Məhkəmə qərarları › İş №1(102)-2159/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2159/2025

19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2159/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən),Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 iyun tarixli, 1(103)-70 9/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-127/2025 saylı, 28 yanvar 2025ci il tarixli hökmü ilə (X4) xx xxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, ev 120 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6 9.3-cü maddəsinə əsasən Məhkum 6 aprel 2024-cü il tarixdən 8 aprel 2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və onun dərhal məhkəmə iclas zalında həbs edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 yanvar 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsi və on un ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə) 2025-ci il 5 iyun tarixli, 1(103)- 709/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)127/2025 saylı, 28 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökm üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 6 aprel 2024-cü il tarixdən 8 aprel 2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 28 yanvar 2025-ci il tarixdən həbsdə olduğu 4 (dörd) ay 8 (səkkiz) gün, ümumilikdə 4 (dörd) ay 10 (on) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə hesablanmaqla 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə bərabər tutulmuş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhk um cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Məhkum üzərinə yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, ev 120 ünvanını axşam saat 20:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmışdır. İŞİN HALLARİ: Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, Məhkum naməlum tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,353 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 18:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6 mikrorayon, Məhkum küçəsində yerləşən “Rahat” marketin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, A.Məmmədov 99 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:40-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş satış məqsəd i ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,353 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 0.353 qram çəkidə psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu mübahisələndirməmiş və onu istifadə etmək məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Odur ki, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək CM-in 234.2-ci maddəsi ilə ittihamını inkar etmişdir. Bundan başqa, mesajlardan açıq-aşkar görünür ki, 9.10.2023-cü il tarixdən 5.3.2024cü il tarixədək olan m üddət ərzində bir sıra telefon abonentləri təqsirləndirilən şəxsə müraciət edərək ondan narkotik maddələr istəmişlər. Daha sonra yuxarıda qeyd olunan tarixlərdə yəni 5 ay ərzində bir sıra telefon abonentləri təqsiləndirilən şəxsə müraciət edərək ondan narkotik vasitələr istəmişlər. Hətta sms mətnlərə nəzər saldıqda müəyyən olunur ki, onların əksəriyyəti konteksdən çıxarılmış bir natamam fikirlərdən ibarətdir. Məhkum qarşı tərəflə başqa bir formada, yəni adi sms vasitəsi ilə deyil, hər hansı bir sosial şəbəkə (vatsap, teleqram və.s) və ya birbaşa telefon əlaqəsi vasitəsilə danışıqlar aparmaqla cavablar vermişdir. Məhkəmə isə bu xüsusatı düzgün qiymətləndirməmişdir. Bununla da, məhkəmələr iş üzrə toplanmış sübutları tam hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 iyun tarixli, 1(103)- 709/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya protestinin təmin olunmasını və Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 iyun tarixli qərarın ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərli liyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərd ə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözlə yir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edi lməməlidir. Belə ki, məhkuma qarşı ittiham orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən o, xeyli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edərək daşımışlar. Məlumdur ki, şəxs narkotik vasitəni satarkən və ya satdıqdan sonra tutulmamışdırsa, şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübut edilməlidir. CPM sübutetmə vəzifəsini ittiham tərəfinin üzərinə qoymuşdur. Yəni ittiham tərəfi məhkəməyə elə sübutlar təqdim etməlidir ki, bu sübutlar əsasında şəxsi ittiham tərəfinin təqdim etdiyi maddə ilə təqsirli bilmək mümkün, qanuni və əsaslı olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il, 2 nömrəli qərarının 9-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun satış məqsədini təsdiq edən ittiham tərəfinin yeganə sübutu müxtəlif şəxslər tərəfindən məhkuma göndərilmiş müxtəlif məzmunlu sms mətnləridir. Lakin həmin sms-ləri göndərmiş şəxslərin telefon nömrələri və deməli həmin nömrələri istifadə edən və sms-ləri yazan, göndərən şəxslər istintaq orqanına məlum olmasına baxmayaraq, istintaq orqanı məlum olmayan səbəblərdən həmin sms-ləri göndərən şəxləri istintaq orqanına dəvət edərək dindirməli, lazım gələrsə, məhkumla üzləşdirməli olduğu halda, bunu etməmiş və məhz bu hərəkəti və ya hərəkətsizliyi ilə məhkuma qarşı irəli sürmüş olduğu ittihamı, bununla da satış məqsədini şübhə altına salmış, itt iham tərəfi olaraq sübutların toplanması vəzifəsini icra etməmişdir. İş materiallarından da görünür ki, məhkumun həmin sms-lərə heç bir cavabı yoxdur. Apellyasiya instansiyası məhkəməsi də həmin sms-lərə münasibətdə hesab etmişdir ki, ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin Məhkum mobil telefonunda aşkar edilmiş, onun tutulmasından 1 il və 1 ay əvvəl ona ünvanlanmış mesajların mətnlərinin heç bir araşdırma aparmadan üzərində aşkar edilmiş və tutulan gün əldə etdiyi psixotrop maddənin satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul edilməsi əsassız olmuşdur. Cinayət işinin materiallarından da görünür ki, məhkum narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Cinayət işinin materiallarına məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, psixotrop maddənin hazırlanması üçün avadanlığın olmasına dair də ittiham tərəfinin heç bir sübutu əlavə edilməmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5.6.2025-ci il tarixli qərarı, kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 1(001)127/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-c i maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 iyun tarixli, 1(103)- 709/2025 nömrəli qərarı, dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar