Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2200/2025 17.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X7 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi – XXX12nun vəkili Müdafiəçi4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli 1(106) – 983/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzr ə baxaraq, MÜƏYYƏNETDİ: Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(047) – 6/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim C.C.İbrahimov) Məhkum (xx xxx 1965-ci il tarixdə ünvanndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “XXX14” X10n direktor müavini - baş həkim vəzifəsində işləyən,əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətd ə saxlanılması üçün ona xidmət etmək, X3 və X4 (X5 rayonu ərazisində yerləşən iş yerindən (Azərbaycan Respublikası TƏBİB-nin “XXX14” X10) Laçın rayonunun ərazisinə yerləşən iş yerinə (Azərbaycan Respublikası TƏBİB-nin “XXX14” X10) gedərkən X6, X7, X8 rayonlarının və X9 şəhərinin ərazisindən istifadə etmək hüququ verilməklə) rayonlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, məhkumun cəzasını yaşayış yeri üzrə çəkməsi, Məhkum üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə XXX15nə həvalə edilməsi, cəzaçəkmə müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seç ilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, həmin hökmlə X1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmişdir. Eyni zamanda, Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(047) – 6/2024 nömrəli qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş zərərin tamamilə ödənilməsi ilə əlaqədar – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli 1(106) – 983/2024 nömrəli qərarı ilə (sədrlik edən v ə məruzəçi hakim Y.X.Həşimov, hakimlər E.İ.Əliyev və H.X.Bəhmənovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(047) – 6/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli 1(106) – 983/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlı ğın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 28 may 2023-cü il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində olarkən qəfildən evin qarşısında dava-dalaşa xarakterik səsküy yarandığını eşidib nə baş verdiyini öyrənmək üçün çölə çıxarkən evin yaxınlığında qeyd olunan qəsəbədə yaşayan, ünvan 5 sakini Təqsirləndirilən şəxs tanımadığı şəxslə mübahisə edib dalaşdığını, sonuncunun ünvanına təhqiramiz ifadələr işlətdiyini, bu səsküyə çoxsaylı şəxslərin toplaşdığını görüb həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşarkən Təqsirləndirilən şəxs ünvan 6 sakini, “X12” markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs göstərib həmin şəxsin qonşuluqda yaşayan, yüngül həyat tərzi keçirən Şahid1 və sonuncunun anası X3 ilə əylənmək məqsədilə bu ünvanı tapmaq üçün onun yaşadığı evin ünvanını soruşa-soruşa qəsəbəyə gəldiyini bildirərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxıb ona tərəf gələrək hadisələrin sonuncunun qeyd etdiyi kimi baş vermədiyini, taksi sürücüsü olduğunu və həmin ünvana qadınlarla əylənmək üçün deyil, müştərini götürmək üçün gəldiyini dəfələrlə izah etsə də, o, sonuncunun bu sözlərinə heç bir məhəl qoymayıb cəmiyyətdə özünün tanınmış biri olduğunu, onun adının və yaşadığı ünvanın əxlaqsızlıq məsələlərində hallanmasının onun üçün təhqiramiz hal olduğunu deyib, yəni ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə qonşusu Təqsi rləndirilən şəxs qoşularaq bir qrup şəxs halında birlikdə Zərərçəkmiş şəxsla mübahisə etməyə və sonuncunun ünvanına uca səslə müxtəlif söyüşlər söyməyə başlamış, Zərərçəkmiş şəxs təkrarən hər hansı pis niyyətlə qəsəbəyə gəlmədiyini izah edərkən Zərərçəkmiş şəxs zor tətbiq edib bir sillə zərbəsi vurub kiçik söz-söhbətin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq, dəfələrlə uca səslə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, sonuncu özünü qorumaq məqsədi ilə qaçıb oradan uzaqlaşmağa çalışsa da o, sakitləşməyib Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs tutub ətrafda yaşayan, habelə səs-küyə hadisə yerinə toplaşmış çoxsaylı şəxslər üçün - aşkar surətdə ictimai qaydaya əh əmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, Təqsirləndirilən şəxsla birlikdə bir daha uca səslə Zərərçəkmiş şəxs ünvanına təhqiramiz söyüşlər söyüb təhqir etmiş, daha sonra isə bir qrup şəxs halında sonuncuya zor tətbiq edib əl zərbələri ilə Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə zərbələr vurub dalaşmış, ətrafdakı şəxslərin araya girib onu və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə ilk öncə Təqsirləndirilən şəxs, ardınca isə o, Zərərçəkmiş şəxs təkrarən zor tətbiq edər ək burun nahiyəsinə hər biri bir dəfə möhkəm yumruq zərbəsi vurmaqla ona burun tənəffüsünün pozulması ilə müşayiət edilən burun sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə sağ alt göz qapağında qançır, burunun yumşaq toxumalarının qançır və şişkinliyi, burun tini üzərində sıyrıq ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bu hərəkətləri ilə qəsəbə sakinlərinin normal istirahətinin təxminən 1 saat ərzində pozulmasına səbəb olub bir qrup şəxs olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı üçü n təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuş, o cümlədən təqsirləndirilən şəxsin özünün ifadəsi, eləcə də onun ictimai qaydanın pozulmasına yol vermədiyini, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmədiyini, sadəcə Zərərçəkmiş şəxs irad bildirdiyini təsdiq edən digər sübutlar nəzərə alınmamış, nəticədə əməlində cinayət tərkibi olmadığı halda Məhkum barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmış və həmin h ökm apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum aid hissədə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılm ası üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yax ud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırıldığını iddia edib, mübahisələndirilən qərarın ləğv edilməsi və Məhkum münasibətdə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəs inin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsin in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi b u normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Xuliqanlıq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında həmin cinayət “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit olunmuşdur. Xuliqanlığın bir qrup şəxs tərəfindən törədilməsi tövsifedici əlamət olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispoziyasına və onunla bağlı olan məsələlərin şərhinə həsr olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegi yasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən əməl olmaqla bu əməl üçün xarakterik olan xuliqanlıq motivi ilə şərtləndirilməli, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi və yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməlidir. Müdafiəçi hadisə zamanı Məhkum xuliqanlıq motivi ilə hərəkət etmədiyini, ictimai qaydanı pozmadığını, sadəcə Zərərçəkmiş şəxs irad bildirdiyini, yəni onun əməlində xuliqanlıq cinayətinin tərkibinin olmadığını iddia etsə də, məhkəmələr hesab etmişlər ki, Məhkum hərəkətlərində xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan və yuxarıda qeyd edilən qərarların tələblərindən irəli gələn obyektiv və subyektiv əlamətlər olmuş, Məhkum zor tətbiq olunması ilə müşayiət edilən və cəmiyyətə açıqca hörmətszilik ifadə edən qər əzli hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmuş, onun hərəkətləri xuliqanlıq motivi ilə şərtləndirilmişdir. Məhkəmələrin belə nəticəyə gəlməkdə haqlı olduqları həmin nəticələrin məhkəmə baxışında müəyyən edilmiş aşağıdakı hallarla uzlaşmasından görünür: _ hadisə yaşayış məntəqəsindəki ümumi istifadədə olan yerdə, təxminən saat 22 radələrində, yəni ictimai yerdə və başqalarının istirahət etdiyi vaxtda baş vermişdir; _ hadisə zamanı Məhkum Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs döymüş, o cümlədən burun sümüyünün sınığı kimi sağlamlığına az ağır zərər vuran və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, hərəkətlərini söyüşlərlə, nalayiq ifadələrlə müşayiət etdirmişdir; _ hadisə yerinə dava-dalaş səsinə ətrafdakı evlərdə yaşayan çox sayda insan toplaşmış, onlardan bəzi ləri Məhkum və X1u dayandırmağa, Zərərçəkmiş şəxs isə qaçıb qurtarmağa çalışmış, lakin bunlar nəticə verməmiş, Məhkum və Təqsirləndirilən şəxs təxminən 1 saat ərzində zorakı hərəkətlərini israrla davam etdirib, bu müddətdə ətrafdakıların da dincliyini pozmuşlar; _ zərərçəkmiş Zərərçəkmiş şəxsla Məhkum və X1un əvvəlcədən şəxsi münasibəti, tanışlıqları belə olmamışdır; _ zərərçəkmiş Zərərçəkmiş şəxs hadisənin baş verdiyi Taxta körpü qəsəbəsindəki 552-ci yaşayış massivinə öz avtomobili ilə taksi sürücüsü kimi sifariş əsasında gəlmiş və bunu dəfələrlə Məhkum və X1a bildirməsinə baxmayaraq, onlar Zərərçəkmiş şəxs dediklərinə əhəmiyyət verməyib, özlərinin gətirdikləri, lakin həqiqətlə bir araya sığmayan Zərərçəkmiş şəxs onların yaşadıqları məhəlləyə əxlaqsızlıqla məşğul olmaq üçün gəlməsi kimi “ dəlil”lə zorakı hərəkətlərini davam etdirmişlər. Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum əməlini etiraf etməməsinə baxmayaraq qeyd olunan faktiki halların müəyyən edilməsinə dair məhkəmələrin gəldikləri nəticələr birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılıb cinayət-prosessual qanunun 33, 145 və 146-cı maddələrinə müvafiq surətdə qiymətləndirilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən təhlil edilmiş sübutların məcmusu ilə, o cümlədən Zərərçəkmiş şəxs, Şahid1 məhkəmədə Məhkum əleyhinə verdikləri ifadələrlə, məhkəmədə elan olunmuş Şahid2 ibtidai istintaqda Məhkumla üzləşdirilərkən verdiyi ifşaedici məlumatlarla, Zərərçəkmiş şəxs bədəni üzərində hadisə günündə yetirilməyə xarakterik olan burun sümüyünün sınığı kimi sağlamlığa az ağır zə rər vuran və dərəcəsi təyin edilməyən digər xəsarətlərin aşkarlanmasına dair təkrar məhkəmə-tibbi ekspertizasının 5 may 2024-cü il tarixli, T56/2024 nömrəli rəyi ilə, Zərərçəkmiş şəxs 28 may 2023-cü ildə saat 22.13-də Taxta körpü qəsbəsindəki 552-ci massivdən 5 manat dəyərində müştəri sifiraşini qəbul etməsi haqqında “Ekspress Taksi *0222” şirkətindən əldə olunmuş elektron sistemdən çıxarışla, hadisə günü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin üzərində zədələrin aşkar edilməsinə dair 29 may 2023-cü il tarixli avtomobilə baxış protokolu və digər materiallarla uyğunluq təşkil edir (həmin və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəm ə kollegiyası hazırki qərarda onların yenidən təsvir edilməsinə zərurət görmür). Odur ki, məhkəmə kollegiyası işin faktik hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum təyin olunmuş cəzanın qanuniliyi, əsaslılığı və ədalətliliyi məsələsinə gəldikdə, məhkəmə kallegiyası bu məsələdə də məhkəmələrin mövqeyi ilə razılaşmamaq üçün əsas tapmır. Belə ki, birinci instansiya məhkəməsinin Məhkum münasibətdə onun müharibə veteranı olması, əvvəllər məhkum olunmaması, himayəsində yetkinlik yaşına çatmayan uşaqla rının olması, yaşayış və iş yerlərindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışması, sonuncunun şikayət və tələbinin olmaması kimi cəzanı yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların olmamasından çıxış etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməsindən, apellyasiya instansiyası məhkəməsinin isə təyin olunmuş cəzanı dəyişdirilmədən saxlamasından və bununla əlaqədar gətirdiyi dəlillərdən görünür ki, Məhkum münasibətdə cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təs iri, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Bu səbəblərdən məhkəmə kollegiyası Məhkum cəzasının yüngülləşdirilməsini də mümkün saymır. Qeyd olunanlar Məhkum münasibədə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, kassasiya şikayətinin təmin edilməsi, müb ahisələndirilən qərarın isə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin və məhkumun kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2200/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2200/2025
17.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver