Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2322/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Zərərçəkmiş şəxs iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 06 fevral 2025-ci il tarixli 1(105)-6/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aynur Rzayeva (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Fəhmin Hümbətov) 04 iyun 2024-cü il tarixli, 1(124)-164/2024 nömrəli hökmü ilə xx xxx 1992-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.2 və 182.2.4cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2022-ci i l tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, hədə-qorxu ilə tələb etmə məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə olduğu intim münasibətlər zamanı sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərin və video görüntülərin Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** GSM mobil nömrələrin “Whatsapp” proqram təminatına göndərərək həmin fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələmiş, 26 dekabr 2021-ci il tarixdə axşam radələrində Bakı şəhəri, “Koroğlu” metrostansiyasının qarşısındakı ərazidə 2000 manat pulunu alıb həmin videoların köçürüldüyü yaddaş kartını sonuncuya verərək, zərərçə kmiş Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmə məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə yaşadığı intim həyatın sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərini və video görüntülərini özünə məxsus mobil telefonun yaddaşında saxlayaraq silmədiyini bildirib, həmin çılpaq fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələyərək, 05 yanvar 2022-ci il tarixdən başlayaraq müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** saylı GSM mobil nömrələrə zənglər edərək həmin çılpaq fotoşəkillərin və video görüntülərin sosial şəbəkələrdə yaymaması müqabilində zərərçəkmiş Z ərərçəkmiş şəxs 10.000 manat məbləğində xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Afiq Hüseynzadə) 06 fevral 2025ci il tarixli, 1(105)-6/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 1(124)-164/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli, 1(105)-6/2025 nömrəli qərarının ləğv edilməsini və barəsində ədalətli nəticəyə gəlinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassa siya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr işin həqiqi hallarını nəzərə almamış, iş materiallarında olan sənədlərə əhəmiyyət verməmiş, barəsində qanunsuz və əsassız məhkəmə aktı çıxarmaqla onu azadlıqdan məhrum etmişlər. Belə ki, iş materiallarında olan üzləşmə protokolunda istintaq dövründə müstəntiq onu şikayətçi ilə üzləşdirmək istədiyi vaxt şikayətçi gəlməmiş, lakin müstəntiq üzləşmə protokolu tərtib edərək ona imzalatmışdır, yəni aralarında heç bir üzləşmə olmamışdır, bu, üzləşmə protokolunda da açıq şəkildə görünür. Həmçinin müstəntiq istintaq hərəkətlərini aparan zaman hal şahidlərinin adlarını protokola yazmış, lakin məhkum heç bir hal şahidi görmədiyini qeyd etmişdir. Hətta protokoldan da görünür ki, müstəntiq bir hal ş ahidinə imza etdirmiş, ikinci hal şahidinin adı olsa da, imzası olmamışdır. Qanuna əsasən 2 hal şahidinin iştirakı məcburidir. Müstəntiq ekspertiza keçirilməsi barədə bir neçə qərar qəbul etmişdir. Qərarda onun və zərərçəkmiş şəxsin səs nümunələrinin təqdim edilməsi göstərilir. Lakin ekspertə təqdim olunanda yalnız onun səs nümunəsi təqdim olunur. Ona görə də ekspert kiminlə danışdığını müəyyən edə bilmir. Əslində isə məhkum özünün şikayətçi ilə elə bir danışığı olmadığını bildirmişdir. Məhkum şikayətçi ilə nəinki Koroğlu metrostansiyasında, ümumiyyətlə, heç yerdə görüşməmişdir. Bundan başqa ibtidai istintaq və məhkəmə istintaqı dövründə məhkumun vəkili tərəfindən antena məlumatlarının təqdim olunmasına dair vəsatət verilsə də, məhkəmə tərəfindən həmin vəsatətlər təmin edilməmişdir. İş bu günə qədər obyektiv və hərtərəfli araşdırılmamışdır. İşdə olan sənədlərə düzgün qiymət verilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halla rı araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırkı cinayət işi üzrə araşdırma düzgün aparılmamış, məhkəmələr tərəfindən onun barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarından görünür ki, Məhkum özünü Azərbaycan Respublikası CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilməsə də, onun həmin əməlləri törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, toplanmış və məhkəmə ic lasında tədqiq edilmiş sübutların məcmusu - zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olması və iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnı z məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə dəlili ilə razılaşmır. Məhkum kassasiya şikayətinin digər dəlilli apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, m əhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini də əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi s übuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mü mkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(105)-6/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 182.2 və 182.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(105)-6/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2322/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2322/2025
28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver