Məhkəmə qərarları › İş №1(102)-2219/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2219/2025

16.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2219/2025 16.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-429/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Hümbətova Şəhla Knyaz qızı tərəfindən ayrı-ayrılıqd a verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx xxx-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamışdır. 2. 12 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə Аzərbаycаn Rеspublikаsının «Şəхsin cinаyət məsuliyyətinə cəlb еdilməsi üçün kifаyət еdən nаrkоtik vаsitələrin və psiхоtrоp mаddələrin miqdаrınа, hаbеlə оnlаrın külli miqdаr ınа görə siyаhılаrının təsdiq еdilməsi hаqqındа» 28 iyun 2005-ci il tаriхli Qаnununа əsаsən, külli miqdarda, yəni 4,947 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, ümumilikdə iki ədəd kağız bükümdə qablaşdırıb 2,585 qram təmiz çəkidə olan hissəsini üzərində, 2,362 qram təmiz çəkidə olan hissəsini isə özünə məxsus “VAZ 21011 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirlər çərçivəsində xx.xx.2023-cü il tarixdə, saat 17:15-də Göyçay şəhəri, H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında idarə etdi yi “VAZ 21011 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Göyçay rayon polis şöbəsinin inzibati binasına gətirilib orada həmin tarixdə, saat 17:45-də üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarının arxa sol cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq bir ədəd qızılı-ağ rəngli kağıza bükülü vəziyyətdə eyni məqsəd ilə daşıdığı külli miqdarda, yəni 2,585 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, göstərilən tarixdə, saat 17:57-də Göyçay rayon polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin cərimə meydançasında olan “VAZ 21011 minik" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilinin cihazlar panelində olan külqabıdan qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq bir ədəd gümüşü-ağ rəngli kağıza bükülü vəziyyətdə eyni məqsəd ilə avtomobilində daşıdığı külli miqdarda, yəni 2,362 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. 3. 27 mart 2024-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan Аzərbаycаn Rеspublikаsının «Şəхsin cinаyət məsuliyyətinə cəlb еdilməsi üçün kifаyət еdən nаrkоtik vаsitələrin və psiхоtrоp mаddələrin miqdаrınа, hаbеlə оnlаrın külli miqdаrınа görə siyаhılаrının təsdiq еdilməsi hаqqındа» 28 iyun 2005-ci il tаriхli Qаnununа əsаsən, külli miqdarda, yəni 4,947 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, ümumilikdə iki ədəd kağız bükümdə qablaşdırıb 2,585 qram təmiz çəkidə olan hissəsini üzərində, 2,362 qram təmiz çəkidə olan hissəsini isə özünə məxsus “VAZ 21011 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirlər çər çivəsində xx.xx.2023-cü il tarixdə, saat 17:15-də Göyçay şəhəri, H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında idarə etdiyi “VAZ 21011 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Göyçay rayon polis şöbəsinin inzibati binasına gətirilib orada həmin tarixdə, saat 17:45-də üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarının arxa sol cibindən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlayaraq bir ədəd qızılı-ağ rəngli kağıza bükülü vəziyyətdə eyni məqsəd ilə daşıdığı külli miqdarda, yəni 2,585 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, göstərilən tarixdə, saat 17:57-də Göyçay rayon polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin cərimə meydançasında olan “VAZ 21011 minik” markalı, **-BJ*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilinin cihazlar panelində olan külqabıdan qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlayaraq bir ədəd gümüşü-ağ rəngli kağıza bükülü vəziyyətdə eyni məqsəd ilə avtomobilində daşıdığı külli miqdarda, yəni 2,362 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-141/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tör ədilməsində təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, işinə yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-429/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-141/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməd ən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum və müdafiəçisi Hümbətova Şəhla Knyaz qızı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittihamın polis ifadələri və polis şöbəsində ona edilmiş təzyiqlər nəticəsində vermiş olduğu ifadəsindən başqa heç bir dəlillərlə sübuta yetirilmədiyini, sübutlar arasında olan ziddiyyətlərin araşdırılmadığını, ona qarşı ittihamın əsassız və şübhə əsasında irəli sürüldüyünü, belə olan halda işin xeyrinə həll edilməli, yəni barəsində bəraət hökmü çıxarılmalı olmasını iddia edərək, işin dəqiq, hərtərəfli araşdırılaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

10. Müdafiəçi kassasiya şikayət ində qeyd etmişdir ki, məhkum ibtidai istintaq dövründə qanunsuzluqlara məruz qalmış, saxlanılarkən ona qarşı fiziki və psixoloji zorakılıq edilmiş, hədə-qorxu yolu ilə özünə qarşı etirafedici ifadə verməyə məcbur olunmuş və sənədlərə qol çəkmiş, dövlət hesabına ona təyin edilmiş vəkilin iştirakı formal olmuşdur. Əməliyyat-axtarış tədbirləri qanun pozuntusu ilə həyata keçirilmiş, protokollar saxtalaşdırılmış və ya qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Məhkum təqsirliliyi sübuta yetirilməmişdir. Maddi sübut olan psixotrop maddənin Məhkum heç bir aidiyyatı yoxdur, o, həmin maddəni əldə etməyib, saxlamayıb və daşımayıb. Məhkəmədə araşdırılmış sübutlarla ittiham öz təsdiqini tapmamışdır. Hətta məhkəmə baxışında ittiham tərəfinin tədqiq edilmiş sübutlar belə məhkumun təqsirsiz olduğun u üzə çıxarmış, ona qarşı irəli sürülmüş ittiham hər hansı sübutla təsdiq edilməmiş, ittihamın əsasını mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlar təşkil etmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittihamın hərtərfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyinə və məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyinə görə qərar ləğv olunmalı və cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-429/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya p rosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Kassasiya şikayətlərində məhkumun təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməli olması iddia edilib, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 107)-429/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olma yan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədi yi əsası ilə ona bəraət verilməsi barədə kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, ibtidai istintaq orqanı tərəfindən məhkum edilmiş şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilmədiyindən, məhkəmə istintaqı nəticəsində Məh kum külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, üzərində və avtomobilində saxlayaraq daşıması, 12 sentyabr 2023-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən və avtomobilindən külli miqdarda, ümumi təmiz çəkisi 4,947 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin vasitələri məhz satış məqsədi ilə əldə etməsi təsdiqlənmədiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir.

24. Məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsə də, lakin onun həmin cinayəti törətməkdə təqsiri məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə aparılması haqqında protokol, baxış və götürülmə haqqında protokol, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutları n məcmusu ilə müəyyən edilmişdir.

25. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması h aqqında nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

27. Belə nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etmə si və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-429/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Hümbətova Şəhla Knyaz qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-429/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar