Məhkəmə qərarları › İş №1(102)-2190/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2190/2025

14.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2190/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 9 iyul tarixli, 1(103)-1495/24 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassa siya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-820/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə (X2 (sədrlik edən), X4 Mahirə Nəzər qızından ibarət tərkibdə) xx.xx.2005-ci ildə İmişli rayonu Əliqullar kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Əliqullar kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-08/2 023 nömrəli hökmünə əsasən təyin edilmiş (CM-in 62-ci maddəsi tətbiq edilməklə) 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 ay 18 gün müddəti (hissəsi) Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla (əvəz edilməklə) cəmi 24 gün Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesabl anması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X14 və X8 ibarət tərkibdə) 2024-cü il 9 iyul tarixli 1(103)-1495/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttihama əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar əlaqəyə girib 8 iyun 2023-cü il tarixdə səhər saat 5 radələrindən etibarən Bakı şəhəri Səbail rayonu Neftçilər prospek tində yerləşən Dənizkənarı Milli Parkda izləməyə başladıqları Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxsnun ünvan 1 ünvanda yerləşən «Sahil» adlı hostelə daxil olmasını müşayiət edərək, arxasınca Hostelə daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin hostelin 4-cü mərtəbəsində hücum edərək Zərərçəkmiş şəxs dizi ilə hosteldə quraşdırılmış liftin künc hissəsinə itələdikdən sonra onun üzərində gəzdirdiyi bıçağı Təqsirləndirilən şəxs ondan alaraq, Zərərçəkmiş şəxs nümayiş etdirib qarın nahiyəsinə tərəf sıxaraq, sonuncuya xəsarət yetirəcəyi hədəsi ilə basqın edib üzərində daşıdığı əl çantasının arxa cibindən 360 (üç yüz altmış) manat və həmin tarixə olan milli məzənnə ilə 3,40 (üç manat qırx qəpik) manat olan 2 ABŞ dolları məbləğdə pul vəsaitini çıxartdıqdan sonra öz cinayətkar əməl ini davam etdirərək, Zərərçəkmiş şəxs çantasının ön zəncirbəndini açmasını tələb etmiş və bundan sonra həmin əl çantasının içərisindəki pul kisəsindən 2.000 (iki min) manat və həmin tarixə olan milli məzənnə ilə 1,22 (bir manat iyirmi iki qəpik) olan 30.000 İran rialı pul vəsaitini götürərək, Zərərçəkmiş şəxsnın cəmi 2.364,62 (iki min üç yüz altmış dörd manat altmış iki qəpik) manat məbləğdə pul vəsaiti ələ keçirib quldurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsin tərcüməçinin işti rakı ilə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, baş vermiş hadisə nəticəsində vurulmuş "iki min üç yüz altmış manat" maddi ziyan ona tam şəkildə ödənilmiş, hadisəni törətmiş şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Müdafiəçi bildirmişdir ki, istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs Hindistan vətəndaşı Zərərçəkmiş şəxs quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq hədəsi ilə bağlı olan basqın etmələri sübuta yetirilməmişdir. Belə ki, iş üzrə olan şübhəli hallar təqsirləndirilən şəxsi n xeyrinə həll olunmalı olduğu halda, qanunun bu tələbləri pozularaq qanunsuz və əsassız təqsirləndirilən şəxslərə quldurluq etmələri ilə əlaqədar ittiham elan olunmuşdur. Halbuki, iş üzrə toplanmış sübutlardan da görünür ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin əmlakını açıq talamaqla soyğunçuluq etmişlər. Bu hal zərərçəkmiş şəxsin bədən səthində hər hansı bir xəsarətin olmaması, quldurluq yolu ilə əmlak ələ keçirmə məqsədi ilə silah qismində bıçaq tətbiq edərək basqın etmələri kifayət qədər istintaq materialları ilə sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxslər Məhkum barəsində olan cinayət işi üzrə yol verilən həmin qanun pozuntuları Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin və İnsan Hüquqlarının və X5 haqqında Konvensiyasının (Avropa Konvensiyası) müddəalarının kobud şəkildə pozulması deməkdir. Bundan əlavə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan ağır cəzadır. Belə ki, məhkəmə cəza təyin edərkən Məhkum əməlini qismən etiraf etməsini, dəymiş ziyanı tam ödəməsini, ağırlaşdıran halların olmamasını nəzərə alsa da, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, gənc olmasını, atasının və onlarla birlikdə yaşayan bibisinin əlil olmalarını nəzərə almamış, təyin etdiyi azadlıqdan məhrum etmə cəzası, cəzanın məqsədinə çatdırılması baxımından məhkəmənin gəldiyi nəticə üçün yetərli olmamış, bu bax ımdan məhkəmə Azərbaycan Respublikası CM-in 8.1, 9 və 58.3-cü maddələrinin tələblərinə tam riayət etməmiş, ona görə də məhkəmənin təyin etdiyi azadlıqdan məhrum etmə cəzası sərt cəza olmuşdur. Halbuki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə Məhkum cəza təyin edərkən cəzanı yünşülləşdirən halları tam nəzərə almamaqda haqlı olmamışdır. Qeyd olunanlardan da görünür ki, məhkəmə hökm çıxararkən cəza təyini zamanı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və İİ hissələrinin, İnsan hüquqları üzrə Ümumi Bəyannaməsinin 3-cü maddəsinin, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsinin, İnsan hüquqlarının v ə əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə riayət etməməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyıni ilə bağlı normalarının tələblərini gözləməmiş, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, o, cümlədən Məhkum barəsində olan yüngülləşdirici halları tam nəzərə almamış, ona yüksək həddə daha ağır cəza azadlıqdan məhrum etmə cəzasını təyin etməkdə haqlı olmamışdır. Halbuki, konkret halda, Məhkum əməli Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilməmiş, həmçinin iş üzrə onun müdafiə hüquqlarının formal olaraq təmin edilməsi baxımından ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş sübutlar sübut olma əhəmiyyətini itirmişdir. Belə olan halda, Mə hkum əməli Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilməklə ona aşağı həddə cəza təyin edilməli idi. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 1(103)- 1495/2024 nömrəli qərarının dəyişdirilməsini və Məhkum əməlinin CM-in 181.2.1 və 181.2.5-ci maddəsindən CM-in 180.2.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunm amasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 9 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllən in 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən c inayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və əməlinin CM-in 180.2.1-ci maddəsinə tövsif edilməli olduğunu və ona yüngül cəza təyin edilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələ ri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya ş ikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onların dəlilləri məhkəmə tərəfində n hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəs i, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona, təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddinə yaxın ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublik ası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-820/2024 nömrəli, 2024-cü il 12 iyun tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 iyul tarixli 1(103)-1495/2024 nömrəli qərarı, Məhkum müdafiəçisinin kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar