Məhkəmə qərarları › İş №1(102)-2106/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2106/2025

06.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2106/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3 və Məhkum – Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X6 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) 1(124)-459/2024 saylı, 04 noyabr 2024-cü il tarixli hökmü ilə xx xxxxxxx 1995-ci il tarixdə Qusar rayonu, Qayakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, Qusar rayonu Cibir kəndində qeydiyyatda olan, halhazırda 10 saylı cəzaçəkmə müəs sisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 05 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə) 1(105)-84/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarı ilə məhkumun özü tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə təqsirli bilinərək məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-459/2024 saylı, 04 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayətinə qarşı etiraz yaxud kassasiya protesti verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuş, yəni onu zorlamışdır. Belə ki, o, xx.xx.2021-ci il tarixdə, saat 00:10-dan 03:30-dək olan müddətdə sərxoş vəziyyətdə olaraq Rusiya Federasiyası, Primorsk diyarı, Partizanskiy Bələdiyyə rayonu, Novaya Sila kəndi, 40 Let Pobedı küçəsi, 30 B nömrəli evdən 510 metr cənub-şərq istiqamətində yerləşən 42°59'57" şimal eni; 133°5'53" şərq uzunluğu coğrafi koordinatları olan ərazinin bir hissəsinin yaxınlığında olarkən, cinsi tələbatını təmin etməsi məqsədi ilə qəsdən hərəkət edərək, öz hərəkətlərinin ictimai təhlükəliliyini, qanunsuzluğunu və faktiki xarakterini dərk edərək, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü, Rusiya Federasiyası, Primorsk diyarı, Naxodka şəhər sakini Zərərçəkmiş şəxs cinsi azadlıq hüququnun pozulması şəklində öz hərəkətlərinin ictimai təhlükəli nəticələrinin başlanmasının qaçılmazlığını qabaqcadan görərək, Zərərçəkmiş şəxs on səkkiz yaşına çatmamış şəxs olduğunu etibarlı şəkildə bilərək, ona fiziki ağrı və sol tərəfdən yanaq nahiyəsində 02 (iki) ədəd qançır, sol sağrının y uxarı daxili kvadrantı nahiyəsində qançır, sağ tərəfdən oma sümüyü nahiyəsində sıyrıntılar, sol dirsək oynağı nahiyəsinin arxa səthində, döş qəfəsinin arxa səthi üzrə sol tərəfdən 9-cu qabırğaarası sahədə kürək və arxa qoltuqaltı xətlər arasında qançırlar, sol baldır nahiyəsinin ön səthi boyunca orta 1/3də sıyrıntılar, sağ çiyin nahiyəsinin ön səthi boyunca orta 1/3-də, sağ bud nahiyəsinin ön səthi boyunca yuxarı 1/3-də, sağ bud nahiyəsinin daxili yan səthi boyunca yuxarı 1/3-də, sağ bud nahiyəsinin ön səthi boyunca aşağı 1/3- də, sol budun nahiyəsinin daxili yan səthi boyunca yuxarı 1/3-də 03 (üç) ədəd, sağ baldır nahiyəsinin ön səthi boyunca yuxarı 1/3dən orta 1/3-ə kimi 07 (yeddi) ədəd, sol sağrının aşağı xarici kvadrantı nahiyəsində qançırlar ilə ifadə olunan, dərəcələri təyin edilməyə n xəsarətləri yetirib ona həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, onun müqavimət göstərmək iradəsini qırmaq üçün onu yerə yıxıb, bədəni və əzalarını yerin səthinə dəydirib, onun üstünə çıxıb, öz bədəninin ağırlığı ilə tutub, onun iradəsinə zidd olaraq cinsiyyət üzvünü uşaqlıq yoluna daxil etmək məqsədi ilə öz əlləri ilə onun əynində olan cins şalvarını və tumanını aşağı salıb, ağzını ovucu ilə bağlayıb, öz cins şalvarını və tumanını dizlərinə qədər aşağı salıb, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs zorlamaq məqsədi daşıyan cinayətkar niyyətini həyata keçirməyə davam edərək, yerdə olan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq ayaqlarını öz ayaqları ilə ayıraraq, ayaqlarından əlləri ilə zorla tutaraq, ona fiziki ağrı yaşadaraq, onun müqavimət göstərmək iradəsini daha da qırmaq üçün sağ ovucu ilə ən azı iki dəfə üzünə vurub cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla daxil edib cinsi azadlıq hüququnu pozub onu zorlamış, bununla da onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olmuş, yəni onu zorlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, barəsində çıxarılan hökm qanunsuz və əsassızdır. Belə ki, o, 04 (dörd) ildən artıq bir müddətdə Rusiya Federasiyasının vətəndaşları İrina Aleksandrovna və onun anası ilə birlikdə yaşamış və bu müddət ərzində də onlar arasında ailə dəyərləri, qarşılıqlı hörmət formalaşmışdır. Birgə yaşadıqları dövrdə İrina Aleksandrovnanın anası hər zaman ailə işlərinə qarışmış, ailə daxili münaqişələr yaratmışdır. Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, Rusiyada olarkən İrina Aleksandrovnanın anası qızının zorlanması ilə bağlı məhkəməyə şikayət etmiş, lakin bu fakt öz təsdiqini tapmamışdır. Bir müddət sonra o, öz vətəninə qayıtmış və qayıtmamışdan qabaq eynən bir neçə ay İrina ilə birlikdə yaşamışdır. Şərh olunanlara əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-84/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri t ərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci ma ddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinay ət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397. 2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyy ətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alın maqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməl idir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə ai d biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə təqsi rlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 149.2.3-cü maddəsinin (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqı nda əsaslı nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 02 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Res publikası CM-nin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətini n dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, yəni, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlaması Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsin in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum həmin cinayət əməlini törətməsini, cinayət-prosessual qanunvericiliyin tələblərinə ria yət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, məhkum və müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsində (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlamasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yetkinlik yaşına çatmayan şəxsi zorlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibi nin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələ ri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinay ət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 149.2.3-cü maddəsi ilə təqsirli olması barədə mövqeyini əsaslı sayara q qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutlar ın hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 149.2.3-cü maddəsi (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməs i üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsin (27 dekabr 2022-ci il tarixli qanunla ləğv edilmiş) ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar