Məhkəmə qərarları › İş №1(102)-2169/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2169/2025

16.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2169/2025 16.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, bəraət almış şəxs X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1108/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) X4 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs X5 xxxx-cu il tarixdə Lerik rayonunun Kürdəsər kəndində anadan оlmuş, Аzərbаycаn Rеsp ublikаsının vətəndаşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri x saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi və məktəbin Azad Həmkarlar İttifaqının sədri işləmiş, hazırda pensiyaçı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddə əsasında azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.

3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 291/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı ilə həmin xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayə tin icraata qəbulundan imtina edilmişdir.

4. Qərardan xüsusi ittihamçı X4 tərəfindən apellyasiya şikayəti verib həmin qərarın ləğv edilməsini, X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi və şikayətin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə hazırlıq mərhələsinə qaytarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1340/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-291/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar birinci instansiya məhkəməsinə, məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 müdafi əçisi Nuriyev İlham Qubad oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2028/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1340/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Yuxarı instansiya məhkəmələrinin gəldiyi qənaətə görə, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilib-edilməməsinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətinin məzmununu dəqiqləşdirməklə yenidən baxılıb qiymət verilməlidir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-20/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərarı ilə X4 tərəfindən X2 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət icraata qəbul edilmiş, X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmiş, X4 iş üzrə xüsusi ittihamçı qismində tanınmışdır.

10. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X nömrəli orta məktəbdə təhsil və maliyyə sahəsində yol verilmiş qanunsuzluqlar nəticəsində külli məbləğdə dövlət vəsaitinin mənimsənilməsi, israf edilməsi faktları ilə əlaqədar Respublika Prokurorluğuna, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Prezident Administrasiyasına, Elm və Təhsil Nazirliyinə etdiyi çoxsaylı şikayətlər nəticəsində 31 oktyabr 2023-cü il tarixdə Korrupsiyaya qarşı Mübarizə İdarəsində X nömrəli məktəbin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü ma ddələri ilə cinayət işi başlanılmış, istintaqla cinayət törədən şəxslərin dairəsi müəyyən edilmiş, dövlətə vurulmuş ziyan onlardan tutulub dövlətə qaytarılmış və 24 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və CPM-nin 40.3-cü maddələri ilə cinayət işinə xitam verilmişdir. Etdiyi şikayətlərdən sonra məktəbin direktorunun təqibinə məruz qalmışdır. 2022-2023 tədris ili başlayan kimi onun əmək fəaliyyətini araşdırmaq üçün 30 avqust 2023-cü il tarixdə məktəb Həmkarlar Komitəsi Təşkilatının üzvlərindən ibarət komissiya yaradılmışdır. O, direktor müavini vəzifəsində işlədiyi üçün vəzifə üzrə Bakı şəhər Təhsil İdarəsinə tabe olduğundan həmin idarənin də Həmkarlar Komitəsi Təşkilatının üzvü olmuşdur. Əmək fəaliyyətini yoxlamaq və hər hansı qərar vermək isə Bakı şəhər Təhsil İdarəsinin müstəsna səlahiyyətinə aiddir. Buna baxmayaraq məktəbin yaratdığı komissiya öz səlahiyyətini aşaraq barəsində yoxlama funksiyasını həyata keçirərək “Komissiyanın Rəyi” adlı sənəd tərtib etmiş və əmrdə adları qeyd edilmiş komissiya üzvləri həmin rəydəki fikir və ifadələrlə razılaşaraq imza etmişlər. 14 sentyabr 2023-cü ildə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən X saylı məktəbdə, bütün məktəb kollektivinin iştirak etdiyi pedaqoji şurada, həmin komissiyanın üzvlərindən biri - məktəbin ibtidai sinif müəllimi X11, araşdırma komissiyasının üzvü kimi 30 avqust 2023-cü il tarixli əmrlə yaradılmış komissiyanın rəyini iclas iştirakçılarına oxumuşdur. Səkkiz komissiya üzvünün imzaları ilə təsdiq etdikləri rəydə qəsdlə onun ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzda n salan aşağıdakı yalan və böhtan xarakterli məlumatlar qeyd edilmişdir: “Xüsusi ittihamçının məqsədi şəxsi mənafeyi və çirkin niyyətlərini həyata keçirmək naminə vəzifə səlahiyyətlərini aşaraq, özünə yaxın olan müəllimləri öz tərəfinə çəkib, məktəb və məktəbin direktoru, rəhbər heyəti barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu söhbətlər apararaq məktəbin təhlükəsizliyinə xələl gətirmək, öz əməllərini örtmək üçün digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək, vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq olmuşdur”. Komissiya üzvləri komissiyanın rəyində heç bir dəlil və sübuta əsaslanmadan guya: məktəbin təhlükəsizliyinə xələl gətirməyini, heyət üzvlərinin şəxsiyyətinə zərər verməyini, məktəb və məktəb rəhbərliyi barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu məlumatlar yaydığını imzaları ilə təsdiq etməklə və kütləvi çıxışda səsləndirməkdə məqsədləri onu kollektivin gözündən salmaq, şərəf və ləyaqətini nalayiq formada ləkələmək, vəzifəli şəxs və müəllim kimi ictimai və işgüzar nüfuzuna ağır zərər yetirmək olmuşdur. Komissiyanın rəyini səkkiz nəfər imzalamışdır ki, bu da rəydə göstərilən nəticənin komissiyanın hər bir üzvünün fikri olduğunu təsdiq edir. Başqa sözlə, rəylə razılaşmayan komissiya üzvü yoxdur və əgər olsaydı o, imza etməməli və imza etməməsinin səbəbini göstərməli idi. Ancaq yekdilliklə imzalanmış rəydə belə hal mövcud deyildir. Bu fakt sübut edir ki, x şahid iclasda komissiya üzvü kimi imzalanmış komissiyanın rəyini nümayiş etdirib oxuyarkən bütün komissiya üzvlərinin fikirlərini kütləvi çıxış şəklində səsləndirmişdir. Komissiyanın sədri və üzvlər i (idman müəllimləri, laborant, kitabxanaçı və digər ibtidai sinif müəllimləri, o cümlədən məktəbin ibtidai sinif müəllimi x şahid və onunla bərabər həmin rəyi imzalamış digər şəxslər) vəzifə baxımından ona tabe olduqları və əmək fəaliyyətini yoxlamaq səlahiyyətləri olmadıqları üçün apardıqları araşdırma və gəldikləri nəticə qanunsuzdur. Bu fakt haqqında bütün məktəb müəllimləri, o cümlədən məktəb Həmkarlar Komitəsi Təşkilatının sədri bəraət almış şəxsin məlumatı var idi. Həmçinin həmin şəxs bilirdi ki, o, vəzifə üzrə məktəbin deyil, Bakı şəhər Təhsil İdarəsinin nomenklaturasındadır və həmin idarənin Həmkarlar Komitəsi Təşkilatının üzvüdür. Onun əmək fəaliyyətini təftiş edib araşdırmağa bəraət almış şəxsin heç bir hüququ yoxdur. Yoxlama komissiyasının üzvlərinə rəydə yazılanların məsuliyyə tini başa salmadan, bu barədə sübutların olub-olmamasını yoxlamadan direktora yarınmaq üçün həmin rəyi onlara imzalatmış və kütləvi çıxış şəklində pedaqoji şura iclasında səsləndirmişdir. Rəydə yazılan və ünvanına deyilən bütün sözlər ona qarşı qərəz və böhtandan başqa bir şey deyil. Bunlar məktəbin direktoru x pedoqoji şurada onun ünvanına dediyi şər və böhtan dolu məlumatlardır ki, komissiyanın sədri həmin məlumatlara istinad edərək barəsində həqiqətə uyğun olmayan rəy tərtib etmişdir. Komissiyanın sədri barəsində “şəxsi mənafeyi və çirkli niyyətlərini həyata keçirmək, əməllərini ört-basdır etmək naminə səlahiyyətlərini aşaraq, müəllimləri öz tərəfinə çəkərək məktəbin direktoru barəsində təhqiramiz ifadələr işlədərək, şər-böhtan dolu söhbətlər aparmaq, şaiyələr yaymaqla məktəbin təhlükəs izliyinə xələl gətirmək, digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək, vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq kimi yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlardan ibarət sənəd tərtib etmiş və kütləvi çıxış zamanı səsləndirilməsinə nail olmuşdur. Ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini tələb etməsi ilə səlahiyyət həddini aşmışdır. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs, X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-20/2025 nömrəli, 01 aprel 2025ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

12. Həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Nuriyev İlham Qubad oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1108/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-20/2025 nömrəli, 01 aprel 2025-ci il tarixli hökmü ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyinə görə X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə bəraət verilməsi hökm ed ilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

14. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) X4 və nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

15. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı eyni hakimlər tərəfindən eyni tərəflər arasında və eyni predmet üzrə olan xüsusi ittiham qaydasında şikayət üzrə qəbul edilmişdir. O, bu faktı məhkəmə iclası vaxtı iki dəfə hakimlərin nəzərinə çatdırsa da, lakin onlar buna əhəmiyyət verməmişlər. İş üzrə Azərbaycan Respublikası CPM-nin 107.2 və 109.2-ci maddələrinin tələbinə əsasən hakimlər tam tərkibdə özlərinə etiraz verməli idilər. Həmin hökm təkcə bu səbəbdən deyil, hə m də prosessual və maddi normaların pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən “komissiya rəyi”ndə qeyd olunmuş ifadə və fikirlərin xüsusi ittihamçının şərəf və ləyaqətini, nüfuzunu ləkələyən böhtan xarakterli məlumatlar olması faktı ittihamın mübahisəsiz halı kimi qəbul edilmişdir. Bəraət almış şəxs təqsirləndirilən şəxs qismində və x şahid qismində məhkəmədə çıxışları zamanı bildirmişlər ki, komissiyanın rəyi imzalanmamışdan əvvəl komissiya üzvləri ilə müzakirə olunmuşdur. Yəni 8 nəfərlə birlikdə müzakirə zamanı xüsusi ititihamçının şərəf və ləyaqətini, nüfuzunu ləkələyən məlumatları görmüş, eşitmiş və qavraya biləcək şəkildə duymuşlar. Cinayət qanunvericiliyinin tələbinə görə ən azı iki nəfərin bu məlumatları eşitməsi, qavram ası kütləvi çıxış forması olduğu üçün cinayət hadisəsinin baş verdiyini təsdiq edir. Başqa sözlə komissiyanın rəyinin müzakirə olunaraq imzalanması mərasimi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsinin baş verdiyini təsdiq edir. “Komissiya rəyi” adlı kütləvi nümayiş etdirilən əsərin onun özü tərəfindən deyil, başqa şəxs – komissiya üzvü X şahidə tərəfindən oxunmasını təklif edən özü olmuşdur. X17 öz hüquqlarını x şahidə həvalə etmişdir. Məhz bu təklifi edən şəxs özü olduğu üçün həmin əsəri kimin oxumasından asılı olmayaraq, həmin əsərdəki böhtan xarakterli məlumatların kütləvi çıxış formasında səsləndirilməsinin məsuliyyəti, təqsirliliyi də onun üzərinə düşür. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1108/20 25 nömrəli, 19 iyun 2025-ci il tarixli hökmünün ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, b aşqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhk əməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə toplanmış sübutları düzgün qiymətləndirmədiyi, bunun nəticəsi olaraq X3 əsassız və qanunsuz olaraq bəraət verildiyi, həmçinin məhkəmə tərkibi barəsində Azərbaycan Respublikası CPM-nin 107-109-cu maddələrinin tələblərini kobud surətdə pozulmaqla keçirildiyi iddia edilmiş, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.17-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

22. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1108/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu nun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

27. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan biri nə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

28. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

29. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutla rla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

30. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

31. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

32. Belə ki, X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair birinc i instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin (xüsusi ittihamçının) və şahidlərin ifadələrinin, iş materiallarında olan digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, bəraət almış şəxsin Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun bu maddə ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi əsassız olmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi işdə olan bütün sübutları ayrı-ayrılıqda və bir-biri ilə müqayisədə, eləcə də onların ümumi məcmusunu nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, xüsusi ittihamçının təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü ittiham və birinci instansiya məhkəməsinin nəticəsi aşağıdakı hallara əsaslanır: xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Bakı şəhəri üzrə Təhsil İdarəsinin X nömrəli tam orta məktəbində 14 sentyabr 2023-cü il tarixdə keçirilmiş Pedaqoji Şuranın iclasında böhtan xarakterli məlumatların səsləndirilməsi və yayılması faktı ilə bağlı verilmişdir, buna görə də cinayət əməlinin törədilmə yeri və vaxtı kimi həmin məktəb və göstərilən tarix müəyyən edilmiş, bu barədə sübutlar təqdim olunmuş və təqsirləndirilən şəxsin əm əlinə həmin sübutlar əsasında hüquqi qiymət verilmişdir.

34. Birinci instansiya məhkəməsində iş materiallarında olan 01 ədəd “CD-R” formatlı diskə əlavə edilmiş səs yazısı dinlənilmiş, həmin səs yazısının Bakı şəhəri üzrə Təhsil İdarəsinin X nömrəli tam orta məktəbində 14 sentyabr 2023-cü ildə keçirilmiş Pedaqoji Şura iclasında qeydə alındığı, iclas zamanı məktəb üzrə 30 avqust 2023-cü il tarixli, 657 nömrəli əmrə əsasən yaradılmış Araşdırma Komissiyasının yekun rəyinin komissiya üzvü X11 tərəfindən elan edildiyi müəyyən edilmiş, X2 qeyd olunan rəydə əks olunan məlumatların nə səsləndirildiyi, nə də onun tərəfindən yayıldığı aşkar edilməmişdir.

35. Halbuki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozisiyasında aşkar qeyd olunduğu kimi, şəxsin bu maddə üzrə cinayət məsuliyyəti nə cəlb edilməsi üçün əsas yalnız yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların bilavasitə həmin şəxs tərəfindən yayılmasıdır. Belə məlumatların hazırlanmasında iştirak etmiş hər hansı digər şəxsin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi əsasında məsuliyyətə cəlb edilməsi isə yolverilməzdir.

36. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi qəbul etdiyi hökmündə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM -nin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq - təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə X3 Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında qanuni nəticəyə gəlmişdir.

37. Belə olan halda birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, X3 bəraət verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

38. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən, mübahisələndirilən hökmün daha əvvəl eyni tərəflər və eyni predmet üzrə xüsusi ittiham qaydasında baxılmış iş üzrə qərar qəbul etmiş eyni hakimlərin tərkibində araşdırılması, yəni özözlərinə etiraz verməli olan hakimlər tərəfindən qər ar qəbul edilməsi barədə irəli sürülən dəlillərlə bağlı olaraq aşagıdakıları qeyd edir.

39. İş materiallarından məlum olur ki, bu iş üzrə Bakı Apellyasiya Məhkəməsində verilmiş apellyasiya şikayətinə hakimlər X14 (sədrlik edən və məruzəçi), X15 və X7 ibarət tərkibdə baxılmış və mübahisələndirilən hökm həmin hakim heyəti tərəfindən qəbul edilmişdir.

40. Kassasiya şikayətində istinad edilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2005/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarına gəldikdə isə, həmin qərar X15 (sədrlik edən və məruzəçi), X14 və X8 ibarət hakim tərkibi tərəfindən qəbul edilmiş olsa da, cari işlə əlaqəli deyil. Belə ki, qeyd olunan qərar X1 X2 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə, Bakı şəhəri Yas amal Rayon Məhkəməsinin həmin şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarına qarşı, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Nuriyev İlham Qubad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq qəbul edilmişdir.

41. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 107.2-ci maddəsində müəyyən edilmiş qaydaya görə hakimin, cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109-cu maddəsi ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidir.

42. Eyni Məcəllənin 109.1.6-cı maddəsinin tələblərinə əsasən isə hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə hə min cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir) cinayət prosesində iştirakını istisna edir.

43. Qanunvericiliyin tələbindən göründüyü kimi, hakim yalnız eyni cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında əvvəlcə hakim qismində iştirak etmiş olduqda onun prosesdə iştirakı istisna edilir. Kassasiya şikayətində istinad olunan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2005/2024 nömrəli, 11 sentyab r 2024-cü il tarixli qərarı isə baxılan işə aidiyyəti olmayan xüsusi ittiham qaydasında şikayət üzrə digər materialın baxılması ilə bağlı qəbul edilmişdir. Göründüyü kimi hazırki halda apellyasiya instansiyası məhkəməsinin hakimləri tərəfindən öz-özünə etiraz üçün əsaslar mövcud olmamışdır.

44. Beləliklə, kassasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.17-ci maddələrində göstərilən hər hansı pozuntunu aşkar etmədiyindən, kassasiya şikayətində göstərilən əsaslar üzrə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və şikayətin təmin edilməsini mümkün hesab etmir.

45. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1108/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) X4 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1108/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar