Məhkəmə qərarları › İş №1(102)-2249/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2249/2025

14.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2249/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli 1(106)-31/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (hakim Muradağa Qasımov ) 22 may 2024-cü il tarixli 1(049)-26/2024 nömrəli hökmü ilə xx xxx 1984-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Xanbulan kəndində qeydiyyatda olmaqla, faktiki olaraq yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddət inə islah işləri cəzasına məhkum edilmişdir. Cəzasını iş yeri üzrə çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmışdır. Hökmlə həmçinin X5 və X10 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan sahibkarlıq fəaliyyətini həyata keçirib xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Belə ki, o, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və “Lisenziyalar və icazələr haqqında” 15 mart 2016-cı il tarixli Azərbay can Respublikası Qanununun 3.4-cü maddəsinin, “Banklar haqqında” 16 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər” tələblərini tamah, yəni daha çox qanunsuz gəlir əldə etmək məqsədilə qəsdən pozaraq belə razılıq (lisenziya) almadan müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxs - yəni bankın funksiyalarını icra etməklə həmin xidməti qarşılığında köçürüləcək pul vəsaitlərinin müəyyən faizinin xidmət haqqı kimi qəbul edilməsini və bu üsulla gəlir əldə etmək məqsədilə tanışları X5, X10, barəsin də cinayət təqibinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi əsası ilə xitam verilmiş X11 və istintaqla şəxsiyyətləri dəqiq müəyyən edilməyən qeyriləri ilə 2022ci ilin yanvar ayında telefon vasitəsilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişlər. Aralarında razılığa gəldikləri ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına və əksinə istiqamətdə pul vəsaiti göndərmək istəyən ayrı-ayrı müştəri qismində cəlb etdiyi şəxslərə özünün və qrup üzvlərinin Azərbaycan Respublikası ərazisində təhvil aldığı istənilən məbləğdə pul vəsaitini köçürüləcək 1.000 rus rublu məbləğindən hər birinə 30 qəpik xidmət haqqı tutulmaqla Rusiya Federasiyasında qabaqcadan əlbir olduğu X5 və şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri, Azərbaycan Respublikasında isə özü və qabaqcadan əlbir olduğu X11 və X10 vasitəsilə qısa müddətdə istənilən şəxsə təhvil verə biləcəyini vəd etmişlər. Daha sonra Lənkəran rayonu ərazisində müxtəlif yerlərdə 2022-ci ilin yanvar ayından 22 avqust 2022-ci il tarixədək Müşfiq Bağırova və əlbir olduğu qrup üzvlərinə müraciət edən ayrı-ayrı müştərilərdən qeyd edilən şərtlərlə təhvil aldığı müxtəlif məbləğlərdə pul vəsaiti ilə bağlı Rusiya Federasiyası Moskva şəhərində yaşayan cinayətkar qrupun üzvü X6 Müşfiq Bağırovun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon üzərindən qeydiyyatdan keçirdiyi “Whatsaap” mobil telefon tətbiqi vasitəsilə məlumat verib onun vasitəsilə həmin ölkənin ərazisində Azərbaycan Respublikasına pul göndərən müştərilərdən yığılmış pullar hesabına f ormalaşmış büdcədən qəbul etməli olan şəxslərə təhvil verilməsini həyata keçirib, o cümlədən X7, X12 və istintaqla müəyyənləşdirilməmiş qeyrilərindən müxtəlif məbləğlərdə pul vəsaitlərini və xidmət haqqını şəxsən özü və cinayətkar qrupun üzvləri Müşfiq Bağırov, Aqşin Abdullayev, Rövşən Xəlilov vasitəsilə Lənkəran rayonu Xolmili kəndində və istintaqla müəyyən edilməmiş digər ünvanlarda müştərilərdən qəbul edib, ümumilikdə, 2022-ci ilin yanvar ayından həmin ilin avqust ayının 22-dək olan müddət ərzində 166.475.775 rus rublu, həmin dövrün rəsmi məzənnəsi ilə 4.758.606,01 manat məbləğində pul vəsaitini yuxarıda qeyd edilən ərazidə şəxsən özü, qrup üzvləri və Rusiya Federasiyasının Moskva şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri tə rəfindən qəbul olunduqdan sonra telefon və “Whatsaap” mobil telefon tətbiqi vasitəsilə əlaqə saxlayıb pul köçürən şəxslərin sifarişi ilə pulu qəbul edən şəxs barədə məlumatları ötürməklə və həmin üsulla pul vəsaitlərinin çatdırılmasını təmin etməklə xidmət haqqı qismində həmin şəxslərdən qəbul etdiyi xeyli miqdarda - cəmi 150.858,39 manat məbləğində pul vəsaitini qanunsuz fəaliyyəti nəticəsində gəlir qismində əldə etməklə həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Aqşin Abdullayev, Müşfiq Bağırov, Rövşən Xəlilov və qeyriləri ilə aralarında bölərək, qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Yaşar Həşimov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Habil Bəhmənov) 12 mart 2025-ci il tarixli, 1(106)-31/2025 nömrəli qərarı ilə Lən kəran Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(049)-26/2024 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 192.1-ci maddəsi üzrə CPM-in 39.1.3-cü maddəsində göstərilən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən CPM-in 44.2.1-ci maddəsinə əsasən ona CM-in 192.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(049)-26/2024 nömrəli hökmündən cəza təyininə aid müddəalar xaric edilmiş, iş üzrə məhkəmə xərci 327 manat təqsirləndirlən şəxslər Məhkum və digər şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-cü il tarixli 1(106)-31/2025 nömrəli qərarını ləğv edərək Məhkum bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ona elan edilmiş ittihamda göstərilmiş cinayət əməlini törətməmişdir, məhz bu səbəbdən də verilmiş ittiham əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, Məhkum istər ibtidai istintaq zamanı, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində vermiş olduğu ifadələrində ona elan edilmiş ittihamın mahiyyəti üzrə bildirmişdir ki, onun Rusiya Federasiyasına Müşfiq Bağırovun vasitəsilə pul göndərməsində niyyəti yalnız kənd təsərrüfatı texnikası gətirmək olmuşdur. O, ifadələrində həmçinin bildirmişdir ki, bank funksiyasını icra etməmiş, Rusiya Federasiyasına köçürüləcək pul vəsaitlərinin müəyyən faizini xidmət haqqı kimi almaq, hər hansı bir gəlir əldə etmək məqsəd və niyyəti olmamış və gəlir əldə etməmişdir. Məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in tələbləri kobud şəkildə pozaraq, Məhkum qarşı irəli sürülmüş ittihamın əsas məzmununu təşkil edən işə əlavə edilmiş 246 ədəd qəbz məhkəmədə bilavasitə tədqiq edilməmiş, həmin qəbzlər üzrə Məhkum ifadəsi alınmamış, qəbzlərin kimə məxsus olması aydınlaşdırılmamışdır. Apellyasiya məhkəməsinə bu barədə verilmiş vəsatətlər təmin edilməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. X19 Məhkumla qohumluq əlaqələrindən istifadə edərək, etibardan sui-istifadə edib aldatma yolu ilə Məhkum, Rövşən Xəlilovun, Aqşin Abdullayevin və Sadir Xəlilovun külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirmişdir. Bu fakt üzrə müdafiə tərəfi olaraq istər ibtidai istintaq zamanı, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində vəsatətlər qaldırıb araşdırma aparılmasını xahiş etmiş olsa da, həmin fakt yoxlanıb araşdırılmamış və hüquqi qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz ittiham irəli sürülmüşdür. İş materiallarında pulun köçürülməsi və dövr edilməsi ilə bağlı hər hansı rəsmi hüquqi sənəd, eləcədə mühasibatlıq sənədi olmadığı halda özləri tərəfindən kəşf edilmiş ehtimallar əsasında mütəxəssis tərəfindən heç bir mənbəyi və mötəbərliyi olmayan xəyalı qurulmuş hallara əsaslanıb Məhkum xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən 4 ay ərzində guya faktiki olaraq bank funksiyalarını qanunsuz yerinə yetirərək ölkə ərazisindən RF-na və əksinə istiqamətdə qanunsuz pul köçürülməsini həyata keçirməklə əldə etdiyi gəlirin aylar üzrə ayrılıqda olmaqla ümumi məbləği 49.067,39 manat olması qənaətinə gəlinmişdir. Bildirir ki, bu hesablama tam qanunsuz və əsassızdır, çünki bunun heç bir hüquqi əsası yoxdur. Bu barədə yuxarıda şərh etdiyim kimi Məhkum RF-na qazanc əldə etmək üçün pul köçürməmiş, həmin pulları kənd təsərrüfatı texnikası almaq üçün Müşfiq Bağırov vasitəsi ilə RF-na göndərmişdir. O, bütün ifadələrində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İstintaq orqanı isə əsassız və qanunsuz olaraq işi birtərəfli aparmış, mötəbər bir əsası olmadan CPM-in tələblərini pozaraq, Məhkum qarşı əsassız ittiham irəli sürmüşdür. Məhkəmə də həmin mövqe yi qəbul edərək özünü istintaqın gəldiyi nəticə ilə bağlı olduğunu göstərməklə AR CPM-in tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsirsiz olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum ona elan edilmiş ittiham üzrə ö zünü təqsirli bilməmişdir. Kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı cinayət işi üzrə nəzərdə tutulan cinayət əməli Məhkum tərəfindən törədilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusi yasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, digər məhkumlar X5, X2, şahidlər X8, X14, X9, X13, X12, X3 ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis və ekspertiza rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları düzgün və doğru kimi qəbul edilmiş Məhkum və digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi etiraf ifadələri, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sü butlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçini n kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə əlaqədar analoji dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yo xdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində ci nayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli 1(106)-31/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2025-ci il tarixli 1(106)-31/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar