Məhkəmə qərarları › İş №1(102)-2150/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2150/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2150/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci i l tarixli 1(107)-47/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Bilal Məmmədov (sədrlik edən və məruzəçi), Xaliq Məmmədov və Tural Əfəndizadə) 04 noyabr 2024-cü il tarixli, 1(091)163/2024 nömrəli hökmü ilə xx xxxx 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 6 (altı) ay 2 8 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ona təyin olunmuş azadlıqdan məhrum cəzası ilə tam toplanılmış və üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasının çəkdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2023-cü tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq hər birinin üzərində “F/M40” göstəricisi ol an, qəhvəyi rəngli 3 (üç) ədəd konvalyut kəsiyində, hər birinin ayrılıqda içərisində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, 3 ədəd həbdə ümumi çəkisi 0,12 qrama bərabər narkotik vasitə-metadonu, habelə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 14,497 qram çəkidə psixotrop maddə– metamfetamini əldə edib, içində metadonun təsir maddəsinin miqdarı 0,04 qram, «F/M40» göstəricisi olan 1 həb narkotik vasitə-metadonu xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Şahid4 yaşadığı ünvan 2 ünvanının yaxınlığında 60 manata, sonuncu tərəfindən pulunun sonradan ödənilmək şərti ilə qanunsuz olaraq satmış, içində metadonun təsir maddəsinin miqdarı 0,04 qram, “F/M40” göstəricisi olan 1 həb narkotik vasitə metadonu əynindəki boz rəngli koftanın sağ yan cibində saxlayaraq daşımış, habelə içində metadonun təsir maddəsinin miqdarı 0,04 qram, “F/M40” göstəricisi olan 1 həb narkotik vasitə metadonu yaşadığı ünvan 2 ünvanda olan evin yataq otağındakı paltar dolabında olan paltarın altında, habelə külli miqdarda, yəni 14,497 qram çəkidə psixotrop maddə– metamfetamini həmin ünvanda yaşadığı evin yerləşdiyi həyətyanı sahəsində olan saxlanc yerindəki dəmir qabın içərisində qanunsuz olaraq saxlamış, onun Şahid4 qanunsuz olaraq satdığı, içində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 1 (bir) həb narkotik vasitə metadon sonuncunun üzərindən xx.xx.2023-cü il tarixdə saat 1730-dan 1745-dək olan müddət ərzində Mingəçevir ŞPŞ-də şəxsi axtarış və götürmə keçirilərkən aşkar olunaraq götürülmüş, habelə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfi ndən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə saat 1830-da Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti, 37/13 ünvanında yerləşən ünvan 4in tarixdə saat 19:00-dən 19:10-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 1 (bir) həb narkotik vasitə metadon onun əynindəki boz rəngli koftanın sağ yan cibindən, habelə davam edən əməliyyat-axtarış tədbirləri zamanı Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin tarixdə saat 16:10-dan 17:45-dək olan müddət ərzində onun yaşadığı ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilən zaman evin yataq otağında olan paltar dolabındakı paltarın altından meta donun təsir maddəsinin miqdarı 0,04 qram olan 1 (bir) həb narkotik vasitə metadon və evin yerləşdiyi həyətyanı sahəsində yerləşən saxlanc yerində olan dəmir qabın içərisindən təmiz çəkisi 14,497 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov və Zamin Tahirov) 08 yanvar 2025-ci il tarixli 1(107)-47/2025 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 1(091)-163/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci il tarixli 1(107)-47 /2025 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın çəkilməmiş müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, səmimi peşmançılığı və ilk məhkumluğu nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhk um əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prose ssual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyaları məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən ə sassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən işin hallarını və onun şəxsiyyətini kifayət qədər nəzərə almadan ona ədalətsiz ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarı nda göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun yaşadığı yer üzrə müsbə t səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmiş, CM-in 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin cəza hissəsində gəldiyi nəticə ilə razılaşmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kol legiyasının qənaətinə görə Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən işin halları, məhkumun qabaqcadan əlbir olan bir qrup halında törədilmiş cinayətdə rolu kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkuma təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsinə heç bir əsas müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və işin hallarını və məhkumun şəxsiyyətini nəzərə almadan cəzanın təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyat a keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsin ə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şə ki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci il tarixli 1(107)-47/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 1(107)-47/2025 nömrəli qərarı kassasiya şikayəti münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar