Məhkəmə qərarları › İş №1(102)-2221/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2221/2023

17.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2221/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakları ilə xx xxxx 1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi i lə 01 il 11 ay 26 gün azadlığın məhdudladırılması cəzasına məhkum olunmuş, 21 yanvar 2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və xxxx yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 1(107)-412/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 1(075)-84/2022 nömrəli hökmü ilə (hakim: C.İmanov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum hazırkı işlə əlaqədar 16 mart 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq 2 (iki) il 5 (beş) gün müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), G.Q.Abbasov və A.M.Eyvazovdan ibarət tərkibdə) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Məhkum qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən «Məişət əşyalarının satışı» mağazasının plastik materialdan olan qapısını əvvəlcə vintaçanla açmağa çalışmış, bu mümkün olmadığında giriş qapısının şüşəsini sındırar aq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus 10 manat dəyərində 01 ədəd «Multifunktional» markalı tərəvəz doğrayan alət, 10 manat dəyərində 01 ədəd qırmızı rəngli çərəz üyüdən alət, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd «Fripan» markalı, təktutacaqlı, qapaqlı dəmir tava, 20 manat dəyərində «Nyusenturi» markalı 6 fincan və 6 nəlbəkidən ibarət qırmızı rəngli şüşə fincan dəsti, 50 manat dəyərində 01 ədəd «Ceferi» markalı, 30x20 ölçülü, paslanmaz polad materialdan olan qapaqlı dəmir qazan, 8 manat dəyərində 01 ədəd aliminium materialdan olan kiçik ölçülü çaynik, 15 manat dəyərində «Scogo» markalı, 700 ml tutumlu, iki ədəd şüşə materialından olan konfet qabı dəsti, 18 manat dəyərində «Zepfer ZP-002» markalı, 6 predmetdən ibarət bıçaq dəsti, 40 manat dəyərində 01 ədəd kibritilə hazırlanmış məscid suveniri, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 32 manat dəyərində 16 ədəd üzərində «Şaam» yazıları olan kapron qadın kalqotkası, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 02 ədəd üzərində «Tamay» və «Alpar» yazıları olan kişi üçün alt geyimləri, 120 manat dəyərində 01 ədəd «Polaris» markalı termopot olmaqla ümumilikdə cəmi 389 (üç yüz səksən doqquz) manat dəyərində əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 389 (üç yüz səksən doqquz) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qru p şəxs halında birləşib, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs1 xxxnun icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən "Qadın və uşaq geyimləri” mağazasının giriş qapısının sağ hissəsindəki plastik pəncərəsini cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən götürdükləri vintaçanla açıb qanunsuz olaraq içəri daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində 02 ədəd üzərində «İstanbul klassik» yazıları olan qadın xalatı, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 04 ədəd «Rekskuul» markalı, 200 ml tutumlu antipreaspirant, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd «Clavdio» markalı 20 ml tutumlu qadın ətiri, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 12 manat dəyərində 06 ədəd üzərində «Faşionjeveleri» yazıları olan bijuteriya dəsti, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 300 manat dəyərində 30 cüt üzərində «Sport» yazıları olan qadın idman ayaqqabısı, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 03 ədəd müxtəlif qadın köynəyi, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 210 manat dəyərində 7 dəst şalvar və jiletdən ibarət qadın üçün idman geyimi dəsti, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 75 manat dəyərində 05 ədəd qısaq ollu, sarı rəngli qadın gödəkcəsi, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 150 manat dəyərində 75 ədəd müxtəlif formalı, qadın üçün bijuteriya üzüklər, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 60 manat dəyərində 06 dəst «Ufaklık» markalı, şalvar və köynəkdən ibarət uşaq üçün geyim dəsti, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 80 manat dəyərində «Dikko» markalı yun materialından olan 10 ədəd oğlan uşaq köynəkləri, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 96 manat dəyərində 12 ədəd «Şehr-işal İstanbul» markalı, böyük ölçülü qadın şalları, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 02 ədəd «Palette» markalı 50 ml tutumlu qadın saç boyası, hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 60 manat dəyərində 03 bağlama üzərində «Kupanpan» yazıları olan qadın corabları, hər birinin dəyəri 12 manat olmaqla ümumilikdə 36 manat dəyərində 03 cüt üzərində «Xiu-Xian» yazıları olan qadın ayaqqabıları olmaqla ümumilikdə 1197 (bir min bir yüz doxsan yeddi) manat dəyərində əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 xxxna 1197 (bir min bir yüz doxsan yeddi) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldi kdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Aviabilet” satış mağazasının plastik materialdan olan pəncərəsini cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən götürdükləri vintaçanla açıb qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədəd Çin istehsalı olan, «HP» markalı, SH249 modelli, 17 düyüm ekranlı və bir ədəd «HP» markalı sistem blokdan ibarət 250 manat dəyərində kompyuter dəstini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 250 (iki yüz əlli) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onu Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qeyri-humanist və ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi də işi tam araşdırmadan əsassız olaraq hökmdən onun tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Belə ki, məhkum öz kassasiya şikayətində bildirir ki, o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslərlə barışmış və onların Məhkum qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin o, əməlini etiraf edir və səmimi peşmançılıq hissi çəkir. Bundan başqa onun himayəsində azyaşlı övladı və işləməyən anası var. Lakin məhkəmələr bu halları kifayət qədər nəzərə almamış və nəticədə onun barəsində ədalətsiz qərarlar qəbul etmişlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül növdə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin də lillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdır manın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət -hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona ədalət və humanizm prinsipləri ilə bir araya sığmayan həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum onun barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəzaya dəyişdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, şəxsiyyətinə aid başqa məlumatları (o cüml ədən, Məhkum əvvəllər də Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 11 ay 26 gün azadlığın məhdudladırılması cəzasına məhkum olunmuş, 21 yanvar 2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad olunmuş və müvafiq amnistiya aktı tətbiq edildikdə cəmi 1 ay 23 gün sonra yeni cinayətin törətməsini), təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə cəzanın mübahisələndirilməsi üçün verilmiş apellyasiya şikayətini təkrarlayan kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları Məhkum cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri C inayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 1(107)-412/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 1(107)-412/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar