Məhkəmə qərarları › İş №1(102)-2260/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2260/2025

14.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2260/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 d ekabr 2024-cü il tarixli 1(106)-678/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elxan Süleymanov (sədrlik edən və məruzəçi), Əli Əliyev və Xamməd Nuriyev) 29 may 2024-cü il tarixli 1(099)-180/2024 nömrəli hökmü ilə xx xxxxxx 1980-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-73/2022 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, evli, işsiz, Zəngilan rayonunun Mincivan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binə qədi rayonu, Binəqədi qəsəbəsi, Daş bazarı ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2 və 29,206.3.1-ci maddələri ilə bəraət verilmiş, CM-in 29,206.3.2, 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 29,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(009)73/2022 nömrə hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 6 (altı) ay 5 (beş) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu ilə qismən birləşdirilib üzrə qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X4 tə qsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, təxminən 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşən, Binəqədi gölünün ərazisində mis-aliminium yığarkən tapdığı elektrik şitinin içərisindəki dörd ədəd şüşə borucuqda, təmiz çəkiləri 21,196 qram, 28,256 qram, 35,121 qram və 26,72 qram, ümumi halda təmiz çəkisi 111,293 qramdan ibarət zəhərli maddə olan civə elementini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra, daşıyaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi tanışı digər təqsirləndirilən şəxs X2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpus ünvanında yerləşən fərdi yaşayış evində, evin giriş qapısınd an sol tərəfdə yerləşən dolabın üstündə gizlədərək saxlamışdır. Bundan sonra Məhkum cinayətkar əməllərini davam etdirərək, Elvin Məmmədov, İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınması, eyni zamanda içərisində civə elementi olan borucuqlardan bir ədədinin 45000 manat pul müqabilində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından İİR-ə keçirilməsi barədə qabaqcadan əldə etdikləri razılaşmaya əsasən, İİR-də olan digər şəxs külli miqdarda narkotik vasitələr olan, təmiz halda çəkiləri 21547 qram qurudulmuş marixuananı və 290 ədəd həb şəklində təsir maddəsinin miqdarı 11,6 qram metadonu İİR də qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Biləsuvar rayonunun ərazisində 6-cı sərhəd zastavasının 11-ci sahəsində, avtomobil yolunun kənarında gizlətmiş, bu barədə Məhkum məlumat verdikdən sonra, o, 17 yanvar 2023-cü il tarixdə Elvin Məmmədovla birlikdə təmiz halda çəkisi 21196 qram zəhərli maddə olan civə elementini Bakı şəhərindən Biləsuvar rayonuna aparmış, cinayətkar qrupun üzvlərinin gizlətdikləri, külli miqdarda narkotik vasitələr olan, təmiz halda çəkiləri 21547 qram qurudulmuş marixuananı və 290 ədəd həb şəklində təsir maddəsinin miqdarı 11,6 qram metadonu gizlədildiyi yerdən həmin gün, saat 05:30 radələrində satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra, təmiz halda çəkisi 21,196 qram zəhərli madd ə olan civə elementinin əldə edilməsi, saxlanılması, daşınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Biləsuvar rayonunun ərazisində yerləşən 6-cı sərhəd zastavasının 11-ci sahəsindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə İİR-ə keçirilməsi məqsədilə həmin yerdə gizlətmiş, bundan sonra qeyd edilən külli miqdarda narkotik vasitələri daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış, içərisində külli miqdarda narkotik vasitələr, təmiz halda çəkiləri 21547 qram qurudulmuş marixuana və 290 ədəd həb şəklində təsir madd əsinin miqdarı 11,6 qram metadon olan bağlama Məhkum əlində, 21,196 qram zəhərli maddə olan civə elementi isə gizlətdikləri yerdə aşkar edilərək götürülmüş, bununla da 21,196 qram zəhərli maddə olan civə elementini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından İİR-ə keçirilməsi ilə bağlı cinayət əməlini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həmin cinayəti törətməyə cəhd etmişlər. Bundan sonra, 18 yanvar 2023-cü il tarixdə X1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpus ünvanında yerləşən fərdi yaşayış evində axtarış keçirilən zaman evin giriş qapısından sol tərəfdə yerləşən dolabın üstündə iki ədəd uc hissəsinə kəndirlə bərkidilmiş şüşə borucuğun içərisində təmiz çəkisi 28,256 qram, 35,121 qram, bir ədəd birdəfəlik ş prisdə təmiz çəkisi 26,72 qram, ümumi təmiz çəkisi 90,097 qram olan zəhərli maddə olan civə elementi aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Aytən Novruzova) 26 dekabr 2024cü il tarixli, 1(106)-678/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli 1(099)-180/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2024-cü il tarixli 1(106)-678/2024 nömrəli qərarının ləğv edilməsini və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ehtimallara və ittiham aktına əsaslanaraq çıxarılmışdır. Həmçinin həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələrinin iclaslarında yaranan mübahisəli hallar araşdırılmamış və şübhəli hallar onun xeyrinə hesablanmamışdır. Məhkəmə icraatı zamanı hal şahidi qismində iştirak edən şəxsin verdiyi ifadənin yalan olması və ümumiyyətlə, bu şəxsin məhkum saxlanılan zaman əməliyyat tərkibində iştirak etməməsi məhkəmə kollegiyası tərəfindən ifşa olunsa da, bu hal nəzərə alınmamışdır. Məhkəmə iclaslarında iştirak edən polis əməkdaşlarının ayrı-ayrılıq da verdikləri ifadələrin bir-birinə uyğun gəlməməsi məhkəmə kollegiyasının nəzərindən qaçmışdır. Onun hər hansı bir İİR vətəndaşı ilə hər hansı bir sövdələşməsinin birbaşa, rabitə vasitəsilə sübuta yetirilmədiyi halda barəsində CM-in 206.3.1 və 206.3.2-ci maddələrinin saxtalaşdırılmış cinayət işi sənədləri əsasında barəsində tövsif olunmasının kobud qanun pozuntusu olduğunu qeyd etmişdir. Əlavə olaraq, məhkəmə icraatı zamanı onun və müdafiəçi tərəfindən verilən vəsatətlər qəbul olunmamış və onun təqsirsizliyini sübuta yetirəcək hallar araşdırılmamışdır. Həmçinin barəsində irəli sürülən ittiham üzrə narkotik vasitənin satış məqsədi müəyyən olunmaması və bu hal üzrə heç bir əsaslı dəlilin olmamasına baxmayaraq, onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmasının qanuna zidd olduğun u qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkum kassasiya şikayətində onun CM-in 240.2.1-ci maddəsi ilə məhkum edilməsini mübahisələndirmir. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, onun qaçaqmalçılıq cinayəti törətmədiyi halda onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 29,206.3.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmış, onun narkotik vasitələri satmaq niyyətini təsdiq edən sübutlar olmadığı üçün narkotik vasitələrlə əlaqədar onun əməli isə əsassız olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətindən görünür ki, kassator onun tərəfindən civəni əldə edilməsi və digər məhkumla birlikdə İİR-in vətəndaşına çatdırılması üçün həmin civəni sərhəd zonasına aparıb orada gizlədilməsini, həmin yerdən narkotik vasitələrin götürülməsini mübahisələndirmir. Kassasiya şikayətində məhkum bu əməlinin hüquqi tövsifini mübahisələndirir. Belə ki, məhkəmələr nəticəyə gəlmişlər ki, məhkum həmin əməlləri ilə Azərbaycan Respublikası CM-in 29,206.3.2, 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətləri törətmiş və onun əməlləri həmin maddələrlə tövsif etmişdir. Məhkum isə hesab edir ki, onun qaçaqmalçılığa cəhd etməsi və narkotik vasitələrin onun tərəfindən satış məqsədi ilə əldə e dilməsi barədə məhkəmələrin gəldiyi nəticə əsasızdır və sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin dispozisiyasına əsasən qaçaqmalçılıq - Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci m addəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsidir. Əgər qaçaqmalçılığın predmetinə 206.2-ci maddədə sadalanan maddələr və əşyalar aiddirsə həmin maddə ilə cinayət məsuliyyəti qaçaqmalçılıq predmetinin miqdarından asılı olmayaraq əmələ gəlir. CM-in 206.2-ci maddəsində digər maddələrlə yanaşı zəhərli maddələr də qeyd edilmişdir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığın törətməsi 206-cı maddədə ağırlaşdırıcı tövsifedici əlamət kimi çıxış edir və əməlin CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının 18 mart 2016-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Zəhərli maddələrin Siyahısının 30-cü bəndində metalik civə və onun duzları qeyd edilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin məzmunundan görünür ki, həmin maddələr üzrə cinayət məsuliyyəti narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, daşınması və ya göndərilməsi əməllərinin külli miqdarda olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi (234.4.1), habelə narkotik vasitələrin və ya psixotrop maddələrin satılması və ya yuxarıda sadalanan hərəkətlərin satış məqsədi ilə həyata keçirilməsi (234.4.3) hallarında yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə q iymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, qanunun tələblərinə əsasən əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması üçün onu n törətdiyi əməldə həmin cinayətin bütün obyektiv və subyektiv əlamətlərinin mövcudluğu məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin bu barədə gəldiyi nəticələr isə hökmdə əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, B.İ.Haciyevin Azərbaycan Respublikası CM-in 29,206.3.2, 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilmiş və onun barəsində həmin maddələrlə ittiham hökmünü çıxarmışdır. Apellyasiya məhkəməsi işə məhkumun kassasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni hesab etmiş, apellyasiy a şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 29,206.3.2, 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlara — məhkumların və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, istintaq hərəkətlərinin protokollarına və işin digər materiallarına əsaslanaraq müəyyən etmişdir ki, Məhkum qanunsuz olaraq 111,293 qram metallik civəni əldə etmiş, digər məhkum X4 ilə qabaqcadan əlbir olaraq bir qrup şə xs halında həmin civəni qanunsuz saxlamışdır. Bundan sonra onlar, civənin 21,196 qramını satmaq məqsədi ilə şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikası vətəndaşına qaçaqmalçılıq yolu ilə ötürmək üçün Azərbaycan Respublikası ilə İran İslam Respublikasının sərhəd zonasına gətirmiş və sərhədyanı ərazidə İİR vətəndaşı tərəfindən müəyyən edilmiş yerdə gizlətmişlər. Sonradan B.İ.Haciyev həmin yerdən İİR vətəndaşı tərəfindən gizlədilmiş 21 kiloqram 547 qram narkotik vasitə olan qurudulmuş marixuananı və tərkibində 11,6 qram narkotik vasitə – metadon olan 290 ədəd həbi götürərək ərazidən uzaqlaşmaq istəyərkən sərhədçilər onu və E.C.Məmmədovu saxlamışlar. Civə və narkotik vasitələr sərhədçilər tərəfindən götürülmüşdür. Göründüyü kimi B.İ.Haciyev digər məhkumla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri əldə edərək daşımış və civənin qaçalmalçılıq yolu ilə Azərbaycan Respublikasından İİR-na keçirilməsinə bilavasitə yönəldilmiş qəsdən edilən əməllər törətmişlər. Lakin onların iradəsindən asılı olmayan səbəblərə görə qaçaqmalçılıq cinayəti başa çatmamışdır. İşin yuxarıda göstərilən hallarını müəyyən edən sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş və qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə gətirən heç bir hal müəyyən etməmişdir. Həm Məhkum narkotik vasitələri götürməməsi barədə məhkəmə iclasında verdiyi ifadə, həm də onun qaçaqmalçılıq cinayəti törətmədiyi və narkotik vasitələri satmaq niyyətinin olmadığı barədə kassasiy a şikayətində irəli sürdüyü dəlillər yuxarıda qeyd edilən sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum birinci instansiya məhkəməsinin hökmünün təsviri hissəsində göstərilən əməlləri törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq edilmişdir. Məhkəmələr tərəfindən Məhkum əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin Azərbaycan Respublikası CM-in 240.2.1 ci maddəsi ilə yanaşı həmin Məcəllənin 29,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi də əsaslı, qanun normalarına və Ali Məhkəmə Plenumunun qərarlarında verilmiş izahlara uyğun olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2 011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq no rmasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmələr məhkumların üzərində aşkar edilmiş narkotik vasitələrin miqdarı ilə yanaşı, İİR vətəndaşı tərəfindən Məhkum narkotik vasi tələrin satışı ilə məşğul olmaq təklifinin edilməsi, bundan sonra külli miqdarda və müxtəlif növ narkotik vasitələrin göndərilməsi, habelə narkotik vasitələrə görə məhkumlar tərəfindən qabaqcadan heç bir pul ödənilməməsi hallarını məhkumların həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmələrini təsdiq edən hallar kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmişdir və onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə iş materialından görünür ki, Məhkum əməllərində Azərbaycan Res publikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasında olan tərkib əlamətləri – əməlin “külli miqdar”, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” və “satış məqsədi ilə” törədilməsi sübutlar əsasında müəyyən edilmişdir. Ona görə də məhkumun əməlinin həmin maddələrlə tövsif edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Məhkum əməlinin CM-in 29,206.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmələr bu nəticəyə gələrək cinayət işinin hallarını düzgün qiymətləndirmişlər. Cinayət işinin materiallarından görünür ki, Məhkum qabaqcadan əlbir olduğu şəxslə birgə 21,196 qram zəhərli maddə olan civə elementini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından İİR-ə keçirilməsi ilə bağlı cinayət əməlini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həmin cinayəti törətməyə cəhd etmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alıb bu nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 29,206.3.2, 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 29,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Onuin barəsində CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi, habelə onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinə baxılmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri mü zakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıd a qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətinin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2024-cü il tarixli 1(106)-678/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 29, 206.3.2, 240.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2024-cü il tarixli 1(106)-678/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar