Məhkəmə qərarları › İş №1(102)-2386/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2386/2025

03.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2386/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 iyun tarixli, 1(103)-1341/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən kassa siya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (Hakim T.H.Həsənov) 2025-ci il 12 may tarixli, 1(008)-346/2025 nömrəli hökmü ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada götürülməmiş və ya ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 12 fevral 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 2025-ci il 24 iyun tarixli, 1(103)-1341/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, həmin hökmlə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 9 (doqquz) aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz olaraq odlu silahı əldə edib, daşımış və saxlamışdır. Belə ki, o, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarı ilə CM-nin 126.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə və Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz ilkin təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 fevral 2025-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Nizami rayonunda yerləşən «Koroğlu» metrostansiyasının 4-cü çıxışının yaxınlığında saxlanılaraq həmin gün saat 17:37-dən etibarən özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin həyətində yerləşən tikilidəki dolabdan keçmiş SSRİ dövlətində 1968-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 114801 nömrəli, 16 kalibrli, TOZBM modelli, çaxmaqlı, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz ilkin təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd e tmişdir ki, işin apellyasiya baxışında və birinci instansiya məhkəməsində şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran eyni hallar (əməlini səmimi etiraf etməsi və əməlində cinayətlərin residivinin olması) müəyyən edilmiş, yeni hallar isə müəyyən edilməmişdir. Buna baxmayaraq apellyasiya məhkəməsi əsassız olaraq apellyasiya baxışı zamanı şəxsin cəzasını yüngülləşdirən halların olması, cəzasını ağırlaşdıran halların isə olmaması qənaətinə gəlmiş və həmin hallara istinad edərək təyin edilmiş cəzanı yüngülləşdirmişdir. Əvvəla, işin halları ilə müəyyən edildiyi kimi Məhkum qanunsuz olaraq lüləsi və qundağı kəsilmiş odlu silahı əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Qeyd olunan cinayətin ictimai təhlükəliliyinin xarakteri, yəni qəsdin obyekti – odlu silahın qanunsuz dövriyyəsi, təq sirin forması - cinayətin birbaşa qəsdlə törədilməsi, cinayətin az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliliyinin dərəcəsi isə - qanunsuz olaraq odlu silahı əldə etmə və saxlamaqla törədilməsidir. Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyinin dərəcəsi törədilmiş cinayətin fərdi əlamətləri ilə (cinayətin ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə törədilməsi, cinayətin predmetinin odlu silah olması, cinayətin hadisələrin təsadüfi axarı zəminində baş verməməsi, cinayətin başa çatması) təqsirləndirilən şəxsin şəxsiyyəti, əmələ münasibəti və cinayətin törədilməsində rolununun (əvvəllər odlu silahdan qəsdən bədən xəsarəti yetirməyə görə məhkum olunması, aqressiv üsul və vasitələrlə münaqişələrin həllinə meyillilik göstərməsi) uzlaşdırılmasıdır. Nəzərə almaq lazım dır ki, yuxarıda qeyd olunan fərdi keyfiyyətlərə (problemlərin həlli yolu kimi münaqişə üsuluna üstünlük verməsi, əməlində cinayətlərin residivinin olması) malik şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi, cinayətin törədilməsi hallarının spesifikliyi ilə xarakterizə olunmaqla əməlin ictimai təhlükəlilik dərəcəsini daha da artırır. Belə ki, münaqişələrin həllində aqressiv üsullardan istifadə edən şəxsin odlu silahın qanunsuz dövriyyəsi ilə məşğul olması başqa şəxsin bu qəbildən olan cinayəti törətməsindən daha təhlükəli olub, dövlət, cəmiyyət və şəxsiyyətin hüquq, azadlıq və qanunla qorunan mənafelərinə qarşı potensial təhlükə mənbəyidir. Təqsirləndirilən şəxs Məhkum ifadələrində də təsdiq etdiyi kimi, silahlar barədə məlumatlı olduğunu bildiyi halda qa nunsuz olaraq əldə etdiyi odlu silahı hüquq-mühafizə orqanlarına könüllü olaraq təhvil verməmiş, odlu silahın qanunsuz əldə edilməsinin cinayət olduğunu bildiyi halda düşünülmüş şəkildə silahı evinə gətirib saxlamışdır. Nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı o, konkret olaraq odlu silahı hansı məqsədlə, haradan və kimdən əldə etməsini, beləliklə mənbəyini bildirməmiş, analoji ifadələr verərək guya 8 il əvvəl yaşadığı qəsəbədəki zibillikdən tapdığını deyərək etmiş olduğu hərəkətlərini pərdələməyə çalışmış və həqiqətə uyğun olmayan ifadələr vermişdir. Bu hal Məhkum şəxsiyyətinin mənfi xarakterizə olunmasından, törətmiş olduğu ictimai təhlükəli əməlinə biganə və odlu silahı əldə etməklə kriminal niyyətinin olmasından xəbər verir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum yüksək t əhlükəliyə malik, atəşə yararlı odlu silahı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlaması onun sağlam həyat tərzi yaşamayaraq gələcək niyyətinin cəmiyyət üçün faydalı deyil cinayətkar məqsədlərə xidmət edəcəyindən ibarət real ehtimal olmaqla, şəxsiyyətinin sosial təhlükəliliyi ilə xarakterizə olunur. Bütün bunlar Məhkum əməlinin və şəxsiyyətinin yüksək ictimai təhlülkəliliyinə dəlalət edən haldır. Lakin Məhkum şəxsiyyətinin təhlükəliliyi yalnız bu dəlillərlə məhdudlaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli 1(103)-660/2018 saylı qərarı ilə Məhkum əməli CM-nin 126.1 və 228.1-ci maddələrinə tövsif edilərək 6 il müddətə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmişdir. (i.v: 148-156) Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə Məhkum 12 sentyabr 2022-ci il tarixə cəzasının çəkilməmiş 11 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Məhkum əvvəllər odlu silahdan qəsdən bədən xəsarəti yetirməyə görə məhkum edilməsinə və cəzasının çəkilməmiş 11 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq islah olunmamış və yenidən hazırkı cinayəti törətmişdir ki, bu onun cəmiyyətə, dövlətə və qanunlara qarşı barışmaz mövqeyini təcəssüm etdirməklə islah yoluna qədəm qoymadığını göstərir. Bu qəbildən olan şəxslərin islah olunmasında isə inandırma metodundan (daha yüngül növdə və həddə cəza təyin etmə) deyil, məcburetmə metodundan (qanunda nəzərdə tutul muş daha sərt cəzanın yuxarı həddə təyini) istifadə zəruridir. Lakin məhkəmə cəza təyin edərkən bu əhəmiyyətli hallara diqqət yetirməyərək heç bir əsas olmadan onun cəzasını yüngülləşdirmiş və cəzanın məqsədini təmin etməyən yüngül həddə cəza təyin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, bu qəbildən olan əməllərin, yəni odlu silahların qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin törədilməsi insanların sülh və əmin-amanlıq şəraitində yaşamasını təhlükə altına atmış olur, belə olan halda yüngül cəzanın təyin edilməsi şəxsin islah olunmasını və bu kimi kriminal fəaliyyətin qarşısının alınması sahəsində effektiv mübarizədə təsirini zəiflədir. Bunlardan əlavə, Məhkum törətdiyi əməl olduqca aktual və daha ağır nəticəli əməllərə rəvac verə biləcək cinayətdir. Belə ki, statistikaya nəzər salsaq ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin əksəriyyətinin odlu silah tətbiq edilməklə törədilməsi halları genişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinin nəzərə alınmayaraq (əməlində cinayətlərin residivinin olması, əvvəllər odlu silahdan qəsdən bədən xəsarəti yetirməyə görə məhkum olunması, aqressiv üsul və vasitələrlə münaqişələrin həllinə meyillilik göstərməsi, problemlərin həlli yolu kimi münaqişə üsuluna üstünlük verməsi) aşağı həddə cəza təyin edilməsi, CM-in 58.3-cü maddəsinin cəza təyin edilərkən şəxsin şəxsiyyətinin nəzərə alınması və 41.2-ci maddəsinin cəzanın məhkumun islah edilməsi, onun və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədinə xidmət etməsinə dair müddəalarının pozulmasına səbəb olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində nevroloji xəstəlikdən əziyyət çəkdiyini bildirmiş və ona təyin edilən cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 iyun tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, məh kumun kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan f aktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində mə hkuma təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkum kassasiya şikayətində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olar aq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnı z təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protes tinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, kassasiya protestinin dəlili ondan ibarətdir ki, məhkuma yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli idi və məhkum yalnız bu vasitə ilə islah oluna bilərdi. Protestdə apellya siya instansiyası məhkəməsi tərəfindən cəzanın müddətinin azaldılması mübahisələndirilmişdir. Halbuki apellyasiya instansiya məhkəmə məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini azaldarkən qərarda kifayət edici səviyyədə əsaslandırma aparmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum əməlində cinayətin residivi olduğundan məhkəmə kollegiyası həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər alternativ cəzaların təhlil edilməsinə lüzum görmür. Eyni zamanda, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyini üçün də CM-də heç bir məhdudiyyət (CM-in 65-ci maddəsi üzrə də) mövcud deyil. Əksinə, CM-in 58.1-ci maddəsində daha sərt cəzaların təyini üçün Qanun məhdudiyyət müəyyən etmişdir. Belə ki, həmin maddənin 2-ci cümləsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göründüyü kimi, sanksiyada nəzərdə tutulan daha yüngül cəzanın deyil, daha sərt cəzanın təyin edilməsinin əsaslandırılması tələb olunur. Kassasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə məhkuma təyin edilmiş cəza, növü və həddi baxımından qanuni, əsaslı və ədalətlidir və bu səbəbdə n kassasiya protestinin dəlilləri baxımından həmin qərarın ləğv edilməsi üçün qanuni və əsaslı dəlillər mövcud deyil. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfinin təqirsizliklə bağlı dəlilləri məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri baxımından məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə alınmış və məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində, CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar möv cud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2025-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRAR ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2025-ci il 12 may tarixli, 1(008)-346/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Ba kı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 iyun tarixli, 1(103)-1341/2025 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə və məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar