Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2374/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əl İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Mustafazadə Ruslan Əsabəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Xəlilov Rövşən Elbrus oğlu) Məhkum, xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edil miş, CM-in 69.3-cü maddəsinə əsasən onun 30 iyun 2023-cü il tarixdən 1 iyul 2023-cü il tarixədək, 4 dekabr 2023-cü il və 22 mart 2024-cü il tarixlərdə tutulduğu 4 (dörd) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla və azadlığın məhdudlaşdırılması cəzasının 8 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin i şlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın çəkilməsi müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının isə Məhkum yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığında 2 (iki) sot torpaq sahəsi satacağına yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin may və iyun ayları ərzində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında 5000 (beş min), 1000 (bir min) və 1500 (bir min beş yüz) manat, cəmi 7500 (yeddi min beş yüz) manat məbləğində pulu alaraq ələ keçirməklə zərər çəkmiş şəxs X4ə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixi hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 6 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi R.Ə.Mustafazadə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsin dövlət büdcəsinə ödəniş edəcəyi və zərər çəkmiş şəxslə barışaraq ona vurulmuş ziyanı tam qaytarması nəzərə alınaraq cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi R.Ə.Mustafazadə həmin şikayətini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs zərər çəkmiş şəxslə barışmış və ona vurulmuş ziyanı tam ödəmişdir. Bu h al iş materiallarında öz əksini tapmışdır. Belə ki, Məhkum vurduğu ziyanın 25%-ni dövlət büdcəsinə ödədikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə edərək cinayət məsuliyyətindən azad edilməklə onun barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmiş, lakin bu hüququndan apellyasiya insansiyası dövründə yararlanmaq mümkün olmamış və bu səbəbdən iş üzrə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin müəllifi iddia edir ki, həmin şikayətə baxılanadək məhkum olunmuş şəxs tərəfindən dövlət büdəcinə ödəniş ediləcək və bu ödənişi təsdiq edən qəbz məhkəməyə təqdim olunacaq, bu məsələ də həll olunduqdan sonra yuxarıda göstərilən digər hallar da nəzərə alınaraq CM-in 73-1.2-ci maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməklə onun barəsində ki cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkumun müdafiəçisi R.Ə.Mustafazadə onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi X6, Məhkum və onun müdafiəçisi R.Ə.Mustafazadə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi R.Ə.Mustafazadənin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 4 19.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi R.Ə.Mustafazadənin kasssasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu həmin şikayətində irəli sürdüyü tələbi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halla əlaqələndirməsə də, məhkəmə kollegiyası həmin şikayətin buna hüququ olan şəxs tərəfindən və məhkumun mənafeyinə uyğun olaraq verilməsi ni nəzərə alıb bu şikayəti kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə də onun dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayə t qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə ə saslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyas iya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Qanunvericiliyin təsvir edilən normalarından çıxış edərək məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün hazırkı cinayət işinin materiallarına və prosessual hüquq normalarının digər tələblərinə müraciət etməyi zəruri bilir. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən ed ilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İ və İİ hissələrində müəyyən edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Qanunçuluq prinsipi təs bit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.1-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-in 28.2-ci maddəsinndən görünür ki, hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə məhkumun müdafiəçisi R.Ə.Mustafazadə öz kassasiya şikayətində mübahisələndirdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-cı maddəsində təsbit edilən hər hansı maddi və ya prosessual hüquq normalarının pozulmasına istinad etməmiş, yalnız hüquqlarını müdafiə etdiyi şəxsin dövlət büdcəsinə ödəniş edəcəyi və həm bu halın, həm də zərər çəkmiş şəxslə barışaraq ona vurulmuş ziyanı tam ödənilməsinin nəzərə alınaraq cinayət işinin icraatına xitam verilməsinə, Məhkum isə cinayət məsuliyyətindən azad edilməsi barədə qərarın qəbul edilməsinə da ir tələb irəli sürmüşdür. Kassasiya şikayətinə baxılması ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum verdiyi etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinin tam sübuta yetirilməsi və o nun həmin əməlinin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə əsaslı və qanuni nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də Məhkum təqsirliliyi və onun əməlinin hüquqi tövsifi bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, həmin nəticə isə istər apellyasiya, istərsə də kassasiya qaydasında cinayət prosesinin iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələlərə dair məhkəmələrin gəldikləri nəticələri düzgün hesab edir, bu nəticələrin şübhə altına alınması üçün heç bir əsas görmür və eyni zamanda qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən əhəmiyyətli sübutların tədqiqindən imtina etməmiş, müdafiə tərəfi də ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təq dim olunmuş sübutlardan başqa digər, özünün təqdim etdiyi sübutların araşdırılması barədə vəsatətlərlə məhkəmələrə müraciət etməmişdir. Belə ki, iş üzrə hər iki məhkəmə instansiyasında məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkünlüyü və mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Məhkum X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığında 2 (iki) sot torpaq sahəsi satacağına yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin may və iyun ayları ərzində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında 5000 (beş min), 1000 (bir min) və 1500 (bir min beş yüz) manat, cəmi 7500 (yeddi min beş yüz) manat məbləğində pulu alaraq ələ keçirməklə zərər çəkmiş şəxs X4a xeyli miqdarda maddi ziy an vurmaqla dələduzluq etmişdir. Məhkəmə kollegiyası kassasiya tələbinə cavab olaraq ilk növbədə qeyd edir ki, CM-in 80-1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Həmin maddədə istinad olunmuş CM-in 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hər iki norma nın birgə müqayisəli təhlilindən belə nəticə hasil olur ki, CM-in 178.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərər çəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə artıq cinayət məsuliyyətindən deyil, cəzadan azad edilir (ümumiyyətlə cinayət işi materiallarından belə bir halın olması müəyyən edilməmişdir). Cinayət işi materiallarına əsasən müəyyən edilir ki, Məhkum törətdiyi cinayət nəticəsində vurulmuş 7500 (yeddi min beş yüz) manat məbləğində ziyanı məhkəmə istintaqı zamanı tamamilə ödəmiş və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, həmin hallar işə baxan birinci instansiya məhkəməsi tərəfindən CM-in 59.1.12 və 59.1.13-c ü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın – azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğun hesab olunmuş, lakin məhkum törətdiyi cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödəmədiyinə onun barəsində CM-in 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar yaranmamışdır. İş materiallarından görünür ki, belə ödəniş məhkum tərəfindən həmçinin apellyasiya və kassasiya icraatları zamanı da etməmiş, baxmayaraq ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən və kassasiya şikayətində onun iş üzrə yekun qərarlar qəbul edilənədək həmin ödənişlərin edilməsi vəd olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası kassa siya şikayətində irəli sürülmüş tələbin, yəni Məhkum barəsində CM-in 73-1.2-ci maddəsinə əsaslanmaqla CM-in 80-1-ci maddəsinin tətbiq edilməsi üçün heç bir əsas görmür və buna görə də kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1 0.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2374/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2374/2025
18.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver