Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2216/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək mə hkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(010)42/2023 nömrəli (hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə) qərarı ilə 7 yanvar 1961-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış; xx xxxxxx 1994-cü ildə Şəmkir rayonu, ZəyəmCırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, X-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublika sı CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum tə rəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət məhkəmə tərkibində) 14 iyun 2023-cü tarixli 1(103)-1193/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək onlara 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından narazı qalan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına və hökmə əsasən Məhkum 19 yanvar 2022-ci il tarixdə saat 19:30 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında yerləşən avtobus dayanacağının qarşısında tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə sərxoş vəziyyətdə tanışı Şahid1 vəkildən pulunu geri almalarına digər tanışları Zərərçəkmiş şəxs maneə olduğunu bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib səs-küy yaratdıqdan sonra yaranmış səs-küyə oraya yaxınlıqda olan kafedən şəxslər gəldikdə ilkin olaraq Təqsirləndirilən şəxs əlində olan “beşbarmaq” adlandırılan dəmir alətlə sifətinin sol tərəfinə üç dəfə zərbə endirmiş, o isə əlindəki şüşə butulkanı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs başından bir dəfə zərbə endirdikdə sonuncu huşunu itirmiş və yerə yıxılmış, Təqsirləndirilən şəxs isə xuliqanlıq hərəkətlərini davam etdirərək özünün şəxsiyyətini sonuncunun fövqündə tutmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə təpik zərbələr endirib sonuncuya yüngül dərəcəli baş beyin əzilməsi halında qapalı kəllə beyin travması, ənsə nahiyəsinin, sol üst göz qapağının, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol boyun nahiyəsinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası, sağ gözaltı nahiyənin, sol bazunun və sol əlin qançırları, sol gözətrafı nahiyənin və göz qapaqlarının hematoması ilə nəticələnənən ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə saat 19:30 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında yerləşən avtobus dayanacağının qarşısında tanışı Məhkum ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə sərxoş vəziyyətdə tanışı Şahid1 vəkildən pulunu geri almalarına digər tanışları Zərərçəkmiş şəxs maneə olduğunu bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib səs-küy yaratdıqdan sonra yaranmış səs-küyə oraya yaxınlıqda olan kafedən şəxslər gəldikdə ilkin olaraq Təqsirləndirilən şəxs əlində olan “beşbarmaq” adlandırılan dəmir aləti silah qismində tətbiq edərək sifətinin sol tərəfinə üç dəfə zərbə endirmiş, həmin vaxt arxasında olan Məhkum əlindəki şüşə butulka ilə başmadan bir dəfə zərbə endirdikdə huşunu itirmiş və yerə yıxılmış, Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini davam etdirərək özünün şəxsiyyətini son uncunun fövqündə tutmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə təpik zərbələr endirib sonuncuya yüngül dərəcəli baş beyin əzilməsi halında qapalı kəllə beyin travması, ənsə nahiyəsinin, sol üst göz qapağının, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol boyun nahiyəsinin əzilmiş-cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunmuş burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası, sağ gözaltı nahiyənin, sol bazunun və sol əlin qançırları, sol gözətrafı nahiyənin v ə göz qapaqlarının hematoması ilə nəticələnənən ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum və Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, baş vermiş hadisədə təqsirləndirilən Məhkum və Təqsirləndirilən şəxs hərəkətlərində silah qism ində istifadə edilən əşyadan istifadə etməklə bir qrup şəxs halında törədilmiş xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin tərkib əlamətlərinin olması iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin digər faktiki halları ilə tam sübuta yetirilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Məhkum və Təqsirləndirilən şəxs əməllərini CM-nin 127.2.3 və 221.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, Məhkum istər istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində qeyri-səmimi, həqiqətə uyğun olmayan ifadələr vermiş və ittiham edildiyi cinayət əməllərini ümumiyyətlə törətmədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə törətdiyi cinayəti istintaq və məhkəmədə qismən etiraf etsə də, zərər çəkmişi avtobus dayanacağında deyil, kafenin içərisində cəmi iki dəfə yumruqla vurduğunu bildirərək özlərini məsuliyyətdən yayındırmağa və hərəkətlərinə haqq qazandırmağa çalışmışlar. Bununla yanaşı, xüsusi nəzərə alınmalıdır ki, xuliqanlıq əməli törədilərkən, yəni təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən hərəkətlər etməsi nəticəsində zərər çəkmişin sağlamlığına az ağır və ya ağır zərər vurulması müəyyən edilərsə, baş vermiş nəticə CM-nin 221-ci maddəsinin dispozisiyası ilə əhatə olunmur (çünki xuliqanlıq cinayəti sağ lamlığa yüngül zərər vurmanı və bundan daha yüngül xəsarətləri özündə ehtiva edir.), bu halda, şəxsin əməlinin həm xuliqanlıq, həm də şəxsiyyət əleyhinə olan müvafiq cinayət əməli kimi, cinayətlərin məcmusu qaydasında tövsif edilməsi istisna edilmir və göstərilən halda, başa çatmış xuliqanlıq cinayətinə aid olan dispozitiv hərəkətlər həm də şəxsiyyət əleyhinə olan cinayətdə niyyət kimi özünü büruzə verir (istintaq orqanı və birinci instansiya məhkəməsi bu halı düzgün nəzərə almışdır). Sübutların müqayisəli təhlilindən göründüyü kimi, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxslər arasında öncədən heç bir mübahisə və narazılıq baş verməmiş, vəkillə olan pul söhbətinin isə Məhkum və Təqsir ləndirilən şəxs ümumiyyətlə aidiyyəti olmamış, pul söhbətini Şahid1 vəkillə aralarında ümumi tanış olan Zərərçəkmiş şəxs deyərək ondan məsləhət almağa çalışmış, vəkil Azərin ödədiyi xidmət haqqı pulunu qaytarmadıqdan sonra, Məhkum və Təqsirləndirilən şəxs kafedən sərxoş vəziyyətdə çıxıb avtobus dayanacağında olarkən, onlara heç bir bağlılığı olmayan söhbəti açaraq, hər hansı əsaslı səbəb olmadan, guya vəkilin Azərin pulunu qaytarmasına X-in (zərər çəkənin) mane olduğunu bildirərək (hansı ki, pulu verən Şahid1 özü heç bu barədə X-ə qarşı təşəbbüskar deyil və bu şəxslərdən də belə davranış tələb etmir), sonuncunu bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlərlə və əllərində olan əşyalarla (beşbarmaq və şüşə butulka ilə) döyərək sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirmişlər. Bu halın doğruluğu təkcə işdə maraqlı şəxs olan zərər çəkmiş Zərərçəkmiş şəxs söylədikləri ilə deyil, həm də hadisənin hər iki tərəflə tanışlıq münasibətində olan şahidi - Şahid1 ifadələri ilə təsdiq olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş kassasiya protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi m üəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum və Təqsirləndirilən şəxs cinayət əməllərinin CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsi haqqında nəticəyə gəlməsi barədə qərar çıxardığ ını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü m addəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Apellyasiya instansiyası məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, e kspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum və Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyası hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiy mətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri apellyasiya instansiyası məhkəməsi tərəfindən sübuta yetirilmişdir. Belə ki, Məhkum və Təqsirləndirilən şəxs təqsirləndirilmələrinə dair Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin dispozisiyası zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsd ən sağlamlığa az ağır zərər vurma kimi müəyyən edilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin hərəkətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi tövsifi ilə əlaqədar bu şəkildə gəlinmiş nəticə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlar ına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxslərin təqsirli bilinməsində və əməlin tövsifində səhvə yol verilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli h ərəkətlər” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasına görə isə, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi çıxış edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqaları ndan əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əx laq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud baş qa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, təsvir edilən normada (Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi) cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ict imai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin cinayət hadisəsinin münaqişə nəticəsində baş verməməsi, hadisə nəticəsində ictimai qaydanın pozulması, təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı gəldiyi nəticə sübutl arın tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zə rərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Belə ki, istər məhkəmə araşdırması zamanı, istərsə də cinayət işinin materiallarına nəzər yetirərkən müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir ədavət olmamış, hadisədən öncə birlikdə normal şəkildə kafedə oturaraq yemək yemişlər, hadisənin X və X-in X-ə nə üçün vəkil X müəllimdən pulu almağa imkan vermədiyini soruşduqdan sonra, X-in cavabında X müəllimin pulu verməyəcəyini və sonuncunun yanına yalandan gəldiklərini bildirdiyindən şəxsi münasibətlər zəminində tərəflər arasında ilkin olaraq sözlü mübahisə başlamaqla həmin mübahisə əsnasında davam edən yaranmış şəxsi münasibətlər zəminində zərərçəkmişin sağlamlığına az ağır zərər vurmaya səbəb olan xəsarət törədilmişdir. Protetsin dəlillərinin əksinə olaraq hazırki halda Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirlilikləri hər hansı digər növdən əlavə mötəbər sübutla təsdiqlənmir, yalnız ittiham tərəfinin təqdim etdiyi zərərçəkmiş şəxsin ibtidai istintaq dövründəki ifadəsi əsasında müəyyən edilmişdir ki, kafedən çıxıb Vəkil Bürosunun qarşı tərəfində yerləşən avt obus dayanacağına getmələri, onlarında arasında sözlü mübahisənin yaranmasından sonra X-in əlində olan “beşmarmaq” adlandırılan dəmir alətlə onun sifətinin sol tərəfinə üç dəfə zərbə endirməsi, X-in zərbə vurmasından sonra arxa tərəfdən X-in də əlindəki şüşə butulka ilə başına vurmasını görməsi, sonra huşunu itirməsi və yerə yıxılması barədə ifadələri Məhkum və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməsinə əsas vermir. Göstərilənlərə, birinci instansiya məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin qərarlarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilməsinə və həmin maddələrlə təqsirli bilinmələrinə dair ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticələr mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirsiz bilməsinə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi özünü tam təqsirli, CM-nin 221.3-cü maddəsi ilə isə özünü təqsirsiz bilməsinə dair ifadələrinə, o cümlədən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarına və digər sənədlərə münasibət bildirərək bunu yekun qərarında kifayət qədər əsaslandırmış və haqlı olaraq d üzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına, Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Göründüyü kimi, Məhkum və Təqsirləndirilən şəxs barələrində Azərbay can Respublikasının CM-in 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə təqsirli bilinərək məhkum edilmələrinin, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozul ması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış qərarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə təqsirli bilinərək məhkum olunmalarına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə bir i digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Eyni zamanda protestdə istinad olunan prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökm yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. (CPM-i 399.3) Bundan əlavə dövlət ittihamçısı kassasiya protestində çox saylı ifadələrə istinad etməklə həmin ifadələrin müqayisəli təhlilini aparmaqla sanki kassasiya məhkəmə kollegiyasını həmin ifadələrə yenidən qiymət verməklə apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işini yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Eyni zamanda kassasiya protestin dən görünür ki, apellyasiya məhkəməsinin məhkum edilmiş şəxslərin CM-nin 127.1-ci maddəsi ilə qeyd olunan cinayətdə təqsirliliklərinin müəyyən edilməsi haqqında qənaəti və bu qənaətdən irəli gələn məhkəmə qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib yenidən qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəm əsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarların ın mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq apellyasiya məhkəmə kollegiyası tərəfindən baxılan iş üzrə ətraflı, hərtərəfli və obyektiv araşdırmalar aparıldığından apellyasiya məhkəmə kollegiyasının qərarını şübhə altına almaq üçün əsas görmür və belə nəticəyə gəlir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir k i, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2216/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2216/2023
24.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver