Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2117/2025 31.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməm iş, ünvan 1 ünvanda qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 nömrəli Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.1 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 1(008)-76/2022 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 1(008)-76/2022 nömrəli hökmü ilə (sədrlik edən S.Ə.Ağayev) Məhkum Azərbaycan Respublikası CM-ni n 263-1.1-ci və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 263-1.1-ci maddəsinə əsasən 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.4-cü maddəsinə əsasən ona təyin olunmuş əlavə cəzaları və CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə qəti cəza 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən onun Bakı Ağı r Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1495/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 180.1, 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunduğu 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni cəza ilə əlavə cəza tam və əsas cəza qismən toplanaraq ona qəti cəza 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 aprel 2021-ci il tarixdən hesablanması, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkum apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosess ual müddətin bərpa edilməsi barədə vəsatət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmünü mübahisələndirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-76/2022 nömrəli qərarı ilə (hakim E.H.Rəcəbova) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli, 1(008)-76/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatətin rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-76/2022 nömrəli qərarı ilə (hakim E.H.Rəcəbova) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(008)-76/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış pr osessual müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatət rədd edilmişdir. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 1(008)76/2022 nömrəli hökmündən verdiyi apellyasiya şikayətinə baxılmasının təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli 1(103)1079/2025 nömrəli qərarı ilə (hakimlər: Z.V.Əhmədov (sədrlik edən), E.Ə.Mehdiyev və M.C.Qarayeva) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qə rarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, lakin apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müd dət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. İş materiallarından müəyyən olunduğu kimi Məhkum tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmündən ilk dəfə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət və apellyasiya şikayəti ilə hökmü çıxarmış məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum tər əfindən verilmiş vəsatət rədd edilmişdir. Daha sonra Məhkum yenidən xx.xx.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarının həmin məsələ üzrə yeni qərar qəbul edilməsinə yol vermədiyinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən artıq bir dəfə baxılmış və müvafiq hüquqi qiymət verilmiş məsələ ilə bağlı yenidən xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək, məhkumun vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan ın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Qeyd edilən qərardan verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən isə Məhkum vəsatəti ilə bağlı eyni məzmunlu qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasına baxmayaraq apellyasiya məhkəməsi bu hala diqqət yetirməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum tərəfindən eyni dəlillərə istinad edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair təkrar qərar qəbul edilməsi 1-ci instansiya məhkəməsində yol verilmiş prosessual pozuntudur və bu hal apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məh kəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi yen
Məhkəmə qərarları › İş №1(102)-2117/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2117/2025
31.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver