Məhkəmə qərarları › İş №1(102)-2180/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2180/2025

07.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2180/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində o lan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli 1(101)-1163/2024 nömrəli (hakimlər: Məcidov Azad Əli Ağa oğlu (sədrliyi ilə), Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin X13sı X ekspertizası şöbəsinin eksperti və X xidməti göstərən orqanın fəaliyyətinə nəzarət vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 311.3.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaların qismən, CM-in 66.4-cü maddəsinə əsasən isə tam toplamaq yolu ilə onun qəti olaraq 2 (iki) i l müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli 1(103)-1441/2024 nömrəli (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev El bəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək almış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəx s qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 4 mart 2022-ci il tarixli, 2200/009Ş nömrəli Əmrlə X13sı X ekspertizası şöbəsinin eksperti vəzifəsinə təyin edilməklə həmin vəzifədə, eyni zamanda 19 aprel 2022-ci il tarixli, 2200/012Ş nömrəli Əmrlə idxal olunan X xidməti göstərən orqanın fəaliyyətinə nəzarət vəzifəsi həvalə olunmaqla qeyd edilən vəzifədə işləyərkən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X13sı İdarəsi haqqında” həmin Komitənin 10 sentyabr 2012-ci il tarixli, 100/008 nömrəli Əsasnaməsi və Gömrük ekspertizasının aparılması Qaydaları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 232 nömrəli Qərarına əsasən, şəxslərə gömrük ekspertizasına dair məsləhət vermək, gömrük ekspertizasına təqdim olunmuş mallardan götürülmüş prob və nümunələrin tədqiqatını aparmaq və onun nəticəsi tam, hərtərəfli və qərəzsiz qiymətləndirməklə rəy təqdim etmək, mala faktiki baxış keçirmək və bunun nəticəsində akt tərtib etmək, malların ekspertizası nəticəsində sınaq protokolları tərtib etmək, təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizası təyin etmiş gömrük orqanına yaxud bununla əlaqədar müraciət etmiş şəxsə səbəbləri göstə rilməklə yazılı məlumat vermək, keyfiyyət sisteminin sənədlərini tərtib etmək və əldə rəhbər tutmaq, ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, rəy verməkdən imtina etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinin məhdudlaşdırılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından məlumatlı olmasına baxmayaraq, yaşı 10 ildən çox olan minik avtomobillərinin Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirilməsinə və rəsmiləşdirilməsinə köməklik edilməsi ilə əlaqədar texniki eyniləşdirmə şəhadətnaməsinə minik avtomobilinin istehsal tarixi barədə yalan məlumat, yəni minik avtomobilinin ölkə ərazisinə daxil olan vaxtadək yaşının 10 ili ötməməsinə dair məlumat yazması barədə 2023-cü ilin may ayının sonlarında Şahid1 Abusəd oğlunun özünə müraciəti ilə əlaqədar qeyd edilən məsələni n müsbət həlli üçün sonuncudan şərikləri Şahid3 və Şahid2 ilə birlikdə ölkə ərazisinə gətiriləcək hər bir nəqliyyat vasitəsinə görə özü üçün şəxsən birbaşa yolla, maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini işlədiyi idarənin Bakı şəhəri, X ünvanında yerləşən inzibati binasının qarşısında görüşləri zamanı rüşvət qismində istəmiş, Şahid1 razılığını aldıqdan sonra, 2023-cü ilin may ayının 22-dən etibarən avqust ayının 8-nə kimi Şahid1 Şahid3 və Şahid2lə şərikli qaydada hissə-hissə olmaqla Azərbaycan Respublikasına gətirdiyi minik avtomobilləri barədə rəsmi sənəd olan texniki eyniləşdirmə şəhadətnamələrinə istehsal tarixi və vin kodları qeyd olunan ümumilikdə 43 minik avtomobilin ölkə ərazisinə daxil olan vaxtadək yaşının 10 ili ötməməsinə dair bilə-bilə yalan məlumatları daxi l edib, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar 2013-cü ilin fevral ayında istehsal olunmuş, E12-073103 vin kodlu “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.30975.23 nömrəli, 2013-cü ilin yanvar ayında istehsal olunmuş, E12-069378 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.31961.23 nömrəli, 2013-cü ilin fevral ayında istehsal olunmuş, E12-083954 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.31921.23 nömrəli, 2013-cü ilin yanvar ayında istehsal olunmuş, E12-116955 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.37279.23 nömrəli, 2013-cü ilin fevral ayında istehsal olunmuş, E12-084396 vin kodlu, “Nissan Note” mar kalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.37285.23 nömrəli, 2013-cü ilin fevral ayında istehsal olunmuş, E12-071039 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.37283.23 nömrəli, 2012-ci ilin sentyabr ayında istehsal olunmuş, E12-018550 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.37555.23 nömrəli, 2013-cü ilin iyun ayında istehsal olunmuş, K13-368362 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.39688.23 nömrəli, 2012-ci ilin fevral ayında istehsal olunmuş, G11-050850 vin kodlu, “Nissan Bluebird Sylphy” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.39718.23 nömrəli, 2012-ci ilin mart ayında istehsal olunmuş, K13-365849 v in kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.39687.23 nömrəli, 2012-ci ilin fevral ayında istehsal olunmuş, G11-050857 vin kodlu, “Nissan Bluebird Sylphy” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.39720.23 nömrəli, 2012-ci ilin mart ayında istehsal olunmuş, K13-027099 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.39724.23 nömrəli, 2013-cü ilin yanvar ayında istehsal olunmuş, E12-064998 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.39715.23 nömrəli, 2012-ci ilin dekabr ayında istehsal olunmuş, N17-006012 vin kodlu, “Nissan Latio” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.39713.23 nömrəli, 2012-ci ilin noyabr ayında ist ehsal olunmuş, N17-005490 vin kodlu, “Nissan Latio” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.39691.23 nömrəli, 2012-ci ilin oktyabr ayında istehsal olunmuş, E12-028766 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41320.23 nömrəli, 2012-ci ilin dekabr ayında istehsal olunmuş, E12-054630 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41343.23 nömrəli, 2013-cü ilin iyun ayında istehsal olunmuş, E12-123415 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41309.23 nömrəli, 2011-ci ilin sentyabr ayında istehsal olunmuş, K13-355600 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41333.23 nömrəli, 2013-cü ilin yanvar ayında istehsal olunmuş, K13-716961 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41338.23 nömrəli, 2012-ci ilin yanvar ayında istehsal olunmuş, K13-362075 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41329.23 nömrəli, 2012-ci ilin yanvar ayında istehsal olunmuş, K13- 363210 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41345.23 nömrəli, 2013-cü ilin noyabr ayında istehsal olunmuş, E12-178715 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41307.23 nömrəli, 2012-ci ilin aprel ayında istehsal olunmuş, K13-700891 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41341.23 nö mrəli, 2013-cü ilin fevral ayında istehsal olunmuş, E12-084750 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.41575.23 nömrəli, 2012-ci ilin sentyabr ayında istehsal olunmuş, E12- 007305 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023- cü il tarixli, xx.xx.42729.23 nömrəli, 2012-ci ilin iyul ayında istehsal olunmuş, Y12-161046 vin kodlu, “Nissan Wingroad” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.42732.23 nömrəli, 2011-ci ilin aprel ayında istehsal olunmuş, K13-008075 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.42738.23 nömrəli, 2012-ci ilin mart ayında istehsal olunmuş, Y12-140055 vin kodlu, “Nissan Wingroad” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tar ixli, xx.xx.42724.23 nömrəli, 2013-cü ilin aprel ayında istehsal olunmuş, Y12-038198 vin kodlu, “Nissan Wingroad" markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.42727.23 nömrəli, 2011-ci ilin dekabr ayında istehsal olunmuş, K13-360153 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.42736.23 nömrəli, 2012-ci ilin yanvar ayında istehsal olunmuş, K13-362231 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.44666.23 nömrəli, 2012-ci ilin mart ayında istehsal olunmuş, K13-365818 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.44665.23 nömrəli, 2012-ci ilin iyun ayında istehsal olunmuş, Y12-164827 vin kodlu, “Nissan Wingroad” markalı minik avtomobilinə gö rə xx.xx.2023-cü il tarixli, xx.xx.46159.23 nömrəli, 2012-ci ilin yanvar ayında istehsal olunmuş, K13- 361371 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47376.23 nömrəli, 2011-ci ilin avqust ayında istehsal olunmuş, K13-351855 vin kodlu, “Nissan Mardı” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47377.23 nömrəli, 2012-cü ilin oktyabr ayında istehsal olunmuş, N17-002811 vin kodlu, “Nissan Latio” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47375.23 nömrəli, 2012-ci ilin fevral ayında istehsal olunmuş, K13-363162 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47383.23 nömrəli, 2013-cü ilin iyun ayında istehsal olunmuş, E12- 128854 vin kodlu, “Nissan Note” markalı m inik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47367.23 nömrəli, 2011-ci ilin dekabr ayında istehsal olunmuş, K13-359489 vin kodlu, “Nissan March” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47369.23 nömrəli, 2012-ci ilin oktyabr ayında istehsal olunmuş, N17-003705 vin kodlu, “Nissan Latio” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47372.23 nömrəli, 2012-ci ilin noyabr ayında istehsal olunmuş, N17-005543 vin kodlu, “Nissan Latio” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47370.23 nömrəli, 2013-cü ilin aprel ayında istehsal olunmuş, E12-105662 vin kodlu, “Nissan Note” markalı minik avtomobilinə görə xx.xx.2023-cü il tarixli, xx.xx.47379.23 nömrəli rəsmi sənəd olan “Texniki Eyniləşdirmə Şəhadətnamələrinə qeyd edilən tari xlərdə işlədiyi X13sı idarəsinin Bakı şəhəri, X ünvanında yerləşən inzibati binasında minik avtomobillərinin yaşının 10 ili ötməməsinə dair istehsal tarixləri barədə yalan məlumatlar daxil etməklə saxtalaşdırıb, rəsmi sənəd olan həmin şəhadətnamələri Şahid1 təqdim edərək, bilə-bilə etdiyi qanunsuz hərəkətə görə sonuncudan 2023-cü ilin may ayının 22dən avqust ayının 8-nə kimi Bakı şəhəri, X ünvanında yerləşən inzibati binasında özü üçün şəxsən birbaşa yolla gətirilən 43 minik avtomobilinin hər birinə görə 300 (üç yüz) manat olmaqla maddi nemət olan külli miqdar təşkil edən cəmi 12.900 (on iki min doqquz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakar lığı törətmiş, həmin hərəkətləri ilə Dövlət Gömrük Komitəsinin əhali arasında nüfuzdan salıb, etimadsızlığına və nəqliyyat vasitələrinin ölkə ərazisinə keçirilməsi prosedurlarının şəffaflığına dair həmin Komitənin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Müdafiəçi kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, həmin qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, törədilmiş əməl in tövsifində səhvə yol vermiş və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmışdır. Belə ki, məhkəmə kollegiyası ilk növbədə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi ilə bağlı CPM-in 28-ci maddəsinin tələblərinə riayət etməmiş, təqsirləndirilən şəxsə bəraət verən halları nəzərə almamış, onun təqsirsizliyi, yaxud az təqsirliliyi barədə özü və müdafiəçisi tərəfindən irəli sürülən vəsatətlərə baxmamış, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslanmaqla işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası Məhkum elan olunan ittihamın birinci instansiya məhkəməsində tədqiq edilən kifayət qədər sübutlarla təsdiq olunduğu göstərsə də Məhkum məhkəmə istintaqında ver diyi ifadələrə deyil, ondan ibtidai istintaqda "alınmış" ifadələrə istinad etmiş, onun ibtidai istintaqın sonrakı mərhələsində ilkin ifadələrinin təzyiq altında verilməsi səbəbindən həqiqətə uyğun olmadığını göstərməsini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Lakin məhkəmə kollegiyası həmin göstərişi icra etməmiş, Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrinə əsaslanmasının motivlərini tam göstərə bilməmiş, həmin ifadələrə hansı səbəbdən üstünlük verməsini digər sübutlarla əlaqəli şəkildə əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası CPM-in 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Bu səbəbdən Şahid2 və Şahid3 ifadələri də sübut hesab edilə bilməz. Məhkum rüşvətlə bağlı ittiham əsasən Şahid1 Abusəd oğlunun ifadəsinə əsasən verilmişdir. Onun Məhkum pulu bəzi hallarda təklikdə əlbəəl, bəzən isə xidməti otaqların birinə (polis əməkdaşlarının oturduğu otağa) qoyaraq verməsi barədə ifadələri qərəzli olmaqla bərabər, inandırıcı deyildir. Bu, Məhkum xidməti otaqda tək deyil, daha 2 nəfər əməkdaşla birlikdə işləməsi faktı ilə istisna olunur. Digər tərəfdən, polis əməkdaşlarının oturduğu otaqda olan şəxslərin müəyyən edilməməsi və orada verilən rüşvət faktı ilə bağlı dindirilməməsi, habelə həmin otağın içərisində və bayır tərəfində müşahidə kameralarının olmasının aydınlaşdırılmaması və kamera görüntülərinin götürülərək yoxlanılmaması iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamasının və Məhkum qarşı qərəzli münasibətin göstəricisidir. Birinci instansiya məhkəməsi tərəfindən ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusat araşdırılmamış, Məhkum ifadəsində göstərdiyi kimi, hər bir avtomobilin və ona aid olan sənədlərin yoxlanılmasının hansı mərhələlərdən keçməsi, bu yoxlamada iştirak edən şəxslərin dairəsi müəyyən edilərək müvafiq istintaq hərəkətləri keçirilməmişdir. Həmin xüsusat, habelə yuxarıda göstərilən hallar tam araşdırılmadan Məhkum əməlinə hüquqi qiymət vermək mümkün deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avq ust 2024-cü il tarixli qərarının ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələn dirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqs iri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət tör ətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cina yət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən ci nayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilm əməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 308.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini öyrənərkən müəyyən olunur ki, müdafiə tərəfi Məhkum, ona verilmiş ittihamı ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edildiyi barədə iddialarını yeni faktiki hallardan çıxış edərək məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya in stansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cümlədən, məhkum edilmiş şəxsin əməllərində cinayət tərkibinin olmaması haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri ü zrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun CM-in 308.2, 311.3.3 və 313-cü maddələri üzrə əməllərində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdi r. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin onun məhkəməyədək istintaq dövründə verdiyi izahat və ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, 9 avqust 2023-cü il tarixli raport, 17 avqust 2023-cü il tarixli ərizələr, "xxxx" MMCnin 21 avqust 2023-cü il tarixli, 87 nömrəli məktubu, baxış keçirilməsi haqqında 8 sentyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş sənədlərin kserosurətləri, mobil telefona baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkil, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlar, 27 avqust 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolu, həmçinin iş üzrə həyata keçirilmiş bir çox istintaq hərəkətlərinə dair protokollar və toplanmış bir çox digər sənədlər ilə öz təsdiqini tapdığını müəyyən edir. Cinayət işinin materiallarında olan Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin birinci müavini, gömrük xidməti polkovniki X-in 9 avqust 2023-cü il tarixli raportundan görünür ki, araşdırma zamanı X13 İdarəsində bir sıra minik avtomobillərinə verilən şəhadətnamələrdə göstərilən zavod buraxılış tarixləri ilə müvafiq minik avtomobillərinin Azərbaycandakı rəsmi distribüterin təqdim e tdiyi zavod buraxılış tarixinə dair məlumatlarda uyğunsuzluq aşkarlanmışdır. Cinayət işinin materiallarında olan Şahid3, Şahid1 və Şahid2 17 avqust 2023-cü il tarixli ərizələrindən görünür ki, sonuncular Baş Prokurorluğa ərizə ilə müraciət edərək, X13 İdarəsinin eksperti Məhkum istehsal tarixindən 10 il keçmiş hər avtomobilə görə 300 manat rüşvət alaraq gömrük rəsmiləşdirilməsinin keçirilməsi üçün müvafiq rəy vermişdir. Sonuncu nəqliyyat vasitələrini alarkən onların istehsal tarixindən 10 il müddətin keçməsindən xəbərsiz olmuşdur. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasın ı yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 308.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin qərarını kassasiya müraciətinin dəlilləri ilə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün k assasiya şikayətinin dəlilləri məhkəmənin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması təl əbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq zərərçəkmiş şəxsin nümayəndəsi və şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müq ayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkum cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda olan imzaların onun öz imzası olması, lakin istintaq zamanı həmin protokolu oxumadan imzaladığı, buna səbəb olaraq isə istintaqda ona sənədləri imzalamasını, onsuz da məhkəmədə hakimin işi araşdıraraq günahsız olduğunu müəyyən edəcəyini bildirmələrini qeyd etməsini, kassasiya məhkəmə kollegiyası Məhkum həmin protokolda qeyd edilmiş ifadələrlə eyni məzmunlu ifadə ləri şahid qismində videoçəkilişlə aparılan dindirmə zamanı da qeyd etmiş olmasını əsas götürərək mötəbər hesab etmir. Odur ki, kassasiya məhkəmə kollegiyası da Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyi barədə verdiyi ifadələrini, işin faktiki hallarına uyğun hesab edilməməli olması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum əməllərinin düzgün tövsif edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiya sı həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı CM-in 308.2, 311.3.3 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (müsbət səciyyələndirilməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunm uş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdiril mədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar