Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2263/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2025-ci il tarixli 1(106)-462/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin (sədrlik edən hakim Marif Kazımov) 04 mart 2025ci il tarixli, 1(041)-23/2025 nömrəli hökmü ilə xx xxxx 1988-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 nəfər azyaşlı uşaq olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CMnin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şamaxı rayonu, Laləzar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) günü azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablamaqla 10 (on) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin və xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 28 (iyirmi səkkiz) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2025ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, əvvəllər yaşadığı Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fermadan, 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayınadək olan dövrdə çoban işlədiyi zaman sonuncunun ona etibar edərək baxması üçün təhvil verdiyi 218 baş xırdabuynuzlu heyvanın ümumi dəyəri 11.000 manat olan 44 başını vahid niyyətlə qəsdən talamış, yəni etibar edilmiş özgə əmlakını mənimsəmiş və israf etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Habil Bəhmənov və Yaşar Həşimov) 15 may 2025-ci il tarixli 1(106)-462/2025 nömrəli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(041)-23/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti on unla əsaslandırmışdır ki, CM-in 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ona təyin olunmuş cəzadan narazı qalaraq apellyasiya şikayəti yazsa da apellyasiya instansiya məhkəməsinə qərarı ilə hökmü cəza hissəsində dəyişdirilmədən saxlanılması qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmu suna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsasların olduğu halda apellyasiya instansiyası məhkəməsi qanun tələblər ini nəzərə almadan cəzanın yüngülləşdirilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum himayəsində 3 azyaşlı uşaq olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi zərəri tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzanı CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə almış və onun əməlində cəzasını ağırlaşdıran halların olmaması qənəatinə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, Zülfüqarov X4 Ray on Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin o, həmin cəzanı çəkmədiyi müddətdə yenidən qəsdən cinayət törətmişdir. Hazırkı cinayət işi üzrə Məhkum Gülbala oğlu CM-in 179.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum azadlığın məhdudlaşdırılması cə zasını çəkdiyi dövrdə qəsdən yeni cinayət törətməsi, həmin cəza növünün onun islah olunması və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə nail olmaq üçün yetərli olmadığını açıq şəkildə göstərir. Cinayət qanununun cəzanın məqsədləri ilə bağlı müddəalarına əsasən (CM-in 41-ci maddəsi), cəza yalnız törədilmiş cinayətə görə cəza vermək deyil, həm də məhkumun islah olunmasını və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməlidir. Belə olan halda, əvvəlki cəzanın islahedici təsir göstərmədiyi şəraitdə, məhkəmə tərəfindən yenidən eyni növ – azadlığın məhdudlaşdırılması və ya təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha yüngül növündə cəzanın təyin edilməsi nə cəzanın məqsədlərinə, nə də cinayət qanununun tələblərinə uyğun hesab edilə bilməz. Bu səbəbdən məhkum b arəsində maddədə müəyyən edilmiş daha ciddi cəza növünün – azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi əsaslı və qanunauyğundur. Məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkuma cəza cinayət qanununun yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun təyin edilmiş, həmin cəza onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, cəzanın yüngülləşdirilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası kass asiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun hökm çıxarılanadək həbsdə və ev dustaqlığında olması müddətinin cəzaya hesablanması ilə əlaqədar cinayət qanununun normalarının tələblərini pozmuşlar. Belə ki, birinci instansiya məhkəməsi məhkuma 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, hökm çıxarılanadək CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 22 oktyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulması, 07 noyabr 2024-ci il tarixdən 22 noyabr 2024-cü il tarixədək ibtidai həbsdə, 22 noyabr 2024-cü il tarixdən 05 dekabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanılmasını nəzərə alıb həmin müddət, yəni 1 ay cəzaya hesablanaraq üzərində çəkilməsi üçün 2 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlı ğının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarından görünür ki, Məhkum məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən 22 oktyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulmuş, 07 noyabr 2024-ci il tarixdən 22 noyabr 2024-cü il tarixədək ibtidai həbsdə, 22 noyabr 2024-cü il tarixdən 20 dekabr 2024-cü il tarixədə ev dustaqlığında saxlanılmışdır. Beləliklə Məhkum hökm çıxarılana qədər tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 1 ay 15 gün olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, CM- in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) ay 15 (on beş) gün müddət Kürdəmir Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 2 il 4 ay 15 gun azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilməlidir. Belə ki, Qərarın 3.1-ci hissəsinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq ol an şəxslərin cəzaları 6 ay azaldılmalıdır. Həmin Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr – bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edir. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesa b olunur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq həmin şikayətin qismən təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2025-ci il tarixli 1(106)-462/2025 nömrəli qərarının dəyişdirilməsini əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.22 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2025-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən X1 tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 15 gun müddət Kürdəmir Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində çəkilməsi üçün 2 ( iki) il 4 (dörd) ay 15 ( on beş) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilsin və qərarın 3.1-ci madd əsinə əsasən Məhkum cəzası 6 (altı) ay azaldılaraq üzərində 1 (bir ) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm və qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2263/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2263/2025
28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver