Məhkəmə qərarları › İş №1(102)-2248/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2248/2025

30.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2248/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-380/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hənifəli Elman Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx xx-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin X lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 2. 16 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 25 aprel 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Mə hkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 80336 nömrəli əmri ilə "xxxx" QSCnin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsinə təyin edilərək həmin tarixdən göstərilən vəzifədə işləyərkən, həmin sahə rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli maşinistin vəzifə təlimatına, o cümlədən Azərbaycan Dəmir Yolu “Lokomotiv” İstehsalat Birliyinin yol rəisinin xx.xx.1999-cu i l tarixli 388-H nömrəli əmri ilə təsdiq edilmiş “Lokomotiv briqadalarının vəzifə təlimatına” əsasən lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinə qarşı tələbkarlıq göstərmək, qatarı sürərkən və manevr yerdəyişmələri zamanı texniki istismar qaydalarını, təlimatları, əmrləri və göstərişləri yerinə yetirmək, rejim xəritələrini əldə rəhbər tutmaqla hərəkət cədvəlini təmin etməklə qatarların səmərəli rejimlə idarə olunmasına riayət etmək, hərəkət təhlükəsizliyini təmin etmək, qatarların hərəkətinin və manevr iş planının yerinə yetirilməsini təmin etmək, yanacağa, elektrik enerjisinə qənaət etmək, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlamaq, marşrutun v ə digər hesabat sənədlərinin düzgün doldurulmasını təmin etmək funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, ezam olunduğu Ucar-Hacıqabul-Ucar və Ucar-YevlaxUcar istiqamətləri üzrə 2022-ci ilin iyun ayından 2023-cü ilin fevral ayınadək olan dövrdə, lokomotivlərin hərəkətinin təmin edilməsi üçün "xxxx" QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talamaq məqsədi ilə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan ma rşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində müxtəlif şəxslərə satılıb gəlir əldə edilməsi məqsədilə cinayətkar niyyətə uyğun olaraq marşrutun açılması görüntüsü yaratmaq üçün, 09 iyun 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək müddətdə Ucar, Yevlax və Hacıqabul rayonu ərazilərində istintaqla müəyyən edilməmiş yerdə tamah niyyətlə bilə-bilə yalan məlumatları, yəni xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022- ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 21 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəl i, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 07 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli, 18 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 23 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, xx.xx.2023-cü il tarixli 16 nömrəli, xx.xx.2023-cü il tarixli 22 nömrəli, cəmi 47 ədəd marşrut vərəqələrində həmin tarixlər üçün qatarların hərəkət qrafikində nəzərdə tutulmamış marşrutlara dair qeydləri diyircəkli qələmlə müvafiq marşrut vərəqələrinə yazıb, marşrut vərəqələrin də “maşinist” qrafalarında imzalar icra edərək, həmçinin 09 iyun 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək olan müddətdə həmin yerdə xx.xx.2022-ci il tarixli 193 nömrəli tələbnaməyə əsasən 4620 kq dizel, xx.xx.2022-ci il tarixli 200 nömrəli tələbnaməyə əsasən 4200 kq dizel, xx.xx.2022-ci il tarixli 212 nömrəli tələbnaməyə əsasən 4215 kq dizel, xx.xx.2022- ci il tarixli 218 nömrəli tələbnaməyə əsasən 4215 kq dizel, xx.xx.2022-ci il tarixli 223 nömrəli tələbnaməyə əsasən 4636 kq dizel, xx.xx.2022-ci il tarixli 229 nömrəli tələbnaməyə əsasən 4185 kq dizel, xx.xx.2022-ci il tarixli 287 nömrəli tələbnaməyə əsasən 4220 kq dizel, xx.xx.2022-ci il tarixli 297 nömrəli tələbnaməyə əsasən 3802 kq dizel və 16 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 314 nömrəli tələbnaməyə əsasən 3380 kq diz el və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 315 nömrəli tələbnaməyə əsasən 4225 kq dizel və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 316 nömrəli tələbnaməyə əsasən 3356 kq dizel və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 317 nömrəli tələbnaməyə əsasən 3775 kq dizel və 16 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 331 nömrəli tələbnaməyə əsasən 2517 kq dizel və 15 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 446 nömrəli tələbnaməyə əsasən 3408 kq dizel və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 455 nömrəli tələbnaməyə əsasən 4260 kq dizel, xx.xx.2022-ci il tarixli 468 nömrəli tələbnaməyə əsasən 4260 kq dizel, xx.xx.2022-ci il tarixli 518 nömrəli tələbnaməyə əsasən 3838 kq dizel, xx.xx.2022-ci il tarixli 529 nömrəli tələbnaməyə əsasən 4285 kq dizel, xx.xx.2022-ci il tarixli 559 nömrəli tələbnaməyə əsasən 4300 kq dizel və 18 kq dizel yağı, xx.xx.2023-cü il tarixli 694 nömrəli tələbnaməyə əsasən 4290 kq dizel və 18 kq dizel yağı, xx.xx.2023-cü il tarixli 715 nömrəli tələbnaməyə əsasən 4260 kq dizel və 18 kq dizel yağı, xx.xx.2023-cü il tarixli 728 tələbnaməyə əsasən 3424 kq dizel və 15 kq dizel yağının, cəmi 22 ədəd tələbnamələrə əsasən dizel və dizel yağının, cəmi 87671 kq çəkidə dizel və 188 kq çəkidə dizel yağının Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürülməsinin zəruri olması barədə qeydləri diyircəkli qələmlə müvafiq tələbnamələrə yazıb, tələbnamələrdə isə “aldı” qrafalarında imzalar icra edib, həmin marşrut vərəqələri və tələbnamələrə, yəni rəsmi sənədlərə möhür əkslərinin vurulmasını təmin edərək bilə-bilə müvafiq rəsmi sənədlər əsasında müvafiq çəkid ə dizel və dizel yağını Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürdükdən sonra müvafiq marşrut vərəqələrinə saxta marşrutlar əlavə etməklə qeyd olunan marşrut vərəqələri və tələbnamələr əsasında, yəni xx.xx.2022-ci il tarixli 09 nömrəli marşrut vərəqəsi üzrə 399 kq dizel 339,15 manat və 11,97 kq dizel yağı 19,35 manat, xx.xx.2022-ci il tarixli 13 nömrəli marşrut vərəqəsi üzrə 425 kq dizel 361,25 manat və 12,75 kq dizel yağı 20,61 manat, xx.xx.2022-ci il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 193 nömrəli tələbnaməyə əsasən 1573 kq dizel 1337,05 manat və 47,19 kq dizel yağı 76,29 manat, xx.xx.2022-ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 200 nömrəli tələbnaməyə əsasən 415 kq dizel 352,75 manat və 12,45 kq dizel yağı 20,13 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 212 nömrəli tələbnaməyə əsasən 1487 kq dizel 1263,95 manat və 44,61 kq dizel yağı 72,12 manat, xx.xx.2022-ci il tarixli 01 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 218 nömrəli tələbnaməyə əsasən 257 kq dizel 218,45 manat və 7,71 dizel yağı 12,46 manat, xx.xx.2022-ci il tarixli 06 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 223 nömrəli tələbnaməyə əsasən 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 211 kq dizel 179,35 manat və 6,33 kq dizel yağı 10,23 manat, xx.xx.2022-ci il tarixli 15 nömrəli marşrut vərəqəsi üzrə 403 kq dizel 342,55 manat və 12,09 kq dizel yağı 19,54 manat, xx.xx.2022-ci il tarixli 12 nömrəli marşrut vərəqəsi üzrə 319 kq dizel 271,15 manat və 9,57 kq dizel yağı 15,47 manat, xx.xx.2022- ci il tarixli 13 nömrəli marşrut vərəqəsi üzrə 259 kq dizel 220,15 manat və 7,77 dizel yağı 12,56 manat, xx.xx.2022ci il tarixli 15 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 229 nömrəli tələbnaməyə əsasən 1565 kq dizel 1330,25 manat və 46,95 kq dizel yağı 75,90 manat, xx.xx.2022-ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə 397 kq dizel 337,45 manat və 11,91 kq dizel yağı 19,25 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə 574 kq dizel 487,90 manat və 17,22 kq dizel yağı 27,84 manat, xx.xx.2022-ci il tarixli 24 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 287 nömrəli tələbnaməyə əsasən 1134 kq dizel 963,90 manat və 34,02 kq dizel yağı 55 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 256 kq dizel 217,60 manat və 7,68 kq dizel yağı 12,42 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 420 kq dizel 357 manat və 12,60 kq dizel yağı 20,37 manat, xx.xx.2022-ci il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə 249 kq dizel 211,65 manat və 7,47 kq dizel yağı 12,08 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 310 kq dizel 263,50 manat və 9,30 kq dizel yağı 15,03 manat, xx.xx.2022-ci il tarixli 11 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 297 nömrəli tələbnaməyə əsasən 919 kq dizel 781,15 manat və 27,57 kq dizel yağı 44,57 manat, xx.xx.2022-ci il tarixli 12 nömrəli marşrut vərəqəsi üzrə 392 kq dizel 333,20 manat və 11,76 kq dizel yağı 19,01 manat, xx.xx.2022-ci il tarixli 13 n ömrəli marşrut vərəqəsi üzrə 1059 kq dizel 900,15 manat və 31,77 kq dizel yağı 51,36 manat, xx.xx.2022-ci il tarixli 14 nömrəli marşrut vərəqəsi üzrə 355 kq dizel 301,75 manat və 10,65 kq dizel yağı 17,22 manat,xx.xx.2022-ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022ci il tarixli 315 nömrəli tələbnaməyə əsasən 433 kq dizel 368,05 manat və 12,99 kq dizel yağı 21 manat, xx.xx.2022-ci il tarixli 20 nömrəli marşrut üzrə eyni tarixli 316 nömrəli tələbnaməyə əsasən 406 kq dizel 345,10 manat və 12,18 kq dizel yağı 19,69 manat, xx.xx.2022-ci il tarixli 21 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 317 nömrəli tələbnaməyə əsasən 253 kq dizel 215,05 manat və 7,59 kq dizel yağı 12,27 manat, xx.xx.2022-ci il tarixli 26 nömrəli marşrut vərəqəsi üzrə 282 kq dizel 239,70 manat və 8,46 kq dizel yağı 13,68 manat, xx.xx.2022- ci il tarixli 28 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 331 nömrəli tələbnaməyə əsasən 400 kq dizel 340 manat və 12 kq dizel yağı 19,40 manat, xx.xx.2022-ci il tarixli 18 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 446 nömrəli tələbnaməyə əsasən 307 kq dizel 259,11 manat və 9,21 kq dizel yağı 14,89 manat, xx.xx.2022-ci il tarixli 23 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 455 nömrəli tələbnaməyə əsasən 1081 kq dizel 912,36 manat və 32,43 kq dizel yağı 52,43 manat, xx.xx.2022-ci il tarixli 26 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 468 nömrəli tələbnaməyə əsasən 1387 kq dizel 1170,63 manat və 41,61 kq dizel yağı 67,27 manat, xx.xx.2022-ci il tarixli 01 nömrəli marşrut vərəqəsi üzrə 445 kq di zel 375,58 manat və 13,35 kq dizel yağı 21,58 manat, xx.xx.2022-ci il tarixli 07 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 518 nömrəli tələbnaməyə əsasən 421 kq dizel 355,32 manat və 12,63 kq dizel yağı 20,42 manat, xx.xx.2022-ci il tarixli 11 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 529 nömrəli tələbnaməyə əsasən 1210 kq dizel 1021,24 manat və 36,30 kq dizel yağı 58,68 manat, xx.xx.2022-ci il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə 304 kq dizel 256,58 manat və 9,12 kq dizel yağı 14,74 manat, xx.xx.2022-ci il tarixli 09 nömrəli marşrut vərəqəsi üzrə 1098 kq dizel 926,71 manat və 32,94 kq dizel yağı 52,35 manat, xx.xx.2022-ci il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 559 nömrəli tələbnaməyə əsasən 630 kq dizel 531,72 manat və 18,9 kq di zel yağı 30,55 manat, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqəsi üzrə 426 kq dizel 359,54 manat və 12,78 kq dizel yağı 20,66 manat, xx.xx.2022-ci il tarixli 18 nömrəli marşrut vərəqəsi üzrə 550 kq dizel 464,20 manat və 16,50 kq dizel yağı 26,67 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə 1153 kq dizel 973,13 manat və 34,59 kq dizel yağı 55,92 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 1160 kq dizel 979,04 manat və 34,80 kq dizel yağı 56,26 manat, xx.xx.2022-ci il tarixli 30 nömrəli marşrut vərəqəsi üzrə 1149 kq dizel 969,76 manat və 34,47 kq dizel yağı 55,72 manat, xx.xx.2023-cü il tarixli 23 nömrəli marşrut vərəqəsi üzrə 762 kq dizel 643,13 manat və 22,86 kq dizel yağı 36,96 manat, xx.xx.2023-cü il tarixli 03 nömrəli marşrut vərəqəsi üz rə 393 kq dizel 331,69 manat və 11,79 kq dizel yağı 32,75 manat, xx.xx.2023-cü il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli 694 nömrəli tələbnaməyə əsasən 263 kq dizel 221,97 manat və 7,89 kq dizel yağı 21,91 manat, xx.xx.2023-cü il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli 715 nömrəli tələbnaməyə əsasən 949 kq dizel 800,96 manat və 28,47 kq dizel yağı 79,07 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli 728 tələbnaməyə əsasən Ucar şəhəri, N.Nərimanov küçəsində yerləşən Ucar təminat məntəqəsindən 961 kq dizel 811,08 manat və 28,83 kq dizel yağının 80,07 manat olmaqla, cəmi 25.462,25 manat dəyərində 30059 kq çəkidə dizel yanacağı və 1546,26 manat dəyərində 901,77 kq çəkidə dizel yağını yalan məlumatlar daxil etməklə tərtib etdiyi saxta marşrut vərəqələri və tələbnamələr əsasında "xxxx" QSC-nin Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürərək, Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəxslərə sataraq əldə etdiyi 27.008,51 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, ona etibar edilmiş cəmi 27.008,51 manat pul vəsaitini vahid niyyətlə mənimsəməklə, habelə eyni niyyətlə tərtib etdiyi müvafiq saxta marşrut vərəqələri əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə özünə və cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçiləri – Şahid4, Şahid2, Şahid3, X4 əmək haqqı məbləğləri hesablamaqla, bilə-bilə yalan məlumatlar daxil edib tərtib etdiyi xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci i l tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 21 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 07 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 23 nömrəli, x x.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, xx.xx.2023-cü il tarixli 16 nömrəli, xx.xx.2023-cü il tarixli 22 nömrəli, cəmi 47 ədəd marşrut vərəqələrini özü tərəfindən imzalandıqdan sonra, vəzifə saxtakarlığı yolu ilə hazırlanmış həmin rəsmi sənədləri "xxxx" ASC-nin Nərimanov filialına göndərilməklə icraya yönəldib, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə özünə və müvafiq sənədlərdə adları qeyd edilmiş şəxslərin, cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçiləri – Şahid4, Şahid2 Şahid3 və X1 adına ümumilikdə 2.147,36 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin Nərimanov filialında açılmış əmək haqqı kartı hesablarına köçürüldükdən sonra, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şahid2 tərəfindən qeyd edilmiş bankın Salyan şəhəri, H.Əliyev küçəsi 103 ünvanda yerləşən bankomatından göstərilən əmək haqqı kartı vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla ona etibar edilmiş cəmi 2.147,36 manat pul vəsaitini vahid niyyətlə israf etməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 27.008,51 manatını mənimsəməklə və 2.147,36 manatını israf etməklə öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" QSC məxsus olmaqla ona etibar edilmiş, cəmi 29.155,87 (iyirmi doqquz min yüz əlli beş manat səksən yeddi qəpik) manat pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətlə rəsmi sənədlərin məzmununa biləbilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir.

5. Salyan Rayon Məhkəməsinin 1(057)-2/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqan larında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə on beş faiz tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günü islah işlərinin iki gününə hesablanaraq 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə əlavə vəzifələrin qoyulması, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin ittihamdan xaric edilməsi, mülki iddianın qismən təmin edilərək 15155.87 manat vurulmuş ziyanın və 135.46 manat dövlət rüsumunun Məhkum tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Hənifəli Elman Tahir oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü ma ddələri ilə cinayət məsuliyyətindən azad olunması, Azərbaycan Respublikası CMnin 313-cü maddəsi ilə olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməsi, mülki iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müdafiə tərəfinin vəsatətləri təmin edilsə də, zərərçəkmiş təşkilat tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən “TU-152” qeydiyyat uçot kitabı bilərəkdən məhkəməyə təqdim edilməmişdir. Təmin edilmiş vəsatətə cavab olaraq təqdim edilmiş sənəddə bildirilmişdir: “xx.xx.2024-cü il tarixli 1(057)-80/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 1(057)-80/2024 nömrəli sorğularınızda qeyd edilən jurnalların hansı dövr üçün tələb edildiyi göstərilmədiyindən məsələ işçi qaydada dəqiqləşdirilmişdir. Verilən məlumat əs asında tələb edilən 2022 və 2023-cü illər ərzində tərtib edilmiş T33A0299 nömrəli lokomotivin “TU-152” qeydiyyat uçot kitabı lokomotiv maşinistləri tərəfindən tərtib olunur və həmin jurnalların bitməsindən sonra saxlanılmasına dair tələb olmadığından, onların arxivləşdirilməsi həyata keçirilmir.” Məlumatın təqdim edilməməsi ittiham aktında göstərilən halların sübut olunmadığını göstərir. Belə ki, ittihamda qeyd edilir ki, marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağ təminat məntəqəsindən götürülərək Ucar, Yevlax və Hacıqabul rayonları ərazisində müxtəlif şəxslərə satılmaqla gəlir əldə edilmişdir. Lakin məhkəmə iclasında dindirilən Məhkum suallara cavab olaraq bildirmişdir ki, 12 saatlıq iş vaxtından sonra teplovozun çənində qalan yanacaq növbəti maşinistə təhvil verilmiş və bu barədə akt tərtib olunmuşdur. O, əmək haqqının azlığı və idarə etdiyi teplovozun texniki nasazlığı səbəbindən yanacaq sərfiyyatının artdığını, bu səbəbdən də lokomotivlər üzrə saxta marşrut vərəqələri tərtib edərək həmin sənədlər əsasında əlavə əmək haqqı aldıqlarını göstərmiş, lakin yanacaq satmadığını bildirmişdir. Bundan başqa, Məhkum əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Onun ailənin yeganə gəlir gətirən üzvü olması, ittiham olunduğu maddə üzrə özünü qismən (əmək haqqı ilə bağlı hissədə) təqsirli bilməsi, əməlindən səmimi peşmançılıq keçirməsi, dəymiş zərəri tam ödəməsi və əvvəllər məhkum edilməməsi halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır.

8. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün təqsirləndirilən şəxs Məhkum təklif etdiyi həd də əsas və əlavə cəzalar təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-380/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 1(057)2/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilmiş və həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilmiş, hökmdən Azərbaycan Respublikası CM-nin 313, 66.2 və 66.4-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum üzərində qəti olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmi ş 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, hökmün apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Hənifəli Elman Tahir oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçi onları olduğu kimi təkrarlamaqla, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-380 /2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qan uniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansi ya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Kassasiya şikayətində sübutların Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi iddia edilməklə, kassasia xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-380/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

19. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Nax çıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

20. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).

21. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

22. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin sözügedə n məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

24. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə tə krar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-380/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Hənifəli Elman Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-380/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı kassasiya şikayə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar