Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-212/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum3, müdafiəçisi Müdafiəçi2, Məhkum1 müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş ş əxs1, onların nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, Məhkum1 CM-in 144.2.3, 144.2.4.4 və 149.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən birgə verilmiş, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil q ızından ibarət tərkibdə) 14 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxx 1992-cı il tarixdə Xdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, məhkum olunmamış, Xdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 149.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4-cü maddələri ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmış və ona qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası t əyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 1995-ci il tarixdə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, subay, məhkum olunmamış, TXndə qeydiyyatda olmaqla yaşayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyi n edilmişdir. CM-in 52-1.2-ci maddəsinə əsasən, üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyi şdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmuş və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin Məhkum2 da məhkm olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 14 iyul 2023-cü il tarixli qərarı ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3, təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum1 CM-nin 144.2.3, 144.2.4 və 149.1-ci m addələri ilə, Məhkum2 və Məhkum3 CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(101)-104/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1, evlənmək istədiyi, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini xx xxxx 1999-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs1 onunla evlənmək istəyinin olmamasına baxmayaraq, onu oğurlamaq məqsədi ilə tanışları Tovuz rayonu Aşağı Quşçu kənd sakini Məhkum3 və Tovuz rayonu Əsrik Cırdaxan kənd sakini Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş və həmin məqsədlə onun əvvəlcədən hazırladığı plan əsasında hərəkət edərək, 08 mart 202 0-ci il tarixdə, saat 20 radələrində o, Məhkum2 sürücülük vəsiqəsi olmadan idarə etdiyi, anası X4 məxsus “VAZ 2107” markalı, “**-BU-***” dövlət nömrə nişanlı avtomobillə TXnə gələrək, Zərərçəkmiş şəxs1 işlədiyi aptekdən iş vaxtının sonu ilə əlaqədar çıxmasını gözləmiş, Məhkum3 isə Zərərçəkmiş şəxs1 oğurlanması zamanı yarana biləcək maneələrin aradan qaldırılması üçün razılaşdıqları plana uyğun olaraq piyada Tovuz rayonunun, Aşağı Quşçu kəndində Zərərçəkmiş şəxs1 işlədiyi aptekin yaxınlığına gəlmiş və xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ilə birlikdə aptekdən çıxaraq “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı taksiyə əyləşərək Aşağı Quşçu kəndində yaşadıqları evin istiqamətində getdiklərini görüb Məhkum3 və Məhkum2la birli kdə cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli məqamı gözləyərək həmin avtomobillə əvvəlcə onları təqib etmiş, sonra taksidən düşüb piyada hərəkət edərək yaşadıqları evə yaxınlaşan Zərərçəkmiş şəxs1 ilə anası Zərərçəkmiş şəxs2 qarşısını avtomaşınla kəsmiş, Məhkum3 həmin vaxt Zərərçəkmiş şəxs2 qızına köməklik göstərərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub zor tətbiq etməklə yerə yıxmış, ona sağrı nahiyələrinin və sol əlin ovuc səthinin qançırları ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müqavimətini sındıraraq saxlamış, Məhkum1 isə əvvəlcədən razılaşdıqları plana əsasən oğurlamaq məqsədi ilə həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşmaq istədikdə sonuncu onun niyyətini başa düşüb, ondan xilas olmaq üçün geri dönərək qaçan zama n o, Zərərçəkmiş şəxs1 təqib edərək arxadan qollarından tutub müqavimətini qırmaqla, Məhkum2 idarə etdiyi mühərriki işlək vəziyyətdə olan “VAZ 2107” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə tərəf aparmış və Zərərçəkmiş şəxs1 qışqırıb kömək istəməsinə məhəl qoymayaraq, avtomobilin arxa sol qapısını açıb, zorla avtomobilin arxa oturacağına əyləşdirərək, Zərərçəkmiş şəxs1 avtomobildə qışqıraraq, avtomobilin qapısına təpiklə zərbələr endirməsinə əhəmiyyət vermədən, həmçinin Elladanın avtomobilin qapısını açıb özünü yerə atmaqla qaçmaq cəhdinin qarşısı avtomobilin qapısı bağlanmaqla alındıqdan sonra, onu oğurlayıb, iradəsinə zidd olaraq faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə, yəni Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən istintaqa məlum olmayan fərdi yaşayış e vinə aparmış, göstərilən ünvana çataraq, Məhkum2la o, avtomobili tərk etdikdən sonra sonuncunun avtomobildə qalmış mobil telefonundan Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 zəng etmək cəhdinin qarşısı da Məhkum2 tərəfindən alındıqdan sonra həmin evdə olarkən Zərərçəkmiş şəxs1 qaçmağa cəhd etdiyinə görə o, sonuncuya zor tətbiq edərək onun sifətinə iki dəfə sillə ilə zərbə vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 masanın üzərində olan bıçaqla özünə xəsarət yetirmək cəhdinin qarşısını bıçağı əlindən almaqla almış, bundan sonra fərdi yaşayış evinin plastik materialdan pəncərəsini açaraq qaçmaq istəyən Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək sonuncunun baş nahiyəsini otaqda olan sobaya qəsdən vurmaqla ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol təpə-g icgah nahiyəsinin əzilmiş cırılmış xəsarətini yetirdiyi üçün Zərərçəkmiş şəxs1 tibbi yardım göstərildikdən sonra onu Tovuz rayonunda saxlaya bilməyəcəyini və qohumlarının onu axtardığını görüb, Zərərçəkmiş şəxs1 rayondan uzaq əraziyə, Bakı şəhərinə aparmaq qərarına gəlmiş və bu məqsədlə Tovuz rayon sakini, taksi fəaliyyəti ilə məşğul olan Şahid8 məxsus “Renault Megane” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 6 ünvanında yerləşən, dostu Şahid7 məxsus ünvansız fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə saat 07 radələrində gətirib yataq otağına yerləşdirmiş, bundan sonra, həmin gün saat 09 radələrində ev sahiblərinin evdə olmamasından, eləcə də Zərərçəkmiş şəxs1 sol təpə-gicgah nahiyəsindən aldığı xəsarət nəticəsində, ona müqavimət göstərməyə fiziki qüvvəsinin kifayət etməyəcəyindən istifadə edərək, onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu məqsədlə fərdi yaşayış evinin yataq otağında olan Zərərçəkmiş şəxs1 yaxınlaşmış, sonuncunun ona müqavimət göstərməsinə məhəl qoymayaraq, onun sinə nahiyəsindən itələyib çarpayının üzərinə yıxmış, aldığı xəsarətlərlə bağlı fiziki qüvvəsi zəif olsa da müqavimət göstərməkdə davam edən Zərərçəkmiş şəxs1 müqavimətini tam sındırmaq üçün fiziki zor tətbiq edərək, ona sağ əli ilə bir şillə vurduqdan sonra öz əynindəki şalvarını və trusikini dizlərinə qədər soyunmuş, bundan sonra Zərərçəkmiş şəxs1 tünd göy rəngli cins şalvarını trusiki ilə birlikdə zorla əynindən çıxararaq ona müqavimət göstərməkdə davam edən Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edərək, ayaqlarını əlləri ilə aralayıb gərginləşmiş cinsiyyət orqanını sonuncunun iradəsi əleyhinə uşaqlıq yoluna daxil etməklə zorla onunla təbii yolla cinsi əlaqədə olub hər iki baldırın qançırları və qızlıq pərdəsinin cırılmasından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə cinsi əlaqədə olaraq onu zorlamışdır. Məhkum3 təqsirləndirilən şəxs Məhkum1 evlənmək istədiyi, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini xx xxxx 1999-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs1, Məhkum1 ilə sonuncunun onunla evlənmək istəyinin olmamasına baxmayaraq, onu oğurlamaq məqsədi ilə Tovuz rayonunun, Aşağı Quşçu kənd sakini Məhkum1 və Xin sakini Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş və həmin məqsədlə Məhkum1 əvvəlcədən hazırladığı planla razılaşıb, plan əsasında hərəkət ed ərək, 08 mart 2020-ci il tarixdə, saat 20 radələrində Məhkum1, Məhkum2 sürücülük hüququ olmadan idarə etdiyi, anası X4 məxsus “VAZ 2107” markalı, “**-BU-***” dövlət nömrə nişanlı avtomobillə TXnə gələrək, Zərərçəkmiş şəxs1 işlədiyi aptekdən iş vaxtının sonu ilə əlaqədar çıxmasını gözləmiş, Məhkum3 isə Zərərçəkmiş şəxs1 oğurlanması zamanı yarana biləcək maneələrin aradan qaldırılması üçün razılaşdıqları plana uyğun olaraq əvvəlcə piyada TXndə Zərərçəkmiş şəxs1 işlədiyi aptekin yaxınlığına gəlmiş və xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ilə birlikdə aptekdən çıxaraq “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı taksi ilə evlərinə getdikdə o, Məhkum1 və Məhkum2la birlikdə sonuncunun idarə etdiyi avtomobildə cinayətkar niyyətləri ni həyata keçirmək üçün əlverişli məqamı gözləyərək həmin avtomobillə əvvəlcə onları təqib etmiş, sonra taksidən düşüb, piyada hərəkət edərək yaşadıqları evə yaxınlaşan Zərərçəkmiş şəxs1 ilə anası Zərərçəkmiş şəxs2 qarşısını avtomaşınla kəsmiş, Məhkum3 həmin vaxt Zərərçəkmiş şəxs2 qızına kömək göstərərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub zor tətbiq etməklə yerə yıxaraq, ona sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müqavimətini sındıraraq saxlamış, bundan istifadə edən Məhkum1 isə əvvəlcədən razılaşdıqları plana əsasən oğurlamaq məqsədi ilə həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşmaq istədikdə sonuncu onun niyyətini başa düşüb, xilas olmaq üçün geri dönərək qaçdıqda o, Zərərçəkmiş şəxs1 təqib edərək arxa dan qollarından tutub müqavimətini qırmaqla, avtomobilə tərəf aparmış və Zərərçəkmiş şəxs1 qışqırıb kömək istəməsinə məhəl qoymayaraq, Məhkum2 idarə etdiyi “VAZ 2107” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol qapısını açıb, zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, Ellada Əmmiraslanovanın həmçinin avtomaşında da qışqıraraq, avtomaşının qapısına təpiklə zərbələr endirməsinə əhəmiyyət vermədən, Elladanın avtomobilin qapısını açıb qaçmaq cəhdinin qarşısı, sürücü Məhkum2 tərəfindən avtomobilin qapısı bağlanmaqla alındıqdan sonra oğurlayıb, zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə, Təhmasib adlı qohumunun yaşadığı Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşən istintaqa məlum olmayan evə aparılmasına nail olmaq la Məhkum3, qabaqcadan əlbir olan bir qrup şəxslə Zərərçəkmiş şəxs1 oğurlamışdır. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə əsasən, CM-in 59.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər ki, hazırki halda da təqsirləndirilən şəxsə münasibətdə işə baxan məhkəmə onun əməlindən peşman olmasını yüngülləşdirici hal qismində nəzərə almaqda haqlı olmuş və cinayət qanunu normasının tətbiqində heç bir səhvə yol verməmişdir. Təqsirləndirilən şəxs Məhkum3 tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəli xarakteri, yəni qəsdin obyekti -şəxsiyyətin azadlığı və ləyaqəti ə leyhinə törədilməsi, təqsirin forması - cinayətlərin qəsdən törədilməsi, cinayətin - ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliyi isə -şəxsiyyətin azadlığının məhdudlaşdırılması və ləyaqətinin alçaldılmasıdır. Məhkum3 baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini cəzani yüngülləşdirici hal qismində nəzərə almaqda məhkəmələr haqlı olmamışdır. Belə ki, “səmimi peşmançılığın anlayışı CM-in 72.1-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi təsbit edilmişdir. Qanunvericilik şəxsin ilk dəfə hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən və ya az ağı r cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Hadisələrin təsadüfi axarı törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsində yanılma, cinayətkar əməllər törədən və konkret şəxsi həmin əməllərə cəlb edən şəxslərin əhatəsində, dairəsində təsadüfən bir dəfə olmada ifadə oluna bilər. Lakin Məhkum3 cinayət əməllərinin xarakterindən də görünür ki, bu halların ona tamamilə aidiyyəti yoxdur, çünki sonuncunun bütün hərəkətləri əvvəlcədən düşünülmüş və planlaşdırılmış ictimaitəhlükəli əməllərdir. Habelə, onun hərəkətlərində həmin maddədə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılamasma fəal köməklik göstərmə kimi hallar yoxdur. Göründüyü kimi, cinayət qanununun müəyyən edib tənzimlənməsini nə zərdə tutduğu norma üzrə məhkəmələr özünəməxsus və qanunun tələblərini pozan qiymətləndirmə aparmış, həmin normanın tələblərinə zidd davranmaqla düzgün olmayan nəticəyə gəlmişdirlər. Bundan başqa, məhkəmə Məhkum3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmələr Məhkum3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmişdir. Məhkəmə öz qərarında həmin halın Aşağı Quşçu kənd İƏD-i üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünməsini əsas gətirərək bu hal üzrə apellyasiya protestinin dəlillərini əsassız hesab etmişdir. Lakin iş üzrə qeyd olunan xasiyyətnamədən başqa onun şəxsiyyətinin müsbət xarakterizə olunmasının nədə ifadə olunmasını və şəx siyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə qərarının təsviri- əsaslandırıcı hissəsində göstərməmişdir. Belə olan halda məhkəmə Məhkum3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Eyni zamanda cinayət işinin materiallarından göründüyü kimi Məhkum3 hərəkətləri cinayətin digər iştirakçısı Məhkum2la müqayisədə aktiv hərəkətlər də ifadə olunur. Belə ki, Məhkum3 cinayətin digər iştirakçıları Məhkum1 və Məhkum2la birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 təqib etmiş, onların qarşısını kəsmiş, Zərərçəkmiş şəxs2 qızına kömək göstərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub zor tətbiq edərək yerə yıxmış, ona sarğı nahiyyəiərinin qançır ları iiə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müqavimətini sındıraraq saxlamış, nəticədə Məhkum1 Zərərçəkmiş şəxs1 oğurlaması və ona qarşı digər qanunsuz hərəkətlər edilməsinə səbəb olmuşdur. Göründüyü kimi Məhkum3 cinayətin törədilməsində aktiv hərəkətlər etmiş, nəticədə məhkəmə tərəfindən törətdiyi ağır cinayət əməllərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onunla həmin cinayəti törətmiş iştirakçılardan hərəkətləri zərərçəkənləri təqib etmək və Zərərçəkmiş şəxs1 avtomobilin qapısına təpiklə zərbələr endirilməsi və qaçmasının qarşısını almaq üçün avtomobilin qapısını bağlamaqdan ibarət olmuş Məhkum2 zərərçəkmiş şəxslərə qarşı hər hansı fiziki zorakılıq tətbiq etmədiyi halda məhkəmə tərəfindən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cə zasına məhkum edilmişdir. Halbuki, təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Cinayətin digər iştirakçısı Məhkum3 isə zərərçəkmiş tərəflərlə barışıq əldə etməmiş, cinayətin törədilməsində aktiv hərəkətlər sərgiləmiş, buna baxmayaraq ona məhkəmə tərəfindən yüngül cəza azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum3 təyin edilmiş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə tərəfindən təyin edilən yekun cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Məhkəmə qanunvericiliyin tələblərini pozaraq cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyin i əhəmiyyətli dərəcədə azaldan başqa hallar olmadan Məhkum3 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etmiş, beləliklə də cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Göründüyü kimi məhkəmə kollegiyası cəza təyini zamanı yüngülləşdirən halları sadalamaqla kifayətlənərək, açıq-aydın ədalətsiz olan yüngül cəzanın təyin edilməsi ilə bağlı məhkəmə hökmünü əsaslı hesab etmişdir. Kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4 və 149.1-ci maddələri, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələri barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarının Məhkum3 aid hissədə ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edi lməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkməsinin qərarını Məhkum3 aid hissəsini əsassız, ədalətsiz və qeyri-qanuni hesab edirlər. Apellyasiya instansiyası məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs Məhkum3 ifadəsində Zərərçəkmiş şəxs1 qaçırılması zamanı cinayət hadisəsində iştirak etmədiyini, Zərərçəkmiş şəxs2 zor tətbiq etmədiyini, onu yıxmadığını bildirmiş, ümumiyyətlə, belə bir halın olmadığını bildirmişdir O, törətmiş olduğu cinayət əməlini etiraf etmədiyinə görə xx.xx.2022-ci ildə apellyasiya instansiyası məhkəməsində vəsatətlərinə əsasən Şahid2 şahid qismində dindiriliş və o, hadisə vaxtı Məhkum3 hadisə yerində olduğunu, Zərərçəkmiş şəxs1 qaçırılan zaman Zərərçəkmiş şəxs2 yerə yıxaraq müqavimətini qırdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ilə şahid qismində dindirilmiş Məhkum3 ilə aramızda üzləşmə istintaq hərəkəti zamanı Məhkum3 xx.xx.2020-ci il tarixdə qızı Zərərçəkmiş şəxs1n qaçırılması zamanı onu yerə yıxaraq müqavimətini qırmasını onun üzünə qarşı demişdir. Məhkum3 cinayət hadisəsində iştirak etdiyini etiraf etməməsinə baxmayaraq, məhkəmənin qənaətinə əsasən Məhkum3 baş vermiş hadisədən peşmançılıq hissi keçirir və bu yüngülləşdirici hal, hətta toplum halında müstəsna hal kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum3 ikinci yüngülləşdirici halını onun onkoloji xəstə olmasını və mütəmadi olaraq müalicəyə ehtiyacının olmasını qeyd et sə də, o, Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 776 №-li məktubuna əsasən Məhkum3 həkim-psixatrın, həkim-narkoloqun, həkim-onkoloqun dispanser qeydiyyatında dayanmır. Apellyasiya instansiyası Məhkəməsi Məhkum3 üçüncü yüngülləşdirici halını onun yaşadığı yerdən aldığı xasiyyətnamə ilə əlaqələndirmişdir. Məhkum3 əməlində cəzasını yüngülləşdirən hallar yoxdur, əksinə onun əməlində ağırlaşdırıcı hallar mövcuddur. Belə ki, CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran haldır. Həmin məcəllənin 61.1.4-cü maddəsində cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə də cəzanı ağırlaşdıran haldır. Belə ki, apellyasiya instansiyası məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, əgər Məhkum3 hadi sə zamanı onu tutub yerə yıxmasaydı, müqavimətini qırmasaydı o, baş vermiş cinayət hadisəsinin qarşısını alardı. Məhkum3 barəsində apellyasiya instansiya məhkəməsi tərəfindən tətbiq edilən yüngülləşdirici halların hec biri cəzanı yüngülləşdirən hal kimi CM-in 59-cu maddəsində nəzərdə tutulmamışdır. Lakin onun cəzasını ağırlaşdıran hallar CM-in 61.1.3-cü maddəsində (cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi) və CM-in 61.1.4-cü maddəsində (cinayətin törədilməsində xüsusilə fəal iştirak etmək) qeyd edilmişdir. Beləliklə, Məhkum3 əməlində CM-in 62-ci maddəsində təsbit edilmiş müstəsna hallar mövcud olmamış, onun törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı digər hallar müəyyən edilməsə də, apellyasiya instansiya məhkəməsi əsassız və qanunsuz olaraq təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsini tətbiq edərək, ona təqsirli bilindiyi CM-in 144.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan daha yügül cəza növü təyin etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının Məhkum3 münasibətdə dəyişdirilməsi, ona istinad edilmiş CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəanın xaric edilməsi, Məhkum3 təqsirli bilindiyi CM-nn 144.2.3-cü maddəsinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum1 müdafiəçisi Müdafiəçi3 oğlu tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, məhkəmə X17 arasında baş tutan sms mətnlərinə istinad edərək onlar ın planlı şəkildə hərəkət etmədiklərini bildirmişdir. Lakin Məhkum1 öz ifadəsində də qeyd edir ki, mesajla yazışmadıqları müddətlərdə telefon zəngi vasitəsilə danışmışlar. Bunu mobil rabitə operatorunda alınmış telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumat da təsdiq edir. Bakı Apellyasiya Məhkəməsi Zərərçəkmiş şəxs1 Şəmkir və Kürdəmirdə saxlanılan zaman kimsədən kömək istəməməsi, səsinin çıxmaması, taksi sürücüsünə belə hər hansı işarə verməməsi ilə bağlı dəlillərinə səhv qiymət vermişdir. Birinci instansiya məhkəməsində 29 iyul 2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilən taksi sürücüsü Şahid8 öz ifadəsində bildirmişdir ki, Elvin və Elladanı Bakı şəhərinə gətirdiyini və yol boyu rahat gəldiklərini bildirmişdir. Gəncədə dayanıb dərman aldığını və Kürdəmirdə daya nıb ayaqyoluna getdiklərini bildirmişdir. Dövlət ittihamçısının sualına cavab olaraq, maşında gedərkən heç bir mübahisə olmadığını qeyd etmişdir. Məhkəmə Elladanın nəyə görə sakit qalması xüsusatına qiymət vermək əvəzinə, X5 düşərkən niyə tək qoymadığına diqqət çəkərək məsələnin məğzindən yayınmışdır. İnsan adi tanışı ilə belə bir yolu getdikdə maşından birgə düşür, onu tək qoymur. Hətta yol getdiyin insan bir xanım və üstəlik də sevdiyin biri olduqda vəziyyətin necə olduğunu anlatmağa ehtiyac yoxdur. Məhkum1 əli silahlı qatil deyildi ki, Ellada həm Şəmkir, həm Kürdəmirdə maşın saxlanılan zaman onlarla insanın içində səsini ucaldıb əlavə kömək istəyə bilməsin. Məhkəmə əsaslı və məntiqli olan növbəti dəlilinə münasibət bildirmək əvəzinə, Elvinin Elladanı tək buraxmamasının qısqanclıqdan irə li gəlməsinin inandırıcı olmaması qənaətinə gəlmişdir. Müdafiə tərəfi Zərərçəkmiş şəxs1 hansı səbəblə həkimlərlə ünsiyyəti zamanı onlara qaçırılması ilə bağlı bir cümlə belə deməməsini aydınlaşdırmağa çalışmışdır. Belə ki, birinci instansiya məhkəməsində 29 iyul 2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilən Şahid17 bildirmişdir ki, " Elladaya yaxınlaşaraq bu hadisənin necə baş verməsini soruşmuşr Ellada isə yıxılaraq başının peçə dəydiyini demişdir. Hər hansı bir hadisənin olub-olmamasını yenidən Elladadan soruşmuş, o isə yox cavabı vermişdir”. Bakı Apellyasiya Məhkəməsi Elladanın niyə bu cür cavab verməsini, hadisənin real mexanizmini araşdırmaq əvəzinə Elvinin qohumlarının həkimə Elladanın niyə öz xoşu ilə qoşulub gəldiyini deməməsini, hadisəni həkimdən gizlətdiyi hala diqqə t çəkmişdir. Adi məntiqlə belə düşündükdə iki insan qoşulub gəlmiş olsa belə, bunu ilk vaxtlarda hər kəsdən gizləmələri tam normaldır. Göründüyü kimi burada da hadisənin əsas məğzi kənara qoyularaq, şübhələr təqsirləndirilən şəxsin əleyhinə təfsir olunmuşdur. Bundan başqa məhkəmə sübutların mümkünlüyü, mötəbərliyi və digər bütün kriteriyalarına uymayan məhkəmə tibbi-ekspertizası rəyinin hansı əsasla sübut kimi qiymətləndirildiyini əsaslandıra bilməmişdir. Məhkəmə ekspertlərin dindirilərək həmin yanlışlığın aradan qaldırıldığını qeyd etmişdir. Halbuki həmin yanlışlığın aradan qaldırılması üçün tərəflərindən birinci instansiya məhkəməsində təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən təmin edilməmişdir. İş belə olduğu halda, cinayət işi nin materiallarında eyni tarixli, eyni nömrəli iki rəyin olması, birində zərərçəkmişin adının yanlış olması, digərində ekspertlərdən birinin imzasının olmaması və məhkəmə tərəfindən imzasız rəyin sübut kimi qiymətləndirilməsi anlaşılan deyildir. Həmin anlaşılmazlığa heç ekspertlər tərəfindən də doğru aydınlaşdırılma gətirilə bilməmişdir. Odur ki, məhkəmənin bu əsaslandırması da doğru olmamışdır. Məhkəmənin araşdırması lazım olan önəmli məqamlardan biri zorlama cinayətinə münasibətdə niyə X12 iki dəfə cinsi əlaqədə olması faktı olmalı idi. Bu faktı Zərərçəkmiş şəxs1 özü də təsdiqləməkdədir. Hətta ən qatı zorlama cinayətlərində belə bir dəfə cinsi aktın baş verdiyi daha çox görülməkdədir. Elladanın bu müddət ərzində səsinin heç kəs tərəfindən eşidilməməsi, bədəni üzərində qaçırılan zaman yar ana biləcək cüzi göyərtilərdən başqa heç bir xəsarətinin olmaması hadisələrin müdafiə tərəfinin dediyi mexanizmdə baş tutmasını təsdiqləyən mahiyyətdədir. Elladanın hər iki cinsi akt zamanı da müdafiə imkanlarının olmaması ağlabatan deyildir. Belə ki, Elvin Elladanın təklifinə əsasən, ailəsi ilə üz-göz olmamaq üçün onun zorla qaçırılması görüntüsü yaratmışdır. X13 bildirmişdir ki, əgər ona qoşulub getdiyi bəlli olsa, atası və ailəsi ondan həmişəlik üz döndərə bilər. Dayısı qızının qoşulub qaçması ilə onların ailəsində böyük bir problemin yarandığını bildiyindən Elvinə zorla qaçırma görüntüsü yaratmaq təklifi vermişdir. Bu hadisədə heç bir cinayət tərkibi olmamış, iki şəxs evlənmək məqsədilə qoşulub Bakı şəhərinə qaçmış və orada evlənmək məqsədilə könüllü olaraq cinsi əlaqədə olmuşlar. Adam oğurluğu ilə bağlı bütün xüsusatlar şahid ifadələri ilə birmənalı rədd olunduğundan, zorlamaya münasibətdə hər hansı bir şahid olmadığından, Ellada və Elvin arasında olan cinsi əlaqənin könüllü və ya könülsüz olmasını sübut etmək yalnızca mötəbər sübutlarla mümkün ola bilərdi. Hazırkı işdə isə görünür ki, zorlama ilə bağlı yalnızca Zərərçəkmiş şəxs1 sonradan fikrini dəyişdirərək verdiyi ifadə vardır. Zərərçəkmiş şəxs1 öz iradəsilə könüllü olaraq gəlməsini və könüllü olaraq cinsi əlaqədə olmasını dəfələrlə deməsinə baxmayaraq, istintaq orqanı Məhkum1 adam oğurlamaqda və zorlamaqda ittiham etmiş, bu ittiham da məhkəmə tərəfindən heç bir əsas olmadan təsdiq edilmişdir. Zərərçəkmiş şəxs1 sonrakı ifadələrində qeyd edir ki, guya Məhkum1 qorxduğu üçün onunla könüllü olaraq gəlməsini bildirmək mə cburiyyətində qalmışdır. Azərbaycan Respublikasının ən təhlükəsiz yerlərindən birincisi DİN-nin inzibati binalarıdır, orada Elladanın qorxmasına heç bir əsas olmamışdır. O, sadəcə anasının və qohumlarının dediklərinə aldanmış və daha sonra yalan ifadə verərək təqsirsiz insanların həbsə düşməsinə səbəb olmuşdur. Cinayət işində olan 20 avqust 2020-ci il tarixli “Zərərçəkmiş şəxsi dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 özü etiraf edir ki, hadisə baş verən günü, yəni 8 mart 2020-ci il tarixdə işdən çıxan zaman Məhkum1la telefon zəngi vasitəsilə əlaqə saxlamışdır. X14 küsmüş və onunla danışmaq istəmirdisə, hadisədən az əvvəl telefonla danışması kifayət qədər şübhə doğurur və onların birgə plan üzrə hərəkət etməsi ehtimalını artırır. Hesab edir ki, məhkəmələr tərəfindən sübutlar q iymətləndirilərkən Elvinlə Elladanın arasında olan SMS yazışmalarına, özəl günlərdə bir-birilərinə aldıqları hədiyyələrə, Elladanın həkimə yalan söyləməsinə, Tovuzdan Bakı şəhərinədək avtomobildə sakitcə oturan Elladanın guya qaçmaması üçün Elvin tərəfindən əllərinin tutulmasına, yolda təbii ehtiyaclarını qarşılamaq üçün sanitar qovşağına gedən Elladanın yanındakı insanlardan və ümumiyyətlə 450 km-lik yolda heç bir YPX postundan yardım istəməməsinə, Mustafa adlı sürücünün Elvinlə Elladanın arxa oturacaqda ər-arvad kimi mehriban davranmalarına və təhqiqatçı Şahid5, Cəsarət və Nailə Nağıyevlərin ifadələrinə verilmiş yanlış hüquqi qiymət müvəkkilinin adam oğurluğu cinayətini törətməsində, Elvinlə Elladanm evlənəcəkləri ümidi ilə ər-arvad münasibətlərinə girmələrinə verilmiş yanlış hüquqi qiym ət isə zorlama cinayətini törətməsində təqsirləndirilməsinə gətirib çıxarmaqla hüququn bütün prinsiplərini alt-üst etməkdədir. Zərərçəkmiş şəxs1 ailə qurmaq məqsədilə könüllü olaraq Məhkum1la birgə getmiş və könüllü olaraq Elvinlə cinsi əlaqədə olmuşdur. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarının ləğv edilərək cinayət işinə xitam verilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin və zərərçəkmiş şəxslərin nümayəndələri ilə birgə verdikləri kassasiya şikayətinin təmin olunmaması barədə Müdafiəçi3 və digər Müdafiəçi5, zərərçəkmiş şəxslərin nümayəndələri ilə birgə verdikləri kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmaması barədə Məhkum3 və onun müdafiəçisinin, müdafiəçinin verdiyi kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş şəxslərin nümayəndələri ilə birgə verdikləri kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə zərərçəkmiş şəxslərin və onların nümayəndələrinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və zərərçəkmiş şəxslərin nümayəndələri ilə birgə verdikləri kassasiya şikayətləri təmin edilməli, müdafiəçinin kassasi ya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yeti rilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısının kassasiya protestində və zərərçəkmiş şəxslərin nüm ayəndələri ilə birgə verdikləri kassasiya şikayətində məhkum edilmiş Məhkum3 təyin olunmuş cəzanı mübahisələndirməklə faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində, müdafiəçi isə kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi, Məhkum1 əsassız məhkum edilməsi iddia edilərək, eyni tələbini CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə müdafiəçinin verdiyi kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qi ymətləndirilməsini nəzərə alır və hesab edir ki, Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4 və 149.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin maddələrlə düzgün tövsif edilmişdir. Belə ki, Məhkum1 ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və sübutları qanun üsullarla toplamış ibtidai araşdırma orqanı kimi, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin edərək qanunun bununla bağlı tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişl ər. Müdafiəçi kassasiya şikayətində Zərərçəkmiş şəxs1 ilə Məhkum1 arasında sevgi münasibətlərinin olmasına, onların iş materiallarında olan sms yazışmalarına istinad edərək Elladanın təklifi ilə Elvinin onun zorla qaçırılması görüntüsü yaratdığını qeyd etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən bu dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs Məhkum1 arasında sevgi münasibətlərinin olması cinayət işi materialları, habelə elə həmin sms mətnləri ilə öz təsdiqini tapsa da, bu, onların sevgi münasibətlərinin sonradan pozulması ehtimalını istisna etmir. Belə ki, cinayət işi materiallarında olan "xxxx" MMC-dən daxil olmuş sənədə baxış protokolundan görünür ki, sms mətnlərinin məzmununa əsasən onl arın artıq ayrılıq mərhələsində olduğu müəyyən edilir və bu səbəbdən də Elvin Elladadan onu bağışlamasını, habelə sonuncu dəfə onu görə bilib-bilməyəcəyini soruşur. Müdafiəçi Zərərçəkmiş şəxs1 "Məhkum1 əlindən qurtulmaq üçün” kifayət qədər imkanının olmasına istinad edib Zərərçəkmiş şəxs1 öz istəyi ilə Məhkum1 ilə birgə getdiyini qeyd etsə də, onun bu dəlilləri cinayət işi materiallarının, habelə məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin qarşılıqlı təhlili ilə tam təkzib olunur. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum1 və onun yaxın adamları zərərçəkmiş şəxsi daim müşayiət etdiyindən, Zərərçəkmiş şəxs1 belə imkanı real olaraq mövcud olmamış, Zərərçəkmiş şəxs1 həkimin yanında olarkən orada Elvin olmasa da, onun onun tanıdığı (El vinin) adamlar olmuş, taksi ilə Bakıya gələrkən isə Elvin özü Elladanı tək qoymamaq üçün avtomobildən düşməyib, sürücüyə dərman almağı tapşırmış, yolda ayaqyoluna getmək üçün dayansalar da, Məhkum1 Zərərçəkmiş şəxs1 qapının qarşısında gözləməklə zərərçəkmiş şəxsin başqa bir insandan kömək almaq imkanının qarşısını almış, bundan sonra onu Bakıda öz tanışının evinə aparmışdır. Bundan başqa zərərçəkmiş şəxsin həmin zaman olan vəziyyəti, yəni anasının yanından və gözü qarşısında, evinin qarşısından zorla qaçırılmış, fiziki (başı yarılmış) və mənəvi (qaytarılmasını tələb etsə də, Məhkum1 onu geri qaytarmamış) zorakılığa məruz qalmış şəxsin psixoloji durumu, eləcə də yaşadığı bölgədə və ailəsində "qız qaçırılması”nın hansı sonluqla nəticələnəcəyini (yəni ailəsinin onu qəbul etməyəcəyini) bilməsi nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs1 geri qayıtmaq kimi bir imkanının olmaması qənaətinə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 149.1-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya protestinə və apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməllərinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfind ən Məhkum1 törətdiyi cinayət əməllərinə görə düzgün olaraq təqsirli bilinmiş, müdafiəçinin kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillərdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum1 bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxslərin nümayəndələri ilə birgə verdikləri kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbəd ə qeyd edir ki, həmin müraciətlərin məzmununa görə, Məhkum3 təqsrli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirilmir və məhkəmələr tərəfindən sonuncunun barəsində cəza təyininə münasibətdə qanunsuz və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edilir. Ona görə də məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum3 təqsirliliyi, əməlinin hüququ tövsifi və bu kimi digər məsələlərlə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir, eyni zamanda vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dər əcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı və cəzanın məqsədlərinə xidmət etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayəthüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik də rəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəza nın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükə lilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və y a onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM -in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi Məhkum3 cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətini səciyyələndirən və onların cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını əsas götürərək məhkum edilmiş şəxsə həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onu n davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstəri r: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin tör ədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Məhkum3 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət etmir. Əvvəla, cinayət işinin materialları ilə Məhkum3 ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətdikdən sonra könüllü gəlib təqsirli boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi müəyyən olunmur və belə olduqda onun təqsirli bilindiyi cinayəti törətdikdən sonra həmin cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı müsbət davranışından söhbət gedə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müs təsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəruriliyinə əsaslanaraq cəzanı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış edilməli, yəni həmin halların müstəsnalığı və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəbləri lazımınca əsaslandırılmalıdır. A pellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin mövqeyinə əsasən Məhkum3 münasibətdə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığını, cinayətdə onun rolunu, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna hallar nəzərə alınaraq onun cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkündür. Buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətb iq edilərək, CM-in 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növünün, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Lakin məhkəmələr CM-in 62-ci maddəsinin müddəalarına və hazırki qərarda həmin maddənin tətbiq edilməsi əsaslarına dair verilmiş təfsirə, digər tərəfdən isə prosessual hüquq normalarının da tələblərinə tam əməl eməyərək, qanuna müvafiq qaydada lazımi əsaslandırma aparmadan Məhkum3 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mümkün hesab etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr CM-in 62-ci maddəsini tətbiq edərkən Məhkum3 baş vermiş cinayətdə rolunu n yalnız Məhkum1 əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətin həyata keçirilməsi üçün həmin vaxt Zərərçəkmiş şəxs2 qızına kömək göstərərək onlara mane olmasının qarşısını almaq üçün Zərərçəkmiş şəxs2 tutub saxlamaqdan ibarət olması qənaətinə gəlmişlər. Qeyd edilənə, həmçinin Məhkum3 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna halların nədən ibarət olmasının aydın olmamasına münasibət bildirərək, məhkəmə kollegiyası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edir, bu pozuntunu həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi görür və buna görə də kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq həmin müraciətlərin təmin edilməsini mümkün bilir. Məhkəmə kollegiyası Məhku m3 CM-in 62-ci maddəsini tətbiq edərək təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünün təyin edilməsi ilə razılaşmayan kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, məhkəmələr məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusunu qeyd etsə də, həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməmiş, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu, ümumiyyətlə təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin Məhkum3 barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulmayan daha yüngül cəz a növünün təyin edilməsi) dəlilləri ilə razılaşır və hesab edir ki, yuxarıda şərh olunanlara əsasən aşağı instansiya məhkəmələrinin Məhkum3 cəza təyininə dair mövqeyi əsanlandırılmış, inandırıcı qənaət hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdı r. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 426.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində və kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən, kassasiya müraciətlərinin dəlillərini və cinayət işinin mate riallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxslərin nümayəndələri ilə birgə verdikləri kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarı qismən, yəni Məhkum3 aid hissədə ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə qismən, Məhkum3 aid hissədə ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-212/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-212/2024
21.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver