Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2407/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Əhmədov İftixar Hüseyn oğlunun iştirakları ilə, Ağsu Rayon Məhkəməsi nin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2025-ci il tarixli hökmü ilə isə Məhkum törətdiyi cinayət əməlinin CM-in 234.1-ci maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə edilmiş əlavələrə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Qasımov Babək Natiq oğlu) Məhkum, xx xxxxxxx 1991-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni Yaşayış Məhəlləsində yaşamış, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) a y 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkum olunmuş şəxsin üzərinə isə hər gün saat 23:00-da səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barə sində narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Ağsu Rayon Məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 0,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və xeyli miqdarda, 0,168 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib hissələrə bölüb üç ədəd ayrı-ayrı kağız bükümlərə qablaşdıraraq yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərkən üzərində saxlamış, 10 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün idarə etdiyi “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-ŞamaxıYevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 19:30-dan etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən, iki ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,092 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,168 qram olan, kustar üsull a hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Ağsu Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Abbasova Ləman Ədalət qızı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsayev Elman Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 11 iyun 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, həmin hökmə əsasən apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda təsvir edilən əməlləri satış məqsədilə törətməsini müəyyən etmiş və buna görə Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli b ilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2025-ci il tarixli hökmündən Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr verərək həmin hökmün ləğv edilməsini və barəsində birinci instansiya məhkəməsinin hökmünə uyğun olan yeni qərarın qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlilləri: Kassasiya müraciətlərində iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını və əməlinin hüquqi tövsifini mübahisələndirən Məhkum həmin müraciətlərini belə əsaslandırmışdır ki, cinayət işi üzrə toplanmış sübutlarla ittiham olunduğu CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq edilməmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutlar əldə edilməmiş və məhkəmələr tərəfindən belə sübutlar araşdırılmamışdır. Belə ki, onun narkotik vasitələri kiməsə satması, bu haqda kiminləsə sövdələşməsi, telefonunda hər hansısa Ağsuda yaşayan şəxslə narkotik vasitənin alqı-satqısına dair sms yazışmaları mövcud olmamışdır. Ağsu rayonuna getməsinə səbəb Ağsu Rayon Məhkəməsində mülki mübahisə ilə bağlı işə baxılması olmuş, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni isə orada qaldığı müddətdə öz şəxsi istifadəsi üçün gətirmişdir. İş matriallarında olan məhkəmənarkoloji ekspertizanın rəyindən də onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacının olması göstərilmişdir. Daha sonra müraciət müəllifi qeyd etmişdir ki, istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS mətnlərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dəlalət edən mesajlar ayrıayrılıqda hər biri 2023-cü ilə aid olan mesajlar olmuş və onların heç biri onun n arkotik vasitələrin satışı ilə məşğul olmasının sübuta yetirilməsinə dəlalət etmir. Belə ki, o, narkotik vasitəni və psixotrop maddəni bədənində olan ağrılar üçün arabir istifadə etmiş, üzərindən aşkar edilərək götürülmüş heroini və metamfetamini isə xeyli əvvəl yerdən tapmış və öx şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2025-ci il tarixli hökmünün ləğv edilərək barəsində birinci instansiya məhkəməsinin hökmünə uyğun olan yeni qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin və ona edilmiş əlavələrin məzmunlarından göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhk əməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş, nəticədə isə məhkəmə onun əməlini CM-in 234.2ci maddəsinə tövsif etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu dəlillərə əsaslanan kassasiya müraciətlərinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini və kassasiya şiayətinə əlavələri kassasiya qaydasında baxılmalı müraciət kimi görür və onun məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kas sasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hans ı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya koll egiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onu törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon tələblər hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayət əməlləri törətmiş şəxslərin isə müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində bu və ya digər cinay ət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyild ir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiq indən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14- cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegi yası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiq i proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təq sirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olu nmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tu tulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılm asına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəl xalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etmək lə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətl əndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və az adlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədi lməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmı ş sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü mad dəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, süb utlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyi n yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət iş i üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi də yərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslıl ığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsindəki 11 iyun 2025-ci il tarixli hökmündən verilmiş kassasiya müraciətlərində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin həmin hökmünün qeyri-obyektiv sayılması və sonuncunun əsassız olaraq CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi haqqında dəlillərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya müraciətlərində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Əvvəla cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsinin hökmü ilə onun əməli CM-in 234.1-ci maddəsinə tövsif edilmişdir ona görə ki, onun satış məqsədini təsdiq edən, yəni Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlıq əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə olunmamışdır. İş üzrə toplanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmiş faktiki hallar isə ondan ibarətdir ki, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, 0,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və xeyli miqdarda, 0,168 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib hissələrə bölüb üç ədəd ayrı-ayrı kağız bükümlərə qablaşdıraraq yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərkən üzərində saxlamış, 10 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkda şları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün idarə etdiyi “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-ŞamaxıYevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 19:30-dan etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən, iki ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,092 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,168 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşka r edilərək götürülmüşdür. Cinayət işi üzrə toplanmış materialların təhlili göstərir ki, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, apellyasiya protestinə məhkəmə baxışı iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri məhkəmənin 11 iyun 2025-ci il tarixli hökmündə onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya müraciətlərində irəli sürülmüş iddianın əksinə olaraq həmin məhkəmə çıxardığı hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlərin ifadələrinin alınması, məhkəmə eksperti zalarının keçirilməsi, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Halbuki, CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda e tiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə, o cümlədən apellyasiya icraatına aid olan materiallarla həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Bundan başqa, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm faktları araşdırmaq və müəyyən etmək, həm də törədilmiş əmələ münasibətdə maddi hüququ normalarını tətbiq etmək səlahiyyətləri ü zərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun həmin məhkəmənin hökmündə təsvir edilən cinayət əməllərini törətməsi və bu əməllər üzrə onun təqsirli bilinərək cəzalandırılmalı olması barədə mötəbər nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, onun məhz CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi h əm birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış, həm də apellyasiya protestinə məhkəmə baxışı iclasında apellyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilərək tədqiq edilmiş təkzibedilməz və mötəbər sübutlarla təsdiq olunmuş və məhkəmə kollegiyası da həmin sübutların bir hissəsinə hazırki qərarda müraciə edərək onları təhlil etməyi zəruri bilir. Belə ki, iş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilən zaman Məhkum istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərilmiş SMS mətnlərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dəlalət edən aşağıdakı mesajlar müəyyən edilmişdir: xx-xx-2023 23:47:27 **********04---**********38: “A xiyar taksinin yanında deye bilmirem bayaqdan. Tema var onu vereceç sene pul evezi götürürem prosda baxardın necedi götirməyə deyer ya yox menim basim cixmir. Ozum goturub geleceəm telin aciq olsun.” xx-xx-2023 17:01:07 **********04-**********33: Yetim duzelir 2 denede zeng getmir sene oncun yazdim, 01-10-202 10:42:47 **********04--- **********33: Yetim mene zeng ele tapa bilmirem seni..vacibdi kecen defe dediyim duzelib. He yox denen sene söz vermişdim, xx-xx-2023 22:31:10 **********04---**********79: Burdayam xanbala getirmisem dus gotur. Sohbetde eliyek, xx-xx-2023 00:52:57 **********04— **********53 