Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2403/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx.xx.1977-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2-ci maddəsi ilə bəraət verilməsinə və CM-in 318.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)342/2025 nömrəli 20 may 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin 1(036)-3/2024 nömrəli 29 dekabr 2024-cü il tarixli hökmü (hakim Z.R.Pirverdiyevin sədrliyi) ilə Məhkum Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilmiş və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 6 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-342/2025 nömrəli 20 may 2025-ci i l nömrəli hökmü ilə (hakimlər H.X.Bəhmənov (sədrlik edən), Ə.A.Əliyev və Y.X.Həşimov) apellyasiya protesti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 318.1-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, İran İslam Respublikasına qanunsuz getmək məqsədi ilə 6 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş, bundan başqa o, İran İslam Respublikasında olarkən istintaqa məlum vaxtda və mənbədən əldə edərək üzərində saxladığı külli miqdarda olmayan təsiredici maddəsinin 2 həbdə ümumi miqdarı 0,450 qram olan güclü təsirə malik dərman preparatı tramadol hidroxloridi əldə edərək saxlamış, 9 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli daşıyaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Birinci instansiya məhkəməsi Məhkum əməlində CM-nin 206.2-ci maddəsi ilə cinayət tərkibi olmadığı üçün ona CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət vermiş, o, yalnız CM-nin 318-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Apellyasiya instasiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ni təstiqləmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2025-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində narkotik vasitə istifadəçisi olduğu üçün bədənində ağrılar olduğunu və ağrıları azaltmaq üçün yaşadığı Salyan rayonunda Emin adlı şəxsin aptekindən Natiq adlı tanışının vasitəsi ilə 5 manata 4 ədəd metadon həbi alaraq ona verdiyini, həmin həbdən 2 ədədini istifadə etdiyini, 2 ədədi isə üstündə qaldığını, 06 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhə dinin nəzarət-buraxılış məntəqələrindən kənarda iran İslam Respublikasına qanunsuz keçərkən həmin 2 ədəd metadon həbinin üzərində olduğunu və orada olarkən qeyd olunan həbləri istifadə edə bilmədiyini, 09 noyabr 2022-ci il tarixdə İran polisləri tərəfindən saxlanılaraq rəsmi qaydada Azərbaycan sərhədçilərinə təhvil verilərkən qeyd olunan 2 ədəd metadon həbinin üzərində aşkar edildiyini göstərmişdir. Həmçinin məhkəmə prosesində Məhkum ifadəsində Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz keçərkən həmin 2 ədəd metadon həbinin üzərində olduğunu və həmin həbləri istifadə edə bilmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin zabiti Racib Musayev ona İran İslam Respublikasının sərhəd nümayəndəliyi tərəfindən rəsmi qaydada vətəndaş Məhkum Azərbaycan Respublikasına təhvil verildiyini bildirmiş və təklif etmişdir ki, sonuncunun üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etsin. O, razılıq verdikdən sonra birlikdə 2-ci sərhəd zastavasının inzibati binasına getmişlər. Onunla birlikdə digər hal şahidi Ramal Azayev, saxlanılan şəxs Məhkum və hərbi qulluqçular da olmuşdur. Təhqiqatçı tərəfindən Məhkum üzərinə baxış keçirilməyə başlanmış, baxış zamanı Məhkum gödəkcəsinin cibindən üzərində metadon yazılan iki ədəd həb aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş dərman preparatları qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. İbtidai istintaq zamanı şahid X7 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu if adə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, Məhkum üzərindən tramadol sözləri yazılmış 2 ədəd həb aşkar olunaraq götürülmüşdür. Məhkəmə isə yuxarıda sadalanmış sübutları qarşılıqlı tədqiq etmədən təqsirləndirilən şəxsə CM-nin 206.2-ci maddəsi ilə elan edilmiş ittihamın əsassız olduğu qənaətinə gəlmişdir. Daha sonra məhkəmə hökmün nəticə hissəsində qeyd etmişdir ki, «ekspertiza tədqiqatına sərf edilmiş 114 manat pul Məhkum tutulub dövlət nəfinə ödənilsin» Halbuki, məhkəmə Məhkum CM-nin 206.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, lakin iş üzrə təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının tədqiqatının dəyəri olan 114 manat pulu təqsirləndirilən şəxs Məhkum tutmaqda səhvə yol vermiş, beləliklə də məhkəmə məsrəflərinin həllinə düzgün yanaşmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb verilmiş kassasiya protestinin təmin edilməməsi barədə Məhkum, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qa ydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə” görə məsuliyyət nəzərdə tutulur və bu əməl min beş yüz manatdan üç min manatadək miqdarda cərimə v ə ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predme tinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsi rli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb ola n cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq e dilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Məhkəmə qərarlarından görünür ki, istintaq orqanı Məhkum təqsirliliyinin əsası kimi əsasən istintaq hərəkəti protokollarına və ekspert rəylərinə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinə münasibətdə qeyd edir ki, təqsirin formasına görə CM-in 206-cı maddəsində nəzərdə tutulan cinayət əməli qəsdən törədilməlidir. Verilmiş ittihama görə, əməl birbaşa qəsdlə törədilmişdir, yəni Məhkum öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Lakin i şin faktiki halları ilə müəyyən olunur ki, Məhkum İran İslam Respublikası ərazisində saxlanılmış, “Sərhəd rejimi haqqında” müqavilənin 20-ci maddəsinə əsasən 9 noyabr 2022-ci il tarixli təhvil-təslim haqqında aktla İran İslam Respublikasının “Aslandüz” sahəsi üzrə Sərhəd Komissarının köməkçisi tərəfindən Azərbaycan Respublikasının “Biləsuvar” sahəsi üzrə Sərhəd Nümayəndəsinin köməkçisinə təhvil verilmişdir. Beləliklə Məhkum qaçaqmalçılıq cinayəti üzrə verilmiş ittihamda qeyd olunan hallarla Məhkum İRR ərazisindən Azərbaycan Respublikası ərazisinə keçməsi halları ilə qarşılıqlı təhlil edilikdə müəyyən olunur ki, o, İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə öz iradəsinə uyğun deyil, məhz dövlətlərin səlahiyyətli şəxslərinin iştirakı ilə məcburi şəkildə təhvil verilmə ilə keçirilmişdir. Belə olan halda, onun xarici dövlətdən ölkə ərazisinə sərhəddi qəsdən təkrarən pozmaqla keçmədə təqsiri müəyyən olunmadığı kimi, üzərindən aşkar olunmuş güclü təsir edən maddə 2 həb tramadolu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qəsdən gizli olaraq daşıması da müəyyən olunmur. Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, əməlin cinayət tərkibi hesab olunması üçün zəruri elementlərdən biri olan subyektiv cəhət yoxdur. Belə ki, CM-in 3-cü maddəsinin tələbinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin möcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Nəzərə alınmalıdır ki, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Kassasiya məhkəməsi belə olan halda, aşağı instansiya məhkəmələri haqlı olaraq belə qənaətə gəlmişdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda israr olunduğu kimi, öz istəyi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçməmiş, tam əksi olaraq İran İslam Respublikasında olarkən həmin dövlətin polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikasının dövlət sərhəd xidmətinə təhvil verilmişdir. Yəni başqa sözlə desək Məhkum İran İslam Respublikasından öz iradəsinə uyğun olaraq Azərbaycan Respublikasına keçməmiş, İran İslam Respublikasında olarkən əldə edib üzərində saxlamaqla daşıdığı güclü təsirə malik dərman preparatını öz iradəsinə uyğun olaraq Azərbaycan Respublikasına gömrük sərhədindən, gömrük nəzarətind ən kənar və ondan gizli olaraq keçirməmişdir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, Məhkumin əməlində cinayət tərkibi olmağına görə bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X2rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasın ın nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yoll a əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, ape llyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum əməlində CMinin 206.2-ci maddəsinin cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Kassasiya kollegiyası kassasiya protestində göstərildiyi kimi məhkəmələr tərəfindən fiziki-kimyəvi ekspertizasının tədqiqatının dəyəri olan 114 manat pulu Məhkum tutması ilə bağlı hissəsində səhvə yol verdiyini qəbul edir. (Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir) İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 noyabr 2022-ci il tarixli 6/6499 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tramadol markalanma göstəricisi olan konvalyutdakı üzərilərində "225" yazısı həkk olunmuş 2 ədəd qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli dərman preparatıdır və onun təsiredici maddəsinin ümumi miqdarı 0,450 qramdır. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir. İş üzrə təyin edilmiş ekspertizanın məqsədi isə Məhkum üzərində olan aşkar olunmuş həbin CM-nin 206.2-ci maddəsinin dispozisyasında göstərilən cinayət əməlinin tərkib elementinin olub-olmaması olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə qərarlarından şəxsə CM-inin 206.2-ci maddəsi il ə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Bu xüsusatlarda Məhkum ekspert təhqiqatının dəyəri olan 114 manatın tutulması yolverilməzdir. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipinə əsasən şəxs yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 198.1-ci maddəsi maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə məsrəfləri məhkumdan tutulmalı olsa da Məhkum ekspertiza keçirilən maddə üzrə bəraət verilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Məhkum barəsində olan İmişli Rayon Məhkəməsinin 1(036)-3/2024 nömrəli 29 dekabr 2024-cü il tarixli hökmü və bununla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2025-ci il tarixli qərarı ekspertiza tədqiqatına sərf edilmiş ekspertiza xərci hissəsində dəyişdirilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (bir yüz on dörd) manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2403/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2403/2025
17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver