Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2187/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 avqust tarixli, 1(103)-1795/2024 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 04 iyun tarixli, 1(101)-1539/2024 saylı hökmü ilə (Hakimlər S.İ.Əliyev (sədrlik edən), F.Ə.Qəniyev və M.M.Ağalarovdan ibarət tərkibdə) 19 avqust 1998-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzas ını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 29 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə) 2024-cü il 27 avqust tarixli, 1(103)-1795/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum təqsirləndirilir ona görə ki, o, 28 noyabr 2023cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən “Az-Granata" firma mağazasında siqaret alarkən tanıdığı satıcı X3 ona işləməməsi və özünə iş yeri tapmaması ilə bağlı irad bildirməsindən sonra həmin gün saat 19:45-də yüngül dərəcəli sərxoş vəziyyətdə həmin mağazaya gəlib Fərid Süleymanlının bir nеçə saat əvvəl ona irad tutmasına etirazını bildirərək bu səbəbdən aralarında yaranmış mübahisədən sonra yaşadığı ünvan 4 ünvanının mətbəxindən götürdüyü dəstəyi qara rəngli ebonit materiallardan hazırlanmış lövhələrdən ibarət 90 mm uzunluqda və tiyəsi gümüşü rəngli metal materialdan olan 116 mm uzunluqda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Fərid Süleymanlını vurmaq istədiyi zaman mağazadakı digər satıcı Zərərçəkmiş şəxs buna mane olmaq istədikdə o, ictimai qaydalara laqeyd münasibət bəsləməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub bu cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə bıçaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası, sol tərəfin hemotoraksı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirmə si ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdədir. Zərərçəkmiş şəxs X5 xəsarət yetirilməsinə səbəb xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olmayıbdır. Zərərçəkmiş şəxs X5 xəsarət yetirilməsinə səbəb təqsirləndirilən Məhkum ilə Şahid arasında mübahisə olacağını zənn edərək onun qolundan tutmaq istəyərkən ehtiyatsızlıqdan ona xəsarət yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 126.2.4-ci maddəsinə əsasən ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdədir. Zərərçəkmiş şəxs X5 xəsarət ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədilməyibdir. Məhkum ilə Şahid arasında mübahisə zamanı (bu əməldə heç bir xuliqanlıq tərkibi yoxdur) ehtiyatsızlıqdan ona xəsarət yetirilmişdir. Bundan başqa, Məhkum ifadəsində hadisənin təsadüf ən baş verdiyini, Zərərçəkmiş şəxs xəsarət yetirmək fikrinin olmadığını, sadəcə onunla Şahid arasında mübahisə olacağını zənn edərək onun qolundan tutmaq istəyərkən ehtiyatsızlıq üzündən ona xəsarət yetirdiyini qeyd etmişdir. Ona görə də Zərərçəkmiş şəxs da hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini, eləcə də dost olmaqlarını nəzərə alaraq izahatında ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Ağır Cinayətlər və Apellyasiya Məhkəməsi tərəfindən cəza verilərkən cinayətin ondan asılı olmayan səbəbdən baş verməsinə fikir verilməmișdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum 2-ci Qarabağ Müharibəsində iştirak etmiş, əsəblərində gərginlik yaranmış, bunun da nəticəsində daima stress və psixoloji gərginlik içində yaşamışdır. Həmin stresslər nəticəsində əsəbləri pozulmuşdur. Dəfələrlə Şamaxı şəhər poliklinikasında həkim müayinəsində olaraq, ona əsəbi gərginliyə qarşı bir çox dərman müalicəsi təyin olunmuşdur. Hadisənin baş verdiyi an psixi xəstəliyi ilə əlaqədar əsəbi gərginlik vəziyyətində olmuşdur. Yalnız zərərçəkmiş şəxsə özündən asılı olmayaraq ehtiyatsızlıq üzündən yetirdiyi xəsarətdən sonra hadisənin baş verdiyini anlayaraq könüllü olaraq polisə gedib bu barədə məlumat verərək təslim olmușdur. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını dəyişdirərək Məhkum əməlini CM-in 126.2.2 və 126,2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyy ətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini və təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlə rinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəi nki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq m üəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməs ini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, müdafiə tərəfinin kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürülmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qa nunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 04 iyun tarixli, 1(101)-1539/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 avqust tarixli, 1(103)-1795/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2187/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2187/2025
28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver