Məhkəmə qərarları › İş №1(102)-2333/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2333/2023

28.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2333/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətl ər Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 243.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi R.M.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər Əkbərov Məhəmməd Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anandan olmuş, Azərbaycan Resp ublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşamış, CM-nin 243.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 480 (dörd yüz səksən) saat müddətə ictimai işlər cəzasına məhkum edilmiş və onun ibtidai istintaq dövründə və məhkəmədə barəsində həbs növündə qətimkan tədbiri seçilməklə 03 (üç) ay 16 (on altı) gün həbsdə saxlanıldığı müddət hökmlə ona təyin olunmuş ictimai işlər növündə cəzaya azadlıqdan məhrum etmənin bir gününə ictimai işlər növündə cəzanın səkkiz saatı bərabər tutulmaqla hesablanaraq o, 480 (dörd yüz səksən) saat müddətə ictimai işlər cəzasını çəkmiş hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hök mün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin araşdırılmış sübutlara əsasən özünün müəyyən etdliyi nəticə deyil, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 144-1.2.1, 144-1.2.2, 1441.2.4-1 və 243.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə müəyyən olunmuş hallara istinad edilməklə qeyd olunmuşdur ki, həmin ittihama əsasən, Məhkum təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmiş, eləcə də, şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Belə ki, Məhkum 2019-cu ilin noyabr ayından 2020-ci ilin dekabr ayınadək keçən müddət ərzində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesaj laşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayınadək keçən müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, “Qələbə” dairəsi yaxınlığında ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə təkrarən fahişəliyə cəlb etmişdir. Bundan başqa Məhkum, 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində ünvanı istintaqa məlum olmayan ünvanda yerləşən restoranda olan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının İstanbul şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Ba kı Hava Limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, həmin şəhərin Taksim adlanan ərazisində kirayə yaşadığı mənzildə yerləşdirməklə 2021-ci il yanvar ayının sonlarından fevral ayının ortalarınadək olan müddətdə həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Daha sonra Məhkum təkrarən 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 6 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 və ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə danışaraq Türkiyə Respublikasının İstanbul şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 09 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Hava Limanında yerləşən nəzarətburaxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, həmin şəhərin Taksim ərazisində kirayə yaşadığı mənzildə yerləşdirməklə 10 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Sonda birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum bütün təsvir edilən epizodlar yalnız f ahişəliyə cəlb etmə cinayət əməllərini törətmiş və buna görə onun həmin əməllərinin CM-nin 243.1-cü maddəsi ilə tövsif edilməsi və Məhkum həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması barədə yuxarıdakı hökmü çıxarmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmündən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs 1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, məhkum olunmuş şəxs Məhkum müdafiəçisi R.M.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 08 iyun 202 3cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs 1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 apellyasiya şikayətindən imtina etdiklərinə görə həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilmiş, müdafiəçi R.M.Əliyevin apellyasiya şikayəti və dövlət ittihamçısı V.B.Mehrəliyevin apellyasiya protesti təmin edilməmiş, hökm isə həmin şikayətə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti, Məhkum müdafiəçisi R.M.Əliyev isə kassasiya şikayəti verərək öz müraciətlərində aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı E.A.Mirzəyev – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olumasını və cinayət işi nin yeni apellyasiya baxışına təyin edilməsini: - müdafiəçi R.M.Əliyev – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, iş üzrə ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəti cə əsassızdır ona görə ki, həqiqətən zərərçəkmiş şəxslər məcburi qaydada deyil, könüllü şəkildə Məhkum ilə birlikdə Türkiyə Respublikasına getsələr də, hadisələrin təhlili onu göstərir ki, Məhkum üzərinə götürdüyü, yəni zərərçəkmiş şəxsləri işlə təmin olunmasına dair öhdəliyi yerinə yetirməmiş, buna heç səy belə göstərməmiş, hətta zərərçəkmiş şəxslərdən yaşadıqları mənzilin kommunal və s. xərcləri tələb etməyə başlamışdır. Zərərçəkmişlər Məhkum pul müqabilində kişi müştərilərlə görüşməyə dair təklifini qəbul etmədikdə, isə Məhkum onları mənzildən çıxarmaqla, Azərbaycanda barələrində rüsvayedici məlumatları yayacağı ilə hədələmiş və məhz bu səbəbdən də sonuncular onun təklifi ilə deyil, tələbi ilə razılaşmağa məcbur olmuşlar. Qeyd edilənlər həm ibtidai, həm birinci instansiyası məhkəməsində aparılmış istintaq, hətta apellyasiya icraatı zamanı da öz təsdiqini tapmışdır. Bu kimi əməllərin CM-nin 144-1-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi üçün zərərçəkmiş şəxsin cinsi istismar olunması ilə bağlı razılığının olub-olmaması heç bir əhəmiyyət kəsb etmir, hətta bu cürə razılıq olduğu halda belə, qanunverici həmin halın yüngülləşdirici hal kimi nəzərə alınmasını istisna edir. Hazırkı işin materialları nəzərdən keçirildikdə məlum olur ki, Məhkum insan alveri cinayətini zərərçəkmiş şəxsləri aldatmaqla törətmiş, yəni sonuncuların işlə təmin edilməsini vəd edərək onların Türkiyə Respublikasına getməyə razılıqlarını aldıqdan sonra, o, öz vədinə əməl etməmiş və pul müqabilində onları cinsi istismar etmişdir. Daha sonra dövlət ittihamçısı qeyd etmişdir ki, zərərç əkmiş şəxslərin həyat tərzi, yəni onların insan alveri cinayəti törədilməmişdən əvvəl də Məhkum ilə birlikdə fahişəlik fəaliyyəti ilə məşğul olmaları əməlin CM-nin 144-1-ci maddəsi ilə tövsif edilməsini istisna edən hal deyil və bu barədə göstəriş CM-nin 144-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində də öz əksini tapmışdır. Bununla da məhkəmələr mövcud hüquq münasibətlərinə tətbiq edilməli olan cinayət hüquq normasını tətbiq etməmiş, bu sahədə CM-nin 144-1-ci maddəsinin müddəalarını düzgün şərh etməmişlər. Eyni zamanda birinci instansiya məhkəməsi insan alveri cinayəti İlə bağlı olan epizodları fahişəliyə cəlb etmə cinayət əməli kimi qiymətləndirərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən bu iki cinayətin qəsd etdiyi ictimai münasibətlər arasındakı fərqi d ə nəzərə almamışlar. Belə ki, insan alveri cinayətinin obyekti qismində insanın şəxsi azadlığı çıxış etdiyi halda, fahişəliyə cəlb etmə cinayətinin obyektini ictimai mənəviyyat təşkil edir, məhkəmələr isə müxtəlif obyektlərə qəsd edən cinayətlər arasında olan fərqi müəyyən etmədən insan azadlığına qəsd edən cinayəti əsassız olaraq ictimai mənəviyyata qəsd edən cinayət kimi qiymətləndirmişlər ki, bu da “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tamamilə ziddir. Kassasiya protestində həmçinin qeyd olunur ki, Məhkum insan alveri qurbanlarını cinsi istismar məqsədilə cəlb edərkən kişi müştərilər özü tərəfindən tapılaraq, cinsi istismar qarşılığında əldə edilmiş pul vəsaitini bilaväsitə özü almış, həmin pul vəsaitinin yalnız bir qismini zərər çəkmiş ş əxslərə vermiş, qalan vəsait isə mənfəət olaraq mənimsəmişdir. Qeyd edilən xüsusat da əməlin həmin zərərçəkmişlərə münasibətdə CM-nin 144-1-ci maddəsi ilə tövsif edilməsini zəruri etdiyi halda, işin faktiki hallarına uyğun olmayaraq məhkəmələr tərəfindən cinayət qanununun normaları düzgün tətbiq olunmamış, məhkəmələrin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları nəzərə almadan əməlin yalnız CM-nin 243.1ci maddəsi ilə əhatə olunması ilə bağlı gəldikləri nəticə həmin sübutlarla təsdiq edilməmişdir. Kassasiya protestinin müəllifi həmçinin qeyd etmişdir ki, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi də həll edilərkən məhkəmələr özlərinin gəldikləri nəticə üzrə nəzərə almamışlar ki, Məhkum hətta yalnız fahişəliyə cəlb etmə cinayətini törətmiş olsa da, bu cinayəti i ki dəfədən çox, yəni təkrar törətmişdir. Bu hal isə yəni, cinayətlərin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsində cəzanı ağırlaşdıran kimi nəzərdə tutulsa da, məhkəmələr həmin hala ümumiyyətlə münasibət bildirməmiş və qanunvericiliyin tələblərinə zidd olaraq cəza təyini zamanı bu halı nəzərə almamışlar. Bu məsələyə dair də apellyasiya protestində müvafiq dəlillər irəli sürülməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin dəlilə cavab verməmişdir. Dövlət ittihamçısının qənaətinə görə, bütün təsvir edilən ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CP M-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş, Məhkum əməli CM-nin 243.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş, məhkəmənin iş üzrə qəbul etdiyi yekun qərarın əsasını yol verilməz sübutlar təşkil etmiş, digər tərəfdən isə məhkum olunmuş şəxsə cəzanı ağırlaşdıran hal nəzərə alınmayaraq açıq-aşkar yüngül cəza təyin olunmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.A.Mirzəyev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikyətində CM-nin və CPM-nin bir sıra maddələrinə, Məhkum məhkəmə iclaslarında verdiyi ifadələrinə və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi R.M.Əliyev kassasiya şikayətini belə əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi Məhkum CM- nin 243.1-ci maddəsində göstərilən əməli törətdiyinin sübuta yetirildiyini əsaslandırmaq üçün yalnız zərərçəkmiş şəxslərin ifadələrinə istinad etmiş, halbuki, Məhkum məhkəmə iclaslarında verdiyi iifadələrində də bildirmişdi ki, o, heç vaxt, heç kəsi fahişəliyə cəlb etməmiş və bu məqsədlə hər hansı hərəkətlərə yol verməmişdir. Halbuki o, CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə o halda təqsirli bilinərək məhkum oluna bilərdi ki, onun bu əməli törətməsi təkzibolunmaz sübutlarla təsdiq edilərdi. Belə sübutlar isə nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında əldə edilməmiş və araşdırılmamışdır. Müdafiəçi daha sonra qeyd etmişdir ki, bu haqda onun verdiyi apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi də onun dəlillərinə heç bir hüquqi qiymət verməmiş və bu dəlillər üzrə hər hansı araşdırma və təhlil aparmamışdır. Bütün bunlar, həm ibtidai istintaqın, həm də məhkəmə araşdırmasının qeyri-obyektiv aparılmasına, Məhkum isə CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirinin sübuta yetirilməməsinə və onun əsassız olaraq məhkum olunmasına dəlalət edir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi R.M.Əliyev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, o, həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina olunmasını, araşdırılmış sübutlara qanun müvafiq qaydada qiymət verilmədiyini, məhkəmənin qəbul etdiyi yekun qərarın əsasını yolverilməz sübutlar təşkil etdiyini, Məhkum əməllərinin düzgün tövsif edilməməsini, eyni zamanda ona iş üzrə cəzanı ağırlaşdıran hal nəzərə alınmadan yüngül cəzanın təyin edilməsini iddia edir, bununla da kassasiya qaydasında mübahisələndirdiyi 08 iyun 2023-cü il tarixli qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslarla əlaqələndirir. Müdafiəçi R.M.Əliyevin kassasiya şikayətinin məzmunundan isə görünür ki, sonuncu məhkəmələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini və buna görə də, hüquqlarını müdafiə etdiyi Məhkum təqsiri sübuta yetirilmədiyi halda əsassız olaraq məhkum edilməsini iddia edərək apellyasiya instansiyası məhkəmə sinin qərarının ləğv edilməsi barədə tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində göstərilən hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, yaxud da məsuliyyəti ağırlaşdır an və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestini və müdafiəçi R.M.Əliyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə həmin kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası əvvəlki qərarlarında olduğu kimi, növbəti dəfə xatırladır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instans iyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik ed ilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarını n ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yə ni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilm əsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına a lınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa olunmasını, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci madd əsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin işti rakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunveiciliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tari xli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri n müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübut ların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət proses i tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir k i, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və di gər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyə n edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzər də tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqs iri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət müh akimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsi ri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlə rin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını ş ərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü ma ddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkr et olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun o laraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin məhkəmə kollegiyası onu da vurğulayır şərh olunan tələblərə nəinki cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında verilmiş şikayətlərə birinci instansiya məhkəməsində baxılarkən, həmçinin həmin məhkəmənin çıxardığı hökmdən və ya qəbul etdiyi qərardan verilmiş apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən də əməl olunmalıdır. Bu zaman apellyasiya instansiyası məhkəməsinin yerinə yetirməli əsas vəzifələrdən biri də qəbul etdiyi yekun məhkəmə aktında apellyasiya müracitələrində əksini tapmış bütün dəlillərə əsaslandırılmış və inandırıcı cavab verməli olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə k ollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, həmin sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl olunması və törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhz bu vəzifələri yerinə yetirən kassasiya kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməs i tərəfindən çıxarılmış hökmün və onun dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun qərarı təhlil edərək belə qənaətə gəlir ki, həmin məhkəmə aktları prosessual hüquq normalarının yuxarıda təsivr edilən tələblərinə cavab vermir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq qüvvədə saxladığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmündən göründüyü kimi, həmin hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin işə baxılması nəticəsində özünün gəldiyi qənaəti deyil, ibtidai araşdırma orqanı tərəfindən Məhkum irəli sürülmüş ittiham üzrə müəyyən olunan hallar təsvir edilmiş və yalnız hökmün həmin hissəsinin sonunda məhkəmə sonuncunun bütün əməllərinin CMnin 243.1-cü ma ddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gəlməsini qeyd etmiş, lakin bu nəticə də mücərrəd xarakter daşımışdır. Yəni, məhkəmə Məhkum cinayət əməllərini CM-nin 243.1-ci maddəsi ilə tövsif etsə də ona qarşı irəli sürülmüş ittiham üzrə hər bir əməli bu maddənin dispozitiv əlamətlərinə uyğun olaraq ayrı-ayrılıqda təsvir etməmiş, öz nəticəsini isə müvafiq sübutlar vasitəsilə, habelə qanunvericiliyin tələblərinə istinad etməklə kifayət qədər əsaslandırmamış, bununla da CPM-nin 353.2.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasına yol vermişdir. CPM-nin 353.2.1-ci maddəsinin tələbləri isə ondan ibarətdir ki, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfin dən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 heç vaxt fahişəliyə cəlb etməmiş, sonuncular öz təşəbbüsləri ilə onunla birlikdə Türkiyəyə getmiş, orada zərərçəkmiş şəxsləri hər hansı mənfəət əldə etmək məqsədilə cinsi istismara məruz qoymamış, onların azadlıqlarını məhdudlaşdırm amış, adları göstərilən şəxslər sərbəst şəkildə Türkiyənin İstanbul şəhərində hərəkət etmiş, hətta bir müddət ondan ayrı yaşamış, sonra da istədikləri vaxt sərbəst şəkildə Bakı şəhərinə qayıtmışlar. Eyni zamanda Məhkum qeyd etmişdir ki, hazırki iş üzrə zərərçəkmiş şəxslər kimi tanınmış Zərərçəkmiş şəxs 1nı və Zərərçəkmiş şəxs2 Bakı şəhərində də fahişəliyə cəlb etməmişdir (Məhkum ona qarşı irəli sürülmüş ittihamı təkzib edən, eyni zamanda ziddiyyətli olan ifadələri həm ittiham aktında, həm də məhkəmələrin yekun məhkəmə aktlarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası həmin ifadələrin hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür). Apellysiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verdiyi ifadələri 08 iyun 2023-cü il ta rixli qərarda belə təsvir edilmişdir ki, sonuncu Məhkum təxminən 2017-ci ildən tanıyır. Onlar Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən işlədiyi gözəllik salonunda müştəri kimi tanış olmuş və o, Məhkum işlədiyi gözəlik salonunda müxtəlif salon xidmətləri göstərmişdir. 2017-ci ildə o, Məhkum ilə təzə tanış olduğu zaman sonuncu ona kişilərlə görüşdən yaxşı pul qaldığını bildirərək, istəsə, ona müştəri tapa biləcəyini söyləmişdir. Maddi vəziyyəti yaxşı olmadığına görə o, Məhkum təklifi ilə razılaşmış və bundan sonra sonuncu onu Bakı şəhərinin ayrı-ayrı yerlərində kişilərə təklif edərək onlarla görüşdürmüşdür. Göstərdiyi xidmətə görə pulu müştərilərdən Məhkum özü alaraq ona vermişdir. 2021-ci ildə ona məlum olmuşdur ki, Məhkum Türkiyə Respublikasına gedib gəlir, bunu sonuncu özü də təsdi q edərək Türkiyədə işi olduğunu, oradan mal gətirib Bakıda satdığını, alverlə əlaqədar olaraq oraya gedib gəldiyini bildirmişdir. O, həmçinin digər Zərərçəkmiş şəxs2 ilə də salonda tanış olmuşdur. Bir dəfə də salonda olarkən, Zərərçəkmiş şəxs2, Məhkum və onun özü söhbət edərkən, Məhkum yaxın vaxtlarda yenə Türkiyə Respublikasına gedəcəyini bildirərək onlara təklif etmişdir ki, İstanbulda gözəllik salonu açsalar, daha çox pul qazana bilərlər. Həmin zaman Bakıdakı salonda işlər zəif olduğundan, onlar qərara gəlmişlər ki, Məhkum ilə birlikdə Türkiyə Respublikasına getsinlər, orada salon açmaqda Məhkum onlara köməklik göstərsin. Bu barədə Məhkum təklifi ilə razılaşdıqdan sonra o, Türkiyəyə getmək üçün bileti özü almış, İstanbul şəhərində onlar Məhkumun rəfiqəsinin Taksim ərazisində yerləşən evində qalmışlar. İstanbula gəldikdən sonra onlar Məhkumun təşəbbüsü ilə bir neçə dəfə kişilərlə görüşüb fahişəliklə məşğul olmuşlar. Yəni, hələ kirayə problemi yaranmamışdan əvvəl o, Məhkumun vasitəsi ilə Türkiyədə bir neçə şəxslə görüşərək onlarla pul müqabilində cinsi əlaqədə olmuşdur. Bundan bir müddət keçdikdən sonra onların pulu olmadığından, qaldıqları evdə işıq, qaz, su pulu ödənilməsinə də kömək edə bilməmişlər. Məhkum onlara bildirmişdir ki, salon işi alınmır və təklif etmişdir ki, kilşilərlə görüşməyi davam etdirsinlər. Onlar bu təkliflə razılaşmışdıqdan sonra Məhkum özü müştəri taparaq onları, yəni onu və Zərərçəkmiş şəxs2 həmin müştərilərlə görüşdürmüş, əvəzində isə onlara pul vermişdir. O, Zərərçəkmiş şəxs2 ilə birlikdə İstanbulda 14 gün qalmış, orada olarkən, Məhkum təklifi ilə 3-4 müştəri ilə görüşmüş və hər müştəriyə etdiyi xidmətlərə görə Məhkum ona 150 manat məbləğində pul vermişdir. Məhkumun özünə nə qədər pul qaldığı, ümumiyyətlə Aygünə pul qalıb-qalmaması barədə onun məlumatı yoxdur. Daha sonra o, Məhkuma bildirmişdir ki, müştərilərlə görüşmək istəmir, Zərərçəkmiş şəxs2lə birlikdə Məhkumdan ayrılaraq, bir yerdə Taksimdə yerləşən oteldə 3 gün qalıb bilet aldıqdan sonra Bakıya qayıtmışdır. Kassasiya qaydasında mübahisələndirilən qərarda Zərərçəkmiş şəxs2 ifadələri də analoji məzmunda təsvir edilmişdir. Lakin, cinayət işinin materialları, o cümlədən apellyasiya icraatı zamanı tərtib edilmiş məhkəmə iclas protokolundan görünür ki, adları yuxarıda göstərilən zərərçəkmişlərin apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin bir q ismi ya təhrif olunmuş, ya da ki, onların bir hissəsi ümumiyyətlə qərarda əksini tapmamışdır. Belə ki, qeyd olunan protokoldan görünür ki, həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, onlar Türkiyə Respublikasının İstanbul şəhərinə fahişəliklə məşğul olmaq məqsədilə deyil, Məhkum orada gözəllik salonu açacağı, onların da həmin salonda işləyəcəyi, bunun da müqabilində yaxşı qazanc əldə edəcəkləri barədə vədinə inanaraq, yəni onun tərəfindən aldadılaraq onunla birlikdə İstanbula getmiş, lakin Məhkum bu işin alınmadığı bildirdikdən sonra onlara fahişəliklə məşğul olmağı təklif etmiş, onlar da maddi vəziyətləri tükəndiyindən bu təkliflə razılaşmağa məcbur olmuşlar. Bunun üçün isə Məhkum müştəriləri özü tapırdı, həmin müştərilərlə görüşmək üçün onl arı otellərə özü aparırdı, sonunculara göstəilən xidmətlərə görə pullar Məhkumun kartına köçürülürdü, o, isə əldə etdiyi puldan yalnız az bir hissəsini onlara verirdi. Eyni zamanda Zərərçəkmiş şəxs 1 və Zərərçəkmiş şəxs2 apellyasiya icraatı zamanı vedikləri ifadələrindən görünür ki, Türkiyədə olarkən Məhkum onlardan qaldıqları evin kirayə pulunu və kommunal xərcləri ödəməyi onlardan tələb etmiş, habelə ondan şikayət edərlərsə gördükləri iş barədə qohumlarına deyəcəyi, bununla da onları rüsvay edəcəyi ilə hədələyərək onun arxasında duranların olmasını bildirmişdir. Apellyasiya şikayətinə və apellyasiya protestinə məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs3 verdiyi ifadələrin 08 iyun 2023-cü il tarixli qərardakı təsvirindən görünür ki, o, rəqqasədir, ərəb rəqsləri ilə məşğuldur, Məhkum təxmin ən 5-6 ildir ki, tanıyır. Ölkə ərazisində karantin rejimi başlayan ərəfələrdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Xəmsə” restoranını işlətməyə başlamış, lakin koronavirus pandemiyasının yayılmasına görə restoranda iş yaxşı getmirdi. Həmin dövrdə Məhkum restorana gəlib getmiş, 2021-ci ilin yanvar ayının əvvəllərində Məhkum növbəti dəfə restorana gəlmiş, onlar əyləşib bir qədər söhbət edərkən, o, maddi sıxıntılarının olmasını, restoranın qazanc gətirmədiyini ona bildirdikdə Məhkum ona Türkiyə Respublikasına getməyi, orada yenə rəqqasə kimi işinə davam edib qazanc əldə edə biləcəyini söyləmişdir. O, Məhkumun dediklərinə inanaraq Türkiyə Respublikasına getməyə razılaşmış və birlikdə bilet almaq qərarına gəlmişlər. Onun biletini İstanbulda yaşayan, illərlə tanıdığı sevgilisi Heyati bəy al mışdır. 11 yanvar 2022-ci il tarixdə o, Məhkumla birlikdə Bakı Beynəlxalq Hava Limanından təyyarə vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, daha sonra İstanbul şəhərinin Taksim adlanan ərazisində kirayə ev tutmuşlar və birlikdə yaşamağa başlamışlar. Həmin vaxt onun pulu olmadığına görə Məhkum ona pul da vermiş, o, isə Həyati bəydən pul istəməyə utanmışdır. Qaldıqları evin işıq, qaz və su pulunu Məhkum tək verdiyinə görə ona etirazlarını bildirmişdir. Həmin ərəfədə Məhkum ona foto modellik edərək pul qazanacağını, işləyəcəyi ajansın müdiri Mert bəy adında şəxsin onlara gələcəyini demişdir. Həqiqətən bu söhbətin edildiyi günün axşamı Mert bəy öz qardaşı ilə onların qaldıqları evə gəlmiş və onlar birlikdə foto modelliklə bağlı mövzuda söhbət etmiş, o, da bu işin görülməsi üçün hər hansı lazım olan köməkliyi göstərə biləcəyini bildirmişdir. Həmin evdə 15 gün qaldıqdan sonra Məhkum ona verdiyi pulunu qaytarmasını, eləcə də kirayə ev pulunu verməsini tələb etmiş, o, isə pulunun olmadığını bildirdikdə Məhkum ona pul müqabilində fahişəliklə məşğul olmağı və bu yolla qazanc əldə edə biləcəyini təklif etmişdir. Maddi imkansızlıqdan o, Məhkumun təklifi ilə razılaşmış və iki nəfərlə görüşərək onlarla cinsi əlaqəda olmuş, bunun müqabilində müştərilərin birindən 100 ABŞ dolları, digərindən isə 50 ABŞ dolları məbləğində pul almışdır. Lakin sonradan o, artıq bu işlə məşğul olmaq istəmədiyini Məhkuma bildirmiş, orada olan sevgilisi Heyati bəyə zəng edərək ona başqa yerdə kirayə ev tutmasını xahiş etmiş, Həyati bəy də onun xahişini yerinə yetirmiş və o, bir müddət İstanb ul şəhərində qaldıqdan sonra 2021-ci ilin may ayında Bakıya qayıtmışdır. Apellyasiya icraatı zamanı tərtib edilmiş 01 iyun 2023-cü il tarixli protokoldan isə görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 yuxarıda təsvir edilənlərlə yanaşı həmçinin göstərmişdir ki, Türkiyə Respublikasına getməzdən əvvəl Məhkum ona həmin ölkədə onun media sahəsində fəaliyyət göstərən və restoran biznesi ilə məşğul olan tanışlarının olmasını bildirərək onların vasitəsilə restoranlarda rəqqasə kimi işləyib yaxşı qazanc əldə edəcəyini vəd etmiş, o, da bu vədə inanaraq İstanbula getməyə razılıq vermişdir. İstanbulda qaldıqları müddətdə o, Məhkum borc pul almış, lakin onun söz verdiyi işi olmadığından o, borcunu qaytara bilməmiş, halbuki Məhkum dəfələrlə pulunu qaytarmasını tələb etmiş və bunun üstündə onların mübahi sələri də olmuşdur. Buna görə, o, məcburiyyət qarşısında qalıb pul müqabilində kişilərlə cinsi əlaqədə olmaq haqqında Məhkum təklifi ilə razılaşmış və məhz bundan sonra sonuncu özü bunun üçün müştərilər taparaq onu həmin müştərilərlə görüşdmüşdür. Müştərilərin verdikləri pulları isə o, Məhkumdan aldığı borcun əvəzi kimi ona vermişdir. Qeyd olunmalıdır ki, istər hökmdə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarından əksini tapmamış, hətta onların cinsi istismarı ilə bağlı bəzi hissələrində fərqli xüsusatlar barədə ifadələri zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs 1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, hər birisi ayrı-ayrılıqda ibtidai araşdırma zamanı da vermiş, lakin nə birinci, nə də işə qismən məhkəmə istintaqı aparılmaqla baxmış apellyasiya instansiyası məhkəməsi bu ifadəl əri, yəni ittiham tərəfinin təqdim etdiyi, iş düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutları tədqiq etməyərək qəbul etdikləri yekun məhkəmə aktlarında onların təhlilini aparmamış və onlara müqayisəli şəkildə qiymət verməmiş, adları çəkilən şəxslərin verdikləri ifadələrinin bir hisssəsini qəbul, digər hissəsisinin isə rədd edilməsinin, həmçinin Məhkum ilə üzləşdirmələr zamanı da verdikləri eyni məzmunlu ifadələrinin sübutlar siyahısından çıxarılmasının səbəblərini qanunvericilkdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışlar. Halbuki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs 1nın, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında dindirilərkən hər hansı təsirə və ya təzyiqə məruz qalmaları, bu istintaq hərəkətinin aparılması zamanı onların hüquqları nın kobud şəkildə pozulması (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi), habelə sonuncuların yalan ifadələr verərək Məhkum böhtan atmaları iş materialları ilə müəyyən edilmir və bu hallara dair heç bir sübut əldə edilməmişdir. Daha sonra, məhkəmə kollegiyası Məhkum qarşı insan alveri cinayətini törətdiyinə görə ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş, lakin məhkəmələrin razılaşmadıqları ittihamla bağlı onun barəsində tətbiq edilmiş qanunvericiliyin normalarına və həmin normalara verilən təfsirə də müraciət etməyi zəruri bilir. Belə ki, “ İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurasının 16 may 2005-ci il tarixli Varşava Konvensiyasının 4-cü maddəsinin “a” bəndinə əsasən "İnsan alveri" dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə və yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hər hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla, şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür. İstismar dedikdə, ən azı, başqalarını məcburi fahişəliyə cəlbetmə və digər cinsi istismar formaları, məcburi əmək və ya xidmətlər, köləlik, daxili orqanların çıxarılması və buna bənzər əməllər nəzərdə tutulur. Konvensiyanın “b” bəndində göstərilmişdir ki, “insan alveri” qurbanının bu maddənin (a) bəndində nəzərdə tutulan istismar üçün öz razılığının olması (a) bəndində göstərilən üsullardan hər hansı birin in tətbiq olunduğu təqdirdə nəzərə alınmır. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.1-ci maddəsində insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi kimi təsbit edilmişdir. Adı çəkilən Qanunun 1.0.2-ci maddəsinə görə, insanların istismarı dedikdə məcburi əmək (xidmət), cinsi istisma r, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi başa düşülür (insan alveri 1.0.1-ci maddədə göstərilən üsullarla törədildikdə insan alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır). Qanunun 1.0.4-cü maddəsinə əsasən isə, cinsi istismar dedikdə şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi başa düşülür. CM-nin 144-1.1-ci maddəsində insan alverinə, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsinə, əldə edilməsinə, saxlanılmasına, gizlədilməsinə, daşınmasına, verilməsi və ya qəbul edilməsinə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin əməllər iki və ya daha çox şəxs barəsində, təkrar və insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildkdə belə əməllər CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə tövsif edilir. CM-nin 144-1-ci maddəsinin “Qeyd” hi ssəsinin 1 və 2-ci bəndlərinin tələblərindən görünür ki, bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. İnsan alverindən zərər çəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Hazırki işi üzrə araşdırılmış sübutlarla (Məhkum ifadələri istisna olunmaqla), əsasən zərərçəkmiş şəxslərin ifadələri ilə (məhz həmin ifadələr Məhkum q arşı irəli sürülmüş ittihamın əsasını təşkil edir) müəyyən edilən işin faktiki halları ondan ibarətdir ki, sonuncu öz tanışları Zərərçəkmiş şəxs 1nın, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 maddi cəhətdən zəiflik vəziyyətindən istifadə edərək onları xarici ölkədə - Türkiyə Respublikasında fahişəliklə məşğul olmalarını deyil, nəzərdə tutduqları işlə təmin edəcəyini vəd edərək guya bu vədə əməl olunması üçün onlarla birlikdə həmin ölkəyə getmiş, orada isə onlara söz verdiyi işlə təmin olunmasının mümkünsüzlüyünü bildirərək həmin şəxslərdən müxtəlif məqsədlər üçün pul tələb etmiş, lakin sonuncular onun bu tələblərini yerinə yetirə bilmədiklərindən onlara pul müqabilində fahişəliklə məşğul olmağı və bu yolla qazanc əldə edə biləcəklərini təklif etmiş, sonuncular da məcburiyyət qarşısında qal araq bu təkliflə razılaşmışlar. Bundan sonra Məhkum adları çəkilən zərərçəkmiş şəxslərə təklif etdiyi fəaliyyətlə məşğul olmaları üçün özü müştərilər tapıb onlarla sövdələşmiş, sonuncularla razılığa gəlib Zərərçəkmiş şəxs 1nın, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 göstərdikləri xidmətə görə pul vəsaitlərini özü əldə etmiş və həmin vəsaitlərin az bir hissəsini zərərçəkmiş şəxslərə verərək qalan hissəsini mənfəət kimi özü əl keçirmişdir. İş materiallarının öyrənilməsi və qəbul edilmiş yekun məhkəmə aktlarının təhlili göstərir ki, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında işin bu faktiki hallarına milli qanunvericiliyinin və beynəlxalq müqavilənin yuxarıda təsvir edilmiş tələbləri baxımından heç bir qiymət verməmiş və həmin hallar üzrə Məhkum əməllərində insan alveri cinayətinin deyil, fahişəliyə cəlb etmə cinayətinin tərkibinin olmasını tutarlı şəkildə əsaslandarmamışlar. Digər tərəfdən, məhkəmələr hətta zərərçəkmiş şəxslərin cinayət təqibinin müxtəlif mərhələlərində, o cümlədən məhkəmə iclaslarında verdikləri ifadələrini də öz yekun məhkəmə aktlarında təhrif etmiş və bu ifadələri faktiki olaraq iş üzrə gəldikləri nəticəyə uyğunlaşdıraraq həmin ifadələrin əhəmiyyətli hissələrini hökmdə və kassasiya qaydasında mübahisələndirilən qərarda əks etdirməkdən imtina etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmişlərin cinayət təqibinin bütün mərhələlərində verdikləri ifadələri tədqiq və təhlil edilməməklə, onlara CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verilməməklə, yəni nəticə etibarı ilə CPMnin 416.1.1 və 416.1.2-ci maddələrində göstərilən pozuntulara yol verilməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərar əsaslı və qanuni məhkəmə aktı kimi qiymətləndirilə bilməz və buna görə həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalı, bununla da göstərilən qərardan verilmiş kassaiya protesti də təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin o, dəlili ilə də razılaşır ki, məhkəmələr Məhkum yalnız fahişəliyə cəlb etmə cinayətini törətməsi barədə nəticəyə gəlsələr də, nəzərə almamışlar o, həmin əməlləri bir neçə şəxsə qarşı müxtəlif vaxtlarda təkrar törətmişdir, həmin hal isə CM-nin 61.1.1.-ci maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar tör ədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə isə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi, ilk növbədə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən birinci instansiyası məhkəməsi sonuncuya CM-nin 243.1-ci maddəsi ilə ictimai işlər cəzasını təyin edərkən hətta özünün müəyyən etdiyi yuxarıda göstərilən cəzanı ağırlaşdıran halı nəzərə almamış, digər tərəfdən CM-nin 58.3-cü maddəsinin də tələblərinə əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi isə nəinki bu pozuntuya yol verilməsi ni diqqətindən qaçırmış, həm də bununla bağlı apellyasiya protestinin dəlillinə də cavab verməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin məzmunlarının apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin və kassasiya protestinin məzmunları ilə eynilik təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi öz qərarında apellyasiya müraciətlərində əksini tapmış dəlilləri natamam şəkildə təsvir etməklə kifayətlənmiş, lakin bu dəlillərə ətraflı və inandırıcı cavab verməməklə üzərinə düşən əsas vəzifələrdən birini yerinə yetirməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə vəziyyətdə də apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 08 iyun 2023-cü il tarixli qərarı əsaslı və qanuni yekun məhkəmə aktı kimi nəzərdən keçirilə bilməz. Həmin qərardan müdafiəçi R.M.Əliyevin kassasiya şikayətinin dəlilləri və həmin dəlillər əsasında irəli sürülmüş tələblə bağlı məhkəmə kollegiyası yuxarıda göstərilənlərə, yəni iş üzrə natamam araşdırmanın aparılmasına, araşdırılmış sübutlara lazımi qiymət verilməməsinə və digər nöqsanlara və qanun pozuntularına yol verilməsinə əsaslanaraq bu vəziyyətdə 08 iyun 2023-cü il tarixli qərarın ləğv edilməsi və Məhkum barəsindəki cinayət işinin icraatına təqsirliliyi sübuta yetirilmədinə görə xitam verilməsini mümkün bilmir və buna görə də, həmin şikayətin dəlillərinə ətraflı cavab verilməsini zəruri saymayaraq həmin şikayətin təmin edilməməsini məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə k ollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirib təhlil edərək, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi R.M.Əliyevin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasya baxışına təyin olunmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəmə si tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Müdafiəçi R.M.Əliyevin kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar