Məhkəmə qərarları › İş №1(102)-2215/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2215/2025

26.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2215/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkum X6 iştirakları ilə, X6 barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 aprel tarixli, 1(105)-248/25 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli, 1(012)-123/2024 nömrəli hökmü ilə (Hakim C.İ.Səfiyeva) xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu Xırdalan şəhəri, V.Xəlilov küçəsi ev 4 mənzil 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cin ayətin törədilməsində təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin 21 fevral 2023cü il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Təqsirləndirilən şəxs Məhkum hökmdən apellyasiya şikayəti vermiş və şikayət vermə müddətini buraxdığı üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmiş və həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 1(012)-123/2024 nömrəli qərarı ilə (Hakim C.İ.Səfiyeva) vəsatət təmin edilərək Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə məhkum edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 1(012)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddəti bərpa olunaraq onun apellyasiya şikayətinin 1(012)-123/2024 saylı cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə) 2025-ci il 3 aprel tarixli, 1(105)-248/25 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 6 noyabr 2022-ci il tarixdə saat 8 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsindəki 506-cı palatada stasionar müalicədə olduğu zaman palata yoldaşı Zərərçəkmiş şəxs6 palatada yatmasından istifadə edərək sonuncunun mülkiyyətində olan bir ədəd 650 manat dəyərində Çin istehsallı “Huavei” markalı və bir ədəd 50 manat dəyərində Finlandiya istehsallı “Nokia 105” markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən o, tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakın ı gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Xəlilov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatından pul çıxarmağa köməklik göstərməsini ondan xahiş edən Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid elektron məlumat daşıyıcısı hesab edilən əmək haqqı kartını sonuncudan aldıqdan sonra cinayətkar niyyətini həyata keçirməklə bankomata daxil edərək həmin kartın PİN nömrəsini yazdıqdan sonra Zərərçəkmiş şəxs1 yalandan kartın hesabında pul olmamasını bildirərək kartı təhvil verdikdən sonra hesabda olan 164 manat məbləğində pul vəsaitini nağdlaşdırıb ələ keçirməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 07 fevral 2023-cü il tarixdə saat 12:55 radələrində Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən “Bizim Market" MMC-yə məxsus mağazanın qarşısında quraşdırılmış bankomatdan (ATM-dən) pul çıxarmağa köməklik göstərməsini ondan xahiş edən Zərərçəkmiş şəxs5 məxsus "xxxx" ASC-yə aid “5103 0714 5886 4937” nömrəli elektron məlumat daşıyıcısı hesab edilən “Debit MasterCard” adlı plastik ödəniş kartını sonuncudan aldıqdan sonra cinayətkar niyyətini həyata keçirməklə bankomata daxil edərək həmin kartın PİN nömrəsini yazdıqdan sonra Zərərçəkmiş şəxs5 yalandan kartın hesabında pul olmamasını bildirərək kartı təhvil verdikdən sonra hesabda olan 325 manat məbləğində pul vəsaitini nağdlaşdırıb ələ keçirməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə ziyan vurmaq la oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “Kapital Bank" ASC-nin Abşeron filialının qarşısında “Kapital Bank" ASC-yə aid olan təqaüd kartından pulu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs2 köməklik edəcəyini bildirib, sonradan yalandan karta pul köçmədiyini deyərək, sonuncuya kartının əvəzində başqa kart vermiş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus kartdan Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən "xxxx" ASC-nin Abşeron filialının bankomatından 460 manat pulu çıxardıb talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən ta mah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "Təzə Bazar” adlanan ərazidə “Araz” marketin qarşısında yerləşən “Kapital Bank" ASC-yə aid ödəmə terminalından təqaüd pulunu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs3 Mönsün qızına köməklik göstərəcəyini bildirərək “Kapital Bank"a aid kartını alıb yalandan kartın bankomatın “qara qutusu”na düşdüyünü bildirərək həmin kartı ələ keçirmiş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus həmin karta elektron məlumat daşıyıcılarından istifadə edilməklə qanunsuz müdaxilə edərək Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "Təzə Bazar" adlanan ərazidə “Araz” marketin qarşısında yerləşən “Kapital Bank" ASC-yə aid həmin bankomatdan 350 manat pulu çıxardıb gizli o laraq talamaqla sonuncuya həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Uni Bankın" Abşeron filialının qarşısında yerləşən bankomatda pulunu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs4 yaxınlaşıb köməklik göstərəcəyi adı ilə “Uni Bank” kartını alıb yalandan kartın bankomatda qaldığını deyib, sonuncunun filiala daxil olub bank işçilərinə müraciət etməsindən istifadə edərək, elektron məlumat daşıyıcısı hesab edilən bank kartına qanunsuz müdaxilə edərək 400 manat pulu gizli olaraq talayıb sonuncuya həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, 21 fevral 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 25 manat müqabilində bir ədəd şəffaf rəngli selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan təmiz çəkisi 0,861 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq Abşeron rayonu Xırdalan şəhərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu Xırdalan şəhəri V.Xəlilov küçəsində sa xlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş 0,861 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq təyin edilən cəzanın ağır olduğunu və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin olunmasını, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 aprel tarixli qərarında dəyşiklik edilməsini və barəsində tətbiq edilən cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum, eyni zamanda, törədilmiş ci nayət əməllərində özünü təqsirli bildiyini, təqsirli bilindiyi 1-ci epizod üzrə müddətin tətbiq edilməsini və həmin hissədə xitam qərarı çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Məmmədli kassasiya şikayətinin təmin olunmamasını və X6 barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bund an başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti k imi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqs əd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında n görünür ki, məhkum kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməsinə və irəli sürülmüş ittihamları mübahisləndirməməsinə baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamlarda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkumun əməllərinin tövsifi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halın olmaması və cinayətin residivinin onun cəzasını ağırlaşdıran hal olması nəzərə alınmış və məhkuma təqsirli bilindiyi maddələrin sanksiyası həddində və qəti olaraq CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi birinci epizod üzrə cəlb etmə müddəti keçmişdir. Belə ki, birinci epizod üzrə irəli sürülmüş ittihama görə Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 6 noyabr 2022-ci il tarixdə saat 8 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsindəki 506-cı palatada stasionar müalicədə olduğu zaman palata yoldaşı Zərərçəkmiş şəxs6 palatada yatmasından istifadə edərək sonuncunun mülkiyyətində olan bir ədəd 650 manat dəyərində Çin istehsallı “Huavei” markalı və bir ədəd 50 manat dəyərində Finlandiya istehsallı “Nokia 105” markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6, ümumilikdə, 700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Göründüyü kimi, Məhkum 1-ci epizod üzrə əməli CM-in 177.1-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin cinayət əməli 6 noyabr 2022-ci il tarixdə törədilmişdir. Apellyasiya instansiya məhkəməsinin yekun qərarı isə 3 mart 2025-ci il tarixdə qəbul edilmişdir. Məlum olur ki, apellyasiya isntansiya məhkəməsinin y ekun qərarı qəbul edilərkən artıq birinci epizod üzrə cinayət əməlinin törədilməsindən 2 il müddət keçmişdir. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə və məhkum da, özünü təqsirli bilərək müddətin tətbiqini xahiş etdiyinə görə məhkum R.Mehiyevin təqsirli bilinərək məhkum edildiyi və 6 noyabr 2022-ci il tarixdə törətmiş olduğu oğurluq cinayət əməli (1-ci epizod) ümumi ittihamdan xaric edilməli, birinci epizod ittihamdan xaric edildiyindən, 7 fevral 2023-cü il tarixdə törədilmiş və CM-in 177.2.3-1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan “təkrarən” anlayışı və birinci epizoda münasibətdə c inayətin təkrar törədilməsi xaric edilməli, lakin törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi və xarakteri, eləcə də məhkumun şəxsiyyəti nəzərə alınmaqla həm CMin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə, həm də CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş yekun cəza dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.4.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli, 1(012)-123/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş X9 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 aprel tarixli, 1(105)-248/25 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, X7 təqsirli bilinərək məhkum edildiyi 6 noyabr 2022-ci il tarixdə törətmiş olduğu oğurluq cinayət əməli (1-ci epizod) ümumi ittihamdan xaric edilsin. Birinci epizod ittihamdan xaric edildiyindən, 7 fevral 2023-cü il tarixdə törədilmiş cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə irəli sürülmüş ittiha mdan “təkrarən” anlayışı və cinayətin təkrar törədilməsi xaric edilsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 maddələri ilə təyin edilmiş cəza və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş yekun cəza dəyişdirilmədən saxlanılsın. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar