Məhkəmə qərarları › İş №1(102)-2276/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2276/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2276/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM və ya CM) 32.4, 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli, 1(103)-1084/2025 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 6.6.1963-cü il tarixdə Qasım İsmayılov (indiki Goranboy) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşayır.

2. İbtidai i stintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.2 və 32.4, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, 26 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X11 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 3n edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək hüququna malik olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin 16 iyul 2019-cu il tarixli qərarı ilə Cəmiyyətin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs ol an Şahid2 ilə 2021-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhəri ərazisində baş tutmuş görüşləri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan ayrı-ayrı şəxslərin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsi ilə saxta sənədlər əsasında bankdan kredit vəsaitləri əldə edilərək özünün və üçüncü şəxslərin xeyrinə yönəldilməsinə və qazanc əldə edilməsinə köməklik göstərilməsini Şahid2 xahiş etməsi ilə əlaqədar, ayrıayrı şəxslərin "xxxx" MMC-də işləməklə aylıq əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “my.gov.az” Elektron Hökumət portalına daxil etmək qərarına gəlib, sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra müvafiq olaraq "xxxx" MMC-yə məxsus 2EB988C1C162C424 seriya-nömrəli “ASAN İmza” kartını Şahid2 əldə edib xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid7 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də mağaza meneceri vəzifəsində işləməklə aylıq 970 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid3 24.2.2020ci il tarixdən etibarən "xxxx" MMC-də menecer vəzifəsində işləməklə aylıq 880 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid16 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də sürücü vəzifəsində işləməklə aylıq 1200 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid11 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də ticarət üzrə menecer vəzifəsində işləməklə aylıq 1150 manat əmək haqqı alması, eyni niyyətlə 3.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid15 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə aylıq 1100 manat əmək haqqı alması, eyni niyyətlə 5.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid5 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması, eyni niyyətlə 5.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid19 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması, eyni niyyətlə 6.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid6 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də menecer vəzifəsində işləmək lə aylıq da 1260 manat əmək haqqı alması, eyni niyyətlə 8.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid13 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması, eyni niyyətlə 8.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz X3 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləməklə aylıq 1250 manat əmək haqqı alması, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid14 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması və eyni niyyətlə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz X2 24.2.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə aylıq 980 manat əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları, əmək m üqavilələrinin bağlanması haqqında əmək müqaviləsi bildirişlərini "xxxx" MMC-yə məxsus 2EB988C1C162C424 seriya-nömrəli “ASAN İmza” ilə Bakı şəhəri ərazisində istintaqa dəqiq məlum olmayan ünvanda rəsmi informasiya resursu hesab edilən “my.gov.az” Elektron Hökumət portalına daxil etməklə, vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şahid2 informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, həmin hərəkətləri ilə adları qeyd edilən şəxslərlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi, Qaradağ və Nərimanov filialları arasında saxta elektron arayışlar əsasında bağlanmış “X19” və kredit müqavilələri üzrə müxtəlif məbləğlərdə pul vəsaitlərinin götürülməsinə, o cümlədən xx.xx.2021-ci il tarixdə Şahid7 tərəfindən B ankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 7.300 manat, xx.xx.2021-ci il tarixdə Şahid3 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 4.000 manat, 1.12.2021-ci il tarixdə Şahid16 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 4.500 manat, 2.12.2021-ci il tarixdə Şahid11 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 6.000 manat, 3.12.2021-ci il tarixdə Şahid15 tərəfindən Bankın ünvan 11 ünvanında yerləşən Nəsimi filialından 3.500 manat, 6.12.2021-ci il tarixdə Şahid5 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 4.500 manat, 6.12.2021-ci il tarixdə Şahid6 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 5.500 manat, 6.12.2021-ci il tarixdə Şahid19 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 2.500 manat, 8.12.2021-ci il tarixdə X9 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 5.000 manat, xx.xx.2021-ci il tarixdə Şahid13 tərəfindən Bankın ünvan 11 ünvanında yerləşən Nəsimi filialından 3.600 manat, xx.xx.2021-ci il tarixdə X6 tərəfindən Bankın ünvan 11 ünvanında yerləşən Nəsimi filialından 3.600 manat və xx.xx.2021-ci il tarixdə Şahid14 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 3.500 manat olmaqla ümumilikdə 12 nəfər şəxs tərəfindən cəmi 53.500 (əlli üç min beş yüz) manat pul vəsaitinin əldə edilərək özü, debitorlar və Şahid2 arasında bölüşdürülməsinə və nəticədə adları qeyd edilən 12 nəfər şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qeyd edilən filiallarından götürülmüş kredit üzrə pul vəsaitinin banka ödən ilməməsinə nail olaraq, vəzifəli şəxs qismində "xxxx" MMC-nin direktoru Şahid2 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxs olan "xxxx" ASC-nin bank sisteminin dayanaqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə sonuncunu təhrik etmişdir.

3. Bundan başqa o, təkrarən, 12 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X13 Baş İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünva nı ünvan 20natlı sair qeyri-ərzaq mallarının, dəmir məmulatlarının, su kəməri, istilik şəbəkəsi və sanitar avadanlıqlarının, meşə və tikinti materiallarının topdan satışı növündə sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququna malik olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cəmiyyətin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyən, vəzifəli şəxs olan Şahid1 ilə 2021-ci ilin noyabr ayında Bakı şəhəri ərazisində baş tutmuş görüşləri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan, faktiki əmək münasibətlərində olmayan ayrı-ayrı şəxslərin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının e lektron informasiya resurslarına daxil edilməsi ilə saxta sənədlər əsasında bankdan kredit vəsaitləri əldə edilərək özünün və üçüncü şəxslərin xeyrinə yönəldilməsinə və qazanc əldə edilməsinə köməklik göstərilməsini Şahid1 xahiş etməsi ilə əlaqədar, ayrı-ayrı şəxslərin "xxxx" MMCdə işləməklə aylıq əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “my.gov.az” Elektron Hökumət portalına daxil etmək qərarına gəlib, sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra "xxxx" MMC-yə məxsus 7ACAB598652CD330 seriya-nömrəli “ASAN İmza” kartını Şahid1 əldə edib 3.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid4 19.5.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də satıcı vəzifəsində işləməklə aylıq 1.150 manat əmək haqqı alması, eyni niyyətlə 5.12.2021-ci il tarixdə cinayətdə n xəbərsiz Şahid18 19.5.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə ayda 980 manat əmək haqqı alması, eyni niyyətlə 6.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid10 19.5.2020-ci il tarixdən etibarən Şahid1 rəhbəri olduğu "xxxx" MMC-də qayıqçı vəzifəsində işləməklə ayda 1.500 manat əmək haqqı alması və eyni niyyətlə 8.12.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid17nun xx.xx.2020-ci il tarixdən etibarən Şahid1 rəhbəri olduğu "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləməklə ayda 1.400 manat əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları və əmək müqavilələrinin bağlanması haqqında əmək müqaviləsi bildirişlərini "xxxx" MMC-yə məxsus 7ACAB598652CD330 seriya-nömrəli “ASAN İmza” ilə Bakı şəhəri ərazisində istintaqa dəqiq məlum olmayan ünvanda rəsmi informasiya r esursu hesab edilən “my.gov.az” Elektron Hökumət portalına daxil etməklə, vəzifəli şəxs "xxxx" MMCnin direktoru Şahid1 informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmiş, həmin hərəkətləri ilə adları qeyd edilən şəxslərlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Qaradağ və Nərimanov filialları arasında saxta elektron arayışlar əsasında bağlanmış “X19” və kredit müqavilələri üzrə müxtəlif məbləğlərdə pul vəsaitlərinin götürülməsinə, o cümlədən 3.12.2021-ci il tarixdə Şahid4 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 4.500 manat, 6.12.2021-ci il tarixdə Şahid18 tərəfindən Bankın ünvan 5 ünvanında yerləşən Nərimanov filialından 3.300 manat, 6.12.2021-ci il tarixdə Şahid10 tərə findən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 4.500 manat və 8.12.2021-ci il tarixdə Şahid17 tərəfindən Bankın ünvan 9 ünvanında yerləşən Qaradağ filialından 5.300 manat olmaqla ümumilikdə 4 nəfər şəxs tərəfindən cəmi 17.600 (on yeddi min altı yüz) manat pul vəsaitinin əldə edilərək özü, debitorlar və Şahid1 arasında bölüşdürülməsinə və nəticədə adları qeyd edilən 4 nəfər şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qeyd edilən filiallarından götürülmüş kredit üzrə pul vəsaitinin banka ödənilməməsinə nail olaraq, vəzifəli şəxs qismində "xxxx" MMC-nin direktoru Şahid1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxs olan "xxxx" AS C-nin bank sisteminin dayanaqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə sonuncu təkrarən təhrik etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 13 fevral 2025-ci il tarixli, 1(005)-13/2025 nömrəli qərarı ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,4 313-cü maddəsi ilə bağlı bütün epizodlar üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 13 fevral 2025-ci il tarixli, 1(005)-13/2025 nömrəli hö kmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə yaşayış yerini axşam saat 18:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəz anın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi məsələləri də həll edilmişdir.

6. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət məhkəmə tərkibində) 11 iyun 2025-ci il tarixli, 1(103)1084/2025 nömrəli qərarı ilə apellyasiya protestinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.2.2025-ci il tarixli, 1(005)-13/2025 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsinin hökmün təsviriəsaslandırı cı hissəsində təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli, 1(103)1084/2025 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində məhkəmə icraatında iştirak edən Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

9. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qənaətlərinə, cinayət işinin faktiki hallarına, bir sıra sübutlara və qanunvericilik normalarına istinadlar edərək apellyasiya protestinin apellyasiya instansiya məhkəməsində təmin edilməy ən hissəsini təkrarlamaqla qeyd edilmişdir ki, Məhkum əməlləri nəticəsində 16 şəxs tərəfindən 71100 manat kredit götürülmüş və həmin kreditlər uzun müddət ərzində ödənilməmiş, yalnız cinayət təqibi başlanıldıqdan sonra kreditlər aktiv şəkildə ödənilməyə başlanmışdır. Lakin məhkəmə, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməyərək Məhkum törətdiyi əməllərin hər hansı ağır nəticələrə səbəb olmaması qənaətinə gəlmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış və yalnız kredit götürmüş şəxslər tərəfindən 6 nəfərin krediti tam ödəmələrini və digər kreditorların da ödənişlərini etməkdə davam etmələrini qeyd etməklə kifayətlənmişdir. Lakin məhkəmənin diqqətindən bir hal kənarda qalmışdır ki, kreditlər 2021-ci ilin sonlarında götürülmüş və hökm çıxarıldığı günədək 4 ildən artıq müdd ət keçməsinə baxmayaraq 16 şəxsdən cəmi 6 nəfər kreditlərini tam ödəmiş, digərləri isə kreditləri ödəməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinə "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubdan da görünür ki, bu günə kimi götürülmüş bəzi kreditlər üzrə borclar tam bağlanmamış, 30.044 manat məbləğində ödənilməmiş kreditlər mövcuddur. Bütün bunlar isə bir daha onu göstərir ki, Məhkumin əməlləri nəticəsində “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin bank sisteminin dayanaqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmuş və həmin vurulmuş zərərin nəticələri kreditlər tam ödənilmədiyindən davam etməkdədir və ödənilməmiş kreditlər bank üçün bu gün də maliyyə itkisinə səbəb olur.

10. Bundan b aşqa məhkuma təyin edilən cəzaya münasibətdə dövlət ittihamçısı qeyd edir ki, cəza təyininə dair qanunvericiliyin və formalaşmış məhkəmə təcrübəsinə zidd olaraq törədilmiş əməlin ictimai təhlükəliliyinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Yuxarı instansiya məhkəməsi də təyin edilmiş cəzanı ədalətli hesab etmişdir. Belə ki, Məhkum qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 16 şəxsin əsassız kredit götürməsinə və pulların aralarında bölünməklə gəlir əldə edilməsinə nail olmuş və qeyd edilən cinayətləri törətmək üçün iki ayrı vəzifəli şəxsi təhrik etmişdir.

11. Bununla da, dövlət ittihamçısı müraciətinin dəlilləri qismində qeyd etdiklərinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu faktı kimi qiymətləndirməklə qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli, 1(103)1084/2025 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

12. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

13. Qərardan kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətlərinin təmin edilməsini xahiş etdi.

15. Kassas iya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya protestinin dəlillərinə etiraz etməyərək, onun təmini məsələsini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. IV.Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır”.

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, həmçinin məhkuma təyin edilmiş cəzanın yüngül olmasını iddia edərək, m übahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, kollegiya dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli, 1(103)-1084/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respub likası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

24. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

25. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

26. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

27. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

28. Dövlət ittihamçısının kassasiya protestindən görünür ki, Məhkum əsassız və qanunsuz olaraq CM-in 32.4, 308.2-ci maddəsi ilə olan əməlinin CM-in 32.4, 308.1-ci maddəsinə tövsif edildiyini iddia etməklə, həmin mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inka r edilməsi üzərində qurmuşdur.

29. Bu isə onu göstərir ki, dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

30. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

31. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməkl ə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, məhkumun əməlinin əsassız olaraq CMin 32.4, 308.2-ci maddəsindən CM-in 32.4, 308.1-ci maddəsinə tövsif edilməsi və barəsində yüngül cəza təyin edilməsi barədə iddiasının) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və dövlət ittihamçısının məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

33. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya protestinin məzmunu ilə uzlaşan dəlillər ittiham tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmaması nı yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, birinci instansiya məhkəməsinin təqsirkarın əməlinin tövsif edilməsinə və ona dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsinə dair nəticələrinin qanunsuz və əsassız olmasının əsaslı sayıla bilməməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunması qənaətinə gəlmiş, bununla yanaşı qanunvericiliyin normalarının düzgün tətbiq edilməsinə dair apelly asiya protestinin dəlilləri ilə qismən razılaşmışdır.

34. Həqiqətən də, kassasiya protestində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum CM-in 32.4, 308.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı və məhkəmə icraatı zamanı verdikləri ifadələri, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

35. Kollegiya dövlət ittihamçısının müraciətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər apelyasiya müraciətinin dəlilləri ilə eynilik təşkil etməklə həmin instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutların əlaqəli tədqiqinə əsasən cavablandırılmışdır. Kassator müra ciətinin dəlillərində hər hansı bir konkret sübuta istinad etməmiş, məhkumun CM-in 32.4, 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsinə dair mülahizələrini yalnız cinayət işi materiallarında olan götürülmüş kredit məbləğinin yalnız cinayət təqibi başlandıqdan sonra ödənməsinə, ödənilməmiş qalan kredit məbləğinin ağır nəticələrə səbəb olmasına istinad edərək təsdiq edildiyini və məhkəmələrin həmin hallara düzgün hüquqi qiymət verməməsi fonunda əsaslandırmışdır.

36. Belə ki, apelyasiya məhkəməsi iş üzrə toplanılmış bütün dəlilləri tədqiq edərək belə nəticəyə gəlmişdir ki, ittiham tərəfi Məhkum CM-in 32.4, 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzi bedilməz nəticəyə gəlməyə əsas verən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə olaraq təqsirləndirilən şəxs Məhkum əməllərinin CM-in 32.4, 308.2-ci maddəsinin tərkibini yaradan ağır nəticələrə səbəb olmaması ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun əməllərində həmin maddənin tərkib əlamətlərinin mövcud olmaması ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Odur ki, ittiham tərəfinin vermiş olduğu kassasiya protestinin təqsirləndirilən şəxs Məhkum CM-in 32.4, 308.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə dəlilləri əsaslı sayıla bilməz.

37. Cinayət işi üzrə sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qər arında təsvir edilib ittiham və müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya protestində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya protestində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya protestində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

38. Həmçinin, kolle giya kassasiya protestinin dəlillərində məhkum barəsində dövlət ittihamçısının təklif etdiyi hədlərdə daha ağır cəza təyin edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsi ilə bağlı apellyasiya protestinin dəlilləri ilə apellyasiya məhkəməsi qismən razılaşaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etmişdir.

39. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən apellyasiya instansiya məhkəməsi t ərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (cinayətlərin təkrar törədilməsi) və yüngülləşdirən hallar (törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olması, himayəsində həyat yoldaşının olması, ailəsinin yeganə qazanc gətirəni olması, səhhətində ciddi problemlər olmaqla müalicə alması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sos ial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha ağır cəza təyin olunmasını qanunamüvafiq saymamışdır.

40. Göründüyü kimi, dövlət ittihamçısının Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya protestində irəli sürülmüş daha ağır cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

41. Kassasiya protestinin dəlilləri apelly asiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya protestində gətirilən digər halları Məhkum cəzasının ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

42. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 308.1ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya ins tansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə apelyasiya instansiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya protesti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

43. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli, 1(103)-1084/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli, 1(103)-1084/2025 nömrəli qərarı apellyasiya instansiyası məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar