Məhkəmə qərarları › İş №1(102)-2266/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2266/2025

30.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2266/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkumun müdafiəçiləri Adıgözəlova Vəfa Tohid qızının və Yusifov Elvin İbadət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-406/2025 nömrəli, 05 iyun 2025-ci il tarix li hökmündən Məhkum müdafiəçisi Yusifov Elvin İbadət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx xxxx-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olan, X kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 01 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış 0,824 qram çəkidə psixotrop maddə metamfetamin və 0,250 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana, habelə 0,6 qram çəkidə 02 ədəd kapsulda güclü təsir edən maddə hesab olunan preqabalini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və o, 02 yanvar 2024-cü il tarixdə, saat 00:15 radələrində Nərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq, ünvan 3ərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsinə gətirilmiş və orada həmin gün saat 01:40-da üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən spesifik qoxuya malik ağ rəngli toz şəkilli kristal formalı şəffaf rəngli sellofana bükülmüş, kustar üsulla hazırlanmış t əmiz çəkisi 0,824 qram olan psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,250 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd konvalyut kəsiyində ümumi çəkisi 0,6 qram olan 02 ədəd üzərində “P-300” yazısı həkk olunmuş kapsulda narkotik və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. 3. 29 may 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-198/2024 nömrəli, 27 noyabr 2024-c ü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə törədilən əməlin tövsifinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə dəyişdirilməsi və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 noyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti verərək, həmin hökmün ləğv edilməsini xahiş etmişdir. Protestdə göstərilmişdir ki, iş üzrə maddi sübut olan dərman vasitəsi ilə bağlı cinayət-prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməli və Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə yeni ittiham hökmü çıxarılaraq, təklif etdiyi hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-406/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli hökmü ilə apel lyasiya protesti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-198/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi, iş üzrə yeni hökm çıxarılmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaqla 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublik ası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 noyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan hökmündən Məhkum müdafiəçisi Yusifov Elvin İbadət oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində müdafiəçi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirsiz olmasını təsdiq edən mötəbər fakt və sübutlara lazımi hüquqi qiymət verməmiş, qanunvericiliyin tələblərini nəzərə almamış və qanunsuz olaraq birinci instansiya məhkəməsinin hökmünü ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi hökmün ləğv edilməsini əsaslandırarkən yalnız məhkum edilmiş şəxsin mobil nömrəsinə daxil olmuş SMS mətnlərinə istinad etmiş, lakin həmin SMS-lərin Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə, narkotik vasitə və güclü təsir edən maddələrin satışı ilə hansı şəkildə əlaqəli olduğunu və bu əlaqənin necə sübuta yetirildiyini göstərməmişdir. Həmçinin, Məhkum üzərindən aşkar edilmiş psixotrop və narkotik maddələri satacağı şəxslərin şəxsiyyətinin müəyyən edilib-edilməməsi, həmin şəxslərlə əvvəlcədən razılaşma olub-olmaması barədə hökmdə heç bir qeyd yer almamışdır. Buna bax mayaraq, məhkəmə formal şəkildə guya SMS-lərin məzmununun Məhkum üzərindən aşkar edilmiş psixotrop və narkotik maddələri satış məqsədilə əldə etdiyini təsdiq etdiyini göstərməklə onu əsassız və qanunsuz olaraq bu maddələri satış məqsədilə əldə etməkdə təqsirli bilmişdir. İbtidai istintaq orqanı tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında Məhkum üzərindən aşkar edilmiş psixotrop, narkotik və güclü təsir edən maddələri satış məqsədilə əldə etməsinə dair heç bir sübut olmamış, eyni zamanda birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı da bu barədə hər hansı dəlil əldə edilməmişdir. Məhkum istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş maddələri yalnız şəxsi istifadə üçün əldə etdiyini, onları satmaq niyyəti olmadığını bildirmişdir. Şah idlər də ibtidai istintaq zamanı verdikləri ifadələrdə Məhkum üzərindən aşkar edilmiş narkotik, psixotrop və güclü təsir edən maddələri satış məqsədilə əldə etməsi, konkret şəxslərə satmaq niyyəti və ya bu barədə digər şəxslərlə razılaşma aparması barədə onlarda heç bir məlumat olmadığını qeyd etmişlər. Buna baxmayaraq, ibtidai istintaq orqanı şahidlərin ifadələrini təhrif edərək Məhkum üzərindən aşkar edilmiş maddələri satış məqsədilə əldə edib saxlaması barədə ittihamı təsdiqləyən sübut kimi qiymətləndirmişdir. Göstərilənlərə əsasən müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-406/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli hökmünün ləğv edilməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmi şdir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya p rosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmi n əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Müdafiəçi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyini, əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olduğunu iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-406/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüqu q normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı, 6 may 2022-ci il).

20. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi və əməlin tövsifinin mübahisələndirilməsinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

21. Belə ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CMnin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticəni əsassız hesab edərək, onun xeyli miqdarda, yəni 0,824 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olmasının öz təsdiqini tapmadığı, həmçinin Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlsə də, lakin həmin hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya prote stinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən hökmündə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları, əlavə olaraq isə apellyasiya baxışı zamanı əldə edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri özünün məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərdiyi xüsusiyyətlə yanaşı, şahid ifadələri, video çəkilişdən istifadə etməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haq qında protokol, digər istintaq və məhkəmə hərəkəti protokolları, məhkum edilmiş şəxsə məxsus mobil telefonu üzərindən aparılmış yazışmaların məzmunu, ekspertiza rəyləri, maddi sübutlar və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

22. Yuxarıda istinad edilən hallar, eləcə də Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin, psixotrop maddənin və narkotik vasitələrə aid olmayan güclü təsir edən maddənin növ müxtəlifliyi, həmçinin ona məxsus mobil telefon vasitəsilə aparılmış sms yazışmalarının məzmunu onun əməlində satış məqsədinin olmasını təsdiq etdiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilərə k, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır.

23. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPMnin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən m əsələyə aid qənaəti apellyasiya protestində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Belə nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmı ş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-406/2025 nömr əli, 05 iyun 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Yusifov Elvin İbadət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-406/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar