Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2152/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi İskəndərov Ərəstun Binnət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(101)-688/2023 nömrəli (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlu (sədrliyi), Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, əvvəllər CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 9 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsi, CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bər abər tutulmaqla, 5 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilərək ona qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 31 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(103)1963/2023 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayəti münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi İskəndərov Ərəstun Binnət oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilir, ona görə ki, o, 29 may 2022ci il tarixdə saat 21 radələ rində tanışı Şahid1 sonuncunun sosial şəbəkədə adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “MC Donalds” restoranının qarşısında görüşə getdiyini öyrənərək, öz təşəbbüsü ilə Şahid1 ilə birlikdə qeyd edilən restoranın qarşısına gedib Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra, həmin ərazinin yaxınlığında yerləşən məhəllədə qohumlarının yaşadığını və bu səbəbdən yaxınlıqda yerləşən 122 saylı uşaq bağçasının həyətyanı sahəsinə getməyi təklif etməklə, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə həmin gün saat 22 radələrində ünvan 2 ünvanda yerləşən, ictimai yer olan 122 saylı uşaq bağçasının həyətyanı sahəsinə gedərək bağçanın həyətində Şahid1 Zərərçəkmiş şəxs ilə sonuncunun internetin “Telegram” sosial şəbəkəsində erməni mil liyyətindən olan qadınlara dəstək nümayiş etdirdiyinə görə sosial şəbəkə istifadəçilərinin qınaq obyektinə çevrilməsi barədə aralarında söhbət etdiklərini görüb onların söhbətlərinə kənardan müdaxilə edərək Zərərçəkmiş şəxs bu məsələ ilə əlaqədar sonuncunu söyəcəyi təqdirdə nə edəcəyini soruşduqda Zərərçəkmiş şəxs həmin söyüşə cavab verəcəyini bildirdikdən sonra heç bir səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib cavab verməsini tələb etmiş, Zərərçəkmiş şəxs isə onun üzərinə gəldikdə o, bunu bəhanə edərək özünü nüfuz sahibi kimi göstərib öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, ictimai yer olan yaşayış binaları ilə əhatə olunmuş bağçanın həyətində cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ətrafda yerləşən bina sakinlərinin na rahatçılığına səbəb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək üzərində gəzdirdiyi qatlanan tipli qara rəngli bıçağı çıxarıb silah qismində istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi, qarın və sağ bud nahiyəsindən 3 dəfə vuraraq sonuncuya daxili qanaxma ilə müşayiət olunan mədə, qaraciyərin sol payının kənarı, mədəaltı vəzin baş hissəsinin ön səthinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön divarının qarın bo şluğuna nüfuz edən 1 ədəd, döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmişkəsilmiş yarası xəsarətlərini yetirməklə ona həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirdikdən sonra məsuliyyətdən yayınmaq məqsədi ilə hadisə yerindən uzaqlaşmış və Zərərçəkmiş şəxs 17 avqust 2022-ci il tarixdə saat 23:50 radələrində kirayə yaşadığı ünvan 3 ünvanında onun 29 may 2022-ci il tarixdə bıçaqla yetirdiyi və bilavasitə ölümlə səbəbli əlaqədə olan mədənin və mədəaltı vəzinin deşilmişkəsilmiş yaralarının nəticəsində postoperasion dövrdə mədəaltı vəzində zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri və mədə boşluğuna penetrasiyası ilə ə laqədar mədə-bağırsağa olan massiv qanaxma, kəskin qanaxma, kəskin qanitirmə səbəbindən ölmüş və bu hərəkətləri ilə o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə və apellyasiya məhkəməsinin qərarına əsasən Məhkum zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirsə də, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti törətməmiş, eləcə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah q ismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Məhkum öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə bıçaqla Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri yetirərək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi İskəndərov Ərəstun Binnət oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı əsassız olduğundan Məhkum bəraət verilməlidir. Belə ki, Məhkum bıçaqla Zərərçəkmiş şəxs vurması ilə bağlı ifadələri ibtidai istintaq zamanı təzyiq altında vermişdir. O, X-i bıçaqla vurmamışdır. Zərərçəkmiş şəxs tanımamışdır. Mübahisə Şahid1 və Zərərçəkmiş şəxs arasında olmuş, o, sadəcə onları aralamaq üçün müdaxilə etmişdir. O, X və M-i araladıqdan sonra ətrafda olan şəxsləri kömək üçün çağırmışdır. Onda hər hansı bıçaq olmamış, hadisədən sonra bıçağı o gizlətdiyi üçün, istintaq hərəkətləri zamanı da yerini o göstərmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində X cərrahi əmə liyyatdan təxminən 10 gün sonra Məhkum və M-un məsuliyyətlərini yüngülləşdirmək üçün evə buraxılmışdır. Oğlu X-in vurulması ilə bağlı M-un anası ilə o, həmişə danışırmış və M-un anası Nurlana onun övladı X-i sağaldacağına dair söz vermişdir. Lakin, sözünün üzərində durmamışdır. M-un valideynləri X-i sağaltmağı öz öhdələrinə götürmüşlər. O, M-un anası Nurlanadan X-in valideynlərini xəbər aldıqda isə, X-in valideynlərinin “vahabi” olduqlarını, onlardan uzaq durmalı olduğunu ona demişlər və 3 aya övladı X-i sağaldacaqlarına dair söz verərək, oğlu M-dan şikayətçi olmamağını xahiş etmişlər. Oğlu X-in öldürülməsində M və Məhkum günahkar olmuşlar. Buradan belə nəticəyə gəlmək olar ki, M-un valideynləri tərəfindən oğullarının etdiyi əməli ört-basdır edilməsi üçün zərərçəkmiş şəxsə kifayət qədər və dlər verilməsidir. Bununla da belə nəticəyə gəlmək olar ki, X tərəfindən ibtidai istintaq dövründə verilmiş ilkin izahat ona verilmiş vədlərə uyğun olaraq verilmişdir. Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi varisi Bakı Apellyasiya Məhkəməsində Məhkum tərəfindən oğlunun öldürülmədiyini, M tərəfindən öldürüldüyünü və eyni zamanda ona oğlunun M-un anasına göndərdiyi səs yazılarının yeni aşkar etdiyini və orada oğlu açıq aşkar M-un onu ora çağırdığını, onun tərəfindən bıçaqla vurulduğunu, M-un adın çəkməsin deyib ona verilmiş vədlərə əməl etmədiklərini və belə davam edərsə bu barədə məlumat verəcəyi barədə səs yazıları aşkar edilmişdir. Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarını ləğv edərək, Məhkum barəsində bəraətverici əsaslarla bəraət verilməsi barədə qərar qəbul edilməsin i xahiş edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi ilə bağlı əməlinin CM-in 120.2.2-ci maddəsi ilə deyil, məhz 126.3-cü maddəsi tövsif edilməsi barədə nəticəyə gələrkən öz mülahizəsinə əsasən müəyyən edilmiş saydığı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürmək məqsədi ilə deyil, xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurması nəticəsində ehtiyatsızlıqdan öldürməsi kimi çıxış etmiş, qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən də təkrarlanmışdır. Lakin, məhkəmələr işin faktiki halları və Məhkum qəsdi barədə gəldiyi nəticələr sübutların lazımınca, yəni CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə araşdır ılmasına əsaslanmır. Tədqiq edilmiş ifadələrdən görünür ki, X8 X oğlunu qəsdən öldürmək məqsədi ilə bıçaqla vurmuşdur. Şəxsin əməlinin tövsifi zamanı onun niyyəti, hərəkətləri və onları doğurduğu nəticələr dəqiq tədqiq edilməsi zəruridir. İfadələrdən görünür ki, Məhkum üzərində bıçaq olmuş və evdən çıxarkən artıq üzərində bıçaq götürmüşdür. Bu da onun cinayətkar niyyətindən və ictimai təhlükəliliyindən xəbər verir. Digər tərəfdən isə Məhkum zərərçəkmiş şəxsə xəsarət yetirərkən onu hər hansı xəbərdarlıqla deyil, hər hansı bir münaqişə zəmnində deyil, soyuqanlı şəkildə və hər hansı tutarlı səbəb olmadan yetirmişdir. Ekspertiza rəyindən də görünür ki, hadisə zamanı təqsirləndirilən şəxs tərəfindən 3 ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Habelə, həmin xəsarətlər zərərçəkmiş şəxsin bədə nin müxtəlif hissələrini əhatə edir. Əgər təqsirkarın zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən başqa sübutlar yoxdursa, zərərçəkmiş şəxsin həyat üçün mühüm olmayan orqanlarına zərər vurulması hallarında əməl qəsdən adam öldürməyə cəhd kimi deyil, baş vermiş faktiki nəticələrə görə məsuliyyətə səbəb olacaqdır. Bu halda zərərçəkmiş şəxs ölərsə, təqsirkarın əməli qəsdən adam öldürməyə cəhd kimi deyil, ehtiyatsızlıqdan adam öldürmə (CM-in 124-cü maddəsi), ya da törədilən əmələ və baş verən nəticəyə psixi münasibətin formasından asılı olaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma (CM-in 126.3-cü maddəsi) kimi tövsif ediləcəkdir İş materiallarından göründüyü kimi Məhkum 29 may 2022-ci il tarixdə saat 22 radələrində Şahid1 və Zərərçəkmiş şəxs arasında olan söhbətə kənardan müdaxilə edib sonuncuya üzərində olan bıçaqla həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanların yerləşdiyi döş qəfəsi və qarın boşluğu istiqamətində ardıcıl 2 dəfə zərbələr endirməsi, Zərərçəkmiş şəxs yerə yıxılmış uzanıqlı vəziyyətdə müqavimətinin qırılaraq özünə tibbi yardım üçün kömək çağıra biləcək vəziyyətdə olmamasını görüb dərk edərək sonuncuya yetirdiyi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərdən qan itirməsinə görə məqsədli şəkildə tibbi yardımın göstərilməsini də təşkil etmədən ölümə tərk etməklə bağça ətrafında yerləşən bina sakinlərinin və ətrafda olan şəxslərin yaxınlaşaraq onu ifşa edə bilməmələri üçün Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirməsi ilə əlaqədar cinayətkar əməllərini dayandıraraq cinayət məsuliyyətindən yayınmaq məqsədilə, həmçinin əlavə zərbələr vurmaq imkanı olmadığına görə hadisə yerindən uzaqlaşması onu göstərir ki, Məhkum niyyəti Zərərçəkmiş şəxs öldürmək olmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum tanışı Şahid1 Zərərçəkmiş şəxs ilə görüşə getdiyini öyrənib əvvəllər tanımadığı, aralarında heç bir münaqişə baş verməmiş Zərərçəkmiş şəxs ilə ilk dəfə həmin gün görüşüb tanış olaraq Zərərçəkmiş şəxs və M-in arasında olan söhbətə kənardan müdaxilə edərək Zərərçəkmiş şəxs əvvəlcə sonuncuya üzünə qarşı nalayiq ifadələr işlədiləcəyi təqdirdə nə edə biləcəyini soruşub həmin nalayiq ifadələrə qarşılıq verəcəyini Zərərçəkmiş şəxs öyrəndikdən sonra əsassız olaraq söyüş söyüb sonuncudan bunun qarşılığında hər hansı formada ona cavab verə bilib-bilməyəcəyini soruşaraq mübahisə yaratması, yaranmış mü bahisənin təşəbbüskarı olmasına baxmayaraq daha sonra Zərərçəkmiş şəxs onun üstünə getdikdə Məhkum heç bir səbəb olmadan, Zərərçəkmiş şəxs özünü nüfuz sahibi kimi göstərməklə, öz üstünlüyünü nümayiş etdirməklə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq bıçaqla Zərərçəkmiş şəxs bədəninin həyat üçün vacib olan orqanlarının yerləşdiyi nahiyyələrinə zərbələr endirməsi onu göstərir ki, Məhkum xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Ali Məhkəmənin müvafiq Plenumun Qərarına əsasən əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmət sizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə, yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Konkret halda hadisə yerinin ətrafında yaşayış binaları olmaqla ictimai yer olması, Məhkum Zərərçəkmiş şəxs üzünə qarşı heç bir səbəb olmadan nalayiq ifadə işlədərək sonuncudan həmin nalayiq ifadəyə görə cavab verməsini tələb etməklə aralarında yaranmış münaqişənin təşəbbüskarı kimi Zərərçəkmiş şəxs gödəkçəsini çıxarıb onun üstünə gəldikdə sonuncuya ictimai yer olan yaşayış binaları ilə əhatə olunmuş bağçanın həyətində cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ətrafda yerləşən bina sakinlərinin narahatçılığına səb əb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək üzərində gəzdirdiyi qatlanan tipli qara rəngli bıçağı çıxarıb silah qismində istifadə edib tətbiq edərək, həmin bıçaqla Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsi onu göstərir ki, Məhkum hərəkətlərində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti ilə yanaşı CMin 221.3 maddəsi ilə nəzərdə tutulan silah qismində istifadə olunan əşyaları tətbiq etməklə xuliqanlıq cinayətinin də tərkib əlamətləri mövcuddur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının ləğv edilib, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansi yası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya pr otestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təq sirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 126.3-cü maddəsi ilə tövsif edildiyi, ona əsassız olaraq CPM-in 42.1.2-ci maddəsinə əsasən CM-in 221.3-cü maddəsi ilə bəraət verildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllən in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mö vcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə u zlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Kassasiya məhkəmə kollegiyası ilkin olaraq müdafiəçinin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən müəyyən etmişdir ki, müdafiəçi Məhkum onun təqsirli bilindiyi qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayəti ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, cinayət əməlinin digər bir şəxs tərəfindən törədildiyini, onun əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki h allarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin yuxarıda (kassasiya şikayətinin dəlilləri bölməsidə) şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyini istinad edən digər yeni faktiki halların mövcudluğu haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, bel əliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötə bərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilən normaların tələbləri baxımından kassasiya məhkəmə kollegiyası həm kassasiya şikayətinin dəlillərinə, həm də kassasiya protestinin dəlillərinə qiymət verərək iş materiallarına əsasən müəyyən edir ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, həmçinin, Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmiş və gəlinən nəticə iş üzrə tədqiq olunmuş sübutların məcmusu ilə əsaslandırılmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, aşağı instansiya məhkəməsində ifadəsi elan edilmiş mərhum Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “.....Bağçanın həyətində olarkən, M ona “X sənə həmin söyüşü söysə, nə hərəkət edə bilərsən? sualını vermiş, bu zaman o, cavabını verəcəyini bildirmişdir. X ona qarşı söyüş söyərək nalayiq ifadə işlət miş, o da əynində olan gödəkcəni çıxarıb yerə atmış, X-in üzərinə getmişdir. O, X-ə bir-iki yumruq zərbəsi atmış, lakin X zərbələrdən yayınmışdır. Həmin vaxt ayağı nəyəsə ilişib kürəyi üstə yıxılmışdır. Bu zaman X üzərində olan açılıb-bağlanan tipli bıçaqla sol döş nahiyəsindən, qarın nahiyəsindən və sol bud nahiyəsindən 3 ardıcıl zərbə ilə onu vurmuş, M yaxınlaşaraq X-dən onu nə üçün bıçaqla vurduğunu soruşub sonuncuya irad bildirmişdir. X onu bıçaqla vurarkən sonuncuya kifayət qədər müqavimət göstərmək imkanı olmamış, X-in onu həyatı üçün əhəmiyyət kəsb edən orqanlarından bıçaqla vurmaq imkanı olmuşdur. Sonradan oraya bir-iki nəfər tanımadığı şəxs və təcili tibbi yardım briqadası yaxınlaşmış və o, xəstəxanaya yerləşdirilmişdir...”. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “....X X-ə bir daha ona qarşı üzbəüz hər hansı şəxsin söyüş söyəcəyi təqdirdə nə edə biləcəyini soruşduqda, X X-ə həmin şəxsi vura biləcəyini demişdir. Elə həmin vaxt X X-in ünvanına qarşı nalayiq ifadə ilə söyüş söyüb X-ə “öz hərəkətini göstər” deyə bildirmişdir. Olduqları yer həddən artıq qaranlıq olmuş, hətta bir birilərinin üzünü belə güclə görmüşlər, əsasən səslərini eşitmişlər. Qəfil X-in yıxılmasını görmüş, lakin qaranlıq olduğundan nə baş verməsini tam başa düşməmişdir. Üzərində olan mobil telefonunu çıxarıb işığını yandırmış, işıqda baxdıqda X-in köynəyində qan izlərinin olmasını görmüşdür. Dərhal X-ə yaxınlaşmış, X-in köynəyinin sağ bud hissəsi üzərindən şalvarının qana bulaşdığını görmüşdür....”. Cinayət işinin materiallarına olan məhkəmə-tibbi eksper tizasının xx.xx.2022-ci il tarixli TS-40 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs......... Qeyd edilən deşilmişkəsilmiş yaralar cərrahi müdaxiləyə məruz qaldığından (birincili cərrahi işlənməyə, yəni yara kənarları sağlam toxuma sərhəddinə qədər kəsilir və genişləndirilir) onların eyni və ya fərqli bıçaqların təsirindən törənib-törənməməsi barədə fikir söyləmək mümkün olmamışdır. Bu məsələni həll etmək üçün zərər çəkmişin hadisə zamanı əynində olmuş (əgər olmuşdursa) paltarlarının xüsusi (tibbi-kriminalistik)-müayinəsinin aparılması zəruridir. İşin materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 581/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs...... kəsilmiş-deşilmiş yarası” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş dir....... Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb “Mədənin, mədəaltı vəzinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində postoperasion dövrdə mədəaltı vəzidə zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri, mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa olan massiv qanaxma, kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Cinayət işinin materiallarında olan Məhkum ifadəsinin yerində yoxlanılması haqqında 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum ifadəsini hadisə yerində bir daha təsdiq edərək baş vermiş hadisənin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha yerində təsdiq edərək əyani surətdə təsvir edib göstərmiş, cinayət əməlini törədərkən istifadə etdiyi bıçağın yerini göstərmiş və həmin 1 ədəd qara rəngli bıçaq müvafiq qaydada götürülüb protokola əlavə edilmişdir. İş materiallarında olan təqdim etmə və götürmə haqqında 29 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən bağçanın həyətində olan videomüşahidə kameralarına baxış keçirilməklə götürülmüş videogörüntüdə hadisəni törətməkdə şübhəli bilinən arıq bədən quruluşlu, orta boylu, əynində qara rəngli qısaqol gödəkcəsi və göy rəngli cins şalvar olan şəxs müəyyən edilmişdir. «Diskə baxış keçirilməsi haqqında» 1 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən bağçanın həyətində olan videomüşahidə kameralarına baxış keçirilməklə götürülmüş videogörüntüdə olan arıq bədən q uruluşlu, orta boylu, əynində qara rəngli qısaqol gödəkcəsi və göy rəngli cins şalvar olan şəxs Məhkumdur. Mobil telefona baxış keçirilməsi haqqında 1 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 və tərcüməçinin iştirakı ilə Zərərçəkmiş şəxs «Redmi» markalı mobil telefonuna baxış keçirilərkən telefonun ekran menyusunda olan “Vkontakte” sosial şəbəkəsinin mesajlar bölməsinə daxil olduqda Şahid1 həmin sosial şəbəkədə adının “xxxx” olaraq qeyd olunmasını və həmin profil vasitəsilə Zərərçəkmiş şəxs ilə istifadəsində olan profillə sonuncunun sağlığında mesajlaşmasını bildirmiş, baxış zamanı 29 may 2022ci il tarixdə baş vermiş hadisədən sonra müxtəlif tarixlərə aid, Zərərçəkmiş şəxs və Şahid1 aralarında olan mesajların məzmununda onların normal münasibətlərin olmasını əks etdirən m esajlaşmalar müəyyən edilmişdir. 21 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və Şahid1 arasında baş vermiş hadisə ilə əlaqədar danışıq aparılarkən Zərərçəkmiş şəxs Şahid1la dialoq zamanı “mənə maraqlı olan odur ki, o, həm məndən böyükdür, həm də məndən iridir, nəyə görə dalaşmadı? bıçaq çıxardı” deyə Şahid1 bildirmiş, Şahid1 isə cavabında “Biz ikimiz olsaq, uzağı dalaşardıq, heç dalaşmazdıqda, çünki mehriban danışırdıq, mən çox təəccübləndim ki, səninlə danışdığım zaman özünü soxdu ortaya, sənə dedi ki, hərəkətivi eləyə bilərsən? səndə dedin ki, niyə eləmirəm? Kimdi durduq yerə kimi söyən? Bundan sonra o sənə qarşı nalayiq ifadə işlətdi” bildirmiş, daha sonra Zərərçəkmiş şəxs -“o, bizim ikimizdən də böyükdür, həmdə güləşçidir, ikimizi də döyə bilərdi, mən də onu bərk vurdum. Sən görmədin k i, birinci mən vurdum?”, Şahid1 - “yox mən görmədim, sonra fonarı yandırdım, gördüm yerdə bıçaq var, səndən qan axır” Zərərçəkmiş şəxs - “Yadıma düşmüşkən, mən komada olanda sənin anan gəldi, ağlaya-ağlaya dedi ki, X sən niyə belə edirsən? Niyə demisən ki, M səni bıçaqlıyıb? Mən də təəccüblə baxdım və soruşdum ki, nə? nə vaxt demişəm ki, M məni bıçaqlayıb? Sən demə müstəntiqlər narkozdan sonra izahat alanda ağzıma gələni danışıb yola vermişəm ki, əl çəksinlər məndən. Yəqin ki, elə olub çünki, heç nə yadımda deyil” deyə bildirmişdir. Baxışda iştirak edən Şahid1 Zərərçəkmiş şəxs ilə aralarında aparılan danışıqlar zamanı Məhkum barəsində danışdıqlarını qeyd etmişdir. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, həmin danışıqlar zamanı Zərərçəkmiş şəxs sağaldıqda Şahid1 üçün iş tapacağını sonuncuya bildirmiş, aralarında mübahisə xarakterli danışıq olmamışdır. Zərərçəkmiş şəxs “Vkontakte” sosial şəbəkəsində Şahid1la danışarkən X-in X-dən fiziki cəhətdən daha qüvvətli olmasına görə Məhkum hansı səbəbdən bıçaq çıxarıb onu vurduğunu dərk edə bilməməsi barədə deməsi ilə əlaqədar o, bildirmişdir ki, Zərərçəkmiş şəxs daha qüvvətli olmuş, lakin sonuncunu vurmamış və hansı səbəbdən X-in telefon danışığında belə qeyd etməsini bilmir. Odur ki, Məhkum CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi, yəni Zərərçəkmiş şəxs əlindəki bıçaqla qəsdən vurub sağlamlığına ağır zərər vurması ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması Məhkum bir-birinə ziddiyyət təşkil edən ifadələri, əsasən də özünün 2 iyun 2022-ci il tarixli ifadəsi, zərərçəkmiş şəxs və ş ahid qismində dindirilmiş şəxslərin ifadələri, Məhkum ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli TS-40 nömrəli rəyi, kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının kriminalistik tədqiqinə dair xx.xx.2022-ci il tarixli 404/MTKŞ-2022 nömrəli rəyi, kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının bioloji tədqiqinə dair xx.xx.2022-ci il tarixli 503/2022-MTBŞ nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 93 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 581/KEŞ nömrəli rəyi, mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, i stintaq və məhkəmə hərəkətlərinin protokolları, o cümlədən cinayət işi üzrə toplanılmış digər sübutlar ilə təsdiq olunur. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara i sə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 126.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə r azılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini də iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktik i hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarına əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qa ydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gediş ində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə v ə xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində t əsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Əvvəla kassasiya protestində göstərilmiş “məhkum tərəfindən ictimai yer olan yaşayış binaları ilə əhatə olunmuş bağçanın həyətində cəmiyyətə aşkar hörm ətsizlik və laqeydlik nümayiş etdirib, ətrafda yerləşən bina sakinlərinin narahatçılığına səbəb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə” dair dəlillərə gəldikdə hadisənin əsas şahidi Şahid1 əlavə hadisədən bilavasitə sonra baş verənlərə şahidlik etmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, hadisə zamanı axşam saat 8-9 radələri olmuşdur. Hadisə yerində 3 nəfərdən başqa heç kim olmamışdır. O, söyüş və ya qışqırıq səsləri eşitməmişdir. Ümumiyyətlə, hadisə yeri ümumi gediş-gəliş olan yer olmamaqla, gecə vaxtı həmin yerdən gediş-gəliş üçün istifadə olunmadığını bildirmişdir. Kassasiya protestində göstərilənlərin əksinə olaraq, iş materiallarında həqiqətən Məhkum Zərərçəkmiş şəxs, qarşılıqlı şəxsi münaqişə zamanı sonuncunu soyuq silahla xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurması və bunun nəticəsində onun ehtiyatsızlıqdan ölümünə səbəb olmasını təsdiq edən və həmin xüsusatlar barədə məlumatları əks etdirən yuxarıda sadalanan mötəbər sübutlar müəyyən olunmuşdur. Belə ki, cinayət işi üzrə toplanılmış materiallardan müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirdikdən sonra hadisə yerindən uzaqlaşmış, zərərçəkmiş şəxsə xəsarətlər yetirmək imkanı olduğu halda buna davam etməmiş, onun niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Məhkum zərərçəkmiş şəxsə bir ədəd sağlamlığa yüngül zərər vurmaya, iki ədəd sağlamlığa ağır zərər vur maya uyğun gələn xəsarətlər olmaqla, ümumilikdə üç bədən xəsarəti yetirsə də, xəsarətlər qarşılıqlı dalaşma zamanı yetirilmişdir. O cümlədən, hadisənin birbaşa şahidi Şahid1 ifadəsində hadisənin baş verdiyi yerin olduqca qaranlıq olduğunu, hətta bir-birilərinin üzünü belə görməkdə çətinlik çəkdiklərini bildirmiş, eyni zamanda hadisə yerinə baxış protokolu, hadisə yerinin ümumi görünüşünü əks etdirən fotoşəkillər də, Şahid1 hadisə yeri ilə bağlı dediklərini təsdiq etmişdir. Belə olan halda, Məhkum zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan orqanlarına xəsarət yetirməsini müəyyən edə bilməsi olduqca çətin, hətta mümkünsüzdür. Bu qeyd edilənlər, Məhkum niyyətinin məhz zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlmədiyinə dəlalət edir. Məhkəmə araşdırmaları zamanı Məhkum Zərərçəkmiş şəxs bi r daha ona qarşı üzbəüz hər hansı şəxsin söyüş söyəcəyi təqdirdə nə edə biləcəyini soruşması, X-in X-ə həmin şəxsi vura biləcəyini deməsi və elə həmin vaxtı X-in X-in ünvanına qarşı nalayiq ifadə ilə söyüş söyüb X-ə “öz hərəkətini göstər” deməsi və bu şəxsi münaqişə fonunda Məhkum Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla vurması mübahisəsiz müəyyən olunmuşdur. Beləliklə də kassasiya məhkəmə kollegiyası, cinayət işi üzrə toplanılmış və araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Məhkum xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirsə də, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti törətməmiş, eləcə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməmişdir. Odur ki, Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CMin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yeku n nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi və ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə bəraət verilməli olduğu barədə yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv ed ilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə ə sasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi İskəndərov Ərəstun Binnət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2152/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2152/2024
29.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver