Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2197/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 iyul tarixli, 1(106)-174/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X12) 2021-ci il 27 oktyabr tarixli 1(099)539/2022 saylı hökmü ilə, 8 avqust 1978-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 il, 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Qeyd edilən hökmlə, həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər İ.H.Əhmədov (sədrlik edən), K.S.Bəşirov və M.Ə.Bağırovdan ibarət tərkibdə) 25 yanvar 2022-ci il tarixli 1(106)-174/2022 saylı qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismin təmin edilmiş, hökm Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Təqsirləndirilən şəxs CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, ona CM-in 32.5,206.3.2-ci maddələri ilə əməlində həmin cinayətin tərkibinin olmaması əsası ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs üzərində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, lakin xx.xx.2022-ci il tarixdə şikayətini geri götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti geri qaytarılmış və h əmin kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. Bundan sonra, Məhkum xx.xx.2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından yenidən kassasiya şikayəti vermiş, eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qarşısında vəsatət qaldıraraq ona münasibətdə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmiş və vəsatətində müddəti ötürməsini xəstəliyi ilə əsaslandırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) 2025-ci il 2 iyul tarixli, 1(106)-174/2022 nömrəli qərarı ilə vəsatət təmin edilməmiş, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 25 yanvar 2022-ci il tarixli 1(106)-174/2022 sayl ı qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından ona münasibətdə imtina edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 iyul tarixli, 1(106)-174/2022 nömrəli qərarından verdiyi kassasiya şikayətində kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.11-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətin dəlillərini araşdırıb, hesab edir ki, Məhkum kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsi üçün hüq uqi və faktiki əsaslar mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək h üququna malikdir: -411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanıolmadıqda; -411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. İş materiallarında kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələ r cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrıayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesa ba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409.1.1-ci maddəsinə əsasən məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsinin kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası müddətin bərpa edilməsi barədə məhkumun vəsatətini təmin etməyən apellyasiya instansiyası məhkəməsinin mövqe yi ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Cinayət işinin materiallarından görünür ki, məhkum məhkəmə qərarının surətini aldığı tarixdən 3 il 3 aydan artıq müddət keçmişdir. Məhkum kassasiya şikayətində müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini vurğulamışdır. Lakin məhkum bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan m üddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. B u cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X8rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kolle giyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması və kassasiya şikayətinin vaxtında verilməsinə maneə olan bir hal olmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyul 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM -in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 iyul tarixli, 1(106)-174/2022 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2197/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2197/2025
26.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver