Məhkəmə qərarları › İş №1(102)-211/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-211/2023

14.02.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-211/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ümid Nadir oğlu Şahvələdovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin (hakim Natiq İsmayılov) 1(074)-10/2022 nömrəli, 24 may 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1976-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şamaxı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistik bölməsinin tibbi statistiki işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 70, mənzil 84-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhdudlaşdırma cəzasına və Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhdudlaşdırma cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmaqla ona 2 (iki) il müddətinə azadlıqdan məhdudlaşdırma cəzasının təyin edilməsi, üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin də yişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzasının əvvəlinin Məhkum Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 08 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində tibbi statistik işlədiyi ünvan 2 ünvanında yerləşən Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binasının 1-ci mərtəbəsindəki Qeydiyyat Şöbəsinin foyesində olarkən bir müddət əvvəl polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etməsinin həmin xəstəxanada cərrahiyyə şöbəsinin əməliyyatxana bölməsində tibb bacısı işləyən Zərərçəkmiş şəxs tərəfindən təş kil edilməsini səbəbsiz olaraq güman edərək əsəbiləşib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun üzərinə hücum çəkib əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyələrindən vuraraq ona başın təpə nahiyəsində, qansızmalı olan sahə (fiziki güc təsirindən yolunması), sol gözün alt səthinin burun kökünə baxan hissəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən bədən xəsarətləri və sol əng sümüyünün orbitanın aşağı-iç səthinin xətti sınığı ilə nəticələnən bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Həmçinin, o, 08 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində ictimai yer h esab olunan ünvan 2 ünvanında yerləşən Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binasının 1-ci mərtəbəsindəki Qeydiyyat Şöbəsinin foyesində insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etməsinin həmin xəstəxanada cərrahiyyə şöbəsinin əməliyyatxana bölməsində tibb bacısı işləyən Zərərçəkmiş şəxs tərəfindən təşkil edilməsini səbəbsiz olaraq güman edərək əsəbiləşib həmin yerdə çoxlu sayda şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətmiş, mübahisəni davam etdirərək əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyələrindən vuraraq ona başın təpə nahiyəsində, qansızmalı olan sahə (fiziki güc təsirindən yolunması), sol gözün alt səthinin burun kökünə baxan hissəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən və sol əng sümüyünün orbitanın aşağı-iç səthinin xətti sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə və Zərərçəkmiş şəxs əynindəki xalatı dartıb ayrı-ayrı 3 (üç) hissədən cırmaqla şəxslər üzərində zor tə tbiq olunması ilə, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vidadi Cəfərov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Ruhiyyə Əsgərova) 1(105)365/2022 nömrəli 09 avqust 2022-ci il tarixli qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və barəsində cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022 -ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 14 fevral 2023-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 09 fevral 2023-cü il tarixdə Məhkum ərizəsi (teleqram) məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin teleqramda məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxa rıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar