Məhkəmə qərarları › İş №1(102)-2147/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2147/2023

06.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2147/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Abşeron rayonu, Şuraabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olan, hal-haz ırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xızı Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmünə əsasən (hakim X2) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 25 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansi ya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 yanvar 2022-ci il tarixdə, saat 19:30 radələrində Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətə hasardan keçərək qanunsuz olaraq daxil olub, həyətdə yerləşən köhnə tikili evə pəncərəni açıb da xil olaraq evin yataq otağındakı şkafın sürməsindən Zərərçəkmiş şəxs məxsus 16 manat dəyərində bir ədəd gümüşü rəngli bijuteriya üzüyü, 5 manat dəyərində qızılı rəngli bir cüt bijuteriya sırğanı, 5 manat dəyərində bir ədəd bijuteriya üzüyü, 6 manat dəyərində bir cüt qızılı-gümüşü rəngli bijuteriya sırğanı, 8 manat dəyərində qızılı rəngli bir ədəd bijuteriya boyunbağını, 357 manat dəyərində Rusiya istehsallı, 583 əyarlı, çəkisi 4,2 qram olan bir ədəd qızıl kişi üzüyünü, 170 manat dəyərində Rusiya istehsallı, 583 əyarlı, çəkisi cəmi 2 qram olan bir cüt qızıl sırğanı, 250 manat dəyərində “Swarovski” göy-ağ rəngli qaşlardan ibarət bir dəst bijuteriyanı (bir ədəd klon-boyunbağı, bir ədəd qolbaq və bir cüt qızıl sırğa), 100 manat dəyərində qadın üçün bir ədəd qol saatını, 80 manat dəyərində “Çex iski” bir ədəd qol saatını, 80 manat dəyərində qızılı rəngli bir ədəd qol saatını, 10 manat dəyərində bir ədəd qol saatını, otaqdakı təkərli çamadandan 60 manat dəyərində kişi üçün bir ədəd isti gödəkcəni gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 1147 manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa, Məhkum qəsdən, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 yanvar 2022-ci il tarixdə, saat 01:00 radələrində Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətə hasardan keçərək qanunsuz olaraq daxil olub, həyətdə yerləşən yeni tikilmiş evə giriş qapının daxili qıfılını açarla açıb daxil olaraq, evin təmiri başa çatdırılmamış otağında olan Zərərçəkmiş şəxs məxsus 7 manat dəyərində bir ədəd elektrik paylay ıcını, 90 manat dəyərində “Smarter MM-250” markalı, bir ədəd qaynaq aparatını, 250 manat dəyərində “Karadeniz” markalı, “KD022N” modelli, bir ədəd unitazı, 80 manat dəyərində “Oushute” markalı, bir ədəd əl-üz yuyan moykanı, həyətdəki köhnə tikili evə bitişik otaqların qapısında olan asma qıfılı açaraq qanunsuz olaraq içəri daxil olub, oradan 4 manat dəyərində bir ədəd taxta kəsən mişarı, 1,90 manat dəyərində “Kronenflex” markalı bir ədəd dəmir kəsən daşı, 2,50 manat dəyərində “Zuvr” markalı bir ədəd taxta kəsən mişar başlığını, 2 manat dəyərində “Shark” markalı bir ədəd laqonda üçün başlığı, 140 manat dəyərində 5 litr tutumlu bir ədəd samovarı, 20 manat dəyərində “Uşm” markalı bir ədəd laqondanı, 30 manat dəyərində “Berkhof” alman firmasına məxsus iki ədəd bıçağı, 75 manat dəyərində bir əd əd alətlər dəstini (bir ədəd vintaçan on ədəd başlığı ilə birlikdə, bir ədəd çəkic, bir ədəd dəmir kəsən qayçı, bir ədəd kəlbətin), 55 manat dəyərində plastik boru qaynaq etmək üçün istifadə olunan bir ədəd ütünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 757,40 manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa, Məhkum qəsdən, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə, saat 03:00 radələrində Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətə hasardan keçərək qanunsuz olaraq daxil olub, həyətdə yerləşən köhnə tikili evə bitişik otaqların qapısında olan asma qıfılı açaraq qanunsuz olaraq içəri daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 80 manat dəyərində “Beuchat Powenjet” mar kalı bir cüt dəniz ayaq pərini, 80 manat dəyərində “Kasimsot 520 L” markalı bir ədəd otbiçən aləti, 250 manat dəyərində “Jotun” markalı bir ədəd qabda boyanı, 120 manat dəyərində “Cressisub” markalı bir ədəd balıq ovu üçün istifadə olunan bir ədəd oxatanı, 30 manat dəyərində “Homend Dustbredk 1213/2000w” markalı bir ədəd tozsoranı, 30 manat dəyərində “SSWS 85” markalı bir ədəd səs gücləndirici dinamiki, 200 manat dəyərində “Holfman” markalı bir ədəd mikrodalğalı sobanı, bir dəstinin dəyəri 200 manat olan 600 manat dəyərində üç dəst qab-qacağı, 24 manat dəyərində uşaq paltarlarını (üç ədəd şalvar, üç ədəd mayka, üç ədəd finka, üç ədəd qısaqol futbolka) gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 1414 manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məh kum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düz gün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində görə: “Eyni əməllər: 177.2.2.təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəza nın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə ci nayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndi rilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik də rəcəsi, məhkumun şəxsiyyəti, onun törətdiyi cinayəti etiraf etməklə peşmançılıq çəkməsi cəzasını yüngülləşdirən hal kimi və cinayətin residivinin olması cəzasını ağırlaşdıran hal kimi və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şik ayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar