Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2263/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə xx.xx.1990-cı ildə Göyçay rayonu Aşağı Qaraməryəm kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Göyçay rayonu Aşağı Qaraməryəm kəndində qeydiyyatda olmaqla yaş amış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli, 1(107)-223/2024 saylı qərarından məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 1(091)-29/2024 nömrəli hökmü ilə (hakim: R.Ə.Əliyev (sədrlik edən) B.M.Məmmədov və X.M.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 09 yanvar 2023-cü il tarixdə 10 yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 01 (bir) gün müddət ona təyin olunan azadlıqdan məhrumetmə cəzasında çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli qərarı ilə ( hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov ) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, Müdafiəçi4 tərəfindən kassasiya şikayətinə əlavə vermişdir. İşin halları: Hökmə əsasən Məhkum xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən "Şirvan” adlanan şadlıq sarayının həyətindəki adsız kafedə spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs əvvəllər onun telefon zənglərinə və mesajlarına cavab verməməsini bəhanə edərək spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətd ə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin vaxt qeyd edilən kafedən götürüb meyvə doğradığı soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vurub Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən qarnın ön divarının bir ədəd qarın boşluğuna nüfuz edən və mədənin böyük əyriliyinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən açıq yarası xəsarəti yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərini, Müdafiəçi4 isə kassasiya şikayətinə verilmiş əlavəni onunla əsaslandırmışlar ki, birinci və apellyasiya məhkəmələri tərəfindən sübutlar düzgün tədqiq edib-qiymətləndirilməmiş, nəticədə Məhk um xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada - Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Əməlin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsifinin düzgün olmadığını göstərən hal kimi, məhkum xüsusilə ona istinad edirlər ki, Məhkum zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət hadisəsinin baş verməsinə səbəb sonuncunun qanunsuz hərəkətləri olmuşdur. Kassasiya şikayətlərinin digər dəlili isə odur ki, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Kassatorlar kassasiya şikayətlərində və əlavədə göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarının və əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə dəyişdirilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəzasının təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və Müdafiəçi2 kassasiya şikayətlərində, Müdafiəçi4 kassasiya şikayətinə verilmiş əlavədə sübutetməyə dair qaydaların pozulduğunu, nəticədə Məhkum xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmadığını, eləcə də ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumun və müdafiəçilərin kassasiya şikayətlərini (əlavəni) Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasib ətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Res publikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasına görə, həmin norma (baxılan işin kontekstində ) xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında izah olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Xuliqanlıq niyyətinin şərhini isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında vermişdir. Plenumun həmin q ərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Məhkəmələr tərəfindən müəyyən olunmuş hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, Məhkum hadisə vaxtı Zərərçəkmiş şəxs tərəfindən hər hansı təhqiramiz ifadə işlədilməmiş, onun şəxsiyyətini alçaldan hərəkətə yol verilməmiş, məhkumla zərərçəkmiş şəxs arasında hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək münasibətlər mövcud olmamışdır. Məhkum zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsinin motivi sadəcə olaraq Məhkum tərəfindən zərərçəkmiş şəxsə verilmiş suala sonuncu tərəfindən aqressiv reaksiyaya səbəb ola bilməyən tərzdə verdiyi qısa və konkret cavab olmuşdur. Başqa sözlə desək Məhkum öz mənafeyini hər şeydən öndə tutub aşkar surətdə öz hərəkətləri ilə cəmiyyətə hörmətsizlik nümayiş etdirməklə, Zərərçəkmiş şəxs vermiş olduğu cavabı bəhanə edərək, heç bir əsaslı səbəb olmadan onun qarın nahiyəsindən bir dəfə vurmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmələrin Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirməsinin müəyyən edilmiş sayılmasına dair qənaətləri kassasiya şikayətlərində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakim ə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmişin, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının rəyinə, digər sübutlara əsaslanır (hökmdə və apellyasiya instansiya məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır). Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (mübahisələndirilən əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu yekun nəticəni şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi deyil, 126.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlilə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə irəli sürülən onun cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya y ol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi onun cəzasını yüngülləşdirən hallar, eyni zamanda cəzanı ağırlaşdıran halın olmaması, cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum törətmiş olduğu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin və verilmiş əlavənin təmin edilməsinə dair Məhkum, müdafiəçisi Müdafiəçi4, habelə kassasiya şikayətlərinin və əlavənin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri və Müdafiəçi4 tərəfindən kassasiya şikayətinə verilmiş əlavə təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli, 1(107)-223/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri və əlavə təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2024-cü il tarixli, 1(107)-223/2024 nömrəli qə rarı məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayətinə verilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2263/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2263/2024
17.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver