Məhkəmə qərarları › İş №1(102)-2178/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2178/2024

23.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2178/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Ramiz Məmməd oğlunun, tərcüməçi Qəmbərov Qəmbər Rövşən oğlunun və məhkumun iştirakları ilə, xx.xx.1986-cı ildə Çex Respublikasının Fridek-Mistek şəhərində doğulmuş, Çex Respublikasının vətənda şı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, x ünvanında yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 1(106)-532/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Əliyev Nizami Rəşid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Laçın Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(047)-8/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim C.C.İbrahimov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Məhkum əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmədov (sədrlik edən), P.V.Hacıyev və H.X.Bəhmənovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Laçın Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təyin edilmiş 04 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırıl araq ona həmin maddə ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Çex Respublikası vətəndaşı Məhkum 25 yanvar 2024-cü il tarixdə Ermənistan Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Laçın rayonu istiqamətində nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Əliyev Nizami Rəşid oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən, onun məsuliyyətini yüngüllə şdirən halları nəzərə almamış, əksinə əsassız olaraq qərarında hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi, xarakteri və eləcə də idarəetmə qaydası əleyhinə olan cinayətlər kakteqoriyasına aid olmasına istinad etməklə onun cəzasını artmışdır. Müdafiəçi N.R.Əliyev hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Həmçinin müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində ümumilikdə Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2024-cü il tarixli qərarı ilə artırılmış cəzanı mübahisələndirsə də, şikayətin məzmununda CM-nin 29-cü maddəsinə istinad etməkl ə, xahişində Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işinin düzgün tövsif olunmasını xahiş etmişdir. Müdafiəçi Əliyev Nizami Rəşid oğlu kassasiya şikayətində göstərilənlərə (şikayətin məzmunundan çıxış edərək) əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlinin düzgün tövsif edilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş minimum həddə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyas ı məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi N.R.Əliyev kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif olunduğunu iddia etməklə yanaşı, həmdə həmin maddə ilə sonuncuya yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində, eləcə də kassasiya şikayətinin məzmununa görə CPM-in 416.1.2, 416.1.3, və 416.1.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hall arla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2024-cü il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdr ki, Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri (özü özlüyündə təzad təşkil edən dəlilər, çünki apellyasiya şikayətinin məzmuna diqqət etdikdə, yekunda Məhkum cərimə cəzasının təyin edilməsi xahiş olunur) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum qeyd olunan əməli özünün etirafedici ifadəsi, Şahid ifadəsi, Məhkum məxsus kameraya və mobil telefona baxış protokolu, Azərbaycan Respublikası Müdafiə Nazirli yinin N saylı hərbi hissəsinin məktubu, məhkəmə-psixiatrik ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Müdafiəçi N.R.Əliyevin hüquqlarını müdafiə etdiyi şəxs Məhkum təyin olunmuş cəzanın onun şəxsiyyətinə, ailə vəziyyətinə və cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, kollegiya həmin dəlilərin əsaslı olduğunu nəzərə alaraq, həmin hissədə kassa siya şikayəti ilə razılaşır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəs ində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-6 1.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum törətdiyi cinayət əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki iləd ək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən əməlində cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən hallar kimi isə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi cinayəti etiraf etməsini, əvvəllər məhkum olunmamasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona 4 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzası, yəni sanksiya daxilində və Cinayət Məcəlləsinin 42-ci maddəsində əksini tapmış sıralamaya görə cərimə ilə müqayisədə daha ağır növdə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsinin baxılan işdə cəzanı yuxarıda sadalanan yü ngülləşdirən halların olmasına və ağırlaşdıran halların olmamasına dair qənaəti işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmiş, həmçinin Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlini səmimi etiraf etməsi və ailənin yeganə qazanc gətirən şəxs olması CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsindən çıxış edərək həmin halları sonuncunun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışıdır. Apellyasiya instansiyası məhkəməsi də təqsirkarın şəxsiyyətini səciyyələndirən, onun cəzasını yü ngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Buna baxmayaraq işə apellyasiya protesti əsasında baxan məhkəmə kollegiyası məhkum olunmuş şəxs Məhkum təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən sonuncuya düzgün olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin etsə də, cəzanın həddinə münasibətdə səhv nəticəyə gəlmişdir. Bu qənaətə gələrkən apellyasiya məhkəməsi ondan çıxış etmişdir ki, Məhkum törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olsa da, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, məhz ictimai-təhlükəliliyi yüksək olan idarəetmə qaydas ını tənzimləyən ictimai münasibətlərə zərər vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsaslanaraq Məhkum Laçın Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 4 ay 15 gün azadlıqdan məhrum etmə cəzasının müddətini 1 il 6 aya qədər artırmışdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanununun humanizm prinsipi təsbit edilmiş CM-nin 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmçinin təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunm uş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas olar. Eyni zamanda məhkəmələr tərəf indən hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəz ərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPMnin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs b arəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun (və ya kifayət qədər nəzərə alınmasın), yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Apellyasiya məhkəməsinin qərarına diqqət etdikdə görünür ki, işə baxan məhkəmə kollegiyasının bu məsələlərlə bağlı heç bir tutarlı dəlil irəli sürmədən və hər hansı əsaslandırma aparmadan Məhkum təyin edilmiş cəzanın müddətinin artırılması ilə bağlı nəticəyə gəlmişdir. Eyni zamanda apellyasiya məhkəməsinin Cina yət Məcəlləsinin 318.1-ci maddəsində təsbit edilən cinayətin obyektini (Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə sahəsində dövlət idarəçiliyinin əsaslarına və dövlət sərhəd rejimi əleyhinə yönəlməsi) və obyektiv cəhətini (mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə) xarakterizə edən hallar istinad etməklə Məhkum təyin edilmiş cəzanın müddətinin artırılmasına münasibətdə məhkəmə kollegiyası onu da, vurğulamağı zəruri hesab edir ki, qeyd olunan xüsusiyyətlər CM-in 318.1-ci maddəsinin sanksiyası müəyyən olunarkən qanunverici tərəfindən zatən nəzərə alınmış və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki azadlıqdan məhrum etmə cəzası, hətta ondan da yüngül – cərimə növündə cəzanın təyin edilməsi mümk ün görülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum təyin edilmiş cəzanın məhkumun şəxsiyyətinə uyğun olmaması ilə bağlı heç bir sübuta istinad etmədən, göstərilən halları məhkuma daha sərt cəza təyin edilməsini əsası (xüsusi təhlükəli residiv həddində), hətta birinci instansiya məhkəməsinin cəza təyini zamanı nəzərə almadığı nöqsanı kimi dəyərləndimişdir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cəza təyini məsələsinə verdiyi qiymətləndirmə ilə (faktiki isə - qiymətləndirməməsi) heç cür razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya protesti əsasında Məhkum təyin olunmuş cəzanın ağırlaşdıran məhkəmə kollegiyası işin obyektiv hallarından deyil daha çox özünün subyektiv baxışlarından çıxış etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, a pellyasiya instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ağırlaşdırdığı 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 58.3, 59-cu maddələrinin tələblərinə cavab verən, ədalət prinsipi ilə (CM, maddə 8) uzlaşan cəza kimi qəbul edilə bilməz. Belə olan halda Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-in 318.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası daxilində azaldılmalı və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlid ir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Əliyev Nizami Rəşid oğlunun kassasiya şikayəti qismən təmin edilməli Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 07 iyun 2024-cü il tarixli, 1(106)-532/2024 nömrəli qərarı dəyişdirilərək sonu ncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Əliyev Nizami Rəşid oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 1(106)-532/2024 nömrəli qərarı dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (il) il 6 (altı) aydan 5 (beş) ay 26 (iyirmi altı) günə endirilsin, onun 27 yanvar 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək həbsdə olduğu və cəza çəkdiyi müddət nəzərə alınaraq Məhkum cəzasını çəkmiş hesab olunsun. Məhkum məhkəmə iclas zalında azad edilsin. Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına dair əlavə cəzası - əsas cəzanı icra edən orqanın nümayəndəsinin müşayiəti ilə müvafiq cəzanı icra edən orqana təhvil verilməsi həyata keçirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar