhkəmə tərəfindən etinasız yanaşılmış, həqiqətin müəyyən edilməsi təmin edilməmişdir. Halbuki, həqiqəti müəyyən etmək məhkəmənin birbaşa vəzifəsidir. Məhkəmə müdafiə tərəfinin verdiyi bütün vəsatətlərlə bağlı bildirirdi ki, bu məsələ müşavirə otağında müzakirə olunacaq, məhkəmə aktında öz əksini tapacaq. Hazırda qərarı nəzərdən keçirsək görərik ki, məhkəmə ümumiyyətlə heç nə müzakirə etmədən, apellyasiya şikayətinin dəlillərində göstərilənlərə heç bir hüquqi qiymət vermədən, əsaslandırılmamış məhkəmə aktı çıxarmışdır. Bundan başqa məhkəmə təqsirləndirlən şəxsə təyin edilmiş cəza hissəsinə də formal olaraq münasibət bildirməyə cəhd göstərmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın mübahisələndirilməsi ittihamı qəbul etməyimiz kimi nəzərə alınmamalı, lakin cəza təyin hissəsində də, məhkəmənin ədalətsizliyi və qərəzliyinə diqqət yetirilməsi zəruridir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı hallar mövcud deyil, yüngülləşdirici hallar kifayət qədər sadalanmış, hətta himayəsində iki azyaşlı uşağının olmasını, ilk məhkumluğunu göstərmiş, cəzasını ağırlaşdıran halların olmamasını müəyyənləşdirsə də, təyin edilmiş cəzan ədalətli olmamış, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Belə ki, təqsirləndirlən şəxs ilk dəfədir ki, məhkum olunmuş, himayəsində iki azyaşlı övladı var, həmçinin o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlində ağırlaşdıran hallar mövcud deyil. Belə olan halda ona məhz ittiham olunduğu maddə üzrə 7 il azadlıqdan məhrumetmə cəzası verilməsi, bu cəzanın apellyasiya tərəfindən dəyişdirilmədən saxlanılması məhkəmələrin qərəzli və ədalətsiz olmalarına dəlalət edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum təyin edilmiş cəza əməlində residiv olan şəxslərə təyin edilməsi qanunla yol verilən həddə olmuş, sanki onun əməlində yüngülləşdirici hallar mövcud deyil, ağırlaşdıran hallar mövcuddur və onun əməlində cinayətlərin residivi mövcuddur. Göründüyü kimi məhkəmə Məhkum əməlində yüngülləşdirici halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini formal olaraq nəzərə almasını göstərmiş faktiki olaraq əməlində cinayətinin residivi olan şəxslərə təyin edilə biləcək həddə cəza təyin etmişdir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 bir evdə yasalarsa da ayrıca təsərrüfat aparırlar. Belə ki, cinayət işi üzrə hər biri ayrıayrılıqda şikayət edərək Zərərçəkmiş şəxs1 100.000 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 25.300 manat məbləğində ona z ərər dəyməsini bildirir. Bununla yanaşı verilmiş mülki iddialar da, ayrı ayrılıqda verilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, kağız üzərində ailəli olub olmamalarına baxmayaraq Qafarzadə ailəsi birgə təsərrüfat aparmırlar. Belə olan halda Zərərçəkmiş şəxs1 onun ehtimal olunan pulunu xəbərsiz götürmüş Zərərçəkmiş şəxs2 tələb edə bilər, Məhkum tələb etməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə olan halda təqsirləndirilən şəxs Məhkum qanunvericiliyin tələblərinə zidd olaraq iş üzrə zərər çəkən şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 etibarını nə vaxt qazanması, etibarından nə vaxt və hansı formada sui-istifadə etməsi, eləcə də ondan hansı məbləğdə vəsait alıb dələduzluq yolu ilə ələ keçirməsi və ya onu tanımadığı halda aldataraq əmlakının ələ keçirilməsi ilə bağlı suallar yaran ır. Bununla yanaşı yuxarıda sadalanan halların olmadığı təqdirdə hansı əsasla onun barəsində həmin ittiham aktının çıxarılması, həmin ittiham aktını Bakı Ağı Cinayətlər Məhkəməsinin notariusu funksiyasını icra edən hakimləri tərəfindən təsdiq edilməsi məhkəmə tərkibinin ədalətdən xəbəri olmadığını nümayiş etdirir. Məhkəmə Zərərçəkmiş şəxs1 zərərçəkən şəxs statusuna malik olmasının qanunu və əsaslı olub-olmaması hissəsini ümumiyyətlə araşdırmadan iş üzrə qeyri obyektiv və qərəzli nəticəyə gəlmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmədiyi, onu aldatmaqla əmlakını ələ keçirmədiyi üçün həmin ittiham üzrə ittiham hökmü ləğv edilməli, iddia tələbi rədd edilməklə Məhkum bəraət verilməlidir. Həmçinin kassator əməliyyat çəkilişinin cinayət işinin materiallarına hansı əsasl a əlavə edilməməsi, Məhkum mobil telefonunda olan Şamxal ilə yazışmalarının və fotoşəkillərin çıxarılsa da, hansı əsasla cinayət işinin materiallarına əlavə edilməməsi, eləcə də qərar olmadan, buna dair müvafiq rəsmləşdirmə aparılmadan təqsirləndirilən şəxsin mənzilinə hansı əsaslarla daxil olmaları, mənzildə axtarış keçirmələri, həmçinin həmin axtarışda polis əməkdaşları Zərərçəkmiş şəxs1 hansı əsaslarla iştirak etməsi ilə bağlı məsələlərin aydınlaşdırılması üçün cinayət işi üzrə apellyasiya şikayətinə baxılması qismən məhkəmə istintaqı keçirilməklə aparılmalı, zərər çəkən şəxslərin, təqsirləndirilən şəxsin, şahidlərin dindirilmələri ilə yanaşı Şirvan ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Sahil Şıxalıyevin məhkəmə iclasında iştirakı təmin edilərək dindirilməsi, əlavə şahid qismində xx.xx.2015-ci il təvəllüdlü X3 eləcə də, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.1967ci il təvəllüdlü X4 (AA0739406), xx.xx.1991-ci il təvəllüdlü X5 (AA0739409), xx.xx.1995-ci il təvəllüdlü X1 (AA4385263) işə cəlb edilərək dindirilmələri zəruridir. Bundan başqa iş materiallarından 28 mart 2023-cü il tarixli ifadələrdən görünür ki, Məhkum şahid qismində vəkilin iştirakı olmadan dindirilmişdir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Məhkum ona dövlət hesabına təyin edilmiş müdafiəçi Qədir Qədirovu cəmi bir dəfə 30 mart 2023-cü il tarixdə Şirvan Şəhər Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilərkən görmüşdür. Vəkilin hüquqi yardımından istifadə edə bilməmiş, vəkil tərəfindən ona yüksək keyfiyyətli hüquqi yardım göstərilməmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, müstəntiq ona ö zü-öz əleyhinə ifadə verməmə hüququ da daxil olmaqla hüquqlarını izah etməmiş, əksinə hədə qorxu gələrək onun verdiyi bütün sənədləri imzalamağı və onun dediyi formada ifadə verməyə məcbur etmişdir. Göründüyü kimi Məhkum müdafiə hüququ pozulmuş, buna görə də Azərbaycan Respublikası CPM-in 391.8.1-ci maddəsinin tələblərinə əsasən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ittiham hökmünü ləğv edərək, cinayət işini birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarması haqqında qərar çıxarması zəruridir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum əməlində cinayət tərkibinin olmaması, təqsirinin sübuta yetirilməməsi və nəticədə əsassız olaraq təqsirli bilinməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili əsaslı hesab etmir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakın ın əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs2 aldadaraq, pul müqabilində onun əri ilə münasibətlərinin yaxşılaşdırılması barədə vədlər vermiş və bu yolla Vüsal Qafarzadəyə və onun əri Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda pulu ələ keçirmişdir. İşin bu halları məhkəmə iclasında tədqiq edilmiş Məhkum özünün, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təsdiq edilmişdir. Belə ki, həm cinayət işi üzrə məhkəməyədək icraat zamanı, həm birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü təqsirli bilərək ifadəsində göstərmişd ir ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və sonuncunun əri Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, Zərərçəkmiş şəxs2 aldadıb hissə-hissə pullarını ələ keçirmiş, həmin pullara məişət əşyaları almış və 2022-ci ilin fevral ayından tutulduğu vaxta qədər pulları xərcləmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında əri Zərərçəkmiş şəxs1 ilə aralarındakı münasibətin pisləşməsi onu narahat etmişdir. Həmin ərəfədə anası Şahid1 qonşusu Məhkum ona zəng edib “Covid 19” xəstəliyinə tutulduğunu dediyindən, sonuncuya müalicə yazmış, bundan sonra aralarında münasibət yaranmışdır. O, Məhkum ilə mobil telefon vasitəsilə danışdığı zaman əri ilə münasibətlərinin pisləşdiyini dedikdə, sonuncu ona Bakı şəhəri, Bayıl qəsəbəsində olan baxıcının həmin münasi bətləri yaxşılaşdıra bildiyini, kömək üçün ona xahiş edəcəyini söyləmişdir. O, həmin danışıqdan bir neçə gün sonra Məhkum zəng edib baxıcı ilə danışıb-danışmadığını soruşmuş, Məhkum da baxıcı ilə danışdığını, əri ilə aralarındakı münasibətləri düzəltməsi üçün 2000 manat pulun lazım olduğunu dediyinə görə, o, Məhkum bank kartının şəklini istəmiş, sonuncu da əri Rəhimin bank kartının şəklini ona göndərmişdir. O, 2022-ci ilin fevral ayının sonunda Şirvan şəhərində ödəmə terminalı vasitəsilə Məhkum əri Rəhimin bank kartına özünə məxsus 2000 manat pulu göndərmişdir. Təxminən 2-3 gün sonra Məhkum ona zəng edib baxıcıya həmin pulun çatdığını, baxıcının əlavə də pul istədiyini, vermədiyi təqdirdə, əri ilə münasibətlərinin daha da pisləşəcəyini deyib bank kartına pul göndərməsini demiş, o, 2022-ci ilin mart ayının əvvəlində Şirvan şəhərində ödəmə terminalı vasitəsilə Məhkum əri Rəhimin bank kart hesabına özünə məxsus 800 manat pulu göndərmişdir. 28 mart 2022-ci il tarixdə Məhkum ona zəng edib baxıcının tez-tez pul istədiyini, sonuncudan canlarını qurtarmaq lazım olduğunu, Novruz adlı baxıcının köməklik edə biləcəyini dediyindən, Məhkum nə qədər pul verməli olduğunu soruşmuş, Məhkum da Novruz adlı baxıcıya 10000 manat pul verməli olduğunu söyləmişdir. O, bu barədə anası Şahid1 deyib pul tapmasını xahiş etmiş, anası Şahid1 bacısının əri Əliqulu İskəndərovdan bankdan kreditə pul götürüb verməsini xahiş etmiş, onların isə həmin aylıq kredit ödənişlərini ödəyəcəyini söyləmişdir. Əliqulu İskəndərov da razılaşıb bankdan öz adına pul krediti göndərib anası Şahid1 10000 manat pul vermişdir. Anası Şahid1 da onun xahişi ilə həmin 10000 manat pulu 2022-ci ilin iyun ayının sonunda Məhkum yaşadığı ünvanda əlbəəl sonuncuya vermişdir. 2022-ci ilin iyun ayının sonunda Məhkum ona zəng edib baxıcının 15000 manat pul istədiyini dediyinə görə o, 07 oktyabr 2022-ci il tarixdə "xxxx" ASC-dən öz adına 12500 manat kredit götürmüş, anası vasitəsilə Məhkum həmin pulu çatdırmışdır. Məhkum yenə pul istədiyinə görə 2022ci ilin noyabr ayının əvvələrində ərinə məxsus 13500 ABŞ dolları pulu götürüb sellofana büküb üzərini bağladıqdan sonra işə getmiş və işdə “Azermed” şirkətinin işçisi olan Musa adlı şəxsə pulu aparıb anasına çatdırması üçün vermiş, Musa həmin bükümdə nə olduğunu bilməmiş, həmin gün anası Şahid1 göndərdiyi pulu tam şəkildə Məhkum verdiyini ona bildirmişdir. 2022-ci ilin noyabr ayı nın sonlarında anası ona zəng edib Məhkum baxıcının pul istədiyini söylədiyini dediyinə görə o, ərinə məxsus 20000 ABŞ dolları pulu götürüb həmin ilin dekabr ayının əvvəlində eyni qaydada Məhkum çatdırmış, 2022-ci ilin dekabr ayının ortalarında eyni qaydada pul istədiyindən, ərinə məxsus 16500 ABŞ dolları Məhkum təqdim etmişdir. 2023-cü ilin mart ayının əvvəllərində isə əri Zərərçəkmiş şəxs1 məxsus 15000 manat pul vəsaitini Məhkum eyni səbəbdən vermişdir. Beləliklə, Məhkum əri Zərərçəkmiş şəxs1 məxsus 50000 ABŞ dolları və 15000 manat, ona məxsus ümumilikdə 25300 manat pul vəsaitini aldadaraq ələ keçirmişdir. İşin bu halları açıq göstərir ki, Məhkum Zərərçəkmiş şəxs2 aldadaraq onun pullarını əldə etməklə hökmdə təsvir olunan hərəkətləri törətmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edi r ki, məhkəmələr tərəfindən Məhkum əməlləri əsaslı olaraq dələduzluq kimi qiymətləndirilmiş və kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gə ldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum əməllərinin tövsifi ilə əlaqədar kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş izahlara tam uyğundur. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutları n araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Kassatorun kassasiya şikayətinin dəlillərindən biri də, ibtidai istintaq zamanı Məhkum müdafiə hüququnun pozulması barədədir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, Az ərbaycan Respublikası CPM-in 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 92-ci maddəsinin tələblərinə uyğun Məhkum hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutularkən istintaq orqanının – 28 mart 2023-cü il tarixli qərarına əsasən ona Şirvan Regional vəkil bürosunun vəkili Q.N.Qədirov müdafiəçi qismində təyin edilmiş, 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili G.İ.Həsənova müqavilə əsasında Məhkum müdafiəçi qismində işə buraxılmış və sonuncunun işə buraxılması ilə əlaqədar Məhkum ərizəsi əsasında Q.N.Qədirovun müdafiəşi qismində iştirakına xitam verilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu andan Məhkum iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri müdafiəçilərin iştirakı ilə keçirilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Məhkum həm təyinat üzrə müdafiəçi Q.N.Qədirovun iştirakı ilə, həm müqavilə əsasında işə buraxılmış müdafiəçi G.İ.Həsənovanın iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək işin halları haqqında eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında cinayət işi üzrə ibtidai istintaq zamanı Məhkum müdafiə hüququnun pozulmasına dəlalət edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə birinci və apellyasiya instansiya m əhkəməsində icraat zamanı da təqsirləndirilən şəxs Məhkum müdafiəçinin xidmətindən istifadə etmək hüququ qanunla nəzərdə tutulmuş qaydada təmin edilmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətiniun bu barədə dəlili əsaslı hesab etmir. Kassasiya şikayətinin digər dəlili - məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclas protokollarından görünür ki, məhkəmə icraatı zamanı verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul edilmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib edilməməsi məhkəmə tərəfindən cinayət-prose ssual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir. İşdən görünür ki, məhkəmələr tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarlar qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2024-cü il tarixli 1(103)-1013/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2024-cü il tarixli 1(103)-1013/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-210/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-210/2025
05.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver