Məhkəmə qərarları › İş №1(102)-2299/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2299/2025

19.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2299/2025 19.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 221.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində ol an cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2025-ci il tarixli hökmündən Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (hakimlər: Ələsgərov Şakir Çərkəz oğlu (sədrlik edən və məruzəçi), Əliyev Kəramət Fətəli oğlu və X4 ibarət məhkəmə tərkibində) 15 fevral 2010-cu il tarixli 1(101)-73/2010 nömrəli hökmü ilə xx xxxxxx 1988-ci ildə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, xxxdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 129.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, onun CM-in 129.1-ci maddəs i ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək həbsdə olması nəzərə alınmaqla təyin edilmiş cəzasını çəkib qurtarmış hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında həbsdən azad edilməsi müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2024-cü il tarixli 1(105)-2/2024 nömrəli (hakimlər: Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti təmin edilmiş, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü apellyasiya protestinə əsasən Məhkum münasibətdə ləğv edilmiş, Məhkum CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə 8 (səkkiz) il 5 (b eş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 1 sentyabr 2008-ci il tarixdən 15 fevral 2010-cu il tarixədək həbsdə saxlandığı 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının hökmlə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 20 avqust 2023-cü il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökmdən Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2025-ci il tarixli 1(102)-919/2025 nömrəli (hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2025-ci il tarixli 1(105)-459/2025 nömrəli (hakimlər: Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü apellyasiya protestinə əsasən Məhkum münasibətdə ləğv edilmiş, Məhkum CM-in 29,120.2.2, 29,120.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 29,120.2.2 və 29,120.2.3-cü maddələri ilə 8 (səkkiz) il 5 (beş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum et mə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 1 sentyabr 2008-ci il tarixdən 15 fevral 2010-cu il tarixədək həbsdə saxlandığı 1 (bir) il 5 (beş) ay 15 (on beş) gün müddətin hazırkı hökmlə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 20 avqust 2023-cü il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2 025-ci il tarixli hökmündən Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İlkin verilmiş ittihama əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 8 avqust 2008-ci il tarixdə, saat 01 radələrində tanışları X39, Təqsirləndirilən şəxs ilə birlikdə Xaçmaz rayonunun X qəsəbəsində yerləşən «xxx» İstirahət Mərkəzinin diskotekasına gələrək, diskotekaya biletsiz daxil olmalarına görə nəzarətçi Zərərçəkmiş şəxslə mübahisə edib dalaşarkən, diskotekada istirahət edən Zərərçəkmiş şəxs1 mübahisəni və dava-dalaşı sakitləşdirib ictimai vəzifəsini yerinə yetirərkən Məhkum X-i yumruqla vurmaq istəmiş, sonuncu həmin zərbədən yayınaraq cavab məqsədi ilə Məhkum sifət nahiyəsindən vuraraq yerə yıxmış, bu zaman «xxx» diskotekasının qarşısında hamı tə rəfindən qəbul edilmiş əxlaq normalarına etinadsızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub söyüşlər söyərək bir qrup şəxslə X-i xuliqanlıq niyyəti ilə qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək üstündə gəzdirdiyi bıçaqla xüsusi amansızlıqla X16 zərbələr vuraraq sol budun üç yerdən, sol diz oynağının iki yerdən və sol saidə iki yerdən, cəmi yerdən xəsarətlər yetirməklə dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, daxili qanaxma ilə müşayiət olunan, enən çənbər bağırsağının müsaqirəsinin və böyük piyliyin zədələnməsi ilə qarın boşluğuna keçən, dörd ədəd kəsilmiş-deşilmiş yaralar əmələ gətirən və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs1nun müq aviməti nəticəsində öz iradəsindfən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib sonuncunu öldürməyə cəhd etmişdir. Bundan əlavə, o, X17 öldürümək məqsədi ilə bıçaqla vurduqdan sonra bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə «xxx» diskotekasının icarədarı Zərərçəkmiş şəxs2 qarşı silah qismində istifadə etdiyi əlində olan bıçaqla zor tətbiq edərək, onun sol bud nahiyəsindən bir dəfə vuraraq, sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edərək hadisə yerindən qaçmışdır. Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 8 avqust 2008-ci il tarixdə, saat 01 radələrində X adlı qız tanışı ilə birlikdə musiqiyə qulaq asıb rəqs etmək üçün Xaçmaz rayonunun X qəsəbəsində yerləşən «xxx» İstirahət Mərkəzinin diskotekasına gələrək orada əyləşmiş, bir az sonra, diskotekanın arxa tərəfində olan giriş qapısında tanışları X26, Təqsirləndirilən şəxs, X3, X11, X34 və X14 diskotekadan kənara çıxarılmalarını və orada kimlərləsə mübahisə etdiklərini görərək mübahisənin qarşısını almaq üçün onlara tərəf getmiş, istirahət mərkəzinin onların yaxın adamlarına məxsus obyekt olmasını deyərək dalaşmaya imkan verməmək üçün onların arasına girərkən, sonradan tanıdığı, X20 onu nalay iq formada təhqir etməklə qəflətən onun sağ gözünün alt nahiyyəsinə yumruqla zərbə vurmuş, zərbədən özünü ayaq üstə saxlaya bilməyərək yerə yıxılmış və ani olaraq huşunu itirmiş, özünə gəlib ayağa durmaq istəyərkən X20 boru ilə onun başından vurmuş və o, yenidən yerə yıxılmış, yerdə uzandığı vaxt bədəninin müxtəlif yerlərinə təpiklə, habelə sol qoluna bıçaqla vurulması və ağır formada təhqir edilməsi nəticəsində qəflətən yaranmış güclü ruhi həyəcan vəziyyətində bıçaqla X6 buduna, sol diz oynağına və sol saidinə vurmaqla, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmayan, daxili qanaxma ilə müşayət olunan, enən çənbər bağırsağının müsaqirəsinin və böyük piyliyin zədələnməsi ilə qarın boşluğuna keçən, dörd ədəd kəsilmiş-deşilmiş yaralar əmələ g ətirən və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Bundan əlavə, o, 8 avqust 2008-ci il tarixdə, saat 01 radələrində X17 bıçaqla vurduqdan sonra, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə silah qismində istifadə etdiyi, əlində olan bıçaqla «xxx» diskotekasının icarədarı Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək, onun sol bud nahiyyəsindən bir dəfə vuraraq, sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edərək hadisə yerindən uzaqlaşmışdır. Sumqayıt Apellyasiya Məhkəmə Kollegiyası belə nəticəyə gəlmiş ki, Məhkum CMnin 129.1, 221.3-cü maddələri ilə məhkum olunmasına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsi nin 15 fevral 2010-cu il tarixli hökmü məhkuma münasibətdə ləğv edilməli, ümumi ittihamından CM-in 29,120.2.1 və 29,120.2.4-cü maddələri xaric olunmalı, Məhkum CM-in 29,120.2.2, 29,120.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməlidir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi 15 iyul 2025 il tarixli hökmü ilə kassasiya instansiyasının mövqeyinə və göstərişlərinə heç bir əhəmiyyət verməmişdir. Belə ki, Məhkum istintaqda verdiyi ifadələr onun sözlərindən, olduğu kimi yox, ona ağır ittiham verilməsi üçün yönəlmiş mənada yazılmış və ona imza atdırılmışdır. Son məhkəmə araşdırması zamanı dediyi kimi, o, hadisəni zaman keçdiyi üçün təfsilatı ilə xatırlamır, lakin əminliklə bildirmişdir ki, yerdə bıçağı gördükdən sonra nə olduğunu nə indi, nə də ki istintaq və əvvəlki dövrdə xatırlamamışdır. Əməlin tövsifi ilə əlaqədar göstərilməlidir ki, ibtidai istintaq və məhkəmələrdəki ifadələr arasında bəzi ziddiyyətlər görünür. İş materiallarını geniş şəkildə təkrar göstərməməklə bildirilməlidir ki, məhkəmə üçün başlıca sübutlar məhkəmədə araşdırılmış sübutlardır. Və məhz məhkəmədə tədqiq ediləndən sonra onlara qiymət verilir və nəticə çıxarılır. İstintaq materiallarına nəzər yetirdikdə görürük ki, Məhkum dediyi kimi, orada ifadələr onun sözlərindən yazılmamış, o, yazılanlara psixoloji təsir altında imza atmışdır. Məhkum və digər şahidlərin eləcə də, Zərərçəkmiş şəxs1 ilk gündən verdiyi ifadələrinə görə Məhkum qoluna bıçaqla kəsib-keçən xəsarət yetirilmişdir. Bu məqam çox qəribə şəkildə hər şeydən kənarda qalmış olur. Lakin bu istintaqın qeyri-obyektiv yanaşmasının ən yüksək təzahürü olmaqla ümumiyyətlə işin istintaq vaxtı tam və hərtərəfli aparılmasına şübhə salmış olur. Əksinə, məhkəmələr zamanı bütün verilən ifadələr demək olar ki, tam üst-üstə düşməklə biri-birini tamamlamışdır. Əvvəlki mərhələlərdə verilmiş bütün ifadələrin ümumi, mübahisəsiz məzmunu ondan ibarətdir ki, Məhkum tanış qızla istirahət yerinə gəlməyi, dostlarının mübahisə etmələrini görərək oraya yaxınlaşmağı, yer tanışının olduğu üçün mübahisənin ola bilməzliyini deyib aranı sakitləşdirmək istəməyi, heç vaxt tanımadığı və qərəzi olmayan Zərərçəkmiş şəxs1 tərəfindən qəflətən hücuma məruz qalmağı, sonuncu tərəfindən sifətindən zərbə almağı, yerə əyilərək Mustafa tərəfindən bi r daha vurularaq yerə yıxılmağı, daha üstəlik də yenə də zərərçəkmiş şəxs tərəfindən boru ilə başından vurulması, yerdə olarkən təpik zərbələri almaqla ağır şəkildə söyülməsi, Zərərçəkmiş şəxs1 2008-ci ildə istintaq vaxtından 2023-cü ildə məhkəməyə ünvanladığı ərizəsində göstərdiyi kimi, onun zərbələrindən Məhkum yerdə olduğu vaxt özünün qarın boşluğuna bıçaq zərbəsi alması və “məni kim vurdu” soruşması kimi ifadəsi guya Məhkum ona ölümcül bıçaq zərbələri yetirməsi və öldürməyə cəhd etməsi kimi ittiham tərəfinin dəlillərini tam təkzib edir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2025ci il tarixli hökmünün ləğv edilərək, Məhkum barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsi ndə Müdafiəçi2 çıxış edərək, məhkumun zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxs tərəfindən heç bir tələb və şikayətin olmadığını, məhkumun yanında xanım olan zaman zərərçəkmiş şəxslərin onu vurub, nalayiq ifadələr işlətdiklərini, bu zaman məhkumun bıçağı götürüb özünü qorumaq üçün zərərçəkmiş şəxsin aşağı ətraflarına zərbələr endirdiyini, lakin onu öldürmək niyyətinin olmadığını, bunun zərərçəkmiş şəxsin ifadəsində də sübuta yetirildiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azı ndan həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticəl ərə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyek tinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formala şdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxd ıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının hökmün dəyişdiril mədən saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2025-ci il tarixli hökmü isə dəyişdirilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin hökmü ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsində səhvə yol vermişlər. Kassasiya məhkəmə kollegiyası məhkumun əməlinin hüquqi tövsifi məsələsinə yuxarıda qeyd edilən normaların tələblərinə əsasən qiymətləndirməklə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarından da istinad etməyi məqsədəmüvafiq hesab edir. Həmin qərarda göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarə tlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göstərilənlərə biraz da aydınlıq gətirərək məhkəmə kollegiyası qeyd edir ki, adam öldürməyə cəhd cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərtərəfli araşdırılması zəruridir. Qəsdən adam öldürməyə cəhd cinayətini qəsdən sağlamlığa ağır zərər vurma cinayəti ilə fərqləndirərkən təqsirkarın qəsdinin məzmunu və istiqaməti dəqiq aydınlaşdırılmalıdır. Təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini həll edərkən məhkəmələr törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı və xüsusilə cinayətin üs ulu və alətini, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayını, xarakterini və bədənin hansı nahiyəsinə yetirildiyini (həyat üçün mühüm orqanlara zərər yetirilməsini), cinayət hərəkətlərinin kəsilməsi səbəblərini araşdırmalı, habelə təqsirkarın şəxsiyyəti, onun zərərçəkmişlə qarşılıqlı münasibəti, hadisədən əvvəl və hadisə vaxtı davranışı haqqında məlumatları tədqiq etməlidir. Bundan başqa, kassasiya məhkəmə kollegiyası baxılan iş üzrə digər məhkuma verilmiş oxşar ittihamdan çıxış edərək “xəsarətlərin zərərçəkmiş şəxsə iki şəxs tərəfindən və iki müxtəlif bıçaqla yetirilməsinə” dair faktiki halların Məhkum əməllərinin tövsifinə, ümumilikdə, onun təqsirlilik (və ya təqsirsizlik) məsələsinə bilavasitə təsir göstərməsini nəzərə alaraq aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab e dir. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanının 29 may 2009-cu il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarı ilə həmin hadisəyə görə Məhkum əməlinin CM-in 29,120.2.1, 29,120.2.2,29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilərək həmin maddələrlə onlara ittiham elan edilməsi, X25 və X13 barələrində isə istintaqdan qaçıb gizlənmələri əsası ilə Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 221.2.1-ci maddələri ilə cinayət işi ayrılması qərara alınmışdır. 28 noyabr 2009-cu il tarixdə X8 Federasiyasının Novosibirsk şəhərində tutulub Azərbaycan Respublikasına gətirildikdən sonra aparılmış ibtidai araşdırmanın nəticəsində ibtidai araşdırma orqanı tərəfindən X25 əməli Azərba ycan Respublikası CM-in 29,120.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilərək məhkəməyə verilmiş və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli 1(101)1534/2010 nömrəli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), E.H.Vəliyev və D.H.İmanov) X39 CM-in 29,120.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. İbtidai araşdırma orqanının irəli sürdüyü ittiham və məhkəmənin həmin hökmü ilə müəyyən olunmuşdur ki, X39 8 avqust 2009-cu il tarixdə, saat 01 radələrində tanışları Məhkum, Təqsirləndirilən şəxs və digərləri ilə birlikdə Xaçmaz rayonunun X kəndində yerləşən «xxx» İstirahət Mərkəzinin diskotekasına gələrək diskotekaya biletsiz daxil olduqları üçün mühafizəçi Zərərçəkmiş şəxslə mübahisə edib həmin vaxtı ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş və “xxx” diskotekasının mühafizəçisi qismində çalışan Zərərçəkmiş şəxslə dalaşaraq onu yumruqla vurub sağ qulaq seyvanının sıyrıqla nəticələnən sağlamlığına zərər vurmayan, əlindəki bıçaqla isə bir dəfə vurub sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Bundan başqa, X39 həmin vaxt Zərərçəkmiş şəxs1nun mübahisəyə müdaxilə edərək Məhkum sifət nahiyəsinə yumruqla vuraraq yerə yıxmasını və Məhkumun orada olan Zərərçəkmiş şəxs2 və digərləri tərəfindən vurulmasını görüb mübahisəyə son qoymaq məqsədi ilə onları aralamaq əvəzinə, “xxx” diskotekasının qarşısında hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına etinasızlıq göstərməklə, yəni söyüşlər söyüb özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlib üstündə gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 çoxsaylı zərbələr vuraraq onun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmiş, onun ölməsini zənn edib hadisə yerindən qaçmış, həkimlərin göstərdiyi tibbi yardım nəticəsində Zərərçəkmiş şəxs1 həyatı xilas edildiyindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. İbtidai araşdırma orqanının X33 qarşı irəli sürdüyü ittiham və məhkəmənin qanuni qüvvəyə minmiş adı çəkilən hökmü ilə həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibb ekspertizası və patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş, 26 avqust 2008-ci il tarixli 396 saylı məh kəmə-tibb ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs1nun bədənində aşkar edilmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olan sol budun, sol diz oynağının və sol saidin kəsilmiş yaraları, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan döş qəfəsinin sağ-ön tərəfinin və sol dirsək nahiyəsinin qançırları və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid olan daxili qanaxma ilə müşayiət olunmuş enən çənbər bağırsağının, müsariqənin və böyük piyliyin zədələnməsilə qarın boşluğuna keçən, dörd ədəd kəsilmiş deşilmiş yaralar X39 tərəfindən yetirilmişdir və Zərərçəkmiş şəxs1 öldürməyə cəhd edərkən X54 və ya hər hansı bir digər şəxslə cinayət əlaqəsində olmamışdır. Beləliklə də, ibtidai araşdırma orqanı X51, Təqsirləndirilən şəxs və digərləri ilə birlikdə qrup halında qərəzli xuliqanlıq etmələrinə dair ittihamı dəyişdirmədən saxlamış, lakin Tural Əliyevin zərərçəkmiş şəxs X2 ağır zərər vurmaya aid xəsarət yetirməsini və Zərərçəkmiş şəxs1nu qəsdən öldürmək hissələrdə cinayətlərin qrup halında törədilməsini istisna etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki məhkumun zərər çəkmiş şəxsə ağır xəsarət yetirməsinə dair gəlinən nəticə əsaslı olsa belə həmin xəsarətin zərərçəkmiş şəxsi məhz həyatdan məhrum etməyə yönəlməsi təsdiqini tapmır. İş üzrə sübutların məcmusuna və müəyyən olunmuş işin faktiki hallarına əsasən adam öldürməyə cəhdi özündə ehtiva edən Məhkum tərəfindən edilən hərəkətlərin məhz nədə ifadə olunmasını müəyyən etmək mümkün deyil. Belə ki, müəyyən olunmuş işin faktiki hallarına əsasən hadisə 8 avqust 2008- ci il tarixdə, gecə saatlarında qəflətən yaranmış mübahisə zəminində baş vermişdir. Təqsirləndirilən şəxs Məhkum əvvəlcədən formalaşmış cinayət niyyəti ilə deyil, diskoteka ərazisində tanışları arasında yaranmış qarşıdurmanın qarşısını almaq məqsədi ilə hadisə yerinə yaxınlaşmışdır. Bu hal onun davranışının başlanğıc mərhələsində aqressiv yox, əksinə, qarşıdurmanı dayandırmağa yönəlmiş olduğunu göstərir və qəsdən adam öldürmə niyyətinin əvvəlcədən mövcudluğunu istisna edir. Hadisənin sonrakı inkişafı zamanı isə Məhkum özünün də Zərərçəkmiş şəxs1 tərəfindən əvvəlcə yumruqla, sonra boru ilə vurulması, yerə yıxılaraq huşunu itirməsi, yerdə uzanmış vəziyyətdə təpiklə vurulması və bıçaqla xəsarət alması müəyyən edilmişdir. Bu hallar göstərir ki, təqsirləndirilən şəxs real və davam edən zorakılı ğa məruz qalmış, psixoloji və fiziki gərginlik vəziyyətində olmuşdur. Belə şəraitdə onun sonrakı hərəkətləri əvvəlcədən düşünülmüş şəkildə adam öldürməyə yönəlmiş məqsədli davranış kimi deyil, qəfil yaranmış situasiyada reaksiyavari hərəkətlər kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası təqsirləndirilən şəxsin əməlini CM-in 29,120.2.2, 29,120.2.3 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Lakin kassasiya instansiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, bu hüquqi qiymətləndirmə cinayətin subyektiv tərəfinin düzgün müəyyən edilməməsi səbəbindən səhvdir və faktiki hallara uyğun gəlmir. Plenum qərarında da göründüyü kimi, CM-in 120-ci maddəsinin tətbiqi üçün şəxsin birbaşa və ya dolayı qəsdlə zərərçəkmişin həyatına son qoymaq niyyətinin mövcudluğu sübuta yetirilməlidir. Məhkəmə təcrübəsinə əsasən, bu niyyət zərbələrin həyati vacib orqanlara yönəldilməsi, istifadə edilən alətin xarakteri, zərbələrin sayı və intensivliyi, həmçinin təqsirləndirilən şəxsin hadisədən əvvəlki və sonrakı davranışı ilə müəyyən olunur. İş materiallarında isə belə niyyətin mövcudluğunu təsdiq edən kifayət qədər sübutlar mövcud deyildir. İş üzrə toplanmış sübutlar Məhkum Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olduğunu qəti şəkildə təsdiq etmir. Əksinə, zərbələrin xarakteri, hadisənin gedişi və tərəflər arasındakı qarşılıqlı zorakılıq niyyətin sağlamlığa ağır zərər vurmağa yönəldiyini göstərir. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hadisə yerinə mübahisəni sakitləşdirmək məqsədilə yaxınlaşmış, ona qarşı isə əvvəlcə nalayiq formada təhqir edilmiş, daha sonra yumruqla, boru ilə vurulmuş, habelə bıçaq tətbiq olunmuşdur. Bu hallar onun hərəkətlərinin qəflətən baş verdiyini və əvvəlcədən düşünülmüş qəsdin olmadığını göstərir. Odur ki, iş üzrə müəyyən edilmiş faktiki hallar göstərir ki, hadisə əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmiş qəsdən adam öldürmə niyyəti ilə deyil, qəfil yaranmış mübahisə və zorakılıq şəraitində baş vermişdir. Məhkum diskotekaya əylənmək məqsədi ilə gəlmiş, sonradan tanışlarının diskotekadan kənara çıxarılaraq mübahisə etdiklərini görmüş və mübahisənin qarşısını almaq üçün onların yanına yaxınlaşmışdır. Bu hal onun davranışının ilkin mərhələsində ictimai təhlükəli niyyət daşımadığını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, belə şəraitdə onun sonrakı hərəkətlərinin əvvəlcədən formalaşmış öldürmə niyyətinin təzahürü kimi qiymətləndirilməsi üçün kifayət qədər əsas yoxdur. Əksinə, tərəflər arasında qarşılıqlı zorakılıq, hadisənin spontan xarakter daşıması və təqsirləndirilən şəxsin özünün də ağır hücuma məruz qalması niyyətin məhz öldürməyə deyil, zərər vurmağa yönəldiyini göstərir. X1 yetirilmiş xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmuşdur. Bununla belə, xəsarətlərin xarakteri və törədilmə üsulu təqsirləndirilən şəxsin qəsdən adam öldürmək niyyətində olduğunu göstərmir. Zərərçəkmişin ölümü baş verməmiş, təqsirləndirilən şəxs isə imkanı olduğu halda nəticəni ağırlaşdırmağa yönəlmiş əlavə hərəkətlər etməmiş və bunun əksini təsdiq edən sübutlar müəyyən olunmamışdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirlənd irilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin CPM-in 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əmə ldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi və bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası Məhkum hərəkətlərində qəsdən adam öldürmə niyyətinin mövcud olmasını, yəni zərərçəkmişləri öldürmək mə qsədi güdməsini, bu məqsədlə əvvəlcədən formalaşmış niyyətinin olmasını və yaxud belə niyyətin sonradan formalaşmasını sübuta yetirən etibarlı dəlillər olmadan onun əməllərini CM-in 29,120.2.2 və 29,120.2.3-cü maddələri ilə tövsif etmişdir. Halbuki iş materialları, hadisənin başvermə şəraiti, tərəflər arasında qəfil yaranmış mübahisə, təqsirləndirilən şəxsin özünün də zorakılığa məruz qalması və zərbələrin xarakteri onun niyyətinin qəsdən adam öldürməyə deyil, sağlamlığa ağır zərər vurmağa yönəldiyini göstərir. Bu səbəbdən məhkəmə Məhkum əməllərini düzgün olmayaraq Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.3-cü maddələri ilə tövsif etməklə səhvə yol vermiş, halbuki həmin əməllər Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə tövsif edilməli idi. CM-in 126.2.2 və 126.2.4-cü madd əsinin obyektiv cəhətinin tərkib əlamətləri xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar zərərçəkmiş şəxsə qəsdən ağır xəsarətin yetirilməsini özündə ehtifa edir. Qeyd edilən normaların tələblərinə müvafiq və işin faktiki hallarına əsasən müəyyən olunur ki,........(kollegiya hadisənin bütün faktiki hallarını qeyd etməyə lüzum görmür)....Məhkum «xxx» diskotekasının qarşısında hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına etinadsızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub söyüşlər söyərək xuliqanlıq niyyəti ilə ictimai vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 qəsdən ağır xəsarət yetirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 bıçaqla vurulmasından sonra Məhkum «xxx» diskotekasının icarədarına qarşı zor tətbiq etməsi, ictimai qaydanı kobud surətdə pozması o nun hərəkətlərində qərəzli xuliqanlıq tərkibinin mövcud olduğunu təsdiq edir və bu epizod üzrə CM-in 221.3-cü maddəsi ilə tövsif düzgün hesab edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 ma y 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ay rı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafd akı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Cinayət işinin materiallarından və işin hallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hadisədən sonra ictimai qaydanı kobud surətdə pozaraq, silah qismində istifadə etdiyi bıçaqla “xxx” diskotekasının icarədarı Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmişdir və bu hərəkətlər də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq kimi qiymətləndirilməli və bu hissədə CM-in 221.3-cü maddəsinin tətbiqi əsaslı hesab olunmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hadisə nəticəsində ictimai qaydanın pozulması, təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsi n üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı gəldiyi nəticə sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanır. Məhkum cəza təyini məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci mad dəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırla şdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmalı və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Kassasiya məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilməsi tələbinə uyğun məhkəmələr tərəfindən müəyyən edilmiş halları nəzərə aldığını qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən hökmlə CM-in 221.3-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı təyin olunmuş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cə zasını qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMin 69.3-cü maddəsinə əsasən Məhkum 1 sentyabr 2008-ci il tarixdən 15 fevral 2010-cu il tarixədək həbsdə saxlandığı 1 (bir) il 5 (beş) ay 15 (on beş) gün müddət hazırkı qərarla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə ki, CM-in 126.2.2 və 126.2.4-cü maddələrində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. CM-in 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır v ə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını əməlin tövsifində səhvə yol verildikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Büt ün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü dəyişdirilməli, Məhkum müdafiəçisinin kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 221.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2025-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.3-cü maddələrindən həmin Məcəllənin 126.2.2 və 126.2.4-cü maddələrinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı təyin olunmuş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 1 sentyabr 2008-ci il tarixdən 15 fevral 2010-cu il tarixədək həbsdə saxlandığı 1 (bir) il 5 (beş) ay 15 (on beş) gün müddət hazırkı qərarla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2025-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar