Məhkəmə qərarları › İş №1(102)-2164/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2164/2025

30.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2164/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 12.1, 218.2 v ə 283-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(103)-1884/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 9 fevral 1987-ci ildə tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, işləməyən, vətəndaşlığı olmayan, Xaçmaz rayonu, Yalama kəndində qeydiyyatda olmaqla, daimi yaşayış yeri Azərbaycan Respublikası olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, M əhkum Suriya Ərəb Respublikasının ərazisində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında və dini düşmənçilik zəminində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 5 may 2015ci il tarixdə X8 ilə birlikdə gizliliyi (konspirativliyi) təmin etmək üçün əvvəlcə Azərbaycan Respublikasını Rusiya Federasiyası istiqamətində quru yolu ilə tərk edib həmin ölkənin Krasnodar şəhərindən hava yolu ilə Türkiyə Respublikasına, həmin ölkənin Şanlıurfa vilayətindən isə şəxsiyyətləri ibtidai istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının Tel-Abyad şəhərinə keçərək, həmin ölkənin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilat) tabeçiliyində olan “Tel-Abyad camaatı” adlı sabit sil ahlı qrupa qoşulmuş və 2015-ci ilin may ayından 2016-cı ilin oktyabr ayınadək X17, X8 və həmin qruplaşmanın üzvləri olan digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə “Kalaşnikov” və “Makarov” markalı odlu silahlardan istifadə etməklə Suriya Ərəb Respublikasının Tel-Abyad və Rakka şəhərlərində hərbi təlimlərdə və silahlı münaqişələrdə iştirak etmiş, həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X12 və X3 qızından ibarət məhkəmə tərkibində) 3 iyul 2024-cü il tarixli, 1(101)-1458/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 12.1, 218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona CM-in 12.1, 218.2ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay m üddətə azadlıqdan məhrumetmə cəzasının, CM-in 283-1.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinin tələblərinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcının 8 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1458 /2024 saylı iş üzrə 3.7.2024 tarixli hökmünü ləğv edərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X15 və X1 ibarət məhkəmə tərkibində) 15 avqust 2024-cü il tarixli, 1(103)1884/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1458/2024 saylı, 3 iyul 2024-cü il tarixli hökmünün Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmış, qərarla həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(103)-1884/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri qənaətlərə və qanunvericilik normalarına istinadlar edilərək, apellyasiya şikayətinin dəlilləri təkrarlanmaqla qeyd edilmişdir ki, onun Azərbaycan Respublikası vətəndaşlığına Binəqədi Rayon Məhkəməsinin 2017-ci il tarixli qərarı ilə xitam verilmişdir, Azərbaycan Respublikası ərazisində 2015-ci ildən yaşamır, məhkəmələrin onu Cinayət Məcəlləsinin 12-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etməyə hüquqi əsası yoxdur. Qeyd etdiklərinə əsasən məhkəmə kollegiyasından barəsində çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(103)-1884/2024 nömrəli qərarının ləğv edilməsini və barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsin i xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum təqsirli bilindiyi AR CM-in 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə olan əməlinin sübuta yetirilməsini mübahisələndirmiş, onun təqsirliliyi barədə birinci instansiya və apellyasiya instansiyalarında obyektiv araşdırmanın olmamasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(103)-1884/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

19. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

20. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

21. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.

22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respubl ikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb ol unur.

25. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası CM-in 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyul 2024-cü il tarixli, 1(101)-1458/2024 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.

26. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları təhqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əm əl edərək Məhkum Azərbaycan Respublikası CM-in 12.1, 218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

27. Bununla yanaşı məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin də lillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

28. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(103)1884/2024 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.

29. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddial arla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin qənaətlərini şübhə altına almaq üçün əsas görmür. hüquqi tövsifi barədə

30. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul e dilmişdir.

31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(103)-1884/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(103)-1884/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar