Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2253/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlunun, zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-276/2024 nömr əli, 03 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx xxxx-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər "xxxx" ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsində, daha sonra “X8” MMC-də anbardar vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, nömrəsiz evdə yaşamışdır. 2. 30 iyun 2022-ci i l tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 11 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum "xxxx" ASC-nin idarə heyəti sədrinin 7 may 2018-ci il tarixli, 169f-k nömrəli əmri ilə "xxxx" ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 7 yanvar 2021-ci il tarixədək qeyd edilən vəzifədə işləyə rkən onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına əsasən, bankın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun həyata keçirmək, ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək, ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün Bankın nizamnaməsinin tələblərini, reqlamentini və Mərkəzi Bankın normativ xarakt erli aktlarında nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək, bankın daxili qaydalarına əsasən, İdarə Heyətinin qəbul etdiyi xidmət bölməsinin mütəxəssislərinin kassa əməliyyatları üzrə hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində əməliyyat planlarını yerinə yetirmək, əməliyyat gününün əvvəllində xidmət bölməsinin 1-ci xəzinə inzibatçısından müvafiq məxaric əməliyyatlarını icra etmək üçün avans şəklində müəyyən məbləğdə vəsait almaq, əməliyyat gününün sonunda avans şəklində alınmış vəsaitin qalığını və digər mədaxil olunan məbləği xidmət bölməsinin 1-ci xəzinə inzibatçısına müvafiq qaydada təhvil vermək, müştərilərin müraciətlərinə əsasən kommunal, büdcə və digər xırda ödənişləri həyata keçirmək, ödəniş terminallarını inkassasiya etmək, təyin edilmiş valyuta məzənnəsinə uyğun olaraq xarici valyutaların mübadiləsini həyata keçirmək, filial üzrə sifariş verilmiş plastik kartları müvafiq şəxslərdən qəbul etmək, müştərilərin müraciətlərinə əsasən pos terminal vasitəsilə nağd vəsaitlərin kassadan məxaric edilməsini həyata keçirmək, müştərilərin müraciətlərinə əsasən onların hesablarına nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını bank əməliyyat sistemində təsdiq etmək, gündəlik fəaliyyəti ilə əlaqədar hazırlamış olduğu bütün sənədləri qovluğa yerləşdirərək müvafiq qaydada arxivləşdirilməsini həyata keçirmək və qovluqların struktur bölmədə təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək, birbaşa rəhbəri, İH sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın əsasnaməsi və fəaliyyətin ə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək, əmək müqaviləsi, filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək və əmək müqaviləsi, bankın nizamnaməsi, idarəetmə orqanlarının və/və ya filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni birbaşa tabeçiliyində işlədiyi filial müdirinin yanında nüfuz əldə etmək məqsədilə "xxxx" ASC-nin Xəzər filialın müdiri vəzifəsində işləyən X2 göstərişi əsasında 16 apr el 2020-ci il tarixdə Şahid4 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 16 aprel 2020-ci il tarixli ATKE1867090A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 20000 manat, 12 avqust 2020-ci il tarixdə Şahid1 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 12 avqust 2020-ci il tarixli ATKE2501531A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 40000 manat, 18 noyabr 2020-ci il tarixdə Şahid2 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 18 noyabr 2020-ci il tarixli GTKR3243166A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 15000 manat olmaqla, ümumilikdə 75000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin İdarə Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin fil ial və şöbələrində nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması proseduru”na əsasən nağd pulun məxarici pul çekinə və kassa məxaric orderinə əsasən həyata keçirilməli olduğu və həmin sənədlərdə adı göstərilən şəxsə verilməli olduğu halda qeyd olunan tələbləri qəsdən pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin pul vəsaitini kredit müqavilələrinin rəsmiləşdirildiyi müvafiq tarixlərdə ünvan 3 ünvanında yerləşən filialın kassasından məxaric edərək adına kredit müqaviləsi bağlanması rəsmiləşdirilmiş şəxslərə deyil, filial müdiri xun sərəncamına verməsi nəticəsində sonuncu tərəfindən həmin pul vəsaiti şəxsi ehtiyaclarına sərf edilməklə, "xxxx" ASC-nin maliyyə ehtiyatlarının qorunub saxlanılması, maliyyə vəsaitlərindən bankın fəali yyət istiqamətlərinə uyğun, rentabellilik gözlənilməklə istifadə olunması, bununla əlaqədar bankdaxili prosedurlara əməl olunmaqla tabelilik münasibətlərində şəxsi maraqlara uyğun davranışa yol verilməməsi ilə əlaqədar fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-384/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqda n məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Yusubov Orxan Hümbət oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, Məhkum bəraət verilməsini xahiş etmişlər.
7. Hökmdən zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-435/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti təmin edilmiş, hökmün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi, Məhkum törətdiyi və Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə məhkum olunduğu əməlin eyni Məcəllənin 308.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, mülki iddianın təmin edilməsi, 75.000 (yetmiş beş min) manat maddi ziyan və ödənilmiş 315,47 (üç yüz on beş, qırx yeddi) manat dövlət rüsumu olmaqla cəmi 75.315,47 (yetmiş beş min üç yüz on beş, qırx yeddi) manat məbləğin Məhkum "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu kassasiya şikayəti verib, qərarın ləğv edilməsi və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, habelə mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Həmin qərardan zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 da apellyasiya şikayəti verib, qərarın dəyişdirilməsi, Məhkum daha ağır cəzanın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1862/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-435/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-276/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum və onun müdafi əçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-384/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 03 noyabr 2022-ci il tarixdən həbsdə olmaqla azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi nəzərə alınmaqla onun cəzasını çəkmiş hesab edilməsi, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, mülki iddianın rədd olunması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin hökmündən dövlət ittihamçısı Bayramova El fanə Elman qızı kassasiya protesti, zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti, məhkumun müdafiəçisi Yusubov Orxan Hümbət oğlu kassasiya şikayəti vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
14. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmə məhkumun əməlini səhlənkarlıq olaraq tövsif etsə də, cinayət işinin materiallarından görünür ki, Məhkum xun göstərişi əsasında 16 aprel 2020-ci il tarixdə Şahid4 adına xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 16 aprel 2020-ci il tarixli ATKE1867090A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 20000 manat, 12 avqust 2020-ci il tarixdə Şahid1 adına xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 12 avqust 2020-ci il tarixli ATKE250153 1A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 40000 manat, 18 noyabr 2020-ci il tarixdə Şahid2 adına xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 18 noyabr 2020-ci il tarixli GTKR3243166A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 15000 manat olmaqla, ümumilikdə 75000 manat məbləğində pul vəsaitini sənədlərdə adı göstərilən şəxsə verilməli olduğu halda qeyd olunan tələbləri qəsdən pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin pul vəsaitini kredit müqaviləsi bağlanması rəsmiləşdirilmiş şəxslərə deyil, filial müdiri xun sərəncamına vermişdir. Müqavilələrin bağlanması tarixlərinə diqqət yetirdikə görünür ki, qeyd olunan müqavilərin bağlanma tarixləri və pulların filial müdirinin sərancamına verilməsi 2020-c i ilin aprel, avqust, noyabr aylarını əhatə edir. Səhlənkarlıq cinayəti subyektiv cəhətdən ehtiyatsızlıqdan törədilmiş cinayətdir, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti isə subyektiv cəhətdən qəsdən törədilən cinayətdir. Məhkəmə məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinə tövsif edərkən işin obyekiv hallarını nəzərə almamışdır. Belə ki, təqsirləndirilən şəxs ilkin olaraq 16 aprel 2020ci il tarixdə Şahid4 adına bağlanmış saxta kredit müqaviləsini təsdiq edərək 20000 manat vəsaiti kassadan götürərək filial müdirinə təqdim etmişdir. Növbəti eyni cinayətkar əməlini 2020-ci ilin avqust ayında əvvəlki əməlindən 3 ay keçdikdən sonra törətmişdir. Məhkum öz ifadələrində törətmiş olduğu əməldə qismən özünü təqsirkar hesab edərək dəfələrlə kassa məxaric orderlərini xdan tələb etdiyini, lakin sonuncunun həmin sənədləri ona vermədiyini bildirmişdir. Əgər Məhkum ilk dəfə xdan kassa məxaric orderlərini tələb etdiyi zaman əldə edə bilməmişdirsə, hansı səbəbdən 3 aydan sonra eyni cinayətkar əməllərini təkrarlamış, daha sonra noyabr avında da 3-cü dəfə yenidən eyni əməllərə yol vermişdir. Aradakı zaman fərqinə və törədilmiş eyni əməllərin təkrarına diqqət yetirildikdə heç də məhkumun bu əməlləri ehtiyatsızlıqdan törətməsi qənaətinə gəlmək mümkün deyildir. Bu halda məhkəmənin hansı əsaslarla məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 314.2ci maddəyə tövsif etməsi anlaşılan və qəbul edilən deyildir. Kassasiya protestində bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 aprel 2012-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında bildirilən hüquqi mövqeyə istinad edilərək bildirilmişdir ki, məhkəmə məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə tövsif edərkən eləcə də məhkumun vəziyyətini ağırlaşdırmışdır. Faktiki olaraq məhkəmə məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə tövsif etməklə onun vəziyyətini ağırlaşdırmaqla müvafiq qanunun tələblərinə riayət etməmişdir. Məhkumun apellyasiya şikayəti Məhkum bəraət verilməsi ilə bağlı olmuş, məhkəmə onun əməlini Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə deyil, 314.1ci maddəsinə tövsif etməli idi. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 1(103)-276/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli hökmünün ləğv olunması, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Zərərçəkmiş (mülki iddiaçı) "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin məhkumun əməlinə qiymət verilərkən onun ittiham olunduğu maddə üzrə tövsifin dəyişdirilməsi və əmələ Azərbaycan Respublikası CMnin 314.2-ci maddəsi ilə qiymət verilməsi barədə qərarı əsassızdır. Kredit müqavilələri üzrə nağd pul vəsaitlərinin kassadan verilməsi və ya borcalanın əvvəlki krediti üzrə mədaxil edilərək borcun yeni vəsait hesabına bağlanmasının kassada icra olunması birbaşa Məhkum qanuni səlahiyyətlərindən irəli gəlmişdir. Həmçinin törədilmiş əməllər nəticəsində b anka 75000 manat məbləğində ziyan vurulması məlumdur. Bu halın mühüm zərər hesab olunması işin mübahisəsiz halıdır. xun qeyd olunan vəsaiti mənimsəmə niyyətindən Məhkum məlumatının olmaması mümkünsüzdür. Bu şəxslər əməlləri 3 il ərzində 21 dəfə törətmişlər. Məhkum ifadəsində bildirmişdir ki, o, x tərəfindən kassa sənədinin müştəriyə imzalatdırıldıqdan sonra qaytarılacağına inanmışdır. Lakin ona artıq məlum idi ki, 3 ildir bu sənədlər ona qaytarılmır və müştərilər filiallara yaxınlaşmırlar. Məhkəmə onun əməlinə səhlənkarlıq kimi qiymət verərək əməlin ehtiyatsızlıqdan (cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq) törətdiyini qeyd etmişdir. Hesab edir ki, 3 il ərzində bu əməllərin dəfələrlə törədilməsi ehtiyatsızlıqdan deyil, qəsdlə baş vermişdir. Çünki Məhkum nəticəni - sənədlərin müştərilər tərəfindən imzalanmayacağı və vəsaitlərin onlara verilməyəcəyini, əksinə x tərəfindən mənimsəniləcəyini görmüş və bunların baş verməsinə şüurlu şəkildə yol vermişdir. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikası CM-nin maddəsini təhrif edərək “üçüncü şəxslər” ifadəsini “yaxınları” sözü ilə dəyişmişdir. Məhkum tərəfindən törədilmiş əməl nəticəsində xun (üçüncü şəxs) faydalandığı məlumdur. Bununla yanaşı Məhkum əməlin hansı səbəb, məqsədlə törədilməsi soruşulduqda müdirinin göstərişi olduğunu, icra etməsə, işdən çıxarılma ehtimalı güman etdiyini bildirmişdir. Hətta hesab olunsa ki, Məhkum həmin əməli törətməsinin motivini məhz onun qeyd etdikləri təşkil edir, bu zaman da nəzərə alınmalıdır ki, o, bu formada qeyri-maddi xarakterli mənfəət (işdə qalma) əldə edərək müdir i ilə birbaşa cinayət barədə sövdələşmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-276/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli hökmünün ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkumun müdafiəçisi Yusubov Orxan Hümbət oğlu kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 308 və 314-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin yaranmasına ciddi şübhələr olduğundan həmin şübhələr məhkum edilmiş şəxsin xeyrinə təfsir edilməlidir. İşin faktiki hallarından və hüquqi əsaslardan görünür ki, Məhkum özü üçün hər hansı üstünlüyün yaradılması halı və məqsədi müəyyən edilməmişdir. O, digər əməkdaşlar kimi yalnız xun icrası məcburi olan gö stərişlərini yerinə yetirmiş, hər hansı nüfuz əldə etməmiş, xüsusi və özəl imtiyazlara sahib olmamışdır. Məhkum müdiri olan xun göstərişlərini yerinə yetirərkən sonuncunun əsl niyyətləri və məqsədləri, o cümlədən vətəndaşların adından saxta imza etdiyi və yekunda müvafiq pul vəsaitlərini mənimsədiyi barədə bixəbər olmuşdur. O, heç bir səhlənkarlığa yol verməmiş, digər işçilər kimi icrası üçün məcburi olan göstərişləri yerinə yetirmişdir. Yəni Məhkum öz xidməti öhdəliklərinin icrasına öz sərbəst və müstəqil iradə ifadəsi olaraq xüsusilə vicdansız və ya laqeyd münasibət göstərməmiş, öz xidməti vəzifəsinə daxil olan, o cümlədən də müdirin göstərişlərinə tabe olmaq barədə vəzifəsini yerinə yetirmiş, ona görə də məhz icrası üçün məcburi olan mərhum müdirin göstərişlərinin icrası nəticəsində l azımi qaydada yerinə yetirməməsi baş verməsinə görə Məhkum deyil, direktor x və ona bu səlahiyyətləri həvalə edən zərərçəkmiş hüquqi şəxsin yuxarı vəzifəli şəxsləri cavabdehdirlər. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)276/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, hökümün məhkumun və onun müdafiəçisinin verdiyi apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə bəraət verilməklə barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətlərinə və kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya inst ansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
19. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
20. Qanunvericiliy in bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
22. Dövlət ittihamçısının kassasiya protestində və zərərçəkmiş hüquqi şəxsin verdiyi kassasiya şikayətində məhkumun törətdiyi cinayət əməlinin tövsifi və verilmiş mülki iddianın həlli məsələsi mübahisələndirmiş, bu kassasiya müraciətləri üzrə xahişlər faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
23. Müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığı iddia edilmiş, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olun muş hallarla əlaqələndirilmişdir.
24. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-276/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
25. Belə ki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
26. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcu d olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət ə məli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
28. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmadığına dair müdafiəçisinin kassas iya şikayətinin dəlillərini və əməlin tövsifinin mübahisələndirilməsi hissəsində zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini tam, əməlin tövsifinin mübahisələndirilməsi üzrə dövlət ittihamçısının kassasiya protestinin dəlillərini isə qismən əsassız hesab edir.
29. Belə ki, hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və məhkumun müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl baxılmış, həmin kassasiya müraciətləri üzrə qəbul etdiyi qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxan məhkəmələr Məhkum işlədiyi təşkilatın müdiri xun göstərişinə əs asən kassas məxaric orderlərini və yazılmış kreditlər üzrə pul vəsaitlərini yalnız kredit müqavilələri bankın əməliyyat bazasına işləndikdən sonra xa verərkən bu əməli həqiqətən də qəsdən və ya öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq verməsi aydınlaşdırılmamış, bu məsələ ümumiyyətlə müzakirə edilməyərək onunla bağlı yekun məhkəmə aktlarında da heç bir təhlil aparılmamışdır.
30. Kassasiya instansiyası məhkəməsinin əvvəlki məhkəmə kollegiyası qəbul etdiyi qərarında mülki iddia ilə bağlı qeyd etmişdir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum xla istər qabaqcadan əlbir olaraq, istərsə də başqa qisimdə (köməkçi, təhrikçi və ya təşkilatçı qismində) 75.000 manat məbləğində pul vəsaitinin mənimsənilməsində iştirak etməsi, yaxud özünün bu məbləğin hər hansı hissəsini mənimsəməsi, digə r tərəfdən isə onun törətdiyi əməllə əlaqədar Azərbaycan Respublikası CPM-nin 181.3-cü maddəsində sadalanan halların baş verməsi müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsi də qeyd olunan məbləğdə ziyanın xun törətdiyi əməl nəticəsində vurulması ilə razılaşaraq bu hallar üzrə heç bir araşdırma aparmamış və mövcud olmayan əsasla Məhkum qarşı verilmiş mülki iddianın təmin edilməsi haqda əsaslandırılmamış qərar qəbul etmişdir.
31. Göstərilənlərə əsasən Ali Məhkəmənin baxılan iş üzrə qəbul etdiyi əvvəlki qərarında araşdırılmış sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulan qaydada qiymətləndirilmədiyi əsası ilə məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilmiş və iş yeni apellyasiya baxışına təyin etmişdir.
32. Yeni apellyasiya baxışı nın nəticəsi olaraq qəbul edilən və hazırda mübahisəsi aparılan hökmündə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında artıq bildirdiyi hüquqi mövqeyinə əsaslanmaqla hesab etmişdir ki, Məhkum məhz tabeçilik münasibətlərində olduğu filial müdiri xun qanunsuz göstərişlərinə əsasən ittihamda göstərilən əməllərə yol vermiş və sonuncunun Bankın əmlakını mənimsəmək niyyətində olmasından xəbərsiz olmuş, Məhkum istinad edilən məhz vəzifə səlahiyyətlərindən suiistifadə cinayəti nəticəsində vurulmuş, yəni təqsirin qəsd formasından irəli gələn mühüm ziyanın nədə ifadə olunması göstərilməyərək yalnız mücərrəd şəkildə qeyd olunmuş, ittiham olunmuş əməli törədərkən bankın əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsi və belə qaza ncın onun tərəfindən əldə olunması, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olması, qeyri-əmlak xarakterli mənfəət əldə etmək, yaxud da hər hansı güzəşt və ya imtiyaz əldə etmək məqsədi izləməsi müəyyən olunmamış, məhkumun təqsirli bilindiyi ittihamda da bu kimi halların olması öz əksini tapmamışdır. Göstərilənləri nəzərə alaraq, Məhkum ittiham üzrə əməllərinin ağır nəticələrə gətirib çıxaran səhlankarlıq kimi, yəni Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir.
33. Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsində səhlənkarlığa, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquql arına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
34. Həmin Məcəllənin 314.2-ci maddsinə görə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
35. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakı zəruri əlamətləri özündə əks etdirir: - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması; ictima i təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxan vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qa ydada dərk etməməsi, öz xidməti və-zifələrinə “barmaqarası” baxması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi və s. başa düşülə bilər.
36. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmək üçün vəzifəli şəxsin üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Şərh edilən cinayət tərkibinin obyektiv cəhətinin daha bir zəruri əlaməti ictimai təhlükəli nəticənin - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasının mövcud olmasıdır. Burada nəzərdə tutulmuş mühüm zərərin məzmunu CM-in 308-ci maddəsindəki analoji anlayışın məzmunu ilə eynidir.
37. Səhlənkarlıq subyektiv cəhətdən ehtiyatsızlıqla törədilir. Təqsirkar öz xidməti vəzifəsini yerinə yetirməməklə və ya lazımi qaydada yerinə yetirməməklə fiziki və ya hüquqi şəxslərin hüquq və qanuni mənafelərinə, dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticələri qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onlann qarşısını alacağını güman edir (cinayətkarcasına özünə güvənmə) və ya lazımi diqqət və ehtiyatlılıq göstərərək yuxarıda qeyd olu-nan nəticələrin baş verə biləcəyi imkanını qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunu görmür (cin ayətkarcasına etinasızlıq). Cinayət Məcəlləsinin 314.2-ci maddəsində səhlənkarlığın ağırlaşdırıcı tərkib əlaməti - eyni əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması nəzərdə tutulmuşdur. Burada digər ağır nəticələr dedikdə, bir neçə şəxsin sağlamlığına zərər vurulması, dövlət və ya bələdiyyə idarə və müəssisəsinin işinin pozulması, külli miqdarda əmlak ziyanının vurulması və s. başa düşülə bilər.
38. Apellyasiya məhkəməsi kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna və apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqının nəticələrinə uyğun olaraq Məhkum məhz tabeçilik münasibətlərində olduğu filial müdiri xun qanunsuz göstərişlərinə əsasən ittiham üzrə göstərilən əməllərə yol verdiyini və sonuncunun bankın əmlakını mənimsəmək niyy ətində olmasından xəbərsiz olduğunu, Məhkum istinad edilən, məhz vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti nəticəsində vurulmuş, yəni təqsirin qəsd formasından irəli gələn mühüm ziyanın nədə ifadə olunması göstərilməyərək yalnız mücərrəd şəkildə qeyd olunduğunu, ittiham olunmuş əməli törədərkən bankın əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsi və belə qazancın onun tərəfindən əldə olunması, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olmaq, qeyri-əmlak xarakterli mənfəət əldə etmək, yaxud da hər hansı güzəşt və ya imtiyaz əldə etmək məqsədi izləməsinin müəyyən olunmadığını, məhkumun təqsirli bilindiyi ittihamda da bu kimi halların olmasının əksini tapmadığını nəzərə alaraq hesa b etmişdir ki, Məhkum ittiham üzrə əməlləri ağır nəticələrə gətirib çıxaran səhlankarlıq kimi, yəni Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilməlidir.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, apellyasiya məhkəməsi kollegiyasının Məhkum qarşı irəli sürülmüş ittihamda istinad olunan əməli törədərkən bankın əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsi və belə qazancın onun tərəfindən əldə olunması, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olmaq, qeyri-əmlak xarakterli mənfəət əldə etmək, yaxud da hər hansı güzəşt və ya imtiyaz əldə etmək məqsədi izləməsinin müəyyən olunmadığı, yəni onun əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin deyil, səhlənkarlıq cinayətinin əlamətlərinin olması barədə düzgün nəticəyə gəlsə də, lakin məhkumun əməlini səhlənkarlığın ağırlaşdırıcı tərkib əlaməti üzrə digər ağır nəticələrə səbəb olması əsası ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmamışdır.
40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü üzrə məhkum edilmiş şəxs Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, onun əməli apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinə tövsif edilmişdir. Apellyasiya inst ansiyası məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti əsasında qərar ləğv olunaraq, iş yeni apellyasiya baxışına təyin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hökm üzrə məhkumun əməlini 314.2-ci maddəsinə tövsif etməklə, məhkumun mövcud vəziyyətini müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin nəticəsi olaraq keçirilmiş yeni apellyasiya baxışı üzrə qəbul etdiyi hökmündə daha da ağırlaşdıraraq, qanun üzrə müəyyən edilmiş imperativ normanın tələblərini pozmuşdur.
41. Belə ki, Azərbaycan Respublikası CM-nin 308.1 və 314.2-ci maddələrində nəzərdə tutulmuş hər iki cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilsə də, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsin in sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
42. Azərbaycan Respublikası CPM-nin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar ya lnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.
43. Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin yekun qərarından (hökmdən) apellyasiya qaydasında şikayət vermək hüququ və pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipi şəxsiyyətin və ədalət mühakiməsinin maraqlarının qarşılıqlı münasibətlərinin problemini uğurlu şəkildə həll edir. Cinayət prosesində bu prinsipin üstünlüyü təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasının real təminatı kimi çıxış edir. Pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipinin mahiyyəti ondan ibarətdir ki, məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən yuxarı məhkəməyə verdiyi şikayət onun üçün arzuolunmaz nəticələr doğura bilməz. İşə apellyasiya qaydasında baxılması zamanı hökmün ləğvindən sonra da belə apelyasiya instansiyası məhkəməsi cəzanı artırmaq və ya ittihamı daha ağır və yaxud faktiki hallar üzrə əhəmiyyətli dərəcədə fərqlənən ittihamla əvəz etmək, habelə digər cinayət-hüquqi məsələləri həll edərkən məhkum edilmiş şəxsin vəziyyətini ağırlaşdırmaqda haqlı deyil. Əks təqdirdə məhkum edilmiş şəxsin öz vəziyyətini ağırlaşdırmaq təhlükəsi bu şəxsi hətta hökmün mübahisələndirilməsinə əsaslar olduğu halda da öz hüququndan istifadə etməkdən imtinaya məcbur edəcəkdir. (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 12 may 20 09-cu il).
44. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif edilməlidir.
45. Məhkəmə kollegiyası mülki iddianın rədd edilməsi ilə bağlı apellyasiya instanasiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, mülki iddianın həllinə dair hissədə apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul etdiyi mübahisələndirilən hökmünü kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarında bildirdiyi hüquqi mövqeyini nəzərə almaqla qəbul etmiş, hökmdə mülki iddiaya dair hazırda qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə bütövlükdə və ətraflı cavablandırma verilmişdir.
46. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmünün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
47. Məhkum təyin ediləcək cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmələr cəzasının yüngülləşdirən hallar olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını müəyyən etmişlər.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digə r cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
49. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
50. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başq a şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
51. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
52. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməs inə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
53. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum islah edilməsi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutul muş cəzanın digər məqsədlərinə çatmaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 314.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməlidir.
54. Beləliklə, məhkəmə kollegiyası nəticə olaraq belə qənaətə gəlir ki, hazırki kassasiya müraciətləri ilə apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən hökmü ümumilikdə götürülməklə işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmaqla qəbul edilsə də, lakin yuxarıda təfsiri verilənlərə görə hökm üzrə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair nəticə əsaslı hesab edilə bilməz.
55. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsas ən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
56. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2 76/2024 nömrəli, 03 aprel 2024cü il tarixli hökmü dəyişdirilməli, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsindən eyni Məcəllənin 314.1-ci maddəsinə tövsif edilməli, məhkum edilmiş şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yeni cəza təyin edilməli, apellyasiya instansiyası məhkəməsinin hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-276/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli hökmü dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkum 03 noyabr 2022-ci il tarixdən 03 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-276/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli hökmü qalan hissədə d