Məhkəmə qərarları › İş №1(102)-2319/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2319/2025

18.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2319/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-257/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təq sirli bilinərək məhkum edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-257/2024 saylı, 18 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-564/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 1(124)-257/2024 tarixli hökmü ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə) xx xxxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsil li, evli, fərdi əmək fəailiyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və tutulanadək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1də yerləşən nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Məhkum hökmdən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti vermədiyinə görə, 01 mart 2025-ci il tarixdə apellyasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət etmiş dir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-257/2024 saylı, 18 aprel 2025-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-564/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-257/2024 saylı, 18 aprel 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-564/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protesti yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, məhkumun hüquqi savadı yoxdur və çıxarılmış hökmün ağırlığından psixoloji təsir altına düşmüşdür və bu səbəbdən də o, apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Hesab edirəm ki, apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət təmin edilməməklə məhkumun prosessual hüquqları pozulmuşdur. Bununla yanaşı Məhkum Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında həbs yerində elektrik kimi işləyərək faydalı əməklə məşğuldur. Müdafiəçi qeyd olunanlar ın nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apelly asiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 1(124)-257/2024 saylı hökmünü Məhkum 11 mart 2024-cü ildə müvafiq qəbzlə əldə etmişdir. Apellyasiya şikayəti isə 01 mart 2025-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 11 (on bir) aydan çox müddət keçmiş və məhkumun bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 11 (on bir) aydan çox zaman keçdikdən sonra, yəni 24 iyun 2025-ci il tarixdə Məhkum tərəfindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 1(124)-257/2024 saylı qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, məhkum apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, hökmün elan olunduğu andan 20 gün müddətində Məhkum apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya ş ikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün pro sessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-257/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli hökmündən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-257/2024 saylı, 18 aprel 2025-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-564/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərarı Məhkum müdafiəçisi Müdaf iəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar