Məhkəmə qərarları › İş №1(102)-2229/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2229/2023

07.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2229/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Quba Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və Məhkum2 təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmü ilə isə birinci instansiya məhkəməsinin hökmü Məhkum1 CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilənərək məhkum olunması hissəsində ləğv edilərək ona təqsirliliyi sübuta yetirilməməsi əsası ilə CM-nin 240.1-ci maddəsi ilə bəraət verilməsinə, hökmdən CM-nin 66.2-ci maddəsinə əsasən cəzaların cinayətlərin məcmusu üzrə təyin edilməsi və “Məhkum1 2022-ci ilin yanvar ayının ortalarında 0,310 qram, 0,320 qram və 0,520 qram olmaqla 03 ədəd bükümdə cəmi 1,150 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı Məhkum2 100 manat məbləğində borcu silməsi müqabilində əldə etməsi” haqqında müddəaların xaric edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Samir Əlibala oğlu) Məhkum1, xx xxxx 1988-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər Quba Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli hökmü ilə CM-nin 186.2.1, 186.2.2, 233 və 315.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cina yətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddtə azadlıqdan məhrum etmə cəzasın məhkum olunmuş, Azərbaycan respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 oktyabr 2013-cü il tarixli qərarı ilə ona həmin hökmlə təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Qusar Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasın məhkum olunmuş, Quba Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən 30 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilərək məhkumluğu götürülmüş, heç yerdə işləməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 6 (altı) ay müddətə, CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 04 (dörd) il müddətə, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə onun 26 yanvar 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2, xx xxxxxxxx 1988-ci il tarixdə Xaçmaz rayonunun Nərəcən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, heç yerdə işlməyən, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, onun üzərindən aşkar edilmiş narkotik vasitə inzibati xəta haqqında məsuliyyətə səbəb olduğundan, hökm qanuni qüvvəsini aldıqdan sonra hökmün surətinin Məhkum2 inzibati xəta haqqında məsuliyyətə cəlb edilməsi məsələsinə b axılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilməsi, onun üzərindən aşkar edilmiş qalıq çəkisi 0,480 qram təşkil edən və hazırda Quba rayon Polis şöbəsində saxlanılan narkotik vasitənin, habelə bəraət almış şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınması və ekspertiza tədqiqatının dəyərinin məsəsləsinin həll edilməsi inzibati xəta haqqında işə aid edilməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 2022-ci ilin yanvar ayının ortalarında Məhkum2 əldə etdiyi 0,310 qra m, 0,320 qram və 0,520 qram olmaqla 03 ədəd bükümdə cəmi 1,150 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı, sonuncunun vermiş olduğu 100 manat məbləğində borcu silməsi müqabilində alıb satış məqsədilə qanunsuz əldə edərək daşıyıb üzərində saxlamış, həmçinin eyni məqsədlə məlum olmayan tarixdə və mənbədən 1 ədəd üzərində “Royal Tramadol 225 mg" yazılan konvalyutda 05 ədəd həbdə olmaqla narkotik vasitə və ya psixotrop maddə olmayan, təsir maddəsinin ümumi miqdarı 1,125 qram güclü təsiredici maddə olan tramadolu qanunsuz əldə edərək daşıyıb üzərində saxlamış, həmin bükümlərdən 0,320 qram və 0,520 qram olmaqla 02 ədəd bükümdə 0,840 qram marixuananı 21 yanvar 2022-ci il tarixdə Quba şəhəri, Fətəlixan küçəsində Təqsirləndirilən şəxs 60 manat müqabilində satmış, 26 yanvar 2021-ci il t arixdə saat 18:30 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən avtotəmir sexində saxlanılaraq üzərində şəxsi axtarış aparlarkən əynindəki gödəkçəsinin sol yan cibindən 01 ədəd təmiz çəkisi 0,310 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində “Royal Tramadol 225 mg" yazılan konvalyutda 05 ədəd həblər olan güclü təsir edən maddə tramadol aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə Quba şəhəri, Fətəlixan küçəsində tanışı Məhkum1 0,320 qram və 0,520 qram olmaqla 02 ədəd bükümdə təmiz çəkisi 0,840 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq 60 manat müqabilində alıb satış məqsədilə qanunsuz əldə edərək daşıyıb üz ərində saxlamış, həmin bükümlərdən 01 ədəd təmiz çəkisi 0,320 qram narkotik vasitə qurudulmuş marixuana bükümünü 23 yanvar 2022-ci il tarixdə yaşadığı Quba şəhərində yerləşən “Quba Palace” hotelinin həyətində Şahid7 10 manata qanunsuz olaraq satmış, 26 yanvar 2021-ci il tarixdə saat 20:05 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Quba rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparlarkən əynindəki şalvarının sag yan cibindən 01 ədəd təmiz çəkisi 0,520 qram narkotik vasitə qurudulmuş marixuana bükümü aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Məhkum2 qarşı irəli sürülmüş ittihama görə o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 04 ədəd bükümdə, cəmi 1,680 qram çək idə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 2022-ci ilin yanvar ayının ortalarında Quba şəhəri, Vaqif küçəsində həmin narkotik vasitədən 0,310 qram, 0,320 qram və 0,520 qram olmaqla 03 ədəd bükümünü Məhkum1 olan 100 manat borcunu silməsi müqabilində satmış, 29 yanvar 2022-cİ il tarixdə saat 18 radələrində isə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Quba rayon polis şöbəsinə gətirilib orada onun üzərində şəxsi axtarış aparıldıqda əynindəki şalvarının sağ yan cibindən saxladığı yerdə qalan 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,530 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən Məhkum2 CM -nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilsə də, birinci instansiyası məhkəməsinin hökmü ilə ona həmin maddədə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Quba Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi Aqamov İbrahim Aleksandr oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Abbasov Seymur Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi) Əsgərova Ruhiyyə Orucəli qızı və İsmayılov Azər İbrahim oğlundan ibarət tərkibdə) 20 aprel 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin olunmuş, apellyasiya protesti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü Məhkum1 CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilərək ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və hökmdən CM-nin 66.2-ci maddəsinə dair müddəalar, həmçinin “2022-ci ilin yanvar ayının ortalarında 0,310 qram, 0,320 qram və 0,520 qram olmaqla 03 ədəd bükümdə cəmi 1,150 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı Məhkum2 100 manat məbləğində borcu silməsi müqabilində Məhkum1 əldə etməsinə” dair müddəalar xaric edilərək onun üzərində CMnin 234.2-ci maddəsi ilə təyfin olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən 05 (beş) ay həbsdə saxlanılması müddəti nəzərə alınmaqla, 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, Məhkum1 və Məhkum2 qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamlara, bu ittihamlar üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, o cümlədən Məhkum1 və Məhkum2 cinyət təqibinin müxtəlif mərhələlərində verdikləri izahatlara və ifadələrə, məhkəmə ekspertizalarının rəylərinə, habelə iş üzrə çıxarılmış hökmlərə istinad edərək apellyasiya instansiyası məhkəməsinin hökmünü mübahisələndirən dövlət ittihamçısı T.H.Əsədov həmin protestini onunla əsaslandırmışdır ki, Məhkum1 ibtidai istintaq zamanı narkotik vasitəni borcun müqabilində Məhkum2 aldığını etiraf etsə də, Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını bildirmək lə özünün müdafiəsi üçün dəlil gətirmiş, həmin dəlillər ibtidai istintaq zamanı toplanmış sübutlarla təkzib edilmişdir. Məhkəmələr ona diqqət yetirməmişlər ki, Məhkum1 ibtidai istintaq zamanı da, məhkəmə iclaslarında da məsuliyyətdən yayınmaq məqsədilə həm özünə sərf edən, həm də Məhkum2 kömək edilməsinə yönələn ifadələr vermişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da ifadəsində, Məhkum1 saxlanılarkən sorğu zamanı Məhkum2 ona 100 manat borcu olduğunu və həmin borcun müqabilində ona narkotik vasitə satdığını, özünün isə narkotik vasitəni Təqsirləndirilən şəxs satdığını bildirdiyini qeyd etmişdir. Eyni ifadələri həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 da vermişdir. Bundan başqa, Məhkum2 üzərinə baxış keçirilməsini özündə əks etdirən videoç əkilişə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, o, əsgər yoldaşı Xəyyamdan 100 manat pul götürdüyünü, həmin 100 manat pulun müqabilində təxmini 1 ovuc tutumu olan narkotik vasitəni 10 gün əvvəl Quba şəhəri, Vaqif küçəsində olan hüzür yerində borcun müqabilində ona verdiyini bildirmişdir. Məhkum2 məhkəmədə verdiyi ifadəsində polis şöbəsində ona fiziki təzyiq olunduğunu, narkotik vasitəni Məhkum1 olan 100 manat borcu müqabilində verməsi məzmunda ifadələrə imza etməyə məcbur edildiyini, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən, hər hansı bir fiziki təzyiqlər barədə nə prokurora, nə də işə baxan hakimə heç nə bildirmədiyini qeyd etmişdir. İş materiallarından da görünür ki, Məhkum2 bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Göründüyü kimi, Məhkum2 fiziki təzyiq lərə məruz qaldığını bildirsə də bu hal iş materialları ilə də təsdiqini tapmamış, ibtidai istintaq zamanı o, əməlini nəinki inkar etmiş, əksinə üzərinə baxış keçirilərkən sərbəst şəkildə etiraf etmiş, məhkəmə zamanı məqsədyönlü şəkildə məsuliyyətdən yayınmaq məqsədilə verdiyi ifadələrində göstərdiyi xüsusatlar da öz təsdiqini tapmamışdır. Lakin birinci instansiyası məhkəməsi qeyd olunan sübutları mötəbər sübut növü kimi qəbul etməyərək iş üzrə Məhkum2 təqsirli olmasını təsdiq edən yuxarıda sadalanan subutları mötəbər və qərəzsiz sübut olaraq qəbul etməyərək ona irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bununla razılaşmışdır. Dövlət ittihamçısının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 CM-nin 240.1 ci maddəsi ilə təqsirin sübuta yetirilməməsi əsası ilə bəraətin verilməsi də qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlama Komissiyasının (məhkəmə-narkoloji ekspertizası) 12 may 2022-ci il tarixli 2405 saylı rəyindən görünür ki, Məhkum1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkum1 05 ədəd həbdə “Royal Tramadol 225 mg” güclü təsiredici maddə olan tramadolu Bakı şəhərindən X adlı şəxsdən aldığını, özünün istehlak etdiyini, satmaq niyyətində olmadığını bildirmişdir. O, həmin təsiredici maddəni ayağında ağrılar olduğu halda istifadə etdiyini göstərsə də, hansı xəstəlikdən əziyyət çəkdiyini bildirməmiş, ayaqlarında ağrı yaradan xəstəliyin tibbi sənədlərini təqdim etməmiş, məhkəmə kollegiyası da öz növbəsində onu yüksək təsiredici maddə qəbul etməyə vadar edən, ağrı ilə müşayət olunan hansı xəstəlikdən əziyyət çəkməsini müəyyən etməyə təşəbbüs göstərməmişdir. Ekspertizanın rəyindən göründüyü kimi Məhkum1 tərəfindən sözügedən təsiredici maddədən istifadə halları aşkar edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, Məhkum1 konvalyutda çatışmayan 5 ədəd həbi özü istifadə etməmiş, onun satışını həyata keçirmiş, konvalyutda qalan digər 5 həbi də satmaq niyyətində olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 CM-nin 240.1-ci m addəsi ilə bəraət verilməsi ilə bağlı mövqeyi kifayət qədər əsaslandırılmamış və buna görə də bu haqda çıxarılmış hökm ehtimallar əsasında çıxarılmış yekun məhkəmə aktı kimi qiymətləndirilməlidir. Kassasiya protestinin müəllifi hesab edir ki, ibtidai istintaq zamanı toplanmış və məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə müşavirə otağına gedənək öz mötəbərliyini qorumuş, onların həqiqiliyinə və doğruluğuna heç bir xələl gəlməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin sübutları tam hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız bəraət hökmü çıxarmış, həmin hökmün əsasının isə yolverilməz sübutlar təşkil etmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.H.Əsədov öz müraciətinin sonunda onun kassasiya protestinin təmin edilmə sini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum1 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, bəraət almış şəxs Məhkum2 isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum1 və bəraət almış Məhkum2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas z alında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 bəraət verilməsi haqda birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşıb özü də Məhkum1 CM-nin 240.1-ci maddəsi ilə bəraət verərkən iş üçün əhəmiyyət kəsb edən sübutları tədqiq etməmiş, həmin sübutlara düzgün qiymət verməmiş, iş üzrə çıxarılmış yekun məhkəmə aktının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kas sasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əs asən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa s özlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qa ydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Ə sas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izaşlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bunda sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanuns uz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit ed ilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəy yən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə ə məl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Hazırki işin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən nəinki ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sübutların hamısı tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, həmçinin müdafiə tərəfinin vəsatətlərinə əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək keçirilmiş, bu ekspertizanın rəyi ilə bağlı işin istintaqını aparan müstəntiq X1 dindirilmiş, həmçinin, dövlət ittihamçısı T.H.Əsədov bunu əsassız olaraq inka r etsə də, Məhkum1 26 noyabr 2013-cü il tarixdə sol bud sümüyünün orta 1/3 hissəsinin açıq sınığı, sol diz qapağının qapalı sınığı kimi xəsarətlər alması və buna görə göstərilən tarixdən 18 dekabr 2013-cü il tarixədək stasionar müalicədə olması barədə xəstənin tibb kitabçasından çıxarışı əldə edərək tədqiq etmiş və həmin çıxarış da cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları isə, o cümlədən kassasiya protestinin müəllifi məhkəmələr qarşısında hər hansı əlavə sübutların tədqiq edilməsi, apellyasiya şikayətinə və apellyasiya protestinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatətlərlə çıxış etməmiş və buna görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların kifayət etmə sini nəzərə alaraq apellyasiya müraciətlərinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmasını məqsədə uyğun hesab edərək həmin müracətlərin dəlilləri üzrə dinləmələrin, habelə məhkəmə çıxışlarının keçirilməsi ilə kifayətlənərək 20 aprel 2023-cü il tarixli hökm çıxarmışdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, belə olan halda apellyasiya instansiyası məhkəməsinin iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqində imtina etməsi barədə kassasiya protestinin dəlili tamamilə əsassızdır, bu baxımdan da hesab edir ki, məhkəmə CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmiş və iş üzrə həqiqətin müəyyən edilməsi istiqamətində birinci instansiya məhkəməsinin etdiyi hərəkətlərlə haqlı olaraq razılaşmışdır. Konstitusiyanın 127-ci maddəs inin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həm Konstitusiyanın 63-cü maddəsində, həm də beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipi eyni ilə cinayt-prosessual qanunvericiliyində əksini tapmışdır (CPM-nin 21-ci maddəsi). Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiy yət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qo rumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərə fdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayə t prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinay ət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaları n həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mə nbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəs atəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıd akılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama z amanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifay ət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəl lədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyi nə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbayca n Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlid ir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və icti mai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tut ulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanı na gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi P lenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tə ləbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün qismən ləğv edilməsi və Məhkum1 CM-nin 240.1-ci maddəsi ilə bəraət verilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 20 aprel 2023-cü il tarixli hökmünü yoxladıqda sonuncu yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestini n dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmündə istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz istər bu sübutlara, istərsə də heç bir qanun pozuntusuna yol verilmədən müdafiə tərəfinin vəsatətləri əsasında birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş və araşdırılmış sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək Məhkum2 CM-nin 234.2-ci maddəsində, Məhkum1 isə CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliklərinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş və məhkəmələr tərəfindən çıxarılmış hökmlərin əsasını yolverilməz, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə olunmuş sübutlar təşkil eməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kuimi, məhkəmə Məhkum2 CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsinin əsası olaraq qeyd etmişdir ki, məhkəmə iclasında Məhkum2 əsgər yoldaşı olan Məhkum1la nə vaxtsa narkotik vasitə ola n qurudulmuş marixuana paylaşdığını etiraf etsə də, bunun qarşılığında heç bir maraq güdməmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və ümumiyyətlə saxlanılan vaxt belə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Məhkum2 məhkəmə iclasında həmçinin göstərmişdir ki, polis əməkdaşları onu yaşadığı evdən, yatdığı zaman çağırıb polis şöbəsinə aparmış, orada ona fiziki təyziqlər göstərilmiş və müstəntiqin kompüter vasitəsilə yazıldığı, güya o, narkotik vasitəni Məhkuma olan 100 manat borcu müqabilində verməsi məzmunda ifadələrə imza etməyə məcbur edilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən, hər hansı bir fiziki təyziqlər barədə o, nə prokurora, nə də işə baxan hakimə heç nə bildirməmişdir. Məhkum2 məhkəmə iclasında verdiyi ifadələrdə göstər diyi xüsusatlarla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu verilmiş həmin sorğuya ünvanlanmış cavab məktubu ilə müəyyən edilmişdir ki, Məhkum2 3 saylı İstintaq Təcridxanasına qəbul edilərkəın TSHda tərtib olunmuş tibbi kitabçaya əsasən sonuncunun bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Lakin, bu hal şübhəli şəxs qismində tutulmuş Məhkum2 hər hansı psixoloji təsir altında özünə qarşı ifadə verməsinə məcbur edilməsinin istisnası kimi qiymətləndirilə bilməməsini nəzərə alan məhkəmələr hesab etmişdir ki, onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi sübut kimi qəbul edilməməli, həmin vaxt özünü təqsirli bilməsi onun ziyanına şərh edilməməlidir. Belə ki, cinayət işinin materiallarından göründü yü kimi, Məhkum1 26 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduqdan və Məhkum2 qarşı ifadə verdikdən sonra ilkin araşdırmanı aparan təhqiqatçı sonuncunun saxlanılması ilə bağlı raportla Quba rayon polis şöbəsinin rəisinə müraciət etmiş, lakin onun bundan sonra necə, harada, nə vaxt, kim tərəfindən və hansı statusda saxlanılması barədə cinayət işinin materiallarında heç bir məlumat iş materiallarında aşkar edilməmiş, bu hallar Məhkum2 qarşı irəli sürülmüş ittiham da əks etdirilməmişdir. Halbuki, qanunvericiliyin müvafiq normaları tələb edir ki, şəxs hər hansı cinayətin törədilməsində, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olmaqda şübhəli bilindikdə onun ətrafında keçirilən əməliyyat axtarış tədbirləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərb aycan Respublikasının Qanunun tələbləri baxımdan rəsmiləşdirilməli (əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilməli, bu qərarda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupunun yaradılmalı və keçirilmiş tədbirin qanuniliyinin yoxlanılması üçün məhkəməyə müraciət edilməli, məhkəmə tərəfindən isə bütün bunların qanuniliyi yoxlanılmalıdır). Eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi bağlı tərtib olunan prosessual sənədlərdən şübhəli şəxsin saxlanılması halları bəlli olmalıdır. Lakin, iş materiallarından göründüyü kimi, Məhkum2 onun saxlanılmasının vaxtı, yeri, şəraiti və digər hallar müəyyən edilmədən 29 yanvar 2022-ci il tarixdə saat 22:15-də CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ni törətməkdə şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutulmuş və bundan sonra onun üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə kifayət qədər ilkin sübutlar olduğu təqdirdə o, təhqiqat və istintaq orqanına çağırış vərəqəsi, teleqram, telefonoqram və ya taksoqram vasitəsilə çağırılmamış, gəlmədiyi təqdirdə onun məcburi gətirilməsi barədə qərar qəbul edilməmişdir. Halbuki, CPM-nin 226.1-ci maddəsinə əsasən şahid, zərərçəkmiş şəxs, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşulardan, mənzil-istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağrılırlar. Onlar həmçinin teleqram, telefonoqram, taksoqram vasitəsilə çağırıla bilər. CPM-nin 178.1-ci maddəsində göstərilmişdir ki, məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının təmin edilməsindən ibarətdir. CPM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin tələblərinə görə isə, cinayət prosesini həyata keçirən orqanını məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədikdə; cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda; cinayət prosesini həyata keçirən orqandan gizləndikdə; daimi yaşayış yeri olmaqıda cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxs haqqında məcburi gətirilmə tətbiq edilə bilər. Bundan başqa, məhkəmə kollegiyası Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı heç bir əməliyyat-axtarış tədbirləri keçirilmədən, bu tədbirlər vasitəsilə mötəbər sübutlar toplanılmadan, hətta barəsində əməliyyat-qeydiyyat işi açılmadan onun tutulmasının və hətta üzərində narkotik vasitənin tapılması barədə təhqiqat orqanın gəldiyi nəticənin əsaslı şübhələrə səbəb olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaəti ilə razılaşır və həmçinin qeyd edir ki, məhkəmə iclasında Məhkum2 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Məhkum1 onun əsgər yoldaşıdır, onların arasında həmişə xoş münasibətlər olmuşdur. O, özü bir müddətd ir ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir, Məhkum1 da həmçinin həmin narkotik vasitənin aludəçisi olduğunda onlar bəzi hallarda birlikdə qurudulmuş marixuanadan istifadə etmiş, lakin o, yəni Məhkum2 heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bir dəfə Məhkum1 onun uşağı üçün dərman almış, o, da sonradan dərmanın pulunu Məhkum1ə vermiş, onların arasında heç bir borc münasibətləri olmamışdır. Tutulmazdan bir ay əvvəl Məhkum1la birlikdə narkotik vasitə istifadə etmiş, o, həmin vaxt Məhkum1ə narkotik vasitəni təmənnasız vermişdir. Tutulduqdan sonra polis əməkdaşları onu Məhkum1 narkotik vasitə satmasını etiraf eməyə məcbur etmiş, lakin o, belə əməli heç vaxt törətməmişdir. 29 yanvar 2022-cİ il tarixdə o, yaşadığı evdə yatarkən polis əməkdaşları onu evdən çıx arıb Quba rayon polis şöbəsinə aparmış, həmin vaxt isə onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində onun tutan əməkdaşlar onun əllərini bağlamış, ona qarşı müxtəlif cür zor tətbiq edəcəkləri ilə hədə-qorxu gəlmiş, sonra isə cibinə narkotik vasitə qoyaraq videoçəkiliş aprmaqla üzərində guya axtarış aparmış və o, cibinə qoyulmuş narkotik vasitəni çıxarıb təhqiqatçıya təhlvil vermişdir. Barəsində qətimkan tədbiri seçilərkən o, prokurora və təqdimata baxan hakimə bu barədə heç nə deməmiş, 3 saylı istintaq təcridxanasına aparılarkən orada xəsarətləri barədə soruşmuş, o, da aşkar edilmiş xəsarətləri yıxılması nəticəsində aldığnı bildimişdir. Hazırda onun bədəni üzərində heç bir xəsarət izi qalmamışdır. Cinayət işi üzrə toplanmış materialların təhlili göstərir ki, ibtidai araşdırma o rqanı tərəfindən Məhkum2 qarşı CM-nın 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını Məhkum1 ona qarşı vermiş ifadələri və onların hər ikisinin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın eyni tərkibli olması təşkil etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum1 göstərmişdir ki, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni – qurudulmuş marixuananı və tramadol həblərini Bakı şəhərində X adlı şəxsdən almışdır. Bununla yanaşı, ibtidai araşdırma zamanı öz əli ilə yazdığı ifadələrində Məhkum1 bildirmişdir ki, o, Məhkum2 1 bükümdə qurudulmuş marixuananı əvəzsiz olaraq götürmüş, nəhayət məhkəmədə ifadə verərkən Məhkum2 bir bükümdə narkotik vasitə marixuananı təmənnasız götürdüyünü etiraf etmiş, məhkəmə iclasında da bunu təsdiq etm işdir. Məhkum1 ibtidai araşdırma zamanı 20 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokolun və bu protokolda əks etdirilmiş ifadələrin təhlili nəticəsində müəyyən edilmişdir ki, həmin protokolda sonuncu öz xətti ilə yazmışdır ki, aşkar edilmiş narkotik vasitə marixuananı bükümünü o, keçmiş əsgər yoldaşı Məhkum2 götürmüş, onların arasında pul söhbəti olmamış və ya ona narkotikdən ötrü nağd pul verməmiş. Yeni sətirdən isə “Başqa əlavəm yoxdur, ifadəmi özüm yazdım...” cümləsi yazılmışdır, həmin iki sətrin arasında isə xırda şriftlərlə “onun 100 manat borcu vardır. Onu silibdir” cümləsi yerləşdirilmişdir. Məhkum1 həmin cümlənin onun tərəfindən yazılmadığını və o, ifadəsini imazalayarkən bu cümlənin dindirmə protokolunda olmadığını məhkəmə iclasında israrla bildirdiyinə görə, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum1 xətt nümunələri götürülərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Həmin ekspertizanın 12 sentyabr 2022-ci il tarixli 4/1297 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 142-143-cü vərəqələrində Məhkum1 adından olan 20 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 2-ci vərəqəsinin üz tərəfinin (i.v. 143) aşağı hissəsindəki “Onun 100 manat borcu vardı. Onu silibdir” yazıları - Məhkum1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza rəyi ilə müəyyən edilmiş pozuntunun araşdırılması məqsədilə məhkəmə iclasında iş üzrə ibtidai araşdırma aparmış X2 şahid qismində dindirilərkən göstərmişdir ki, Məhkum1 sözü gedən ifadəni özü ya zmış və imzalamışdır. Sonradan ifadəni oxuduqdan sonra o, borc məsələsi ilə bağlı təqsirləndirilən şəxsə şifahi sual vermiş və Xəyyam o, cümləni protokola özü əlavə etmişdir. Lakin, ifadənin məzmunundakı ziddiyyəti, yəni yuxarıda narkotiki təmənnasız alması, aşağıda isə borc əvəzi verilməsi məsələsini sualcavabla aydınlaşdırmamışdır. Göründüyü kimi müstəntiq X1 ekspertizanın nəticələrini qəbul etməmiş (kassasiya protestində buna uyğun dəlil irləi sürülmüşdür), lakin iş materialları ilə yuxarıda göstərilən rəyin verilməsi zamanı ekspertlərə hər hansı təsirin göstərilməsi iş materialları ilə müəyyən edilməmiş, həmin rəy üzrə sonuncuların gəldikləri nəticələr elmi əsaslandırılmış və buna görə məhkəmələr əsaslı olaraq həmin rəyi Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müə yyən edilməməsinə dair nəticəyə gələrkən haqlı olaraq həmin rəyi mötəbər sübutlardan biri kimi qəbul etmiş, bu zaman heç bir qanun pozuntusuna yol verməmişlər. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 yuxarıda göstərilən şəkildə saxtalaşdırılmış ifadələri Məhkum2 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə əsas yaradan sübut kimi hesab oluna bilməz və məhkəmələr də tam əsaslı olaraq bu mövqedən çıxış edərək yolverilməz, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə edilmiş sübutlar əsasında Məhkum2 barəsində ittiham hökmünü çıxarmaqdan imtina etmiş, nəticə etibarı ilə ona təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilərkən təqsirsizlik prezumpsiyası prinsipinə tam əməl olunmuşdur. Daha sonra məhkəmə kollegiyası Məhkum1 CM-n in 240.1-ci maddəsi ilə əsassız bəraət verilməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq yenə də də cinayət işinin materiallarına müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, məhkəmə Məhkum1 barəsində ona qarşı irəli sürülmüş ittiham üzrə hökm çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə iclasında tədqiq оlunmuş sübutlаrlа onun CM-nin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin təsdiq olunmasına, onun əməllərinin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına, Məhkum2 isə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Eyni sübutlara əsaslanaraq Məhkum2 təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilməsi hissəsində brinci instansiya məhkəməsinin hökmü ilə razılaşan apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, Quba Rayon Məhkəməsi Məhkum1 ona istinad edilən cinayət əməllərinin hamısını törətməsi barədə yekun nəticəyə gələrkən Məhkum1 münasibətdə sonuncunun ittiham olunduğu CM-nin 240.1-ci maddəsinə aid təqdim olunan sübutları hərtərəfli tədqiq etməmiş, onlara düzgün hüquqi qiymət verməmiş, nəticə etibarı ilə Məhkum1 CM-nin 240.1-ci maddə ilə təqsirli bilinməsi barədə qənaəti əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə də razılaşır və qeyd edir ki, CM -nin 240.1-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayət əməlinin tərkibini yaradır. Yəni həmin maddə ilə nəzərdə tutulan əməllər o zaman cinayət məsuliyyətinə səbəb olur ki, şəxsin etdiyi hərəkətlər maddənin dispozisiyasında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətini təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmədə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmada ifadə olunsun. Lakin hazırkı iş üzrə Məhkum1 qarşı satış məqsədilə ilə qurudulmuş marixuananı əldə edərək daşıyıb üzərində saxlamasına və həmin növdə narkotik vasitəni satmasına, yəni CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmçinin eyni məqsədlə məlum olmayan tarixdə və mənbədən 1 ədəd üzərində “Royal Tramadol 225 mg" yazılan konvalyutda 05 ədəd həb də olmaqla narkotik vasitə və ya psixotrop maddə olmayan, təsir maddəsinin ümumi miqdarı 1,125 qram güclü təsiredici maddə olan tramadolu da qanunsuz əldə edərək daşıyıb üzərində saxlamasına, yəni CM-nin 240.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətdiyinə görə ittiham irəli sürülsə də, onun bu maddə ilə təqsirli bilinməsi üçün ibtidai araşdırma orqanı məhkəməyə hər hansı mö təbər sübut təqdim etməmiş, məhkəmələr də belə sübutları işə mahiyyəti üzrə baxarkən əldə etməmişlər. Hələ məhkəməyədək icraat zamanı verdiyi ilkin izahatında və şübhəli və təqsirləndirilən şəxs qismində həm bu mərhələdə, həm də məhkəmə iclasında dindirilərkən Məhkum1 ardıcıl olaraq göstərmişdir ki, tramadol həblərini, eləcə də narkotik vasitə olan qurudulmuş marixuananı o, Bakı şəhərində taksi sürücüsü X adlı şəxsdən almış, marixuanadan özü və dostları Təqsirləndirilən şəxs və Məhkum2la birlikdə çəkməklə istifadə etmiş, tramadolu isə yalnız yağışlı havada ayaqlarının ağrıması səbəbindən özü qəbul etmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum1 onun təqsirli bilindiyi ittihamda göstərilən miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxl aması və daşıması və sonradan onun bir hissəsini satması mübahisəsiz sübuta yetirilsə də (kassasiya protestində bu hal mübahisələndirilmir) onun məhz eyni məqsədlə narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatını əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edən hər hansı sübut olması iş materialları ilə müəyyən edilmir və CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinə aid olan hallar, habelə Məhkum1 bu maddə ilə təqsirli bilinməsi, digər tərəfdən kassasiya protestinin də bununla bağlı dəlilləri yalnız ehtimallar üzərində qurulmuşdur. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Məhkum1 ayaqlarında olan ağrıları kəsmək məqsədilə tramadol həblərini alması və istifadə etməsi inandırıcı görünür ona görə ki, yuxarıda göstəri lən xəstənin tibbi kitabçasından çıxarışla təsdiq edilir k, o, həqiqətən hələ 2013-cü ildə ayağının diz nahiyyəsindən ciddi xəsarətlər almış və bununla bağlı da uzun müddət sasionar müalicədə olmuşdur. Göründüyü kimi, Məhkum1 CM-nin 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi barədə həm ibtidai araşdırma zamanı, həm də işə məhkəmələrdə baxılarkən ittihamın bu hissəsinin sübut olunmasında əsaslı şübhələr mövcud olmuş, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamış və apellyasya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq bu hallara qanuna müvafiq qaydada qiymət verilməklə təqsirsizlik prezumpsiyası prinsipinə əsasən bütün şübhələr sonuncunun xeyrinə həll edilərək ona CM-nin 240.1-ci maddəsi ilə bəraət verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 2405 saylı rəyində Məhkum1 yalnız kannaboidlərdən istifadə etməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsinin göstərilməsi də sonuncunun tramadol həblərini məhz satış məqsədilə əldə edərək üzərində saxlamasına və daşımasına dəlalət etməsi barədə kassasiya protestinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, bu ekspertizanın keçirilməsi haqqında qərarda ibtidai araşdırma orqanı tərəfindən ekspertlər qarşısında Məhkum1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə edib-etməməsi, onların istifadəsi nəticəsində onda hər hansı xəstəliyin mövcud olub-olmaması barədə suallar qoyulmamış və ekspertlər də bu məsələləri tədqiq etməyərək həmin məsələlərlə b ağlı rəy verməmişlər. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum1 tramadol həblərini satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması barədə verdiyi, başqa sübutlarla təkzib olunmayan ifadələrini mötəbər sübut kimi qəbul etmiş və həmin ifadələrə əsaslanaraq ona CM-nin 240.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli olması barədə qanuni nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından və kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçıları bu nəticəni təkzib edən mötəbər sübutları məhkəmələrə təqdim etməmiş (kassasiya protestində də belə inandırıcı sübutlara istinad olunmamışdır), məhkəmə iclaslarında isə təhlil edilən məsələ ilə bağlı iş üzrə əl avə, təkrar və ya komisyon ekspertizaların keçirilməsi haqqında təşəbbüslə çıxış etməmişlər. Halbuki, CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bütün təsvir edilənlərə əsaslanaraq, məhkəmə kollegiyası kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğuna görə onun ləğv edilməsi və cinayət işinin yeni apellyasya baxışına təyin olunması mümkün deyil. Belə qən aəti ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinin cinayət işinin materialları ilə birgə müqayisəli şəkildə tədqiq edərək və hə min protestin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum1 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, ona CM-nin 240.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və Məhkum2 CM-nin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar