Məhkəmə qərarları › İş №1(102)-2231/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2231/2025

04.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2231/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X6 iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2024-c ü il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X2 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) 17 iyul 2024-cü il tarixli 1(091)-143/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1979-cu il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, İsmayıllı şəhəri, N.Şalbuzov küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazirda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (do qquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Məhkum barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 1(107)-393/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2024-cü il tarixli qərarından məhkum edilmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində tanışı X3 istəyi ilə aptekdən aldığı “Novokain” adlı dərman və tibbi şprisi götürüb sonuncunun rayon sakinləri Şahid3 və X15 ilə birlikdə əyləşdiyi İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 1, 3 saylı ünvanda yerləşən kafenin 1 nömrəli kabinetinə gəlmiş, qısa müddət sonra rayon sakini X12 da kabinetə gəlmiş, həmin vaxt Fizuli Ağamaliyev ona şprisi düzgün almadığını deyərək gedib başqa şpris almasını tələb etmiş, o, bununla razılaşmadıqda F izuli Ağamaliyev kabinetdə olan digər şəxslərin yanında onu nalayiq ifadələrlə təhqir edib üz nahiyəsindən sillə ilə vuraraq sifətin sol yarısının, sol almacıq nahiyəsinin qançırı kimi sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o, Fizuli Ağamaliyevdən qeyd olunan hərəkətlərinə görə üzr istəməsini tələb etdikdə sonuncu onu nalayiq ifadələrlə təhqir etməyə davam etmiş, bundan sonra o, kabinetdən çıxaraq bir müddət düşündükdən sonra Fizuli Ağamaliyevi qorxudub kabinetdə olan şəxslərin yanında üzr istəməsinə nail olmaq məqsədi ilə bıçaq almaq üçün əvvəlcə “Mustafa” və “Al Market” adlı dükanlara getmiş, orada bıçaq tapmadığı üçün tanışı X1 işlətdiyi, İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən “Dörd yol” adlı kafeyə gedib sonuncudan maşınındakı şlanqı kəsmək adı ilə mətbəx bıçağı alaraq təxminən saat 18:30 radələrində yenidən Fizuli Ağamaliyevin tanışları ilə birlikdə oturduğu kafenin 1 nömrəli kabinetinə qayıtmış, kabinetə daxil olduqda rayon sakinləri Şahid3 ilə Mirzəağa Talıbovun orada olduqlarını, Elnur Rəcəbovun isə getdiyini görmüş və yenidən Fizuli Ağamaliyevdən həmin şəxslərin yanında ondan üzr istəməsini tələb etmiş, sonuncu yenidən onu təhqir etməyə başladıqda o, Fizuli Ağamaliyevdən etdiyi hərəkətlərə görə qisas almaq məqsədi ilə özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, tiyəsinin uzunluğu 110 millimetr, dəstəyinin uzunluğu 130 millimetr təşkil edən, kəsicideşici xassəyə malik, məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçağı sağ əli ilə çıxarıb stolun qarşı tərəfində əyləşmiş vəziyyətdə olan Fizuli Ağamaliyevin sağ bud nahiyəsindən qəsdən bir dəfə zərbə endirməklə sonuncuya sağ bud nahiyəsində bud arteriayasının kəsilməsi ilə müşayət olunan yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarəti yetirmiş və İsmayıllı rayon X9 Hüquqi Şəxsinə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq, sağ bud arteriyasının kəsilməsi ilə xaricə kütləvi qanitirmə, hemotravmatik şok nəticəsində həmin günü saat 19:20-də Fizuli Ağamaliyevin qəsdən sağlamlığına ağır zərər vurmaqla ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində şikayət müəllifi qeyd edir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən həmin qərar əsassız və ədalətsizdir. Belə ki, məhkum şikayətdə qeyd etmişdir ki, onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Onu sadəcə qorxutmaq istəmişdir. Hadisə törəndikdən sonra, o zərərçəkmiş ölüb-ölmədiyini bilmədən öz iradəsi əsasında polisə təslim olmuşdur. Təcili tibbi yardım maşını isə hadisə yerinə çağırıldıqdan təxminən 30-40 dəqiqə sonra gəlmişdir və həmin müddət ərzində də zərərçəkmiş şəxs çox qan itirmişdir. Bundan yanaşı, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən əsasən, zərərçəkmişin ölümünə səbəb səbəb xaricə kütləvi qanitirmə, hemotravmatik şok olmuşdur, yəni, tibbi yardım əməkdaşları vaxtında gəlsə idi, zərərçəkmiş şəxs bu qədər qan itirməyəcəkdi. Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2024-cü tarixli qərarının ləğv edilərək, onun əməlinin CM-in 1 26.3-cü maddəsindən eyni məcəllənin 126.1-ci maddəsinə tövsif olunmasına və bu maddə üzrə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində yüngül cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlill ərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsə lələrinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma istinad edilən cinayətin törədilməsində əməlinin düzgün tövsif edilməməsi və məhkuma ağır cəza təyin edilməsi mübahisə o lunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haq q qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd o lunmasının izahını verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegi yası qeyd edir ki, işə baxan məhkəmələr məhkumun CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmələrin gəldiyi nəticə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 -cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cin ayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif et miş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X13rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsi ndə mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyaları məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum məhkəmələr tərəfindən müəyyən edilən maddə üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Apellyasiya instansiya məhkəmə sində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-ci maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hökmü dəyişdirmədən saxlamış və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi və ya qərarın dəyişdirilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəz asını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum əməlinin tövsifi ilə bağlı istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbə r nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2024-cü tarixli qərarı məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar