Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2203/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3, Məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 120.2.10 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasından imtina barədə həmin məhkəmənin xx.xx.2024cü il tarixli, 1(099)-227/2022 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd olunması haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 1(099)-227/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-401/2025 saylı, 01 may 2025-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası CM-in 120.2.9, 120.2.10 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 120.2.9 və 120.2.10-cu maddələri ilə ömürlük azadlıqdan məhrumetmə cəzası, CM-nin 177.2.5-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını həbsxanada çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 03 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Mə hkəmənin qeyd edilən hökmündən Məhkum apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum ərizəsinə əsasən apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)227/2022 nömrəli hökmündən Məhkum yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-227/2022 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməs inin xx.xx.2024-cü il tarixli qərarından Məhkum apellyasiya şikayəti verərək, eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış, vəsatətini onunla əsaslandırmışdır ki, “həmin dövrdə istintaq təcridxanasında saxlanıldığı üçün onun hər hansı mülk satımı üçün etibarnamə vermək hüququ olmamış, bu səbəbdən o, Şirvan Apellyasiya Məhkəməsinə etdiyi müraciəti müvəqqəti olaraq geri götürməli olmuşdur, indi isə şikayət vermə müddətinin bərpası üçün dəfələrlə müraciət edir”. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 1(099)-227/2022 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-401/2025 saylı, 01 may 2025-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) məhkum olunmuş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2022 saylı, 06 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-401/2025 saylı, 01 may 2025-ci il tarixli ilkin baxış qərarından məhkum olunmuş şəxs Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protesti və yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 1(106)-401/2025 saylı, 01 may 2025-ci il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, hökmün surəti ona verildikdən sonra, Şirvan Apellyasiya Məhkəməsinə öz apellyasiya şikayətini vermiş olsa da, onun ailə üzvləri evi satmaq istəmişdir. Buna görə də, məhkum ailə üzvlərinə etibarnamə verməli olduğundan və İstintaq Təcridxanasında saxlanıldığı vaxt bunu etməyi mümkün olmadığına görə, o öz apellyasiya şikayətini geri götürməli olmuşdur. Məhkum olunmuş şəxs qeyd olunanların nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Mə hkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfin dən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi m ümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmü məhkuma 25 aprel 2022-ci il tarixdə verilməklə ona Azərbaycan Respublikası CM-nin 384.2-ci maddəsinə əsasən hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti vermək hüququ izah olunmuşdur. Məhku m qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayətinə əsasən cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, cinayət işinə apellyasiya məhkəməsində baxılması zamanı məhkum edilmiş şəxs Məhkum Şirvan Apellyasiya Məhkəməsinə ərizə təqdim edərək apelyasiya şikayətindən imtina etdiyini bildirmiş, Şirvan Apellyasiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum ərizəsinə əsasən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, qərar həmin andan qanuni qüvvəyə minmiş, qərardan CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə kassasiya şikayəti vermək hüququ izah olunmuşdur. Lakin Məhkum Şirvan Apellyasiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarından da kassasiya şikayəti verməmiş, Lənkəran Ağır Cinayətlər Mə hkəməsinin hökmü 24 iyun 2022-ci il tarixdə qanuni qüvvəyə minməklə 13 iyul 2022-ci il tarixdə icraya yönəldilmişdir və Məhkum, hazırda Umbakı Penitensiar Müəssisəsində cəza çəkir. Məhkum 2 il müddət keçdikdən sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə vəsatət vermişdir. Məhkum vəsatəti əsassız olduğundan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qərarı ilə rədd edilmiş və qərarın surəti Məhkum 30 oktyabr 2024cü il tarixdə təqdim olunmaqla bu barədə qəbz alınmışdır. Məhkum 30 oktyabr 2024-ci il tarixdən hesablanmaqla Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarından 20 gün müddətində apellyasiya şikayəti verməli olduğu halda həmin müddəti buraxmış və 20 yanvar 2025-ci il tarixdə qeyd olunan qərardan apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət vermişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 02 aydan artıq müddət keçmiş və məhkumun bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, məhkum apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olun madığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum olunmuş şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 1(099)-227/2022 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinin rədd edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-401 /2025 saylı, 01 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2203/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2203/2025
27.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver