Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2338/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Hüseynov Zaur X oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun və onun müdafiəçiləri Rzayev Əlibaba Ağaşirin oğlunun və Abbasov Murtuzəli Aydın oğlunun iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, X qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbayc an Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 1(104)23/2024 nömrəli qərarından Məhkum və onun müdafiəçiləri Abbasov Murtuzəli Aydın oğlu və Rzayev Əlibaba Ağaşirin oğlu tərəfindən birgə, habelə Məhkum digər müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(100)-05/2023 nömrəli hökmü ilə (hakimlər: İ.H.Dadaşov (sədrlik edən), F.N.Mahmudov və N.T.Əliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri ilə 17 (on yeddi) il müddətə, CM-in 133.2.1, 133.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə, CM-in 144.3-cü maddəsi ilə 12 (on iki) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 06 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum, onun müdafiəçiləri M.Abbasov, Ə.Rzayev və Z.Qəhrəmanov və zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 31 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarından məhkum və onun müdafiəçiləri tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 21 noyabr 2019-cu il tarixdə günorta saatlarında yaşadığı Tovuz rayonu, Dondar Quşçu kəndindəki fərdi yaşayış evinin qarşısında olarkən kifayət qədər yaşı olmasına baxmayaraq, səhhətində olan problemlərlə bağlı evlənmədiyi və övlad sahibi ola bilməyəcəyini düşünərək, bu baxımdan həmyaşıdlarından geri qalmasına, o cümlədən, həmkəndlisi, eyni zamanda, sinif yoldaşı olan X23 evli və bir neçə övlad sahibi ol masına qarşı əvvəlcədən qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündə yaranmış alçaq niyyətlə sonuncunun yetkinlik yaşına çatmayan, yəni XXXX-cu il təvəllüdlü övladı X11 yaşadığı ev istiqamətində gəldiyini görüb, həmkəndlisi olmaqla, eyni zamanda fiziki əlamətlərinə görə özü üçün aşkar surətdə yetkinlik yaşına çatmadığını bildiyi X16 oğurlamaq məqsədilə Xya yaxınlaşıb sonuncunu kitablar vermək bəhanəsi ilə aldadıb yaşadığı evin həyətindəki yardımçı tikilinin ikinci mərtəbəsinə apararaq, orada Xya bundan sonra artıq onunla qalacağını, sonuncuya övladı kimi baxacağını bildirmiş, X buna etiraz etdikdə isə, azyaşlı olmaqla özündən dəfələrlə böyük və fiziki cəhətdən daha çox gücə malik olan şəxsə müqavimət göstərmək imkanında olmayan, yəni faktiki olaraq təqsirkardan asılı vəziyyətdə o lmaqla köməksiz qalan-oğurladığı Xnın müqavimətini qırmaq məqsədilə sonuncunu qorxudub, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsinə zidd olaraq əllərini və ayaqlarını iplə həmin tikilidə olan çarpayıya bağlayaraq, uzun müddət ərzində mütəmadi olaraq CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan güclü fiziki ağrı və psixi iztirablar verməklə, eyni vəziyyətdə soyuq və az qidalanma şəraitində 4-5 yanvar 2020-ci il tarixədək həmin tikilidə saxlamaqla, hətta müqavimətini qırmaq üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filmini, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05-də “Hercayi” serialını, saat 14:06-də “Mister Bin” animasiya cizgi filmini, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35-da qadınlar üçün kosmetik boyanma videosunu, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi məzmunda olan videoları, saat 15:34-də “Maşa və ayı” cizgi filmini, saat 18:54-də “Qızım və mən” serialını, 26 dekabr 2019-cu il tarixdə saat 15:44-də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videonu, “Cocuklar duymasın” videoserialını və müəyyən edilməmiş digər tarixlərdə zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoseriallarını sonuncuya nümayiş etdirməklə, yetkinlik yaşına çatmayan şəxsə qarşı adamoğurluğu cinayət əməlini törətmişdir. Xnın i tkin düşməsi ilə bağlı ailə üzvlərinin hüquq mühafizə orqanlarına müraciətləri, kənd ərazisində hüquq mühafizə orqanları və digər dövlət qurumları tərəfindən hərtərəfli axtarış tədbirlərinin həyata keçirilməsi, cinayət hadisəsinin kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması və ictimai qınağa səbəb olmasından sonra isə həmin cinayəti gizlətmək və heç kimin ondan şübhələnməməsi üçün adam oğurluğu ilə əlaqədar Xnı qəsdən öldürərək, meyitini yaşadığı evdən çıxarıb, kənar yerə aparıb ataraq, törətmiş olduğu cinayət əməlini özündən kənarlaşdırmaq və bununla da, cinayət məsuliyyətindən yaxa qurtarmaq qərarına gəlmişdir. Bu məqsədlə dəqiq müəyyən edilməmiş 04-05 yanvar 2020-ci il tarixləri aralığında soyuq və aclıq üzündən halsız vəziyyətdə olmaqla, müqavimət göstərmək iqtidarında olmayan, köməksiz vəziyyətdə qalmış yetkinlik yaşına çatmayan- 10 yaşlı Xnı diri halda ağ rəngli un kisəsinə qoyub, yaşadığı evin həyətində olan yardımçı hissəyə (dama) apararaq, xüsusi rəhmsizlik və qəddarlıq nümayış etdirərək, müəyyən edilməyən geniş səthə malik bərk küt əşya ilə sonuncunun həyat üçün mühüm orqanı olan baş nahiyəsindən, sağ alın-təpə nahiyəsinə öndən-arxaya, yuxarıdan-aşağıya və bir qədər sağdan-sola, sağ təpə nahiyəsinə yuxarıdanaşağıya və sağdan-sola, sol təpə nahiyəsinə yuxarıdan-aşağıya, bir qədər arxadan-önə, soldan-sağa, sol təpə-gicgah nahiyəsinə yuxarıdan-aşağıya və soldan-sağa doğru istiqamətdə bir neçə dəfə güclü zərbələr vuraraq, Xya dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olmaqla, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan baş beynin əzilməsi və baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınıqları, eləcə də, dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları kimi digər xəsarətlər yetirərək, sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Onun öldüyünə əmin olduqdan sonra baş nahiyəsindən aldığı xəsarətlərdən qan axacağını düşündüyündən, axan qanın ətrafa yayılması nəticəsində özünün ifşa olunmasının qarşısını almaq məqsədi ilə evdə olan qırmızı rəngli yorğan üzünün bir hissəsini mərhumun baş nahiyyəsinə qoyaraq, qanın ətrafa yayılmasının qarşısını almış, daha sonra meyitin tanınmaması və üzərində mümkün ola biləcək cinayət izlərinin itirilməsi məqsədi ilə meyiti yandırmaq qərarına gəlib, əlverişli vəziyyətin və hava şəraitinin olmasını gözləyərək, bunun üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla 6 yanvar 2020-ci il tarixdə, saat 17:11-də “com.samsung. android.weather” saytına girərək, hava şəraitinə, həmin gün saat 19:07-də isə “Chrom MAP” proqramından istifadə edərək ərazinin xəritəsinə baxaraq, havanın yağmursuz olmasına və habelə yaşadığı evin darvazasından küçəyə nəzər salıb, qarşıdan keçən yolda hər hansı şəxsin və avtomobilin hərəkətinin olmadığına əmin olduqdan sonra, meyiti evində olan müxtəlif sintetik materialdan olan kisə, süfrə və örtüklərə bir neçə qat bükməklə, həmin un kisəsinin içərisində yaşadığı evdən 50 metr məsafədə yerləşən boş əraziyə daşıyıb, bu məqsədlə yaşadığı evdən götürdüyü tez alışan neft məhsulunu üzərinə tökməklə yandıraraq, həmin əməlləri ilə aşkar surətdə köməksiz vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxs barəsində həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, alçaq niyyətlə adam oğurlamış, aşkar surətdə yetkinlik yaşına çatmamaqla köməksiz vəziyyətdə olan oğurladığı şəxsə CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermiş, başqa cinayəti gizlətmə məqsədi ilə və adam oğurluğu ilə bağlı təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Xnı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum, onun müdafiəçiləri Qəhrəmanov Zabil Köçəri oğlu, Abbasov Murtuzəli Aydın oğlu və Rzayev Əlibaba Ağaşirin oğlu məzmunca biri birinə oxşar (ayrı-ayrılıqda verilmiş) kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 1(104)-23/2024 nömrəli qərarı qanunun tələblərinə uyğun qəbul edilməmiş, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin irəli sürdüyü iddiaları təsdiq edən mötəbər və inandırıcı sübutlar olmadan, müdafiə tərəfinin apellyasiya şikayətində göstərdiyi arqumentlərə və təqdim edilmiş sübutlara hüquq i qiymət vermədən, araşdırma aparmadan, sübutların tədqiqindən əsassız imtina edərək ittihamedici nəticəyə gəlmişdir. Kassatorlar iddia edirlər ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyini - ibtidai istintaq zamanı alınmış etirafedici ifadələrə, habelə bir sıra protokol və ekspertiza rəylərinə istinad etməklə təsdiq etmiş, apellyasiya instansiyası isə müdafiə tərəfinin irəli sürdüyü əsaslı arqumentlərə lazımi hüquqi qiymət vermədən birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Müdafiə tərəfi hesab edir ki, çıxarılmış hökm Cinayət-Prosessual Məcəllənin tələblərinə, habelə Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşd ırması hüququna uyğun gəlmir. Eyni ilə Məhkum saxlanılma şəraiti və ifadələrin əldə olunma qaydası Konvensiyanın 5-ci və 3-cü maddələri kontekstində də əsaslı şübhələr doğurur. Şikayət müəlliflərinin mövqeyinə görə, məhkəmə qərarında müdafiə tərəfinin irəli sürdüyü əsas arqumentlərə münasibət bildirilməmiş, təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə təqdim etdiyi dəlillər mahiyyəti üzrə qiymətləndirilmədən kənarda saxlanılmış, nəticədə tərəflərin bərabərliyi və çəkişmə prinsipləri təmin edilməmişdir. Halbuki “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının tələblərinə əsasən, təqsirləndirilən şəxsin müxtəlif mərhələlərdə verdiyi ifadələr arasındakı ziddiyyətlərin səbəbləri aydınlaşdırılmalı, həmin ifadələr digər sübutlarl a əlaqəli şəkildə təhlil edilməli, ibtidai istintaq ifadəsinə üstünlük verildiyi hallarda isə bu yanaşma əsaslandırılmalı idi. Lakin iş üzrə bu tələblər yerinə yetirilməmişdir. Məhkəmənin əsaslandığı 10–11 yanvar 2020-ci il tarixli etirafedici ifadələrə münasibətdə müdafiə tərəfi qeyd edir ki, təqsirləndirilən şəxs uzun müddət faktiki olaraq polis nəzarətində saxlanılmış və bu şəraitdə ifadələrin sərbəst iradə ilə verilməsi ciddi şübhə doğurur. Həmin ifadələrin əvvəlki ifadələrlə uyğun gəlməməsi, hadisənin vaxtı, törədilmə mexanizmi, zərbələrin sayı və digər mühüm hallar üzrə mövcud ziddiyyətlər, o cümlədən müdafiə tərəfinin zor tətbiqi barədə, müdafiə hüququnun pozulması, şahidlərin ifadələrinin mötəbərliyi, meyitin kimliyi və sair iddialarına məhkəmə tərəfindən real və hərtərəfli yoxlama aparılmaması etirafedici ifadələrin mötəbərliyini şübhə altına alır. Bu baxımdan, polis nəzarətində saxlanılma müddəti, sübutların əldə olunma qaydası və onların mümkün manipulyasiyası ehtimalı ilə bağlı Avropa Məhkəməsinin formalaşdırdığı yanaşma iş üzrə nəzərə alınmalı idi. Həmçinin 08 və 09 yanvar 2020-ci il tarixli baxış protokolları arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Belə ki, ilkin baxışda heç bir sübut aşkar edilmədiyi halda sonrakı baxışda “qan nümunəsi”nin tapılması həmin sübutun mənşəyi və əldə olunma şəffaflığı baxımından əsaslı suallar yaradır. İkinci qrup qan faktının özü təqsirləndirilən şəxslə bilavasitə əlaqə yaratmaq üçün yetərli deyil və alternativ məlumatlar (evə müxtəlif şəxslərin girişi və s.) məhkəmə tərəfindən əsaslandırılmış şəkildə təkzib edilməmişdir. Ey ni ilə telefon üzərində müdaxilə ehtimalı iş materiallarında əksini tapdığı halda, bu sübutların əldə olunması, saxlanması və tədqiqi zənciri etibarlı yoxlanılmadan həmin məlumatlara ittihamı gücləndirən sübut kimi istinad edilməsi yolverilməzdir. Hətta bu tip baxış faktları qəbul edilsə belə, onların cinayətin törədilməsinə dair birbaşa və kifayət edən sübut kimi təqdim olunması əsaslandırılmamışdır. Bundan başqa Lifli materiallarla bağlı ekspertiza üzrə paltarların müxtəlif tarixlərdə açılması, əvvəlcə kimyəvi-fiziki təsirlərə məruz qalması və sonradan lifli ekspertizaya yönəldilməsi, eləcə də paketlərin açılma ardıcıllığı zəncirin qorunması və nəticələrin etibarlılığı baxımından şübhə yaradır. Bu şəraitdə lifli ekspertiza rəyinin “mötəbər və həlledici” sübut kimi qəbul edilməsi əsaslı d eyil. Eyni zamanda kassasiya şikayətində ibtidai istintaq və məhkəmələr tərəfindən cinayətin motivinin müəyyən edilməməsi əsas dəlil kimi irəli sürür. Belə ki, ittiham aktında Məhkum guya həmkəndlisi Xə qarşı qısqanclıq və qibtə hisslərindən irəli gələn “alçaq niyyət”lə hərəkət etdiyi göstərilsə də, həmin niyyətin mənbəyi, formalaşma səbəbləri və təqsirləndirilən şəxsin daxili münasibəti nə onun ifadələrində, nə də cinayət işinin materiallarında təsdiqini tapmamışdır. Əksinə, ittihamda eyni zamanda Xnın oğurlanmasının məqsədinin onun övlad kimi saxlanılması olduğu göstərilməklə, əvvəlki “alçaq niyyət” tezisi ilə məntiqi uyğunsuzluq yaradılmışdır. Eyni ilə ibtidai istintaq mərhələsində – həm 10 yanvar 2020-ci il tarixli şübhəli şəxs qismində tutulma qərarında, həm də 11 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında – zərərçəkmiş şəxsin qəsdən öldürülməsinə dair niyyət və cinayət motivi qərarların təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən cinayətin motivinin göstərilməsi imperativ xarakter daşıyır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrdən isə ehtiyatsızlıqdan ölüm halının təsviri irəli gəlir ki, bu cür hallarda cinayət motivindən danışmaq mümkün deyildir. Bu səbəbdən müdafiə tərəfi hesab edir ki, cinayətin motivi ilə bağlı istintaq orqanının gəldiyi nəticə işin faktiki halları ilə təsdiqlənmir, mötəbər sübutlara əsaslanmır və ehtimallara söykənir. Belə olan halda, qəsdən adam öldürmə cinayətinin hüquqi tövsifi əsaslı hesab edilə bilməz, cin ayətdə qəsdin və ictimai təhlükəli məqsədin mövcudluğu sübuta yetirilmiş sayılmır. CPM-nin 145.1 və 146.1-ci maddələrinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməli, sübutların məcmusu isə ittihamı həll etmək üçün kifayət etməlidir. Mövcud ziddiyyətlər və müdafiənin irəli sürdüyü əsaslı şübhələr aradan qaldırılmadığı halda, bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli idi. Lakin məhkəmələr şübhələri aradan qaldırmadan, müdafiə tərəfinin mühüm arqumentlərini cavabsız buraxmaqla ittihamın təsdiqinə üstünlük vermişdir. Faktiki olaraq kassatorlar kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan h allar kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və müdafiəçiləri M.A.Abbasov, Ə.A.Rzayev və Z.K.Qəhrəmanov kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən h alların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya Məhkum, müdafiəçiləri M.A.Abbasov və Ə.A.Rzayevin birgə verilmiş və müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya mür aciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsin in müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş ittihama əsasən (Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri) Məhkum yetkinlik yaşına çatmayan şəxs barəsində həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu etmiş, aşkar surətdə yetkinlik yaşına çatmamaqla köməksiz vəziyyətdə olan oğurlanmış şəxsə CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermiş, başqa cinayəti gizlətmək məqsədi ilə və adam oğurluğu ilə bağlı təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıq la qəsdən öldürmüş, yəni az yaşlı X16 qəsdən həyatdan məhrum etmişdir. Məhkum, onun müdafiəçiləri M.A.Abbasov və Ə.A.Rzayev tərəfindən birgə verilmiş, habelə müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayətlərindən görünür ki, şikayətçilər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmasının lazımi qaydada sübuta yetirilmədiyini iddia edərək, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə tələb irəli sürmüşlər. Müdafiə tərəfinin iddialarının qiymətləndirilməsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tətbiq edilərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini, habelə təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumu vurğulamışdır ki, hər hansı ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət-hüquq normasının tətbiqi zamanı həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və törədilmiş əməlin düzgün tövsif edilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının h ərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin xüsusiyyətləri nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin dispozisiyasından aydın görünür ki, qanunverici 144.1 və 144.2-ci maddələrində nəzərdə tutulmuş adam oğurluğu əməllərinin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi, habelə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması hallarını adam oğurluğu cinayətinin xüsusi tövsifedici (ağırlaşdırıcı) əlamətləri kimi müəyyən etmişdir. Bununla qanunverici adam oğurluğu cinayətinin ictimai təhlükəlilik dərəcəsinin həmin hallarda əhəmiyyətli dərəcədə artdığını qəbul edərək daha ağır hüquqi nəticə nəz ərdə tutmuşdur. Burada vurğulanmalı olan əsas məqam ondan ibarətdir ki, Cinayət Məcəlləsinin 144.3-cü maddəsində “digər ağır nəticələr” anlayışı konkret olaraq sadalanmasa da, cinayət hüququ nəzəriyyəsində və məhkəmə təcrübəsində bu nəticələr adam oğurluğu cinayətinin icrası zamanı və ya onun nəticəsi olaraq zərərçəkmiş şəxsin sağlamlığına və ya həyatına ciddi zərər vurulması ilə xarakterizə olunur. Bu baxımdan, zərərçəkmiş şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma qanunverici tərəfindən birbaşa göstərilən tövsifedici əlamət olmaqla yanaşı, həmin ölümün adam oğurluğu əməlinin icrası ilə obyektiv səbəbli əlaqədə baş verməsi kifayət edir ki, təqsirkarın bu nəticəni əvvəlcədən məqsəd kimi qarşısına qoyub qoymaması yekunda onun əməlinin qeyd olunan maddə ilə tövsif olunmasını istisna etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, adam oğurluğu cinayəti formal tərkibli cinayət olmaqla, zərərçəkmiş şəxsin tutulduğu və iradəsi əleyhinə başqa yerdə saxlanıldığı andan başa çatmış hesab edilir. Lakin cinayətin formal tərkibli olması, adam oğurluğu əməlinin törədilməsi prosesində və ya onun davamı kimi həyata keçirilən sonrakı hərəkətlərin hüquqi qiymətləndirilməsini istisna etmir. Əksinə, əgər zərərçəkmiş şəxsin sonradan qəsdən həyatdan məhrum edilməsi onun oğurlanması, saxlanılması və üzərində faktiki hakimiyyətin həyata keçirilməsi şəraitində baş vermişdirsə, bu ölüm adam oğurluğu cinayətinin obyektiv cəhətinin icrası ilə sıx səbəbli əlaqədə olan nəticə kimi qiymətləndirilməlidir. Məhz bu hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üz rə məhkəmə təcrübəsi haqqında” qərarında da aydın şəkildə ifadə edilmişdir. Həmin qərara əsasən, adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə halları Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə tövsif edilməli, eyni zamanda təqsirkar şəxs cinayətlərin məcmusu üzrə, yəni həm Cinayət Məcəlləsinin 120.2.9cu maddəsi, həm də müvafiq olaraq 144 və ya 215-ci maddələri ilə cinayət məsuliyyəti daşımalıdır. Qanunun mənasına görə, bu halda cinayətin obyekti təkcə oğurlanan və ya girov götürülən şəxsin həyatı ilə məhdudlaşmır, həmçinin cinayət hadisəsinin törədilməsi ilə əlaqədar digər şəxslərin həyatına yönəlmiş ictimai təhlükə də nəzərə alınmalıdır. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2-ci maddəsinin dispozisiyasından göründüyü kimi, qanunverici 133.1-ci maddədə nəzərdə tutulmuş, yəni mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə güclü fiziki ağrı və ya psixi iztirablar verilməsi əməlinin iki və ya daha çox şəxsə qarşı, girov götürülən və ya oğurlanmış şəxsə qarşı törədilməsini (133.2.1), habelə həmin əməllərin təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan və ya köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsini (133.2.4) cinayətin xüsusi tövsifedici (ağırlaşdırıcı) əlamətləri kimi müəyyən etmişdir. Bununla qanunverici göstərilən hallarda zərərçəkmiş şəxslərin daha müdafiəsiz vəziyyətdə olması, həmçinin zorakı davranışın ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə artması səbəbindən həmin əməllərə görə daha ağır cinayət-hüquqi məsuliyyət nəzərdə tutmuşdur. Məhkum törətdiyi və sadə tərki bi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürmə cinayəti qəsdən törədilən cinayət olmaqla, təqsirkarın öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk etməsini və zərərçəkmiş şəxsi həyatdan məhrum etməyi arzu etməsini (Cinayət Məcəlləsinin 25.2-ci maddəsində nəzərdə tutulan birbaşa qəsd), yaxud bu nəticəni arzu etməsə də, əməlinin həmin ictimai təhlükəli nəticəni törədə biləcəyini qabaqcadan görməsini və buna baxmayaraq həmin nəticənin baş verməsinə şüurlu surətdə yol verməsini (Cinayət Məcəlləsinin 25.3-cü maddəsində təsvir edilən dolayı qəsd) ehtiva edir. Eyni zamanda, Məhkum təqsirli bilindiyi və tətbiq edilməsini müdafiə tərəfinin mübahisələndirdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələrinin dispozisiyasından aydın olur ki, həmin normalar baxılan işin kontekstində müvafiq olaraq adam öldürmə əməlinin törədilmə üsulunu, şəraitini və onun obyektiv müşayiətedici hallarını xarakterizə edən ağırlaşdırıcı əlamətlər üzrə cinayət məsuliyyətini nəzərdə tutur. Belə ki, bu maddələr üzrə məsuliyyət “xüsusi amansızlıqla adam öldürmə”, “başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə”, habelə “təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, o cümlədən adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə” hallarının mövcudluğu ilə bağlıdır. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələri eyni cinayət tərkibi daxilində ictimai təhlükəliliyin artmasını müxtəlif aspe ktlərdən xarakterizə edən müstəqil tövsifedici əlamətlər kimi çıxış etməklə birincisi icra üsulunun qəddarlığını, ikincisi subyektiv məqsədin kriminal xarakterini, üçüncüsü isə zərərçəkmişin müdafiəsizliyindən sui-istifadəni ifadə edir. Kollegiya hesab edir ki, hazırkı cinayət işi üzrə həmin maddələrin hüquqi mahiyyəti və tətbiqinin əsasları məhz bu xüsusatlar nəzərə alınmaqla, aşağıdakı ardıcıllıqla təhlil olunmaldır. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olu nmur. Çünki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin məzmununa görə zərərçəkmiş şəxsə və yaxud zərərçəkmişin həyatdan məhrum edilməsinə yönələn təqsirkarın hərəkətlərini görən zərərçəkənin yaxınlarına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar maddənin dispozisiyasında təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən xüsusatlar kimi ehtiva edilmişlər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiy i təqdirdə). Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsi qəsdən adam öldürməni funksional xarakter daşıyan və başqa cinayətlə sıx məqsədli əlaqədə olan cinayət kimi qiymətləndirir. Bu halda öldürmə əməli müstəqil motivlə deyil, artıq törədilmiş və ya gələcəkdə törədilməsi nəzərdə tutulan başqa bir cinayətin gizlədilməsi və ya onun törədilməsinin asanlaşdırılması məqsədinə xidmət edir. Bu maddənin tətbiqi baxımından “başqa cinayəti gizlətmək” dedikdə, təqsirkarın artıq baş vermiş cinayətin aşkara çıxmasının qarşısını almaq, onun izlərini aradan qaldırmaq və ya həmin cinayətlə bağlı sübutların əldə edilməsini mümkünsüz etmək niyyəti başa düşülür. Belə hallarda zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, cinayət barədə məlumatı olan şəxslər, eləcə də cinayətin sübutlarını özün də saxlayan və ya belə sübutlara malik olduğu güman edilən şəxslər çıxış edə bilər. Bu zaman zərərçəkmişin öldürülməsi bilavasitə həmin cinayətin ifşa olunmasının qarşısını almaq vasitəsi kimi seçilir. Eyni zamanda, 120.2.6-cı maddə başqa cinayətin gələcəkdə törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə hallarını da əhatə edir. Bu halda təqsirkar gələcəkdə törədilməsi planlaşdırılan cinayətə mane ola biləcək şəxsi qabaqcadan aradan götürür. Belə öldürmə hərəkətləri həm nəzərdə tutulan cinayət baş verənədək, həm də həmin cinayətin icrası prosesində həyata keçirilə bilər və məqsəd gələcək cinayət üçün maneələrin aradan qaldırılmasından ibarət olur. Doktrinal baxımdan, bu maddə cinayətlərin real məcmusunu istisna etmir, əksinə, öldürmənin daha yüksək ictimai təhlükəlilik dərəc əsini əsaslandırır. Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin özünün fiziki və ya psixi vəziyyətinə görə təqsirkara müqavimət göstərmək imkanından məhrum olması və bu halın cinayət törədən şəxs tərəfindən dərk edilməsi zəruridir. Bu baxımdan, köməksiz vəziyyət anlayışı zərərçəkmişin obyektiv olaraq özünü müdafiə etmək, müqavimət göstərmək və ya təhlükədən yayınmaq imkanının olmaması ilə səciyyələnir və həmin vəziyyət təqsirkar üçün aşkar olmalıdır. Köməksiz vəziyyət yalnız zərərçəkmişin yaş xüsusiyyətləri ilə məhdudlaşmır, həmçinin onun fiziki və ya psixi qüsurları, sağlamlıq vəziyyəti və faktiki şəraiti ilə şərtlənə bilər. Belə ki, köməksiz vəziyyətdə olma dedikdə zə rərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və bu kimi hallar başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, 120.2.9-cu maddənin tətbiqi üçün təqsirkarın zərərçəkmişi məhz köməksiz vəziyyətdə olduğuna görə öldürmək istəməsi tələb olunmur. Maddənin dispozisiyasından görünür ki, köməksiz vəziyyət öldürmənin məqsədi və ya motivi deyil, cinayətin icrası zamanı mövcud olan və onun ictimai təhlükəlilik dərəcəsini artıran obyektiv hal kimi çıxış edir. Bu səbəbdən, əgər təqsirkar zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir və buna baxmayaraq onun həyatına qəsd edirsə, hə min hal Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə tövsif üçün kifayət edir. Yuxarıda sadalanmış yanaşmalar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişi n xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Adı çəkil ən qərarın 10-cu bəndində qeyd olunur ki, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə cinayəti onunla xarakterizə olunur ki, təqsirkar gələcəkdə törədiləcək cinayətə mane ola bilən şəxsi qətlə yetirir. Belə hərəkətlər həm törədilməsi nəzərdə tutulmuş cinayət baş verənədək, həm də cinayətin törədilməsi prosesində həyata keçirilə bilər. Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə, eyni zamanda CM-in 120.2-ci maddəsində təsbit edilən başqa məqsədlə törədilən əməllər kimi qiymətləndirilə bilməz. Qərarın 13-cü bəndində göstərilir ki, CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkə tlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Adam oğurluğu ilə bağlı qəsdən adam öldürmə hallarına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında istinad olunan hüquqi yanaşma və tövsif meyarları yuxarıda ətraflı göstərilmişdir.(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə münasibətdə) Hazırki işin şərh edilən məsələ ilə əlaqədar müəyyən olunmuş halları isə həm də aşağıdakılardan ibarətdir. İlk növbədə qeyd olunmalıdır ki, Məhkum ibtidai istintaq zamanı 10 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadə ilə 11 yanvar 2020-ci il tarixdə təqsirlə ndirilən şəxs qismində verdiyi ifadə məzmun etibarilə eyni olmaqla, o, həmin ifadələrində törətmiş olduğu cinayət əməllərini etiraf etmişdir. Belə ki, 11 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «21 noyabr 2019-cu il tarixdə saat 15:30-da evinin darvazasının qarşısında olarkən həmkəndlisi, sinif yoldaşı X21 nənəsi Leybənin yaşadığı evi tərəfindən özlərinin yaşadığı evə tərəf getdiyini görmüş, X evlərinin darvazanın qarşısından keçərək onunla salamlaşmış və onlar bir-birindən hal-əhval tutmuşlar, Xin həmin vaxt üstündə narıncı rəngli gödəkcə, narıncı rəngli papaq, açıq rəngli qalın şalvar, ayağında krassovka tipli ayaqqabı olmuş, əlində nəyinsə olmasını xatırlamamışdır. Xl ə hal-əhval tutduqdan sonra sonuncunun dərsləri ilə maraqlanmış, onu evə dəvət edərək, ona kitablar göstərəcəyini bildirmiş, X onunla razılaşmış və onlar evin həyətinə girdikləri vaxt bunu küçədən kimsə görməmişdir. Əvvəlcə o, Xi atasının məşğələ otağına tərəf aparmış, X qapının ağzında onu gözləmiş, o da həmin otaqda olan kitablara baxmış, Xin sinfinə uyğun kitabların olmadığını görüb otaqdan çıxmışdır. Həmin vaxt atası və anası evdə olmuş, lakin evinin içində olan arxa otaqda olduğundan onlar Xin evə gəlməsini görməmişlər. Bacısı İlhamənin evdə olub-olmadığını xatırlamır. Daha sonra isə o, Xi ikinci mərtəbədə olan kitab saxlanılan başqa otağa gəlməyə dəvət etmiş və evin sol tərəfindən olan tikilinin ikinci mərtəbəsinə qalxmış və içərisində 3 yataq olan evə keçmişlər. İkinci mərtəbəyə qal xarkən Xə onun kimi bir övlada sahib olmaq istəyinin olduğunu bildirmişdir. Otağa daxil olan zaman sol tərəfdə olan rəfdəki kitabları götürüb, Xə uyğun kitab olub olmamasını axtarmağa başlamış, bu vaxt elə otaqda olarkən Xi həmin yerdə bir müddət saxlayıb, hər gün onu övladı kimi baxmaq istəyinə gəlmiş və Xin özünə burada qalmasını bildirmişdir. X etiraz edərək evə getmək istədiyini bildirdikdə, o, sifətini sərtləşdirərək ona qalıb sonra getməsini bildirmiş, daha sonra yandakı meyvə otağından meyvə və ip götürərək otağa geri qayıtmışdır. Həmin vaxt Xin otaqdan qaçmaq kimi şansı olmamış, həmçinin X həmin vaxt qışqırmamışdır. O, səsi çıxmamaq üçün ilk olaraq onun ağzını parça kəsiyi ilə bağlamış, daha sonra kəndirlə onun əl və ayaqlarını otağın sağ küncündə yerləşən yatağın üstündə uzanmış h alda bağlamışdır. Onun hər iki əlini yatağın dəmir başlığına, ayaqlarını isə eləcə bir-birinə bağlamış, bundan sonra Xi elə həmin otaqda saxlamağa başlamışdır. Qış vaxtları həmin otağa evdə yaşayanlardan kimsə girməməsi səbəbindən Xi elə həmin yerdə saxlamışdır. Xi orada saxladığı müddətdə onun tualetə çıxması üçün yanına hər gün işlənmiş dəmir boya qabı aparmış, bu vaxt onun əllərini açıb və ona qışqırmaması ilə bağlı hədə-qorxu gəlmişdir. X həmin boya qabına təbii ehtiyaclarını etdikdən sonra boya qabını aparıb küçədə zibilliyə atmışdır. Həmin zibillik evindən təxminən 50 metr aralıda olan dərə kimi yerdə yerləşmişdir. Bunu elə vaxtlar etmişdir ki, onu görən olmasın. Xin ancaq qatı təbii ehtiyacları yığılmış qabları həmin dərəyə atırmış, bu da onu saxladığı müddətdə təxminən 9-10 qutu ol armış. Demək olarmış ki, hər gün vaxtaşırı Xin yanına qalxmış, ona qidalanması üçün bəzən şirin bulka, bəzən adi çörək, bəzən isə evdə bişən quru yeməklərdən aparmış, bunu da evdə olanların hiss edə bilməyəcəyi vaxtlarda etmişdir ki, Xə yemək aparmağını evdə heç kəs görməmişdir. Xin yanına qalxan zaman onun ağzını açıb, yeməyini verib, daha sonra yenə ağzını bağlayıb, otaqdan çıxırmış. Bəzi hallarda o, qışqırmağa çalışsa da, dərhal onun ağzını tutub qışqırmağa ona imkan verməmişdir. Xi orada saxladığı müddətdə onunla cinsi əlaqədə olmamış, onu övlad kimi orada saxlamış və bəzi hallarda onu öpərək ona qarşı övlad sevgisini həyata keçirmişdir. Xə hər-hansı fiziki ağrılar yetirməmiş, bəzi hallarda uzanıqlı hala gəlməsi üçün onu itələyərək çarpayıda uzandırmışdır. Xi həmin otaqda saxladığı m üddətdə evdə yaşayan heç bir ailə üzvü onu görməmişdir. 03 yanvar 2020-ci il tarixdə Xin səhhəti tamamilə pisləşmiş və ölümcül hala gələrək halsız vəziyyətdə düşmüşdür. 06 yanvar 2020-ci il tarixdə Xin nəfəsinin gəlmədiynə görə onun evdən çıxarılması qərarına gəlmiş, çünki artıq evdə olması ona problem yaradacağıqını başa düşmüşdür. Həmin gün saat təxminən 18 radələrində birinci mərtəbədən ağ rəngli un kisəsini gətirərək Xi kisəyə salmış və sonra onu həyətdə, su hovuzunun yanında olan kartof damına qucağında gətirmiş və Xin tam ölməsi qənaətinə gəlmək üçün həyətdən bir daş götürərək, yastı tərəfi ilə onun baş nahiyəsinə bir möhkəm zərbə vurmuşdur. Daha sonra evin həyətində olan hamama girib, oradan qabda olan neft götürmüş, sonra qapını açıb küçəyə baxmış, həmin vaxt küçədə heç kim olmamış dır. Bundan sonra Xi qucağına almış və bir barmağına da neft qabını keçirib təxminən 50 metr qarşıda olan torpaqlıq sahəyə gətirmiş və Xi yerə qoyub nefti onun üzərinə səpələmişdir. Xi yandırmağa aparan zaman onun əlləri və ayaqları bağlı olmuşdur. Daha sonra qara rəngli alışqanla onu yandırmış, bundan sonra neft qabı ilə evə qayıtmış və qabı evdən götürdüyü yerə qoymuşdur. Xin meyitini apararaq orada yandırmasını heç kəs görməmişdir. Sonra yenidən küçəyə çıxmış və Xi yandırdığı yerə getmiş, yaxındakı qonşunu çağırmışdır. Bunun səbəbi hadisəni onun tərəfindən törədilməməsi, yalnız Xin yanmasının şahidi olmağı görüntüsünü yaratmaq niyyəti ilə bağlı olmuşdur. Bu məqsədlə də istifadəsində olan mobil telefonla Xin meyitinin yanması videosunu çəkmişdir. Həmçinin hadisə yerinə gəlmiş qonşusu X v ə polis əməkdaşı olan əmisioğlu X Xin yanan meyitini söndürmüşlər. Sonrada hadisə yerinə polis əməkdaşları gəlmişlər». Şübhəli şəxs X ifadəsinin yerində yoxlanılmasına dair videoçəkilişlə aparılmış istintaq hərəkətinin protokolunda qeyd olunmuşdur ki, ifadənin yerində yoxlanılması Tovuz rayon polis şöbəsinin inzibati binasının həyətindən başlanılmış, şübhəli şəxsə istintaqa əvvəllər verdiyi ifadələrinin təsdiq edilməsi ilə bağlı verilmiş suala cavab olaraq ifadələrini təsdiq edərək hadisə yerinin Tovuz rayonu Dondar Quşçu kəndi olduğunu və oraya getmək lazım olduğunu bildirmişdir. Bundan sonra iştirakçılar avtomaşınla Tovuz rayonu Dondar Quşçu kəndində getmiş, kəndə gəldikdən sonra Məhkum yaşadıqları evi və danışdıqlarına aid olan yerləri göstərərək, bildirmişdir ki, xx.xx.2019-cu il tarix də saat 15:30 radələrində siqaret çəkmək üçün yaşadıqları evin qarşısına çıxmış, həmin vaxtı sinif yoldaşı X21 gəldiyini görmüşdür. Qapıların önündən keçən uşaqlardan həmişə təhsilləri ilə bağlı maraqlanmışdır. X atası Xin onun sinif yoldaşı olduğunu bilmişdir. O, Xdən təhsili ilə bağlı maraqlanmışdır. Fürsətdən istifadə edib, Xi evə dəvət edərək, tədris materialından əlavə kitablarının olduğunu və ona verəcəyini bildirmişdir. O, qarşıda getmiş, X isə onun arxası ilə gəlmişdir. Atası ilə anası evdə arxa otaqda olmuşdur. Birinci mərtəbədə kitablarının olduğu otağa gətirərək, 5-6-cı sinif materialına uyğun kitab axtarmış, lakin tapmamışdır. Daha sonra Xə yuxarıda, ikinci mərtəbədəki evlərində də kitablarının olduğunu bildirərək, Xi ikinci mərtəbəyə kitab rəfi olan arxa otağa qaldırmışdır. Ot ağa daxil olduqdan sonra sol tərəfdə olan çarpayını bir qədər sağa çəkərək, divarın içərisində olan kitab rəfin yuxarı və aşağı qapılarını açaraq, təxminən 30 dəqiqə X üçün kitab axtarmışdır. Lakin kitablar köhnə və kiril əlifbası ilə olduğu üçün bir şey tapa bilməyib, çarpayıya dirsəklənmişdir. Həmin anda ağlına kaş ki, onunda belə bir qızının olması gəlmişdir və Xə yan otaqdan meyvə gətirməyə getmişdir. Meyvə otağından 5-6 ədəd alma və xurma əlində götürərək, Xin olduğu otağa qayıtmış və həmin meyvələri ona verərək, Xə bəlkə bu gün evlərinə getməməsini, onlarda qalmasını təklif etmişdir. Həmin anda sonuncunu evdə əsir kimi saxlamaq fikrinə gələrək, digər otaqdan Xin əlini və qolunu bağlamaq üçün kəndir gətirmişdir. Gəlib çarpayıda oturan Xin arxa tərəfinə keçərək saçını sığallamış və ə vvəlcədən otaqdan götürdüyü parça ilə onun ağzını bağlamış və daha sonra isə gətirdiyi kəndirlə hər iki qolunu çarpayıya bağlamış, Xə narahat olmamasını hər şeyin yaxşı olacağını bildirmişdir. Ayaqlarını bağlamamışdır. Xə qarşı heç bir seksual istəyi olmamışdır, sadəcə övlad istəyindən doğan bir hiss olmuşdur. Xin olduğu otaqdan kənar heç yerə səs çıxa bilməzdi. Otaqdan çıxaraq yarım saat sonra bulka və su ilə geri qayıtmışdır. Özü də Xlə birlikdə həyacanlı idi ki, nə iş görür. Xin qolunu açıb qaçmaması üçün əli ilə çiynindən tutmuş və qışqırmaması üçün əli ilə işarə göstərmişdir. X bulkanın yarısını yemiş və sudan da bir qədər içmişdir. Daha sonra Xin əl qolunu bağlayaraq otağın işığını söndürüb getmişdir. X paltarlı formada yatmışdır və üstünə də dəqiq xatırlamadığı nəsə örtmüşdür. Növbə ti gün saat 11 radələrində təkrar Xin yanına gəlmişdir. Xin təbii ehtiyaclarını ödəmək üçün sonuncu xırda ölçülü boya qablarından istifadə etmişdir. O, Xin ehtiyaclarını nizamlı şəkildə ödəmişdir, əlavə kənara heç nə etməmişdir. Artıq Xin qapalı həyatı nizamlı şəkil almışdır. X itkin düşəndən axıra qədər 40 günə yaxın həmin otaqda qalmış, otağın istilik sistemi olmamış, sadəcə, üzərində olan paltarlar və üstünə nəsə örtmüşdür. Həmin müddət ərzində Xlə təbii və qeyri təbii formada təcavüz etməmişdir, bununla bağlı hətta ekspertiza keçirilməsini bildirmişdir. Xin zorla evin ikinci mərtəbəsinin arxa otağında saxlanmasından ailə üzvlərinin heç birinin xəbəri olmamışdır. Sadəcə ola bilər ki, anası bir dəfə meyvə götürmək üçün ikinci mərtəbədə ki, girişdə yerləşən aynəbənd kimi otağa qalxaraq me yvə götürmüşdür. Çox vaxtı özü qalxıb ailəsi üçün oradan meyvə götürmüşdür. Anası və atası heç vaxt X olan otağa daxil olmamışdır. Xə evdə özünün bişirdiyi yemək və ya aldığı çörək, şirniyyat vermiş, gündə 2-3 dəfə Xə baş çəkərək, su, çay vermiş, zəruri ehtiyaclarını ödəmişdir. Sanitar qovşaq evlərinin həyətində yerləşir, lakin o, qablara Xin ehtiyacını ödəyərək bir qədər yığıldıqdan sonra bayıra, zibillik tərəfə dağınıq şəkildə atmışdır. X onun saxladığı otaqdan kənara heç vaxt çıxmamışdır. O bu əməli nəyə görə etdiyinin səbəbini anlaya bilməmişdir. Artıq dekabr ayının sonlarında X soyuq olduğundan və düzgün qidalanmadığından zəifləmiş və sanki xəstə hala çevirilmişdir. xx.xx.2020-ci il tarixdə Xdə həyati əlamətlərin olmadığını görmüş və iki gün həmin otaqda saxlamışdır. Artıq xx.xx.2020- ci ildə Xin öldüyünə əmin olmuşdur. Daha sonra özünün məsuliyyət məsələsini fikirləşərək meyitdən qurtulmaq lazım olduğu qənaətinə gəlmişdir. Daha sonra o, meyiti aparmaq üçün aşağıdan çuval materialından palaz gətirərək, Xin meyitini onun içərisinə qoymuşdur. O, Xin saxlandığı müddətdə bir neçə dəfə övladı kimi onu öpmüşdür. xx.xx.2020-ci il tarixdə saat 19-00 radələrində Xin meyitini götürərək ikinci mərtəbədə pilləkənin qarşısına qədər gətirmiş və daha sonra pilləkənin üzərində duraraq həm həyət, həm də ətrafa nəzər yetirmiş, heç kimin olmadığına əmin olduqdan sonra sürətlə Xi aşağı düşürüb, giriş qapısının sol tərəfində olan tərəvəz olan saxlanc otağına salaraq, Xin ölməsinə tam əmin olmaq üçün otaqdan çıxaraq qapının qarşısında yerdən daş götürüb, yenidən otağa daxil olub Xin baş nahi yyəsindən bir dəfə zərbə endirmişdir. (müstəntiqin: “neçə zərbə?” sualına- “bir dəfə təxminən”-cavabını verir) Cinayətin izinin qalmaması üçün o, Xin meyitini yandırmaq qərarına gələrək, həyətin giriş qapısından sağda yerləşən hamama otağına daxil olaraq, əvvəldən saxladıqları plastmas materialdan olan sirkə qabının içərisindəki mazutu götürmüşdür. Daha sonra meyiti qucağına götürərək və mazut qabını barmağına keçirərək, evin giriş qapısının önünə getmiş və sağa-sola baxaraq heç kimin görmədiyinə əmin olduqdan sonra dərhal qoz ağacına doğru istiqamətlənmişdir. Xin meyitini həmkəndliləri Xin evinin arxasında qoz ağacının yanında ayaqları yol tərəfə uzatmışdır. Xin meyitinin üzərinə əvvəlcədən özü ilə götürdüyü mazutu töküb, kibrit və ya alışqanla yandırıb, heç kəs görməsin deyə, oradan uz aqlaşmışdır. Evdən meyiti gətirməyi bir dəqiqə, meyiti yerə qoyub yandırmağı yarım dəqiqə və geri evə qayıtmağı da 1 dəqiqə vaxt sərf etmişdir. Həmin müddət ərzində heç kəs onu görməmişdir”. Bundan sonra Şahid31 Xin ehtiyaclarını boya qabında gətirib dağınıq formada tulladığı yeri göstərib bildirir ki, “həmin yerlər ekskavatorla tez-tez şumlanmış və çox güman ki, torpağın altında qalmışdır. Xin ehtiyaclarını ödədiyi qab 2-2,5 litrlik boya qabı olmuşdur” Şahid31 Xin başına vurduğu daşı əl-üz yuyulan yerdə yuyaraq həyətin aşağı hissəsinə tulladığı yeri göstərdi, lakin daşın orada olmadığını bildirdi. Bunda sonra göstərir ki, “Xin meyitini yandırmamışdan iki gün əvvəl ikinci mərtəbədə stolun üstündə olan çörək qırıntılarını təmizləmiş, döşəməni silmişdir. Meyiti yandırıb evə qayıtdıqdan sonra salyarka qabını evə qoyub qeyri-ixtiyarı kəndarası yola çıxmış və yanan meyitin yanına gəlmişdir. Daha sonra yanan meyitin arxasında olan evin sahibi həmkəndliləri Xi, həmçinin qonşuları olan, polisdə işləyən əmisioğlu Xı çağırmışdır. Xa zəng vurub bu barədə məlumat verməyi bildirmişdir. X bel gətirərək qum töküb yanan meyiti söndürmüşdür, o da videoya çəkmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlmiş və hadisə yerini mühafizəyə almışlar. Polis əməkdaşları hadisəni ilk kimin gördüyünü soruşduqda o, gördüyünü bildirmişdir. Onun adını, soyadını və əlaqə telefonunu götürmüşlər”. 07 yanvar 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, 06 yanvar 2020-ci il tarixdə saat təxminən 19 radələrində Tovuz rayonunun Dondar Quşçu kənd sakini Məhkum yaşadığı evlə üzbəüz təxminən 40-50 metr məsafədə məişət tullantılarının atıldığı ərazidə yanar vəziyyətdə uşaq meyiti aşkar etmiş, hadisə yerinə gələn şəxslər tərəfindən yanğın söndürülmüş və ilkin araşdırma zamanı həmin meyitin X17 məxsus olduğu müəyyən edilmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı meyitin arxası üstə, “Boksçu” vəziyyətində olmaqla hər iki qolu dirsək hissədən, hər iki ayağı isə diz hissədən natamam qatlanmış vəziyyətdə olmuş, meyitin ayağında yanmış vəziyyətdə qaytansız yaşıl rəngli yanmaya məruz qalmış ayaqqabı, meyitin baş nahiyəsindən 17 sm sol tərəfdə torpaq üzərində yanmaya məruz qalmış sintetik materialdan olan mavi rəngli torba qalığı, sol əlinin kənarında yanmaya məruz qalmış sintetik materialdan olan qalıq, baş nahiyəsinin altında yanmaya məruz qalmış bir-b irinə bükülmüş halda olan parça qalıqları, meyitin aşkar edildiyi ərazidə içərisində maye olan bir ədəd plastik qab, meyitin olduğu ərazidə bir ədəd yanmış kibrit dənəsi, torpaq ərazidə bir ədəd yaşıl rəngli “Badamlı” su qabı aşkar edilmiş, meyitin əynində qırmızı rəngli yanmış gödəkcə, qırmızı rəngli jaket, ağ rəngli köynək, ağ rəngli kolqotka və retuz qalıqları, saçı üzərində çəhrayı rəngli saç bağı olması müəyyən edilmişdir. X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlar ayaqqabının sol tayı, üst hissəsi açıq qəhvəyi rəngli üzərində qəhvəyi və boz rəngli naxışlı, alt hissəsi ağ rəngli damalı toxunuşlu yanmaya məruz qalmış stolüstü örtük hissəsi (klyonka) və göy rəngli yanmaya məruz qalmış polietilen torba hissəsi, X11 üzərindən götürülmüş yanmaya məruz q almış geyim əşyası olan kalqotkanın qalığı, gödəkcə, X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış şalvarın qalıqları, X11 üzərindən götürülmüş yanmaya məruz qalmış jaketin qalıqları meyit aşkar edilmiş yerdən yanmaya məruz qalmış götürülmüş gümüşü metal rəngli boya ili boyalanmış 13 qatlı (qırmızı rəngli, üzərində gül naxışları olan) parçanın qalıqları, X11 üzərindən götürülmüş yanmaya məruz qalmış gül naxışları olan kənar hissələri yanmış parça qalığı, meyitin sağ əlindən götürülmüş 3 ədəd dırnaq falanqaları hadisə yerinə və meyitə baxış keçirilməsi zamanı götürülərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-dən xx.xx.2020-ci il tarixdə 4/36-37m məxfi qriflə daxil olmuş diskdə olan arayışdan çıxarışdan görünür ki, 09 fevral 2021-ci il tarixli qərarla müstə ntiq tərəfindən X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlar - ayaqqabının sol tayı, üst hissəsi açıq qəhvəyi rəngli üzərində qəhvəyi və boz rəngli naxışlı, alt hissəsi ağ rəngli damalı toxunuşlu yanmaya məruz qalmış stolüstü örtük hissəsi (klyonka) və göy rəngli yanmaya məruz qalmış polietilen torba hissəsi, X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyası olan kalqotkanın qalığı, gödəkcə, X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış şalvarın qalıqları, onun üzərindən götürülmüş yanmaya məruz qalmış jaketin qalıqları, meyit aşkar edilmiş yerdən yanmaya məruz qalmış götürülmüş gümüşü metal rəngli boya ili boyalanmış 13 qatlı (qırmızı rəngli, üzərində gül naxışları olan) parçanın qalıqları, X11 üzərindən götürülmüş yanmaya məruz qalmış gü l naxışları olan kənar hissələri yanmış parça qalığı, meyitin sağ əlindən götürülmüş 3 ədəd dırnaq falanqaları, Məhkum məxsus gödəkcə, isti alt geyim şalvarları, 1 ədəd idman gödəkcəsi, 1 ədəd pencək, Şahid32 məxsus tünd-göy-boz rəngli uzunqol, uzunətəkli kofta, qəhvəyi rəngli, ön hissədən düyməli, bel hissədən kəmər əlavələ uzunqol, uzunətəkli jaket, X4 məxsus qara rəngli, üzərində qəhvəyi naxışlı iki ədəd yarıcibli düyməli qolsuz jilet, qəhvəyi rəngli üzərində qara naxışları olan (pələng naxışlı) bir ciblik qaşlarla bəzədilmiş bel hissəsində kəmər əlavəli xalat, X Süleymanolvun yaşadığı evində götürülmüş qırmızı rəngli üzərində gül naxışları olan yorğan üzlüyü, X Sülyemanovun yaşadığı evinin hamam otağından hamam sobasının qapısının cəftəsi, həmin cəftədən götürülmüş boya hissəcikləri və sobanın üzərindən götürülmüş boya nümunələri, X5 evindən götürülmüş 2 ədəd qırmızı rəngli yorğan üzlüyü, Məhkum məxsus “Samsunq Galaxy J2 Prime” markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağına saxlanmaya verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin 28 fevral 2020-ci il tarixli 20/139 nömrəli məktubundan görünür ki, 01 yanvar 2020-ci il tarixdən 05 yanvar 2020-ci il tarixədək Tovuz rayon hidrometrelogiya stansiyasında qeydə alınmış hava şəraiti buludlu və bəzi günlər az yağışlı, 06 yanvar 2021-ci il tarixdə isə hava aydın və yağıntısız olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tibb-genetik ekspertizasının 28 fevral 2020-ci il tarixli 154/2020-MTBŞ nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan meyit (NN) ilə Şahid1 (NM) və X35 (NF) arasında bütün STR lokuslar üzrə tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqələrinin olduğunu göstərir. Ekspertizaya təqdim olunmuş meyitin məxsus olduğu şəxs Şahid1 və X23 genetik övladıdır. (cild 11, i.v. 60-66) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş tibb eksperti X18 ifadəsində göstərmişdir ki, o, qohumluluq əlaqələrinə dair rəy vermişdir. Ona analiz üçün kodlaşmış formada qan nümunələri təqdim olunmuşdur. Ona qan nümunəsini şöbə müdiri X təhvil vermişdir. X39 və Şahid1 qan nümunəsi götürülmüşdür. Rəyi o, tərtib edir, son rəyi isə şöbə müdiri tərtib edir. Ona 3-4 m lq qan nümunəsi təqdim olunmuşdur. Qan nümunələri ilə aparılan qohumluq əlaqələrinə dair analiz 99.9 faiz dəqiq olur. Ona qan nümunəsindən başqa heç bir maddi sübut təqdim olunmamışdır. Ona təqdim olunan qan nümunələrindən analiz üçün kifayət qədər götürdükdən sonra qalan hissəsini -20 dərəcədə saxlayırlar. 15 loksdan biri ataya, biri də anaya uyğundursa, bu uşağın həmin valideynlərin uşağı olmasını sübut edir. Məhkəmə-tibbi ekspertizasının 02 mart 2020-ci il tarixli T63/2020 nömrəli rəyindən görünür ki, “X11 meyitində: baş beynin əzilməsi və baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınığı, sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları (cəmi 5 ədəd) k imi xəsarətlər aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, çox güman ki, hər hansı bir geniş səthə malik bərk küt əşya ilə (əşyalarla) ən azı beş zərbənin təsiri nəticəsində əmələ gəlmişlər. Şahid9 baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyalari və morfoloji əlamətlərini nəzərə alaraq demək olar ki, sağ alın-təpə nahiyəsindəki xəsarətin istiqaməti öndən-arxaya, yuxarıdanaşağıya və bir qədər sağdan-sola; sağ təpə nahiyəsində olan xəsarətin istiqaməti yuxarıdanaşağıya və sağdan-sola; sol təpə nahiyəsində olan iki xəsarətin istiqamətləri yuxarıdanaşağıya, bir qədər arxadan-önə, soldan-sağa; sol təpəgicgah nahiyəsində olan xəsarətin istiqaməti yuxarıdan-aşağıya və soldan-sağa doğru olmuşdur. Meyitdə aşkar olunmuş baş beynin əzilməsi, baş beyin toxumasına, qişa larına, mədəciklərinə qansızma ilə müşayiət olunan sol təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yaraları, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin xətti sınıqları dərəcələrinə görə canlı şəxslərdə həm ayrıayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi vardır. Digər xəsarətlər dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Şahid9 baş nahiyəsində olan xəsarətlərin xarakterini və morfoloji əlamətlərini nəzərə alaraq demək olar ki, bütün bu xəsarətlər qısa zaman kəsiyində baş verdiyindən onların hansı a rdıcıllıqla yetirildiyini təyin etmək mümkün deyildir. Onun baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və morfoloji əlamətlərini nəzərə alaraq güman etmək olar ki, bu xəsarətlər eyni bir alətlə yetirilmişlər. Xnın meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyalarına görə demək olar ki, o, xəsarətləri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, onun bədənində olan xəsarət nahiyələri iz törədən alətə (alətlərə) doğru yönəlmiş olmuşdur. Baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri və ağırlığını nəzərə alaraq demək olar ki, bu xəsarətləri aldıqdan sonra Şahid9 sərbəst və məqsədyönlü hərəkətlər (hərəkət etmək, qışqırmaq, köməyə çağırmaq və s.) etmək iqtidarında olması inandırıcı deyil. Şa hid9 ölümünə səbəb kəllə əsasına keçən təpə və ənsə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar olmuşdur. Meyitin tapıldığı şəraiti, onun ölümündən sonrakı yüksək hərarətin təsirinə (alovla yanmağa) məruz qaldığını, meyitdə inkişaf etmiş zəif çürümə dəyişikliyini nəzərə alaraq demək olar ki, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 sutka əvvəl baş verə bilərdi. Şahid9 meyitindən götürülmüş qanda və daxili üzv hissələrində məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Şahid9 meyitinin vəziyyətinə (hipertermik qaciması hesabına “boksçu vəziyyəti”), xarici, daxili müayinəsinə və laborator tədqiqatların nəticələrinə əsasən demək olar ki, onun bədənində yüksək hərarətin təsirindən (alovla yanmaqdan) əmələ gəlmiş müxtəlif dərəcəli (kömürləşməyə qədər) yanıq sahələri həyati deyil, meyitin yandırılmasi nəticəsində əmələ gəlmişdir. Şahid9 xarici cinsiyyət üzvləri (böyük və kiçik cinsiyyət dodaqları, qızlıq pərdəsi), o cümlədən, aralıq nahiyəsi, anal dəliyi və ətraf sahə yüksək hərarətin təsirinə kəskin məruz qaldığından qızlıq bəkarətinin tamlığının pozulub-pozulmaması, ölümündən əvvəl təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Eyni zamanda, Şahid3 meyitinin daxili müayinəsi zamanı uşaqlıq yolunda və düz bağırsağın girəcəyinə yaxın sahədə hər hansı b ir travmatik dəyişiklik müəyyən edilmədi. X11 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 2 ədəd tampon və 2 ədəd yaxmanın məhkəməbioloji tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Şahid9 meyitinin müayinəsi zamanı, onun bədənində yol-nəqliyyat hadisəsinə, mexaniki asfiksiyaya xarakterik zədələr və ya izlər aşkar olunmadı. Şahid9 meyiti yüksək hərarətin təsirinə kəskin məruz qaldığından onun yuxarı və aşağı ətraflarının hər hansı bir predmetlə (ip, məftil və s.) bağlamağa xarakterik zədə və ya izləri aşkar etmək mümkün olmadı. Şahid9 meyitinin müayinəsi zamanı ağciyərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabı dəyişikliklər (ocaqlı miokardit), qaraciyərdə və miokardda zəif lipofussinoz aşkar edilmişdir ki, bu da onun soyuq şəraitdə saxlanılması və müəyyən müddət az qida qə bul etməsinin göstəricisidir. Məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırki vaxta qədər elmi metodika işlənib hazırlanmadığından bu haqda konkret fikir söyləmək mümkün deyil. Lakin meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq meyitin birmomentli yandırılmasını güman etmək olar. Onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin morfoloji xüsusiyyətlərinə əsasən onun meyitində olan yanıq sahələrinin alovun təsirindən hansı müddət ərzində yaranması (o cümlədən meyitin bu vəziyyətə hansı müddət ərzində düşməsi) haqqında məhkəmə-tibbi nöqteyi-nəzərdən fikir söyləmək mümkün deyil. Bundan başqa, həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, Xnın əlin üzərində və əlin digər sahələrində azacıq parıltılı, bozumtul-gümüşü rəngli boyaya oxşar maddə hissəcikləri qeyd olunur. Xnın qulaq seyvanında olan dəliklər (sırğalıqlıq) zədəsiz, qırtlaqda hisəbənzər maddə hissəciyi yoxdur, qida borusu boşdur və divarları təmizdir, mədə, sidik kisəsi, nazik və yoğun bağırsaq boşdur, uşaqlıq tam inkişaf etməmişdir, boşdur, zədəsizdir, düz bağırsaqda və uşaqlıq yolunda travmatik dəyişiklik yoxdur, bütün orqanları yerindədir, ağciyər ocaqlı pnevmoniya, atelektaz (araşdırma zamanı müəyyən edilmişdir ki, atelektazın yaranmasının iki növü vardır:
1. Obstruktiv atelektaz-hava yollarındakı qismən müəyyən vasitə və ya əşya ilə tıxa nması, bağlanması nəticəsində yaranır.
2. Nonabastrüktiv atelektaz - yetərincə hərəkətsiz vəziyyətdə yatağa bağımlılık) və emfizema ocaqları vardır. Təkrar məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2020-ci il tarixli T252/2020 nömrəli rəyində göstərilmişdir ki, Şahid9 meyitinin müayinəsi zamanı baş beynin əzilməsi və baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınığı, sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları (cəmi 5 ədəd) aşkar edilmişdir. Qeyd edilən xəsarətlər, çox güman ki, hər-hansı bir geniş səthə malik bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. Şahid9 baş nahiyəsindən götürülmüş dəri parçalarının tibbikriminalistik tədqiqi zamanı, on ların üzərində aşkar edilmiş yaraların kənarlarında və divarlarında dəmir metal izləri (3 valentli dəmir ionlarına dəlalət edən dənəvər xarakterli yaşılımtıl rənglənmələr) aşkar olunmadı. Lakin dəri parçalarında çürümə əlamətlərini nəzərə alsaq, bu nəticə nisbi sayıla bilər. Şahid9 meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və əmələgəlmə mexanizminə əsasən demək olar ki, bu xəsarətlər çox güman ki, hər-hansı bir geniş səthə malik bərk-küt əşyanın (əşyaların) təsirindən, ola bilsin, bu xüsusiyyətə malik hər-hansı bir daş parçası (məsələn, səthi geniş və nisbi hamar olan çay daşı, taxta parçası və sair) əmələ gəlmişlər, lakin bu xəsarətlərin hər-hansı bir dəmir parçası ilə yetirilməsi isə az inandırıcıdır. Şahid9 baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və morfoloji əlamətlərini nəzərə alaraq güman etmək olar ki, bu xəsarətlər eyni bir alətlə yetirilmişlər. Meyitin hissələrinin antropometrik ölçülərinin müəyyənləşdirilməsi adətən şəxsiyyətin identifıkasiyası üçün aparılan müayinədir. Meyit ilkin olaraq 2009-cu il təvəllüdlü Şahid9 meyiti kimi ekspertizaya təqdim edilmişdir (naməlum meyit deyildir). Həmçinin meyitin ilkin ekspertizası zamanı Şahid3 bədən hissələrinin ölçüləri təyin edilmədiyinə görə hal-hazırda bu suala cavab vermək mümkün deyildir. Şahid9 meyitinin tapıldığı şəraiti, onun ölümündən sonrakı yüksək hərarətin təsirinə (alovla yanmağa) məruz qaldığını, meyitdə inkişaf etmiş zəif çürümə dəyişikliyini nəzərə alaraq demək olar ki, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 sutka əvvəl baş verə bilər di. Şahid9 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin morfoloji xüsusiyyətlərinə əsasən meyitdə olan yanıq sahələrinin alovun təsirindən hansı müddət ərzində yaranması (o cümlədən meyitin bu vəziyyətə hansı müddət ərzində düşməsi) haqqında məhkəmə-tibbi nöqteyi-nəzərdən fikir söyləmək mümkün deyil. Bu məsələ hüquqi müstəvidə (istintaq yolu ilə) həll oluna bilərdi. Eyni zamanda, aparılmış istintaq eksperimentinin nəticələrini nəzərə alaraq güman etmək olar ki, meyitin yanma prosesinin müddəti 5-10 dəqiqədən 2030 dəqiqəyə qədər davam edə bilərdi. Məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırkı vaxta qədər elmi metodika işlənib hazırlanmadığından bu haq da konkret fikir söyləmək mümkün deyil. Lakin, meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq meyitin birmomentli yandırılmasını güman etmək olar. Qidasızlıq, soyuq mühit, stress və sair hallarda insanın sağ qalma müddəti orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq müxtəlifdir. Hal-hazırda elmi-metodika olmadığından bu haqda dəqiq fikir söyləmək mümkün deyildir. Şahid9 meyitinin müayinəsi zamanı ağciyərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabi dəyişikliklər (ocaqlı miokardit), qaraciyərdə və miokardda zəif lipofussinoz aşkar edilmişdir ki, bu da onun soyuq hava şəraitində saxlanılması və müəyyən mü ddət ərzində az qida qəbul etməsinin göstəricisidir. Şahid9 orqanizmində aşkar edilmiş bu dəyişikliklərin onun 47 (qırx yeddi) gün müddətində az qida qəbul etməsi ilə soyuq hava şəraitində saxlanılması nəticəsində yaranmasının mümkünlüyünü inkar etmək olmaz. Şahid9 baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyaları və istiqamətlərinə əsasən və onun bədənində digər hər-hansı travmatik dəyişikliklərin aşkar olunmadığını nəzərə alaraq demək olar ki, bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı zərbə dəyməsi və nəticədə meyitin kənara atılaraq yerin bərk səthinə düşməsi nəticəsində yaranması inandırıcı deyildir. Şahid9 başının müxtəlif nahiyələrində aşkar edilmiş yaralar və kəllə sümüklərində sınıq nahiyəsində, sərt qişa da iri magistral damarlar (arteriya və venalar) olmadığından həmin xəsarətlərin güclü qanitirmə ilə müşayiət olunması inkar olunur. Şahid9 meyitinin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin lokalizasiyasını, xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq demək olar ki, yanğın zamanı onun meyiti yerdə arxası üstə uzadılmış vəziyyətdə olmuşdur, yanğının yayılma istiqaməti isə aşağıdan yuxarıya doğru (yəni, ayaqlardan baş tərəfə doğru) olmuşdur. Yanğın zamanı yüksək temperatur mənbəyi ilə meyitin qarşılıqlı vəziyyəti müxtəlif ola bilərdi. Şahid9 başında olan xəsarətlər kobud xarakterli olduğundan belə qənaətə gəlmək olar ki, o xəsarətləri aldıqdan sonra huşsuz (çox güman ki, komatoz) vəziyyətdə olaraq qısa müddət ərzində (dəqiqələrlə, saatlarla ölçülən) yaşaya bilərdi. Şahid9 məhkəmə-tibbi ekspertizası zamanı onun bütün daxili üzvləri topoqrafik cəhətdən normal yerləşmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti X3 ifadəsində göstərmişdir ki, ilkin müayinə zamanı onlar istintaq orqanının əməkdaşlarına təxmini məlumatlar verə bilərlər. Hadisə yerindən götürülmüş meyit X adından onlara məlum şəxs kimi təqdim olunmuşdur. Bu səbəbdən tanınma aparılmamışdır. O, atasından meyitlə bağlı əvvəllər xəstəliyi və dişləri ilə bağlı suallar vermiş, xəstəliyinin olmadığını bildirmişdir. Meyitin baş hissəsində kömürləşmə olmamışdır. Təlimatla onlara rəyin tərtib olunması üçün bir ay vaxt verilir, lakin bəzi hallarda bu müddət uzadıla bilər. Meyiti o, X və X müayinə etmişlər. Meyitdə olan dişlərin təsviri rəydə dəqiq göstərilmiş və atasının verdiyi məlumatlarla düz gəlmişdir. Meyitə zərər vurulmaması üçün onlar meyiti tam açıb ölçməmişlər. Fotoşəkillər vasitəsilə sonradan meyitin açılmış boyunu mümkün etmək olmur. Lakin onun hissə-hissə ölçüsü ilə boyunu müəyyən etmək olardı. Meyit məlum meyit olduğundan buna ehtiyac olmamışdır. Tam kömürləşmiş cəsəddə belə iy gəlir, və o, həmin cəsəddə iy hiss etmişdir. Cəsədin müayinəsi zamanı onun yandırılmasının birmomentli olduğunu müəyyən etmişdir. Meyitin yandırıldığı yerdən torpaq nümunəsi götürülməlidir. Müayinə zamanı videoçəkiliş aparıldığını xatırlamıram. Meyitin yanaraq kömürləşməsi üçün nə qədər vaxt və yanacaq sərf edilməsini müəyyən etmək çətindir, bununl a bağlı elmi metodika tapmamışdır. Belə ki, yanma küləyin gücündən, hava şəraitindən təmasda olduğu səthdən asılı olaraq müxtəlif vaxtlarda baş verə bilər. Meyitin dıqnaqlarında boya aşkar olunmuşdur, əgər baş və üz nahiyyəsində də aşkar etsəydi, rəydə qeyd olunardı. Yanmış cəsəddə alovun morfoloji cəhətləri daxili orqanlarda öz əksini tapmalıdır, lakin bu cəsəddə daxili orqanlar yerində idi. Lakin yenə də istilik daxili orqanlara təsir etmişdir. Meyit yanmağa başlayan zaman əzələlər yığılmağa başlayır və meyit boksçu formasını alır. Sutka yarım ərzində meyit qacıması bütün əzələləri əhatə edir. Daha sonra eyni qaydada meyitin əzələlərində boşalma gedir. Ölümdən sonra meyit yandırılan zaman boksçu pozasını alır, meyitin əynində sintetik materiallardan paltar olduğundan və meyit sintetik ça dıra büküldüyündən, sintetik materialların da güclü yanma qabiliyyəti olduğundan meyitin torpaq səthlə təmasda olan yerləri də yanaraq kömürləşə bilərdi. Meyitin kömürləşərək boksçu pozasını alması üçün (sümüklər də nəzə alınmaqla) 40 saata qədər yanması lazımdır. Lakin meyit yanmağa başlayan kimi, yəni termiki təsirə məruz qalan kimi əzələlər yığılmağa başlayır və güclü yanğı olan zaman meyitin boksçu pozası alması 10-15 dəqiqəyə və ondan da tez müddətə ola bilər. Meyitin üzərinə 100 qram neft tökməklə, 5 dəqiqə ərzində yandırılması nəticəsində Xin cəsədinin almış olduğu boksçu pozasının alınması çox az ehtimal olunur. Meyit bir dəfə yandırılan zaman boksçu pozasını alır və açılmır və ikinci dəfə yandırılsa da həmin pozada qalır. Meyitin uşaqlıq yolu yaşa uyğun vəziyyətdə idi. Meyitin dax ili cinsiyyət orqanları ilə bağlı tədqiqat aparılmadı, çünki xanımların meyitinin müayinəsi zamanı potoloji dəyişiklik və ya travmatik zədə olan zaman onlar daxili cinsiyyət orqanlarını tədqiqata göndərirlər. Meyitin ən çox qasıq bel nahiyəsi kömürləşməyə məruz qalmışdır, çünki alov orada daha güclü olmuşdur. Alovun həmin nahiyələrdə güclü olmasının səbəblərindən biri ola bilsin ki, həmin nahiyələrdən yandırılmışdır. Eksperiment aparılarkən o, dəvət olunmuş və istifadə olunacaq heyvanın meyitlə eyni çəkidə olması, heyvanın əyninə paltarlar geyindirilməsi və heyvanın tüklərinin götürülməsi ilə bağlı məsləhət vermişdir. Eksperiment aparılmasının məqsədi yanma müddətini müəyyən etmək olmuşdur. Eksperiment hadisə yerində aparılmamışdır. Meyitin hər yeri tam müayinə olunub və əgər meyitdə ət xalı olduğunu görsə idi, rəydə qeyd etmiş olardı. Meyitin baş nahiyəsində olan 5 xəsarət təsir mexanizminə görə geniş səthə malik bir əşya ilə yetirilməsi qənaətinə gəlmişdir. Meyitin başına yetirilmiş xəsarətlər nəticəsində sağqalma ehtimalı və müddəti çox az olmuşdur. Meyitin başında olan xəsarətlər geni səthə malik küt alətlə yetirilmişdir. Həmin küt alətdə çıxıntı ola bilərdi və iki ədəd sümükdə olan xətti sınıq bu səbəbdən yarana bilərdi. Kriminalist tərəfindən qeyd olunan xəsarətlərin iki əşya ilə yetirilməsinə dair tərtib etdiyi aktı qəbul etmir. O, hadisə yerinə baxışda iştirak etdiyindən həmin protokola imza atmışdır. Lakin oradan nələrin götürüldüyünü bilməmişdir. Hadisə yerindən götürülən predmetləri görməmişdir. Meyitdə pnevmaniya əlamətləri aşkar olunmuşdur. Bir gün ərzində me yitdə aşkar olunan çürümə əlamətləri ola bilməzdi. Meyit 06 yanvardan daha əvvəl ölmüşdür. Soyuq hava şəraiti meyitdə çürümə prosesinin vaxtını uzadır. Prokurorluq tərəfindən Dondar Quşçu kəndinin 2-3 günlük hava tempraturu haqqında onlara məlumat verilməmişdir. Meyitin çürüməsi əlamətləri ilk olaraq qarın boşluğundan başlayır. Meyitin müayinəsi zamanı sidik kisəsində sidik yox idi. Meyitin qida borusu və mədəsi boş olmuşdur. Meyitin 2 sutka ərzində bu formada çürüməsi orta otaq tempraturunda başlayır. İnsan 47 gün ərzində əliqolu bağlı halda saxlanılırsa, dartınma nəticəsində onda həmin izlər qalmalıdır, lakin meyitin müayinəsi zamanı bu vəziyyətə rast gəlinmədi. 07 yanvar 2020-ci il tarixdə meyitin müayinəsindən öncə onun Xlə ünsiyyəti olub, lakin sonra olmayıb. Lazım ola biləcək sonrakı müayinələr üçün qan, sümük, diş nümunələri götürülmüşdür. Meyitin ürək nahiyəsindən 30 qram qan aşkar olunub götürülmüşdür. 30 qram qan ilə genetik ekspertizanın keçirilməsi mümkündür. Baş nahiyəsində olan bütün xəsarətlər eyni alətlə yetirilə bilər. Xəsarətə 3 istiqamətdən qiymət verilir. Meyitin baş nahiyəsindəki xəsarətləri bir zərbə ilə yetirmək mümkünsüzdür. İstilik meyitin çürüməsini sürətləndirir. Xəsarətlər uzunsov və xətti sınıqlar olduğuna görə həmin xəsarətlərin geniş sahəyə malik hamar küt alətlə yetirilməsini rəydə göstərmişlər. Sahəsi 4X4-dən çoxdursa, geniş sahəyə malik əşya sayılır. Ekspertizada əsas rəyin nəticəsidir ki, o, hazır olmayana qədər bu barədə heç kimə məlumat vermirlər. Məhkəmə-tibb eksperti X40 birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, bu işlə bağlı yalnız meyitin müayinəsində iştirak etmiş, X müəllim qrupun rəhbəri olmuşdur. Onlarla bərabər müayinədə X müəllim iştirak etmişdir. Meyit onlara itkin düşmüş uşağın, yəni Xnın meyiti kimi təqdim olunmuşdur. Meyitin başında olan xəsarətlərdə hər hansı bir predmet tapılmadığından onlar həmin xəsarətlərin daş və ya digər əşya ilə yetirilməsini göstərə bilməmişlər. Bu səbəbdən də həmin xəsarətlərin küt alətlə yetirildiyini göstərmişlər. Meyit onlara hansı formada daxil olmuşdursa, onlar da o formada meyitin ölçüsünü qeyd etmişlər. Onlar meyitin real boyunu ölçməmişlər. Meyit yanıb kömürləşdiyinə görə meyitdən termik yanıq iyi gəlmişdir. Cəsəd yanarkən onun torpaqla təmasda olan hissəsi digər hissələrinə nisbətən az yanmışdır. İstiliyin təsirindən cəsədin torpaql a təmasda olan hissəsi yana bilər, lakin az yanar. Cəsədin üzərindəki paltarlar yanmadan cəsəd yana bilməz, yansa da İ və İİ dərəcədə yana bilər. Cəsədin torpaqla təmas olan yerində yəni oksigen olmayan yerdə həmin hissələr yanmaya bilər. Meyit yandığına görə onun toxumalarında dəyişiklik müəyyən edə bilməmişlər. İnsan bədənində mütləq piy qatı olmalıdır. Adətən meyitdən genetik ekspertiza üçün qan nümunəsi götürülür. Qan nümunəsi meyitin ürək boşluğundan götürülür. Qan yananda paraşok halına düşür. Yanmış meyitdə maye halında qan qala bilər. Cəsədin qarın və ya ürək boşluğunda nümunə üçün yararlı qan qala bilər. Ürək boşluğunda adətən 200 qram qan olur. Ölümün səbəbi kəlləbeyin travması olmuşdur. Meyit yandığına görə meyitin arxa hissəsində xal görə bilməmişdir. Məhkəmə-tibb eksperti X məhkəmədə şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, meyitin müayinəsində iştirak etmişdir. Ümumilikdə baş nahiyyəsində 5 ədəd xəsarət aşkar edilmişdir. Meyit müayinə olunarkən ilkin nəticə barədə heç kimə məlumat verilmir. Həmin vaxt nə istintaq qrupunun, nə də zərərçəkənin ailə üzvləri ilə ünsiyyətləri olmamışdır. Meyitin müayinəsi zamanı istintaq qrupunun üzvlərindən kiminsə yanlarında olmasını xatırlamır. Meyitin boksçu pozası alması yandırıcı əşyanın olmasından, yandırıcı maddənin tərkibindən, meyitdən və meyitin qapalı və açıq havada olmasından asılıdır. Meyitin müayinəsi zamanı boyun və kürək hissəsində ət xalına rast gəlməsini xatırlamır. Meyit onlara şəxsiyyəti müəyyən olunmuş meyit kimi təqdim olunduğundan onda xırda detalları araşdırmamışlar. Məlum meyit kimi təqdim olunmuş meyitdən qan, sümük və diş nümunələrini hansı səbəbə götürmələrini xatırlamır. Onlar meyitdən dəri kəsib kriminalistikaya göndərmişlər. Onlardan gələn cavabda bərk küt əşyanın təsiri nəticəsində əmələ gəldiyi göstərilmişdir. Meyitdən qan nümunələrini Seyfulla müəllim götürmüşdür. Meyitdən qan nümunəsi ürək boşluğundan və minimum 20-30 qram götürülməlidir. Hemolizə olunmuş qanın hüceyrə strukturlarının dağılmadığı halda ondan DNT analizinin aparılması mümkündür. Genetik analizlərin cavabları 99.5 faizdən yuxarı olur. Xi tanımır, onu yalnız televiziya kanallarında və polis şöbəsində də görmüşdür. Polis şöbəsinə getməyinin səbəbini xatırlamır. Onlar həbs olunan şəxsləri müayinə edirlər. Dustaqları adətən müvəqqəti saxlama yerlərində müayinə edirlər. Onlar dustaqları müayinə edərkən onlarda ol an xəsarətləri mütləq qeyd edirlər və yaranma səbəbini soruşurlar. Meyitin başında olan xəsarətlər eyni əşya ilə ardıcıl olaraq zərbələr endirilməklə yetirilməyə xarakterikdir. Meyitdən götürülən qan nümunəsinin miqdarının və nə qədər götürülməsinin onlara əhəmiyyəti yoxdur. Meyitdən qan nümunəsinin kim tərəfindən və nə vaxt (müayinəni əvvəli və ya axırında) götürülməsinin əhəmiyyəti yoxdur. Məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2020-ci il tarixli 37/2020-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, X11 qan qrupu Abeta(H)/İİ/, Məhkum qan qrupu B alfa (H)/İİİ/-dür. Xya məxsus yanmış geyim əşyaların qalıqları üzərində insan qanı ləkələri aşkar olundu, bu qan ləkələri A beta (H)/İİ/, qruplu şəxsə, o cümlədən X17 məxsus ola bilər. Məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2020-ci il tarixli 2 3/2020-MTBŞ nömrəli rəyindən görünür ki, X11 qrup göstəricisi A(H)/İİ/-dir. Suvaq hissəsi üzərində olan ləkədə insan qanı aşkar olundu, göstərilən qan ləkələri A(H)/İİ/ qruplu şəxsə, o cümlədən, X17 məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 14 fevral 2020-ci il tarixli 89/2020 nömrəli rəyindən görünür ki, Məhkum həyətində olan tualetdən götürülmüş iki ədəd 5 nömrəli uşaq bezində nəcis elementləri aşkar edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş İnternet resurslarında olan https://sezam.az// saytına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, 5 nömrəli uşaq bezləri 11-25 kiloqram çəkidə uşaqlar üçün nəzərdə tutulmuşdur. Həmçinin internet resurslarında olan https://janebartosh.ru/az// saytına keçirilmiş baxış zam anı müəyyən olunmuşdur ki, 09-10 yaşlı qız uşaqlarının çəkisi fizioloji quruluşundan aslı olaraq 21-41-kq arası ola bilir. Həmçinin iş materiallarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum yaxın ətrafında bu yaşda (Şahid9) qız uşağı olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş 08 fevral 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, “Google Maps” proqramı ilə ərazinin xəritəsinə, mərhum Xnın hərəkət trayektoriyasına, mərhumun meyitinin aşkar edildiyi və digər zəruri əhəmiyyət kəsb edilən yerlərə və obyektlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid9 yaşadığı evdən əmisi Şahid5 evinə qədər məsafə təxminən 750 metr olmuş və hərəkət tempindən aslı olaraq həmin məsafə 8-12 dəqiqəyə qət edilməsi mümkündür. Həmçinin o da müəyyən edilmişdir ki, Xnın yaşadığı evdən əmisi Şahid5 evinə gedən və həmin ünvandan Xnın evinə qayıdan bütün yollar Məhkum evinin qarşısından keçir. Məhkəmə kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2020-ci il tarixli 2112 nömrəli rəyindən görünür ki, X11 meyitindən götürülmüş sağ əlin dırnaq falanqalarından 3 ədədinin üst səthində gümüşümetal rəngli boya hissəcikləri Məhkum yaşadığı evində aparılan axtarış zamanı hamam otağından götürülmüş hamam sobasının qapısının cəftəsinin səthi üzərindən götürülmüş boya hissəcikləri ilə, X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektdən götürülmüş gümüşü-metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qalan boya hissəcikləri r ənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Birinci instansiya məhkəməsinin məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 17 fevral 2020-ci il tarixli 1163 nömrəli rəyindən görünür ki, X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlar, 06 yanvar 2020-ci il tarixdə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyaları Məhkum məxsus olduğu qeyd edilən geyim əşyalarının və yaşadığı evindən götürülmüş əşyaların səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Belə ki, -X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlarından-ayaqqabının sol tayı üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasından tünd qəhvəyi rəngli poliester kimyəv i lifləri cinsi əlamətlərinə görə Məhkum məxsus olduğu qeyd edilən geyim əşyalarından-1 ədəd gödəkcənin tərkib liflərinə uyğun gəlirlər; -X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlarından- üst hissəsi açıq qəhvəyi rəngli üzərində qəhvəyi və boz rəngli naxışlı, alt hissəsi ağ rəngli damalı toxunuşlu yanmaya məruz qalmış stolüstü örtük hissəsinin (klyonka) və göy rəngli yanmaya məruz qalmış polietilen torba hissəsinin üzərlərindən tapılmış kənar lif mikrohissəcikləri arasından tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Məhkum məxsus olduğu qeyd edilən geyim əşyalarından-gödəkcənin tərkib liflərinə uyğun gəlirlər; _ X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarındankalqotkanın üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasından tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Məhkum məxsus olduğu qeyd edilən geyim əşyalarından-gödəkcənin tərkib liflərinə uyğun gəlirlər; _ Məhkum məxsus gödəkcənin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlarından - şalvarın tərkib liflərinə uyğun gəlirlər; _ Məhkum məxsus gödəkcənin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından jaketin tərkib liflərinə uyğun gəlirlər; _ Məhkum məxsus - 2 ədəd isti alt geyim şalvarlarının səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - jaketin tərkib liflərinə uyğun gəlirlər; _ Məhkum məxsus idman gödəkcəsinin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından-jaketin tərkib liflərinə uyğun gəlirlər; _ Məhkum məxsus, yaşadığı evindən götürülmüş əşyalardan idman gödəkcəsinin səthi üzərindən tapılmış qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - gödəkcənin tərkib liflərinə uyğun gəlirlər; _ Məhkum məxsus olduğu qeyd edilən geyim əşyaların səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri ilə (tünd qəhvəyi və tünd boz rəngli təbii pambıq lifləri) X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri cinsi əlamətlərinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər; _ Tədqiqata təqdim edilmiş, X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan-5 nömrəli obyektdən götürülmüş gümüşü -metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həll edici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qırmızı rəngli üzərində gül naxışları olan parça hissəsi ilə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarından – 1 nömrəli obyektdən qırmızı rəngli üzərində gül naxışları olan kənar hissələri yanmış parça qalığı rənginə, təbiətinə, toxunma əlamətlərinə və tə rkib liflərinə görə bir-birilərilə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Rəyin təsviri və sintezedici hissəsində göstərilmişdir ki, hətta X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlarından- üst hissəsi açıq qəhvəyi rəngli üzərində qəhvəyi və boz rəngli naxışlı, alt hissəsi ağ rəngli damalı toxunuşlu yanmaya məruz qalmış stolüstü örtük hissəsinin (klyonka) və göy rəngli yanmaya məruz qalmış polietilen torba hissəsinin (obyekt-2) üzərlərindən tapılmış kənar lif mikrohissəcikləri arasından tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə Məhkum məxsus olduğu qeyd edilən geyim əşyalarından- gödəkcənin tərkib lifləri aşkar edilmişdir. Məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 26 fevral 2020-ci il tarixli 2110/2111 nömrəli rəyində göstərilmişdir ki, _ Məhkum yaşadığı evində baxış keçirilərkən götürülən geyim əşyalarından -1 ədəd qəhvəyi rəngli üzərində açıq qəhvəyi rəngli damalı iki ədəd yan, bir ədəd döş cibli, düyməli pencəyin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından jaketin tərkib liflərinə uyğun gəlirlər; _ Şahid32 məxsus olduğu qeyd edilən geyim əşyalarından-1 ədəd tünd göy-boz-tünd boz naxışlı uzunqol uzun ətəkli koftanın səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından -jaketin tərkib liflərinə uyğun gəlirlər; _ Şahid32 məxsus olduğu qey d edilən geyim əşyalarından-1 ədəd qəhvəyi rəngli ön hissədən düyməli, bel hissədən kəmər əlavəli uzunqol uzun ətəkli jaketin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından-jaketin tərkib liflərinə uyğun gəlirlər; _ X6 məxsus olduğu qeyd edilən geyim əşyalarından -1 ədəd qara rəngli üzərində qəhvəyi rəngli naxışlı iki ədəd yan cibli, düyməli qolsuz jiletin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - jaketin tərkib liflərinə uyğun gəlirlər; _ X6 məxsus olduğu qeyd edilən geyim əşyalarından -01 ədəd qəhvəyi rəngli üzərində qara rəngl i naxışları olan (pələng naxışlı), bir cibli, qaşlarla bəzədilmiş, bel hissəsində kəmər əlavəli xələtin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından jaketin tərkib liflərinə uyğun gəlirlər; _ Məhkum yaşadığı evində aparılan axtarış zamanı götürülən əşyalardan-1 ədəd qırmızı rəngli üzərində gül naxışları olan yorğanın orta parça hissəsi (1) rənginə, təbiətinə, toxunma əlamətlərinə və tərkib liflərinə görə X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektdən götürülmüş gümüşü metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həll edici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qırmızı rəngli üzəri ndə gül naxışları olan parça hissəsilə (2) və X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarında aşkar olunmuş qırmızı rəngli üzərində gül naxışları olan parça fraqmenti (3) ilə (obyekt №1) uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər; _ Məhkum yaşadığı evində aparılan axtarış zamanı hamam otağından götürülmüş hamam sobasının qapısının cəftəsinin səthi üzərindən götürülmüş boya hissəcikləri ilə X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektdən götürülmüş gümüşü metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qalan boya hissəcikləri rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Məhkəmə-lifli materialların k riminalistik ekspertizasının 02 mart 2020-ci il tarixli 2996 nömrəli rəyindən görünür ki, Məhkum qaynı X8 evində aşkar edilmiş 2 ədəd qırmızı rəngli yorğan üzlüyünün orta hissələri rənginə, təbiətinə, toxunma əlamətlərinə və tərkib liflərinə görə Məhkum yaşadığı evində aparılan axtarış zamanı götürülən əşyalardan- 1 ədəd qırmızı rəngli üzərində gül naxışları olan yorğanın orta parça hissəsi, X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan götürülmüş gümüşü -metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qırmızı rəngli üzərində gül naxışları olan parça hissəsi ilə və X11 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarında aşkar olunmuş qırmızı rəngli üzərində gül naxışları ola n parça fraqmenti ilə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Digər bir məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 03 mart 2020-ci il tarixli 2995 nömrəli rəyindən görünür ki, Məhkum evinin hamam otağındakı suqızdırıcıdan götürülmüş boya nümunələri: yandırıcı hissəsindən, yuxarı arxa tərəfindən, sol tərəfindən götürülmüş boya hissəcikləri X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektdən götürülmüş gümüşü-metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qalan boya hissəcikləri ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Qeyd olunan ekspert rəylərini vermiş X25 birinci instansiya məhkəməsində ş ahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, verdiyi rəyləri təsdiq edir. Eyni vaxtda tədqiqat materialları həm ona, həm də Səhiyyə Nazirliyinə təqdim oluna bilməz. O, tədqiqatı bitirdikdən sonra tədqiqat obyektləri Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim olunub, İstintaq İdarəsinin müstəntiqi isə öz qərarı ilə Səhiyyə Nazirliyinə vermişdir. Ona təqdim olunmuş tədqiqat obyektləri 17 yanvar 2020-ci il tarixdən 17 fevral 2020-ci il tarixə qədər onda olmuşdur. Təqdim olunmuş tədqiqat obyektləri: 07 yanvar 2020-ci il tarixli qərar üzrə 06 yanvar 2020-ci il tarixdə X11 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlar - tərəfindən 1-15 nömrəli obyektlərlə işarələnmiş, 10 yanvar 2020-ci il tarixli qərar ilə 06 yanvar 2020-ci il tarixdə X11 üzərindən gö türülmüş yanmaya məruz qalmış geyim əşyaları- 1-10 nömrəli obyektlər, Məhkum məxsus olan geyim əşyaları və yaşadığı yerdən götürülmüş əşyalar, 22 yanvar 2020-ci il tarixdə əlavə material kimi 10 ədəd kisə və bir ədəd çadır parçası üzərində 11 nömrəli 63 nömrəli rəydə tədqiqat aparılmışdır. Ona təqdim olunmuş tədqiqat obyektləri İstintaq orqanı tərəfindən ona təqdim edilmişdir. Tədqiqat materiallarını o açmış, ona təqdim olunan zaman tamlığı pozulmamışdır. Yanacaq-sürtkü materialları üzrə digər ekspert də tədqiqat aparmışdır. Tədqiqat obyektləri onların mərkəzinə daxil olanda o, rəyi tərtib etmədən öncə iki ekspert birlikdə işləmişlər. Karton açılan zaman o özünə məxsus nümunələri, digər ekspert isə özünə məxsus nümunələri götürmüşlər. Artıq digər ekspertin rəyi tərtib etməyi, analiz müddət i başqa vaxta, onun tədqiqatının vaxtı isə başqa vaxta keçir. Onlarda ekspertiza təyin olunanda əgər bir tədqiqat obyektinə 2-3 ekspertiza təyin olunubsa, bir şöbənin daxilində 3 ekspert təyin olunur. Orada tədqiqat aparılır, lakin ardıcıllıq pozulmamalıdır. Tədqiqat obyektləri daxil olanda hansı ekspertin icraatında həmin cinayət işi üzrə fərqli ekspertiza təyin olunubsa, bütün ekspertlər maddi sübutlar açılan zaman orada iştirak edirlər və hər bir ekspert öz nümunəsini götürüb rəyi tərtib edir. Ona daxil olmuş tədqiqat obyektlərinin nəyə görə 13 yanvar 2020-ci il tarixdə digər ekspertlərdə tədqiq edilməsini bilmir. Heksan nümunəni ayırmaq üçün kimyəvi təsirə malik olan maddədir. 14 yanvar 2020-ci il tarixdə ekspert X xanım ümumi paltarı heksan maddəsi ilə yuyulmasını yaza bilməz, çünki m etodologiyada elə qayda yoxdur. Nümunələrdən müəyyən miqdar götürülür, heksan maddəsi ilə yuyulur, balaca filtirlər üzərində süzüntülər alınır. Onlar xırda nümunələr olur. O, lifli materiallar üzrə ekspertdir. Ona lifli materiallar üzrə ekspertiza təyin olunduğundan qərar onda olmuşdur. Digər ekspert onun tədqiq edəcəyi obyekti məhv edə bilməz. İki ekspert ekspertiza apararkən onlardan biri tədqiqat obyektindən kiçik nümunə götürür və heksan məhlulundan keçirir. Bütün tədqiqat materiallarını heksan məhlulundan keçirmir. Əgər bütün materialları heksan məhlulu ilə yusa, o zaman onlar yararsız olar. Ona təqdim olunmuş tədqiqat obyektləri böyük həcmdə olmuşdur. O, aşkar olunan meyiti və meyitin üzərində hansı paltarlar olduğunu görməmişdir. Meyitin üzərində olan paltarları müstəntiq ona təqdim etmişdir. Bu səbəbdən də o, eksperiment aparılan zaman müstəntiq ona zəng edib meyitin üzərində hansı paltarlar olmasını soruşduqda, o, sonuncuya onun təqdim etdiyi paltarları sadalamışdır. Ona istintaq orqanı tərəfindən cins şalvar nümunəsi təqdim olunmayıb, sadəcə ekspertiza nəticəsində yanğından sonrakı qalıqların içərisindən cins parçanın, cins şalvarın belinin rezin hissəsi, ağ rəngli köynək, stolüstü sellofan örtüyün yanmış hissəsi və kisə hissəsinin qırıntıları aşkar olunmuşdur və o bunu 11 nömrəli 63 nömrəli rəydə obyekt nömrə 5 kimi qeyd etmişdir. Həmin yanğından sonrakı qalıqlar ona İstintaq orqanı tərəfindən təqdim edilmişdir. O, ekspert X xanımın nə aşkar etdiyini bilmir. Digər ekspertin eyni tədqiqat obyekti olan kisə qalığından necə nümunə götürüb, necə tədqiqat apardığını b ilmir. O, həmin obyekti açaraq tədqiqat aparmış və 5 obyekt aşkar etmişdir. O, kisə qalığını pinsetlə aralayıb tədqiq etmişdir. Başqa şəxs həmin kisə qalığını aralaya bilməzdi. Onlara yeni tədqiqat obyektləri daxil olduğundan müstəntiq qırmızı parça ilə bağlı bizə suallar qoyurdu. İki materialın bir-birinə təması zamanı liflərin birinin digərində qalmamaq ehtimalı vardır. Bu liflərin özünü buraxma qabiliyyətindən, sürtünmə dərəcəsindən, parçasının istehsalından və srtukturundan asılı olur. Parçaların lif buraxma qabiliyyətini müəyyən etmək olur. Yanğından sonra da yanğından sonrakı tədqiqat obyektlərinin üzərində lif qala bilər. X meyiti söndürən zaman da onun paltarlarının lifləri meyitin üzərindən aşkar oluna bilərdi. Kömürləşmiş qalığın tərkibində belə lif nümunələri qala bilər. Cins şa lvar qalığı olan tədqiqat obyektinin üzərinə meyitin əynində olmuş yanğından sonra qalan obyektlər yazıldığından, o, müstəntiq ona zəng edərkən meyitin üzərində cins şalvar olmasını bildirmişdir. Cins şalvar qalığının parça hissəsi ona görə deyir ki, göy rəngli parçalarda boğaz hissəsi lasin tipli olan materialdır, şortiklərdə isə boğazlıq olan rezin hissəsinin tikişi enli formada olur. Yanan meyitin üzərində olan paltarlarda kənar liflər ola bilər, həmin paltarların yanmayan yerlərində ola bilər. Yanmış meyitin üzərindən bir neçə növ liflər çıxmışdır. Sadəcə Məhkum təqdim olunmuş paltarları ilə eyniləşdirmə olduğuna görə onların nəticəsi rəydə qeyd olunmuşdur. Ona başqa jaket təqdim olunmadığından Xin əynində olan paltarın lifləri aşkar olunmuşdu. Bir insanın əynində olan paltarın liflə ri digərinə düşdükdən sonra, başqa bir adamın paltarına da düşə bilər. Liflərin paltar üzərində qalma müddəti dəqiq yoxdur, liflər bir paltarın üzərində 24 saatdan 2-3 ilədək qala bilər. Xin əynindəki qara rəngli gödəkcənin lifləri tünd bənövşəyi, tünd qara rəngdə də ola bilər. Çünki parça toxunan zaman müxtəlif rəngliliklərdən istifadə olunur və üst rəngi sonradan rənglənə bilir. Eyni növ və rəng paltarların liflərində belə yanmaya məruz qalmaya, geyinmə əlamətlərinə görə liflərdə fərqlilik olacaqdır. İndiyə qədər eyni növ və rəngdə olan paltarlardakı liflərin iki ayrı cinayət işi üzrə üst-üstə düşməsinin şahidi olmamışdır. Xin paltarlarının liflərinin onun ev əşyalarında olması və əksinə ev əşyalarının onun paltarlarında olması mümkündür. Əvvəlcə tədqiq olunmuş bütün əşyaların tərkib lif ləri çıxarılır və sonra onların üzərində nə qədər kənar liflər varsa onlar eyniləşdirilir. Müxtəlif paltarlarda olan liflər kimyəvi lif növü, qruppa olaraq eyni lif əlaməti ola bilər, lakin rənginə, təbiətinə, istehsal formasına, toxunuşuna görə fərqli ola bilərlər. İş üzrə keçirilmiş kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 fevral 2020-ci il tarixli 821/822 nömrəli rəyindən görünür ki, “X11 yanmış olduğu meyitinin aşkar olunduğu yerdən götürülmüş yanmaya məruz qalmış qalıqların üzərində, eləcə də, Xnın meyitinin üzərində qalmış yarıyanmış və kömürləşmiş geyim əşyalarının üzərində yüksək temperatura məruz qalan şəklidəyişmiş, tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduğundan və yüksək temperatura məru z qaldığından tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı. _ Hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd, üzərində “Badamlı” yazısı olan yaşıl rəngli plastik butulkadakı maye qalığı tez alışan neft məhsulu dizel yanacağıdır və bir ədəd plastik kanistrin içərisindəki qara rəngli maye işlənmiş neft əsaslı yağdır. _ Məhkum könüllü təqdim etdiyi plastik qabdakı sarımtıl rəngli maye tez alışan neft məhsulu dizel yanacağıdır. _ Xnın meyitinin üzərində qalmış yarı yanmış və kömürləşmiş geyim əşyalarının üzərində və onun meyitinin aşkar olunduğu torpaq nümunələrinin üzərindəki neft məhsulunun izləri, Məhkum könüllü təqdim etdiyi plastik qabdaki və hadisə yerinə baxış zamanı aşkar edilib götürülmüş 1 ədəd, üzərində “Badamlı” yazısı ola n yaşıl rəngli plastik butulkadakı neft məhsulu ilə eyni qrup mənsubiyyətinə malikdirlər. _ Xya məxsus hadisə yerindən və onun meyitinin üzərindən götürülmüş bir cüt yaşıl rəngli ayaqqabının sol, sağ taylarının alt, yan, üst hissələrində olan torpaq mənşəli maddə hissəcikləri və hadisə yerindən götürülmüş torpaq nümunələri sarımtıl-qəhvəyi rəngli (qrup əlaməti), orta gillicəli, orta karbonatlı, orta minerallı, zəif humuslu (cinsi əlamət) torpaqlara aiddirlər. Yaşıl rəngli ayaqqabının sol, sağ taylarının alt, yan, üst hissələrində olan torpaq mənşəli maddə hissəcikləri ilə hadisə yerindən götürülmüş torpaq nümunələri qrup və cinsi əlamətlərinə görə eynidirlər”. Göstərilən ekspert rəyini tərtib etmiş X12 birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən ifadəsində göstərmişdir k i, o, meyit üzərində və hadisə yerindən götürülmüş obyektlərdə yanacaq izlərinin olub-olmamasına dair rəy vermişdir. Torpaq nümunələrindən üçündə, yanmış kisələrin və meyitin üzərindəki doqquz obyektin üzərində neft məhsullarının izləri aşkar olunmuşdur. Ona təqdim olunmuş obyektlər içərisində üzərində “Badamlı” yazısı olan butulkada içərisində dizel yanacağı, plastik butulkada içərisində işlənmiş yağ və 27 yanvar 2020-ci il tarixdə müstəntiq tərəfindən təqdim edilmiş çəlləkdə dizel yanacağı olmuşdur. Tədqiqatı o tək aparmış, lakin maddi sübutlara baxış digər ekspertlərlə birlikdə aparılmışdır. Maddi sübutlar mərkəzə daxil olan zaman 3 ekspert maddi sübutlara baxış keçirmiş, birinci lifli materiallar eksperti nümunə götürmüş, sonra torpaqşünaslıq eksperti, daha sonra isə o özü nümunələr gö türüb tədqiqatını aparmışdır. Maddi sübutların tədqim olunması qərarı 14 yanvar 2020-ci il tarixdə qəbul olunmuş, onlar isə 17 yanvar 2020-ci il tarixdə maddi sübutlara baxış keçirmişlər. O, ekspertizanın aparılması və bitmə tarixini göstərməmişdir. O, digər ekspertlərlə birlikdə baxış keçirsələr də, bunu rəydə qeyd etməmişdir. O, ekspertiza aparmaq üçün obyektlərin yanmış sahələrinə heksan məhlulu əlavə etmişdir, lakin yanmayan sahələrdə də yanacaq izlərinin olması mümkündür. Obyektlər heksan məhlulu ilə yuyulmayıb, onların üzərinə əlavə edilmişdir. O, 5 nömrəli obyektdən sintetik materialdan olan torpaqla qarışıq kisə materialı və qara rəngli yanmış parça qalığı aşkar etmişdir. Ekspert X xanım isə həmin obyekti açmışdır. O, heksan məhlulunu obyektin yanmış sahələrinə əlavə etmişdir. Neft məhsulları digər yerlərə də yayıla bilər. Maddi sübutlara baxış keçirdikdən sonra o onlara öz möhürünü vurmuş və 11 fevral 2020-ci il tarixdə müstəntiqə təhvil vermişdir. Hər bir ekspertin öz möhürü olur. Maddi sübutlar ona müstəntiq Mirzəyevin möhürü ilə daxil olmuşdur. 0 dərəcədə torpaq üzərinə düşmüş yanacaq 13-15 saat ərzində buxarlanır və tərkibini dəyişir. Torpaq üzərində olan neft məhsulları yanmaya məruz qalmasa da, çöl şəraitində olduğundan buxarlanmışlar. Eyni qrup mənsubiyyəti o deməkdir ki, ya benzin, ya kerosin, ya da dizel yanacağıdır. O, obyektləri ümumi tədqiq etmişdir, hissələrə fikir verməmişdir. Plastik qabın ölçüsünü ölçməmişdir. Maddi sübut birliyə daxil olan kimi 3 ekspert labaratoriyada açıb baxış keçirib, şəkillərin çəkib, daha sonra hər ekspert öz nümunələrini göt ürmüşdür. Maddi sübutların ekspert tərəfindən bölüşdürülməsi rəsmiləşdirilmir. O, maddi sübutların üzərində ekspert apardıqdan sonra (digər ekspertləri gözləmədən) rəyi müstəntiqə verə bilər. Maddi sübutlar üzərində birinci lifli ekspertiza keçirilir. Heksan əlavə edilən zaman torpaq hissəcikləri və liflər itə bilər. Əgər hansısa ekspert öz tədqiqatını bitiribsə, digərlərini gözləyir və qərarla birlikdə maddi sübutlar tam şəkildə təhvil verilir. İlk lifli ekspertizanın keçirilməsinə dair təlimat olmuşdur. Onlara təqdim olunmuş maddi sübutları onlar digər bir qrumun ekspertlərinə verə bilməz. Məhkəmə baxışında tədqiq edilmiş 20 fevral 2020-ci il tarixli “təqsirləndirlən şəxsin əlavə dinirilmə” protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum bu xüsusatla bağlı əlavə dindirmə zamanı ifad əsində göstərmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-lifli və digər ekspertizalarının rəylərinə inanmır, onların nəticələri ilə razı deyil, X ilə hər-hansı bir təmasda olmamış, paltarlarımın lif mikrohissəçikləri Xnın paltarlarında və hadisə yerindən götürülmüş predmətlərdə çıxması barədə konkret olaraq bir söz deyə bilmir. Birinci instansiya məhkəməsi baxışında tədqiq edilmiş 31 yanvar 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum istifadəsində olan «Samsung» markalı smartfon tipli telefonuna baxış keçirilərkən yaddaşında silinmiş məlumatları aşkar etmək məqsədilə «Ufed Toush2» proqram aparat kompleksi vasitəsilə cihazın yaddaşında müvafiq bölmələrinə (xidməti, sistem və fərdi) daxil olunmuş, müvafiq modullardan (ayrıayrı, məqsədlər üçün istifadə olunan proq ram vasitələri) istifadə edilməklə baxış keçirilmişdir. Telefonun “Galereya” bölməsinə daxil olduqda “Kamera” qovluqunda 3 ədəd, “İzbrannoe” bölməsində 1 ədəd, “Screenshots” bölməsində 3 ədəd, “DCİM” adlı bölmədə 10 ədəd, “Mobisaver” bölməsində 2 ədəd fayllar aşkar edilmişdir. Belə ki, “Kamera” bölməsində xx.xx.2020-ci il tarixdə saat 19.42-də 00:52 müddətli 71.53 Mb həcmində Xnın meyitinin yanmasının videoçəkilişi; xx.xx.2020-ci il tarixdə saat 19:39-da 00:47 müddətli 68.97 Mb həcmində Xnın meyitinin yanmasının videoçəkilişi; xx.xx.2020-ci il tarixdə saat 19:39-da 1.55 Mb həcmində Xnın meyitinin yanmasını əks etdirən kadr mövcuddur. Bundan əlavə, “DCİM” bölməsində xx.xx.2020-ci ildə saat 11.50-də şabalıd rəngində, qısa saçlı, qızılı rəngində boyunbağısı olan qadının fotoşəkili; xx.xx.20 20-ci ildə saat 11.50də gecə vaxtı alovu əks etdirən fotoşəkil; xx.xx.2020-ci il tarixdə saat 19:39-da gecə vaxtı alovu əks etdirən fotoşəkil əks olunmuşdur. Bundan başqa, “Mobisaver” bölməsində xx.xx.2020-ci ildə saat 19:43-də 00:52 müddətli 71.53 Mb həcmində Xnın meyitinin yanmasının videoçəkilişi və xx.xx.2020-ci ildə saat 19:4000:47 müddətli 68.97 Mb həcmində Xnın meyitinin yanmasının videoçəkiliş aşkar olunmuşdur. Mobil telefonun yaddaşında silinmiş məlumatları aşkar etmək məqsədilə “UFED Touch2” proqram aparat kompleksi vasitəsilə cihazın yaddaşında müvafiq bölmələrinə (xidməti, sistem və fərdi) daxil olunmuş, müvafiq modullardan (ayrı-ayrı məqsədlər üçün istifadə olunan proqram vasitələri) istifadə edilməklə, qeyd olunan bu fotoşəkillərin olduğu müəyyən edilmişdir: üzərində «5 dk da örüp satın» sözləri yazılmış çəhrayi rəngində ip topasının, «No Oven, No Cooker, NO Beater» sözləri yazılmış 3 ədəd biskvitin, rəssamlıq üçün nəzərdə tutulmuş müxtəlif boyaların, 2 ədəd şokolad tortların, “Çocuklar duymasın» yazıları olan, qara donlu, qızıl rəngində boyunbağı olan qadın, gecə şəraitində alov, sarı rəngli sarafanda sarışın saçlı qadının, ağ dərili, qara saçlı çılpaq transseksualın, ağ dərili, qara rəngli, qısa saçlı çılpaq transseksualın, baş hissəsi görünməyən, ağ dərili transseksualın, qara rəngli, qısa saçlı, yaşıl rəngli boyunbağı və sırğası olan qadının, qara rəngli, qısa saçlı, qızılı rəngində boyunbağı və sırğası olan qadının, Xnın, şabalıd rəngində, qısa saçlı, qızılı rəngində boyunbağı olan və tünd göy rəngində koftası və baş örtüyü olan 2 nəfər qadının, «Cimalpes bonito design he stoskton grou Summit retreat» sözləri yazılmış, kosmetik əşyaların və alətlərin, hərbi təyyarə və maşınların karton maketlərinin, animasiya qız uşağının «Yackikuka» yazısı olan,«WartW» sözləri yazılmış qız uşağının, «Çoçuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın» sözləri yazılmış pencək geyimində eynəkli kişinin, üzərində gilanarlarla bəzədilmiş şokoladlı və kremli tortun, «Maşa və ayı» animasiya filminin personajı Maşanın, kosmetik əşyaların və alətlərin, uzun saçlı animasiya qızın, «Tom və Cerri» animasiya filmininin loqotipinin, üzərində «5 dk da örüp satın» sözləri yazılmış çəhraiyyə rəngində ip topasının, qadın dodaqlarının səhv və düz çəkilməsini təsvir edən 2 ədəd, çəhrayi fonunda «Mr Cake» sözləri yazılan şirniyyat kompozisiyasının, qidalar kompozisiyasında «Ta sty» sözləri yazılmış, tünd göy fonunda rəsmi tamamlanmayan uşağın, sağ tərəfində «Masha eo Urso, VİVA! Verao Ferias» sözləri yazılmış «Maşa və Ayı» animasiya filmindən Maşa personajının, İngilis komiki mister Binin «mrBean» sözləri yazılmış animasiya karikaturası, «Tom və Cerri» animasiya filmindən Tom personajının əlində tüfənglə, «Maşa və Ayı» animasiya filmindən Maşa personajının su gölməçəsində oynamasının, «Tom və Cerri» animasiya filmindən Tom, it və ördək personajlarının, «Selena, Seline yardım ediyior!» sözəlri yazılmış «Selena» Türkiyə serialından 3 qadının masa arxasında dayanmış vəziyyətdə fotoşəkillər, habelə animasiya film və çarxlardan (roliklərdən) 12 ədəd kadr. Məhkəmə kompüter-texniki ekspertizasının 02 mart 2020-ci il tarixli 2849 nömrəli rəyindən görünür ki, “təqsirlənd irilən şəxs Məhkum məxsus “Samsung” markalı, “SM- G532F” (Galaxy J2 Prime) modellli “**********46154”, “**********46152” İMEİ nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. “Samsung” markalı mobil cihazda onun şəxsi səhifələrini (“Google” hesabı) açmaq üçün “Login” və “parol” tələb olunmur. “Google” hesabında qeydiyyatı aparılmış bütün hərəkətlərin təsviri (Chrome brouzeri ilə baxılmış internet saytların siyahısı, “Youtube”-dan istifadə edilmə, “Samsung my files”, “Samsung Gallery” və digər proqram məhsulların istifadə edilməsi jurnalı) rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Tədqiq olunan mobil smartfonda Youtube xidmətində baxılmış videogörüntülərin adları tarixçəsi dayandırılmışdır, axtarış sorğuların qeydiyyatı aparılmır, Whatsapp proqram təmi natı və “Facebook” sosial şəbəkələri üçün proqram təminatı aşkar edilməmişdir”. Rəyin təsviri hissəsindən görünür ki, “Samsunq Galaxy J2 Prime” iki kartlı telefonudur, 06 yanvar 2020-də saat 19:38 də X 051 ***-**-** (əmisi oğlu polis Xa) zəng edib, Telefonun yaddaşında 19:39:37 Xin meyitinin yanma şəkli, meyitin (52 və 47 saniyəlik) yanma videoları vardır. Silinmiş yaddaş bərpası zamanı müəyyən edilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filmini, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05-də “Hercayi” serialını, saat 14:06-də “Mister Bin” animasiya cizgi filmini, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35-da qadınlar üçün kosmetik boyanma videosunu, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi xarakterdə olan videoları, saat 15:34-də “Maşa və ayı” cizgi filmini, saat 18:54-də “Qızım və mən” serialını, 26 dekabr 2019-cu il tarixdə saat 15:44-də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videonu, “Cocuklar duymasın” videoserialına, o cümlədən digər videolara baxılmışdır. 06 yanvar 2020-ci il tarixdə saat 17:11-də com.samsung.android.weather (hava proqnozuna baxıb) proqramı ilə hava şəraitinə, həmçinin həmin gün saat 19:07 də isə “Chrom MAP” proqramından istifadə edilməklə ərazi xəritəsinə baxılmışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş kompyuter texnikası üzrə ekspert X26 ifadəsində göstərmişdir ki, Məhkum tel efonu ona bağlı formada təqdim edilmişdir. 06 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək Məhkum telefonunda əlavə proqramlar silinib və sonradan yüklənmişdir. Youtube tarixcəsində elektron versiya və excell variantı var, onların arasında heç bir fərq yoxdur. Rəqəmsal məlumat kompyuterlərdə, telefonlarda, digər sistemlərdə hər hansı hərəkət öz əksini tapır və o ilkin saxlanıldığı yaddaşdır. Həmin məlumat excellə və yaxud word-ə atılsa da, ilkin olaraq variantı telefonda qalır. Həmin məlumatın exceldə və yaxud doc-da götürülməsi rahat oxunmaq üçündür, hər ikisində eyni olur. Youtube videoyayımla məşğul olan böyük bir şirkətdir. Gün ərzində oraya videokontekta baxmaq üçün milyonlarla müraciət olunur. Hər bir istifadəçi istədiyi müəyyən vaxtda youtube səhifəni ziyarət edib, baxı ş keçirir. Baxış keçirərkən telefonun yaddaşında müəyyən qalıq hissələr qalır. Qalıq hissələrin qalması mexanizmi youtube daxili kodlarından asılıdır. Telefon yaddaşındakı youtube istifadə edən daxili yaddaş keş yaddaş adlanır. Youtubedə hansısa bir videoya baxdıqdan sonra onun qalıqları keş yaddaşda qalır. 21 dekabr 2019 saat 12.48-də məzmun görünür. Bu o deməkdir ki, baxılan videodan müəyyən bir kadr telefonun yaddaşında saxlanılıb. Youtubenin tarixçəsi açıq olsaydı, bu məzmunlu videoya saat neçədə baxıldığını bilmək olardı. Hansı adlı videoya baxıldığına rəy vermək olmur, çünki tarixçəsi yoxdur, lakin youtubeden istifadə olunması, orada məzmunlara baxılması bilinir. Kadra baxarkən hansısa saniyədəki əks olunmuş bir fotoşəkil telefonun yaddaşına düşür. İki yaddaş olur: birincisi istifadə çi yaddaşı- bura fotoşəkillər, videolar saxlanıla bilir, bu istifadəçiyə aid olan yaddaşdı. Onları görmək olmur, çünki bu xüsusi bərpa proqramı vasitəsilə əldə olunan nəticələrdir. Onlar bilavasitə ilə mobil telefonla youtubenin arasında yaranan əlaqələrdir. Bu əlaqələr nəticəsində fayllar baxıla bilinməyən yaddaşda saxlanılır. Youtubedə baxılan kadrın baxılma vaxtını dəqiq bilmək üçün youtube tarixcəsi olması lazımdır. Hazırkı kadrda göstərilən tarix dəqiq olmaya bilir. Qeyd olunan göstəricilər istifadəçinin youtubedən istifadə etdiyini göstərir. Tarixlər olsa da, lakin həmin baxılmanın hansı tarixdə baxılmasını göstərmir. Yaddaşda əks olunan şəkil mütləq baxılmış videoda var. Qeyd etdiyiniz videolara nə vaxt baxıldığını müəyyən etmək olmur, lakin həmin tarixdə həmin kadr telefonun keş yaddaşına düşübdür. Mobil telefonun tarixçəsi mobil şəbəkələr vasitəsi ilə tənzimlənir. Mobil şəbəkənin peykləri, antenləri ona siqnalizasiya verir, yəni cari vaxtı göstərir. Əgər səhv vaxt olsa, bilinər. Həmin vaxt mobil telefonda proqramlar işləməz, güman olunar ki, mobil telefonda vaxt və tarix düzdür. Youtubedə olan göstəricilər isə istifadəçinin seçilmişlərdən uyğun olaraq tarazlanır və istifadəçiyə aid olan tarixləri göstərir. xx.xx.2019-cu il tarixdə “mister Bin” şəklinin telefonun keş yaddaşına düşməsi o deməkdir ki, həmin gün o videoya baxılıb, lakin saatını dəqiq bilmək olmur. Həmin şəkildə göstərilən tarix, onun baxılma tarixidir, nə qədər müddət baxıldığı bilinmir. xx.xx.2020-ci il tarixdə “Tom and Cerry”-ə baxılması qeyd olunmuşdursa, demək həmin tarixdə, həmin videoya baxılıb. xx.xx.2020-ci il tarixdə “homosexsual” faylı fotoşəkildir. Qeyd olunan şəkilin Excell proqramında göstərilməməsinin səbəbi Excellin youtubeyə aid olmasıdır. Bu fotoşəkil isə telefonun öz yaddaşına aiddir. Bu fotoşəkil bərpa deyil, mövcud olandır. Həmin şəkildə göstərilən xx.xx.2020-ci il tarixi həmin şəkilin yaranma tarixidir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 12 may 2020-ci il tarixli 865 nömrəli rəyindən göstərilmişdir ki, “Məhkum hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda şəxsiyyətin şizoid tipli cizgiləri, anamnezində keçirilmiş depressiv hallar müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi x əstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək və cinayət işi üçün vacib olan məsələləri düzgün dərk etmək iqtidarındadır, Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Şahid31 hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər, öz presessual hüquq və öhdəliklərini müstəqil olaraq həyata keçirə bilər. Təqsirləndirilən şəxs Məhkum istintaq zamanı verm iş olduğu öz ifadəsində əvvəllər psixi pozuntuyla bağlı bir necə həkimə müraciət etməsi və ona "Fluoksetin" və ya da "Profuzaq" dərman preparatlarının qəbul edilməsi tövsiyyə edilərək həmin dərmanları qəbul etməsi barəsində qoyulmuş suala cavab olaraq bildirilir ki, göstərilən dərman preparatları antidepressant tərkibli dərman preparatları olmaqla, təqsirləndirilən şəxsin həyatının müxtəlif dövrlərində, yəni anamnezində göstərdiyi kimi, onda əhval-ruhiyyənin enməsi, ruh düşkünlüyü, özünə qəsd etmək barəsində düşünməsi kimi hallar, yəni depressiv hallar keçirdiyi üçün qeyd edilən dərman preparatlarını qəbul etməsi mümkündür. Depressiya ilə təzahür edilən psixi pozuntu hallarının ona təyin edilmiş müalicə nəticəsində keçməsi, yenidən təkrar təzahür etməsi mümkündür. Lakin hazırki müayinə ged işatında Məhkum depressiyaya dəlalət edən əlamətlər müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Şahid31 şizoid şəxsiyyət tipi aşkar olunur. Eqosentrizm, emosional soyuqqanlılıq, təkliyə meyllilik, özünə qapalılıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, ünsiyyətə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlər malikdir. Məhkum intellektual imkanları (yaddaş, diqqət, təsəvvür, sensor-perseptiv prosesləri) normaya uyğun olduğundan, həmçinin fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər, onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa və yalan danışmağa patoloji meyllilik əlamətləri müşahidə olunmadı. Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadələrd ə özündən uydurmaq, həqiqəti əks etdirməyən fikirlər söyləmək, fantaziya əlamətləri müəyyən edilmədi. Məhkum xx.xx.2020-ci il tarixdə, mərhum Xnın yanmış vəziyyətdə olan meyitini öz mobil telefonu vasitəsi ilə videoçəkilişini apararkən, danışığında həyəcanlılıq müşahidə olunsa da, psixoloji vəziyyətində hər hansı dəyişiklik təzahür olunmur. Onun danışığında müşahidə olunan həyəcanlılıq sonrakı dövrdə hadisənin real vəziyyətini qavramasına, istintaqa vermiş olduğu ifadələrində həqiqəti əks etdirib-etdirməməsinə təsir göstərmədiyi qənaətinə gəlinir. Məhkum, ona ittiham olunan cinayət əməlini törədərkən hərəkət və davranışı aqressiv olmuşdur. Belə qənaətə gəlinir ki, həmin aqressiya halını onda müəyyən edilən şizoid şəxsiyyət tipi şərtləndirmişdir. Törətdiyi əməl zamanı onda yaranmış aqressiy a halı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə və dərk etməsinə neqativ təsir göstərməmişdir. Şahid31 cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qeyd olunmalıdır ki, Məhkum cəmiyyətdəki sosial statusundan narazı qalması (həmyaşıdlarının ailə-uşaq sahibi olduğu halda hələ də subay olması, övlad sahib olmadığına, tək qalmasına görə özünü qınaması, tay-tuşlarından geri qalması fikirləri, həyatına küskünlüyü, özünü zəif xarakterli şəxs kimi qiymətləndirməklə həyatını vaxtında qura bilməməsi ilə barışa bilməməsi və s.) kimi amillər onun qərarın təsviri hissəsində göstərilən hərəkətləri törətməsinə sövq edə bilərdi”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin Tovuz rayon şöbəsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2020-ci il tarixli 22 nömrəli rəyindən görünür ki, Məhkum bədəni səthində xəsarət aşkar edilməmişdir. Müayinə olunanın deməsinə görə, onu heç kim vurmamışdır. Tibbi yardım üçün müraciət etməmişdir. Şikayəti yoxdur. Onun bədən səthində xəsarət (qançır, sıyrıq, yara və s.) və xəsarət izi (piqmentasiya sahəsi, sıyrıq izi, çapıq və s.) aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 21 fevral 2020-ci il tarixli 94 nömrəli rəyindən görünür ki, Şahid31 məhkəmə-tibbi və mütəxəssis müayinəsi zamanı (ona penil inyeksiya testi (Papaverin 2%-4.0q) aparılmış, müayinə müddətlərinin 5,10,15,20 dəqiqələr ərzində ereksiya müşah idə olunmadı) hal-hazırda onun cinsi qabiliyyətə malik olmadığı müəyyən edildi. Buna səbəb ağır erektil disfunksiyadir. Şahid31 onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqə olmanı göstərən əlamətlər aşkar edilmədi, xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı zədələnmə, anamalya (deformasiya, şiş, çapıq, yara və s.) aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika psixiatriya xəstəxanasından daxil olmuş məktubdan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdə saat 19:30 radələrində Məhkum yaşadığı evin qapısını açaraq onu hə yətdən küçəyə çağırmışdır. Şahid ilkin olaraq Xə evə gəlməyi təklif etsə də, sonuncu onu israrla küçəyə çıxmağa çağırmışdır. Küçəyə çıxdıqdan sonra şahidin “nə baş verdiyi” barədə sualına cavab olaraq Məhkum dərədə meyitin yandığını ehtimal etdiyini bildirmişdir. Bundan sonra şahid Məhkumla birlikdə dərəyə getmiş, ilkin olaraq yandırılanın heyvan meyiti olduğunu düşündüyünü, lakin meyitin qarın və qol hissələrinin yandığını, fənər işığında baxdıqda cəsədin insan meyiti olduğunu, iri dişlərinin görünməsi ilə bunu dəqiqləşdirdiyini göstərmişdir. Şahid bu barədə Xə polis orqanlarında çalışan əmisi oğlu Xın çağırılmasını təklif etmiş, X Şahid13 zəng edərək onu hadisə yerinə çağırmışdır. X hadisə yerinə gəldikdən sonra polisə məlumat verilməsi məsələsi müzakirə edilmiş, gələcək istintaq üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq meyitin yanması videogörüntü ilə qeydə alınmışdır. Çəkiliş zamanı Məhkum iştirakçılara ehtiyatlı davranmağı, ayaq izlərinin yadda saxlanılmasının vacibliyini bildirmişdir. Daha sonra Xın telefonla əlaqə saxladığı şəxslə danışığı zamanı meyitin söndürülməsi barədə göstəriş alındığını, bunun üçün Xın bel gətirmək məqsədilə hadisə yerindən müvəqqəti uzaqlaşdığını, qayıtdıqda isə X və Məhkum meyitin qarın hissəsində alovu söndürdüklərini gördüyünü, özünün də bel vasitəsilə meyitin yanan qol hissəsinə torpaq tökdüyünü ifadə etmişdir. Şahid əlavə olaraq göstərmişdir ki, hadisə yerindən çıxarkən yaxınlıqdan “VAZ” markalı avtomobil keçmiş, həmin avtomobilin qeydiyyat nişanı X və Məhkum tərəfindən yadda saxlanılaraq sonradan polis əməkdaşlarına bildirilmi şdir. Bir müddət sonra hadisə yerinə bir neçə polis avtomobili gəlmiş, baxış keçirilmiş, polis əməkdaşlarının meyitin kim tərəfindən aşkar edildiyi barədə sualına Məhkum onun tərəfindən aşkar edildiyini bildirmişdir. Şahid16 məhkəmədə verilmiş suallara cavab olaraq ifadə verməsi ilə bağlı ona hər hansı təzyiq və ya təklif göstərilmədiyini, barəsində zorakılıq tətbiq olunmadığını da xüsusi olaraq qeyd etmişdir. Şahid qismində birinci instansiya məhkəməsində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayının 22-də qonşusu onlara Xin qızı Xnın 21 noyabr tarixdən itkin düşdüyü barədə məlumat vermişdir. O, Xnın axtarışlarında iştirak etmişdir. 23 noyabr 2019-cu il tarixdən Xin axtarışı üçün polis əməkdaşları postu onun yaşadığı evin yaxınlığında qurulmuş və axtarışlara o radan bölünüb getmişlər. Həmin ərəfələrdə polis əməkdaşlarını bir neçə dəfə əməkdaş kimi evinə dəvət etmişdir. 06 yanvar 2020-ci il tarixdə oğlunun ad günü olduğundan o evdə olmuşdur. Həmin gün saat 19:38 radələrində Məhkum ona zəng vurub bayıra çıxmağını xahiş etmiş, o da çıxmış, dayisi X evinin hasarının yaxınlığında əmisioğlu X ona yanğın olduğunu demiş, o da yanğına yaxınlaşanda ayaq nahiyyəsindən yananın insan olduğunu bilmişdir. Həmin vaxt orada X və X1 də olmuşdur. O, komandiri X bu barədə məlumat vermiş, X Bakıya getdiyini bildirmiş və ona rəisin nömrəsini verib ona məlumat verilməsini demişdir. O, X zəng vurmuş, hadisə barədə məlumat vermişdir. X ondan meyitin üzərində qırmızı rəngli gödəkcə və ayaqqabı olub-olmadığını soruşmuş, o da meyitə yaxınlaşmış, meyitin əynində qırmızı rən gli nəsə olduğunu görmüş və rəisə əynində qırmızı rəngli nəyinsə və ayaqqabısının birinin ayağında digərinin isə kənarda olduğunu demişdir. X müəllim ona orada olmalarını və özünün gələcəyini bildirmişdir. 10-15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və rəis onlardan hadisənin birinci kimin gördüyünü soruşmuşdur. X rəis X hadisəni ilk onun gördüyünü, sonra X və Xı çağırdığını bildirmişdir. Həmin vaxt X38 X44 Rayon Polis şöbəsinə aparılmasına və heç kimin özü gələnə qədər onu sorğu-sual etməməsinə, özünün gəlib dindirəcəyinə dair göstəriş vermişdir. Polis əməkdaşları Xi Tovuz Rayon Polis şöbəsinə aparmışlar. Sonra hadisə yerində post qurulmuş, həmin vaxt meyit götürülməmişdir. Sonra hadisə yerinə xeyli sayda polis əməkdaşı və kənd camaatı yığılmış, xeyli müddət sonra hadisə yer inə X46 gəlmişlər. Həmin vaxt Xin qardaşı X uca səslə Xə səslənərək sənə iki gün öncə qızının meyiti hansı formada gəlsə tanıyıb-tanımayacağını soruşduğunu demiş, X isə cavab verməmişdir. Saat 00:15 radələrində X özü onların evinin qarşısına gələrək onu polis şöbəsinə aparmış və o, saat 3-4 radələrinə qədər orada saxlanılmışdır. Həmin vaxt X müəllim onu hadisənin necə baş verməsi, necə görməyi barədə sorğu-sual etmiş, o da olduğu kimi hər şeyi demişdir. 07 yanvar 2020-ci il tarixdə prokurorluq, Ədliyyə işçiləri hamısı birlikdə hadisə yerinə gəlib meyiti götürüb aparmışlar. Bundan sonra o bir dəfə də polis şöbəsinə çağırılmışdır. Həmin vaxt polis şöbəsinin rəisi ilə yanaşı X də orada olmuş və onu hadisəni görməyi barədə sorğu-sual etmiş, o da hadisəni necə gördüyü barədə məruzə etmişdir. O həmin axşam saat 20-21 radələrinə qədər şöbədə qalmış və sonda rəis özü ona getməyini, çağıranda gəlməyini deyib yola salmışdır. 07 yanvar 2020-ci il tarixdə əmisigilin və onların evinə baxış keçirilmişdir. 08 yanvar 2020-ci il tarixdə onların evinin qarşısında polis əməkdaşlarının düzülüşü keçirilmiş və rəisin göstərişi ilə evlərə yenidən baxış keçirilmişdir. Şahid31 evindən başlayaraq evlərə yenidən baxış keçirilmiş və heç bir dəlil, sübut aşkar edilməmişdir. Günorta saatlarında X evinə baxış keçiriləndən sonra oradakı əməkdaşlardan biri ona narahat olmamağı, heç bir şey aşkar olunmadığını və X şahid qismində çağırıldığını, buraxacağını bildirmişdir. Həmin vaxt X da yanında olmuşdur. 08 və ya 09 yanvar 2020-ci il tarixdə prokurorluq əməkdaşları onların evlərinə və qonşu evlərə şəkillər çəkə-çəkə baxış keçirmişlər. 09 yanvar 2020-ci il tarixdə səhər saatlarında rəisin göstərişi ilə yenidən evlərə baxış keçirilmiş və heç bir sübut aşkar edilməmişdir. 09 yanvardan 10 yanvara keçən gecə saat 4-5 radələrində Şahid22 adlı polis mayorundan onun istifadəsində olan telefona zəng gəlmiş, X ondan uzatma kabelinin olub-olmamasını, varsa bayıra çıxarmağını istəmiş, o da uzatma kabelini evdən götürüb bayıra çıxmışdır. O, əmisigil tərəfə dönən zaman orada tanımadığı avtomobillər olduğunu və rəisin avtomobildən düşdüyünü görmüşdür. O dayanmış və bu zaman rəis X adlı polis əməkdaşına işarə vermiş və o əlində uzatma kabeli ilə əmisigilin darvazasından həyətə daxil olmuşdur. Bu zaman rəis ondan evin niyə bu vəziyyətdə olduğunu soruşmuş, o da bilmədiyini demiş və evə girmişdir. Həmin vaxt əmisigilin evinin yuxarı mərtəbəsindən bir neçə nəfərin səsi gəlmiş, lakin o onların kim olduqlarını görməmişdir. Səhəri gün o bu barədə əmisi İbrahimdən polislərin hansı məqsədlə evə gəldiklərini soruşmuş, o da kiminsə evə gəlməsi barədə məlumatının olmadığını bildirmişdir. Saat 9-10 radələrində rəis onu çağırıb X hadisəni necə görməsi barədə ora gəlib məlumat verəcəyi, gələrkən ailəsindən heç kimin olmamasını deməyi bildirmiş, o da bu barədə əmisigilə məlumat verəcəyini demişdir. O, əmisigilə gedib rəisin ona dediklərini, yəni X bura gəlib məlumat verəcəyini və həmin vaxt orada ailəsindən heç kimin olmamasını deməsini bildirmiş, lakin əmisigil evdən çıxmamışlar. O da rəisin yanına gəlib onun dediklərini əmisigilə bildirdiyini, lakin əmisigilin evdən çıxmadıqlarını demiş, rəis də ona əmis igilə gedib təkrar deməsini, əks təqdirdə onları polis gücü ilə evdən çıxaracağını və bunun Xin istəyi olduğunu demiş, əmisi və əmisi qızı X evdən çıxarılmışlar. Həmin vaxt nə şəxsi heyət, nə də ki kənd camaatından heç kimin gələ bilməməsi məqsədi ilə Xgilin evi 100-150 metrlik məsafədən yollar bağlanmışdır. Həmin vaxt orada onlara Xin cinayət hadisəsini boynuna alması məlum olmuşdur. O, hadisə yerinə gələndə meyit yanmış, X bel gətirəndən sonra o, yanğını söndürmüşdür. X bel gətirənə qədər o dizini yerə qoyub əliylə torpaq götürüb meyiti söndürməyə başlamışdır. X gələndən sonra bellə meyitin yanan qarın və qol nahiyəsinə torpaq töküb yanğını söndürmüşlər. Onlar yanan meyiti söndürən zaman X onları telefonla videoya çəkmişdir. Onların videoya çəkilməsini həm o, həm də X demişdir. Xə hadisə ni videoya çəkməyi deməklərində məqsəd sonradan həmin videonun istintaqa köməklik edə biləcəyi olmuşdur. Onların rəisləri adətən hadisəni yerində çəkməklərini tapşırdıqlarından o da düşünmüşdür ki, alovun istiqaməti, yanma vəziyyəti gələcəkdə istintaqa lazım ola biləcəyindən Xə videoçəkiliş aparmasını demişdir. Onlar hadisə yerini mühafizə etmişlər. Videogörüntünün istintaq zamanı necə və nəyə lazım olacağını o bilmir. O, hadisədən bir neçə gün sonra çayxanada Şahid8lə görüşmüş və ona “cinayətkar gözümün işığı da olsa, cəzasını çəkməlidir” demişdir. O, Xlə 10 yanvar, ya da 12 yanvar 2020-ci il tarixdə söhbət etmişdir. Elə həmin vaxtlarda Xin cinayəti boynuna aldığını eşitdiyini demişdir. Həmin vaxt X ondan “bu nə işdi”- deyə soruşmuş o da ona “vallah, mən də bilmirəm nə oyundu”- deyə cavab vermişdir. Hadisənin ertəsi günü meyitin ətrafında yanacaq qabları, yağ qabları aşkar olunmuşdur. Şahid13 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Xi polis şöbəsində bir neçə dəfə görmüş, xatırlamadığı otaqda Xlə görüşmüş, yanında olan serjantla X barədə danışmış, həmin vaxt hər hansı narahatlıq hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdə Tovuz rayonunda yaşayan qudasıgilə getmiş, avtomobillə hərəkət edərkən hadisənin baş verdiyi ərazidən keçmişdir. Həmin vaxt orada olan şəxslərdən Xı tanımış, Xın isə onların avtomobilinin dövlət qeydiyyat nişanını qeydə alaraq polis orqanlarına təqdim etdiyini bildirmişdir. Şahid daha sonra polis şöbəsinə dəvət olunduqlarını və orada izahatlarının alındığ ını, polis əməkdaşlarına həmin ərazidən keçərkən Xı gördüklərini və Xın avtomobilin qeydiyyat nişanını götürərək polisə verdiyini izah etdiklərini göstərmişdir. Polis şöbəsində ondan hadisə yerindən hansı saatda keçdikləri soruşulduqda, saatdan istifadə etmədiyini və dəqiq vaxtı xatırlamadığını bildirmişdir. Bundan əlavə, şahid ifadəsində qeyd etmişdir ki, hadisə yerində iki nəfər görmüş, onlardan yalnız Xı tanımış, yanan hər hansı bir obyektə isə diqqət yetirmədiyindən bu barədə məlumat verə bilməmişdir. Şahid18 birinci instansiya məhkəməsində verdiyi ifadəsində Şahid20 göstərdiyi xüsusatları bildirmişdir. Şahid25 birinci instansiya məhkəməsində dindirilərkən ifadəsində göstərmişdir ki, əmisioğlu Xdən aldığı televizorunda 06 yanvar 2020-ci il tarixdə problem olduğundan Xə zəng edib ailəsi nin türk kinosuna baxmaq istədiklərini, lakin televizorunun naqilində problem olduğunu bildirib, onda həmin naqildən olubolmamasını soruşmuş, sonuncu da olduğunu bildirmişdir. O, avtomobili işə salıb Xgilə getmək istəyərkən böyük oğlu da getmək istədiyini bildirmiş və o, oğlunu da avtomobilə əyləşdirib Xin evinə getmişdir. Xgildən naqili götürüb evə qayıdan zaman asfalt yola tərəf dönəndə Xi əlində işıq yanğına tərəf getdiyini görmüşdür. O, əhəmiyyət verməyib evinə getmişdir. Az müddət sonra bacanağı ona zəng edib qonşuluğunda yaşayan X kişinin oğlu ilə telefonla danışdığını və həmin ərazidə yanğın olduğundan polis əməkdaşlarının ora gəldiyini bildirmiş, o da sonuncuya həmin yanğının yanından keçdiyini və həmin yanğını gördüyünü bildirmişdir. Daha sonra o, birlikdə həyətində ağac əkməli ol duqlarından X zəng etmiş, X ora yaxın olduğuna görə ona yanan yerə gedib ona da məlumat verməsini bildirmişdir. Bir müddət sonra o, X yenidən zəng etmiş və bu zaman sonuncu ona orada meyit olduğunu, bütün polis əməkdaşlarının orada olduğunu bildirmişdir. Sonra o, əynini geyinib hadisə yerinə getmişdir. Onun Xlə normal münasibəti olmuşdur. Qardaşının inəyi bayırda itən zaman X adlı polis əməkdaşı Xi inək itən günü axşam saatlarında həmin ərazidə gördüyünü demişdir. Onlar isə polis şöbəsində izahat verərkən inəklərinin X tərəfindən oğurlandığını deməmişlər. Polis şöbəsi özü araşdırmış və inəklərinin qonşu kənd sakini tərəfindən oğurlandığını aşkar etmişdir. O, Xin qızlarının üçünü də tanımış, lakin bu günə qədər heç birini avtomobilinə mindirməmişdir. Məhkəmə iclasında şahid qismində dindiri lmiş Şahid26 ifadəsində göstərmişdir ki, o, Xin itkin düşməsi ilə bağlı məlumat eşitmişdir. Xin meyiti aşkar olunan zaman o, hadisə yerində olmamışdır. Xin meyiti aşkar olunmamışdan əvvəl X ona zəng edib televizor kabeli istəmiş, o da televizor kabeli olduğunu demişdir. X da öz avtomobili ilə gəlib onun evindən kabeli götürüb getmişdir. Xın ona nə zaman zəng etməsi və gəlməsi saatı yadında qalmamışdır. X onun evinə gələndə hava qaranlıq olmuşdur. X onun evinə çatanda o çıxmış qapısının ağzında kabeli ona vermişdir. O, Xla cəmi 5 dəqiqə ərzində görüşmüşdür. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş Şahid25 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna dair zənglər barədə götürülmüş məlumatdan görünür ki, 06 yanvar 2020-ci il tarixdə saat 19:25:55-də Şahid25 istifa dəsində olan ***-***-**-** nömrəli telefondan Şahid26 istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edilib və aralarında 144 saniyə müddətində danışıq aparılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, 10 yanvar 2020-ci il tarixdə onun xidməti avtomobili ilə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqdan sonra Məhkum avtomobildən düşmüş, lakin o, avtomobildə qalmışdır. X avtomobilə qayıdan zaman avtomobildə o, Şahid23, bir nəfər polis əməkdaşı və vəkil olmuşdur. Həmin vaxt o, avtomobildə 5-10 dəqiqə ərzində Xə bəzi suallar vermişdir. O, Xə: “qız uşaq idi, onu öldürməyə də bilərdin”- deyə sual vermiş, o isə cavab verməmişdir. Daha sonra o, Xə: “X qızı evə necə apardın”- deyə sual vermişdir. O, həmin vaxt həmin ərazinin ə məliyyatçısı işləmiş, bu səbəbdən də bu sualın cavabı maraqlı olmuşdur. X isə cavabında “X yoldan keçirdi. Həmin vaxt mən yolda siqaret çəkirdim”- deyə cavab vermişdir. O, Xə “qızı evə necə çağırdın, necə apardın. Kənarda adam yox idimi?”deyə sual vermiş, sonuncu da ona “mən ona kitab vermək adı ilə çağırdım”- deyə cavab vermişdir. X itən vaxtlarda atası ona Xi toya aparacağını demiş və bu da onda maraq oyatdığından Xə “sən Xi evdə saxlayanda o sənə məni burax demədimi?”deyə sual vermiş, X də ona “bəli, X dedi məni burax axşam atam məni toya aparacaq”-deyə cavab vermişdir. Daha sonra o, Xə “biz Xi 40 gündü axtarırıq tapa bilmirdik, cəsədini hansısa evdə və ya ərazidə gizlədə və ya basdıra bilərdin, onsuz da tapılmırdı”- deyə sual vermiş, X də ona “yox, mən onu evdə gizlədə bilməzdim və ya hardasa yaxın yerdə basdıra bilməzdim, nə vaxtsa ələ keçə bilərdi. Həm də eşitdiyimə görə, kənddə itlərlə axtarışlar keçirilirdi”- deyə cavab vermişdir. O, Xə “cəsədi yandırmaya bilərdin?”- deyə sual vermiş, sonuncu ona “yox, iz itsin deyə, yandırmaq daha məsləhət idi, iz itsin deyə” cavabını vermişdir. O, Xə “qız evdə səs-küy salardı, evdə eşikdə kimsə eşidərdi, bilərdi, gələrdi, nəsə işarə edərdi” deyə sual vermiş, X də ona “yox qız 2-ci və ya 3-cü gündən sonra halı özündə deyildi, otaq soyuq olduğuna görə onun danışmağa halı yox idi” deyə cavab vermişdir. Həmin vaxtlar orada hava çox soyuq olmuşdur. O, Xdən qızı buraxmaq istəməsi barədə soruşmuş, sonuncu ona buraxmaq istədiyini, lakin bayıra çıxanda polis avtomobillərinin dayanmadan kənd ərazisində hərəkət etdiyindən, qızı axtaran və ma raqlanan adamların çox olduğundan müəyyən şeyləri gözünün qarşısına aldığını bildirmişdir. Onlar həmin dövrdə çox sayda başqa şəxslərin üzərində də əməliyyat axtarış tədbirləri həyata keçirmiş, lakin hansısa şəxsin üzərində şübhələnib Xi buraxmaq kimi heç bir hal olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, o, baş əməliyyat müvəkkili Şahid22 avtomobili ilə hadisə yerinə getmişlər. Hadisə yerində olan zaman Xin olduğu avtomobilə əyləşmiş, həmin vaxt Xin vəkili də avtomobildə olmuşdur. Həmin vaxt Şahid22 Xə “bunu niyə öldürüb yandırdın”- deyə sual vermiş, X isə “ölmüşdür də öldürəndən sonra yandırmaq günah deyil”- deyə cavab vermişdir. Şahid22 ona “niyə məhlədə basdırmadın?” deyə soruşmuş, X isə “eşitmişəm it gətirilir, ona görə belə məsləhət b ildim”- demişdir. Bundan sonra o, avtomobildən düşüb getmiş və başqa hansısa məlumat eşitməmişdir. O, ifadənin yerində yoxlanması istintaq hərəkəti ilə əlaqədar hadisə yerinə getsə də, ancaq iştirak etməmişdir. O təhlükəsizlik tədbiri ilə əlaqədar oraya getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid24 da ifadəsində Şahid23 göstərdikləri xüsusatları bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X35 birinci instansiya məhkəməsində dindirilərkən ifadəsində göstərmişdir ki, X onun ortancıl qızı olmuş, 5-ci sinifdə oxumuşdur. 21 noyabr 2019-cu il tarixdə qardaşı Şahid8 qızı X toy günü olmuşdur. Həmin gün saat 12 radələrində X məktəbdən gəlmişdir. Günorta yeməyini yedikdən sonra o, qardaşı Xin onda olan gödəkcəsini vermək və özünün kənddə yaşayan qardaşı Xin evində olan gödəkcəsini götürməsi üçün Xə qardaşı Xin evinə getməsini tapşırmışdır. Xə əmisinin evinə getməsini bildirdikdən sonra o, sonuncuya məktəbdən gələn bacılarını gözləməsini demişdir. Az sonra qızları X və X məktəbdən gəlmişlər. Daha sonra X ona xəbər verərək, 21 noyabr 2019-cu il tarixdə saat təxminən 14 radələrində evdən çıxmış və qardaşı Xin evinə getmişdir. Xin evi kəndin aşağısında, onun yaşadığı evdən təxminən 1000 metr məsafədə yerləşmişdir. Təxminən 1-2 saatdan sonra o, Xin qayıtmamasını görüb böyük qızı X onun arxasınca göndərmişdir. X təxminən bir saatdan sonra evə qayıdaraq Xin X əmisinin evinə getdiyini, gödəkcəni Xə verdiyini, daha sonra isə Xin evinə gedərək onun gödəkcəsini götürüb evdən çıxdığını bildirmişdir. O, Xin ana nənəsinin kənddə olan evinə getməsini fikirləşmiş dir. Bundan sonra o, qardaşı Xin evinə getmiş, saat 19-00 radələrində qardaşları X, X və Xin qonşuları ilə birlikdə Xin yeni qudasının rayonun Aşağı Quşçu kəndində olan evinə ciyər axşamı məclisinə getmişlər. Təxminən saat 21:30 radələrində o, evə qayıtmış, qızları X və X, arvadı X evdə olmuş, lakin X evdə olmamışdır. Bundan sonra o, qızı Xlə birlikdə kənddə yaşayan qayınanası Xnın evinə getmişlər. Ona orada həmin gün Xin onlara getmədiyi, onların da Xin harada olması barədə məlumatlarının olmadığı məlum olmuşdur. Bundan sonra o, Xlə birlikdə qardaşı Xin evinə getmiş, Xi orada da tapa bilmədiyinə görə Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək, Xin itkin düşməsi barədə məlumat vermişdir. Qizinin itkin düşməsi ilə bağlı polisə məlumat verdikdən sonra xeyli polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları bütün evlərdə və kəndin digər ərazilərində axtarış aparmışdır. Məhkum yaşadığı evdə xəstə olduğuna görə polislər həmin evi axtarmamışlar. Şahid13 da axtarış aparanlar arasında olmuşdur. Onun Xin itkin düşməsi ilə bağlı Prezidentə teleqram vurmasını X bilmişdir. Saat 19:15-də o, Xin yandırıldığı ərazidən keçmişdir. X qızları vasitəsi ilə ona oxumaq üçün kitablar vermişdir. Xin ona verdiyi kitabları Xə qaytarmamışdır. 06 yanvar 2021ci il tarixdə saat 20:40-da polis rəisi Şirzad Əsgərov onlara gəlmiş, arxasınca avtomobil göndərəcəyini və həmin avtomobillə onun polisə gəlməli olduğunu demişdir. Az sonra qardaşı X ona qızı Xin yandırıldığını demişdir. Hadisə baş verən gün o oraya getmişdir. Hadisənin Məhkum tərəfindən törədilməsini prokurorluqdan ona gələn məktubla rdan bilmişdir. X itkin düşdüyü zaman əynində qırmızı gödəkcə, qırmızı papaq, kalkotka, ayağında idman ayaqqabısı, qulaqlarında isə qızıl tana olmuşdur. Xin əynində cins şalvar olmamışdır. Xin qulağındakı tananı və papağı itirimişlər. Xin bədəninin beldən aşağı hissəsi yanmış, yuxarı hissəsi isə salamat qalmışdır. Hadisə yerinə gələn zaman orada çoxlu adamlar olmuş, lakin Məhkum olmamışdır. Şahid16, Şahid13 və Məhkum polislər şöbəyə aparmışlar. Hadisədən sonra Xi kənd ərazisində görməmişdir. Onu hadisədən 3-4 gün sonra polis bölməsində görmüşdür. Xin bədənində hansısa fərqləndirici işarə olmamışdır. Xin üz hissəsi salamat olduğu üçün onu üzündən tanımışdır. Xin meyiti arxası üstə olmuşdur. Kənd camaatından Xin meyitinin yandırılmasını ilk görən şəxslərin X, X və X olduğunu eşitmişdır. Xin ayaqlarındakı ayaqqabılar salamat olmuş, ağzında iki dişi olmamışdır. Xin etirafedici ifadəsi ona inandırıcı gəlmişdir. X itkin düşməmişdən əvvəl onların “Samsung J2” markalı mobil telefonları olmuşdur. X oyun musiqilərinə meyilli olmuş, uşaq verlişlərinə baxmışdır. Şahidlər Şahid1, X27 və Şahid3 birinci instansiya məhkəməsində verdyi ifadələrində zərərçəkmiş şəxsin hüquqi varisi X23 göstərdiyi xüsusatları bildirmişlər. Əlavə olaraq göstərmişlər ki, X evdə olarkən ən çox idman kanallarına, kinolara, uşaq kanallarına baxmışdır. Xin heç bir xəstəliyi olmamışdır. Xin çıxarılmış dişi var idi. X dişini özü oynadıb çıxarmışdı. X “ARB”, “Günəş”, “Space”, türk kanallarına baxmışdır. Seriallardan, “Selena”, “Berbebek”, “Mahsun”, cizgi filmlərindən isə “Harika kanadlar” və s baxmışdır. Xin ən çox ba xdığı proqram “Canım kardeşim” adlı veriliş olmuşdur. Xin bədənində hər hansı bir şiş və ya yara olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə saat 14-30 radələrində o, evdə olarkən qardaşı Xin ortancıl qızı X onlara gələrək “əmi, bu kurtkanı atam göndərdi” deyib əlində olan sellofan torbanı həyətdə olan avtomobilin üstünə qoymuşdur. O, həmin torbaya baxaraq orada öz gödəkcəsinin olduğunu görmüşdür. Belə ki, qızı Günayın toy günü qardaşı Xin gödəkcəsinin köhnə olduğunu görüb daha yeni və təmiz olan öz gödəkcəsini toy axşamı geyinməsi üçün Xə vermişdir. X sellofan torbanı ona verdikdən sonra atasının gödəkcəsini götürmək üçün Xin evinə getdiyini ona demiş, o da toydan qalan yemək və ərzaqları evlərinə aparması üçün Xə vermək istəmiş, lakin həmin yük ağır olduğundan Xə bacısı ilə gəlib birlikdə aparmasını bildirmişdir. Bundan sonra o, həmin gün Xi bir daha görməmişdir. Xin getməsindən təxminən bir saat yarım sonra Xin böyük qızı X onlara gəlmiş və bacısı Xin orada olub-olmamasını soruşmuşdur. O da Xin çoxdan evdən çıxdığını Xə bildirmişdir. Bundan sonra arvadı Nailə həmin ərzaq yükünü Xə verərək onu yola salmışdır. Həmin gün saat 18:00 radələrində qardaşı X onlara gəlmiş, qızı X barəsində bir söz deməmiş və onlar Tovuz rayonu, Aşağı Quşçu kəndinə ciyər axşamı məclisinə getmişlər. Həmin gün saat 21:00 radələrində onlar kəndə qayıtmış və hamı öz evinə getmişdir. X getdikdən təxminən 1 saat sonra X oğlu X onlara gələrək Xin qızı Xin itkin düşdüyünü bildirmişdir. Bu xəbəri eşitdikdən sonra qardaşı, o, Xin evinə getmiş və orada həqiqətən Xin itkin düşməsini eşitmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və axtarışlara başlanılmışdır. Həmin dövrdə bütün kənddəki evlər axtarılmış və axtarışlarda o özü, qardaşı oğulları ilə birlikdə iştirak etmişdir. 06 yanvar 2020-ci il tarixdə saat 20:25-də dayısı X ona Xin öldürülərək meyitinin dərədə yandırıldığını demişdir. O da qaçaraq hadisə yerinə getmiş, aralıdan cəsədin üzərində olan gödəkcədən və ayaqqabıdan onun X olduğunu tanımışdır. Şahid9 birinci instansiya məhkəməsində verdiyi ifadəsində Şahid8 göstərdiyi xüsusatları bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə X onlara gəlmişdir. Həmin vaxt o, evdə əmisioğlu Xla birlikdə çarpayıda oturub Xa məxsus t elefonda oyun oynamışlar. X ondan atasının gödəkcəsini istəmiş, o da gedib həyətdə yerləşən hamamdan gödəkcəni götürüb ona vermişdir. Bu zaman X ondan torba istəmiş, o da torba gətirmək üçün evə girmişdir. Bu zaman X “mən getdim” demiş və o qayıdanda X artıq getmişdir. O, Xlə eyni sinifdə oxumuşdur. X məktəbə qonşusu və sinif yoldaşı X ilə gedib-gəlmişdir. X onlara gələn zaman onun əynində qırmızı rəngli gödəkcə, cins şalvar və ağımsov rəngli idman ayaqqabısı olmuşdur. Papağının olubolmamasını xatırlamır. X onlara gələndə saat 14:30 radələri olardı. Onlar saat 13:30 radələrində nahar etdikdən bir saat sonra X gəlmişdir. Bu səbəbdən də Xin onlara saat 14:30 radələrində gəldiyini düşünür. 21 noyabr 2019-cu il tarixini, yəni X itən günü xatırlayır, həmin gün yatıb qaldığıma görə məktəbə getmə mişdir. Şahid4 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə saat 14-15:00 radələrində o, əmisi Şahid5 evində olmuş və həmin vaxt X gəlib atası Xə məxsus gödəkcəni istəmiş, X gödəkcəni verdikdən sonra X getmişdir. Təxminən 1 saat sonra Xin böyük bacısı Şahid2a gəlmiş və Xin ora gəlib-gəlmədiyini soruşmuş, o da ona Xin ora gəlib-getdiyini bildirmişdir. Bir qədər sonra X getmişdir. O, olduğu otağın pəncərəsi X əmisigilin evinin giriş-çıxışını görmüşdür. X X nənəsigildən çıxıb X əmisigilə girmiş, təxminən 2-3 dəqiqədən sonra Xin hər əlində bir torba ilə X əmisinin yoldaşı Şahid9 tərəfindən yola salındığını görmüşdür. Saat 21-21:30 radələrində X əmisi gəlmiş və Xin saat 14:15 radələrindən evdən çıxıb geri qayıtmadığını Səadət bibisinə bildirmi şdir. Şahid5 məhkəmədə verdiyi ifadəsində Şahid4 göstərdiyi xüsusatları bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, X itən gün, öz pay torpağında qoyun otarmışdır. O, Xgilin evindən keçib kəndin içərisinə doğru hərəkət edəndə və təxminən yolun yarısında kəndin içərisində Xi görmüş və ona çatmışdır. O, Xlə görüşən zaman saat 15-15:30 radələri olardı. Xlə qarşılaşdığı zaman Xin əynində hansı paltarların olmasını dəqiq xatırlamır. Xin əynində qırmızıya çalan rəngdə gödəkcə olduğunu xatırlayır, amma onun başında papaq olubolmamasını xatırlamır. Həmin vaxt o, atla olmuş, X də onun arxasınca gəlmişdir. Təxminən 10-15 dəqiqə Xlə söhbət etmiş və ondan hara getdiyini soruşmuş, X isə nənəsigilə getdiyini bildirmişdir. Onlar birlik də kəndin içərisi ilə hərəkət etmiş və yol ayrıcında X nənəsigilə ayrılan yola dönmüş o isə sağa ayrılan yolla qoyunları sulamağa aparmışdır. Şahid10 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hansısa formada ifadə verməsilə bağlı ona hər hansı təklif edilməmiş, ona qarşı hər hansı zorakılıq olmamışdır. Şahid qismində birinci instansiya məhkəməsində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, Məhkum yaşadığı evin yaxınlığında mağaza işlətmişdir. 06 yanvar 2020-ci il tarixdə həmişəkindən fərqli olaraq təxminən saat 18:00 radələrində işlətdiyi mağazanı bağlayıb getmişdir. Axşam saatlarında mağazaya geri qayıdarkən məlum hadisənin baş verdiyini görmüşdür. Həmin vaxt Xin polis şöbəsinə aparıldığını bilmişdir. Səhəri gün onu da polis şöbəsinə aparmışlar və o orada Xlə birlikdə saxlanılmışdır. X və onun ailəsi alışverişlərini onun mağazasından etmişlər. Xgil gündəlik ondan çörək almışlar. X özü həftədə 1-2 dəfə şirniyyat, peçenye almışdır. Onu 07 yanvar 2020-ci il tarixdə polis şöbəsinə aparmışlar. Polis şöbəsinin texniki şöbəsində kamera ilə bağlı sual vermişlər. Polis şöbəsində ona Xlə bağlı heç nə deməmişlər. Polis şöbəsində o, Xlə birlikdə olmuş, əvvəl onlar Xlə bir yerdə, sonra isə ayrı-ayrı otaqlarda olmuşlar. Polis şöbəsində həm X, həm də o sərbəst şəkildə saxlanılmış, əl-qolları bağlanmamışdır. 08 yanvar axşam saatlarında Xin qollarını bağlayıb başqa otağa aparmışlar. O, Xi son dəfə 08 yanvar 2020-ci il tarixdə, axşam saat 22-23:00 radələrində polis şöbəsində görmüşdür. Həmin vaxt Xə boşqabda yemək vermişlər. Həmin gün Xin bədənində hansısa xəsarət olduğ unu görməmiş, X də ona nədənsə şikayət, etiraz, narazıçılıq etməmişdir. O, Xlə polis şöbəsində olarkən Xin meyitinin yandığını gördüyünü, sonra da X əmiyə xəbər verdiyini və Xı çağırdığını demişdir. O, polis şöbəsində Xin yanında olduğu müddətdə, heç kim Xi döyməmiş, təhqir edib hansısa formada ifadə verməyə məcbur etməmişdir. Polis şöbəsindən buraxılana qədər Xə qarşı hər hansı bir zor tətbiq edilməsini və ya hansısa bir məlumat olmasını eşitməmişdir. Şahid21 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində ondan tələb edilən əsas məsələ ondan ibarət olmuşdur ki, nəyə görə əvvəllər də polis əməkdaşları tərəfindən deyildiyi halda işlətdiyi mağazaya kamera quraşdırmamışdır. Həqiqətən də kənddə olan oğurluq hadisələri ilə bağlı polis əməkdaşları bu hadisədən əvvəl ona təklif etmişlər ki, mağazaya təhlükəsizlik kamerası quraşdırsın. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid33 ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdən sonra polis əməkdaşları tərəfindən onların evindən hazır, tikili vəziyyətdə 3 ədəd yorğan üzü, 2 ədəd yorğan ortası götürülmüş və evində ifadəsi alınmışdır. Belə ki, polislər ifadəsini yazmış, o da oxuyub imzalamışdır. Həmin 3 ədəd yorğan üzünü, hazır tikili olanları ona anası cehiz vermiş, 2 ədəd yorğan ortası isə qaynanasından qalmışdır. Şahid X32 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o, Tovuz rayonunun Dondar Quşçu kəndində alt paltarlarının satışı ilə məşğul olmuşdur. Məhkum qardaşı X ondan bir dəfə 08 yanvar 2020-ci il tarixdə 12 manata kişi üçün alt paltarı almışdır. O, həmin tumanköynəyi Məhkum alındığı üçün qablaşdırılmış paketdən açıb çıxarmış, ölçüsünü dəqiqləşdirmiş, sonra da qablaşdırıb paketə qoymuşdur. X özü ona tuman-köynəyi Məhkum aldığını demişdir. Məhkum üçün alınmış alt paltarları tünd göy rəndə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 06 yanvar 2020-ci il tarixdə saat 20:00 radələrində Məhkum Tovuz RPŞnin əməkdaşları tərəfindən həbsə alındıqdan sonra o, bir neçə dəfə əmisi ilə birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları ona Məhkum Xnın işi ilə bağlı şahid olduğu üçün polis şöbəsinə aparıldığını, izahatı alındıqdan sonra azad olunacağı demişlər. O, Xdən qardaşı Məhkum üçün tünd göy rəngli alt paltarı almışdır. Tovuz RPŞ-nin PPX-nin komandiri X ona Məhkum üçün ərzaq v ə alt paltarı gətirməsini demişdir. O, Məhkum üçün alt paltarını 08 yanvar 2020-ci il tarixdə almışdır. X Məhkum tanımış, ona görə də ölçüsünü bilmişdir. O, Xdən alt paltarını aldıqdan sonra evdə qalan başqa alt paltarlarını götürmüş, Məhkum aid paltarları polis əməkdaşlarına aparmışdır. Məhkum məxsus paltarları Rəşad adlı polis müstəntiqi musadirə etmişdir. O, Məhkum məxsus paltarları polis əməkdaşları tərəfindən musadirə olunmasında iştirak etmişdir. Xin paltarları musadirə olunanda protokol tərtib olunmuş, lakin protokol ona 20 gündən sonra təqdim edilmiş, protokolu oxuduqdan sonra imzalamış, protokolun tarixinə fikir verməmişdir. Birinci instansiya məhkəməsi Şahid31 cinayət əməlləri törətməsinə dair etirafedici ifadəsini işin faktiki hallarına uyğun gəldiyinə, yuxarıda şərh olunan digə r mötəbər sübutlarn məcmusu ilə təsdiq olunduğuna görə qiymətləndirərək sübut kimi qəbul etmiş, onun həmin ifadəsini işgəncələrə məruz qalması nəticəsində verməsinə dair göstərdiklərini isə həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirmiş və düzgün olaraq sübut kimi qəbul etməmişdir. O da nəzərə alınmalıdır ki, verilmiş apellyasiya şikayətlərinin hərtərəfli və keyfiyyətli araşdırılmasını təmin etmək məqsədilə apellyasiya instansiyası məhkəməsində məhkəmə baxış iclası müdafiə tərəfinin vəsatəti əsasında qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, bu zaman məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi yenidən dindirilmişdir. Eyni zamanda, müdafiə tərəfinin Şahid31 işgəncə verilməsi ilə bağlı şikayəti üzrə toplanmış materiallar, Şahid31 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dai r materiallar, habelə onun şəxsi işi istintaq təcridxanasından tələb edilərək öyrənilmiş, ona məxsus tibbi kartanın surəti iş materiallarına əlavə olunaraq tədqiq edilmiş, həmçinin iş üzrə mövcud olan digər sübutlar araşdırılmışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin iclasında dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsində və apellyasiya şikayətində göstərdiyi xüsusatları bildirərək göstərdi ki, 2019-cu ilin oktyabr ayından etibarən atası xəstə olduğundan Dondar Quşçu kəndində bacısı Şahid32 məxsus evdə qalmışlar. Evdən gələn yol Xin qardaşlarının evinin yanından keçir. Həmin ev onların evindən təxminən 300 metr məsafədədir. 2019-cu ilin noyabr ayının 22-də Xin ortancıl qızı Xin bir gün əvvəl evdən çı xıb əmisigilə gedib sonra yoxa çıxmasını eşitmişdir. 06 yanvar 2020-ci il tarixdə axşam səkkizin yarısı radələrində siqaret çəkmək üçün yola çıxmış, evin qarşısında dərəlik ərazidə meyvə, qoz ağaclarına yaxın yerdə nəsə yandığını görmüş, biraz da çırtıltı səsləri gəlmişdir. Tam qaranlıq olmuşdur. Adətən həmin saatlarda orada nəsə yandırıldığını görməmişdir. Bir iki ay əvvəl orada yanğın olmuş, ağaclar xəsarət görmüşdür. Bundan ehtiyat edərək ora tərəf getmiş, telefon və alışqanın işığını da ora yönləndirib baxmışdır. İnsan ayağı, ayaqqabı görmüş, sonra dayanmış, bir neçə addım da geri çəkilmişdir. Ən yaxın qonşu Şahid16 çağırmış, sonra isə Xa zəng eləmiş, X bir dəqiqə keçmədən gəlmişdir. Daha sonra polis əməkdaşları gəlmiş, onu rayon polis şöbəsinə aparmışlar. Birinci mərtəbədə otaqda əli qandallı qalmışdır. Günorta saatlarında X gəlmiş, ona yemək-içmək gətirmişdir. 07 yanvarda polis şöbəsində qonşusu, market işlədən Şahid21 görmüşdür, onunla bir gecə birlikdə olmuşlar. 08 yanvar tarixində ona bir kağıza “ata, bir səhvdi eləmişəm, bağışla” yazmağını, xəttinə baxmaq istədiklərini bildirmişlər. Sonra kağızı ondan almış, bir neçə dəfə onu dindirmişlər. 09 yanvar tarixində onun əlinə qandal bağlayıb, qandalı ayağının arxasından keçirmiş, belinə də qapazla vurararaq hərəkət eləməyə, koridorda o formada qaçmağa, yeriməyə məcbur edib, onu bu qayda ilə yormuşlar. 09 yanvar tarixində rəis müavini X, əməliyyat müvəkkili X barəbar ona “bir şeyi başa düş, bu Vətənə qurban lazımdı, gəl bir kağıza biz deyəni yaz, çıx get, sənin başına güllə çaxacaqlar, bundan da qurtaracaq hər şey, biz də söz veririk, sənin adını əbədiləşdirəcəyik, adına bulaq çəkəcəyik və s.”-demişlər. Eləmədiyi bir cinayəti boynuna götürməyini istədiklərini başa düşmüşdür. Cinayətin nədən ibarət olması barədə onda məlumat olmuşdur. Ona yanvarın 9-u tarixindən 10-a keçən gecə birinci mərtəbədə zirzəmi kimi yerdə, sonra üçüncü mərtəbədə polis rəisinin müavininin kabinetində amansız işgəncələr vermiş, onu əvvəl yerə uzadıb, ayaqlarını stolun altından keçirərək, ayaqlarına, başına dəyənəklə döymüş, elektroşok vermiş, başına qazan keçirərək vurmuşlar. Sonda dözə bilməyib, dediklərinə razı olduğunu bildirmişdir. Yanan meyitin azyaşlı olduğu, geyimlərin qız uşağına aid olması, 21 noyabr tarixində Xin kənddə itkin düşməsi hallarına görə meyitin Xə məxsus olduğunu ehtimal etmişdir. İfadəsinin ssenarisini belə qurmuşdur ki, “21 noyabrda evdən çıxarkən Xi evə dəvət eləmişdir. Müstəntiq “nə niyyətlə”-deyə soruşmuşdur. Onun adətən kiçik yaşlı uşaqlarla kontaktı olmamışdır. Bəzən qonşuda olan uşaqlar hansısa məsələnin həllini soruşur, imtahan nəticələrini yoxlatmışlar. Uşaqlarla təması çox az olub, olanda adətən təhsillə bağlı olmuşdur. O da buna uyğun cavab vermişdir ki, “kitab vermək bəhanəsi ilə”. Müstəntiq soruşmuşdur ki, “sizdə kitablar olurmu?”, o cavabında demişdir: “bəli”. Müstəntiqin “haraya çağırdın?”-sualına “evə” cavabını vermişdir. Birinci mərtəbədə məşğələ otağı var, əvvəlcə məşğələ otağını deməyi nəzərdə tutmuş, sonra belə bir ifadənin inandırıcı olmayacağını fikirləşmişdir; o, işgəncə görmüş adamdır, ifadənin inandırıcı olmasına, heç kimi hiddətləndirməməyə çalışmışdır. Ssenari üçün birinci mərtəbədə saxladığını deyəcəyini düşünmüş, sonra burada həftənin bir-altıncı günləri məşğələ keçirilməsini, orada olan səs digər otaqlarda, həyətdə eşidildiyinə görə “orada kitab tapa bilmədim, bizim evin qarşısında ikimərtəbəli ev var”-demişdir. O evin üçdə biri onlara, digər üçdə biri əmisigilə məxsudur. Birinci mərtəbə təsərrüfat təyinatlıdır və bir mətbəx var. İkinci mərtəbədə bir otaq, otaqda şkaflar və 3 yataq var. Lakin qışda isitmə sistemi olmayan otaqdır. Müstəntiq o evdə yaşayış olduğunu soruşduqda, orada yaşayan olmadığını, yalnız yayda gələn qonaqların orada qaldığını bildirmişdir. İkinci mərtəbədə Xi zorla saxlamaq qərarına gəldiyini dedikdə, müstəntiq “nə niyyətlə” sualını vermiş, bu barədə heç bir məlumatı olmadığına görə ağlına yalnız bir şey gəlmişdir. X itkin düşə n vaxtlardan televiziyada belə fikir səslənmişdi ki, X özü belə versiya irəli sürmüşdür ki, onun xalası övladı olmadığına görə Xi körpə ikən övlad kimi özlərinə istəmiş, amma onlar buna etiraz etmişlər. Bu versiyaya istinad edərək, ona uyğun belə fikir düzəltməyə çalışmışdır ki, Xi övlad kimi saxlamaq niyyəti olmuşdur. Onu sərbəst şəraitdə saxladığını desə, inandırıcı olmayacağını, sərbəst olan halda uşağın danışacağını, hərəkət edəcəyini nəzərə alıb, məcburiyyətdən onu bağlı şəraitdə saxladığını, əllərini çarpayının başlığına bağladığını, ağzını bağladığından səs çıxarmadığını demişdir. Daha sonra axırıncı gün Xin həyatdan köçdüyünü, o da meyiti aparıb yandırdığını bildirmişdir. Müstəntiqin “birdən-birə oldu bu?”sualına cavab olaraq bir-iki gün əvvəl halının pisləşdiyini, sonra öldüyünü, meşokun içinə büküb apardığını, Xin ölümünə səbəbin saxlanma şəraitindən, soyuqdan, aclıqdan ola biləcəyini bildirmişdir. Müstəntiq Xin öldüyünə necə əmin olduğunu soruşduqda, bu suala cavabı olmamışdır. Bu vaxt əməliyyat müvəkkili ondan evdə yumru çəki daşları olmasını soruşmuş, X isə “sizin həyətinizdən üstündə qan olan daş tapmışıq”-demişdir. Ona daş haqqında məlumat vermələrini bilmiş, həm də ona nəzarət edən polis əməkdaşları televiziyaya baxarkən “küt alətlə zərbə vurmaq” kimi məlumat eşitmişdir. Onda olan bu məlumatlara görə belə cavab vermişdir ki, “öldüyünə əmin olmaq üçün daşla bir dəfə vurdum, daşı da həyətə tulladım, sonrasından xəbərim yoxdur”. “Yandırmağa nə ilə apardın, hansısa yandırıcı vasitə ilə?”-sualına “hamamda şkafda olan dizel yanacağını hadisə yerinə aparıb, alışq anla yandırdım, alışqanı da təqdim etmişəm” çavabını vermişdir. Sonra qayıdıb, qabı yerinə qoyduğunu, gedib qonşunu çağırdığını bildirmişdir. Sonra ona imzalanma mərhələsində vəkil təqdim etmişlər ki, dövlət tərəfindən sənə təyin olunmuş vəkil X. Vəkil ondan heç nə soruşmamış, onu müdafiə eləmək niyyətində olmamış, heç bir konfedensial görüşü olmamışdır. Sadəcə sənədləri imzalamışdır. Ona ifadənin yerində yoxlanması kimi istintaq hərəkətində olacağını demişlər, vəkil burada verdiyi ifadəni yerində videokamera qarşısında, çəkiliş ilə danışacağını bildirmişdir. Yadında qalanları ifadənin yerində yoxlanması zamanı kamera qarşısında təkrar eləmişdir. Bu vaxt da müstəntiq ona tez-tez suallar vermişdir. İfadənin yerində yoxlanması zamanı evdə heç kimi, bir nəfər mülki şəxsi belə görməmişdir; dem əli, onları uzaqlaşdırmışdılar. Ancaq ətrafda xeyli sayda polis əməkdaşları olmuş, müdafiəsiz olmaqla, kömək istəyə biləcəyi heç kəsi görməmişdir. Sonra onu məhkəməyə aparmışlar, polis rəisi X da məhkəmə zalında olmuş, burada da dediklərini təsdiq eləməkdən başqa çıxış yolu görməmişdir. Sonra onu müvəqqəti saxlama yerinə aparmış, ondan qan və saç nümunəsi götürmüş, həkim onu müayinə etmişdir. Bədənində açıq-aşkar xəsarətlər olmuş, həmin vaxt yanında, koridorda polislər olduğundan işgəncə haqqında danışmağa cürət etməmişdir. Ayağındakı izlərin gecə saxlanılanda ayağını bilmədən divara döyməkdən yaranmasını, qolundakı izlərin isə gecə əllərinin radiatora bağlı vəziyyətdə yuxulu olduğundan qolunu dartdığına görə yarandığını demişdir. Lakin 22 saylı rəydə, ümumiyyətlə, xəsarətlərin olmadığı gö stərilmişdir. Sonra istintaq təcridxanasına gətirildikdə müayinədən keçmişdir. Orada xəsarətlərini görmüşlər, lakin qeyd olunubolunmamasını bilməmişdir. Orada ağır psixoloji vəziyyətdə olmuşdur; ilk bir ayda başqa dustaqlarla kontaktı yox dərəcəsində olubdur. Saxlanıldığı dövr ərzində heç bir kəsə cinayət törətməyi barədə etirafı olmayıb. Bir aydan sonra yavaş-yavaş ondan hadisə barədə soruşulanda həqiqətləri, polis şöbəsində işgəncələrə məruz qaldığını demişdir, xəsarətləri də göstərmişdir. Apellyasiya məhkəməsində sərbəst ifadə verdikdən sonra Şahid31 suallara cavab olaraq göstərdi ki, meyitin bədəninin ayaq hissəsində, dizdən aşağıda və baş hissədə yanma görməmiş, əsas orta hissənin yandığını görmüşdür. Hadisə yerində meyitin ayağındakı ayaqqabı idman üslubunda idi, ayaqqabının biri yan mırdı. Meyit onda azyaşlı meyiti təəssüratı yaratdı, meyitin ayağındakı ayaqqabıdan onun uşaq ayaqqabısı olduğu bilinirdi. Uyğunluq təşkil edən liflər o, saxlanılan vaxt əynində olan paltarlardakı liflərdən aşkar olunub. O, üstündəki paltarları 08 yanvar tarixində müstəntiqin qərarı ilə bir paketdə təhvil vermiş, onların harada, hansı şəraitdə qablaşdırılmasını görməmişdir. Məhkəmə-tibbi ekspertizasının müayinəsindən 11 yanvar tarixində keçmiş, döyülmə haqqında heçnə deməmiş, ancaq həkim bədənində olan xəsarətləri görmüş və ondan nə olduğunu soruşmuş, o, hər hansı psixi və ya fiziki zorakılığa məruz qaldığını bildirməmiş, bunu deməkdən çəkinmişdir. Yanvarın 11-dən 12-ə keçən gecə Bakı istintaq təcridxanasına etap olunmuşdur. Müstəntiq ifadə verdiyi zaman soruşmuşdur ki, “meyiti nəyə büküb apardın?”. 07 yanvar tarixində polis şöbəsində olarkən qonşu Şahid15 demişdir ki, “bizim həyətə, evimizə baxıblar, evdən çadır, çuval, maşın yağı götürüblər”. Hadisə yerindən bu kimi əşyalar tapıldığını başa düşüb, ona görə ifadəsində “meyiti meşoka qoyub, apardım”- fikrini demişdir. O, formalaşmış ifadədən yadında qalanları ifadənin yerində yoxlanması zamanı danışmışdır. İşgəncə ilə bağlı heçnə deməmiş, çünki bu vaxt çəkilişin dayandırılacağını düşünmüşdür. Yanğını videoya çəkərkən işlətdiyi sözləri deməkdə məqsədi o olmuşdur ki, yanındakı adamlara əvvəlcədən heçnə deməmişdir, həmin an dediyi sözləri onlara deyirmiş. Cinayətdən xəbəri olmadığına görə motivi bilmir, düşünəcəyi başqa bir şey olmadığına görə onu övlad kimi saxlamaq fikrini demişdir. Dabanlarının altında, dizlərində, başının müxtəlif hissələrində şişlər, biləklərində dərin qandal izləri olmuşdur. İfadənin yerində yoxlanması zamanı vəkil diqqətlə baxsa, biləyindəki izləri görə bilərdi, qalan xəsarət izləri paltarın altında qalırdı. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim onda olan xəsarətləri görə bilməzdi, çünki həm aralıda olmuş, həm də xəsarətlər paltarın altında qalmışdır. Vəkillərini ilk dəfə 23 yanvar 2020-ci il tarixdə görmüş, həmin vaxt vəkili “səni nə vaxt saxlayıblar, şöbədə işgəncəyə, qanunsuz hərəkətlərə məruz qalmısanmı”-deyə soruşmuş, lakin həmin vaxt da tərəddüd içində olmuşdur. Vəkil Z.Qəhrəmanov onu hər şeyə əmin etdikdən sonra digər müdafiəçilər də nə olubsa, onu deməyi bildirmişlər. Apellyasiya instansiya məhkəməsinin iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X35 birin ci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq etdiyini bildirərək verilmiş sualları cavablandıraraq göstərdi ki, Məhkum törətdiyi əməli özü də etiraf edib, videoyazıları var. Şahid31 onun qızını uzun müddət saxlayaraq sonra öldürüb, daha sonra isə yandırmışdır. Əməllərinə görə Məhkum ən ağır cəza verilməsini xahiş edir. Hadisədən sonra Xin qohumları, qardaşı, bacısı yanına gəlib, Xin günahı olmadığını demiş, ondan rəisə Xi buraxmaqlarını deməyini xahiş etmişlər. O, da rəisə demiş, lakin rəis Xin buraxılmalı olmadığını bildirmişdir. Xin əynində olan paltarlarla bağlı birinci instansiya məhkəməsində ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edir. Xin meyitini üzündən tanımışdır. Eyni zamanda, apellyasiya baxışı zamanı məhkəmə iclas zalında Şahid31 tərəfindən 06 yanvar 2020-ci il tarixdə Xnın yanan meyitinin söndürülməsi ilə əlaqədar çəkilmiş videogörüntüyə, habelə onun cinayət əməlini törətməsi barədə etirafedici ifadəsinin yerində yoxlanılmasına dair aparılmış istintaq hərəkətinin videogörüntüsünə baxış keçirilmişdir. Apellyasiya məhkəməsinin iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs Məhkum mobil telefonunda aşkar edilmiş Xnın meyitinin yanmasını əks etdirən 47 saniyəlik videogörüntüdəki danışıqlar aşağıda göstərilir. X: “Eşiyə çıxdım, bax gördüm o tərəfdə nəsə yanır, dedim, ayə, bəlkə kimsə ocaq qalayıb, zibillikdi, o dəfədəki kimi ağaclar yana bilər. Ona görə bir az yaxınlaşdım ki, nədir bu görəsən? Baxdım, ayə, burda insana oxşayır bu, yaxınlaşmadım, qurdalamadım, heç nəyi qurdalamadım ki, yəni müdaxilə eləməyim, bax, bu məsafədəyəm, 4 metrdən yaxın gəlməmişəm, a ralı dur, ayə, bizim ayaq izlərimiz buraya düşə bilər, bizimki eybi yox, bizim geydiyimiz ayaqqabı ayağımızdadır, öz ayaqqabımız burdadı”; X: Komandir, hardasınız siz? Komandir, bizim bu dərədə kimsə uşaq meyiti var, 20 dəqiqə olar, gör, kim varsa, qadan alım, çağırın bura, ocağı söndürün”; X: “yox, söndürmə, qoy özləri gəlsin”; X: “toz torpaq töküb söndürmək lazımdır”; X: “söndürək?, qoy lapatka..”; X: “hə, hə”; X: “onda belə eliyək, sən çək, çək”. Qeyd olunan hallardan çıxış edərək apellyasiya icraatı zamanı aparılan məhkəmə istintaqı gedişində Şahid31 tərəfindən çəkilmiş yanğının söndürülməsi ilə bağlı videogörüntüyə və ifadənin yerində yoxlanılması üzrə istintaq hərəkətinin videogörüntüsünə baxış keçirildikdən sonra, Şahid31 həmin videogörüntülərlə bağlı ona ünvanlanan sualları aşağıda kı qaydada cavablandırmışdır. Belə ki, Şahid31 əynindəki gödəkcənin kimə məxsus olmasına dair suala: “əynimdəki paltarları 8 yanvar 2020-ci il tarixdə protokollaşdıraraq götürdükləri üçün həmin paltarları və gödəkcəni gətirmişdilər geyinim” cavabını, videogörüntüdə hamının ayağında ayaqqabı olması, onun isə niyə tərlik geyinməsinə dair suala: “mənə ayaqqabı gətirmişdilər, lakin verilən işgəncədə ən çox xəsarət alan yerlərimdən biri də ayaqlarımın altı idi, ayaqqabı geyinə bilmirdim, tərliyi də oradan vermişdilər”-cavabını vermişdir. “Siz dediniz ki, ayaqlarınızda xəsarət var idi deyə, ayaqqabı yox, tərlik geyinmisiniz. Bəs axı videogörüntüdə sizin axsaq olmağınız və ya narahatlığınız hiss olunmur, bunu nə ilə izah edirsiniz?” sualını Şahid31 belə cavablandırmışdır: “Mən özüm çalışırdım k i, büruzə verməyim, bu, hiss olunmasın”. Bundan başqa, “sən fikir səsləndirmisən ki, evdən kənara səs çıxmır. Bu fikri nə ilə əsaslandırırsan?”- sualına Şahid31 cavab vermişdir ki, “mən verdiyim ifadədə onunla üstbastır edirdim ki, guya səs eşidilmir. Amma əslində olan odur ki, belə bir hadisə olmayıb, nəsə olsa, eşidilərdi”. “İfadənin yerində yoxlanılmasında müxtəlif hissələrdə sağa-sola baxırsan, kimi isə axtarırsan, nə axtarırdın?”-sualına Şahid31 belə cavab vermişdir: “Siz fikir versəniz, görərsiniz ki, mən orda qeyri-ixtiyari ifadələr işlədirəm, mən qohumlarımdan, yaxınlarımdan, evin sakinlərindən kimi isə axtarırdım. Tanıdığım heç kim yox idi, əgər olsa idi, məni məcbur etdiklərini deyəcəkdim”. Şahid31 ifadənin yerində yoxlanılmasında 25-30 nəfərin olmasına rəğmən, ifadə verməyə məcb ur edildiyini onlara, xüsusən də müdafiəçiyə nəyə görə deməməsi barədə suala: “orada mənim etibar edəcəyim heç kim yox idi, müdafiəçinin isə məni müdafiə etmək fikri olmamışdır. Qalan adamlar da ittiham tərəfi idi, mənim nəsə deməyimin heç bir mənası yox idi” -cavabını vermişdir. Şahid31 “xəsarətiniz barədə ekspertə bildirmisinizmi?”-sualına “ekspert xəsarəti gördü, soruşdu, dedim ki, ayağımı divara vurmuşam” -cavabını, “bu halları həbs qətimkan tədbiri seçilərkən birinci instansiya məhkəməsində hakimə niyə demədiniz?” sualına isə “hakim mənə belə suallar vermədi” -cavabını vermişdir. “Məhkəmə iclas protokolundan görünür ki, axı hakim sizə təkrar-təkrar suallar vermişdir ki, Sizə işgəncə, təzyiq olunubdurmu?”- sualına Şahid31 cavab olaraq bildirmişdir ki, “birinci instansiya məhkəməsində h əmin şəxslər, rayon polis şöbəsinin əməkdaşları da orada idilər, fikirlşirdim ki, desəm, hakim məni buraxsa da, onlar məni sərbəst buraxmayacaqlar”. Bundan əlavə, Şahid31 “Tibbi kitabçanızda da şikayətinizin olmadığı qeyd edilmişdir, niyə deməmişdiniz?”-sualına “mən döyüldüyümü deməmişəm, amma xəsarətlər var idi, həkim də nəyə görə olduğunu soruşmadı və qeyd etməyib” cavabını; - qardaşına məxsus kostyumlarla əlaqədar suallara “qardaşımın özünün paltarı çoxdur, o da geyinilmiş paltarlarını kəndə gələndə gətirirdi. Digər şəxslər də o kostyumu geyinirdi, Nicat adlı şəxs də geyinmişdi”.- cavabını vermişdir. “Nicat- cavan oğlan, Bakıda yaşayan şəxs köhnə kostyumu toya geyinirdi?” sualına Şahid31: “kostyum o qədər də köhnə deyildi, sadəcə, qardaşım biraz geyindikdən sonra paltarlarını kəndə gəti rirdi”-cavabını vermişdir. Birinci və apellyasiya məhkəməsində tədqiq edilmiş yuxarıdakı sadalanmış sübutların və məlumatların fonunda məhkum və müdafiəçilərin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirsizliyi ilə bağlı irəli sürdükləri iddialar əsaslı, işin həqiqi hallarından və məhkəmədə baxılmış sübutlardan irəli gələn mülahizələr kimi qiymətləndirilə bilməz. Həqiqətən də, məhkum və müdafiəçilərinin kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, məhkəmələr iş üzrə toplanmış sübutlardan, o cümlədən Məhkum ibtidai istintaq zamanı 10 yanvar 2020-ci il tarixdə şübhəli şəxs, 11 yanvar 2020-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən, zərərçəkmiş şəxsin hüquq i varisinin, şahidlərin (ekspertlərin) ifadələrindən, 07 yanvar 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, Məhkum ifadəsinin yerində yoxlanılmasına dair videoçəkilişlə aparılmış istintaq hərəkətinin protokolundan, müxtəlif dövlət orqanlarından əldə edilmiş məlumatlardan (hava şəraiti və s.), 28 fevral 2020-ci il tarixli 154/2020-MTBŞ nömrəli məhkəmə-tibbi-genetik ekspertiza rəyindən, 02 mart 2020-ci il tarixli T63/2020 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən, 25 sentyabr 2020-ci il tarixli T252/2020 nömrəli təkrar məhkəmə-tibbi ekspertiza rəyindən, 24 yanvar 2020-ci il tarixli 37/2020-MTBŞ, 27 yanvar 2020-ci il tarixli 23/2020-MTBŞ, 14 fevral 2020-ci il tarixli 89/2020 nömrəli məhkəməbioloji ekspertiza rəylərindən, 27 fevral 2020-ci il tarixli 2112 nömrəli kompleks məhkəməbioloji və məhkəmə-kimyəvi ekspertiza rəyindən, 17 fevral 2020-ci il tarixli 1163 nömrəli məhkəmə-lifli materialların kriminalistik ekspertiza rəyindən, 26 fevral 2020-ci il tarixli 2110/2111 nömrəli ekspertiza rəyindən, 02 mart 2020-ci il tarixli 2996 və 03 mart 2020-ci il tarixli 2995 nömrəli məhkəmə-lifli materialların kriminalistik ekspertiza rəylərindən, 17 fevral 2020-ci il tarixli 821/822 nömrəli kompleks məhkəmə-bioloji və məhkəmə-fiziki-kimyəvi ekspertiza rəyindən, Məhkum istifadəsində olan “Samsung” markalı mobil telefona 31 yanvar 2020-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan, 02 mart 2020-ci il tarixli 2849 nömrəli məhkəmə-kompüter-texniki ekspertiza rəyindən, 12 may 2020-ci il tarixli 865 nömrəli kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertiza rəyindən, habelə 11 yanvar 2020-ci il tarixli 22 nömrəli və 21 fevral 2020-ci il tarixli 94 nömrəli məhkəmə-tibbi ekspertiza rəylərindən, eləcə də yuxarıda təsvir edilmiş faktiki hallardan düzgün nəticələr çıxarıb, Məhkum zərərçəkmiş X16 başqa cinayəti gizlətmək məqsədi ilə, adam oğurluğu ilə bağlı, özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, yetkinlik yaşına çatmayan şəxsi xüsusi amansızlıqla qəsdən öldürməsi, habelə aşkar surətdə yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan, oğurlanmış N,Quliyevaya qarşı Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi olaraq sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməsi, eləcə də yetkinlik yaşına çatmayan şəxs barəsində həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq etməkl ə adam oğurluğu cinayətlərini törətməsi, onun bu əməlinin məhz Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələrində göstərilən cinayətlərin tərkibini yaratması barədə qənaətə gəlmişlər. Məhkum və onun müdafiəçilərinin kassasiya şikayətində istinad etdikləri ayrı-ayrı dəlilərinə, o cümlədən sübutların iş materialları ilə əlaqəli şəkildə təhlil edilməməsi, videogörüntülərə düzgün qiymət verilməməsi, habelə Məhkum zor tətbiq edilməsi barədə iddialara gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri qiymətləndirərək onların əsassız olduğunu müəyyən edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Məhkum tərəfindən qeydə alınmış, Xnın meyitinin yanması ilə bağlı videogörüntüdə əks olunmuş danışığın məzmunu, ifadə tərzi və mövcud situasiya fonunda nümayiş etdirdiyi davranış onun hadisəyə münasibətini və hərəkətlərinin xarakterini aydın şəkildə əks etdirmişdir. Videogörüntülərin tədqiqi nəticəsində hadisə yerində polis əməkdaşı Şahid13 (Məhkum qohumu) iştirak etməsi aydın şəkildə görünsə də, görülməli olan hərəkətlərin ardıcıllığı, veriləcək tapşırıqlar və göstərişlər faktiki olaraq polis əməkdaşı tərəfindən deyil, məhz Məhkum tərəfindən səsləndirilmişdir ki, bu isə öz növbəsində Şahid31 hadisə yerində baş verən proseslərə faktiki nəzarət etdiyini və təşəbbüsü öz üzərinə götürdüyünü təsdiq edir. Eyni zamanda, videogörüntüdə işlədilən ifadələrin məzmunundan aydın olur ki, Məhkum hadisə yerinə olan məsafə, ayaq izlərinin düşməməsi, ayaqqabının ayaqda olması kimi detalları xüsu si olaraq vurğulamış, bununla da özünü hadisədən kənar göstərməyə, yəni cinayətlə əlaqəsinin olmadığı barədə təsəvvür yaratmağa cəhd etmişdir. Göstərilən halların məcmusundan çıxış edən məhkəmələr haqlı olaraq Məhkum hadisə yerində nümayiş etdirdiyi davranışların spontan və təsadüfi xarakter daşımaması, əksinə, sonradan özünü hadisədən kənar göstərməyə yönəlmiş süni alibi formalaşdırılmasına xidmət edən addımlar kimi qiymətləndirmişlər. Eyni zamanda, Məhkum cinayət əməlini törətməsi barədə etirafedici ifadəsinin yerində yoxlanılmasına dair aparılmış istintaq hərəkətinin videogörüntüsünə baxış zamanı müəyyən edilmişdir ki, o, həmin istintaq hərəkəti zamanı kənardan hər hansı fiziki və ya psixoloji təsir olmadan, sərbəst, ardıcıl və fasiləsiz şəkildə ifadə vermiş, habelə ifadəsinin hər bir h issəsinə uyğun olan yerləri dəqiq göstərmişdir ki, bu hallar məcmusu özü özlüyündə məhkəmələrin gəldiyi nəticələrin obyektivliyini və əsaslılığını təsdiq edir. Digər tərəfdən, Gəncə Apellyasiya Məhkəməsində hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Tovuz Rayon Məhkəməsinin materialları, döyülmə və işgəncə faktlarının yoxlanılması ilə əlaqədar Səbail Rayon Məhkəməsinin materialları (Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırma üzrə), habelə Məhkum 2 saylı İstintaq Təcridxanasında saxlanılması ilə bağlı şəxsi işi və tibbi kartasının surətləri sorğu edilərək əldə olunmuş, həmin sənədlərin araşdırılması nəticəsində sonuncunun döyülməsinə və ya işgəncələrə məruz qalmasına dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Belə ki, Məhkum barəsində 11 yanvar 2020-ci il tarixdə Tovuz Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul edilmiş, bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 4(104)-02/2020 saylı qərarı ilə təmin edilməmiş və Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələri ilə təqsirləndirilən Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. 27 fevral 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Məhkum fiziki zorakılığa və işgəncələrə məruz qalması ilə bağlı müdafiəçisinin müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış, döyülmə v ə işgəncə faktları təsdiq olunmadığından Baş Prokurorun birinci müavininin 27 fevral 2020-ci il tarixli qərarı ilə həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Baş Prokurorluğun həmin qərarından müdafiə tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Səbail Rayon Məhkəməsi tərəfindən baxılmış, məhkəmənin 03 iyun 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 fevral 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Səbail Rayon Məhkəməsi 03 iyun 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi apellyasiya qaydasında şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərarı ilə bu şikayət təmin olunmamış, Səbail Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəd ə saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli iclas protokolundan və qəbul edilmiş qərardan müəyyən olunmuşdur ki, hakim tərəfindən bir neçə dəfə təkrar edilən suallara cavab olaraq, Məhkum törətdiyi cinayət əməlini tam etiraf etdiyini, ibtidai istintaq zamanı ona qarşı hər hansı pozuntuya yol verilmədiyini, fiziki və ya psixoloji təzyiq göstərilmədiyini, ifadələrini sərbəst şəkildə verdiyini və ona münasibətdə qeyri-hüquqi hərəkətlərə yol verilmədiyini müdafiəçisinin iştirakı ilə bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Məhkum bədənində xəsarətlərin olub-olmamasını müəyyən etmək məqsədilə elə həmin tarixdə, yəni 11 yanvar 2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Şahid31 ekspertizaya təqdim olunmuşdur. Məhkəmə-tibbi ek spertizasının 11 yanvar 2020-ci il tarixli 22 nömrəli rəyində göstərilmişdir ki, “Məhkum bədəni səthində xəsarət aşkar edilməmişdir. Müayinə olunanın deməsinə görə, onu heç kim vurmamış, tibbi yardım üçün müraciət etməmişdir. Şikayəti yoxdur. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, orta qidalıdır, onun bədən səthində xəsarət (qançır, sıyrıq, yara və s.) və xəsarət izi (piqmentasiya sahəsi, sıyrıq izi, çapıq və s.) aşkar edilmədi”. Bundan başqa, Məhkum həbsdə saxlanıldığı 2 saylı İstintaq Təcridxanasına sorğu verilərək, onun 609 nömrəli şəxsi işi və 294/2020/609 nömrəli tibbi kitabçasının surəti götürülmüş və apellyasiya məhkəməsinin iclasında tədqiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən tələb olunaraq cinayət işinin materiallarına əlavə edilmiş Məhkum adına olan “tibbi kita bçanın” surətindən görünür ki, istintaq təcridxanasına daxil olarkən sonuncunun bədən səthi üzərində hər hansı xəsarət aşkar edilməmiş, Məhkum tərəfindən hər hansı psixi və ya fiziki zorakılığa məruz qalması ilə bağlı müraciət edilməmişdir. Məhkum şəxsi işindən və tibb kitabçasından göründüyü kimi, o, 12 yanvar 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Tibb kitabçasının “İlk tibbi baxış” bölməsinin “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlanan 12-ci bəndində “zədə almadığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlanan 13-cü bəndində “yeni zədə aşkar edilmədi” qeydi, “Obyektiv müayinə” adlanan 14-cü bəndində “hal-hazırda şikayəti yoxdur” qeydi, “Döş qəfəs üzvlərinin rentgen müayinəsi” adlanan 15-ci bəndində “xx.xx.2020. N93. Ağ ciyərlərdə patoloji kölgəliklər aşkar edilmədi” qeydi, “Psixo-nevroloji status” adlanan 16-cı bəndində “Hal-hazırda psixi pozuntusu qeyd olunmur” qeydi, “Alkoqol və narkotik maddələrdən istifadə etməsinə dair məlumatlar” adlanan 1-ci bəndində “Ara-sıra alkoqollu içkilər qəbul edir” qeydi aparılmışdır. Tibb kitabçasının “Ambulator yardımlar haqqında məlumat” adlanan bölməsində Məhkum Bakı İstintaq Təcridxanasında saxlanılan dövrdə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərdə ambulator müayinədən keçirilməsi, ona FMBP, KRX, xroniki bronxitin kəskinləşməsi, ümumi zəiflik diaqnozları qoyularaq, Essensial, Alloxol, Kanefron, Panzinorm və s. dərman preparatlarının təyin edilməsi qeyd olunmuş, lakin həmin dövrdə onun ayağı ilə bağlı hər hansı şikayətinin olması, ayağa sürtmək üçün məlhəm yaxud krem təyin olunmasına dair tibb kitabçasında heç bir qeydiyyat aparılmamışdır. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, onu 07 yanvar 2020-ci il tarixdə polis şöbəsinə aparmışlar. Polis şöbəsinin texniki şöbəsində kamera ilə bağlı sual vermişlər. Polis şöbəsində ona Xlə bağlı heç nə deməmişlər. Polis şöbəsində o, Xlə birlikdə olmuş, əvvəl onlar Xlə bir yerdə, sonra isə ayrı-ayrı otaqlarda olmuşlar. Polis şöbəsində həm X, həm də o, sərbəst şəkildə saxlanılmış, əl-qolları bağlanmamışdır. 08 yanvar axşam saatlarında Xin qollarını bağlayıb başqa otağa aparmışlar. O, Xi son dəfə 08 yanvar 2020-ci il tarixdə, axşam saat 22-23:00 radələrində polis şöbəsində görm üşdür. Həmin gün Xin bədənində hansısa xəsarət olduğunu görməmiş, X də ona nədənsə şikayət, etiraz, narazıçılıq etməmişdir. O, polis şöbəsində Xin yanında olduğu müddətdə, heç kim Xi döyməmiş, təhqir edib, hansısa formada ifadə verməyə məcbur etməmişdir. Polis şöbəsindən buraxılana qədər Xə qarşı hər hansı bir zor tətbiq edilməsini və ya hansısa bir məlumat olmasını eşitməmişdir. Sadalanmış hallardan aydın görünür ki, apellyasiya məhkəməsi müdafiə tərəfinin Məhkum ibtidai istintaq mərhələsində fiziki zorakılığa və işgəncələrə məruz qalması ilə bağlı irəli sürdüyü iddiaları tibbi sənədlər, məhkəmə nəzarəti qaydasında mübahisələndirilmiş prosessual qərarlar və digər sübutların əsasında hərtərəfli və obyektiv şəkildə yoxlamış, lakin həmin iddiaları təsdiq edən mötəbər sübutlar aşkar etmədiyin dən işgəncə və qeyriqanuni rəftar faktlarının mövcudluğunu əsaslı olaraq rədd etmişdir. Məhkəmənin müdafiə tərəfinin iddialarını rədd etməsini qüvvətləndirən digər bir səbəb isə 07 yanvar 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən videogörüntülər olmuşdur. Belə ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, Məhkum etirafedici ifadələrinin yerində yoxlanılması zamanı, eləcə də həmin prosessual hərəkətlərin videoçəkiliş materiallarında onun üzərində fiziki zorakılığa dəlalət edən xəsarət izləri, psixoloji təzyiq əlamətləri, hərəkət məhdudiyyəti və ya ifadəvermə qabiliyyətinə təsir göstərən hər hansı hallar müşahidə olunmamışdır. Əksinə, Məhkum istintaq hərəkətləri zamanı sərbəst, ardıcıl və situasiyaya uyğun şəkildə ifadə vermiş, ifadəsinin məzmununa uyğun yerləri d əqiq və tərəddüdsüz göstərmişdir ki, bu da müdafiə tərəfinin iddia etdiyi zorakılıq və işgəncə faktları ilə obyektiv surətdə uzlaşmır. Göründüyü kimi müdafiə tərəfinin Məhkum ibtidai istintaq mərhələsində fiziki zorakılığa və işgəncələrə məruz qalması ilə bağlı iddiaları məhkəmə tərəfindən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə təkzib olunmuş, apellyasiya məhkəməsinin bu məsələyə dair formalaşdırdığı hüquqi mövqe isə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırılmış presedent hüququna tam uyğundur. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 25-ci bəndində verilmiş izahdan görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaql a tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsir ləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Milli qanunvericilik və məhkəmə praktikası ilə müəyyən edilmiş bu prosedur İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da öz əksini tapmışdır. Avropa Məhkəməsinin Azərbaycan Respublikası ilə bağlı qəbul etdiyi qərarlardan göründüyü kimi, İnsan Hüquqlarının və X22 haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqi ilə bağlı şikayətlərin baxılması yalnız həmin iddiaların ölkədaxili hüquqi mexanizmlər çərçivəsində, yəni nəzərdə tutulmuş prosedur qaydasında və səlahiyyətli orqanlar qarşısında qaldırıldığı hallarda mümkün hesab edilmişdir ( Şahid22baycana qarşı, № 34445/04, §§ 23–27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12–20, 17 aprel 2012-ci il; Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11–21, 2 oktyabr 2012-ci il). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda formalaşdırılmış yanaşmaya əsasən, İnsan Hüquqlarının və X22 haqqında Konvensiyanın 3-cü maddəsi üzrə işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar iddialarının etibarlı hesab edilməsi üçün iddia edilən zorakılıq faktlarının obyektiv tibbi sübutlarla, ardıcıl və vaxtında verilmiş şikayətlərlə, habelə dövlət orqanları tərəfindən aparılmış səmərəsiz araşdırma ilə təsdiqlənməsi tələb olunur. Hazırkı iş üzrə isə qeyd olunan meyarların heç biri mövcud deyildir (müqayisə üçün: Bouyid Belçikaya qarşı iş, X14 qarşı iş). Məhk əmə kollegiyası müdafiə tərəfinin göstərilən iddialarının mahiyyətini bu məsələ üzrə apellyasiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusu ilə müqayisə edərək belə qənaətə gəlir ki, həmin iddialar nə cinayət hadisəsinin faktiki hallarını, nə də Məhkum törədilmiş cinayətə aidiyyətini inkar edən hüquqi əsaslar kimi çıxış edə bilməz. Əksinə, müdafiəçilər və məhkum tərəfindən irəli sürülmüş dəlillər əsas etibarilə Məhkum məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin sübut dəyərini azaltmağa və onların etibarlılığına şübhə yaratmağa yönəlmiş müdafiə mövqeyi xarakteri daşıyır. Kollegiya bir daha vurğulayır ki, qeyd olunan iddialar obyektiv tibbi sübutlarla, habelə zorakılıq faktlarının mövcudluğunu təsdiq edən hər hansı prosessual qərarla dəstəklənmədiyindən, onların etibarlı və hüquqi baxımdan əsaslı hesab edilməsi üçün zəruri olan meyarlara cavab vermir. Bu baxımdan, müdafiə tərəfinin irəli sürdüyü arqumentlər iş üzrə müəyyən edilmiş faktiki halları və sübutların ümumi məcmusunu təkzib etmək gücündə olmayan, prosessual xarakterli mülahizələr kimi qiymətləndirilməlidir. Müdafiə tərəfinin kassasiya şikayətlərində irəli sürdüyü digər dəlillərdən biri 06 yanvar 2020-ci il tarixdə aşkar edilmiş meyitin zərərçəkmiş X17 deyil, başqa bir şəxsə məxsus olması barədə iddiadan ibarətdir. Bu versiyanı əsaslandırmaq məqsədilə müdafiə tərəfi həm apellyasiya, həmdə kassasiya şikayətlərində müxtəlif dəlillərə istinad etmiş, xüsusilə Xnın boy ölçüsü, qan qrupu, göz rəngi və dişlərinin sayı ilə meyitin müayinə nəticələri arasında guya mövcud olan fərqləri, habelə 11 yaşlı uşağın istintaqın təsvir etdiyi şəraitdə 47 gün müddətində sağ qalmasının mümkün olmaması, meyitdə aşkar edildiyi iddia olunan miokardit xəstəliyinin aclıq, soyuq və stress şəraitində yaranmasının qeyri-mümkünlüyü, Xnın sağlığında hər hansı sağlamlıq probleminin olmaması, DNT analizinə təqdim olunmuş qan nümunələrinin laxtalanma vəziyyəti və həcmi ilə bağlı ziddiyyətlərə, eləcə də tibbi arayışlarda qan qrupuna dair fərqli məlumatların mövcudluğunu əsas arqumentlər kimi göstərmişdir. Bu baxımdan məhkəmə kollegiyası məhkəmələrin aşkar edilmiş meyitin zərərçəkmiş X17 məxsus olması barədə gəldikləri nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə iş üzrə toplanmış obyektiv sübutların məcmusuna, xüsusilə də məhkəmə-tibb-genetik və məhkəmə-bioloji ekspertizalarının rəyinə əsaslanmaqla formalaşdır ılmışdır. Belə ki, iş üzrə keçirilmiş 28 fevral 2020-ci il tarixli, 154/2020-MTBŞ nömrəli məhkəmə-tibb-genetik ekspertiza rəyindən görünür ki, genetik test nəticəsində meyitdən götürülmüş nümunə ilə Şahid1 və X20 götürülmüş nümunələr arasında bütün STR lokuslar üzrə tam uyğunluq müəyyən edilmişdir. Həmin uyğunluq övlad–valideyn səviyyəsində qohumluq əlaqəsinin mövcudluğunu təsdiq edir və ekspertiza nəticəsinə əsasən, təqdim olunmuş meyitin Şahid1 və X23 genetik övladı olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Eyni ilə məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2020-ci il tarixli, 37/2020-MTBŞ nömrəli rəyindən müəyyən edilmişdir ki, X11 qan qrupu Abeta(H)/İİ/ təşkil edir. Cinayət işinin materiallarından görünür ki, qan nümunələri qanunvericiliyin tələblərinə uyğun qaydada götürülmüş, müva fiq şəkildə qablaşdırılaraq möhürlənmiş və ekspertiza tədqiqatlarının aparılması üçün aidiyyəti üzrə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, elmi-metodoloji baxımdan yüksək etibarlılıq dərəcəsinə malik olan ekspertiza rəyləri cinayət prosesində xüsusi biliklərə əsaslanan sübutlar kimi digər sübut növləri üzərində üstün sübut qüvvəsinə malikdir və aşkar edilmiş meyitin şəxsiyyətinin müəyyən edilməsində həlledici rol oynayır. Bu baxımdan müdafiə tərəfinin müxtəlif tibbi göstəricilər, boy ölçüləri, qan qrupları və fizioloji ehtimallar əsasında alternativ versiya formalaşdırmaq cəhdləri müdafiə taktikası baxımından uğursuz hesab edilməlidir. Belə ki, cinayət prosesi çərçivəsində şəxsiyyətin müəyyən edilməsində prioritet təşkil edən genetik uyğunluq faktı mövcud olduğu halda, həmin nəticələri dolayı göstəricilərlə şübhə altına almaq cəhdləri hüquqi baxımdan əsaslı hesab edilə və müdafiə mövqeyini gücləndirən əsas kimi nəzərə alına bilməz. Meyitdə miokardit aşkar edildiyi halda, zərərçəkmiş X1 səhhətində hər hansı problemin olmaması ilə bağlı müdafiə tərəfinin irəli sürdüyü dəlillərə münasibətdə kollegiya yekun məhkəmə aktlarında sübut kimi istinad edilmiş 02 mart 2020-ci il tarixli T63/2020 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin və 25 sentyabr 2020-ci il tarixli T252/2020 nömrəli təkrar məhkəmə-tibbi ekspertiza rəyinin yenidən diqqətə alınmasını zəruri hesab edir. Həmin ekspertiza rəylərindən görünür ki, meyitin müayinəsi zamanı ağciyərlərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabi dəyişikliklər (ocaqlı miokardit), habelə qaraciyərdə və miokardda zəif li pofussinoz aşkar edilmişdir. Ekspertiza rəylərində qeyd olunan bu patoloji dəyişikliklər zərərçəkmiş şəxsin soyuq hava şəraitində saxlanılması və müəyyən müddət ərzində az qida qəbul etməsi ilə uzlaşan klinik əlamətlər kimi qiymətləndirilmiş, eyni zamanda həmin dəyişikliklərin 47 (qırx yeddi) gün müddətində az qida qəbulu və soyuq şəraitin təsiri nəticəsində yaranmasının mümkünlüyünü istisna edən hər hansı tibbi əsasın mövcud olmadığı açıq şəkildə göstərilmişdir. Bu nəticələr, eyni zamanda, Şahid31 11 yanvar 2020-ci il tarixli ifadəsində bildirdiyi məlumatlarla da uyğunluq təşkil edir. Belə ki, o, zərərçəkmiş şəxsin saxlanıldığı otaqda istilik sisteminin olmadığını, Xin yalnız əynində olan paltarlarla saxlanıldığını və üzərinə örtük verildiyini, habelə son günlərdə onun zəif qidalandığını və halsız vəziyyətdə olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə gəldiyi nəticələri qanuni, əsaslı və iş materialları ilə uzlaşan hesab edir, müdafiə tərəfinin meyitin şəxsiyyəti ilə bağlı kassasiya şikayətində irəli sürdüyü dəlillərin isə əsassız olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərində irəli sürdüyü baxış və axtarış protokollarının mötəbərliyinin (qan nümunəsinin aşkar edilməsi ilə bağlı), şahid qismində dindirilmiş şəxslərin (müdafiə tərəfinin şahidləri) ifadələrinin sübut kimi qəbul edilməməsinin, cinayətin törədilmə alətinin müəyyən edilməməsinin, xəsarətlərin sayı və xarakterinin, habelə meyitin yanması ilə bağlı halların mübahisələndirilməsinə dair dəlilləri ilə də razılaşm aq üçün əsas tapmır. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericilik hadisə yerinə və ya cinayətin izlərinin olmasına ehtimal edilən yerlərə bir neçə dəfə baxış keçirilməsini istisna etmir. Bu baxımdan, 08 yanvar 2020-ci il tarixli baxış protokolunun mövcudluğu, habelə sonrakı baxış zamanı, yəni 09 yanvar 2020-ci il tarixdə əlavə sübutun aşkar edilməsi əvvəlki baxışın qeyri-mötəbərliyinə dəlalət etmədiyi kimi, sonrakı baxış protokolu əsasında əldə edilmiş sübutun mötəbərliyini də aradan qaldırmır. Digər tərəfdən, müdafiə tərəfinin üçüncü şəxslərin davranışları ilə bağlı irəli sürdüyü versiyalar, o cümlədən kostyumun götürülməsi və otağa giriş-çıxışlarla əlaqədar ehtimallar, habelə qohumların ifadələrinə əsaslanan məlumatlar məhkəmələr tərəfindən haqlı olara q sübut kimi qəbul edilməmişdir. Belə ki, X toyda geyindiyi kostyumun Xnın saxlanıldığı iddia olunan otaqdan götürülməsi barədə versiya, habelə Şahid31 atasının və qohumlarının ifadələri işin faktiki halları və ittihamın əsasını təşkil edən obyektiv sübutlarla ziddiyyət təşkil etmişdir. Bu baxımdan kollegiya qeyd olunan halları subyektiv mülahizələr kimi qiymətləndirir və onların cinayət hadisəsinin başvermə mexanizminin inkar edilməsi üçün yetərli olmadığı qənaətinə gəlir. Cinayətin törədilmə alətinin aşkar edilməməsi, habelə zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarətlərin sayı ilə bağlı müdafiə tərəfinin irəli sürdüyü iddialara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-tibbi ekspertizalarının rəylərində həmin xəsarətlərin geniş səthə malik bərk-küt əşyanın təsiri nəti cəsində yarandığı, onların forma və morfoloji xüsusiyyətlərinə görə eyni alətlə yetirilməsinin mümkün olduğu müəyyən edilmişdir. Bu baxımdan, konkret alətin tapılmaması nə cinayətin törədilmədiyini, nə də təqsirləndirilən şəxsin təqsirsizliyini göstərən hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda, meyitin yanması ilə bağlı müdafiə tərəfinin irəli sürdüyü “təkrar yandırılma” versiyası məhkəmə-tibbi ekspertiza rəylərində əks olunmuş tibbi və kriminalistik göstəricilərlə uzlaşmır və ehtimal xarakterli fərziyyə olmaqdan kənara çıxmır. Halbuki ekspertiza rəylərində meyitin birmomentli şəkildə yanmasının mümkünlüyü əsaslandırılmış, bu nəticələri təkzib edən hər hansı etibarlı elmi və ya hüquqi əsas müdafiə tərəfi tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən, qeyd olunan iddialar məhkəmələrin gə ldiyi nəticələrin düzgünlüyünü şübhə altına almaq üçün yetərli hesab edilə bilməz. Kassasiya şikayətində istinad olunan, Məhkum verdiyi ifadələrin işin faktiki hallarını tam əhatə etməməsi, habelə zərərçəkmiş şəxsin üzərində olduğu iddia edilən qızıl tanaların və atasına məxsus gödəkcənin Məhkum tərəfindən göstərilə bilməməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı qeyd olunmalıdır ki, Məhkum ifadələrində zərərçəkmiş şəxsin üzərində olduğu iddia edilən qızıl əşyaların və geyim predmetlərinin göstərməməsi, eləcə də həmin əşyaların istintaq orqanları tərəfindən aşkar edilməməsi özü-özlüyündə həmin əşyaların mövcud olmaması və ya məhkumun onlardan xəbərsiz olması anlamına gəlmir. Cinayət hadisəsinin başvermə mexanizmi, v axtı və şəraiti nəzərə alındıqda, bu kimi əşyaların taleyinin müəyyən edilməməsi Məhkum etirafedici ifadələrin etibarlılığını avtomatik şəkildə şübhə altına alınması üçün əsas ola bilməz. Eyni ilə Məhkum hadisənin bütün xırdalıqlarını, o cümlədən qətlin dəqiq tarixini, yetirilmiş xəsarətlərin sayını və digər təfsilatları ifadələrində tam dəqiqliklə göstərə bilməməsi həmin ifadələrin yalan və ya uydurma xarakter daşıması barədə nəticəyə gəlmək üçün də yetərli deyil. Belə ki, hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində qəbul edildiyi kimi, ağır psixoloji vəziyyət, hadisə ilə ifadənin verilməsi arasındakı vaxt fərqi, eləcə də hadisənin travmatik xarakteri şəxsin yaddaşında müəyyən natamamlıqların yaranmasına səbəb ola bilər ki, bu hallar ifadələrin mahiyyət etibarilə etibarsız sayılması üçün əsas kimi çıxış etmir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Şahid31 10 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadənin yerində yoxlanılması zamanı, eləcə də 11 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə hadisənin gedişatını eyni ardıcıllıqla və məntiqi bağlılıqla təsvir etməsi, habelə mühüm faktiki hallar üzrə ifadələrinin sabit qalması onun ifadələrinin sonradan uydurulması ehtimalını istisna edir. Diqqətəlayiq hal ondan ibarətdir ki, Şahid31, əgər hadisəni gerçəkdən də özündən uydurmuş olsaydı, Xnın son dövrlərdə zəif qidalanması və halsız vəziyyətdə olması barədə məlumatlı olması mümkün olmazdı. Halbuki bu cür xüsusatlar, mahiyyət etibarilə, yalnız məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyən edilə bilən hallardır. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən meyitin müayinəsi zamanı həzm sisteminin boş olması, ağciyərlərdə pnevmoniya, ürək əzələsində ocaqlı miokardit, qaraciyər və miokardda lipofussinoz aşkar edilmiş, bu isə mərhumun soyuq şəraitdə saxlanıldığını və müəyyən müddət ərzində kifayət qədər qida qəbul etmədiyini təsdiq etmişdir. Eyni zamanda, Şahid31 hadisə barədə real məlumata malik olmadığı halda, mərhumun başqa səbəblərdən, o cümlədən aclıq və ya xəstəlik nəticəsində ölməsini iddia edə bilərdi. Lakin o, Xnın ölümünə tam əmin olmaq məqsədilə sonuncunun baş nahiyəsinə daşla zərbə endirdiyini bildirmişdir ki, bu hal da məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqini tapmışdır. Göstərilən hallar Məhkum ifadələrinin uydurma deyil, hadisənin faktiki gedişatını əks etdirən və digər sübutlarla uzlaşan məl umatlar olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas yaradır. Lifli ekspertizanın nəticələri ilə bağlı müdafiə tərəfinin irəli sürdüyü dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Məhkum paltarlarının götürülməsi zamanı prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, müvafiq qaydada protokollar tərtib olunmuş və iki ədəd alt paltarının götürülməsi sənədləşdirilmişdir. Qış mövsümündə iki alt paltarının geyinilməsinin qeyri-mümkün olması barədə müdafiə tərəfinin iddiası isə nə məntiqi, nə də faktiki əsaslara söykənir. Alt paltarlardan lif aşkar edilməsinin mənşəyi ilə bağlı müdafiə tərəfinin ehtimalları isə sübutlarla təsdiqini tapmamışdır. Digər tərəfdən, məhkəmələr tərəfindən tədqiq edilmiş ekspertiza rəylərinin təhlilindən müəyyən olunur ki, yanğı ndan sonrakı qalıqlarda aşkar edilmiş müvafiq hissəciklər təkcə Məhkum alt paltarlarında deyil, eyni zamanda onun üzərindən və yaşadığı ünvandan götürülmüş geyim və digər əşyalarda da aşkar edilmişdir. Bu hallar, aşkar edilmiş lif və materialların təsadüfi və ya sonradan yaranmış izlərlə izah olunmasının mümkün olmadığını, əksinə, onların hadisə ilə bilavasitə əlaqəli olduğunu göstərir. Müdafiə tərəfinin xarici dövlətin mütəxəssisi tərəfindən verilmiş rəyin sübut kimi qəbul edilməməsinə dair iddialarına münasibətdə qeyd olunmalıdır ki, aşağı instansiya məhkəmələri bu məsələyə yekun məhkəmə aktlarında ətraflı hüquqi qiymət verərək — Azərbaycan Respublikasında cinayət mühakimə icraatının yalnız milli qanunvericiliyin tələbləri əsasında həyata keçirildiyini, məhkəmə eksperti statusunun və e kspertiza fəaliyyətinin qaydalarının “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunla tənzimləndiyini göstərmişlər; bu baxımdan, qanunla müəyyən edilmiş səlahiyyətlərə malik olmayan xarici mütəxəssisin rəyinin sübut kimi qəbul edilməməsinə dair məhkəmələrin gəldiyi nəticələrlə kollegiya razılaşır və həmin nəticəni qanuni və əsaslı hesab edir. Kassasiya şikayətlərində irəli sürülmüş digər dəlil ondan ibarətdir ki, Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrində qəsdən adam öldürmə niyyəti ifadə olunmamışdır. Müdafiə tərəfi bu arqumentə istinad edərək törədilmiş əməldə qəsdin deyil, ehtiyatsızlığın mövcud olduğunu, bu baxımdan cinayətin motivinin müəyyən edilmədiyini iddia etmiş və nəticə etibarilə əmələ qəsdən adam öldürmə kimi hüquqi tövsif verilməsini mübahisələndirmişdi r. İlk növbədə qeyd olunmalıdır ki, bu dəlil müdafiə tərəfinin Məhkum təqsirsizliyi barədə formalaşdırdığı mövqe ilə açıq şəkildə təzad təşkil edir. Belə ki, bir tərəfdən təqsirləndirilən şəxsin ümumiyyətlə cinayət əməlini törətmədiyi və ya hadisəyə aidiyyəti olmadığı iddia olunduğu halda, digər tərəfdən törədilmiş əməlin motiv və məqsədindən çıxış edilərək qəsdin deyil, ehtiyatsızlığın mövcudluğu ilə bağlı tələb irəli sürülür ki, bu yanaşmalar hüquqi məntiq baxımından bir-birini istisna edir və eyni vaxtda mövcud ola bilməz. Digər tərəfdən, müdafiə tərəfinin Məhkum əməlinə tətbiq edilməli olduğunu iddia etdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi zərərçəkmiş şəxsin ölümünün təqsirkarın ehtiyatsızlığı nəticəsində baş verməsini, yəni həmin nəticənin nə arzu edildiyini, nə də onun baş verə biləcəyinin şüurlu şəkildə dərk edildiyini istisna edən halları ehtiva edir. Halbuki, iş üzrə müəyyən edilmiş faktiki hallar belə nəticənin təsadüfi və ya ehtiyatsız davranışın nəticəsi kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, cinayətin subyektiv tərəfinin, o cümlədən qəsdin mövcudluğunun müəyyən edilməsi yalnız təqsirli şəxsin ifadələrində işlətdiyi terminlərə və ya hadisəni təqdimetmə formasına əsaslanmır, əksinə qəsdin olubolmaması cinayətin törədilmə üsulu, tətbiq edilmiş zorakılığın xarakteri və intensivliyi, zərərçəkmiş şəxsin faktiki vəziyyəti, təqsirləndirilən şəxsin cinayətdən sonrakı davranışı, habelə iş üzrə toplanmış digər obyektiv sübutların məcmusu nəzərə alınmaqla qiymətləndirilir. Hazırkı iş üzrə müəyyən e dilmiş faktiki hallar isə Məhkum zərərçəkmiş şəxsə qarşı həyata keçirdiyi zorakılığın xarakterinin və doğurduğu nəticələrin təsadüfi və ya ehtiyatsız davranışla izah edilməsini istisna edir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadənin məzmunu isə təqsirləndirilən şəxsin əməlində qəsdən adam öldürmə niyyətinin mövcud olduğunu açıq şəkildə ortaya qoyur. Belə ki, Məhkum ifadəsində 03 yanvar 2020-ci il tarixdə zərərçəkmiş Xnın səhhətinin kəskin şəkildə pisləşdiyini, halsız vəziyyətə düşdüyünü, 06 yanvar 2020-ci il tarixdə isə onun artıq nəfəsinin gəlmədiyini müşahidə etdiyini, belə vəziyyətdə zərərçəkmiş şəxsin evdə qalmasının onun üçün problem yaradacağını düşündüyünü, Xi un kisəsinə yerləşdirərək həyətdə yerləşən kartof damına apardığını, zərərçəkmiş şəxsin tam ölü olub-olmadığ ına əmin olmaq məqsədilə həyətdən götürdüyü daşın yastı tərəfi ilə onun baş nahiyəsinə bir dəfə güclü zərbə vurduğunu bildirmişdir. Bu ifadənin məzmunundan aydın görünür ki, Məhkum zərərçəkmiş şəxsin həyat əlamətlərinin tam itirilib-itirilmədiyini dərk etmiş, onun hələ də sağ ola biləcəyini nəzərə alaraq, məhz bu vəziyyəti aradan qaldırmaq məqsədi ilə həyati əhəmiyyətli orqan olan baş nahiyəsinə daşla zərbə vurmuşdur. Bu isə təqsirləndirilən şəxsin hərəkətlərinin şüurlu və məqsədyönlü xarakter daşıdığını, nəticə etibarilə zərərçəkmiş şəxsin ölümünü istədiyini və ya ən azı bu nəticəni qaçılmaz hesab edərək ona razı olduğunu göstərir. Bu baxımdan, kollegiya apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində qəsdin mövcudluğu barədə gəldiyi qənaətlə razılaşır, yekun nəticəni qanuni və əs aslı hesab edir. Müdafiə tərəfinin kassasiya şikayətlərində irəli sürdüyü digər dəlillərdən biri də maddi sübutların əvvəlcə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10, daha sonra isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində tədqiq edilməsi ilə əlaqədar onların tamlığının pozulması və bu səbəbdən müdaxilə ehtimalının mövcudluğu barədə olmuşdur. Kollegiya bu dəlili qiymətləndirərək qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə baxışlarında tədqiq olunmuş sübutlar, o cümlədən məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 17 fevral 2020-ci il tarixli 1163 nömrəli, 26 fevral 2020-ci il tarixli 2110/2111 nömrəli, 02 mart 2020-ci il tarixli 2996 nömrəli və 03 mart 2020-ci il tarixli 2995 nömrəli rəyləri, həmin rəyləri tərtib etmiş ekspert X13 birinci instansiya məhkə məsində verdiyi izahatlar, eləcə də kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 fevral 2020-ci il tarixli 821/822 nömrəli rəyi və bu rəy üzrə ekspert X7 ifadələri göstərir ki, maddi sübutların götürülməsi, saxlanılması və ekspertizalara təqdim edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Sadalanan sübutların heç birində maddi sübutların bütövlüyünün pozulmasına, onlara kənar müdaxilənin edilməsinə və ya ekspertiza nəticələrinin etibarlılığını şübhə altına alan hallara dair məlumat mövcud deyildir. Bu səbəbdən, müdafiə tərəfinin maddi sübutların guya tamlığının pozulması ilə bağlı irəli sürdüyü arqumentlər fərziyyə xarakteri daşıyır və iş üzrə toplanmış obyektiv sübutlarla təsdiqini tapmır. Kassasiya şikayətlərində irəli sürülən başq a bir dəlil ondan ibarətdir ki, məhkəmə hökmündə Məhkum mobil telefonunun daxili yaddaşında olan məlumatların sübut kimi qəbul edilməməsi qeyd edildiyi halda, həmin yaddaşda mövcud olmuş videogörüntülərə dair məlumatlar 08 yanvar 2020-ci il tarixli baxış protokolunda, habelə 02 mart 2020-ci il tarixli 2849 nömrəli məhkəmə-kompüter-texniki ekspertiza rəyində öz əksini tapmışdır və bu səbəbdən sözügedən videogörüntülərin sübut kimi qiymətləndirilməsi yolverilməz hesab edilməlidir. Bu dəlilə münasibətdə qeyd edilməlidir ki, məhkəmə-kompüter-texniki ekspertizasının 02 mart 2020-ci il tarixli 2849 nömrəli rəyindən göründüyü kimi, təqsirləndirilən Məhkum məxsus “Samsung Galaxy J2 Prime” markalı mobil telefon işlək vəziyyətdə olmuş və istifadəyə yararlı hesab edilmişdir. Ekspertiza zamanı cihazın daxili yaddaşı və proqram təminatı tədqiq edilmiş, “Google” hesabı və müxtəlif tətbiqlər üzrə istifadə faktlarını əks etdirən texniki məlumatlar müəyyən edilmiş, bu məlumatlar rəyin tədqiqi hissəsində təsviri şəkildə göstərilmişdir. Ekspertiza rəyindən göründüyü kimi, Məhkum məxsus mobil telefonda “YouTube” xidmətində baxılmış videogörüntülərin adları üzrə tam tarixçə saxlanılmamış, axtarış sorğularının qeydiyyatı aparılmamış, həmçinin “WhatsApp” proqramı və “Facebook” sosial şəbəkəsinə dair proqram təminatı aşkar edilməmişdir. Bununla yanaşı, rəyin təsviri hissəsində mobil telefonun iki SİM kartlı olduğu, 06 yanvar 2020-ci il tarixdə saat 19:38-də təqsirləndirilən şəxsin əmisi oğlu Xla telefon əlaqəsi saxladığı, eləcə də telefonun yaddaşında həmin gün saat 19:39-da zərərçəkmişin meyitini n yanmasına dair foto və qısa videoyazıların mövcud olduğu göstərilmişdir. Silinmiş yaddaşın bərpası zamanı isə 2019-cu ilin dekabr ayında “YouTube” platformasında əsasən uşaq məzmunlu cizgi filmlərinə, seriallara və müxtəlif videolara baxılması faktları, habelə 06 yanvar 2020-ci il tarixdə hava şəraitinə və ərazi xəritəsinə baxılması müəyyən edilmişdir. Qeyd edilən ekspertiza rəyinə dair birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş kompüter texnikası eksperti X26 ifadəsində göstərmişdir ki, Məhkum mobil telefonu ekspertizaya təqdim edildiyi vaxt bağlı vəziyyətdə olmuş, 06 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək cihazda müəyyən proqramların silinməsi və yenidən yüklənməsi qeydə alınmışdır. Ekspert izah etmişdir ki, “YouTube” istifadəsinə dair məlumatl ar telefonun daxili keş yaddaşında saxlanılır və həmin məlumatların elektron cədvəl (Excel) və ya digər formatlarda təqdim edilməsi yalnız oxunaqlılığı təmin etmək məqsədi daşıyır, məzmun baxımından isə fərq yaratmır. Onun sözlərinə görə, konkret videonun adı və baxılma müddəti “YouTube” tarixçəsi deaktiv edildiyi halda müəyyən edilmir, lakin müəyyən tarixlərdə “YouTube” platformasından istifadə edilməsi və müvafiq məzmuna baxılması faktı keş yaddaşında qalmış texniki izlər vasitəsilə aşkar olunur. Bu baxımdan, telefonun yaddaşında müxtəlif tarixlər üzrə cizgi filmləri və digər videolara aid görüntü qalıqlarının mövcudluğu həmin tarixlərdə müvafiq videolara baxıldığını göstərir, lakin baxılma vaxtının dəqiq saatını və müddətini müəyyən etməyə imkan vermir. Şərh olunan sübutların məcmusu Mə hkum mobil telefonunda aşkar edilmiş videogörüntülərin sübut kimi qiymətləndirilməsinin yolverilməz olmasına dair müdafiə tərəfinin iddialarını təkzib edir. Aşağı instansiya məhkəmələri məhkəmə-kompüter-texniki ekspertizasının rəyini və ekspertin məhkəmə iclasında verdiyi ifadələri düzgün qiymətləndirərək müəyyən etmişlər ki, telefonun daxili yaddaşında aşkar edilmiş məlumatlar təqsirləndirilən şəxsin mobil telefondan müvafiq proqram və xidmətlərdən istifadə etdiyini təsdiq edən obyektiv rəqəmsal izlərdir və iş üzrə digər sübutlarla məcmu halda qiymətləndirildikdə sübut əhəmiyyətinə malikdir. Bu baxımdan, müdafiə tərəfinin sözügedən videogörüntülərin sübut kimi qiymətləndirilməsinin yolverilməzliyi barədə arqumentləri məhkəmələrin verdiyi hüquqi qiymətləndirmə fonunda əsassızdır və iş üzrə müəyyən edilmiş nəticələrə təsir göstərmir. Kassatorlar kassasiya şikayətlərində həmçinin istintaq orqanının aşkar edilmiş meyitin əraziyə gətirilməsi və yandırılması ilə bağlı gəldiyi nəticələrin yalnız Şahid25 ifadələrinə əsaslandığını, həmin ifadələrin mobil rabitə məlumatları ilə ziddiyyət təşkil etdiyini, ifadənin yerində yoxlanılması zamanı iştirak etmiş polis əməkdaşlarının maraqlı tərəf olmaları səbəbindən verdikləri məlumatların mötəbər olmadığını, habelə media mənbələrində səsləndirilmiş qeyri-rəsmi məlumatlara istinad edilməklə məhkəmə-tibbi ekspertiza rəyləri arasında ziddiyyətin mövcud olduğunu iddia etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri bu iddiaları ayrı-ayrı və təcrid olunmuş şəkildə deyil, iş üzrə toplanmış sübutların məcmusu halında qiym ətləndirmişlər. Belə ki, Şahid25 ifadələri təkbaşına əsas götürülməmiş, həmin ifadələr birinci instansiya məhkəməsində digər şahid ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edilməklə dəyərləndirilmiş, eləcə də mobil rabitə məlumatları ilə obyektiv surətdə uzlaşdırılmışdır. Eyni zamanda, ifadənin yerində yoxlanılması zamanı iştirak etmiş polis əməkdaşlarının verdikləri ifadələr ardıcıl, bir-birini tamamlayan və iş materialları ilə uyğunluq təşkil edən sübutlar kimi qiymətləndirilmiş, onların maraqlı tərəf olmalarına dair iddialar isə hər hansı hüquqi və faktiki əsasla təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmələr televiziya proqramlarında səsləndirilmiş qeyri-rəsmi mülahizələrə istinad edilməklə məhkəmə-tibbi ekspertiza rəyləri arasında ziddiyyətin mövcudluğu barədə irəli sürülmüş arqumentl ərə əsaslı hüquqi qiymət verərək haqlı olaraq qeyd etmişlər ki, rəsmi qaydada təyin olunmuş, prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmış və məhkəmə baxışı zamanı yoxlanılmış ekspertiza rəyləri ilə müqayisədə media resurslarında səsləndirilən subyektiv fikirlər cinayət işi üzrə sübut predmeti təşkil etmir və məhkəmə tərəfindən mötəbər hesab edilmiş sübutları əvəz edə bilməz. Müdafiə tərəfi kassasiya şikayətlərində həmçinin bildirirlər ki, Məhkum barəsində ibtidai istintaq mərhələsində müdafiə hüququnun təmin olunması ilə bağlı ciddi prosessual pozuntulara yol verilmiş, o cümlədən 06–10 yanvar 2020-ci il tarixlərində qanunsuz saxlanılaraq müdafiəçi ilə təmin edilmədən dindirilmış, etirafedici ifadələri azad iradəsini ifadə etməmiş, təyin edilmiş müdafiəçi Araz Əhmədovun iştirak ı formal xarakter daşımış, sonradan müqavilə bağlanmış müdafiəçilərin isə istintaq prosesinə və müvəkkillə görüşə vaxtında buraxılmaması nəticəsində səmərəli və keyfiyyətli hüquqi yardım hüququ faktiki olaraq həyata keçirilməmişdir. Kassatorlar bu halların məcmusunu əsas götürərək, ibtidai istintaq mərhələsində yol verilmiş pozuntuların sonradan aparılmış məhkəmə araşdırmasının ədalətliliyinə şübhə saldığına iddia edirlər. Şahid31 vəkili X ibtidai istintaq zamanı aparılmış istintaq hərəkətlərində iştirak etməməsi barədə müdafiə tərəfinin irəli sürdüyü dəlillərə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, bu iddialar iş materialları ilə təsdiqini tapmır. Belə ki, Şahid31 həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollardan, ifadəsinin yerində yoxlanılması haqqında protokoldan, eləcə də həmin istintaq hərəkətini əks etdirən videoçəkiliş materiallarından açıq şəkildə görünür ki, vəkil X göstərilən istintaq hərəkətlərində iştirak etmişdir. Eyni zamanda, müdafiə tərəfinin digər müdafiəçilərin təqsirləndirilən şəxsə əsassız olaraq gec təqdim edilməsi ilə bağlı iddiaları da iş üzrə mövcud sübutlarla təsdiqlənməmişdir. Belə ki, həmin müdafiəçilərin Şahid31 təqdim olunmaları və cinayət prosesinə buraxılmaları ilə bağlı müstəntiqə ünvanlanmış rəsmi müraciətlərin, habelə iddia edilən pozuntularla əlaqədar ibtidai istintaq orqanına, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında edilmiş hər hansı şikayətin mövcudluğu iş materiallarında əksini tapmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası nəzərə alır ki, ib tidai istintaq mərhələsində Tovuz Rayon Məhkəməsi tərəfindən Şahid31 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərardan verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsində 23 yanvar 2020-ci il tarixdə baxılarkən, Şahid31 hər üç müdafiəçisi – vəkillər Z.Qəhrəmanov, Ə.Rzayev və M.Abbasov məhkəmə iclasında iştirak etmiş, onların prosesdə iştirakına hər hansı məhdudiyyət qoyulmamışdır. O da nəzərə alınmalıdır ki, Şahid31 06–10 yanvar 2020-ci il tarixlərində Tovuz rayon polis şöbəsində saxlanılması zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması faktı aşağı instansiya məhkəmələri tərəfindən diqqətdən kənarda qalmamış, əksinə, həmin xüsusatlar hüquqi qiymətləndirmə predmeti olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi müstəntiq X tərəfindən yol verilmiş pozuntuları mü əyyən edərək 05 iyun 2023-cü il tarixli xüsusi qərar çıxarmış, habelə Şahid31 qanunsuz saxlanılması ilə bağlı materialların araşdırılması üçün Baş Prokurorluğa göndərilməsinə qərar vermişdir. Eyni zamanda, məhkəmə tərəfindən bu pozuntuların hüquqi nəticəsi aradan qaldırılmış, konkret olaraq Şahid31 08 yanvar 2020-ci il tarixli şahid qismində verdiyi ifadəsi və 10 yanvar 2020-ci il tarixli əlavə şahid qismində etirafedici ifadəsi sübutlar siyahısından çıxarılmış, bununla da müdafiə tərəfinin həmin mərhələdə hüquqlarının pozulması iddiaları prosessual baxımdan kompensasiya edilmişdir. Bundan əlavə, Şahid31 faktiki azadlıqdan məhrum edilmə müddəti nəzərə alınaraq, cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Göstərilən hallara münasibətdə kollegiya onu da qeyd e tməyi zəruri hesab edir ki, məhkəmə araşdırmasının ədalətlilik tələblərinə riayət olunub-olunmamasının yoxlanılması ayrı-ayrı hallar və ya hadisələrin təcrid olunmuş şəkildə qiymətləndirilməsi yolu ilə deyil, hər bir iş üzrə cinayət təqibinin bütövlükdə təhlili əsasında həyata keçirilməlidir. Bu yanaşma Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır (bax: F.S.M. İspaniyaya qarşı, 13 mart 2025, § 54). Buradan aydın olur ki, həm milli cinayət-prosessual normalar, həm də beynəlxalq təcrübə məhkəmələrdən qərar qəbul edərkən cinayət təqibi üzrə toplanmış bütün sübutların tam, hərtərəfli və obyektiv şəkildə yoxlanılmasını, onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməsini, qarşılıqlı müqayisəli təhlil edilməsini və yalnız bu sübutların məcmusu əsasında yek un nəticəyə gəlməsini tələb edir. Avropa Məhkəməsinin ölkəmiz barəsində qəbul etdiyi qərarlardan birində də bu prinsip təsdiq edilmişdir: həmin işdə Məhkəmə, müdafiə hüququnun ilkin mərhələdə pozulması ilə alınmış etirafedici ifadələrin sübutlardan çıxarılmamasını araşdırmanın qüsuru kimi qiymətləndirsə də, ittiham hökmünün yalnız bu ifadələrə deyil, digər həlledici sübutlara – şahid ifadəsinə və ekspertiza rəyinə əsaslanması səbəbindən məhkəmə araşdırmasının ümumilikdə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olduğu nəticəsinə gəlmişdir (bax: Fariz Əhmədov Azərbaycana qarşı, 14 yanvar 2021, §§ 59–63) Bu baxımdan məhkəmə kollegiyası vurğulayır ki, müdafiə tərəfinin istinad etdiyi prosessual pozuntular məhkəmələr tərəfindən müəyyən edilməklə, onlara münasibətdə müvafiq hüquqi reaksiy alar verilmiş və həmin pozuntuların nəticəsində əldə edilmiş ifadə və materiallar sübutlar siyahısından çıxarılmışıdır. Həmin xüsusatlar ittihamın əsasını təşkil edən sübut bazasının formalaşdırılmasında istifadə edilməmiş, Məhkum 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi ilə bağlı qəsdinin mövcudluğu isə qanuni yolla əldə edilmiş və məhkəmə baxışı zamanı yoxlanılmış sübutların məcmusu ilə təsdiq olunmuşdur. Bu şəraitdə, müdafiə tərəfinin qeyd etdiyi pozuntular məhkəmələrin gəldiyi nəticələrin düzgünlüyünü, hökm və qərar çıxararkən əsaslandığı sübutların mötəbərliyini şübhə altına almaq üçün tutarlı hüquqi əsas kimi qiymətləndirilə bilməz. Göründüyü kimi Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə ona isnad edilmiş və apel lyasiya instansiyası məhkəməsinin də razılaşdığı, hazırkı qərarın “İşin halları” bölməsində təsvir olunmuş cinayət əməllərini törətməsi, habelə onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş – başqa cinayəti gizlətmək məqsədi ilə və adam oğurluğu ilə bağlı təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürmə, CM-nin 133.2.1 və 133.2.4-cü maddələrində nəzərdə tutulmuş – aşkar surətdə yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan oğurlanmış şəxsə qarşı CMnin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi olaraq sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermə, habelə CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş – yetkinlik ya şına çatmayan şəxs barəsində həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə adam oğurluğu cinayətlərini törətməsinə dair təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143–146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə əlavə sübutlar nəzərə alınmaqla təhlil edilərək qiymətləndirilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Eyni zamanda, Məhkum əməllərində qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət tərkiblərinin mövcud olduğu, bu maddələr üzrə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsində təsbit olunmuş bəraət əsaslarının olmadığı barəd ə əsaslandırılmış nəticəyə gəlinmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun və müdafiəçilərin kassasiya şikayətlərində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair irəli sürülmüş dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum cəzasını yüngülləşdirən hallar - əvvəllər məhkum olunmamasını, qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunması, cəzanı ağırlaşdıran halların olmaması (CM-in 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi və CM-in 61.1.9-cu maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla törədilməsi ona verilən ittihamlar üzrə cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan CM-in 61.3-cü maddəsinə əsasən təkrarən ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz), cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Şahid32 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9-cu maddəsi ilə 17 (on yeddi) il, Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4-cü maddələri ilə 04 (dörd) il və Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 12 (on iki) il, cinayətlərin məcmusu üzrə isə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan mə hrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğ v edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair Məhkum, müdafiəçiləri M.A.Abbasov və Ə.A.Rzayevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum, müdafiəçiləri Abbasov Murtuzəli Aydın oğlu və Rzayev Əlibaba Ağaşirin oğlu tərəfindən birgə verilmiş və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 1(104)-23 /2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum, müdafiəçiləri Abbasov Murtuzəli Aydın oğlu və Rzayev Əlibaba Ağaşirin oğlu tərəfindən birgə verilmiş və habelə müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 31 iyul 2024-cü il tarixli, 1(104)-23/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.