Məhkəmə qərarları › İş №1(102)-2408/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2408/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2408/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X7 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X9 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Yevlax rayonu, Balçılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 29,186.2.2-ci maddəsi məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)-383/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-4/2023 nömrəli 24 avqust 2023-cü il tarixli hökmü ilə (sədrlik edən N.Ş.Paşayev) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan R espublikası CPM”) 39.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə ona cəza təyin edilməməsi, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdehlər - hüquqi varislər X2 və X1 maddi zərərə görə 5843 (beş min səkkiz yüz qırx üç) manat və mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla cəmi 7843 (yeddi min səkkiz yüz qırx üç) manat məbləğində pulun alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehlərə aid edilməsi, mülki cavabdehlər X2 və X1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 98,43 (doxsan səkkiz manat qırx üç qəpik) manat məbləğdə pulun alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması, mülki iddia çıya iddianın təmin edilməmiş hissəsinə münasibətdə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olmasının izah edilməsi hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir. Hökmdən mülki cavabdehlər Şahid2 və X3 nümayəndəsi X5 apellyasiya şikayətləri vermiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-404/2023 nömrəli 14 dekabr 2023-cü il tarixli (hakimlər X.H.Səmədov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və E.Ş.Hüseynovdan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-4/2023 nömrəli 24 avqust 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs kassasiya şikayəti ve rmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1476/2024 nömrəli 11 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər İ.Ə.Rəcəbov (sədrlik edən və məruzəçi), V.C.Cəfərov və İ.S.Qılıcovdan ibarət məhkəmə tərkibində) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-404/2023 nömrəli, 14 dekabr 2023-cü tarixli qərarı qismən - mülki iddianın həllinə dair hissədə ləğv edilmiş, cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-383/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli (hakimlər E.B.İsayev (sədrlik edən və məruzəçi), T.H.Həsənov və Ə.Y.Kərimovdan ibarət məhkəmə tərkibində) qərarı ilə zərər çəkmiş şəxs (mülki id diaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 1(051)-4/2023 nömrəli hökmü mülki iddiaya münasibətdə qismən ləğv edilmiş, mülki iddia qismən təmin edilmiş, mülki cavabdehlər X2 və X1 maddi zərərə görə 5843 (beş min səkkiz yüz qırx üç) manat, mənəvi zərərə görə 2000 (iki min) manat, cəmi 7843 (yeddi min səkkiz yüz qırx üç) manat məbləğində pulun alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi və mülki iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən 30.000 (otuz min) manat dəyərində təmirsiz 4 otaqlı fərdi yaşayış evini tamamən, zərərçəkmiş şəxsə xeyli mi qdarda ziyan vurmaqla yandıraraq məhv etmək məqsədilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində həmin evdə heç kimin olmamasından istifadə edib evin mətbəx, dəhliz və yataq otağında olan plastik pəncərələrinin şüşələrini sındırıb, digər yataq otağının döşəməsinə, tavanına, plastik pəncərəsinin çərçivəsinə, taxta materiallarına və sair tikinti materiallarına istintaqa məlum olmayan alışdırıcı maddədən istifadə etməklə od vurmuş, yaratdığı yanğın zamanı ümumilikdə evə 4162 (dörd min yüz atmış iki) manat məbləğdə ziyan dəysə də, hadisə yerinə gəlmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Mühafizə Xidməti Mingəçevir şəhər X6 Dəstəsinin əməkdaşları tərəfindən yanğın söndürüldüyü üçün özgəyə yəni, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni 30.000 (otuz min) manat miqdarında əmlakı yandırmaqla məhv etməkdə ifadə olunan niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)-383/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və mülki iddianın tam təmin edilməsi xahiş edilmişdir. Şikayətdə göstərilmişdir ki, zərər çəkmiş şəxs xəstədir, ona dəyən ziyan tam ödənilməlidir. Məhkəmələr ona vurulmuş ziyan düzgün hesablamamışlar. Ona 30000 manat miqdarında zərər dəysə də, cəmi 8000 manat pul ödənilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlill ərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həll i qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş kassasiya şikayətində mülki iddianın tam təmin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsində “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildildikdə” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbayc an Respublikası CM-in 186.2.2-ci maddəsinə görə “eyni əməllər yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgü n müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan və zifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş h alların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayə t mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən madd i ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Zərər çəkmiş şəxs kassasiya şikayətində cinayətin törədilməsi nəticəsində ona 30000 manat miqdarında zərər dəydiyini, lakin ona cəmi 8000 manat miqdarında zərərin ödənildiyini bildirmişdir. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizası ekspertinin xx.xx.2023-cü il tarixli 10/7844 nömrəli rəyi ilə təsdiq edilmişdir ki, Mingəçevir şəhəri, Gəncə şossesi, 10-cu döngə, 42a ünvanda yerləşən fərdi yaşayış evinin dam örtüyünü saxlayan daşıyıçı dirək lərinə yanğın zamanı dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 373 manat məbləğində, həmin evinin daxilində yerləşən istifadə edilməmiş tikinti materiallarının hal-hazırki bazar qiymətlərinə uyğun dəyəri təqribən 252 manat məbləğində, həmin evdə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 5218 manat məbləğində, cəmi 5843 manat məbləğində müəyyən olunmuşdur. Aşağı instansiya məhkəmələri işin müəyyən olunmuş bütün hallarını, mülki cavabdehlərin maddi, əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq mənəvi zərərin 2000 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğun hesab etmişlər. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin mülki cavabdehlər X2 və X1 maddi zərərə görə 5843 (beş min səkkiz yüz qırx üç) manat, mənəvi zərərə 2000 (iki min) manat, cəmi 7843 (yeddi min səkkiz yüz qırx üç) manat məbləğində pulun alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə mövqeyi əsaslıdır və iş materialları ilə də öz təsdiqini tapmışdır. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yu xarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-538/2024 nömrəli 18 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayə ndəsi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(107)-383/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar