Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2393/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7, Məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə xx xxxxxxx 1971-ci il tarixdə Masallı rayonunda anada n olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə, xx xxxxx 1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləmiş, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4, 32.4, 308.1 və 312-1.1-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli 1(106)- 168/2024 nömrəli qərarından zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi, Bakı şəhəri 39 saylı Vəkil Bürosunun vəkili Niyazalı Kənan Mahmud oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(050)-159/2023 nömrəli hökmü ilə (hakim Zeynal Zeynalov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə CM-in 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat, CM-in 32.4, 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 (üç mi n) manat və CM-in 312-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əlavə və əsas cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hər iki təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 308.1.-ci maddəsi ittihamdan xaric edilmiş, həmin Məcəllənin 313-cü maddəsi üzrə verilmiş ittihamda təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, qeyd olunan maddə üzrə onlara cəza təyin edilməmişdir. Hökmlə 75.407,43 manat maddi ziyanla bağlı mülki iddia təmin olunmamışdır. Şahid6 tutularaq ödətdirilmiş 6.372,36 manat məbləğində vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Şahid6 geri qaytarılmasına qərara alınmışdır. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının departament müdiri X43 və mütəxəssis Zərərçəkmiş şəxs1 tərəfindən birgə apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli 1(106)-168/2024 nömrəli qərarı ilə (hakimlər: H.X.Bəhmənov (sədrlik edən), E.İ.Xa sməmmədov və P.V.Hacıyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(050)-159/2023 nömrəli hökmü Məhkum1 CM-in 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv olunmuşdur. Məhkum1 CM-in 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric olunmuş, Məhkum1 CM-in 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri üzrə müəyyən edilmiş ittiham üzrə dəymiş maddi ziyanın tamamilə ödənilməsinə, zərərçəkmiş şəxslə barışmasına və məhkəmə tərəfindən müəyyən edilmiş pay üzrə 27788,015 manat maddi ziyanın 25 faizini, yəni 6950 manat məbləği Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödədiyinə görə o, Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə ə sasən qeyd olunan maddələr üzrə verilmiş ittihama görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(050)-159/2023 nömrəli hökmü Məhkum1 aid qalan hissədə, o cümlədən Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin ittiham hökmünə əsasən Məhkum1 ibtidai istintaq orqanı tərəfindən məhkəməyə verilmişdir ona görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətl ərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə biləbilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 avqust 2016-cı il tarixli, 09/11-537 nömrəli əmrə əsasən həmin tarixdən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 1 oktyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən qeyd olunan dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli, 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, şöbənin fəaliyyətinə rəhbərlik edilməsi, vəzifə və funksiyalarına uyğun olaraq işinin təşkil edilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, şöbənin sektorlarının və ayrı-ayrı işçilərin iş planının təsdiq edilməsi və onların həyata keçirilməsinə nəzarət edilməsi, müavinətlərin sosial yardımların və digər ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün və öz vaxtında təyin olunması və ödənilməsi işinin təşkil edilməsi, vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin təşkil edilməsi, pensiyaların maliyyə təminatı və ödənişinə nəzarət üzrə tədbirlərin yerinə yetirilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişləri təyin edən komissiyanın işinə rəhbərlik etməklə onun çıxardığı qərarların düzgünlüyünün təsdiq edilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişlərin təyin olunması üçün müraciət edən vətəndaşların pensiya, müavinət, sosial yardım və digər ödənişlərlə təmin olunması məsələlərinə baxılması və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Azərbaycan Respublikası Qanunu, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununun 1.0.2 və 21-ci maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu olan sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddətinin daxil edilməli olması, həmçinin, həmin Qanunun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyasının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olmas ı, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə təyin edilməli olması barədə olan imperativ normaların tələblərini pozmaqla təyinat apararaq, o cümlədən Şahid12 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 4 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 114251 nömrəli pensiya işində olan 18 may 2017-ci il tarixli, 10 və 10/1 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid12 həmin müəssisədə işlədiyi illərdən 1989-cu ilin 7 ayı, 1990-cı ilin 3 ayı, 1991-ci ilin 4 ayı, 1992-ci ilin 2 ayı, 1993-cü ilin 5 ayı, 1994-cü ilin 6 ayı, 1995-ci ilin 10 ayı, 1996-cı ilin 11 ayı, ümumili kdə 48 ay, yəni 4 ili əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı almasına dair qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid12 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 11 il 8 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 19 may 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 19 may 2017-ci il tarixli, 476 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid12 15 il 8 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməs inə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya sektorunun müdiri Məhkum2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid12 ümumilikdə 5.559,22 manat, eyni niyyətlə, X27 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumilikdə 25 il sosial sığorta stajının mövcudluğu tələb olunduğu halda sonuncunun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də və həmin QSC-nin hüquqi varisi olduğu müəssisələrdə işlədiyi illər üzrə Mehman Nəzərova əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə dəqiqləşdirmə aparılmadan faktiki olaraq vətəndaşın 16 il 6 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər də hesablandıqdan sonra 8 sentyabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 8 sentyabr 2017-ci il tarixli, 524 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Mehman Nəzərovun 27 il 5 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya sektorunun müdiri Məhkum2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Mehman Nəzərova ümumilik də 7.531,01 manat, eyni niyyətlə, Şahid10 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il sosial sığorta stajı tələb olduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 095823 nömrəli pensiya işində olan 14 may 2018-ci il tarixli, 6 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid10 həmin müəssisədə işlədiyi illərdən 1984-cü ilin 2 ayı, 1985-ci ilin 10 ayı, 1986-cı ilin 2 ayı, 1988-ci ilin 2 ayı, 1990-cı ilin 4 ayı, 1991-ci ilin 2 ayı, 1992-ci ilin 2 ayı, 1993-cü ilin 3 ayı, 1994-cü ilin 7 ayı, 1995-ci ilin 9 ayı, 1996-cı ilin 10 ayı, 1997-ci ilin 9 ayı, ümumilikdə 62 ay, yəni 5 il 2 ayı əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dola yısı ilə Şahid10 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 16 il 11 ay sosial sığorta stajı olduğu halda, tələb olunan 14 il sosial sığorta stajının tamamlanmasına baxmayaraq sözügedən 16 il 11 ay üzrə hesablanan pensiya kapitalının təyinat üçün əsas verməməsinə baxmayaraq yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 25 may 2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 may 2018-ci il tarixli, 232 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid10 22 il 1 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qə rarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya sektorunun müdiri X imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid10 ümumilikdə 3.148,54 manat, eyni niyyətlə, X18 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 948095 nömrəli pensiya işində olan 24 may 2018-ci il tarixli, 373/1 nömrəli Masallı Rayon Dövlət Arxivinin arayışına əsasən sonuncunun “Krupskaya” adına sovxozda işlədiyi 1988-ilin ilk ayından 1989-cu ilin son ayı da daxil olmaqla bütövlükdə, eyni zamanda 1987-ci ilin 4 ayı, 1990-cı ilin 7 ayı, 1992-ci ilin 1 ayı, 1993-cü ilin 2 ayı, 1994- cü ilin 5 ayı da daxil olmaqla ümumilikdə 3 il 7 ayı əhatə edən dövrdə faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman kəsimində əmək haqqı almasını, dolayısı ilə X sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 7 il sosial sığorta stajı olduğu halda 1988-ci və 1989-cu illər bütövlükdə, eyni zamanda yuxarıda göstərilmiş digər illər üzrə aylar da əsassız olaraq hesablandıqdan sonra 25 yanvar 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 yanvar 2019-cu il tarixli, 442 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Sənubər Nuriyevanın 10 il 7 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya sektorunun müdiri Məhkum2 imzası ilə təsdiq edilərək xx.xx.2015-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Sənubər Nuriyevaya ümumilikdə 3.781,63 manat olmaqla, qeyd edilən qaydada 4 pensiya işi üzrə ümumilikdə 20.020,4 manat (iyirmi min iyirmi manat qırx qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş plastik kart hesablarına köçürülməklə həmin şəxslər tərəfindən nağdlaşdırılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə Şahid8 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-c i maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21-ci bölməsinin 2-ci bəndinə əsasən doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsaz işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid8 “Kaspneftqazflot” gəmiçiliyində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “malyar” vəzifəsində işlədiyi 4 il 10 ayı əhatə edən dövr də nəz ərə alınmaqla faktiki olaraq sonuncunun 11 il 1 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 21 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 21 aprel 2017ci il tarixli, 340 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid8 15 il 11 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya Sektorunun müdiri Məhkum2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid8 ümumilikdə 9.282,95 manat, həmçinin, eyni niyyətlə Şahid9 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 29-cu bölməsinə əsasən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində tikinti və quraşdırma işləri üzrə usta və ya iş icraçısı vəzifəsində işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid9 “Azselstroymexanizasiya” trestində xx.xx.1980-cı il t arixdən xx.xx.1988-ci il tarixədək usta vəzifəsində işlədiyi 7 il 4 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 9 il 2 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 14 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 14 aprel 2017-ci il tarixli, 317 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid9 16 il 6 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya Sektorunun müdiri Məhkum2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid9 ümumilikdə 6.921,35 manat, eyni niyyətlə, Şahid7 Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafiya işlərini yerinə yetirməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu və sonuncunun işlədiyi dövrün hər ilinin hər ayı üçün çöl şəraitində işlədiyi günlər hesablanmaqla təyinat aparılmalı olduğu halda və Şahid7 faktiki güzəştli şərtlərlə sosial sığorta stajının 8 il 8 ay təşkil etməsinə baxmayaraq sonuncunun adına rəsmiləşdirilmiş 022704 nömrəli pensiya işində olan mü vafiq İnstitutun 3 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışı əsas götürməklə vətəndaşın həmin vəzifədə işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə bütünlüklə, yəni Şahid7 14 il müddətində güzəştli sosial sığorta stajı olması barədə yalan məlumatların 9 iyun 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 9 iyun 2017-ci il tarixli, 461 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya sektorunun müdiri Natiq Hüseynovun imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarix ədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid7 ümumilikdə 7.557,33 manat olmaqla, qeyd edilən qaydada 3 pensiya işi üzrə 23.761,63 manat (iyirmi üç min yeddi yüz altmış bir manat altmış üç qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kart hesabına köçürülüb həmin şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada 7 pensiya işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 43.782,03 manat (qırx üç min yeddi yüz səksən iki manat üç qəpik) məbləğində pul vəsaitini Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miq darda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismin də Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində işləyən Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 7 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 15 aprel tarixli 643 nömrəli “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanı, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 1039İİQ nömrəli Qanunu, Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx.xx.2016cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı Dövlət Sosial Yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları” və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə təkrarən talamaq məqsədilə özü, həmin şöbənin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində işləyən Şahid1, həmin sektorun baş məsləhətçisi vəzifəsində işləyən Şahid2 və həmin sektorun məsləhətçisi vəzifəsində işlə yən X19 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə verildiyi halda, işləyən şəxslərə və ya həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən müvafiq hüququn yarandığı halda əvvəlki 3 il üçün ödənilmə barədə qərar qəbul edilən vaxt təyinatın aparıldığı dövrü əhatə edən zaman zərfində həmin şəxslərin işləmələrini nəzərə almadan təyinat apararaq, o cümlədən, X28 xx.xx.2016xx.xx.2017-ci il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd h esab edilən 359 nömrəli xx.xx.2018-ci il tarixli “sosial müavinətin təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2017-ci il tarix əvəzinə xx.xx.2016-cı il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2017-ci il tarixədək Dilrubə Ağayevaya 712,44 manat, eyni niyyətlə, X44 xx.xx.2018xx.xx.2018-ci il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 14 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqq ında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2018-ci tarixdən xx.xx.2018-ci il tarixədək Rəna Həsənovaya 38,93 manat, eyni niyyətlə, X10 xx.xx.2008-xx.xx.2018-ci il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 128 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə x x.xx.2017-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2018-ci il tarixədək Nəzakət Bəndalıyevaya 1.582,35 manat, eyni niyyətlə, X13 xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə Masallı İsti-Su Sanatoriyası ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 124 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosia l yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Fazilə Allahyarovaya 80,06 manat, eyni niyyətlə, X33 xx.xx.2015-xx.xx.2019-cu il tarixlərdə “ATİLLA” İdman Klubu İctimai Birliyi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 241 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdi q edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Nayidə Əliyevaya 484,33 manat, eyni niyyətlə, X14 xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 448 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara biləbilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2019-cu il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2019-cu il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.x x.2019-cu il tarixədək Təhminə Məhərrəmovaya 31,28 manat, eyni niyyətlə, Şahid14 Rahib qızı xx.xx.1997-xx.xx.2019-cu il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 560 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2019-cu il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2019-cu il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Şahid14 203 manat, eyni niyyətlə, X8 xx.xx.2 019-xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 763 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Məhbubə İbrahimovaya 606,66 manat olmaqla, qeyd edilən qaydada 8 sosial müavinət işi üzrə, cəmi 3.739,05 manat (üç min yeddi yüz otuz doqquz manat be ş qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə işləyən şəxslərin özlərinə münasibətdə sosial müavinət təyinatı aparılmamalı olduğu halda müvafiq təyinat apararaq, o cümlədən, X34 xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 337 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə xx.xx.2018-c i il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cavidan Nəzərova 197,20 manat, eyni niyyətlə, X4 xx.xx.2015-dən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 914 nömrəli, xx.xx.2018-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yard ım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Şəlalə Eynullayevaya 348,77 manat olmaqla, qeyd edilən qaydada 2 sosial müavinət işi üzrə 545,97 manat (beş yüz qırx beş manat doxsan yeddi qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq həmin Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edildiyi halda müvafiq təyinat apararaq, o cü mlədən, İİ dərəcə əlilliyə görə sosial müavinət üzrə X20 şöbənin əməkdaşı Şaiq Muxtarlı tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 403 nömrəli, xx.xx.2017-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara biləbilə yalan məlumatların, yəni vətəndaş ərizəni xx.xx.2017ci il tarixdə verdiyinə görə əvvəlki 3 il, yəni xx.xx.2014-cü il tarixdən deyil, xx.xx.2014-cü il tarixdən təyinatın aparılması barədə məlumatların daxil edilməsinə nail olub həmin qərarın sonuncu və Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 imzası ilə təsdiq edilərək həmin müddət üzrə X 89,27 manat, eyni niyyətlə, X21 şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 332 nömrəli, xx.xx.2018-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara biləbilə yalan məlumatların, yəni vətəndaş ərizəni xx.xx.2018-ci il tarixdə verdiyinə görə əvvəlki 3 il, yəni xx.xx.2015-ci il tarixdən deyil, xx.xx.2010-cu il tarixdən təyinatın aparılması barədə məlumatların daxil edilməsinə nail olub həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək həmin müddət üzrə Suliddin Alışova 2.318,51 manat olmaqla, qeyd edilən qaydada 2 sosial müavinət işi üzrə cəmi 2.407,78 manat (iki min dörd yüz yeddi manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, Azərbaycan Respublikası Nazirlər Kabineti nin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.4-cü maddəsində göstərilmiş şöbənin ünvanlı sosial yardım üzrə işçisinin “Ailənin maddi-məişət şəraitinin müayinəsi”nin (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter vasitəsilə həyata keçirilməsi və nəticələrinin gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində Vahid Elektron Məlumat və X54 (VEMTAS) ötürməsi barədə olan tələblərinə əməl edilməyərək Masallı rayonu Gəyəçöl kənd sakini X35 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizəbəyannamədə ailə üzvü qismində əri barədə məlumatların yerləşdirilməməs i ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 19 dekabr 2019-cu il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədi”ndə sonuncunun əri ilə birlikdə yaşaması barədə Sosial Yardım və müavinət sektorunun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək İradə Rəhimlinin adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş xx.xx.2019-cu il tarixdən xx.xx.202 0-ci il tarixədək hər ay 227,01 manat olmaqla, ümumilikdə 681,03 manat məbləğində pul vəsaitinin İradə Rəhimlinin özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, X15 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizə-bəyannamədə ailə üzvü qismində əri barədə məlumatların yerləşdirilməməsi ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 4 may 2018-ci il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədi”ndə sonuncunun əri ilə birlikdə yaşaması barədə sektorun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanıl ması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək Rufanə Hüseynovanın adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 94,36 manat olmaqla, ümumilikdə 2.075,92 manat məbləğində pul vəsaitinin Rufanə Hüseynovanın özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, Şahid13 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizəbəyannamədə ailə üzvü qismində atası və anası barədə məlumatların yerləşdirilməməsi ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 13 dekabr 2019-cu il tarixli “Ailənin maddi-məişət şəraitinin müayi nəsi barədə məlumat sənədi”ndə sonuncunun atası və anası ilə birlikdə yaşaması barədə sektorun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək Şahid13 adına rəsmiləşdirilmiş müvafiq bank kartına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay köçürülmüş 227,42 manat olmaqla, ümumilikdə 454,84 manat məbləğində pul vəsaitinin Şahid13 özü tərəfindən çıxarılaraq onun şəxsi ehti yaclarına sərf edilməsi ilə qeyd edilən qaydada 3 ünvanlı sosial yardım işi üzrə cəmi 3.211,79 manat (üç min iki yüz on bir manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 9.904,59 manat (doqquz min doqquz yüz dörd manat əlli doqquz qəpik) məbləğində pul vəsaitini Şahid1, Şahid2 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə israf etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən talamış, Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosia l müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, Şahid1, Şahid2 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin və informasiya resurslarının məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar qabaqcadan əlb ir olduğu Şöbənin Pensiya sektorunun müdiri Məhkum2 İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin iyun-iyul aylarında müraciət etmiş və İİ dərəcə əlilliyi müəyyən edilmiş Masallı rayonu, Sərçuvar kənd sakini Şahid5 xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmamasına baxmayaraq məhkəmə orqanı tərəfindən həmin iş yerinin təsdiq olunacağı təqdirdə həmin məhkəmə qərarı ilə kifayətlənilməklə və apelyasiya şikayəti verilməyərək əmək pensiyasının təyin edilməsinə dair elə həmin zaman kəsimlərində, yəni 2017-ci ilin iyuniyul aylarında Məhkum2 istintaqla müəyyən edilməyən qaydada özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə əlaqədar üçüncü şəxslər olan Məhkum2 və Şahid5 üçün qanunsuz üstünlük əldə etmək, həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Məhkum2 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid5 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1993-cü il tarixdən xx.xx.2005- ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahi d5 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 636 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid5 12 il 11 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya sektorunun müdiri Məhkum2 imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid5 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 7.928,74 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 7.928,74 manat (yeddi min doqquz yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Şöbənin Pensiya sektorunun müdiri Məhkum2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin iyun-iyul aylarında müraciət etmiş Masallı rayonu, Təzəkənd kənd sakini Şahid6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqla rını ödəməsi barədə arxiv məlumatlarının olmamasına baxmayaraq məhkəmə orqanı tərəfindən həmin iş yerinin təsdiq olunacağı təqdirdə həmin məhkəmə qərarı ilə kifayətlənilməklə və apelyasiya şikayəti verilməyərək əmək pensiyasının təyin edilməsinə dair elə həmin zaman kəsimlərində, yəni 2017-ci ilin iyun-iyul aylarında Məhkum2 istintaqla müəyyən edilməyən qaydada özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə əlaqədar üçüncü şəxslər olan Məhkum2 və Şahid6 üçün qanunsuz üstünlük əldə etmək, həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Şöbəni n Pensiya sektorunun müdiri vəzifəsində işləyən Məhkum2 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid6 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı bir rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında r əsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 629 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid6 26 il 10 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya sektorunun müdiri Məhkum2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid6 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 6.372,36 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 6.372,36 manat (altı min üç yüz yetmiş iki man at otuz altı qəpik) məbləğində pul vəsaitini Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri və zifəsində işləyən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 övladları X11 və X9 görə həmin uşaqların atası Şahid11 24 noyabr 2017-ci il tarixli, 848 nömrəli qərara əsasən ailə başçısını itirməyə görə sosial müavinət təyin edildiyi halda Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli, 284 nömrəli sərəncamı ilə Süleyman Abdullayev və İbrahim Abdullayevin qəyyumluğuna verildiyi X29 xx.xx.2018-ci il tarixli, 477 nömrəli qərar əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edərək sonuncunun adına rəsmiləşdirilmiş plastik kart hesabına 5.081,71 manat (beş min səksən bir manat yetmiş bir q əpik) məbləğində pul vəsaitinin ödənilməsi və həmin miqdarda pul vəsaitinin sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən suiistifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2015-ci il tarixli, 226 nömrəli qərarla xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş X1, 26 iyul 2019-cu il tarixli, 189 nömrəli qərarla İİ dərəcə əlilliyə görə əmək pensiya təyin edilən vaxt müvafiq hesablanma zamanı təyinatı xx.xx.2016-cı il tarixdən hesablanılması ilə həmin dövrlərdə aldığı sosial müavinət məbləğinin tutulmasını həyata keçirməli olduğu halda bunu etməyərək nəticədə Kəmalə Əliyevanın adına rəsmiləşdirilmiş plastik kart hesabına 2.338 (iki min üç yüz otuz səkkiz manat) məbləğində pul vəsaitinin artıq ödənilməsini həyata keçirməklə Məhkum2 ilə qabaqcadan ə lbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən suiistifadə etmişdir. Məhkəmənin ittiham hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum2 vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına təkrarən qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui- istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə biləbilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə təkrarən daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 avqust 2016-cı il tarixli, 09/11-537 nömrəli əmrə əsasən həmin tarixdən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsinə təyin edilməklə 24 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli, 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, sektorun fəaliyyətinin təşkil edilməsi və sektora rəhbərlik edilm əsi, pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi, sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi, pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Azərbaycan Respublikası Qanunu, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin v ə göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu olan sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddətinin daxil edilməli olması, həmçinin, həmin Qanunun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyasının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmə k pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə təyin edilməli olması barədə olan imperativ normaların tələblərini pozmaqla təyinat apararaq, o cümlədən Şahid12 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 4 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 114251 nömrəli pensiya işində olan 18 may 2017-ci il tarixli, 10 və 10/1 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid12 həmin müəssisədə işlədiyi illərdən 1989-cu ilin 7 ayı, 1990-cı ilin 3 ayı, 1991-ci ilin 4 ayı, 1992-ci ilin 2 ayı, 1993-cü ilin 5 ayı, 1994-cü ilin 6 ayı, 1995-ci ilin 10 ayı, 1996-cı ilin 11 ayı, ümumilikdə 48 ay, yəni 4 ili əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı almas ına dair qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid12 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 11 il 8 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 19 may 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 19 may 2017-ci il tarixli, 476 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid12 15 il 8 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə tə sdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid12 ümumilikdə 5.559,22 manat, eyni niyyətlə, X27 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumilikdə 25 il sosial sığorta stajının mövcudluğu tələb olunduğu halda sonuncunun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də və həmin QSC-nin hüquqi varisi olduğu müəssisələrdə işlədiyi illər üzrə Mehman Nəzərova əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə dəqiqləşdirmə aparılmadan faktiki olaraq vətəndaşın 16 il 6 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər də hesablandıqd an sonra 8 sentyabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 8 sentyabr 2017-ci il tarixli, 524 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Mehman Nəzərovun 27 il 5 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Mehman Nəzərova ümumilikdə 7.531,01 manat, eyni niyyətlə, Şahid10 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il sosial sığorta staj ı tələb olduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 095823 nömrəli pensiya işində olan 14 may 2018-ci il tarixli, 6 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid10 həmin müəssisədə işlədiyi illərdən 1984-cü ilin 2 ayı, 1985-ci ilin 10 ayı, 1986-cı ilin 2 ayı, 1988-ci ilin 2 ayı, 1990-cı ilin 4 ayı, 1991-ci ilin 2 ayı, 1992-ci ilin 2 ayı, 1993-cü ilin 3 ayı, 1994-cü ilin 7 ayı, 1995-ci ilin 9 ayı, 1996-cı ilin 10 ayı, 1997-ci ilin 9 ayı, ümumilikdə 62 ay, yəni 5 il 2 ayı əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid10 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 16 i l 11 ay sosial sığorta stajı olduğu halda, tələb olunan 14 il sosial sığorta stajının tamamlanmasına baxmayaraq sözügedən 16 il 11 ay üzrə hesablanan pensiya kapitalının təyinat üçün əsas verməməsinə baxmayaraq yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 25 may 2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 may 2018-ci il tarixli, 232 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid10 22 il 1 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılma sına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid10 ümumilikdə 3.148,54 manat, eyni niyyətlə, X18 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 948095 nömrəli pensiya işində olan 24 may 2018-ci il tarixli, 373/1 nömrəli Masallı Rayon Dövlət Arxivinin arayışına əsasən sonuncunun “Krupskaya” adına sovxozda işlədiyi 1988-ci ilin ilk ayından 1989-cu ilin son ayı da daxil olmaqla bütövlükdə, eyni zamanda 1987-ci ilin 4 ayı, 1990-cı ilin 7 ayı, 1992-ci ilin 1 ayı, 1993-cü ilin 2 ayı, 1994-cü ilin 5 ayı da daxil olmaqla ümumilikdə 3 il 7 ayı əhatə edən dövrdə faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həm in şəxsin zəruri olan zaman kəsimində əmək haqqı almasını, dolayısı ilə Sənubər Nuriyevanın sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 7 il sosial sığorta stajı olduğu halda 1988 və 1989-cu illər bütövlükdə, eyni zamanda yuxarıda göstərilmiş digər illər üzrə aylar da əsassız olaraq hesablandıqdan sonra 25 yanvar 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 yanvar 2019-cu il tarixli, 442 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Sənubər Nuriyevanın 10 il 7 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə təsdiq edilərək xx.xx.2015-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Sənubər Nuriyevaya ümumilikdə 3.781,63 manat olmaqla, qeyd edilən qaydada 4 pensiya işi üzrə ümumilikdə 20.020,4 manat (iyirmi min iyirmi manat qırx qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş plastik kart hesablarına köçürülməklə həmin şəxslər tərəfindən nağdlaşdırılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə Şahid8 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay müddətində güzəştli sosial sığorta stajı tələb olun duğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21-ci bölməsinin 2-ci bəndinə əsasən doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsaz işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid8 “Kaspneftqazflot” gəmiçiliyində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “malyar” vəzifəsində işlədiyi 4 il 10 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 11 il 1 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan so nra 21 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 21 aprel 2017-ci il tarixli, 340 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid8 15 il 11 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid8 ümumilikdə 9.282,95 manat, həmçinin, eyni niyyətlə Şahid9 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 29-cu bölməsinə əsasən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində tikinti və quraşdırma işləri üzrə usta və ya iş icraçısı vəzifəsində işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid9 “Azselstroymexanizasiya” trestində xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək usta vəzifəsində işlədiyi 7 il 4 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 9 il 2 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 14 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 14 aprel 2017-ci il tarixli, 317 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid9 16 il 6 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid9 ümumilikdə 6.921,35 manat, eyni niyyətlə, Şahid7 Dövlət Yerquruluşu Layihə İnstit utunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafiya işlərini yerinə yetirməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu və sonuncunun işlədiyi dövrün hər ilinin hər ayı üçün çöl şəraitində işlədiyi günlər hesablanmaqla təyinat aparılmalı olduğu halda və Şahid7 faktiki güzəştli şərtlərlə sosial sığorta stajının 8 il 8 ay təşkil etməsinə baxmayaraq sonuncunun adına rəsmiləşdirilmiş 022704 nömrəli pensiya işində olan müvafiq İnstitutun 3 sentyabr 2015- ci il tarixli, 350 nömrəli arayışı əsas götürməklə vətəndaşın həmin vəzifədə işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə b ütünlüklə, yəni Şahid7 14 il müddətində güzəştli sosial sığorta stajı olması barədə yalan məlumatların 9 iyun 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 9 iyun 2017-ci il tarixli, 461 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid7 ümumilikdə 7.557,33 manat olmaqla, qeyd edilən qaydada 3 pensiya işi üzrə 23.761,63 manat (iyirmi üç min yeddi yüz altmış bir manat altmış üç qəpik) məbləğind ə pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kart hesabına köçürülüb həmin şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada 7 pensiya işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 43.782,03 manat (qırx üç min yeddi yüz səksən iki manat üç qəpik) məbləğində pul vəsaitini Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün özünə müraciət etmiş və İİ dərəcə əlilliyi müəyyən edilmiş Masallı rayonu, Sərçuvar kənd sakini Şahid5, sonuncunun tanışları Şahid3 və Şahid4 həmin şəxslərlə 2017-ci ilin iyun-iyul aylarında işlədi yi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağındakı görüşləri zamanı Şahid5 xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmaması, gələcəkdə Şahid5 həmin müəssisədə işləməsi faktını təsdiq edən rayon məhkəməsinin qətnaməsinin olacağı təqdirdə belə bu barədə ərazi aidiyyəti üzrə İnzibati İqtisad məhkəməsinin qətnamə çıxarmalı olması və sonuncu məhkəmənin müvafiq qətnaməsində pensiya təyinatı barədə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin üzərinə öhdəlik qoyulması haqqında qeydləri n olmasının zəruriliyi, həmçinin Şahid5 müvafiq müəssisədə işləməsi faktının birinci instansiya məhkəməsi tərəfindən müəyyən ediləcəyi halda belə işlədiyi Şöbənin rəhbərliyi tərəfindən apelyasiya şikayəti verilərək həmin məhkəmə qətnaməsinin ləğvi məsələsinin qaldırıla biləcəyi barədə məlumat verməklə DSMF-nin Masallı Rayon Şöbəsində Pensiya sektorunun müdiri vəzifəsində işləməsi ilə əlaqədar həmin Şöbənin rəhbəri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin Şöbənin rəisi olmaqla təşkilati- sərəncamverici funksiyaları yerinə yetirən şəxs olan Məhkum1 müvafiq müəssisə tərəfindən Şahid5 üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə baxmayaraq müəssisənin yerləşdiyi yer üzrə ərazi aidiyyəti olan Lənkəran rayon məhkəməsinin vətəndaşın işləmə si faktını təsdiq edən qətnaməsi ilə kifayətlənilməklə apelyasiya şikayətinin verilməməsi və pensiya təyinatının həyata keçirilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib bunun üçün Şahid5 tanışları cinayətdən xəbərsiz Şahid3 və Şahid4 vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini 2017-ci ilin iyun-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla istəyib, həmin tarixdə və yerdə Şahid3 və Şahid4 maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsinə davam edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Şöbə müdiri vəzifəsində işləyən Məhkum1 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid5 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1993-cü il tarixdən xx.xx.2005ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid5 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı rəsmi sənəd olmamasına baxmayaraq yux arıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 636 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid5 12 il 11 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid5 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 7.928,74 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 7.928,74 manat (yeddi min doqquz yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, Məhkum1 əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhri k etmiş, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Məhkum1 qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfuz alveri etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün özünə müraciət etmiş Masallı rayonu, Təzəkənd kənd sakini Şahid6 və sonuncunun tanışı Şahid3 sonuncu ilə 2017-ci ilin iyun-iyul aylarında işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında y erləşən inzibati binasında olan xidməti otağındakı görüşləri zamanı Şahid6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmaması, gələcəkdə Şahid6 həmin müəssisədə işləməsi faktını təsdiq edən rayon məhkəməsinin qətnaməsinin olacağı təqdirdə belə bu barədə ərazi aidiyyəti üzrə İnzibati İqtisad məhkəməsinin qətnamə çıxarmalı olması və sonuncu məhkəmənin müvafiq qətnaməsində pensiya təyinatı barədə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin üzərinə öhdəlik qoyulması haqqında qeydlərin olmasının zəruriliyi, həmçinin Şahid6 müvafiq müəssisədə işləməsi faktının birinci instansiya məhkəməsi tərəf indən müəyyən ediləcəyi halda belə işlədiyi Şöbənin rəhbərliyi tərəfindən apelyasiya şikayəti verilərək həmin məhkəmə qətnaməsinin ləğvi məsələsinin qaldırıla biləcəyi barədə məlumat verməklə DSMF-nin Masallı Rayon Şöbəsində Pensiya sektorunun müdiri vəzifəsində işləməsi ilə əlaqədar həmin Şöbənin rəhbəri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin Şöbənin rəisi olmaqla təşkilatisərəncamverici funksiyaları yerinə yetirən şəxs olan Məhkum1 müvafiq müəssisə tərəfindən Şahid6 üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə baxmayaraq müəssisənin yerləşdiyi yer üzrə ərazi aidiyyəti olan Lənkəran rayon məhkəməsinin vətəndaşın işləməsi faktını təsdiq edən qətnaməsi ilə kifayətlənilməklə apelyasiya şikayətinin verilməməsi və pensiya təyinatının həyata keçirilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib bunun üçün Şahid6 cinayətdən xəbərsiz Şahid3 vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini 2017-ci ilin iyun-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla təkrarən istəyib, həmin tarixdə və yerdə Şahid3 maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla təkrarən alaraq şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsinə davam edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul v əsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Şöbə müdiri vəzifəsində işləyən Məhkum1 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid6 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı bir rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsin in Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 629 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid6 26 il 10 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Məhkum1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid6 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 6.372,36 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara eti bar edilmiş 6.372,36 manat (altı min üç yüz yetmiş iki manat otuz altı qəpik) məbləğində pul vəsaitini Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, Məhkum1 əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmun una bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Məhkum1 qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini istəməklə alaraq təkrarən nüfuz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 övladları X11 və X9 görə həmin uşaqların atası Şahid11 24 noyabr 2017-ci il tarixli, 848 nömrəli qərara əsasən ailə b aşçısını itirməyə görə sosial müavinət təyin edildiyi halda Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli, 284 nömrəli sərəncamı ilə X və X qəyyumluğuna verildiyi X29 xx.xx.2018-ci il tarixli, 477 nömrəli qərar əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edərək sonuncunun adına rəsmiləşdirilmiş plastik kart hesabına 5.081,71 manat (beş min səksən bir manat yetmiş bir qəpik) məbləğində pul vəsaitinin ödənilməsi və həmin miqdarda pul vəsaitinin sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali a rasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2015-ci il tarixli, 226 nömrəli qərarla xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş X1, 26 iyul 2019-cu il tarixli, 189 nömrəli qərarla İİ dərəcə əlilliyə görə əmək pensiya təyin edilən va xt müvafiq hesablanma zamanı təyinatı xx.xx.2016-cı il tarixdən hesablanılması ilə həmin dövrlərdə aldığı sosial müavinət məbləğinin tutulmasını həyata keçirməli olduğu halda bunu etməyərək nəticədə X adına rəsmiləşdirilmiş plastik kart hesabına 2.338 (iki min üç yüz otuz səkkiz manat) məbləğində pul vəsaitinin artıq ödənilməsini həyata keçirməklə Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Kassasi ya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, zərərçəkmiş şəxs - mülki iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olmuş, lakin apelyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan əsassız olaraq şikayəti təmin etməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərər ümumilikdə 75.407.,43 manat təşkil edir. Məhkəmə zərərçəkmi ş şəxs və mülki iddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş mülki iddianı vurulmuş ziyan “artıqlaması ilə” ödənildiyi üçün rədd etmişdir. Belə ki, iş üzrə Fonda vurulmuş ziyan ümumilikdə 75,407,43 manat təşkil edir ki, bu ziyanın 59.710,69 manat hissəsi vətəndaşlardan tutulmaqla istintaq dövründə ödənilmişdir. Məhkəmə X22, Şahid13 və X5 ünvanlı dövlət sosial yardımı işləri epizodlarını ittihamdan xaric edərək həmin epizodlar üzrə vurulmuş ziyanı, həmçinin X17 müavinət işi epizodu üzrə Şahid5 və Şahid6 pensiya işləri ilə bağlı epizodları ittihamdan xaric etmədən həmin epizodlar üzrə vurulmuş ziyan ümumilikdə 19.831,40 manat məbləği ümumi vurulmuş ziyandan (75.407,43 manat) çıxmaqla 55.576,03 manat real ziyan müəyyən etmiş, istintaq dövründə vətəndaşlardan tutulmuş 59.710,69 mana t məbləğin müəyyən etdiyi real ziyandan çox olduğu üçün mülki iddianı ödənilmiş hesab edərək rədd etmişdir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış və dəqiq hesablamalar aparmadan ehtimallara əsaslanmaqla mülki iddianı rədd etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndə E.İskəndərlinin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumlar Məhkum1 və Məhkum2, dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi tərəfindən verilmiş mülki iddianın əsassız olaraq rədd edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində “Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 179.2-ci maddəsinə görə “Eyni əməllər: 179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan mə hrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasın da uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qey d edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmə hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 vurulmuş zərərə görə 75.407,43 manat pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 törətmiş olduqları cinayət əməli nəticəsində vurulmuş ziyanın məbləği 55.576,03 (əlli beş min beş yüz yetmiş altı manat üç qəpik) manatdır. Vətəndaşlardan tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilmiş məbləğ isə 59.710,69 (əlli doqquz min yeddi yüz on manat, altmış doqquz qəpik) manat olmuşdur. İş materiallarında ol an Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialın 16 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Fonda vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 3744,29 manat məbləğində vəsait xx.xx.2024-cü il tarixdə AZ40CTRE******************** nömrəli hesaba Məhkum1 tərəfindən tam ödənilmiş və iş materiallarına əlavə edilmiş 13114 nömrəli qəbzlə ödəniş təsdiq olunmuşdur. Cinayət işi üzrə Fonda vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 heç bir şikayət və tələbləri yoxdur. İş materiallarından müəyyən edilir ki, apelyasiya instansiya məhkəməsində təqsirləndirilmiş şəxs Məhkum1 tərəfindən verilmiş ərizədən və "xxxx" Açıq Səhmdar Cəm iyyətinə məxsus 17 may 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Məhkum1 cinayət nəticəsində vurduğu maddi ziyanın, yəni 55576,03 manatın 27788,015 manat hissəsinin 25 (iyirmi beş) faizini yəni, yəni 6950 manat pulu Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödəmişdir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir”. İsitnad olunan Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törəd ildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 731.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasə n cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.5-ci maddəsinin tələbinə görə, Cinayət Məcəlləsinin 72–73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda, həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstənti qin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ümumi məbləği 55.576,03 manat təşkil etmiş və dəymiş ziyana görə onların hər birinin payı 27788,015 manat olması müəyyən olunmalıdır. Beləliklə də, Məhkum1 maddi ziyanın 25 faizini, yəni 6950 manat pulu Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödədiyindən o, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması hissəsində ləğv olunmuş, həmin maddələr üzrə cəza təyininə dair müddəalar hökmdən xaric olunmuş və onun barəsinə cinayə t təqibinə xitam verilmiş, Məhkum2 münasibətdə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2393/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2393/2024
18.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver