Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2155/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, X5 barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli, 1(104)-11/2025 nömrəli h ökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Samux Rayon Məhkəməsinin (X14) 2023-cü il 18 dekabr tarixli, 1(058)-34/2023 nömrəli hökmü ilə, xx.xx.1990-cı ildə Samux rayonu, Alabaşlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində olan başqa cinayət işi üzrə həbsdə olan, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı ) ay müddətinə azadlığın məhdudlaşması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 4 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, hökmün icrasının onun yaşayış yeri üzrə icra qurumuna tapşırılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs X5 müdafiəçisi apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X11 və X1 ibarət tərkibdə) 2025-ci il 3 iyun tarixli, 1(104)-11/2025 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, hökm ləğv edilmiş, X7 istinad edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, X8 barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək ba rədə iltizam” qətimkan tədbiri ləğv edilmiş və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmış, X7 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, hazırki cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən olunmamış qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll olunması üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş və hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Samux r ayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 35,804 qram narkotik vasitə olan tiryək, eyni zamanda bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, X8 istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 35.904 qram, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 31 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Samux rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Samux rayonu, Qarayeri qəsəbəsində saxlanılaraq, Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmaqla üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 35.904 qram, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ondan aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı X5 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaqın ilkin mərhələsindəki «baxış, şəxsi axtarış və götürmə barədə» protokollar, şahid ifadələri, məhkəmə-kimyəvi, narkoloji və digər ekspertizaların rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Lakin ittihamın əsaslandırılması üçün göstərilmiş sübutlar apellyasiya icraatında məhkəmə kollegiyası tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Bundan başqa, işin hallarını və müvafiq Plenum Qərarlarının tələblərini nəzərə almayan Məhkəmə Kollegiyası təqsirləndirilən şəxs X5 cinayət əməlinə obyekti v qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını nəzərə almamış, X7 bəraət verib məsuliyyətdən kənarda qoymuşdur. Məhkəmə iclaslarında tədqiq edilən məhkəmə narkoloji ekspertizasının 3 mart 2023cü il tarixli 384 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X8 narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bundan başqa təqsirləndirilən şəxs X8 barəsində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videogörüntülərin qeydə alınmış olduğu 1(bir) ədəd "CD" disk maddi sübut hesab edilmiş və cinayət işində saxlanılır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Telekom MMC-dən iş üzrə təqsirləndirilən şəxs X5 istifadəsində olan nömrələrin əhatə dairəsinə dair məlumatlara dair göndərilmiş "CD" disk maddi sübut hesab edilərək və cinayət işində saxlanılır. Daha sonra X4 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 35.804 qram narkotik vasitə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək iş üzrə maddi sübut hesab edilmiş və Samux RPŞ-in saxlanc yerində saxlanılır. İstər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində X5 özünün müdafiəsi üçün gətirdiyi dəlillər araşdırılmış və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər onun törətdiyi cinayətin ağır hüquqi nəticələrindən yaxa qurtara bilmək üçün özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə tam təkzib ed ilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs X5 üzərində müdafiəçisi Fuad Xəlilovun iştirakı ilə şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd bükümdə 36.87 çəkidə ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar maddə aşkar olunmuş Ə. Əliyev narkotik vasitənin ona məxsus olmasını bildirmiş, nə ondan, nə də ki, iştirakçılardan hər hansı vəsatət və şikayət daxil olmamış, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sadalanan sübutlar bir daha X8 tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsini tam olaraq təsdiq edir. Bundan başqa, Məhkəmə Kollegiyasıl hökmdə qeyd etmişdir ki, Əfsun Əliyev tutularkən və onun üzərinə axtarış aparılarkən, eləcə də ondan izahat və ifadələr alına rkən onun müdafiə hüququ Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Presedent hüququnun tələblərinə uyğun olaraq təmin edilməmiş, o yüksək keyfiyyətli hüququ yardımla təmin edilməmiş, praktiki və real olaraq müdafiəsiz qalmışdır. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, Əfsun Əliyev tutularkən və onun üzərinə axtarış aparılarkən, eləcə də ondan ilkin araşdırma mərhələsində izahat və ifadələr alınarkən dövlət hesabına təyin edilmiş vəkil tərəfindən səmərəli müdafiəsi həyata keçirilmiş, formallığa yol verilməmiş və onun müdafiə hüquqları təmin edilmişdir. Məhkəmə Kollegiyasının hansı əsasla guya dövlət hesabına təyin edilmiş vəkilin formal olaraq cinayət təqibində iştirakı, Əfsun Əliyevin hüquqlarının qorunmasında m üdafiəçinin effektiv rolunun olmaması barədə gəldiyi qənaəti anlaşılan deyil. Beləliklə, ittihamın əsaslandırılması üçün yuxarıda göstərilmiş sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə kollegiyası tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Gəncə Apelyasiya Məhkəməsinin 03 iyun 2025-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegi yasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya protestinin təmin olunmasını və X5 barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticə ləri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərql i olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində bəraət hökmünü mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticəl əri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiy a protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, protestin dəlillərindən görünür ki, dövlət ittihamçısı apellyasiya instansiya məhkəməsinin hökmünü bütünlüklə mübahisələndirərək, şəxsə bəraət verilməsinin qanunsuz və əsassız olması qənaətinə gəlmiş və öz mövqeyini əsaslandırmaq üçün ibtidai istintaq zamanı toplanmış sübutlara istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə məhkum olunmuş şəx s barəsində bəraət hökmü çıxararkən öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Belə ki, mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Əfsun Əliyevin ona irəli sürülmüş ittihamda nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gəlmiş, bu barədə nəticəyə gələrkən polis əməkdaşları olan şahidlərin ifadələrinə, istintaq hərəkətinin protokollarına, ekspert rəylərinə istinad etmiş, müdafiə tərəfinin dəlillərinə əsaslandırılmış cavablar verməmiş, sübutların hər birini ayrıayrılıqda tədqiq etməmiş, habelə hər bir sübutun mötəbərlik tələblərinə uyğun olubolmadığını yoxlamadan əsassız ittiham hökmü çıxarmışdır......Cinayət işinin materiallarının yenidən tədqiqi və ittiham tərəfinin topladığı sübutların qiymətləndirilməsi kollegiyada belə qənaət yarat mışdır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozuntularına yol verilmiş, həmçinin Əfsun Əliyevin üzərinə şəxsi axtarış keçirilərkən, ondan şübhəli və təqsirləndirilən şəxs qismində ifadələr alınarkən uzun müddət polis şöbəsində saxlanıldığına görə psixoloji və polis əməkdaşlarının təhrikinin təsiri altında olmuş, cinayət işi üzrə kobud prosessual pozuntulara yol verilmişdir…...Qeyd olunanlardan göründüyü kimi X7 Samux rayon Polis şöbəsində olduğu zaman dövlət hesabına təyin edilmiş vəkil tərəfindən səmərəli müdafiə həyata keçirilməmiş, formallığa yol verilmiş və onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Əfsun Əliyevə müdafiəçi qismində təyin edilmiş onunla konfidensial ünsiyyət saxlamadan, Əfsun Əliyevlə heç bir məsləhətləşmə aparm adan formal olaraq istintaq və təhqiqat hərəkətlərinin icraatının aparılmasında iştirak etmiş, müdafiəçinin Əfsun Əliyevin hüquqlarının təmin edilməsində effektiv rolu olmamışdır. Cinayət işinin materiallarında olan sənədlər ibtidai istintaqın sonrakı mərhələlərində də istintaq orqanının təqsirləndirilən şəxsin “keyfiyyətli hüquqi yardım almaq hüququ”na hansı dərəcədə etinasız yanaşmasını bir daha təsdiq edir. Formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə tərtib olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə yüksək keyfiyyətli hüququ yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçinin prosesdə iştirakı açıq görülməli, müdafiəçinin təqsirləndirilən şəxsin mənafeyinə uygun bir hərəkət etməsi, müdafiəni səylə və səmərəli həyata keçirdiyi açıqaydın görünməlidir. Lakin hazırki işdə dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçilərin passiv fəaliyyəti təqsirləndirilən şəxsin müdafiə hüquqlarına ciddi zərbə vurmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müdafiəçinin təqsirləndirilən şəxslə bir dəfə də olsa görüşməməsi, onunla konfidensial ünsiyyət saxlamaması, təqsirləndirilən şəxs saxlanıldıqdan uzun müddət sonra formal olaraq müdafiəçi ilə təmin edilməsi səbəbindən az ağır cinayət əməli törətməkdə ittiham olunan təqsirləndirilən şəxs uzun müddət müdafiəsiz qalmışdır. Əfsun Əliyev tutulduqdan bir gün sonra, yəni 1 fevral 2023-cü il tarixdə təqsirləndirilə n şəxsin yaxın qohumları öz hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ilə müqavilə bağlamış, Müdafiəçi işə müdafiəçi qismində buraxılması və Əfsun Əliyevlə görüşməsinin təmin edilməsi ilə bağlı 2 fevral 2023-cü il tarixdə müstəntiq Şəhriyar Əhmədliyə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan 2 fevral 2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs Əfsun Əliyevin MSY-də olduğu zaman təkbaşına yəni müdafiəçinin iştirakı olmadan yalnız özünün imzası ilə verdiyi Müdafiəçi hüquqi yardımından imtinası barədə ərizəsinə baxılmış, ərizə prosessual qanunvericiliyə uyğun olaraq verilmiş hesab edilərək müstəntiq Şəhriyar Əhmədlinin 2 fevral 2023-cü il tarixli “vəkilin cinayət prosesində müdafiəçi qismində iştirak etməsindən imtina edilməsi barədə” qərarı ilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət prosessində müdafiəçi qismində iştirakına icazə verilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina barədə ərizəsi yalnız o halda qəbul edilə bilərki şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. CPM-nin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunaca q vəkilin iştirakı ilə vermiş olsun...” Kassasiya isntansiyası məhkəməsi kassasiya protestinin dəlilləri əsasında araşdırma apararaq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin hər bir sübutunu hərtərəfli, tam və obyektiv şəkildə yoxlayaraq geniş araşdırma aparmış, konstitusion prinsip olan əsl həqiqətin meydana çıxarılması üçün bütün qanuni vasitələrdən istifadə edərək ədalət mühakiməsini səmərəli şəkildə həyata keçirmiş, nəticədə şəxsin pozulmuş hüquqlarının bərpasına nail olmuşdur. Kassasiya protestinin digər dəlili məhkəmənin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin ittihamı təsdiq edən mötəbər sübut kimi qiymətləndirməməsi barədədir. Bu dəlillə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab ed ir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cü il tarixli qərarında polis şahidlərlə bağlı göstərilmişdir: “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüs karları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi (yuxarıda 61-ci bəndə bax). Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamı şdır.” Göründüyü kimi, şahidlərlə bağlı hazırkli işə baxan məhkəmələrin mövqeyi AİHM-in mövqeyi ilə üst-üstə düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin şahidlərlə bağlı dəlillər əsassızdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şə xsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərba ycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri əsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsəl ələr təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Bundan əlavə, kassasiya protestində məhkəmənin “google maps” proqramından istifadə etməsi mübahisələndirilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, bu proqramdan istifadə edilməsi hər hansı bir xüsusi bilik, böyük bacarıq tələb etmir və mobil telefona sahib olan hər bir şəxs (hətta uşaqlarda) gündəlik həyatında bu və ya bu kimi proqramlardan istifadə etməklə özləri üçün zəruri məlumatları əldə edə bilirlər. Yəni bu proqramdan istifadə etməklə iki nöqtə arasındakı məsafənin də qiq müəyyən edilməsi CPM-in heç bir maddəsinin müddəlarına zidd deyil. Bundan başqa, dövlət ittihamçısı bəraət almış şəxs barəsində yeni cinayət işinin olmasını və həmin cinayət işinin konkret məhkəməyə göndərilməsini protestdə xüsusi vurğulamış və bu faktdan bəraət almış şəxsin əleyhinə istifadə etməyə çalışmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, şəxsin hər hansı cinayət əməli törətməkdə ittiham olunmasının onun barəsində olan başqa cinayət işinə baxılarkən onun əleyhinə istifadə edilməsi təqsirsizlik prezumpsiyasının pozulması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi norma ların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 2023-cü il 18 dekabr tarixli, 1(058)-34/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş X8 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 iyun tarixli, 1(104)-11/2025 nömrəli hökmü dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2155/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2155/2025
19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver