Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2110/2025 02.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 23 4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 1(107)-112/2024 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxx 1975-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Balakən şəhəri M.Füzuli küçəsi ev 2 ünvanında yaşayır.
2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum 12 avqust 2022ci il tarixdə günorta saatlarında Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 qəsdən, qan unsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,37 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanının qarşısında 30 manat müqabilində alaraq əldə edib öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq əynindəki şalvarın sol yan cibində saxlamışdır. 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 04:05 dəqiqədən saat 04:35 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə günorta saa tlarında qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 30 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq əldə edib, daşıyaraq üzərində saxladığı 1 ədəd kibrit qutusundakı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,37 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür.
3. Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 18 oktyabr 2023-cü il tarixli, 1(019)-21/2023 nömrəli hökmü ilə Məhkum ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına ver mə qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin cinayət məsuliyyəti məsələləri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(019)-21/2023 nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxslər barəsində təklif etdiyi həddə cəza təyin etməklə barələrində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət məhkəmə tərkibində) 18 sentyabr 2024-cü il tarixli, 1(107)112/2024 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edil məsi, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-ci il tarixli, 1(019)21/2023 nömrəli hökmünün ləğv edilərək yeni ittiham hökmünün çıxarılması, Məhkum CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum 13 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tərixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddətin ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, məhkum edilmiş şəxs Məhkum üzərinə saat 23-00-dan saat 07-0 0 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Məhkum cəzasının əvvəlinin Balakən şəhər İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum cəza çəkdiyi dövrdə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin cinayət məsuliyyəti məsələləri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 1(107)-112/2024 nömrəli hökmündən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə, birinci instansiya məhkəməsinin bəraət hökmü çıxararkən istinad etdiyi əsaslandırmaya və çoxsaylı qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, ibtidai istintaq dövründə həyata keçirilmiş istintaq hərəkətləri qanuna zidd olmuş, o və digər təqsirləndirilən şəxslər də məhkəmə istintaqı zamanı hər hansı miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmədiklərini bildirmişlər. Bu əməli sübut edəcək heç bir mötəbər dəlil yoxdur. Apell yasiya instansiya məhkəməsi əsassız olaraq onun barəsində ittiham hökm çıxarmışdır.
8. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq onun barəsində əsassız olaraq ittihamedici hökm çıxarmışdır. Kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.5-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-112/2024 saylı hökmünün qismən, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli he sab edilməsi hissəsində ləğv edilməklə Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs Məhkum təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azə rbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası mə hkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum, onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin apellyasiya instansiyasında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.2, 416.1.3 və 416.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 1(107)-112/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
18. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndi rilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
19. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
20. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin disp ozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə əldə edilmiş sübutları cinayət işi materiallarında olan sübutlarla ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində CM-in 234.1-ci maddəsi ilə bəraət verici hökm qəbul edərkən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, cinayət işi materiallarında onun həmin cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, həmin sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirməmiş, bununla da törədilmiş cinayətin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi a pellyasiya instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr dövlət ittihamçısının apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiya məhkəməsində CPM-in 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə koll egiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlilləri qismində irəli sürdüyü, onun CM-in 234.1-ci maddəsi ilə heç bir təqsirinin olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, sözügedən dəlil cinayət işi materiallarında olan, məhkəmələr tərəfindən araşdırılaraq tədqiq edilmiş cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sübutlarla təkzib edilir.
27. Kollegiya bildirir ki, məhkumun öz müraciətində əsas kimi göstərdiyi dəlillər — yəni birinci instansiya məhkəməsinin bəraət hökmündə göstərilən arqumentlər — artıq apellyasiya məhkəməsi tərəfindən, itt iham tərəfinin şikayəti əsasında təkzib edilib. Məhkum isə həmin təkzibləri (yəni apellyasiya məhkəməsinin gətirdiyi əks arqumentləri) təkzib edə biləcək heç bir yeni sübuta istinad etməyib.
28. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin hökm maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
29. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 1(107)-112/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2024cü il tarixli, 1(107)-112/2024 nömrəli hökmü Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.