Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2417/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X2 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Zod kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Göygöl rayonunun Göyçəkənd kəndində qeydiyyatda olma qla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1151/2025 nömrəli 24 iyun 2025-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Şəfa Dadaşova) 18 aprel 2025-ci il tarixli 1(008)-253/2025 nömrəli hökmünə əsasən Məhkum - CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona hazırki hökmlə təyin edilmiş cəzaya Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 24 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 4 ay 27 gün kimi nəzərə alınmaqla həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 1(103)-1151/2025 nömrəli 24 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər Z.V.Əhmədov (sədrlik edən), E.Ə.Mehdiyev və E.E.Rəhimov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-39/2025 nömrəli 10 aprel 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, ona əsas cəza növü kimi təyin edilmiş 3 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 il 3 aya endirilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 24 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 4 ay 27 gün kimi nəzərə alınmaqla qismən birləşdirilərək üzərində qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmə qərarlarına görə Məhkum 28 may 2024-cü ildə saat 19:10-da Bakı-QazaxGürcüstan sərhədi yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 69,8-ci kilometrində «X12» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq “Mercedes Benz E220” minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobili «3.24 Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 80-90 km/saat sürətlə idarə edərək yolun sol zolağı ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısınının alınmasının mümkün olması üçün ara məsafəsi seçməli olduğu halda bunu etməyib «X12» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib qarşıda eyni zolaqda 60 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi KAMAZ-54115 yük markalı 02BV725 dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmək üçün avtomobilin sürətini kəskin azaldıb 15-20 km/saata endirərək sola manevr etdiyi anda «Mercedes Benz E220» minik markalı avtomobilin qabaq hissəsi KAMAZ-54115 yük markalı avtomobilin arxa sol təkəri ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz E220” minik markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 ü mumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ qaşüstü nahiyənin əzilmiş yarası və sağ bazu sümüyünün qapalı yerdəyişmiş sınığı xəsarətlərini yetirməklə sağlamlığına az ağır zərər vurmasına və Zərərçəkmiş şəxs2 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin soldan İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, qaraciyərin travmatik cırılması, başın alın-təpə sərhədinin və sol diz oynağının ön səthinin əzilmiş yaraları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsi xahiş olunur. Kassasiya şikayə tində göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin ərazisində yerləşən qırmızı adlandırılan YDM-nin qarşısında hadisənin baş verdiyi əraziyə baxış zamanı müəyyən olunur ki, araşdırma tam hərtərəfli aparılmamış, Mercedes Benz E220 minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü təqsirləndirmək üçün, hadisə yerinin baxış və hadisənin sxemi tam saxtalaşdırmışdır. Həmçinin YDM-nin qarşısında quraşdırılan bir neçə kamera mövcuddur ki, bu kameralar hadisəni tam formada başdan axıra kimi çəkiliş etmişdir. Bu görüntülər hadisəni tam sübüt kimi təmin etməlidir. Bu sübüt qanunvericiliyə görə həm ilkin, möhtəbər və həqiqidir. Bu subutlar araşdırma zamanı müstəntiq tərəfindən götürülmüş, lakin işə əlavə edilməmişdir. Müstəntiq məqsədyönlü şəkildə sübütü məhv etmişdir. Bu hal məhkəmədə qaldırılsa da, hakim buna laqeyd yanaşmış, heç bir əhəmiyyət verməmişdir. Cinayət işinə əlavə edilmiş sxemdən görünür ki, Mercedes Benz E220 minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərinin yolda göstərilən əyləc izi 42 (qırx iki) metr göstərilmişdir. Hadisə yerinin sxemindən belə müəyyən etmək olur ki, həmin günü Məhkum idarə etdiyi Mercedes Benz E220 minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobildə təhlikəni gördüyü an 42 metr deyil, daha artıq məsafə olmuşdur. Hesab edək ki, 42 m. əyləc izi var, isintaq müəyyən edir ki, hərəkət sürəti 80-90 km/saat olmuşdur, təhlükəni görmə anı 3-4 saniyə əvvəl hesab etsək 24 və ya 32 m.+42= 66 və ya 72 m. Belə olan halda Mercedes Benz 220 minik aftomobilin 66 və ya 72 metrdən Kamaz aftomaşını n arxasından vurması deməkdir. Bu həqiqətə uyğun olmayan bir haldır. Odur ki, mövcud iş üzrə avtomobillərin yolda hərəkətlərinin müəyyən olunması, həmçinin hadisə yerindən hadisə ilə əlaqədar çəkilmiş sxemdə Mercedes Benz E220 minik markalı avtomobilin əyləc (tormoz) izinin 42 m olmasının nə ilə təsdiq olunması müəyyən deyil. Bununla əlaqədar verilmiş vəsatətlər təmin olunmamışdır. Mercedes Benz E220 minik martalı avtomobildə olan daha iki şəxs barədə heç bir məlumat yoxdur, onların şahid kimi işə cəlb olunmasına heç bir iş görülməmişdir. Həmçinin YDM-nin əməkdaşları hadisənin bir başa şahidləri olsa da, onlar işə cəlb olunmamışlar. YDM-nin əməkdaşı Qaradağ rayonunun Qobustan-Salyan yolu ünvanda yaşayan X6 tel; ***-***-**-** hadisə ilə bağlı söhbətdə bildirdi ki, hadisə zamanı Kamaz YDM-ni n ərazisinə dönmə anında toqquşmuşdur. Lakin məhkəmə istintaqına həmin şahidlərin dindirilməsi üçün heç bir iş görülməmişdir. Əlavə olaraq Yusif Nağıyev göstərmişdir ki, YDM-də olan kamera görüntülərini müstəntiq aparmışdır. Bu barədə də hakim heç bir tədbir görməmişdir. Halbuki, onlar hadisəni görmüşlər, hadisənin gedişatından tam məlumatlı olmuşlar. Onların ifadələri işin obyektiv hallarına uyğun olduğu üçün məqsədyönlü şəkildə kənarlaşdırılmışdır. Bu barədədə məhkəmə istintaqı zamanı hakim heç bir tədbir görməmiş, hökmdə buna qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məm mədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanun iliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir q anuni əsas yoxdur. Kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə görə “bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquq i qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəb dən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş pres edent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konv ensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, y əni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyh inə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətl əndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 12 iyun 2024-cü il tarixli, 49 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin soldan İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, qaraciyərin travmatik cırılması, başın alın-təpə sərhədinin və sol diz oynağının ön səthinin əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hi ssəsində göstərilən xx.xx.2024-cü il tarixdə sərnişini olduğu minik avtomaşının yük avtomaşını ilə toqquşması nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb qaraciyərin travmatik cırılması və döş qəfəsinin soldan İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişmiş sınıqları nəticəsində baş vermiş kəskin daxili qanaxma fonunda inkişaf edən travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs2 ölümü onun meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il, saat 22:30-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya təd qiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X4” X10 14 iyun 2024-cü il tarixli 379 №-li rəyindən görünür ki, Vǝt. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər sağ qaşüstü nahiyənin əzilmiş yarası, sağ bazu sümüyünün qapalı, yerinidəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X11 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdəyəni, sərnişini olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il il tarixli 8/2133 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Mercedes Benz E220 minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum avtomobili hərəkət sürəti «3.24 Maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 70 km /saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin («3.24 Maksimum sürətin məhdudlaşdırılması yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Kamaz 54115 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı sürücüsü Şahid hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İl variant: Kamaz 54115 markalı avtomobil sola doğru dönmə əməliyyatı apararkan Mercedes Benz E 220 markalı avtomobilin ondan sol tərəfdə hərəkətdə olması şəraitində:
1. Mercedes Benz E 220 markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Məhkum hərəkətlərində "X12" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimu m süretin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli Əlaqə olmuş və Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. Kamaz 54115 markalı **-BV*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş va onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə qərarlarından görünür ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstə rmişdir ki, 28 may 2024-cü ildə saat 19:10-da Bakı-QazaxGürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 69,8-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs2 onun bacısıdır. 28 may 2024-cü ildə günorta saatlarında Zərərçəkmiş şəxs2 ona Bakı şəhərinə gedəcəyini demişdir. Həmin gün saat 19:30-da mərhum bacısı Zərərçəkmiş şəxs2 mobil telefonundan ona zəng daxil olmuş və tanımadığı şəxs Bakı şəhəri Qardağ rayonu Ələt qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində bacısının xəsarət alması barədə məlumat vermişdir. Sonradan Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən vəfat etdiyini öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisənin şahidi olan şəxslərdən aldığı məlumata görə Məhkum avtomobili yüksək sürətlə idarə etmişdir. Məhk əmə qərarlarında olan məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur və hazırda Rusiya Federasiyasında yaşayır. Oğlu 28 may 2024-cü ildə saat təxminən 19 radələrində Gəncə şəhəri ərazisində Gəncə-Bakı marşrutu üzrə sərnişin daşımaqla məşğul olan «Mercedes Benz E220» minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağında əyləşmiş Bakı şəhərinə getmək üçün yola düşmüşdür. Avtomobildə ondan başqa tanımadığı 3 nəfər sərnişin olmuşdur. Onlardan qadın sərnişin qabaq sağ oturacaqda, digərləri isə arxa oturacaqda ondan sağ tərəfdə əyləşmişlər. Yolda yorğun olduğu üçün oturacağa söykənib yatmışdır. Zərbə səsinə ayıldıqda görmüşdür ki, içərisində olduğu «Mercedes B enz E220» minik markalı avtomobil Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində «Kamaz» markalı yük avtomobili ilə toqquşmuş və hadisə nəticəsində xəsarətlər almışdır. Qeyd olunanlarla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 263.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, aşağı instansiya məhkəmələri iş üzrə toplanmış sübutlara qiymət verərək əsas lı olaraq Məhkum əməlini CM-in 263.2-ci maddəsi ilə tövsif edib həmin maddə ilə onu məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bu nunla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə olunması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materia llarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onu n təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsin də nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1151/2025 nömrəli 24 iyun 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.