Qaqa seni gozdireme men yorgunam gedmeliyem. Emanetde mendedi yig meni, xx-xx-2023 03:46:48 **********04---**********53 Ay qaqas seher acildiye seni gözdiyirem burda. Alinirsa getir ver. Alinmır pulu ver basima care qilim. Ne gozletdirsene meni burda. Qaqassss, xx-xx-2023 00:55:05 **********04--- **********33 Soxum senin malivada. Gjdllag peayer sozun oyuncaq elemisen. Kecen defede soymediyin soyus qalmadi pulun yarsin vermedin..miride cekmez men cekmiremse. Soxar o da ele mala. Oldu Mal yaxçı olsaydı sene adam kimi diy, 14-10- 2023 18:52:29 **********04—**********01 Ne tamadi qaqas bu qurulub bilmirem. Amma kimliydise gotun sike sike cixardacam onnan bunun rasxodun.deyersen ilqara da o pati peyseridi. Pati qeyretinnen ustundu onun, xx-xx-2023 20:21:42 **********04—**********78 Casib eve zada yaxinlasarsan. 2 dene narmalni idare xvostumdadi cujoy paxmel gedersen senol. Sora basqa sey basa dusersen. Qardasinnan sorus bilir o idar, xx-xx-2023 22:27:37 **********04—**** ******66 Yetim goturursen ozuncun bidenede yari mene goturde. Vezyey xarabdi senol. Xeber ele mene, xx-xx-2023 22:25:26 **********33---**********04 Yerini yanımda adam varıdı danışa bilmirdim yetim 30 man varımdı, xx-xx-2023 23:05:54 **********---**********04 1 dene yari duz qos, xx-xx-2023 18:42:48 **********75---**********04 Esidirsen menem Azad telefonu götür cavab ver saat 11 keçməsin alınmıyacaqsa lazım deyil mənə gec olmaqı gec olsa men sennen malı götürmüyecem pulu alacam, xx-xx-2023 20:28:55 **********--- **********04 Yetim yari lazimdi d, xx-xx-2023 00:52:58 **********--**********04 Qaqa seni gozdireme. Daha sonra iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Məhkum 09 aprel 2024-cü il tarixl i qərarla CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, X5, X6 və X10 barələrində CM-in 307-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs Məhkum ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmaması və narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, özü istifadə etmək məqsədi ilə əldə etməsi barədə göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan özünün müdafiəsinə gətirdiyi dəlil kimi qiymətləndirilməklə, istintaq zamanı sübut kimi qəbul olunmadan rədd edilməsi nəzərə alınmış, iş üzrə maddi sübutların, yəni ilkin təhqiqat araşdırması zam anı şübhəli şəxs Məhkum üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, 01 ədəd zərfin içində olan, iki ədəd kağız bükümlərdə, ayrıayrılıqda tədqiqatdan sonrakı təmiz çəkiləri 0,061 qram və 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, bir ədəd kağız bükümdə tədqiqatdan sonrakı təmiz çəkisi 0,118 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin, bir ədəd gümüşü falqa kağızının və bir ədəd dəmir borucuğun 13 fevral 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şəki Regional Bölməsinin 11 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/141 saylı ekspert rəyi və m əhkəmə-narkoloji ekspertizasının 12 mart 2024-cü il tarixli, 432 nömrəli rəyi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, diskə baxış keçirilməsi haqqında 15 mart 2024-cü il tarixli protokol və 10 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi iş üzrə araşdırılmış sübutlarla, yəni şahidlərin ifadələri, telefon danışıqlarının və yazışmalarının aparılması barədə məlumatlarla, habelə iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq edilir və buna görə apellyasiya instansiyası məhkəməsi tərəfindən onun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi, bu maddə əsasın da ona müvafiq cəzanın təyin edilməsi barədə gəldiyi nəticə tam qanuni və əsaslıdır, belə olan halda isə bu nəticəyə dair apellyasiya instansiyası məhkəməsinin 11 iyun 2025-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Buna görə, məhkəmə kollegiyası Məhkum kassasiya müraciətlərinin dəlillərini onun cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş dəlillər kimi qiymətləndirib Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair hissəsində onları qəbul edilməz sayır və eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, sonuncunun, şahid qismində dindirilmiş şəxslərin istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında fiziki və ya psixi təsirlər altında ifadələr vermələri, onların hüquqlarının pozulması müəyyən edilməmiş, cinayət təqibi zamanı başqa pozuntulara da yol verilməmişdir. Cinayət işinin faktiki hallarına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə, iş materiallarına görə, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmə qəbul etdiyi hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etiməyi lazım bilir ki, Məhkum məhz CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun əməlinin bu maddə ilə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə araşdırılmış sübutlarla yanaşı aşağıda göstərilənlərlə də tam uzlaşır. Belə ki, şəxsin əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması haqda nəticəyə gəlmək üçün əvvəla CM-in 234.1-ci maddəsində göstərilən əməllərin satış məqsədilə (cinayətin subyektiv cəhətinə aid olan hal) törədilməsi, yaxud da cinayətlərin predmeti sayılan narkotik vasitələri və ya psixotrop maddələri satması (cinayətin obyektiv cəhətinə aid olan digər hal) sübuta yetirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarınd an asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum qanunsuz olaraq xeyli miqdarda dövriyyəsi qanunla qadağan olunmuş iki növdə əşyaları – narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra onları ayrı-ayrı bükümlərdə qablaşdırmış və bu bükümləri üzərində saxlayaraq Bakı şəhərindən Ağ su rayonuna daşımış, lakin onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq ifşa olunmuş, göstərilən narkotik vasitə və psixotorop maddə isə onun üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası mötəbər sübutlarla təsdiq olunan bu halların fonunda hesab edir ki, Məhkum hazırki iş üzrə maddi sübut kimi tanınmış heroini və metamfetamini məhz satış məqsədilə əldə edərək üzərində saxlamış və daşımış və bu hallar onun əməllərinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün kifayət qədər əsas olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum kassasiya müraciətlərinin bar əsində olan cinayət işi üzrə toplanmış sübutların tam, hərtərəfli araşdırılmaması və onun əməlinin CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilməməsinə dair dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün qeyd edilən hissədə qanuni və əsaslı olduğunu göstərir. Kassasiya şikayətində və ona edilmiş əlavələrdə Məhkum ona apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzanın ağırlığı mübahisələndirilməyərək həmin cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürülməyərək yalnız birinci insta nsiyası məhkəməsi tərəfindən çıxarılmış hökmə uyğun qərar qəbul edilməsini, yəni onun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilərək ona həmin maddə əsasında azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin olunmasını xahiş etsə də məhkəmə kollegiyası onun kassasiya tələbinin təmin edilməsini mümkün bilmir, lakin CPM-in 419.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkumun əməlinin hüquqi tövsif ilə yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən digər məsələlərin də həlli zamanı cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə əməl edilməsini də yoxlamış və bu yoxlamanı nəticəsində nəticəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi çıxarıdğı 11 iyun 2025-ci il tarixli hökmdə Məhkum onun təqsirli bilindiyi CM-in 234.2-ci maddəsi ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən CM-in 8, 41, 58-ci maddələrinə istinad etdiyini və onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakterini nəzərə aldığın göstərmiş və yalnız bu hallardan çıxış edərək ona qeyd olunan maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Lakin, kassasiya müraciətlərinə baxılması ilə bağlı öyrənilmiş cinayət işinin materiallarından görünür ki, Məhkum himayəsində 19 mart 2017-ci il, 21 sentyabr 2021-ci il və 5 yanvar 2023-cü il təvəllüdlü üç azyaşlı uşaqları var, o, ilkə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilir, iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişd ir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum cəza təyin edərkən CM-in 58.3, 59.1 və 59.2-ci maddələrinin tələblərinə zidd olaraq müvafiq sübutlarla təsdiq olunmuş yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəinki nəzərə almamış, həm də bu hallar öz hökmündə istinad etməmiş, bununla da məhkəmənin hökmünün dəyişdirilməsini tələb edən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanaraq hesab edir ki, Məhkum himayəsində üç azyaşlı uşaqlarının olması CM-in 59.1.4-cü maddəsinə, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsi isə - CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməklə nəzərə alınmalı və bu hallara görə ona CM -in 234.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası həddində endirilməklə bu əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2025-ci il tarixli hökmündə müvafiq dəyişiklik edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək, lakin həmin məhkəmənin yekun məhkəmə aktının dəyişdirilməsinə əsas olan CPM-in 416.1.21-ci maddəsində göstərilən hala əsaslanaraq və kassasiya müraciətlərinin təmin edilməsi haqda Məhkum və onun müdafiəçisi İ.H.Əhmədovun, həmin müraciətlərin təmin edilməməsi, lakin m əhkumun himayəsində üç azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı olması haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və ona edilmiş əlavələr qismən təmin edilməli, Məhkum himayəsində üç azyaşlı uşaqlarının olması CM-in 59.1.4-cü maddəsinə, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsi isə - CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmaqla ona CM-in 234.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməli, bu cəzanın qəti müddəti CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilməli və bu əsaslarla da Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 20 25-ci il tarixli hökmü dəyişdirilməli, həmin hökm kassasiya müraciətlərinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə edilmiş əlavələr qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2025-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum himayəsində üç azyaşlı uşaqlarının olması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayı ş yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsi isə CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 3 (üç) ayadək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək, yəni 2 (iki) müddətində şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həmin müddət ona hazırki qərarla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Məhkum üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2407/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2407/2025
04.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver