Məhkəmə qərarları › İş №1(102)-2245/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2245/2023

14.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2245/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məh kəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.Q.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə) 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum, xx xxxx 1990-cı il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" QSC-nin Aviasiya Təh lükəsizliyi Baş İdarəsi Aviasiya təhlükəsizliyinə baxışın təşkili xidmətində aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum dayısı X11 faktiki sahiblik etdiyi, sonuncuya atasından miras qalmış Qazax rayonu Aslanbəyli kəndindəki baxımsız və boş qalmış fərdi yaşayış evində 23-24 may 2020-ci il tarixlərdə anası X16 tərəfindən cinsi əlaqə zamanı istifadə olunan qoruyucular və içərisində sidik olan butulka aşkar etməsini eşidib həmin evdə ha nsısa şəxslərin əxlaqsızlıqla məşğul olmasını özünə sığışdırmayaraq, bunun kim tərəfindən edilməsini dəqiqləşdirmək məqsədi ilə 11 iyun, 14 iyun və 27 iyun 2020-ci il tarixlərdə Qazax rayonu Aslanbəyli kəndinə getmiş, həmin kənddə yaşayan və dayısı X11ə məxsus evə nəzarət edən anasının əmisi oğlu X12 dizelyanacağı məhsullarının satışı ilə məşğul olduğu dükanın X11in evinə yaxın olduğundan Şahid1la həmin evə kimin girərək əxlaqsızlıqla məşğul olması barədə söhbət edərkən sonuncunun danışığından və hərəkətlərindən məhz X12ın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnmiş, bu zaman aralarında yaranmış mübahisə zamanı Şahid1 onun ünvanına söyməsindən daha da hiddətlənərək qisas almaq niyyətilə qəsdən Şahid1 öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həy ata keçirmək üçün 28 iyun 2020-ci il tarixdə, saat 09 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi Bazara gedərək fərdi sahibkarlıqla məşğul olan X3 işlətdiyi mağazadan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını alıb əynindəki pencəyinin cibinə qoyaraq bazardan çıxıb taksi fəaliyyəti ilə məşğul olan X8 idarə etdiyi VAZ 21074 minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu Aslanbəyli kəndinə getmiş, saat 10 radələrində kəndə çatdıqdan sonra Şahid1 dizel yanacağı məhsullarının satışı ilə məşğul olduğu dükanın qarşısında görərək avtomobildən düşüb qaçaraq Şahid1 yaxınlaşmış və qəsdən öldürmək məqsədilə cibindən çıxardığı bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq 7 dəfə zərbələr vuraraq Şah id1 alnın sol tərəfində boylama istiqamətdə yerləşmiş kənarları hamar 1 ədəd, alnın orta hissəsində boylama istiqamətdə yerləşmiş və qeyd edilən yaraya perpendikulyar köndələn istiqamətdə yerləşmiş 1 ədəd, sol döş qəfəsinin ön səthinin 7-8-ci qabırğaarası nahiyədə köndələn istiqamətdə yerləşmiş 1 ədəd, sağ döş qəfəsinin ön səthinin 6-7-ci qabırğaarası nahiyədə köndələn istiqamətdə yerləşmiş 1 ədəd və qarnın ön divarında göbəkdən aşağı nahiyədə yerləşmiş 1 ədəd daxilə nüfuz etməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətləri, sol epiqastral nahiyədə daxilə nüfuz edərək peritonun zədələnməsi ilə müşayiət olunan 1 ədəd və sol döş qəfəsinin ön səthinin 3-4-cü qabırğaarası nahiyədə istiqaməti öndən arxaya olan köndələn-çəp yer ləşmiş daxilə nüfuz edərək ürəyin zirvəsinin və sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan, ürəyin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətləri yetirərək Şahid1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi E.G.Kərimov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 07 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.Q.Əliyev kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Konstitusiyasına, CM-nin və Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) bir çox normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumlarının bəzi qərarlarına və iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sü butlara istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçisi M.Q.Əliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət işinin materialları məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış, işin hallarına və iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, Məhkum ona istinad edilən əməli törməzdən əvvəl başqa şəxslər tərəfindən vəhşicəsinə döyülmüş, bunun nəticəsində anlaqsız vəziyyətdə olmuş, lakin iş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəylərini vermiş ekspertlər bu hallara düzgün qiymət verməmiş və məhkumun hər hansı psixi xəstəlikdən əzab çəkməməsi barədə səhv nəticəyə gəlmişlər. Bunun da nəticəsində istintaq orqanı tərəfindən Məhkum qarşı əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq bu ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Həmçinin müdafiəçi kassasiya şikayətində bildirmişdir ki, iş üzrə sübutların qiymətləndirilməsi haqqında müstəntiqin 29 noyabr 2020ci il tarixli qərarı da saxta və qərəzli sübutlar üzərində qurulmuş, həmin qərarda hadisə ilə bağlı bütün tarixlər saxtalaşdırılmış, iş üzrə zərurət yaranmasına baxmayaraq, heç kimin telefon anten dairələri araşdırılmamış və obyektiv qiymət verilməmişdir. Məhkum 14 iyun 2020-ci il tarixdə və sonrakı tarixlərdə döyüldüyünə görə özündə olmamış və özünü müdafiə edə bilməmiş, hazırda da o, öz əməllərini dərk etmir və özünü idarə edə bilmir. Hətta başında olan keyimələrdən, xəsarətlərdən ağrılarını da hiss etmir. Lakin bu hallar onda tez-tez baş verməsin ə baxmayaraq, 1 ay müddətində 1 saylı Respublika Psixiatrik Xəstəxanasında və 11 ay müddətində Bakı şəhərində yerləşən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəssisəsində stasionar müalicə olunsa da baş vermiş hadisələri qavraya, dərk edə və xatırlaya bilmir. İşin bu halları da istintaq orqanı və məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamış və nəzərə alınmamışdır. Bundan başqa, müdafiəçi M.Q.Əliyev onu da iddia edir ki, Məhkum təqsirli bilindiyi maddə ilə cəza təyin olunarkən həm yuxarıda təsvir olumuş, həm də cəzanı yüngülləşdirən digər hallar nəzərə alınmamış, bu da onun əsassız olaraq ağır cəzaya məruz qalmasına səbəb olmuşdur. Müdafiəçinin fikrincə, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərar ləğv edilməli və hüquqlarını müdafiə etd iyi şəxs haqqında bəraət hökmü çıxarılmalıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin müəllifi sonda onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçirələcəyi yer və vaxt barədə cinayət prosesinin bütün iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi X9 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş şəxsin hüquqi varisi X9un və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdi r. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi M.Q.Əliyevin həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən Məhkum barəsində ittiham hökmü çıxarılarkən iş üzrə sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada tədqiq edilməmiş, məhkəmələrin qəbul e tdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş və Məhkum barəsindəki cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilərək Məhkum bəraət verilməsi haqqında qərarın qəbul edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrini n tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi M.Q.Əliyevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən, kassasiya instansiya sı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmə sində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onları n dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kass asiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və a pellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I h issəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasını, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövl ət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi his səsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə sə bəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində is ə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-n in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəl lə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəlləni n digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə o lunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslan dıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhk əmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o c ümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tə ləblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və y a) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğu n gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsir i qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müv afiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqa nının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instan siya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun dig ərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiy a instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Məhz buna görə məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış halları deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olu nmuş faktiki halları rəhbər tutacaqdır. Məhkum barəsindəki cinayət işinin öyrənilməsi və həmin iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin sübutlara əsasən müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum dayısı X11in faktiki sahiblik etdiyi, sonuncuya atasından miras qalmış Qazax rayonunun Aslanbəyli kəndindəki baxımsız və boş qalmış fərdi yaşayış evində 23-24 may 2020-ci il tarixlərdə anası X16 tərəfindən cinsi əlaqə zamanı istifadə olunan qoruyucular və içərisində sidik olan butulka aşkar etməsini eşidib həmin evdə hansısa şəxslərin əxlaqsızlıqla məşğul olmasını özünə sığışdırmayaraq, bunun kim tərəfindən edilməsini dəqiqləşdirmək məqsədi ilə 11 iyun, 14 iyun və 27 iyun 2020-ci il tarixlərdə Qazax rayonunun Aslanbəyli kəndinə getmiş, həmin kənddə yaşayan və dayısı X11ə məxsus evə nəzarət edən anasının əmisi oğlu X12un dizel yanacağı məhsullarının satışı ilə məşğul olduğu dükanın X11in evinə yaxın olduğundan Şahid1la həmin evə kimin girərək əxlaqsızlıqla məşğul olması barədə söhbət edərkən sonuncunun danışığından və hərəkətlərindən məhz X12ın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnmiş, bu zaman aralarında yaranmış mübahisə zamanı Şahid1 onun ünvanına söyməsindən daha da hiddətlənərək qisas almaq niyyətilə qəsdən Şahid1 öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün 28 iyun 2020ci il tarixdə, saat 09 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi Bazara gedərək fərdi sahibkarlıqla məşğul olan X3 işlətdiyi mağazadan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını alıb əynindəki pencəyinin cibinə qoyaraq bazardan çıxıb taksi fəaliyyəti ilə məşğul olan X8 idarə etdiyi VAZ 21074 minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonunun Aslanbəyli kəndinə getmiş, saat 10 radələrində kəndə çatdıqdan sonra Şahid1 işlətdiyi dükanın qarşısında görərək avtomobildən düşüb qaçaraq onu yaxınlaşmış və onu qəsdən öldürmək məqsədilə cibindən çıxardığı bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq 7 dəfə zərbələr vuraraq Şahid1 alnın sol tərəfində boylama istiqamətdə yerləşmiş kənarları hamar 1 ədəd, alnın ort a hissəsində boylama istiqamətdə yerləşmiş və qeyd edilən yaraya perpendikulyar köndələn istiqamətdə yerləşmiş 1 ədəd, sol döş qəfəsinin ön səthinin 7-8-ci qabırğaarası nahiyədə köndələn istiqamətdə yerləşmiş 1 ədəd, sağ döş qəfəsinin ön səthinin 6-7-ci qabırğaarası nahiyədə köndələn istiqamətdə yerləşmiş 1 ədəd və qarnın ön divarında göbəkdən aşağı nahiyədə yerləşmiş 1 ədəd daxilə nüfuz etməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətləri, sol epiqastral nahiyədə daxilə nüfuz edərək peritonun zədələnməsi ilə müşayiət olunan 1 ədəd və sol döş qəfəsinin ön səthinin 3-4-cü qabırğaarası nahiyədə istiqaməti öndən arxaya olan köndələn-çəp yerləşmiş daxilə nüfuz edərək ürəyin zirvəsinin və sol mədəciyinin zədələnməsi ilə müşayiə t olunan, ürəyin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin dindirilmələri, zəruri olan ekspert izalar keçirilərək həmin ekspertizaların rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl edilmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən yol verilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı həmçinin “İnsan Hüquqlarının və Ə sas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə gəldiyi nəticə ilə razılaşaraq onun həmin əməlinin CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsi və sonuncunun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır və onun şübhə altına alınması üçün heç bir hal iş materialları ilə müəyyən edilmir. Həm kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, həm də öz qənaətini əsaslandırmaqdan ötrü məhkəmə kollegiyası iş üzrə araşdırılmış bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadə verməkdən imtina etsə də, ibtidai araşdırma zamanı həmin ittiham üzrə dindirilərkən göstərmişdir ki, o, Şəmkir rayonunda yaşayan dayısı X11 faktiki sahiblik etdiyi, sonuncuya babasından miras qalmış Qazax rayonu Aslanbəyli kəndindəki baxımsız və boş qalmış fərdi yaşayış evində 23-24 may 2020-ci il tarixlərdə anası X16 və digər qohumları tərəfindən cinsi əlaqə zamanı istifadə olunan qoruyucular və içərisində sidik olan butulka aşkar etm əsini eşidib həmin evdə hansısa şəxslərin əxlaqsızlıqla məşğul olmasını özünə sığışdırmayaraq, bunun kim tərəfindən edilməsini dəqiqləşdirmək məqsədi ilə 11 iyun və 14 iyun 2020-ci il tarixlərdə heç kimə heç nə demədən həmin kəndə getmiş, kənddə yaşayan və dayısı X11ə məxsus evə nəzarət edən anasının əmisi oğlu X12 dizel-yanacağı məhsullarının satışı ilə məşğul olduğu dükan X11in evinə yaxın olduğundan Şahid1la həmin evə kimin girərək əxlaqsızlıqla məşğul olması barədə söhbət edərkən sonuncunun danışığından və hərəkətlərindən məhz X12ın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnmiş, hər dəfə həmin mövzuda söhbət edərkən aralarında sözlə mübahisə düşmüş, X12 sanki evə girən şəxsi tanımış və sonuncunu qorumağa çalışmışdır. O, da bundan hiddətlənərək X12ı n qeyri-səmimi olduğunu anlamışdır. Hər dəfə kəndə getməsindən anası xəbər tutmuş, bu haqda dayısı X11ə demiş və sonuncu Qazax rayonunun Aslanbəyli kəndində gələrək onu Şəmkir rayonuna aparmış, oradan da o, Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində olarkən özünə rahatlıq tapa bilməmiş və məhz X12ın bu işdə əlinin olduğunu fikirləşmişdir. Ona görə də, 27 iyun tarixdə X12 onların evindən müxtəlif məqsədlərlə istifadə etdiyi üçün konkret olaraq sonuncunu öldürmək qərarına gələrək saat 12 radələrində anası və qardaşına heç nə demədən evdən çıxıb Qazax rayonuna getmişdir. Saat 21 radələrində Aslanbəyli kəndində çatdıqdan sonra o, X12ın dükanına getmişdir. Orada Şahid1, X33 və X36lar onun qabağını kəsərək X12a yaxınlaşmağa imkan verməmişlər. Həmin vaxt üzərində hər hansı bir alət olmamış, X12 isə dükanın içərisində dayanmışdır. O, X12ın dükanına girmək istəsə də, X33la X49 onu Xgilin həyətinə tərəf aparmış, X12 isə arxasınca nalayiq söyüşlər söymüşdür. Həmin vaxtı anası ilə qardaşı məsələdən xəbər tutaraq avtovağzala gedib Qazaxa gəlmək istəmişlər. Təxminən 2 saat ərzində X12 kənd camaatını dükanın qabağına yığmış, lakin o, həmin yerə getməmişdir. Bununla belə, X12ın camaatın içərisində onun ünvanına ağır formada söyüş söydüyünü məsafə yaxın olduğu üçün eşitmişdir. O, əli boş olduğu və camaatın içərisində Şahid1 öldürə bilməyəcəyini dərk etdiyi üçün ona Bundan sonra dayısı X11 oğlu Xla gələrək onu Şəmkir rayonuna aparmış, yolda olarkən X12 bir neçə dəfə dayısına, Anara və ona zəng etmiş, dayısı ilə X X12la danışsa da, o zəngə cavab verməmişdir. 28 iyun 2020-ci il tarixdə səhər saat 06 radələrində dayısı Şəmkir rayonunda dövlət qeydiyyat nişanını xatırlamadığı mikroavtobusla onu Bakı şəhərinə yola salmış, lakin o, təxminən 15 dəqiqə ərzində həmin avtomaşınla Bakı şəhəri istiqamətində getdikdən sonra yolda avtomaşını saxlatdırıb düşmüş və sürücüyə yol pulunu verib Qazax istiqamətində geri qayıtmış, məqsədi isə oraya gedib X12ı öldürmək olmuşdur. Bunun üçün o, Qazax şəhərinin mərkəzi bazarının yanında avtomaşından düşüb bazara girərək sağ oradan dəstəyi tünd qırmızı rəngli açılıb-qatlanan bıçaq almış, bıçağı pencəyinin sağ aşağı cibinə qoymuş və bazardan çıxaraq 50-100 metr qarşıya gedib dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 21074 markalı qırmızı rəngli taksiyə minib Aslanbəyli kəndinə getmişdir. Kəndə çatdıqdan sonra o, X12ın dükanının açıq olduğunu görüb av tomobili saxlatdıraraq düşmüş və X12un işlətdiyi dukana yaxınlaşdmışdır. Həmin vaxtı X12ın dükanının qabağında sonuncudan başqa əvvəllər tanımadığı bir nəfər də dayanmışdır. O, bıçağı pencəyin cibindən çıxaraq sağ əlində tutub X12ın üstünə qaçmış, daha sonra X12ı dükana dirəyib üzbəüz dayanaraq bir neçə dəfə tez-tez ardıcıl olaraq dayanmadan X12a ön tərəfdən bıçaqla zərbələr vurmuş, sonuncu isə belə halın baş verməsini gözləmədiyi üçün ona müqavimət göstərməmiş, onun əlində isə heç bir alət olmamışdır. Bu proses təxminən 20-30 saniyə çəkmişdir. X12ın yanındaki tanımadığı şəxs onun qolundan tutaraq geriyə dartmaq istəyərkən o, sağ əlini həmin şəxsin əlindən çıxarıb yenə də X12a bıçaqla 2-3 dəfə zərbələr vurmuşdur. Həmin vaxtı X12 qışqırmış və səs-küyə İlham, daha sonra isə Şahid1 gəlmişlər. Şahid1 və X33 onu tutaraq geriyə çəkib aralamışlar. Şahid1 həmin vaxt qarşına keçmişdir. Tanımadığı şəxs, Şahid1 və X33 bıçağı onun əlindən almağa çalışmışlar, o isə sonunculardan yayınmağa çalışmışdır. Təxminən 5-7 saniyə keçdikdən sonra X12ın yerə yıxıldığını görüb hərəkətlərini dayandırmış, əlini boşlamış və həmin vaxt kimsə bıçağı əlindən alaraq kənara tullamışdır. Şahid1ə Şahid1 öldüyünü bildirib, polis əməkdaşlarını çağırmasını və təslim olacağını demişdir. Onu aralayan vaxtı əynində olan pencək və tünd göy rəngli qısaqol köynək əynindən çıxaraq yerə düşmüşdür. O, paltarları götürüb maykada üzbəüz olan dayısının evinə getmiş, həyətdə beton olan yerdə oturmuş və pencəklə köynəyi betonun üstünə qoymuşdur. Həmin vaxtı sol əlinin dördüncü barmağının cüzi kəsildiyini görüb əynindəki mayk a cırıldığı üçün çıxararaq bir hissəsi ilə barmağını sarımış, digər hissəsini isə betonun qarşısında yerə tullamışdır. O, istifadəsində olan HUAWEİ markalı mobil telefonda quraşdırılmış ***-***-**-** mobil nömrədən “102” qaynar xəttə zəng etsə də, növbədə 32, daha sonra isə 18-ci olmuş və götürən olmamışdır. Mobil telefonuna qardaşı Fərid, anası X16 tez-tez zəng etdiyi üçün yenidən “102” xidmətinə zəng edə bilməmişdir. Qardaşı və anası ilə danışarkən sonuncuların artıq onun qəsdən adam öldürdüyünü öyrəndiklərini bilmiş və bu barədə onlarla telefonla danışmışdır. Bir az keçməmiş polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Pencək və maykanın parçası həyətdə qalmışdır. Həmçinin Məhkum ifadəsində bildirmişdir ki, əvvəllər onun heç bir psixoloji və ya psixi xəstəliyi olmamış və ümu miyyətlə də hər hansı xəstəxanada qeydiyyata alınmamışdır. Əvvəllər üzərində bıçaq və ya digər kəsici-deşici alət gəzdirməmiş, cinayətin törədilməsində istifadə etdiyi bıçağı isə hadisə günü Qazax şəhər Mərkəzi bazarından məhz X12ı öldürmək üçün almışdır. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum X30 qardaşı olmuşdur. 28 iyun 2020-ci il tarixdə saat 09 radələrində həyətdə evin təsərrüfat işlərini görmüş, X12 isə həmişəki kimi dükanı açaraq orada olmuşdur. Həyətdə işləyən vaxtı X12 ona “Şahid1, Şahid1, gəldi” demiş və anidən dükanın yanından səs-küy gəlmişdir. Həyətdən çıxıb dükana tərəf dönəndə İlhamın Məhkum arxadan tutaraq qucaqladığını, həmkəndlisi Şahid2nin bir az kənarda dayandığını və əlinin qanadığını, dükana baxdıqd a isə X12ı yerdə uzanıqlı vəziyyətdə kürəyi üstə olduğunu, qan axdığını və yerin qan olduğunu görmüşdür. Qardaşı X12dan heç bir səs gəlməmiş və hərəkət etməmişdir. X12ın əynində mavi qısaqol köynək və tünd rəngli şalvar olmuş və paltarlar qana bulaşmışdır. Məhkum X33ın əlindən çıxmağa çalışdığını görüb o, da sonuncuya yaxınlaşaraq qabaq tərəfdən Məhkumu qolundan tutmuşdur. Həmin vaxt Məhkum əllərindən çıxmağa çalışmışdır. Onlar Məhkumu tutaraq həyətlərinin hasarının kənarına tərəf dartmış, sonuncu əlini boşlamış və bıçaq Məhkumun əlindən onların bağına düşmüşdür. Həmin vaxt Məhkumun əynində olan pencək və qısaqol köynəyi yerə düşdüyü üçün sonuncu ağ rəngli maykada qalmışdır. Daha sonra Məhkum paltarlarını götürüb dayısının evinə getmişdir. O, X12a yaxınlaşıb yerdən qaldırsa da, qardaşından səs gəlməmiş və sonuncu artıq ölmüşdür. O, qışqıraraq maşın çağırmış, həmin vaxt X33ın oğlu X49 özünə məxsus “VAZ 21074” markalı avtomobillə gəlmiş, o, Şahid2, X33 və X49la köməkləşib qardaşını X49ın avtomobilinə arxa oturacağa qoymuşlar. X33la X49 qardaşı ilə birlikdə, o, isə öz avtomobili ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə getmişlər. Xəstəxanaya çatanda həkimlər qardaşının artıq öldüyünü bildirmişlər. İfadəsinə əlavə olaraq Şahid1 göstərmişdir ki, Məhkum dayısının evində əxlaqsızlıqla məşğul olanın Şahid1 olduğunu hesab edib sonuncunu qəsdən öldürmüşdür. Lakin o, Şahid1 X11ə məxsus evə yüngül həyat tərzi sürən qadınları aparmasını görməmiş, X11ə məxsus evə kiminsə girərək əxlaqsızlıqla məşğul olması barədə heç bir məlumatı olmamışdır. Şahid1 ifadələrinə uyğun ifadələri həmçinin Şah id2, X33, zərər çəkmiş şəxsin hüquqi varisi X26, şahidlər X18, X27 və X19 da vermişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Qazax RPŞ-nin PPXB-nin komandir müavini X ifadəsində Məhkum hər hansı bir əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmadığını, sonuncunun məhz özünün hadisə yerində qalaraq polis əməkdaşlarını gözlədiyini və onlar çatdıqdan sonra törətdiyi cinayət əməlini etiraf edərək təslim olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Qazax RPŞ-nin 10 iyul 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 28 iyun 2020-ci il tarixdə baş vermiş hadisəyə qədər X30 oğlu və Məhkum üzərində bıçaq gəzdirməmiş, onların arasında heç bir münaqişə və ya dava-d alaş baş verməmiş, 27 iyun 2020-ci il tarixdə axşam saatlarında X30 ilə Məhkum arasında birincinin Qazax rayonu Aslanbəyli kəndində işlətdiyi dükanın qarşısında baş vermiş mübahisə vaxtı onların yanında həmin kənd sakinləri X33 və sonuncunun oğlu X31 olmuş, bu mübahisədən sonra Məhkum dayısı X11ə məxsus evin qarşısında sürətlə hərəkət edərək manevr edən nəqliyyat vasitəsi olmamış, Aslanbəyli kəndində yerləşən X20 məxsus evdə son bir il ərzində 28 iyun 2020-ci il tarixədək yaşayış olmamış, həmin evə əxlaqsızlıq məqsədləri ilə hər hansı şəxsin girməsi müəyyən edilməmiş, Məhkum sərnişini olduğu Bakı şəhər istiqamətində hərəkət edən “Sprinter” markalı nəqliyyat vasitəsinin sürücüsü Şəmkir rayon sakini X olmuş, 28 iyun 2020-ci il tarixdə Məhkum Qazax rayonunun Mərkəzi bazarından bıçağı X2 bazar a girəndə sağ tərəfdən 6-cı sıradakı dükandan almış, sonra taksi fəaliyyəti ilə məşğul olan Qazax rayonu Kosalar kənd sakini X13 məxsus qırmızı rəngli “VAZ 21074” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib Aslanbəyli kəndinə getmiş, kənddə X12 işlətdiyi dükanın qarşısında sonuncuya bıçaqla xəsarət yetirərkən yanında həmkəndliləri Şahid2 olmuş və dava gedişində hadisə yerinə Şahid1 qardaşı Şahid1 və X33 gəlmişlər. Müdafiəçi M.Q.Əliyevin kassasiya şikayətinin Məhkum hadisədən əvvəl baş-boyun nahiyyəsindən vurularaq onda psixi pozuntunun yaranması, bu halın istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı düzgün araşdırılmaması barədə dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizas ının 17 noyabr 2020-ci il tarixli T 307/2020 nömrəli rəyindən görünür ki, vətəndaş Məhkum 28 iyun 2020-ci il tarixdə ekspert tərəfindən müayinə edilərkən sol əlin İV barmağının ovuc səthində səthi kəsilmiş yara, sağ körpücükaltı nahiyədə 2 ədəd, boyun nahiyəsində solda sıyrıq müəyyən edilmişdir. Qeyd edilən xəsarətlərdən kəsilmiş yara iti uclu və ya kənarlı alətin təsirindən, digər xəsarətlər isə küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti 28 iyun 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlər məhkumun tibbi kartasında bir daha öz təsdiqini tapmışdır. Vətəndaş Məhkum adına tərtib edilmiş tibbi sənədlərdə onun başının 14 sentyabr 2020-ci il tarixli kranial MR tomoqrafik müayinəsi zamanı təpə nahiyəsind ə solda yumşaq toxumada çapıq, sümükdə isə xətti formalı sınığı xatırladan sklerotik fokal qalınlaşma izlənilməsi göstərilmişdir. Ekspert-radioloqun verdiyi rəydə 14 sentyabr 2020-ci il tarixli MRT, MR angioqrafiyada sol təpə nahiyəsində dəri, dərialtı piy toxuması və aponevrozda qeyd edilən qalınlaşma sahəsi, həmin nahiyədə təpə sümüyündə konsolidasiya olunmuş sklerozlaşmış sahənin xarakterik dəyşiklikləri və morfogenezi onun yaranma müddətinin müayinədən bir neçə il əvvələ uyğun gəlməsini göstərir. Qeyd edilən patoloji dəyişiklik haqqında ilkin tibbi sənəd olmadığından onun yaranma səbəbi, yetirilmə aləti və sağlamlığa zərərvurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqdim edilmiş tibbi sənədlərdə Məhkum baş və boyun nahiyəsində damarlarda hər-hansı dəyişiklik olması q eyd edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsində işə baxılarkən hazırlıq iclası zamanı təqsirləndirilən şəxs Məhkum hadisədən əvvəl öldürdüyü şəxs tərəfindən başına armaturla vurularaq xəsarət yetirildiyini, hadisəyə qədər müalicədə olmadığını, ibtidai istintaq dövründə 2 dəfə MRT müayinəsindən keçdiyini, hazırda da başında ağrıların olduğunu, özünü narahat hiss etdiyini bildirərək yenidən müayinədən keçməsinə köməklik edilməsi üçün vəsatət vermiş, onun həmin vəsatəti təmin edilərək yenidən seçdiyi tibb müəssisəsində müayinə olunması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərilməsi təmin edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 15 mart 2021-ci il tarixli 255 nöm rəli məktubda göstərilənlərdən müəyyən edilmişdir ki, Məhkum anasının müraciəti əsasında o “Baku Medical Plaza” klinikasında baş beyinin MRT müayinəsindən keçirilmiş, fəqərələrdə sınıq və dislokasiya təyin edilməmiş, stasionar müalicə zərurəti olmadığı üçün Məhkum ambulator məsləhətlər verilərək 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Bundan başqa məhkəmə istintaqı dövründə Məhkum müdafiəçisinin vəsatəti əsasında sonuncu barəsində keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 93 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Məhkum hal-hazırda «NEVRASTENİYA» (psixi və davranış pozuntularının beynəlxaq təsnifatının 10-cu baxı şında kodu F 48.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (nevroloq tərəfindən aparılan müayinə zamanı kəskin astenonevrotik hal qeyd olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində əsəbi olaraq tez qıcıqlanması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyrifəal şəkildə qoşulması, zəif və monoton səslə danışması, emosional cəhətdən bir qədər dəyişkən olması, tez qıcıqlanması, söhbət edərkən tez yorulması və s.) sübut edir. Hal-hazırkı stasionar məhkəmə-psixatrik ekspertizası zamanı aparılmış instrumental funk sional müayinələrdə ciddi nevrololi patologiya aşkarlanmaması, yoxlanılan şəxs şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində düşüncəsinin pozulmaması, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanılması, zahiri görünüşünə görə səliqəli olması, suallara yubanmadan və məzmunlu cavab verməyə başlaması, onları mahiyyətinə uyğun şəkildə və əsasən qənaətbəxş səviyyədə cavablandırması, kifayət qədər anlaşıqlı ifadələr işlətməsi, təfəkkürünün adi tempdə, ardıcıl və məntiqli olması, nitqində ardıcıllıq, mülahizə və mühakimələrində məntiqlilik müşahidə edilməsi, aparılan sorğu-sual gedişatında qavrama yanlı şlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri şəklində kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməməsi, mnestikkoqnitiv funksiyalarında ümumən götürüldükdə kobud pozuntu nəzərə çarpmaması, anamnestik, məlumatları kifayət qədər ardıcıllıqla xronoloji qaydada və həqiqətə uyğun şəkildə çatdırması, intellektual səviyyəsi, bilik ehtiyatı, təsəvvür zənginliyi və təcrübi imkanlarının xronoloji yaşına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməsi hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı kifayət qədər aydın tənqidi münasibət bəsləməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməsi, öz gələcək aqibətinə diqqətlə yanaşması hal-hazırda onun psixi vəziyyətinin qənaətbəxş səviyyədə olduğunu va məcburi müalicə tədbiri görülməsini tələb etmədiyini göstərir. Rəyin məhkəmə-psixololi ekspertizası üzrə motivləşdirici hissəsində göstərilmişdir ki, aparılmış eksperimental psixololi müayinə gedişində Məhkum əqli-intellektual imkanlarının normaya uyğun oludğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə məlumat vermək qabiliyyətinin saxlanıldığı, konfliktə meylli şəxs olduğu müəyyən edilir. Təfəkkürünün analizetmə, ümumiləşdirmə, tənqidetmə kimi keyfiyyətləri normaya uyğundur. Emosional sferasında qeyri-sabitlik müşahidə edilir. Məhkum fərdi psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, hövsələsizİk, inadkarlıq, neqativ amillərin təsirinə qarşı dözümsüzlük aşkar edilir. Kompleks stasionar məhkəmə-psixiatrik və psixololi ekspertizası rəyini vermi ş ekspertlər cinayət işinin materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestk məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışlar: yoxlanılan şəxs Məhkum hal-hazırda ”Nevrasteniya” kimi pozuntu aşkarlanır; “nevrasteniya” məcburi müalicə tədbirlərinin görülməsini tələb etməyən bir patologiyadır belə pozuntu aşkarlansa da, həmin pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir; müayinə olunan şəxs isə anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində deyildir. Məhkum idrak proseslər inin tədqiqi zamanı hər hansı normadan kənar hallar aşkar edilmədiyindən belə qənaətə gəlinir ki, o, hal-hazırda gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir, hazırkı vəziyyətdə məhkəmə prosesinin gedişini dərk edir, məhkəmə prosesində iştirak edə bilər və məhkəmə iclasında ifadə vermək iqtidarındadır. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 08 avqust 2021-ci il tarixli 434/185 saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəst əliyi keçirməmiş, o, hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir, ona istinad olunan olunan cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur, o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır, baş vermiş hadisələri düzgün qavramaq və düzgün təsvir etmək imkanına malikdir, onda anlaqlığı istisna etməyən də psixi pozuntu vəziyyəti aşkar edilmir. Məhkum aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyilli lik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, cinayət əməlini törədərkən əsəbi psixiemosional halda olmuş və onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər, müayinə olunan şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (belə hal keçirməmişdir). Göründüyü kimi, təsvir edilmiş ekspertiza rəyləri ilə Məhkum hadisədən əvvəl kiminsə dərəfindən vəhşicəsinə döyülməsi, bunun nəticəsində onda hər hansı psixi pozuntunun olması araşdırılmış sübutların heç biri ilə təsdiq olunmamış, ekspertizaların aparılması zamanı isə ekspertlərə təsir və t əzyiqin göstərilməsi, onların hər hansı səbəblərdən yalan rəylər vermələri müəyyən edilməmiş, rəylər isə kifayət qədər elmi əsaslandırılmışdır. Bundan başqa, müdafiəçi kassasiya şikayətində telefon məlumatlarının əldə edilməməsini və araşdırılmamasını iddia etsə də onun bu dəlili də iş üzrə toplanmış və araşdırılmış sübutlarla təkzib edilir. Belə ki, iş materiallarında olan 30 iyun 2020-ci il tarixli “təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Məhkum X12 istifadəsində olan +99***-***-**-** mobil nömrəni “Binamus” adı ilə yaddaşa salmış; gələn-çıxan zənglərə baxdıqda xx.xx.2020-ci il tarixdə saat 22.39-da Şahid1 Məhkum zəng etmiş; xx.xx.2020-ci il tarixdə saat 09.07-də Məhkum Şahid1 zəng etmiş; həmin günü saat 09.08də Şahid1 Məhkum zəng gəlm iş, saat 09.09-da isə Məhkum yenidən Şahid1 zəng etmiş və heç bir zəng cavablandırılmamışdır. xx.xx.2020-ci il tarixdə Məhkum saat 10.11-də istifadəsində olan +99***-***-**-** mobil nömrədən “102” qaynar xətt xidmətinə zəng etmiş və danışıq 59 saniyə çəkmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan gələn-çıxan zənglərin siyahısına baxdıqda Məhkum Şahid1 cəmi iki gün, yəni 27 və 28 iyun 2020-ci il tarixdə zəng etdiyi müəyyən olunmuşdur. Mobil telefonda quraşdırılmış “Whatsapp” sosial şəbəkə proqramında: 1) Məhkum anası X16 ilə xx.xx.2020-ci il tarixə aid söhbətinə baxdıqda müəyyən edilmişdir ki, X16 həmin günü saat 09.34-də Məhkum “ay Məhkum, ay Məhkum qurana and olsun başı aşağı olassan, burda mən özümü öldürəcəm başı aşağı olassan, camaatın içində biabır olasan, dur, bülleteni də açan yoxdur a vurulmuş, geri gəl, geri gəl, geri gəl, geri gəl. Sənin işin, gücün, özün, ağlın, anan, anan var, anana belə mi baxasıydın? Küçələrdə qaldıq oğlan, gəl” məzmunlu səs yazısını göndərmişdir. Saat 09.35-də X16 Məhkum “bu dəqiqə taksi tutub gəlirəm, qurana and olsun mən də gələcəm, gəlirəm bir o kəndə, sən görüm nə istəyirsən bu millətdən, vallah əllərimlə mən polisə verəcəm səni, imamlara and olsun, tutularsan arxanca getmərəm, belə gəl, belə gəl, belə, belə. Özüm əllərimlə tutacam səni, gəl a bala, gör Allahı yadına sal, ma cavab ver tez elə” məzmunlu səs yazısı göndərmişdir. Saat 09.50-də isə X16 Məhkum “Məhkum telefonu aç” məzmunlu səs yazısı göndərmişdir. 2) xx.xx.2020ci il tarixdə saat 09.06-da Məhkum xalası Xa “Whatsapp” sosial şəbəkə proqramında “yoldayam, çatanda deyəcəm” mesaj göndərmiş, həmin günü saat 09.06-da X Məhkum “hara catmısan, narahatam de” yazsa da, sonuncu cavab olaraq “Kurdemir” məzmunlu mesajı xalasına göndərmişdir. 3) xx.xx.2020-ci il tarixdə saat 23.46-da X qardaşı Məhkum “şefersiz, alçax, o xaraba bizim deyil, evin yiyesi var dayı ve oğlu, sen haranın şerefsizisen sene görə yollarda qalmalıyıq, sene görə evdekilər qan qusmalıdı, evindekiler iyne dermana pul tapmır, anan ölür ay biqeyret, xestedi, gel anavı yoxlat, şikestin üstüne gedib kişi olmusan....” məzmunlu mesaj, saat 23.47-də X qardaşına “men borcum pulunuda sene verdim, seni qan qus, sene göre menide küçelere salasan, soxum senin ağzıva” məzmunlu mesaj, saat 23.54-də isə X yenə də qardaşına “şerefsiz qardaş” sözləri yazmışdır. Mobil telefonun “Galeri” bələdçi alt proqramına daxil olduqda orada kriminal ailəmə aid kəlamlar yazılmış fotoşəkillər müşahidə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 30 oktyabr 2020-ci il tarixli “informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş +99***-***-**** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gələn-çıxan zənglərin siyahısına və mobil nömrənin antena dairəsinə baxdıqda, Məhkum 10-12 iyun 2020-ci il tarixlərdə, 14 və 27 iyun 2020-ci il tarixlərdə Qazax rayonu Aslanbəyli kəndində olduğu, 28 iyun 2020-ci il tarixdə isə saat 09.43-də Qazax rayonu Aslanbəyli kəndinə gəldiyi, həmin günü saat 10.11-də “102” zəng xidmətinə zəng edərək 60 saniyə danışdığı və danı şan zaman sonuncunun mobil nömrəsinin antenna dairəsinin Qazax rayonu Aslanbəyli kəndi ərazisində olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarından, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr ibtidai araşdırma orqanı kimi belə nəticəyə gəlmişlər ki, Məhkum X12 qisas almaq məqsədi ilə qəsdən həyatdan məhrum etmiş, yəni CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş və bu nəticə təsvir olunanlardan başqa digər sübutlarla tam təsdiq edilir (həmin sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə, həmçinin bir qismi apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir olunaraq onlaraq qiymət verildiyindən məhkəmə kollegiyası həmin sübutların hamısının hazırki qərarında təsvirinə ehtiyac görmür). Məhkəmə kolle giyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi M.Q.Əliyevin kassasiya şikayətində göstərdikləri dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində müdafiəçi M.Q.Əliyev Məhkum təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanı qanuni və ədalətli hesab edərək həmin cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, mü dafiəçi M.Q.Əliyevin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə onun özünün, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, müdafiəçi M.Q.Əliyevin kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. A L D I: Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarı müdafiəçi M.Q.Əliyevin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar