Məhkəmə qərarları › İş №1(102)-2205/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2205/2024

10.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2205/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və bəraət almış şəxs X4 iştirakları ilə, Gəncə Ağır Cinayətl ər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli hökmü ilə isə Şahid17 istinad edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinə və Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 tərəfidən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M ÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi) Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) X12, 11 avqust 1999-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 1 mart 2019-cu il tarixdən 3 mart 2019-cu il tarixədək və 22 sentyabr 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixədək cəmi 3 (üç) ay 2 (iki) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət ona təyin olunan cəza müddə tinə hesablanmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 4 (dörd) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda həmin hökmlə iş üzrə zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası təmin edilərək, ona vurulmuş maddi ziyana görə 55100 manat, dövlət rüsumunun ödənilməsinə görə 30 manat, cəmisi isə 55130 manat məbləğində pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) Şahid17 tutularaq zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X12 təxminən 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 2 ünvanında yerl əşən anası Şahid17 məxsus evin yataq otağında olan, içərisində pul və zinət əşyalarının olduğunu əminliklə bildiyi sandığın qıfılını qabaqcadan əldə edib üzərində saxladığı açarla açmaqla həmin sandığın içərisində olan Zərərçəkmiş şəxs məxsus olan və sonuncu tərəfindən saxlanılması üçün Şahid17 verilmiş 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində nağd pulu və 1255 (bir min iki yüz əlli beş) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağını, 652 (altı yüz əlli iki) manat 50 (əlli) qəpik dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”nı, 700 (yeddi yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 1 ədəd 4 qram çəkidə gül formasında olan brilyan t üzüyü, 440 (dörd yüz qırx) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 8 qram çəkidə sırğa dəstini, 55 (əlli beş) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağısını gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 54902 (əlli dörd min doqquz yüz iki) manat 50 (əlli) qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmündən Şahid17 müdafiəçisi Teymurov İslam Teymur oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 13 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarından müdafiəçi İ.T.Teymurov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) 2 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmündən Şahid17 müdafiəçisi İ.T.Teymurov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə növbəti dəfə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 22 may 2024-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin həmin ittiham hökmü ləğv edilmiş, Şahid17 istinad edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona CM-in 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilmiş, o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, habelə CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cə lb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək üçün məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 isə birgə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı Q.A.Rizvanov – hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 – hökmün ləğv edilməsini və Şahid17 barəsində təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın təyin olunmasına dair qərar qəbul edilməsini. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi qərarlarına, iş üzrə toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış sübutlara (əsasən zərər çəkmiş şəxsin və çoxsaylı şahidlərin ifadələrinə), xüsusən də Şahid17 1 mart 2019-cu il tarixdə polis şöbəsində verdiyi izahatına, sonuncuya qarşı irəli sürülmüş ittihama, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, Şahid17 qarşı irəli sürülmüş ittiham üzrə onun oğur luq cinayətini törətməsi sonuncunun etirafedici izahatı ilə tam təsdiq olunmuş və bu izahatda göstərilən xüsusiyyətlər iş üzrə toplanmış və araşdırılmış digər sübutlarla tam təsdiq edilmişdir. Şahid17 sonradan verdiyi ifadələrində bu izahatı polis əməkdaşlarının təsiri və ona qarşı fiziki zorakılığın tətbiq edilməsi nəticəsində verdiyini göstərsə də, onun bu dəlilləri iş üzrə toplanmış sübutlarla təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi Şahid17 barəsində ittiham hökmü çıxararkən onun sonradan, o cümlədən məhkəmə iclaslarında verdiyi inkaredici ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri bəraət almış şəxs tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirsə də, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq məhz bu if adələri çıxardığı bəraət hökmünün əsasına qoymuş, yəni həmin hökmün əsasını yolverilməz sübut kimi qiymətləndirməli olan həmin ifadələr təşkil etmiş və məhkəmə iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməyərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir ki, bu pozuntular da həmin məhkəmənin çıxardığı hökmün ləğv edilməsi üçün əsaslar kimi çıxış edir. Göstərilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı Q.A.Rizvanov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Eyni ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 birgə verdikləri kassasiya şikayətində CPM-in bir sıra maddələrinə, Şahid17 qarşı ibtidai araşdırma orqanı tər əfindən irəli sürülmüş ittihama, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, xüsusən də özünün ifadələrinə və bəraət almış şəxs X4nın 1 mart 2019-cu il tarixli izahatına, habelə sonuncunun barəsindəki yekun məhkəmə aktlarına istinad edərək kassasiya şikayətini belə əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edirlər ki, məhkəmə Şahid17 bəraət verilməsi barədə əsassız və qanunsuz hökm çıxarmışdır. Hərçənd, Şahid17 ona məxsus əmlakı – külli miqdarda pulunu və qızıl-zinyət əşyalarını oğurlaması ilk növbədə özünün ilkin izahatı ilə və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə isə bu sübutlara düzgün qiymət verməmiş, bəraət almış şəxs X4nın cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclaslarında göstərdiklərinə üstünlük vermiş, onun təqsirliliyinə dəlalət edən sübutları isə qanuna müvafiq qaydada qiymətləndirməyərək həmin sübutları nəzərə almamışdır. Buna görə, şikayət müəllifləri hesab edirlər ki, onların kassasiya şikayəti təmin edilməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli hökmü ləğv edilməli və Şahid17 CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. Bəraət almış şəxs Şahid17 kassasiya protestinə və kassasiya şikayətinə yazılı etirazlar verərək, həmin kassasiya müraciətlərinin təmin edilməməsini və barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanı lması haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barəd ə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 ilə birgə verdikləri kassasiya şikayətinin məzmunlarından görünür ki, onun müəllifləri hər birisi ayrı-ayrılıqda Şahid17 barəsində bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, həmin hökmün əsasını isə yolverilməz sübutlar təşkil etməsini və nəticədə Şahid17 qanunsuz olaraq bəraət verilməsini iddia edərək, bunlarla bağlı 22 may 2024-cü il tarixli hökmün ləğv edilməli olması haqqında tələbl ərini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 ilə birgə verdikləri kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan ka ssasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə həmin müraciətlərin dəlillərinə cavab verilməsi üçün Şahid17 barəsindəki cinayət işinin materiallarını, o cümlədən mübahisələndirilən hökmün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq y alnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalar a, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya instansiyası məhkəmə si tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli hökmündən verilmiş kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitu siyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsin ə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət proses inin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşd ırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu bar ədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hər əkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mö vqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMdə müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” h issəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Qərarı). Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ ver ilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətd iyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz ş əxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcb uriyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cin ayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şə xsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilə rkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə o nlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cüml ədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təs bit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaql a sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyə n edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələ rinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kim i baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən amillərdən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv e tmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “aff irmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə e dilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı ve rdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin 22 may 2024-cü il tarixli hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349. 5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cinayət işinə məhkəmələrdə baxılarkən əldə edilmiş əlavə sübutlar (əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri, telefon anten dairələrinə dair məlumatlar, bir sıra sübut əhəmiyyətli sənədlər) məhkəmə iclaslarında tam həcmdə araşdırılmış, apellyasiya instansiyası məhkəməsi çıxardığı hökmdə məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək, Şahid17 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə yekun gəlmişdir. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları və zərər çəkmiş şəxs ittihamın sübuta yetirilməsi məqsədilə həm ittiham aktında göstərilən, həm də birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlardan başqa əlavə sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası da iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən, isə istər ittiham, istərsə də müdafiə tərəfini təmsil edən şəxslərin hüquqlarının pozulmasına yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası Şahid17 barəsində bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı Q.A.Rizvanov və zərər çəkmiş Zərə rçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 ilə birgə verdikləri kassasiya müraciətlərində məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsələr də, kassasiya müraciətlərinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutl arın, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri qəbuledilməz sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı, habelə kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı həmin məhkəmənin 22 may 2024-cü il tarixli hökmündə əsaslandığı sübutların bir hissəsinə müraciət edərək həmin s übutlara hazırki qərarda da istinad etməyi etməyi zəruri sayır. Belə ki, cinayət işinin materiallarına əsasən Şahid17 cinayət təqibinin bütün mərhələlərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib eyni məzmunda ifadələr verərək məhkəmə iclaslarında da göstərmişdir ki o, ittihamda oğurluq cinayətinin törədilməsi tarixi kimi göstərilmiş 25 noyabr 2018-ci il tarixdə bacısı X ilə birlikdə xalası oğlunun toy mərasimində iştirak etmək üçün Bərdə şəhərinə, daha sonra isə Bərdə rayonunun Kətəlparaq kəndinə getmiş, orada həmin toyda iştirak etdikdən sonra orada qalmış, bundan sonra isə təhsil aldığı Bakı şəhərinə qayıtmışdır. 2018-ci ilin yay aylarında atası Rövşən və qohumu Zərərçəkmiş şəxs Bakı şəhərinə gələrkən sonuncu nun əlində selofan torba olmuş, lakin həmin torbada pulun və qızıl-zinət əşyalarının olmasından, sonradan isə Zərərçəkmiş şəxs bu əşyaları anası Şahid2yə saxlaması üçün verməsindən onun xəbəri olmamış, sonuncu da ona bu haqda heç nə bildirməyərək gətirdiyi torbanı ona əmanət etməmişdir. Zərərçəkmiş şəxs onun pullarının və qızıllarının oğurlanmasında ondan şübhələnməsinə baxmayaraq, bu şübhələrin heç bir əsası olmamışdır, çünki o, bu oğurluğu törətməmiş, Bakı şəhərində yaşayarkən isə yalnız valideynlərinin hər ay ona və bacısı Xə göndərdikləri pulun hesabına öz tələbatlarını ödəmişdir. Oğurluğun törədilməsi ilə bağlı polis şöbəsində aparılan araşdırma zamanı 1 mart 2019-cu il tarixdə onun adından yazılmış etirafedici izahatını o, polis əməkdaşlarının təsiri və təzyiqi altında imzalamış, h albuki həmin vaxtı da o, oğurluq etməsini etiraf etməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Şahid17 CM-in 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətlərini əks etdirən xüsusatlar ilkin araşdırma zamanı onun adından yazılmış 1 mart 2019-cu il tarixli izahatı əsasında müəyyən edilərək həmin izahat sübut kimi qiymətləndirilib ittihamın və birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış ittiham hökmünün əsasına qoyulmuş (kassasiya müraciətlərində də əsasən həmin izahata istinad olunaraq bəraət almış şəxs X4nın təqsirliliyinin bu izahata əsasən sübuta yetirilməsi iddia olunur), apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin izahatı sübut kimi qiymətləndirməkdə n imtina edərkən həm prosessual qanunvericiliyin aşağıdakı tələblərindən, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən çıxış etmiş və Ali Məhkəmənin Plenumunun tövsiyələrini nəzərə almışdır. İş materiallarından göründüyü kimi, sonradan 25 may 2019-cu il tarixdə növbəti dəfə izahat verərkən, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Şahid17 ilkin izahatında göstərdiklərini tam inkar etmiş və fərqli məzmunda (yuxarıda təsvir edilmiş) ifadələr vermiş, lakin naməlum səbəblərdən onun bu ifadələri ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübut növü kimi qəbul edilməmiş və nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, 1 mart 2019-cu il tarixdə Şahid17 izahat alınmasının əsasını hazırki iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs dayısı oğlunun arvadı olan Şahid17 saxlamaq üçün verdiyi 52000 manat məbləğində pulun və qızıl-zinət əşyalarının oğurlanmasına dair 27 fevral 2019-cu il tarixdə Bərdə Rayon Polis Şöbəsinə ünvanlandığı şikayət ərizəsi təşkil etmiş, həmin izahat alınarkən bəraət almış şəxs X4nın oğurluq cinayət əməlini törətməsi ilə bağlı şübhəli şəxslərin dairəsinə aid ola biləcəyinə ehtimallar artıq təhqiqat orqanında mövcud olmuşdur. Bununla belə, ona CPM-in 90.7.10cu maddəsində təsbit edilmiş özünə qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək hüququ olduğu izah edilməmiş, eyni zamanda həmin vaxt o, şübhəli və təqsirləndirilən şəxs statusunda olmadığından, öz müdafiəsini qurmaq və keyf iyyətli hüquqi yardım almaq imkanından məhrum edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində və CPM-in 19.1, 19.4, 19.4.3 və 19.4.4-cü maddələrində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ ilə yanaşı, qanunla nəzərdə tutulmuş hallarda bu hüquqi yardımın dövlət hesabına göstərilməsi və şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqları qanunvericiliklə müəyyən edilmişdir. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli, Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada öz m üdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verməli və imkan yaratmalı və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. CPM-in 90.7, 90.7.5, 92.12 və 232.2-2-ci maddələrinin tələblərinə əsasən şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququna sahibdir, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Eyni zamanda, müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün poz itiv tədbirlərin görülməsini tələb edir. Oxşar yanaşma Avropa Məhkəməsinin məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, vəkildən kömək almaq hüququ polis tərəfindən dindirilmə boyunca və onun sonuna qədər, o cümlədən, alınan ifadələr oxunduğu və şübhəli şəxsdən onları təsdiqləyib imzalaması tələb olunduğu vaxta qədər tətbiq edilir, çünki dindirmənin bu nöqtəsində digər məsələlərlə yanaşı vəkilin köməyi də eyni dərəcədə vacibdir. Polis tərəfindən dindirilərkən vəkilin iştirakı və fəal köməkliyi şübhəli şəxsin iradəsinə zidd olaraq məcburetmə və ya təzyiq üsulları ilə sübutların toplanmasının qarşısının alınmasına və şübhəli şəxsin polis tərəfindən sorğu-sual edildikdə danışmaq və ya susmaq seçimini etmək azadlığının qorunmasına yönəlmiş mühüm prosessual təminatdır (“Akdağ Türkiyəyə qarşı” iş üzrə 17 sentyabr 2019-cu il tarixli Qərarı, № 75460/10, § 45). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 12-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, müdafiə hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının ayrılmaz tərkib hissəsidir. Konvensiya cinayət törətməkdə təqsirləndirilən şəxsə müdafiəsi üçün üç üsuldan istifadə etməyə imkan verir: özünü şəxsən müdafiə etmək; özünün seçdiyi müdafiəçiyə malik olmaq; müəyyən hallarda pu lsuz təyin olunmuş müdafiəçidən istifadə etmək. Zəruri hallarda hüquqi yardım göstərilməsi dövlət hesabına təmin olunmalıdır. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.2-ci maddəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bu normanın tələblərindən göründüyü kimi, həmin normada şübhəli şəxsin ilkin araşdırma zamanı verdiyi izahatın, hətta həmin izahatda cinayətin törədilməsi halları əksini tapsa belə, sübut kimi qəbul edilməsinə, sonradan isə belə izahatın ittihamın əsasına qoyulmasına yol verilmir. Digər tərəfdən, məhkəmə ko llegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmı ş digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 124cü maddəsinin tələ blərinə əsasən cinayət prosesində şübhəli və təqsirləndirilən şəxsin ifadələri sübut kimi qəbul olunsa da, ilkin izahatın sübuta aid edilməsi təsbit edilməmişdir. Kassasiya müraciətlərində Şahid17 ibtidai araşdırma dövründə və məhkəmə iclaslarında ətraflı olaraq verdiyi ifadələrinin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüququdur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür, təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsi üçün isə əsas yaranmır, çünki bu hal CPM-in 125.2-ci maddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə bəraət hökmü çıxararkən əsas sübut növlərindən biri kimi Şahid17 şübhəli və təqsirləndirilən şəxs qismində məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında verdiyi ifadələrini qəbul etməsində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı da kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış bir çox sübutlarla uzlaşmasını qeyd edir. Şahid17 ardıcıl olaraq verdiyi ifadələrin fövqündə isə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri onun xeyrinə həll edən apellyasiya instansiyası məhkəməsi tamamilə qanuni olaraq toplanmış və məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə düzgün nəticəyə gəlmiş və kassasiya protestində və kassasiya şikayətində inkar edilsə də, bəraət almış şəxs X4nın heç bir hüquqi qüvvəyə malik olmayan izahatı deyil, onun məhz sonradan və məhkəmə iclaslarında verdiyi ifadələrini qəbul etdiyi yekun məhkəmə aktının əsasına qoymuşdur. Hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs verdiyi ifadələrində göstərmişdir ki, o, 15 sentyabr 2018-ci il tarixdə özünə məxsus olan Bərdə şəhəri, K amal Cabbarov küçəsində yerləşən 25 saylı fərdi yaşayış evini qardaşı qızı Şahid7 özünə 80.000 manat məbləğində pula satmağa qərar vermiş, həmin tarixdə onlar arasında baş tutan razılaşmaya əsasən Şahid7 evi almaq üçün verəcəyi pulun 52.000 manatını ona nağd şəkildə ödəmiş, pulun qalan hissəsini isə ev sənədləşdirildikdən sonra verəcəyini bildirmişdir. Şahid7 ona verdiyi 52.000 manat məbləğində pul 50 və 100 manatlıq əskinaslardan ibarət olmuş və həmin pul göy rəngli torbanın içərisində olmuşdur. Qardaşı və qardaşı qızı pulu verərək onun evindən getdikdən sonra o, içərisində 52.000 manat pul olan torbaya həmçinin özünə məxsus olan 800 manat dəyərində orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağı, 500 manat dəyərində orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 1 0 qram çəkisində “Ərəb boyunbağısı”, 700 manat dəyərində 4 qram çəkidə 1 ədəd gül formasında olan brilyant üzük, 1000 manat dəyərində 8 qram çəkidə sırğa dəsti, 300 manat dəyərində 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağını qoymuş, 2018-ci ilin sentyabr ayının sonlarında o, dayısı oğlu Şahid20 mobil telefonla zəng edərək evi satmağını bildirmişdir. O, evi satmazdan əvvəl Rövşənə evi satmaq qərara gəlməsi barədə məlumat verərək evin dəyəri olan 80.000 manatdan puldan 52000 manatını Şahid7 aldığını da bildirmişdir. Həmin vaxt Z ona qızları X və X4ün Bakı şəhərinin Binəqədi rayonunda kirayədə qaldıqları mənzilin sahibinin oradan çıxaracağını demiş, o, isə sonuncuya Bakı şəhərində ev almaq istədiyini və Rövşənin qızlarının da onunla birlikdə alacağı həmin evdə yaşaya biləcəklərini bildirm iş, bunun üçün isə onunla birgə ev almaq üçün Bakı şəhərinə getmək barədə razılığa gəlmişdir. 2018-ci ilin sentyabr ayının sonlarında o, Şahid20la birlikdə Bakı şəhərinə getmiş və Zin qızları X və X4ün, eləcə də Zin bacısı oğlu Şahid18 kirayə qaldığı mənzilə yollanmışlar. Oraya çatdıqda Z və X4 həmin mənzildə olsalar da, Şahid18 evdə olmamışdır. Mənzilə çatan zaman onun 52.000 manat pulu və qızıl-zinət əşyalarını içərisinə yığdığı göy rəngli torba da onun üzərində olmuşdur. Təxminən yarım saat həmin evdə dincəldikdən sonra o, və Rövşən mənzil tapmaq məqsədilə oradan şəhərə getməzdən əvvəl o, pul və qızıl-zinət əşyaları olan göy rəngli torbanı bəraət almış şəxs X4ya etibar edərək ona həmin torbanın içərisində 52.000 manat pul və qızıl-zinət əşyaları olduğunu və həmin torbadan muğayat olması nı tapşırmışdır. O, bu sözləri X4ə deyən vaxt X də onun torbanı X4ə etibar etdiyini görmüşdür. Bundan sonra o, dayısı oğlu Z və Zin qızı X ilə birlikdə Bakı şəhərində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən çayxanalardan birinə yollanmış və orada Zin Zaur adlı tanışı ilə almaq istədiyi mənzil barəsində söhbət etmişlər. Bunun ardınca çayxanadan çıxaraq onlar müxtəlif ünvanlarda yerləşən mənzillərə baxmış, lakin həmin mənzillərdən heç biri onun xoşuna gəlməmişdir. Həmin gün təxminən bir saat yarımdan sonra o, Z və X ilə birlikdə sonuncunun bacısı X4 ilə birlikdə qaldıqları mənzilə qayıtmış və o, X4dən əmanət etdiyi torbanı verməsini istədikdə sonuncu həmin torbanı Şahid18 yatdığı otaqda yerləşən paltar dolabının içərisinə qoyduğunu və gedib götürməyini bildirmişdir. O, tor banı götürüb onun içərisinə baxdıqda torbanın özünün qoyduğu vəziyyətdə olmadığını və içərisindəki əşyaların dağınıq şəkildə olduğunu aşkar etmişdir. Daha sonra torbanın içərisinin açıldığından şübhələnərək o, X4dən torbanın nə üçün belə olduğunu soruşduqda X4 əvvəlcə torbanın açıldığını boynuna almasa da, sonradan bibisi oğlu Xin torbanı açmaq üçün məcbur etdiyini bildirmiş və onun deməsinə görə, X onlar evdə olmadığı müddətdə evə gələrək torbanı görmüş və X4dən torbanın içərisində nə olduğunu soruşmuş, X4 isə Xə torbanın içərisində pul olduğunu və torbanın ona məxsus olduğunu demiş, X isə torbanı əli ilə yoxlayıb X4ə içərisində pul olduğunu deyərək torbanı açmağa məcbur etmiş, sonra isə torbanı açaraq içərisində olan pullarla şəkil çəkdirmiş, Xin məcbur etməsi nəticəsində puldan 2 ədəd 1 00 manatlıq əskinaslar şəklində olan 200 manat pul götürdüklərini etiraf etmişdir. X4ün ona danışdığı bu söhbətlərdən sonra o, əsəbi şəkildə torbanın içərisini açaraq yoxladıqdan sonra pulu və qızıl-zinət əşyalarını yerinə qoymuş və torbanı özü ilə Bərdə şəhərinə aparmış və Bakı şəhərinə münasib mənzil tapmadığına görə əvvəl özünə məxsus və Şahid7 satdığı evdə yaşamaqda davam etmişdir. 2018-ci ilin noyabr ayının sonlarında o, səhhətində problem yarandığı üçün həkim müayinəsindən keçmək məqsədilə Bakı şəhərinə getməyi planlaşdırmış və buna görə də evində torbanın içərisində saxladığı 51.800 manat məbləğində pulu və qızıl zinət əşyalarını Bakı şəhərindən qayıdanadək saxlaması üçün dayısı oğlunun arvadı Şahid17 vermək qərarına gəlmişdir. Bunun üçün o, dəqiq yadında qalmadığı tarixdə axşam saa tlarında Şahid 2nin yaşadığı evə getmiş, orada qapını ona bəraət almış şəxs X4 açmış, evdə isə həmçinin Şahid17 və digər qızı Aygünün olmalarını görmüşdür. O, sonunculara Bakı şəhərinə gedəcəyini bildirərək pul və qızıllar olan torbanı Şahid 2gilə etibar edib onu Bakıdan qayıdana qədər saxlamalarını xahiş etmiş və Aygünlə və X4n yanında həmin torbanı əlbəəl Şahid 2yə vermişdir. Şahid 2 ondan torbanın nə üçün belə ağır olduğunu və içərisinə nə qoyduğumu soruşmuş, o, da sonuncuya torbanın içərisində 51.800 manat məbləğində pulun və qızıl-zinət əşyalarının olmasını bildirmiş, hətta Şahid 2 özü də torbanı açıb içərisindəkilərə baxmışdır. Ertəsi gün o, Bakı şəhərinə getmiş, lakin müalicə alacağı həkim yerində olmadığı, həmçinin, bacısının əri vəfat etdiyi üçün məcbur olaraq Bərdə şəhərinə qayıt mışdır. Yas mərasimində o, bacısının ərinin qırxı çıxandan sonra ona verdiyi torbanı götürəcəyini bildirmiş, sonuncu isə ona həmin vaxt heç bir problem olmadığını və torbanın yerində olduğunu bildirmişdir. 6 yanvar 2019-cu il tarixdə Şahid 2 onun istifadəsində olan 051 *** ** ** mobil nömrəsinə zəng edərək qızı X4ün Bərdə şəhərinə gəldiyini və onu görmək istədiyini söyləmiş, o, da dayısı oğlu Zin qızlarını çox istədiyi üçün çay içmək və görüşmək məqsədilə Şahid 2gilin evinə yollanmışdır. Həmin gün çay içərək söhbət edən zaman o, X4ün yanında Şahid 2dən pulları və qızıl-zinət əşyalarını 12 yanvar 2019-cu il tarixdə götürəcəyini bildirmiş, Şahid 2 isə həmin vaxt gülərək “Gör hələ verdiyin pul yerindədir?” sualını vermişdir. O, Şahid 2nin bu sözündən təsirlənərək ondan verdiyi bu sualın mən asının nə olduğunu soruşmuş, Şahid 2 isə yenidən gülərək ona zarafat etdiyini bildirmişdir. Şahid 2nin bu sözündən sonra daha o, pullarla bağlı söhbət etməmiş və bir daha torbanı 12 yanvar 2019-cu il tarixdə təhvil alacağını bildirmişdir. 12 yanvar 2019-cu il tarixdə təxminən saat 16:00 radələrində o, torbanı geri almaq üçün Ədilovların yaşadığı evə getmiş, həmin vaxt X4 və Y də evdə olmuşlar. Şahid 2 ona toyuqlar üçün qonşunun həyətindən ot yığmalı olduğunu və qonşunun həyətinə gedib-gəldikdən sonra torbanı gətirib verəcəyini, buna görə də bir qədər gözləməsini təklif etmiş, O, bu təkliflə razılaşaraq təxminən 10-15 dəqiqə ərzində evdə oturub gözləmiş və Şahid 2 evə qayıdaraq evdəki sandığın ağzını açıb torbanı götürmək üçün getmişdir. O, da Şahid 2nin arxasınca gedərək sandığın yerləşdiy i otağın qapısının ağzında dayanmışdır. Şahid 2 sandığın ağzını açaraq göy rəngli torbanı götürüb ona uzatmış, o, da həmin torbanı əlinə alıb içərisinə baxdıqda orada pulların və qızılların olmadığını aşkar etmişdir. Bunun səbəbini o, Şahid 2dən soruşduqda sonuncu dizinə göyərək dərhal əri Zə zəng etmiş və ona telefonda “Başıma yaxşı daş saldın” deyərək, onun evə gəlməsini istəmişdir. Bir neçə dəqiqə sonra Z evə gəlmiş və nə baş verdiyini soruşmuş, o, da, Zə arvadı Şahid 2yə etibar etdiyi, içərisində 51.800 manat pul və qızılzinət əşyaları olan göy rəngli torbanın ona boş şəkildə qaytarıldığı bildirmiş, Z isə ona narahat olmamasını və harada olsa, həmin pulların və qızıl-zinət əşyalarının tapılaraq qaytarılacağını söyləmişdir. Bundan sonra keçən müddət ərzində Şahid 2 və Rövşən müxtəlif bə hanələrlə onu aldatmış və oğurlanmış pullar və qızıllar ona qaytarılmamışdır. 27 fevral 2019-cu il tarixdə Bərdə Rayon Polis şöbəsindən ona zəng gəlmiş və özünü N adlı əməliyyatçı kimi təqdim edən polis əməkdaşı ona barəsində şikayət olduğuna görə Bərdə rayon polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. O, polis şöbəsinə qardaşı Xlə birlikdə gəldikdə Şahid 2nin evindən oğurluq edilməsi ilə əlaqədar ərizə ilə müraciət etdiyi ona məlum olmuşdur. Daha sonra polis şöbəsinin əməkdaşları Şahid 2nin evindən oğurlandığını bildirdiyi pulun və qızılların əslində onun özünə məxsus olduğunu aydınlaşdırmışlar. Oğurluq faktı ilə bağlı polis şöbəsində araşdırma aparılmış və həmin araşdırma zamanı bəraət almış şəxs X4 hər hansı bir təsir olmadan 51800 manat pulu və qızıl-zinət əşyalarını götürməsini etir af etmişdir. Bundan sonra N adlı polis işçisi onu və qardaşıi X öz otağına dəvət edib X4ü göstərərək oğurluğun onun tərəfindən edildiyini bildirmiş, Nəsibə ona da pullarını və qızıllarını oğurlamasını, 51800 manat puldan 15000 manat hissəsini və qızıl-zinət əşyalarını özünə götürməsini, yerdə qalan 36800 manatın isə atası Rövşən və anası Şahid 2də olmasını etiraf etmişdir. Lakin, iş materiallarının (toplanmış və məhkəmə iclaslarında araşdırılmış və kassasiya protestində istinad olunan sübutların), əsasən də çoxsaylı şahidlərin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələrin təhlili göstərir ki, Zərərçəkmiş şəxs öz ifadələrində göstərdiyi halların əksəriyyəti – özünə məxsus pulları və qızıl-zinət əşyalarını göy rəngli torbaya yerləşdirərək özü ilə Bakı şəhə rinə aparması, əvvəl orada müvəqqəti saxlaması üçün Şahid17 etibar edib ona verməsi, torbanı ondan geri alarkən torbanın içərisindəki pulların dağınıq vəziyyətdə olması, 52.000 manat məbləğində puldan 200 manatının Şahid18 tərəfindən götürülməsi (sübutların qiymətləndirilməsi haqqında qüvvədə olan 11 fevral 2021-ci il tarixli qərarla Şahid18 bu əməli törətməsi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir), Bərdə şəhərinə qayıtdıqdan bir müddət sonra – 2018-ci il noyabr ayının axırlarında torbanı saxlaması üçün Şahid17 verərkən həm ona, həm də həmin vaxt evdə olmuş X4 və X Ədilovalara həmin torbanın içərisində pul və qızıl-zinət əşyalarının yerləşdirməsini bildirməsi, bu haqda Şahid20 da məlumatlı olması, bəraət almış şəxs X4nın polis şöbəsində oğurluğun o nun tərəfindən edildiyini bildirməsi, eləcə də zərər çəkmişin ifadələrində göstərdiyi qızıl-zinət əşyalarının ümumiyyətlə mövcudluğu, bəraət almış şəxs X4nın isə Bakı şəhərində yaşadığı müddətdə müxtəlif gecə klublarında və restoranlarda külli miqdarlarda pul xərcləməsi təsdiq olunmamış, əldə edilmiş telefon danışıqlarının aparılması barədə məlumatlar da bu hallara heç bir aydınlıq gətirməmişdir. Əksinə, Şahid17 yaxın qohumları və tanışları ilə apardığı telefon danışıqlarından görünür ki, o, ehtimal olunan oğurluğun onun tərəfindən edilməsini qəti şəkildə inkar etmiş, hətta bəzən pula ehtiyacı olduğuna görə yaxın qohumlarına və tanışlarına bununla bağlı müraciətlər etmişdir. Eyni zamanda Şahid17 tərəfindən oğurlanması iddia olunan qızıl-zinət əşyaların mövcud olması barədə istər Zərərçək miş şəxs, istərsə də başqa şəxslər hər hansı sübut təqdim etmədiklərindən, məhkəməyədək icraat zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasını keçirmiş ekspertlər də bu əşyaların dəyəri barədə yalnız ehtimallar üzərində qurulmuş 9 oktyabr 2020-ci il tarixli 9/3341 saylı rəy vermişlər. Bütün qeyd olunanlara dair məhkəmə iclaslarında araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin 22 may 2024-cü il tarixli hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət verildiyindən məhkəmə kollegiyası hazırki qərarında həmin sübutların təkrar təsvirinə ehtiyac görmür, bundan başqa isə vurğulayır ki, Şahid17 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsinə dair sübutların kifayət etməməsinə dair nəticələr həmçinin Azərbaycan R espublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarında da əksini tapmış, işə apellyasiya qaydasında təkrarən baxılarkən isə ittihamı təsdiq edən mötəbər sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən əldə olunmayaraq araşdırılmamış, ittiham tərəfi də belə sübutları məhkəməyə təqdim etməmişdir. Şahid17 qarşı irəli sürülmüş və birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi ittihamın mötəbər sübutlar deyil, yalnız ehtimallar üzərində qurulması həmçinin onunla təsdiq olunur ki, ibtidai araşdırma orqanı özü də bəraət almış şəxs X4ya istinad olunan cinayətin törədilməsi tarixini və vaxtını, habelə bu cinayətin törədilməsi üsulunu müəyyən edə bilməmiş, məhkəmələr kimi, həm bu halları, həm oğurluq cinayətinin obyektiv cəhətinə aid olan halla rı təsdiq edən, həm də oğurlanmış əmlakın sonrakı taleyi barədə heç bir sübut əldə etməmişdir. Halbuki, CPM-in 7.0.20-ci maddəsinə əsasən ittiham dedikdə bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsi başa düşülür. CPM-in 223.1-cü maddəsinə görə isə şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. CPM-in 223.3-cü maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; 223.3.2. cinayətin tö rədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; 223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; 223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda, apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün olaraq təqsirsizlik prezumpsiyası prinsipinə əsasən bütün bu çatışmazlıqları iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş N.Şahid17 ziyanına həll etməkdən imtina etmiş və qanuni və əsaslı olaraq ona CM-in 177.3.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi ni mümkün bilmişdir. Bu haqda əsaslandırılmış hökm çıxararkən isə məhkəmə Konstitusiyanın, CPM-in tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə yanaşı, həmçinin aşağıdakı prosessual hüquq normalarına da əməl etmişlər. Belə ki, CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini q əbuledilməz sayaraq həmin müraciətlərin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda zərər çəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 ilə birgə verdikləri kassasiya şikayətində Şahid17 CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasına dair qərarın qəbul edilməsi barədə irəli sürülmüş tələbə cavab olaraq qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən (CPM-in 419-cu maddəsi) kassasiya müraciətlərinə baxılması nəticəsində məhkum olunmuş və ya bəraət almış şəxsin vəziyyətinin ağırlaşdırılması, o cümlədən sonuncunun barəsindəki bəraət hökmünün ləğv edilərək onun haqqında ittiham hökmünün çıxarılması ümumiyyətlə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilməmişdir və həmin məhkəmə şəxsin vəziyyətinin ağırlaşdırılması, eləcə də bəraət almış şəxsin ha qqında ittiham hökmünün çıxarılması üçün əsasları müəyyən etdikdə apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul etmək hüququna malikdir, lakin məhkəmə bu halda da özünün belə qərarında CPM-in 419.12-ci maddəsində sadalanmış məsələləri əvvəlcədən həll edə bilməz. Hazırki qərarında məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə isə, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması barədə qərarın qəbul edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin və zərər çəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 ilə birgə verdikləri kassasiya şikayətinin dəlillərini iş mat erialları ilə əlaqəli şəkildə təhlil edib bütün yuxarıda göstərilənlərdən çıxış edərək, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, həmin kassasiya müraciətlərinin təmin edilməməsi haqda isə bəraət almış şəxs Şahid17 çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, qeyd olunan kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, N.Şahid17 CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protesti və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 ilə birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. X8 Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar